İSTİqlal fəDAİLƏRİ – azərbaycan xalq cümhuriYYƏTİNİn daxiLİ İŞLƏr naziRLƏRİ



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə22/36
tarix05.03.2017
ölçüsü3,76 Mb.
#10119
1   ...   18   19   20   21   22   23   24   25   ...   36

NAĞI bəy ƏLİZADƏ (ƏLİYEV) 

(1897 – 1920) 

 

Nəsli-kökü  bakılı  olan  Nağı  bəy 



Əlizadə  (Əliyev)  1897-ci  ildə  Bakıda 

doğulmuĢdu... Podpolkovnik rütbəsində 

olan  Nağı  bəy  Azərbaycan  Xalq 

Cümhuriyyəti yarandıqda onun uğrunda 

çalıĢmıĢdı...1919-cu  il  fevralın  18-də 

Azərbaycan  Parlamenti  öz  iclasında 

“Parlamenti  Mühafizə  Polisinin  təĢkili” 

məsələsini müzakirə etmiĢdi. Müzakirə-

nin  gediĢində  belə  bir  strukturun  yara-

dılması  zəruri  hesab  edilmiĢ,  4  maddə-

dən  ibarət  qanun  layihəsi  təsdiq  olun-

muĢdu.  Yeni  qanuna  görə  200  nəfərlik 

polis dəstəsinin yaradılması məqbul sayılmıĢdı. M.Ə. Rəsulzadənin 

təklifi  ilə  yeni  yaradılan  polis  strukturu  “Parlamenti  Mühafizə 

Dəstəsi” 

adlandırılmıĢdı.(Sənədlərdə  “Parlamentin  Qoruyucu 

Bölüyü” də yazılmıĢdır...). Yeni strukturun təĢkilinə dövlət xəzinə-

sindən 2.200000 manat ayrılmıĢdı. Parlamenti Mühafizə Dəstəsinin 

komanda  (idarə)  heyəti  6  Ģtat  vahidi  üzrə  təsis  olunmuĢdu. 

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Mühafizə Dəstəsinin 

rəisi podpolkovnik Nağı bəy Əlizadə (Əliyev) təyin edilmiĢdi. Onun 

aylıq  məvacibi  4500  rublidi.Köməkçisi  rotmistr  HaĢımbəyov  təyin 

olunmuĢdu.  Məvacibi  3.800  rubl  idi.  Parlamenti  Mühafizə  Dəstəsi 

Parlamentin  Rəyasət  Heyətinə  tabe  olub,  onun  tərəfindən  də 

formalaĢdırılır  və  vazxtaĢırı  ona  hesabat  verirdi.  Lakin  o  bəzi 

məsələlərdə... Azərbaycan Cümhuriyyəti DĠN-ə də tabe idi və zəruri 



 

289 


hallarda onun tədbirlərinə də cəlb olunurdu... 

...Azərbaycan    Cümhuriyyəti    Parlamentini  Mühafizə  Polisi-

nin  ilk  rəisi Nağı bəy Əliyev Azərbaycanda sovet hakimiyyəti elan 

olunduqdan  sonra  bolĢeviklər  tərəfindən  həbs  edilərək, elə 1920-

ci ildə güllələnmiĢdi... Böyük M.Ə. Rəsulzadə özünün “Azərbaycan 

Cümhuriyyəti”  kütabında  qaimməqam Nağı bəy Əlizadəni  “Ġstiq-

lal ġəhidi”  adlandırmıĢdır... 

 

 



 

 

290 


 

 

GENERAL-QUBERNATORLAR 

 

 



 

 

MURAD GƏRAY bəy TLEXAS 

(1874-1920) 

 

Bakının  general-qubernatoru, 



general-mayor  Murad  Gəray  bəy 

Tlexas  milliyyətcə  çərkəz  idi  (çər-

kəzlərdə müsəlmandır).O, 21 oktyabr 

1874-cü  ildə  Kuban  vilayətində, 

Yekaterinodar  (indiki  Krasnodar) 

Ģəhərində  hərbçi  ailəsində  doğul-

muĢdu.  Sankt-Peterburqdakı  Mixay-

lovsk  Artilleriya  Məktəbini  bitirdik-

dən  sonra,  1904  -1905-ci  illər  rus-

yapon  müharibəsində  və  Birinci 

Dünya  müharibəsində  (1914-1918) 

döyüĢlərdə  bərkimiĢ,  özünü  nümu-

nəvi  döyüĢ  zabiti  kimi  göstərərək,  Ģöhrət  qazanmıĢdı...  Murad 

Gəray  bəy  çar  Rusiyası  ordusunda  nümunəvi  xidmətinə  görə 

general-mayor ali hərbi rütbəsinə layiq görülmüĢdü... 

...Azərbaycan  Xalq  Cümhuriyyətinin  Murad  Gəray  bəy  kimi 

peĢəkar kadrlara ehtiyacı vardı. O cümlədən Daxili ĠĢlər Nazirliyini 

də  belə  kadrlarla  möhkəmləndirmək  son  dərəcə  vacib  idi.  Odur  ki, 

Azərbaycan  hökumətinin  baĢçısı  və  eyni  zamand  daxili  iĢlər  naziri 

olan  N.Yusifbəylinin  1919-cu  il  4  dekabr  tarixli  əmri  ilə  general-

mayor Murad Gəray bəy Tlexas  Bakının general-qubernatoru vəzi-

fəsinə təyin edilmiĢdi. O, Birja küçəsi (indiki Üzeyir Hacıbəyov) 8 

nömrəli  ünvanda  otururdu.  M.  Tlexas  bu  vəzifədə  AXC-nin  süqu-

tuna qədər qətiyyətlə və sədaqətlə xidmət göstərmiĢdi... 



 

291 


...General  M.Tlexas  kabinet  məmuru  deyildi.  Məsul  dövlət 

vəzifəsində  çalıĢan  general  M.  Tlexas  gözəl  baĢa  düĢürdü  ki,  ona 

tapĢırılan çətin vəzifənin öhdəsindən layiqincə gəlməlidir. Əvvəlllər 

döyüĢlərdə  sınaqdan  çıxmıĢ  M.  Tlexas  cinayətkarlıqla  mübarizədə 

və  müstəqil,  milli  dövlətimiz  əleyhinə  çalıĢan  qüvvələrə  qarĢı 

barıĢmaz və amansız idi. General M. Tlexas Bakı qradonaçalnikinə, 

Bakı  və  Sabunçu  polismeysterliklərinə  pristavların,  digər  polis 

məmurlarının və qorodovoyların xidməti fəaliyyətində qanunçuluğa 

riayiət etmələrinə həmiĢə ciddi nəzarət edir,nizam-intizamı diqqətdə 

saxlayırdı.  O,  Bakı  Ģəhərində  və  bütövlükdə  Bakı  quberniyasının 

hər  yerində  qayda-qanunun  möhkəm  olması,  asayiĢin  mühafizəsi, 

cinayətkarlıq  və  onun  növləri  ilə,  xüsusilə,  bolĢeviklərin  Azərbay-

can  hökuməti  əleyhinə  gizli  fəaliyyətinə  qarĢı  tədbirlər  görürdü. 

Cinayət hadisəsi baĢ verəndə general-qubernator dərhal orada görü-

nərdi. General Murad Gəray bəyin Milli Ordumuzun formalaĢması, 

inkiĢafında  da  xidmətləri  vardı.  Buna  görə  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  hərbi  naziri  S.  Mehmandarov  DĠN-ə  göndərdiyi 

iki məktubda ona xüsusi minnətdarlığını  yazmıĢdı... 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolĢevik-

lər  general-mayor  M.  Tlexası  bağıĢlamadılar  və  onu  dərhal  elə 

1920-ci  il  aprelin  28-də  həbs  etdilər.  Onu  güya  inqilabçı  bolĢevik 

Əli Bayramovun qəsdən qətlə yetirilməsinin təĢkilatçısı ittihamı ilə 

mühakimə  esdərək,  iĢgəncələr  verdilər.  Güya  Bakı  Polismeysterli-

yinin  Xəfiyyə  ġöbəsinin  rəisi  Əbdül  Məcid  Reburov  və  onun 

əməliyyatçıları,  Bakının  4-cü  polis  sahə  pristavının  müavini 

Süleyman  bəy  Sübhanverdixanov  bolĢeviklər  Əli  Bayramov  və 

Həbib  Cəbiyevin  Azərbaycan  Parlamentinin  üzvü  Ə.H.  Qarayevin 

evində gizləndiyini bilib  evi  mühasirəyə  alanda  əməliyyata general 

M. Tlexas özü Ģəxsən rəhbərlik etmiĢdir... Məhkəmədə bu iĢin polis 

tərəfindən  təĢkil  olunması  irəli  sürülmüĢdü.  Murad  Gəray  bəyin 

istintaqını 11-ci ordunun Siyasi Ġdarəsinin Xüsusi ġöbəsinin keçmiĢ 

rəisi,  həmin  vaxt  isə  Azərbaycan  SSR  Fövqəladə  Komissiyasının 

(FK)  sədri  vəzifəsini  tutmuĢ,  cəllad  Semyon  Pankratovun  rəhbəri 

olduğu  FK-nın  baĢ  müstəntiqi  Adamyan  aparırdı.  10  gün  ərzində 

isintaq  və  mühakimə  olunan  General  M.Tlexas  Ali  Ġnqilabi 

Tribunalın  28  may  1920-ci  il  tarixli  1  nömrəli  hökmü  ilə  ölüm 



 

292 


cəzasına  məhkun  edilmiĢdi.  Hökmü  Ali  Ġnqilabi  Tribunalın  sədri 

Teymur  Əliyev  imzalamıĢdı. 

BolĢevik  Əli  Bayramovun  qətlində  günahı  sübut  olunmama-

sına baxmayaraq, general Murad Gəray bəy Tlexas 1920-ci il mayın 

29-da Bakıda gecə saat 2-də güllələnmiĢdi. Bu zaman onun cəmi 46 

yaĢı vardı. Böyük Məhəmməd Əmin  Rəsulzadə  özünün “Azərbay-

can  Cümhurlyyəti”  kitabında  Murad  Gəray  bəy  Tlexası  (kitabda 

Dəlxas yazılıb)  “Ġstiqlal  ġəhidi” adlandırmıĢdır... 

 

 

 



TEYMUR bəy MƏLİK-ASLANOV 

(1889 - 1920) 

 

Teymur  bəy  Ağa  bəy  oğlu  Məlik-



Aslanov  1889-cu  ildə  Qarabağda,  ġuĢa 

qəzasının  Dizaq  sahəsinin  (indi  Hadrud-

dur, 1939-cu ilədək Dizaq adlanırdı) Tuğ 

kəndində  əsilzadə  ailədə  anadan  olmuĢ-

du. Onun özündən 10 yaĢ böyük qardaĢı, 

Azərbaycanın görkəmli ictimai-siyasi xa-

dimi Xudadat bəy Məlik-Aslanov (1879-

1935) Azərbaycan Xalq Cümhuriyyətinin 

ilk  yollar,  poçt  və  teleqraf  naziri  olmuĢ, 

repressiyayaya məruz qalmıĢdır...Teymur 

bəy  özü  isə  Peterburq  Yol  Mühəndisliyi 

Ġnstitutunu  bitirmiĢ,  AXC  dönəmində 

Azərbaycan  Dəmir  Yol  Ġdarəsinin  rəisi 

və  Bakı  Dəmir  Yolunun  general-

qubernatoru olmuĢdu... 

...Teymur  bəy  Məlik-Aslanov  Azərbaycanda  sovet  hakimiy-

yəti  qurulduqdan  sonra  milli  qüvvələrimiz  tərəfindən  Gəncə  üsya-

nında  (24  may-4  iyun  1920-ci  il)  bolĢevik-rus-daĢnak  qüvvələrinə 

qarĢı  fəal  iĢtirak  etmiĢdi.  Odur  ki,  üsyan  qan  içində  yatırıldıqdan 

sonra Azərbaycan FK əməkdaĢları tərəfindən həbs edilmiĢdi. Azər-

baycan SSR Ġnqilabi Hərbi Səhra Məhkəməsi 1920-ci il iyulun 17-


 

293 


də  14  nəfər  kommunistin  Ģahidliyi  və  qondarma  ifadələr  əsasında 

keçmiĢ  müsavatçı,  Azərbaycan  Cümhuriyyəti  Dəmir  Yolunun  və 

Bakı  Dəmir  Yolu  üzrə  general-qubernator  Teymur  bəy  Məlik-As-

lanovun  edam  olunması  haqqında  hökm  çıxarmıĢ  (orada  deyilirdi 

ki,  hökmdən  kassasiya  Ģikayəti  vermək  olmaz),  onun  evindən  28 

min  340  rubl  dəyərində  əĢyası  müsadirə  olunmuĢdu.  Hökm  elə 

həmin ay yerinə yetirilmiĢdi... 

 

 



 

MƏHƏMMƏD KOVXA 

(1859 – 1933) 

 

Məhəmməd  Mahmud  oğlu  Kovxa 



(Mahmudov)    (xalq  arasında  Məmməd 

Koxa  kimi  məĢhur  olmuĢdur)  Azərbay-

can Xalq Cümhuriyyəti dövründə türklə-

rin  köməyə  gəliĢi  zaman  (1918-ci  ilin 

iyununda)  Qazaxın  general-qubernatoru 

olmuĢdu. Bu zaman ay yarım idi ki, hə-

min  vəzifədə  Hacı  Kərim  Sanılı  (1878-

1937)  idi.  H.  Sanılı  sol  menĢevik  idi  və 

general-qubernator 

vəzifəsinə 

gürcü 

menĢevik  hökumətinin  köməkliyi  ilə... 



gəlmiĢdi.  Onun  M.  Kovxa  ilə  köhnədən 

düĢmənçiliyi  vardı.  Lakin  nüfuzlu  mül-

kədar  nəslindən  olan  M.  Kovxanı  yerli  əhali  müdafiə  edirdi  və 

onların tələbiylə H. Sanılı vəzifədən kənarlaĢdırılmıĢ və Azərbaycan 

Cümhuriyyəti hökumətinin  qərarı ilə  general-qubernator vəzifəsinə 

təyin edilmiĢdi. 

M.  Kovxa  öz  xeyirxah  əməlləri  ilə  hələ  general-qubernator 

vəzifəsinə  təyin  edilməmiĢdən  əvvəl  el-oba  arasında  böyük  hörmət 

qazanmıĢdı . M.  Kovxa hələ 1914-cü ildə Avey  dağından camaata 

bulaq  çəkdirmiĢdi.  Qeyrətli  Ģəxsiyyət  olub.  Xalqın  xeyir-Ģərində 

yaxından  iĢtirak  edib,  onlara  dayaq  durub,  əl  tutub...  M.  Kovxa 

1914-1920-ci  illərdə  erməni-daĢnak  dəstələrinə  zərbə  vuranlardan 



 

294 


biri  idi.General-quberator  iĢlədiyi  dövrdə  (1919-cu  ilin  oktyabrı-

nadək) Qazaxda ciddi qayda-qanun yaratmıĢdı...Böyük milli qürura 

malik Ģəxsiyyət idi Məhəmməd Kovxa. Oğlu Həmid bəy də Gəncə 

hərbi  məktəbinin  ilk  məzunlarından  biri  kimi  sovet  hakimiyyətinə 

qarĢı mübarizə aparmıĢdı... 

Təəssüf  ki,  Məhəmməd  Kovxada  repressiya  qurbanlarından 

biri  olan  Ģəxsiyyətlərimizdən,  milli  istiqlal  fədailərimizdəndir.  M. 

Kovxa  Qazax  qəzasında    “Həqiqət  ordusu”  adlı  antisovet  təĢkilatı-

nın  fəal  üzvü olmuĢdu... M. Kovxa acı  tale  yaĢamıĢdır. 1926-cı  il-

dən baĢlayaraq, sovet hakimiyyət orqanları onun ailəsini də repres-

siyaya  baĢlamıĢdılar.  Özü  oğlu  Həmid  ilə  bir  müddət  Türkiyədə-

SarıqamıĢda yaĢasa da, ailəsinin repressiya edilməsinə dözməyərək, 

Qazaxa  qayıtmıĢdı...1929-cu  il  sentyabrın  14-də  70  yaĢlı  qocanı 

sovet  hakimiyyətinin  düĢməni  kimi  BaĢ  Dövlət  Siyasi  Ġdarəsinin 

(BDSĠ) müstəntiqi Revaz Xaçikyan dindirmiĢdi... M. Kovxa 1929-

1933-cü  illərdə  sürgün  həyatı  yaĢayıb.  Vəfatından  əvvəl  artıq  huĢu 

da getmiĢdi. Qazaxın sabiq general-qubernatoru Məhəmməd Kovxa 

1933-cü  ilin  payızında  74  yaĢında  sürgündə  ürəyi  partlamaqla 

dünyasını dəyiĢmiĢdir... 

 

 



 

XOSROV bəy SULTANOV 

(1879 – 1947) 

 

Qarabağın  general-qubernatoru  olmuĢ  Xosrov  bəy  Sultanov 



1879-cu  il  mayın  10-da  Zəngəzur  qəzasının  Hacısamlı  bəyliyinin 

(Hacısamlı-Qaraçorlu  bölgəsinin  də  yazılır)  QasımuĢağı  obasında 

Qurdqajı (Qurdhacı da deyilir) kəndində mülkədar ailəsində anadan 

olmuĢdu. Bu kənd yaĢayıĢ məntəqəsi, yurd yeri kimi çox qədimlərə 

gedən tarixə malikdir. Kəndin ilk adı Qurdgəzi olmuĢdur. Qurdqajı 

(Qurdhacı) çayının sahilində yerləĢirdi (kənd hazırda Laçın rayonu-

nunun ərazisinə daxildir). Xosrov bəyin atası böyük nüfuza və var-

 

dövlətə  sahib,  müdrik  kəlamlar  ustadı,  millətpərvər  Əli  PaĢa  bəy 



 

295 


(1837-ci  ildə  doğulmuĢdu)  Xanmurad 

bəy 


oğlunun  ailəsində  dünyaya 

gəlmiĢdi. 

Əli  PaĢa  bəy  Kəbirli  mahalın-

dan,  Pərioğulular  obasından  Abbas-

qulu  bəyin  qızı  Bəyim  xanımla  ailə 

həyatı  qurmuĢdu.  Bu  izdivacdan  Sul-

tan  bəy  (1871-1955),  Xosrov  bəy 

(1879-1947),  Ġsgəndər  bəy  (1897-

1923) və Rüstəm bəy oğulları (1875), 

Aftab xanım (1867) adlı qızı dünyaya 

gəlmiĢdi. Əli PaĢa bəyin ikinci arvadı 

Seyidlər  obasından  Hacı  Mir  Əziz 

ağanın  qızı  idi.  Həmin  nikahdan  da 

Zülfüqar bəy, Bahadur bəy, Ġsrafil bəy 

adlı  oğulları,  Ziba  xanım  və  Məhbub  xanım  adlı  qızları  doğul-

muĢdu. Beləliklə, Əli PaĢa bəyin 11 övladı vardı. 

Əli PaĢa bəyin böyük oğlu Sultan bəy (əsl adı Əli PaĢa bəyin 

ana  babasının  adını  qoyduğu  Əsəd  Sultan  idi)  və  qardaĢ-bacıları 

PaĢa  bəyin  əsas  kəndi  Qurqajı  olsa  da,  onlar  bir  müddət  Nağdalı 

kəndində  yaĢamıĢdılar...  Böyük  mülkədar  olan  Əli  PaĢa  bəy  və 

övladlarının  dədə-baba  peĢələri  qoyunçuluq  və  maldarlıqla  məĢğul 

olmaq idi.Onlar yayda Qurdqjl kəndinin ən uca yeri olan Qarapalçıq 

dağının  zirvəsində  tikdikləri  “Dağ  evi”ndə  yaĢayırdılar.  Əli  PaĢa 

bəy  və  həyat  yoldaĢı,  Qarabağ  xanlarının  nəslindən  olan  Dilrüba 

xanım  oğlanları  Xosrov  bəyin  həkimlik  və  Sultan  bəyin  isə  hərb 

sənətinə  yiyələnmələri  üçün  heç  nələrini  əsirgəməmiĢdilər.  Beləki, 

onlar  Sultan  bəy  Sankt-Peterburq  Hərbi  Akademiyasına,  Xosrov 

bəyi  isə  Odessadakı  “Novorossiysk”  Universitetinə  oxumağa 

göndərmiĢdilər.Rüstəm  bəy  isə  Sankt-Peterburq  Texnologiya 

Ġnstitutunu  bitirib  ali  təhsilli  neft  mühəndəsi  kimi  çalıĢmıĢdı. 

QardaĢlardan  Bahadur  bəy  hələ  cavan  ikən  naməlum  adamlar 

tərəfindən qətlə yetirilmiĢdi. Sonralar Sultan bəy qardaĢının qisasını 

qatillərdən  almıĢdı...  Əli  PaĢa  bəy  ermənilərin  Zəngəzur  qəzasına, 

hətta  ġuĢa  Ģəhərinə  hücumlarının  qarĢısını  alanda  baĢçılıq  etdiyi 



 

296 


dəstəsilə  hünərlər  göstərəndə,  ona  ən  yaxın  yardımçı  xalq 

qəhrəmanına çevrilmiĢ böyük oğlu  Sultan bəy idi. 

... Xosrov bəy ilk təhsilini Gəncə Klassik Gimnaziyasında, ali 

tibb  təhsilini  isə  Ukraynannın  Odessa  Ģəhərindəki  “Novorossiysk 

Universitetində”  və  Xarkov  Ģəhər  Universitetində  (1903)  almıĢdı. 

O,  Odessa  Universitetində  xalqımızın  böyük  oğlu  N.  Nərimanovla 

birlikdə oxumuĢ və onunla dostluq etmiĢdi. Tarixi ədəbiyyatda yazı-

lana  görə,  hələ  tələbə  olarkən  nadinc  bir  rus  oğlan  Ģəhərin  mərkə-

zində,  Xosrov  bəyin  yaĢadığı  küçənin  yaxınlığında  bir  qızla  kobud 

davrandığına  görə  Xosrov  bəy  həmin  oğlanın  yumruq  və  təpiklə 

dərsini  vermiĢdi.  Buna  görə  həmin  rus  oğlan  Xosrov  bəyi  duelə 

çağırmıĢdı. ”Dueli” qəsdən elə təĢkil etmiĢdilər ki, ilk gülləni rəqib-

atmalı olmuĢdu. Rəqib ilk atəĢdə Xosrov bəyi sol gözündən yarala-

mıĢdı. Lakin yaralı və həyəcanlı olmasına baxmayaraq, Xosrov bəy 

sərrast  cavab  atəĢilə  rəqibini  biryolluq  yarə  sərmiĢdi.  ĠĢ  elə  gətirir 

ki,  sonralar  həmin  qızla  Xosrov  bəy  ailə  qurur  və  bu  evlilikdən 

onların  bir  oğlu  dünyaya  gəlir.  Xosrov  bəy  babası  Xanmuradın 

Ģərəfinə  oğluna  Murad  adını  qoyur.Lakin  Murad  azyaĢlı  ikən 

xəstələnir və dünyasını dəyiĢir. Bu, Xosrov bəyə dərd olmuĢdu. 

...Xosrov  bəy  Sultanov  Tiflisdə  Azərbaycan  Xalq  Cümhuriy-

yəti elan olunan zaman ona imza atmıĢ 24+2 nəfər görkəmli ictimai-

siyasi xadimlərdən biri idi. 1918-ci il mayın 28-də F. Xoyskinin təĢkil 

etdiyi  Azərbaycan  Cümhuriyyətinin  1-ci  hökumət  kabinetində 

müsavatçı  X.  Sultanov  Azərbaycanın  ilk  hərbi  naziri  olmuĢdu  (2-ci 

və  3-cü  hökumət  kabinetlərində  isə  əkinçilik  naziri  kimi  fəaliyyət 

göstərmiĢdi). O, hökumətin qərarı ilə N.Yusifbəyli və ġ. Rüstəmbəyli 

ilə birlikdə Gəncəyə əmin-amanlığı bərpa etməyə göndərilmiĢdi. 

Azərbaycan  milli-azadlıq  hərəkatının  fəal  iĢtirakçısı  olan  X. 

Sultanov hələ  1917-ci  ildə “Müsavat”  partiyasına daxil olmuĢ,  Ru-

siya  Müəssisələr Məclisinə deputat seçilmiĢdi... Vaxtıilə Müsəlman 

fraksiyasının tərkibində Zaqafqaziya Seyminin üzvü olmuĢ X. Sul-

tanov sonra “Ġttihad” partiasına keçmiĢdi... Azərbaycan  Parlamenti 

təsis  olunanda  -  1918-ci  il  dekabrın  7-də  onun  tərkibinə  daxil 

edilmiĢdi. 

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ertəsi gün, 

1918-ci il mayın 29-da Cənibi Qafqazda sülh və əmin-amanlıq yara-



 

297 


nacağını zənn edən Azərbaycan hğkuməti özünə paytaxt tapa bilmə-

yən  daĢnak  Ermənistanı  Respublikasına  qədim  türk  yurdu  Ġrəvanı 

güzəĢtə getmiĢdi. Bu, ciddi səhv idi və ermənilər ĢirnikləĢərək, ərazi 

iddialarını davam etdirirdilər... 

1918-ci  il  iyulun  22-də  Qarabağın  dağlıq  hissəsindədəki 

ermənilər  “müstəqil”  olmaq  cəhdi  göstərərək,  xalqımızın  qatı  düĢ-

məni,  Türkiyədən  qulağı  kəsilməklə  qovulmuĢ  general  Andronik 

Ozanyan  (general  rütbəsini  ona  türkləri  sataraq  rus  ordusuna  tərəf 

keçdiyi üçün Rusiya vermiĢdi) həmin qiyamçılara kömək məqsədilə 

silahsız  azərbaycanlılara  qarĢı  qırğınlar  törədərək  Zəngəzurdan  

ġuĢa  qəzasına  keçmiĢdi.  Odur  ki,  Zəngəzur  qəzasının  mərkəzi 

Gorusdan  Qubadlının  Dondarlı  kəndinə  köçürülmüĢdü.  Andronik 

isə  Gorusu  tutaraq  azərbaycanlılara  qarĢı  soyqrımını  davam 

etdirirdi...  Belə  Ģəraitdə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  daxili 

iĢlər  naziri  X.Xasməmmədov  Azərbaycan  hökumətinə  məruzə 

təqdim  edərək,  Qarabağda  müvəqqəti  general-qubernatorluq  yara-

dılması təklifiylə çıxıĢ etdi. Təklif qəbul olundu və 1919-cu il yan-

varın 13-də Gəncə quberniyasından ayrılmaqla ġuĢa, CavanĢir, Cəb-

rayıl  və  Zəngəzur  qəzaları  əsasında  Qarabağ  General-Quberna-

torluğunun təsis edilməsi haqqında qərar çıxardı. 

1919-cu  il  yanvarın  15-də  Azərbaycan  hökumətinin  növbəti 

iclası oldu. Ġclasda daxili iĢlər naziri X. Xasməmmədovun Qarabağ-

dakı  vəziyyətə  dair  məruzəsi  dinlənildi.  ”Azərbaycan  hökumətinin 

qərarlar”  jurnalından  aydın  olur  ki,  həmin  iclasda  razılaĢdırılmıĢdı 

ki,  məruzədə  göstərilən  hüquq  və  vəzifələrlə  müvəqqəti  general-

qubernator  vəzifəsi  təsis  olunsun.  DĠN-ə  tapĢırılsınki,  hökumətin 

növbəti iclasınadək general-qubernator vəzifəsinə namizəd göstərsin 

və  onun  sərəncamına  nə  qədər  məbləğdə  vəsait  buraxılmasının 

zəruriliyi  barədə  öz  mülahizələrini  təqdim  etsin.  Məruzədə  adları 

çəkilən dörd qəzadan ibarət vahid müvəqqəti general-qubernatorlu-

ğun  zəruriliyi  hüquqi  əsaslar,  dəlillərlə  və  real  situasiyaya  əsasən 

izah  olunmuĢdu.  Məruzədə  həmçinin  general-qubernatorun  dəqiq  

və  konkret  vəzifələri  də  müəyyənləĢdirilmiĢdi.  Buraya  erməni 

separatçı hərəkatına qarĢı mübarizə və onun tamamilə ləğv edilməsi

yuxarıda  göstərilən  qəzalarda  qəti  qayda-qanun  yaradılması,  yerli 

hakimiyyətin  təĢkili,  qaçqınların  ərzaqla  təchiz  olunması,  onlara 



 

298 


köməklik  göstərilməsi  və  əvvəlki  yaĢayıĢ  yerlərinə  qaytarılması 

daxil  idi.  Bu  iĢlərin  həyata  keçirilməsi  məqsədilə  general-

qubernatorun  yanında  ona  kömək  üçün  Xosrov  bəyin  sədrliyi  ilə 

xüsusi  ġura  yaradılması  nəzərdə  tutulmuĢdu.  ġuranın  tərkibinə 

hərbi,  ərzaq,  himayəçilik  və  səhiyyə  nazirliklərinin  məĢvərətçi  səsi 

olan nümayəndələri daxil olmalı idi. 

 Azərbaycan  hökumətinin  15  yanvar  1919-cu  il  tarixli  icla-

sında  Qarabağın  general-qubenatoru  vəzifəsinə  namizəd  də  təklif 

olunmuĢdu.  Daxili  iĢlər  naziri  X.  Xasməmmədov  tərəfindən  irəli 

sürülmüĢ namizəd Bakının polismeysteri və qradonaçalniki (quber-

nator  hüququna  bərabər  vəzifə,Ģəhər  rəisliyi  idi)  vəzifələrində 

çalıĢmıĢ  Quda  Əliyeviç  Qudiyevi  (bəzi  ədəbiyyatda  Puda,  Qud 

yazılıb.Quda düzdür) Daxili ĠĢlər Nazirliyi təcrübəli, hərbi xidmətin 

müxtəlif  pillələrini  bit-bir  keçmiĢ  məmur  kimi  xarakterizə  edərək, 

namizədliyini müdafiə edirdi. Lakin Q. Qudiyevin yeganə və həmdə 

əsas çatıĢmayan cəhəti Azərbaycan dilini bilməməsiydi. Üstəlik, o, 

Qarabağ  bölgəsinə  də  yəqinki,  çox  yaxından  bələd  deyildi.  Çünki, 

Q.  Qudiyev  Dağıstanda  Ter  Vilayətinin  Nazran  Dairəsində  anadan 

olmuĢ milliyyətcə inquĢ idi (bu faktı ilk dəfə dövriyyəyə BDU-nun 

professoru, tarix elmləri doktoru Ġsmayıl Musayev daxil etmiĢdir...). 

Beləliklə,  görkəmli  ictimai-siyasi  xadim,  Qarabağı  yaxĢı 

tanıyan  Xosrov  bəy  Sultanov  Azərbaycan  Parlamenti  və  Höku-

mətinin  1919-cu  il  15  yanvar  tarixli  iclasının  birgə  qərarı  ilə  yeni 

təsis olunan müvəqqəti Qarabağ General-Qubernatorluğunun baĢçısı 

təyin  edilmiĢdi.  Bakıda  təçkilati  iĢlərini  baĢa  vuran  X.  Sultanov 

1919-cu  il  fevralın  10-da  general-qubernatorluğun  mərkəzi  ġuĢa 

Ģəhərinə gəlmiĢ, səhərisi günü Ģəhər baĢçısı Q. ġahnazarovu, yepis-

kop  Vahanı  yanına  çağırtdırıb  vəziyyətin  stabilləĢdirilməsi  üçün 

onlarla danıĢıq aparmıĢdı. X. Sultanov  fevralın 12-dən əməli olaraq  

vəsifəsinin  icrasına  baĢlamıĢdı. 

...Ermənilərin Azərbaycan torpaqlarına və əhalisinə qarĢı təca-

vüzkarlıqları,  fitnə-fəsadları  səngimək  bilmirdi.Odurki,  Qarabağ 

General-Qubernatorluğu ilə  yanaĢı, 1919-cu il fevralın 28-də Azər-

baycan hökumətinin  qərarı ilə  erməni-daĢnakların hücumlarını  mü-

təĢəkkil surətdə dəf etmək və bölgədə qayda-qanunu yaxĢılaĢdırmaq 

məqsədilə  paytaxtı  Naxçıvan  olan  Cənub-Qərbi  Azərbaycan  Gene-



 

299 


ral-Qubernatorluğu  yaradılmıĢ,  Bəhram  xan  Naxçıvanski  general-

qubernator vəzifəsinə təyin edilmiĢdi... 

...X. Sultanov vəzifəsinin icrasına baĢlamasından 3 gün sonra, 

1919-cu il fevralın 15-də qəza rəislərinin və ictimai xadimlərinin ilk 

müĢavirəsini keçirmiĢdi. MüĢavirədə əsasən kəskinləĢmiĢ erməni və 

Azərbaycan  münasibətləri  müzakirə  olunmuĢdu.  Ġclasda  ġuĢanın 

qəza  rəisi  AbıĢ  bəy  Qalabəyov,  Zəngəzurun  qəza  rəisi  Camal  bəy 

Sultanov, CavanĢir qəzasının rəisi  Bəhram bəy Məlik-Abbasov  və 

baĢqaları çıxıĢ etmiĢdilər. Zəngəzur qəzasının rəisi Camal bəy Sul-

tanov öz çıxıĢında qəzada olan ağır vəziyyəti, ABġ-ın, Böyük Brita-

niyanın,  Rusiyanın    və  digər  ölkələrin  Andronikə  həm  hərbi,  həm 

pul,  həm  də  ərzaq  yardımları  etməsindən  danıĢmıĢdı.  Müzakirədə 

qeyd edilmiĢdi ki,Andronikin qaniçən, quldur dəstəsində 1000 nəfər 

vardır və bu dəstənin təcavüzü nəticəsində təkcə Zəngəzur qəzasın-

da  166  kənd  talan  edilmiĢdir...  Fevralın  17-də  general-qubernator-

luqda  növbəti  müĢavirə  olmuĢdu.  MüĢavirədə  iĢtirak  edən  ingilis 

qoĢunlarının  ġuĢadakı  nümayəndəsi  kapitan  Seyral  bildirmiĢdiki, 

Andronikin dəstəsinin ləğvi ilə onlarda məĢğuldur... ġuĢadakı Brita-

niya missiyası adından çıxıĢ edən mayor Monk-Mezon isə Qarabağ 

Erməni Milli ġurasına müraciətlə bütün erməniləri  hökumət orqanı-

na  tabe  olmağa  çağırmıĢdı.  O,  bildirmiĢdi  ki,  Zəngəzur,  ġuĢa,  Ca-

vanĢir  və  Cəbrayıl  qəzalarının  müvəqqəti  general-qubernatorluğu 

Briyaniya komandanlığının razılığı ilə təsis edilmiĢdir. Qubernator-

luğun  mülki  hissə  üzrə  müavini  də  ermənidir...  Britaniya  missiyası 

əhaliyə bəyan edirki,Qarbağ General-Qubernatorluğunun bütün gös-

təriĢ və  sərəncamları hamı üçün məcburidir və hər hansı  itaətsizlik 

göstərilməsinə qarĢı ən qətiyyətli tədbirlər həyata keçiriləcəkdir. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  Parlamenti  və  Hökumətinin 

1919-cu il 13 və 15 yanvar tarixli birgə qərarı ilə Gəncə quberniya-

sından  ayrılaraq  birbaĢa  DĠN-ə  tabe  olmaqla  təĢkil  edilən  Müvəq-

qəti Qarabağ General-Qubernatorluğuna məhz X. Sultanovun rəhbər 

təyin  olunması  (rəsmi  surətdə  29  yanvar  1919-cu  ildən)  separatçı 

ermənilərin,  daĢnakların,  DaĢnak  Ermənistanının,  hətta  ikiüzlü  si-

yasət  yeridən ingilislərin narazı  qalmasına səbəb olmuĢdu.  Belə  ki, 

Xosrov  bəyin  Qarabağın  genera-qubernatoru  təyin  edilməsini 

Bakıdakı müttəfiq qoĢunların komandanlığı rəsmən yalnız 1919-cu 



 

300 


il aprelin 3-də tanımıĢdı. Sonrakı hadisələr sübut etmiĢdi ki, ingilis-

lər heç də Azərbaycan hökumətinin Qarabağdakı tədbirlərinə səmi-

mi  olmamııĢlar.  X.  Sultanov  Azərbaycan  hökumətinə  göndərdiyi 

məlumatlarda  real  faktlarla  bildirirdi  ki,”Qarabağ  və  Zəngəzur 

məsələlərinin  həllində  ingilis  köməyindən  qətiyyətlə  imtina  etmək 

lazımdır, onlar bu iĢdə bizə yalnız maneçilik törədirlər”. 

Azərbaycan  Cümhuriyyəti  Nazirlər  ġurasının    1919-cu  il  29 

yanvar  tarixli  iclasında  müəyyən  məsləhətləĢmələrdən  sonra 

“CavanĢir, ġuĢa, Cəbrayıl və Zəngəzur qəzalarına general-quberna-

tor təyin edilməsi haqqında“ DĠN-in məruzəsi dinlənilmiĢdi. Ġclasda 

X.Sultanovun  general-qubernator  təyin  edilməsi,Nazirliyin  20 

milyon manatlıq fondundan general-qubernatorun ehtiyacları üçün 5 

milyon  manat ayrılması, həmin məbləğdən 1 milyon manatın gene-

ral-qubernatorun  sərəncamına  indi  buraxılması,ondan  isə  728.300 

manatın  qubernatorluğun  Ģtatının  saxlanması,  600  nəfərlik  süvari 

dəstəsinin  təĢkili  və  1  ay  müddətində  təmin  olunmasına,  271  ma-

natın  isə  gözlənilməz,  təcili  tədbirlərə  xərclənməsi,  yuxarıda  qeyd 

olunan  dəstənin  sayının  3000  min  nəfərə  qaldırılmasının  mümkün-

lüyünü etiraf etməklə hökumətin xüsusi göstəriĢi ilə həyata keçiril-

məsi  qərara  alınmıĢdı.  Ġclasın  qərarı  ilə  general-qubernatorluğun 

müavinliyinə (hərbi məsələlər üzrə) əslən  Qubadlıdan  olan Çingiz 

Ġldırım  (10  iyul,  1890  Qubadlı-    1938,  Moskva,  Suxanovka, 

güllələınib) təyin olunmuĢdu. 

X.  Sultanova  tapĢırılmıĢdı  ki,  Dağlıq  Qarabağda  ermənilərin 

separatçı  çıxıĢlarına  son  qoyub  orada  qayda-qanun  yaratsın.  X. 

Sultanov  tapĢırılan  vəzifənin  öhdəsindən  layiqincə  gəlmiĢdi.  O, 

böyük  qardaĢı,  məĢhur  xalq  qəhrəmanı  Sultan  bəylə  ermənilərə 

qarĢı  həmiĢə  sərt  mövqedə  durmuĢ,  onlara    dəfələrlə  sarsıdıcı 

zərbələr endirmiĢdı...Ermənilərin müstəqil Xalq Cümhuriyyətimizin 

ərazi  bütövlüyünə  və  varlığına  qarĢı  mənfur    niyyətlərini  Xosrov 

bəy puç etmiĢdi. 1919-cu il martın 21-dən 30-dək davam  edən Əs-

kəran  döyüĢlərində  X  Sultanov  general-mayor  Həbib  bəy  Səlimo-

vun  (1881-1920)  komandanlıq  etdiyi  Azərbaycan  Ordusunun  qüv-

vələrini  də  cəlb  etməklə  Ġrəvandan  Qarabağa  göndərilmiĢ  daĢnak 

generalı  Dro  (Drostamat)  Kanayanın  və  “Dəli  Qazar”ın  quldur-

terrorçu dəstələrini darmadağın etmiĢdi. DüĢmənlərə qarĢı vahid və 



 

301 


mərkəzləĢdirilmiĢ  qüvvələrin  yaradılmasını  zəruri  hesab  esdən 

Xosrov bəy 1919-cu il aprel  ayının 2-də  Bakıya  Nazirlər ġurasının 

sədrinə  göndərdiyi  məktubunda  yazırdı  ki,  ağır  anda  qanuna  görə 

general-qubernatorluğun  hakimiyyəti  BaĢ  komandanın  hakimiyyə-

tinə  bərabər  tutulur  və  general-qubernatorluğun  ərazisindəki  silahlı 

qüvvələr onun tabeliyinə keçməlidir.Çünki  bunu  mövcud  vəziyyət  

tələb  edir... 

1919-cu  il  aprelin  5-də  Xosrov  bəy  general-qubernatorluğun 

fəaliyyəti  ilə  xalqı  tanıĢ  etmək  üçün  rəsmi  dövlət  qəzeti  olan 

“Azərbaycan” ın müxbirinə olduqca maraqlı müsahibə vermiĢdi... 

X.  Sultanov  1919-cu  il  aprelin  6,  7  və  14-də  Azərbaycan 

hökumətinə yeni məktublar ünvanlamıĢdı. Azərbaycan hökumətinin 

baĢçısına ünvanladığı 14 aprel tarixli məktubunda bildirirdi ki, Qa-

rabağ  General-Qubernatorluğuna  aid  ərazilərin  məsələsini  qəti  həll 

etmək  üçün  kifayət  qədər  hərbi  sursatlı  2  min  nəfər  əsgər  bəs  edər 

və  bu  məqsədlə  də  bölgələrdəki  hərbi  hissələrin  onun  tabeçiliyinə 

keçməsini  xahiĢ  edir.  Əks  təqdirdə,  istefaya  buraxılmasını  xahiĢ 

edir.  ”Buna  görə  də  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin 

19 aprel 1919-cu il tarixli iclasında Nazirlər ġurasının sədri  N.Yu-

sifbəyli    X.  Sultanovun  rəhbərlik  etdiyi  generai-qubernatorluqdakı 

hərbi  hissələrin  ona  tabe  olması  haqqında  əlavə  vəsadətinə  dair 

məruzə ilə çıxıĢ etmiĢdi.  Ġclasda Qarabağ General-Qubernatorluğu-

nun hüdudlarında yerləĢən hərbi hissələrin Xosrov bəyin icazəsi və 

razılığı  ilə  hərəkət  etməsi  və  onun  məsul  olması  qərara  alınmıĢdı. 

Hökumət  baĢçısı  N.Yusifbəyli  bu  qərara  uyğun  olaraq  Hərbi 

Nazirliyə  X.  Sultanovun  vəsadətini  yerinə  yetirməyi  və  həmin 

sahədə ona kömək göstərmək barədə sərəncam vermiĢdi. 

Xosrov  bəy  baĢ  nazir  N.Yusifbəyliyə  göndərdiyi  məktubda 

yazırdı:  ”XahiĢ  edirəm,  xəzinəyə  birdəfəlik  200  min  manatdan  az 

olmayaraq, pulun (daha yaxĢı olardı ki, mənim vasitəmlə) köçürül-

məsi haqqında sərəncam verəsiniz ki, mən bu pulu ehtiyac olan hal-

larda  xəzinəyə  buraxım.Bu,  ermənilərin  xəzinədəki  pulları  ələ 

keçirə bilmək imkanı  ilə izah olunur. Tezliklə, Andronikin “məsə-

ləsi”ni  ləğv  etmək  üçün  gördüyümüz  fəal  və  qəti  hərəkətlər 

haqqında  məruzə  hazırlanacaqdır.  Bir  ay  ərzində  ermənilərlə  və 

ingilislərlə apardığımız dinc, ehtiyatlı siyasət heç bir nəticə vermə-



 

302 


yərək,  məsələni  yubadır.  Ermənilərin  hər  yerdə  hərəkətlərindən 

görünür  ki,  onlar  güclü  hazırlığa  malikdir.  XahiĢ  edirəm,  hərbi 

nazirə  sərəncam  verəsiniz  ki,  əvvəlcə  geyim  ləvazımatı  hazırlığı 

olmadan  orduya  çağırıĢ  keçirilməsin.  Dünən  yerli  batalyonun  his-

sələri  içərisində  ayaqqabı,  geyim  çatıĢmazlığı  ucbatından  narazılıq 

olmuĢdur. Mən iĢə qarıĢmasaydım, bu, kəskin xarakter alardı. Dörd 

qəzada hazırda sakitçilikdir. Vəd olunmuĢ patronları almamıĢam”. 

X.  Sultanov  Qarabağda  ingilis  siyasəti  ilə  əlaqədar  yaranmıĢ 

vəziyyəti  aradan  qalırmaq  üçün  1919-cu  il  iyun  ayının  4-də  saat    

10-da  ġuĢada  general-qubernatorluğun  binasında  müttəfiq  qoĢunla-

rın nümayəndəsi polkovnik D. ġatelvortla görüĢüb söhbət aparmıĢ-

dı... Onun da razılığı əsasında gizli yolla ġuĢaya silah gətirən Ermə-

ni Milli  ġurasının fəal separatçı üzvləri, ġuĢa keĢiĢləri Ter-Ovanes-

yan,  Mirzəbekov,  Vartapetovlar,  həmçinin  E.  ĠĢxanyan,  Avetisyan 

və  Tumanyansı  həbs  edib,  iyunun  5-də  səhər  saat  9-da  ingilis  ko-

mandanlığının nümayəndəsi Azərbaycan məmurlarının müĢayiəti və 

ingilis əsgərlərinin  mühafizəsi alyında onların Qarabağ hüdüdların-

dan çıxarılmasına, əvvəl Tiflisə, oradan da Ermənistana ötürülməsi-

nə nail olmuĢdu. Ġyunun 5-də X. Sultanovun yanına gələn R.N. Mə-

lik-ġahnazarov  ġuĢada  baĢ  verən  faciəli  hadisələrin    dayandırılma-

sında  gördüyü  təsirli  tədbirlərə  görə  onunla    həmrəy    olduğunu  

bildirmiĢdi. 

General-qubernator  X.  Sultanov  ġuĢanın  müdafiə  olunması 

haqqında gördüyü tədbirlər barədə Nazirlər ġurasının sədri N.Yusif-

bəyliyə göndərdiyi növbəti məktubunda bildirirdi : ” Köçəri maldar-

ların hərəkəti ilə əlaqədar mənim tərəfimdən Əskərandan TurĢsuya 

qədər  40  kilometrlik  məsafədə  və  xüsusilə,  köçərilərin  keçdiyi  ən 

mühüm  məntəqə olan ġuĢa ətrafında xalq  milisindən və piyadalar-

dan ibarət gücləndirilmiĢ gözətçi məntəqələri qoyulmuĢdur. Milliy-

yətindən asılı olmayaraq, ġuĢaya kənardan silahlı dəstələrin gəlmə-

sinə  mane  olmaq  üçün  ġuĢa  ətrafında  bütün  məntəqələr  mənim 

əmrimlə  tutulmuĢdur.  Bunlar  Erməni  Milli  ġuraasının  (bu  ġuranın 

üzvləri Qarabağda millətlərarası və etnik münaqiĢələri qəsdən qızıĢ-

dırmaqla Xosrov bəyin iĢini mürəkkəbləĢdirirdilər) rəhbərlik etdiyi 

erməni  əhalisindən  olan  bəzi  ünsürlərin  xoĢuna  gəlməmiĢdir,onlar 

bizim  əsgərlərin  tutduğu  1-ci  məntəqəyə  -  “Üçmıxa”-a  4  iyunda 



 

303 


hücum etmiĢ, bunun nəticəsində bizim postda olan 6 nəfər əsgərdən 

3 nəfəri öldürülmüĢdür və bütün bunlar əhalinin, qoĢunun hiddətinə 

səbəb olmuĢ, atıĢma baĢlamıĢdır. Mən böyük çətinlikə ġuĢa Ģəhəri-

nin  ermənilər  yaĢayan  birinci  hissəsinin  əhali  və  qoĢun  tərəfindən 

darmadağın  edilməsinin  qarĢısını  almıĢam.Hadisənin  ikinci  günü 

atıĢma dayandırılmıĢdır. MünaqiĢənin ləğv olunması bütün Qarabağ 

üzrə aparılmıĢdır...”. 

Qarabağda  düĢmənlərə  qarĢı  mübarizədə  fərqlənənlərin  qiy-

mətləndirilməsi də bir general-qubernator kimi X.Sultanovun diqqə-

tində idi və buna mühüm əhəmiyyət verirdi. Bu mənada onun 1919-

cu  il  iyulun  14-də  Azərbaycan  Cümhuriyyətinin  hərbi  naziri            

S. Mehmandarova göndərdiyi teleqram xarakterikdir: 

“Cənab hərbi naziri, Zati-Aliləri! 

Qarabağın  xalq  milisi  sıralarında  Moskva  Ġnstitutunun  tələ-

bələri  Ġsgəndər  bəy  Sultanov  və  keçmiĢ  Qarabağ  Süvari  Alayının 

əsgəri    XankiĢi    Nuru  oğlu  xidmət  edirlər.  Onlardan  birinə  -  ləzgi 

alayı ilə birlikdə bolĢeviklərə qarĢı döyüĢlərdə iĢtirak etmiĢ Ġsgəndər 

bəy Sultanova Türkiyə hərbi ordeni  “Məcidiyyə”, ikincisi - XankiĢi 

Nuru  oğluna  axırıncı  müharibənin  “Georgi  Kavaleri”  ordeni  veril-

miĢdir. 


Axırıncı  Qarabağ  hadisələri  zamanı  onlar  böyük  bacarıq  və 

Ģücaət göstərmiĢlər. Bu haqda  Zati-Alilərinə məlumat verərək, xa-

hiĢ edirəm ki, Siz onların birinci zabit rütbəsinə təqdim olunmaları  

haqqında  sərəncam  verəsiniz”. 

1919-cu  il  iyulun  29-da  Qarabağın  həyatında  əlamətdar  bir 

gün idi. Həmin gün Azərbaycan Cümhuriyyətinin baĢ naziri və eyni 

zamanda daxili iĢlər naziri N.Yusifbəyli Gəncənin general-quberna-

toru  X.  Rəfibəylinin  və  hərbi  nazir    S.  Mehmandarovun  müĢaiyəti 

ilə  əvvəlcə  Xankəndinə  (Qarabağ  xanlığı  Rusiyaya  birləĢdirildikdə 

(14  may  1805)  Xankəndi  axırıncı  Qarabağ  xanı  Mehdiqulu  xanın 

arvadı Pəricahan bəyimə bağıĢlanmıĢdı...), iyulun 30-da isə ġuĢaya 

gəlmiĢ,  Qarabaq  General-Qubernatorluğunun  iqamətgahında  onu 

Xosrov  bəy  və  bütün  ĢuĢalılar  səmimi  və  duz-çörəklə  qarĢılamıĢ-

dılar... 

X.  Sultanovun gördüyü tədbirlər nəticəsində  16 avqust 1919-

cu  ildə  ġuĢada  keçirilən  Qarabağ  ermənilərinin  7-ci  qurultayında 



 

304 


onlar Azərbaycan hökumətini tanıdıqları barədə qərar çıxarmıĢdılar. 

Avqustun  20-də  isə  ġuĢada  erməni  nümayəndələri  ilə  “Dağlıq 

Qarabağ  ermənilərinin  Azərbayacan  hökuməti ilə müvəqqəti  mü-

qaviləsi” imzalanmıĢdı. Ġyirmi altı maddədən ibarət müqavilənin 5-

ci  maddəsinə  əsasən  Qarabağ  General-Qubernatorluğu  yanında  6 

nəfərdən ibarət (3 azərbaycanlı və 3 erməni olmaqla”  ġura yaradıl-

mıĢdı. Ümumiyyətlə, 1919-1920-ci illərdə  daĢnakların  Qarabağdan 

və Zəngəzurdan  təmizlənməsində  Xosrov bəy qardaĢı Sultan bəylə  

birgə  böyük  xidmətlər   göstərmiĢdi... 

Xosrov  bəy  Qarabağın  və  Zəngəzurun  müdafiəsində  mühüm 

rol  oynayacaq  hərbçi kadrların hazırlanması ilə də məĢğul olmuĢ-

du.  Onun  köməyi  sayəsində  Gəncə  hərbi  məktəbində  Zəngəzur 

(Laçın) ġöbəsi açılmıĢdı. Hərbi məktəbin birinci qəbulunada, 1919-

cu  ilin  sentyabrında  Gəncə  hərbi  məktəbinin  piyada  və  artilleriya 

Ģöbələrinə hərbi  təlim  keçmək üçün 121 nəfər gənc cəlb olunmuĢ-

du.  Həmin  gənclər  içərisində  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

hərbi  nazir  əvəzi,  artilleriya  general-leytenantı  Ə.  ġıxlınskinin  31 

oktyabr  1919-cu  il  tarixli  507  nömrəli  əmri  ilə  Zəngəzurdan 

(Laçından  )  31  nəfər  gənc  də  “Zəngəzur  atıcı  batalyonunda”  hərbi 

təlim  keçmiĢdi.  Bundan  baĢqa,  Azərbaycan  Cümhuriyyəti  DĠN-də 

Qarabaq  General-Qubernatorluğuna  kömək  məqsədilə  tədbirlər 

görürdü. Məsələn, daxili iĢlər naziri əvəzi M.Vəkilovun X. Sultano-

va  ünvanladığı    4    fevral    1920-ci  il  tarixli  teleqramda  Zəngəzura 

hərbi  yardım  məqsədilə  digər  yerlərin  əhalisindən  təĢkil  olunmuĢ 

1000 nəfərlik partizan dəstəsinin hazırkı vəziyyətdə bölgəyə göndə-

rilməsinin  vacibliyi  məqsədəyuğun  hesab  edilirdi.  X.  Sultanovun 

sədrliyi ilə keçən Qarabağ General-Qubernatorluğunun 1920-ci il 9 

fevral tarixli iclasında Bakıdan gələn tələbələrin də müdafiə məsə-

lələrinə cəlb olunduğu vurğulanmıĢdı. 

X. Sultanov general-qubernator olmasına baxmayaraq, həmçi-

nin  həftənin  Ģənbə  və  bazar  günləri  Qarabağ  əhalisinə  bir  həkim 

kimi də təmənnasız xidmət göstərirdi. O, həmin günlər Zəngəzurun 

və  Qarabağın  kəndlərinə  gedərək,  xəstə  insanları  təmənnasız  müa-

licə edirdi. Zəngəzurda  Xosrov bəy evlərindən birini “YaĢıl aptek”ə 

çevirmiĢdi. Xosrov bəyin “YaĢıl aptek”ində xəstələrə müalicə məq-


 

305 


sədilə  Çalbayırda  onların  ailəsinə  məxsus  yaylaqlardan  toplanmıĢ 

otlardan, bulaq və mineral sularından düzəltdiyi dərmanlar  verirdi. 

Xosrov  bəy  Sultanov  tariximizi,  ədəbiyyatımızı  və  ümumiy-

yətlə, mədəniyyətimizin müxtəlif sahələrini ürəkdən sevən  və bilən

dərin  biliyə  malik  olan  hərtərəfli  bir  çəxsiyyət  idi.  Bir  laçınlı  kimi 

poyeziyada  Sarı AĢığın bayatılarını və alovlu istiqlal  Ģairi  Əhməd 

Cavad    Axundzadənin  (5  may  1892,ġəmkir,Seyfəli  kəndi  -  10 

oktyabr 1937, Bakı, repressiya olunmuĢ və güllələnmiĢdir) Ģerlərini 

daha  çox  sevib  mütaliə  edirdi.  Xosrov  bəyi  yaxından  tanıyanlar 

ġuĢadkı  evini  “ġərq  kitabxanası”  adlandırırdılar.  Onun  general-

qubernatorluğun  inzibati  iĢçılərinə  və  məmurlarına  ġərq  ədəbiyyatı 

və  tarixindən  mühazirələr  oxuması,  Firdovsidən,  Xaqanidən, 

Nizamidən,  Xətaidən,  Vaqifdən  Azərbaycanca  əzbər  Ģerlər  deməsi 

barədə məlumatlar vardır... 

1920-ci  il  aprelin  28-də  Azərbaycanda  sovet  hakimiyyəti     

11-ci  ordunun  təcavüzü  və  iĢğalı  nəticəsində  “qurulduqdan”  sonra 

yeni  yaranan  H.Sultanovun  baĢçılıq  etdiyi  XDĠK  Xosrov  bəy 

Sultanovu  tabeçilikdə  olan  bir  dövlət  məmuru  kimi  Bakıya  sərən-

cama  çağırmıĢ,  tutduğu  vəzifəsindən  azad  edib,  həbs  etdirmiĢdi...   

X.  Sultanov  yalnız  köhnə  dostu,  Azərbaycan  SSR  XKS-in  sədri     

N.  Nərimanovun  iĢə  qarıĢması  nəticəsində  həbsdən  azad  olunmuĢ-

du.  Xosrov  bəy  sovet  hakimiyyətinə  lazım  olan  bir  təcrübəli  kadr 

kimi   N.  Nərimanovun məsləhəti ilə bir müddət  ġuĢa Qəza  Ġnqilab 

Komitəsinin sədri vəzifəsində çalıĢmıĢdı... N. Nərimanov X. Sulta-

novun  çox  qabiliyyətli,  elmli,  qeyrətli  bir  vətənpərvər  ziyalı  oldu-

ğunu    yaxĢı    bilirdi.  Lakin    sovet  hakimiyyət  orqanlarında  məsul 

vəzifələrə soxulmuĢ bolĢevik cilidində olan erməni-daĢnakların onu 

bir  millətçi  kimi  yenidən  ləkələyə  biləcəyini,  bu    yaxın  günlərdə  

tutulacağını  yəqin  etdikdən  sonra  Xosrov  bəyin  hökmən  tezliklə 

xarici ölkələrdən  birinə qaçırılmasını məsləhət bilmiĢdi.Məhz onun 

yaxından  köməkliyi  ilə  Xosrov  bəy  gizli  yolla  Bakıdan  çıxarılmıĢ 

və  qardaĢı  Sultan  bəyin  göndərdiyi  atlı  adamlar  tərəfindən  

Abdallara  (Laçına)  gətirilmiĢdi. 

Haşiyə: 1924-cü ilə qədər Laçının adı Abdallar adlanırdı. Əl-

veriĢli coğrafi-strateji mövqedə yerləĢən Abdallar Zaqafqaziyada  

və    Ön    Asiyada    yaĢamıĢ  qədim    türk  tayfasının  adını  daĢı-


 

306 


mıĢdır.  Tarixi  ədəbiyyatda  Abdallar  hun  türk  tayfalarından  biri 

kimi  səciyyələnir.  Abdallar  1829-cu  ildə  yaradılan  Qarabağ 

əyalətinin,  1861-ci  ildən  isə  Zəngəzur  qəzasının  tərkibində 

olmuĢdu. Abdallar kəndi Laçının  yerləĢdiyi mərkəz idi. Laçınla 

Xocalı  arasında  -  Qarabağ  dağ  silsiləsində  erməni  daĢnakların 

qənimi,  Sultan  bəy  və  Xosrov  bəyin  döyüĢ  yoldaĢı,  məĢhur 

sərrast  atıcı  Qaçaq  Xanalının  (Xanalı  Novruzalı  oğlu  Xana-

lıyev.1867-ci ildə FərraĢda anadan olub. 1944-cü ildə 77 yaĢında 

orada  öz  əcəli  ilə  dünyasını  dəyiĢib)  doğulduğu  səfalı  FərraĢ 

kəndi  yerləĢir.  Bu  kənddən  bir  qədər  aralı,  ”Çəvəndinin  yolu” 

adalanan  ərazidə  adına  el  arasında  “qızıl  palıd”  deyilən  nadir 

palıd növü hesab edilən  “qırmızı  palıd” bitir. Dünyanın heç bir 

ərazisində,  deyilənlərə  görə  bu  palıddan  bitmir.  XX  əsrin 

əvvəllərində fransız iĢ adamları və Ģirkətləri Fransa hökumətinin 

razılığı ilə FərraĢ kəndinə gəlib çıxmıĢdılar. Sən demə, bu palıd 

ağacından  çox  keyfiyyətli,misli-bərabəri  olmayan  Ģərab  çəllək-

ləri  düzəltmək  mümkün  imiĢ... 

1924-cü ilin əvvəllərində Azərbaycan  Mərkəzi  Ġcraiyyə  Ko-

mitəsinin    katibi  iĢləyən görkəmli  yazıçı,  ictimai  xadim Tağı  ġah-

bazi (Simurq) (2 iyul 1892,Bakı - 1938,Bakı. Otuzuncu illərdə rep-

ressiya olunaraq, 1937-ci ildə həbs edilib və 1938-ci ildə güllələnib) 

Ġnqiabi ġöhrət ġurasının üzvləri Ġsmayıl ġəfiyevlə (əvvəllər Ağdam 

Ġcraiyyə  Komitəsinn  sədri  iĢləmiĢdi.1923-cü  il  avqustun  6-da 

Kürdüstan  qəzası  yaradıldıqda  o,  qəza  Partiya  Komitəsinin  1-ci 

katibi vəzifəsinə göndərilmiĢdi) və Kürdüstan qəzası (6 avqust 1923 

- 8 avqust 1929) Ġcraiyyə Komitəsinin sədri Hüsü Hacıyevlə (1897, 

ġuĢa  -  1931,  Kürdəmir.  Öldürülüb...)  Zəngəzur  qəzasının  bir  sıra 

kəndlərini  gəzərkən,  Abdallarda  da  dayanmıĢdılar.  Kürdüstan 

qəzasının  (qəza  cəmi  6  -  QaraqıĢlaq,  Kəlbəcər,  Qubadlı,  Qoturlu, 

Kürdhaçı (Qurdqajı) və Muradxanlı nahiyələrindən ibarət idi) mər-

kəzi  üçün  yeni  yer  seçilərkən  Tağı  ġahbazi  Abdallar  adını  bəyən-

məmiĢ və Laçın qayasının adını mərkəz kimi yeni yaranacaq  Laçın 

Ģəhəri  elan  etmiĢdi.  Abdallar  kəndi  ilə  Laçın  qaysının  altındakı 

düzənlik  yerdə  yeni  Ģəhərin  əsaı  qoyulmuĢdu.  Ġlk  küçə  Laçın 

dağının ətəyində,Abdallar poçtunun yaxınlığında düzəngahda  salın-

mıĢdı.  Beləliklə,  1924-cü  ildə  hazırki  Laçın  Ģəhərinin  bünövrəsi 



 

307 


qoyulmuĢdu. 1930-cu il avqustun 8-də Laçın rayonu təĢkil olunmuĢ 

və  Laçın  Ģəhəri  onun  mərkəzi  elan  edilmiĢdi.  Tarixin  müxtəlif 

dönəmlərində  Ġaçına  “Ağcayazı”,”QaraqıĢlaq”,  ”QarıqıĢlaq”,  Qara-

kaha”, ”Laçın-Avaz” da demiĢlər... Laçın Ģəhəri və rayonu 1992-ci 

il  mayın  18-də  erməni  qəsbkarları  tərəfindən  iĢğal  edilmiĢdir... 

Ermənilər Laçına indi “Berdzor” adı qoymuĢlar... 

...1921-ci  il  iyulun  25-də  Bakıdan  Xosrov  bəyin  dədə-baba 

yurdlarını  “yoxlamağa” gələn komissiya və  ġuĢa Qəza  Ġnqilab Ko-

mitəsi  Sultanovların  evlərini,  var-dövlətlərini  və  mülklərini  müsa-

dirə  etdikdən  sonra,  bolĢeviklərin  onu  sağ  qoymayacağını  yəqin 

edən  X.  Sultanov  1922-ci  ildə  Cəbrayıl  ərazisində,  Qumlaq  kəndi 

yaxınlığında  Araz  çayı  üstündəki  qədim  Xudafərin  körpüsündən 

köçməklə  böyük  qaradĢı  Sultan  bəy,  digər  qardaĢı  Ġsgəndər  bəylə 

Ġran Ģahı Əhməd Ģah Qacarın (1897-1925.1909-1925-ci illərdə Ģah-

lıq etmiĢdir) razılığı ilə əvvəlcə Əcəmə (farslar tarix boyu öz ölkələ-

rini  Əcəm  (yəni  qeyri-ərəb)  də  adlandırmıĢlar...)  gedib  Cənubi 

Azərbaycanın  Larican  və  Xumarlı  kəndlərində,  sonra  bir  müddət 

Ərdəbil  yaxınlığındakı  Qalakəndində  yaĢamıĢdılar...  Lakin  sovet 

cəsusları  onlardan  əl  çəkməmiĢ  və  qardaĢı  Ġsgəndər bəyi  öldürdük-

dən  sonra,  onlara  rəğbətlə  yanaĢan  Ġran  Ģahının  məsləhəti  ilə 

Türkiyəyə müraciət etmiĢdilər. Türkiyə dövləti 1923-cü ildə Xosrov 

bəyi  və  Sultan  bəyi  mehribanlıqla  qəbul  etmiĢ  və  onların  Ģərəfinə 

rəsmi  keçid  düzənlənmiĢdi.Türkiyə  hökuməti  onlara  Qars  vilayə-

tinin Köçqoy kəndində (tarixi ədəbiyyatda Köçgöy, Qoçköy kimi də 

adlandırılır)  torpaq,  mülk  və  malikanə  verərək,  təhlükəsiz    həyat  

Ģəraiti  yaratmıĢdı. 

Xosrov bəyin  böyük qardaĢı,  xalq  qəhrəmanı Sultan bəy öm-

rünün  sonuna  qədər  Qarsın  ətrafında  yerləĢən  həmin  kənddə 

mühacir  həyatı  yaĢamıĢ  və  1955-ci  ildə  orada  84  yaĢında  vəfat 

etmiĢ,  həmin  kənddə  də  böyük  hörmətlə  dəfn  olunmuĢdu.  Sultan 

bəyin  Ənvər  (1914-1969)  bəy  adlı  oğlu  vardı.  Ənvər  bəy  sovet 

dövründə repressiyadan yaxa qurtarmaq üçün familiyasını Muradov 

soyadı  ilə  əvəz  etmiĢdi.  Sultan  bəyin  nəvəsi,  Ənvər  bəyin  oğlu 

Elbrus  da  Muradov  soyadını  daĢıyır.  O,  1967-1986-cı  illərdə  Bakı 

Metropolitenində  və  Azərbaycan  Dəmir  Yolunda  müxtəlif  məsul 

vəzifələrdə  iĢləmiĢdir.  1987-ci  ildən  Bakı  Metropolitenində  baĢ 



 

308 


mühəndis  vəzifəsində  çalıĢmıĢdır...  2009-cu  ildə  70  yaĢı  tamam 

olmuĢ  Elbrus  müəllim  Azərbaycan  Prezidenti  Ġlham  Əliyevin 

fərmanı ilə “Əməkdar mühəndis” adına layiq görülmüĢdür. O, həm 

də “Fəxri dəmiryolçu”dur. Elbrus Muradov uzun illərdən sonra Qar-

sa,  Köçqoy    kəndinə  gedib  məĢhur  xalq  qəhrəmanı,  babası  Sultan 

bəyin abadlığa ehtiyac duyuian qəbrini tapmıĢ, ziyarət etmiĢdir... 

...Slavyan  Universitetinin  elmi  iĢçisi  Nazim  VəliĢov  2011-ci 

ilin  martında  Qarsda  olaraq,  həmin  ayın  31-də  erməni-daĢnakların 

xalqımıza  qarĢı  törətdikləri  soyqrımı  günü  Sultan  bəyin  qəbri 

üstündə bu soyqrımın tarixi  kökləri, erməni-daĢnakalrın cinayətkar 

əməllərini ifĢa edən nitqlə çıxıĢ etmiĢdir. O, söyləyir ki, ”Köçqoy” 

kəndi  Qarsdan  67  km.məsafədə  yerləĢir.  Bu  kənddən  Ermənistanın 

Leninakan  (keçmiĢ  Gümrü)  Ģəhəri  görünür,cəmi  8  km-dir.  ”Köç-

qoy”    kəndində  700  nəfər  yaĢayır.  Kənddə  vaxtıilə  oraya  pənah 

aparmıĢ 35 laçınlı ailə də məskunlaĢıb. Onların hamısı doğma yurd-

ları  Laçının  Ģərəfinə  özlərinə  “Laçınlı”  soyadını  qəbul  etmiĢdir. 

Həmin Ģəxslərdən biri  Elbrus Muradovun oxĢarı Adil  Laçın,  digəri 

isə  Mehmet  Laçınlıdır.Nazim  müəllim  bizimlə  söhbətində  bildir-

miĢdir ki, 2011-ci  il martın 31-də keçirilən tədbirdə oradakı  laçın-

lılarla  birlikdə,  ”Köçqoy”    kəndinin  əhalisinin  demək  olar  ki,  tən 

yarısı,  Naxçıvanın  Qarsdakı  konsulu  Ayxan  bəy,  xaricdə  yaĢayan 

azərbaycanlılarla iĢ üzrə Azərbaycan Beynəlxalq Diaspora Mərkəzi-

nin Ġdarə Heyətinin üzvləri və digər maraqlı qurumların təmsilçiləri 

iĢtirak edirdilər.Yeri gəlmiĢkən, Azərbaycan Milli Məclisinin üzvü, 

yazıçı  Aqil  Abbasda  2012-ci  ilin  may  ayında  Qarsa  gedərək, 

”Köçqoy” kəndində baxımsız qalmıĢ Sultan bəyin məzarını tapmıĢ, 

onu  ziyarət  edərək,  fotoĢəkilini  çəkmiĢ  və  qəbrin  üstünü  təzədən 

inĢa  etdirmək  üçün  yerli  hakimiyyətdən  icazə  almağı    qərarlaĢdır-

mıĢdı... 

Xosrov bəyə gəldikdə isə, o, siyasi mühacir fəaliyyətini (Ġran-

da, Fransada, Almaniyada və Türkiyədə) davam etdirirdi. O, Alma-

niyada  Tibb  Universitetində  professor  vəzifəsində  çalıĢmıĢdı... 

1926-cı  il  mart  ayının  4-də  Parisdən  Tehrana  gələn  Xosrov  bəy 

“Ġttihad”ın mühacirətdəki siyasi lideri kimi partiyanın xarici ölkələr 

Bürosunu formalaĢdırmaq və bütün ittihadçıları bir təĢkilat ətrafında 

cəmləĢdirmək istəyirdi.Xosrov bəy Ġranda olarkən, orada “Ġttihad”ın 



 

309 


Tehran və Təbriz Komitələrini yarada bilmiĢdi. Xosrov bəy Tehran 

Komitəsinə  AĢur  bəy  Ġsabəylini,  Təbriz  Komitəsinə  isə  qardaĢı 

Ġsgəndər bəyi  təyin etmiĢdi. Xosrov bəy digər ittihadçı məsləkdaĢı, 

Azərbaycan  Cümhuriyyəti  Parlamentinin  sabiq  üzvü  Mir  Yaqub 

Mehdiyevlə birlikdə  “Ġttihad”  partiyasının xarici ölkələr  Bürosunu  

yaratmaq  üçün  ciddi  cəhdlər  göstərmiĢdi... 

Xosrov bəy Sultanovun ailə üzvlərinin taleyi də özü kimi keĢ-

məkeĢli  olmuĢdu.  1922-ci  ildə  Ġrana  keçməsindən  sonra  onun  ailə 

üzvləri bir müddət Ağdamda olan mülklərinin birində qohumlarının 

himayəsində  yaĢamıĢdılar.1930-cu  ildə  Xosrov  bəyin  neft  sənaye-

sində  yüksək  vəzifədə  çalıĢan  qardaĢı  Rüstəm  bəy  (1875-1941) 

Sultan  bəyin  ailəsini  Bakıya  gətirmiĢdi.  Sultan  bəyin  həyat  yoldaĢı 

Dilrüba  xanım  kirayədə  uĢaqları  ilə  çətin  həyat  yaĢasada,  Əli 

Bayramov  adına  tikiç  fabrikində  sex  rəisi  vəzifəsində  çalıĢmıĢdı. 

BaĢqalarından  fərqləndiyi  üçün  o,  hətta  bir  müddət  Bakı  ġəhər 

sovetinn deputatı da olmuĢdu. Sultan bəyin oğlu Ənvər Bakıdakı 33 

nömrəli  orta  məktəbdə  rus  dili  müəllimi,  digər  oğlu  Çingiz  isə 

biologiya müəllimi  kimi həm  də həmin məktəbin  direktor müavini 

iĢləmiĢdi. Lakin hiss olunurdu ki, bunlar nisbi sakitlikdir. Nəhayət, 

1937-ci  il  noyabrın  20-də  Azərbaycan  SSR  XDĠK  əməkdaĢları 

onlarında  qapısını  döydülər,  Cənubi  Qazaxıstan  çöllərinə  sürgün 

etdilər. Dilrüba xanım və övladları  Qazaxıstanın Suzan rayonunun  

Çulak-Kurqan  kəndində  uzun  və  əzablı  sürgün  həyatı  yaĢadılar... 

Sürgün yerində ermənilərin iyrənc hiylələri ilə də üzləĢdilər...1948-

ci ildə icazə alıb Bakıya gələn Dilrüba xanım Azərbaycan KP MK-

nın  birinci  katibi  M.C.  Bağırovun  qəbuluna  yazılaraq,  onunla 

görüĢmüĢ,  Vətənə  qayıtmalarına  kömək  etməsini  xahiĢ  etmiĢdi... 

Lakin Dilrüba xanım və uĢaqları yalnız 1955-ci ildə bəraət aldıqdan 

sonra, 1956-cı ildə Bakıya qayıda bilmiĢdilər...1969-cu ildə Xosrov 

bəyin qardaĢı oğlu Ənvər Bakıda 55 yaĢında dünyasını dəyiĢmiĢdi... 

Sovet  dövründə  SSRĠ-də,  o  cümlədən  Azərbaycanda  digər 

görkəmli siyasi mühacirlərimiz kimi X. Sultanovun da adının çəkil-

məsi  qadağan  edilmiĢdi.  Ermənilər  isə  Xosrov  bəyi  unuda  bilmir, 

onun harada olması və nə iĢlər gördüyü barədə məlimat əldə etməyə 

çalıĢırdılar.  Vaxtıilə  Xankəndi  ətrafında  erməni  quldur  dəstələrinə 

divan  tutan  Qarabağın  sabiq  general-qubernatorunu  mütləq  öldür-



 

310 


məyi  qarĢılarına  məqsəd  qoyan,  fiziki  cəhətdən  məhv  etməyə  çalı-

Ģan  daĢnaklar  nəhayət,  1936-cı  ildə  onun  dəqiq  izinə  düĢə  bilmiĢ-

dilər... Belə ki, həmin il Trabzon Ģəhərində qısamüddətli dincəldiyi 

zaman  erməni  kəĢfiyyatının  dəqiq  məlumatı  və  onların  qətl  törət-

mək  məramı  üzrə  Xosrov  bəy  labüd  ölüm  təhlükəsilə  üzləĢmiĢdi. 

Bu,  oteldə  qaldığı  vaxt  baĢ  vermiĢdi.  Lakin  dostları  onun  dadına 

vaxtında çata bimiĢdilər. Qaldığı motelin xidmətçisi məsələni bilən 

kimi  Xosrov  bəyin  dostlarına  çatdıra  bimiĢ  və  onlar  özlərini    yeti-

rərək, onu  vaxtsız  ölümdən  xilas  etmiĢdilər... 

Bu  hadisədən  sonra  ehtiyatlı  dolanan  X.  Sultanov  daha  11  il 

ömür sürmüĢdü...  Ġkinci  Dünya müharibəsi  baĢlananda  (1 sentyabr 

1939-cu  il)  Xosrov  bəy  yenə  Türkiyədə  yaĢayırdı.  O,  sovet-alman 

cəbhəsində  əsir  düĢmüĢ  azərbaycanlıları  Almaniyanın  hərbi  düĢər-

gələrindən  xilas  etmək  üçün  böyük  xidmətlər  göstərmiĢdi...  Məhz 

Xosrov  bəy  Sultanovun  səyləri  nəticəsində  minlərlə  azərbaycanlı 

ölüm məngənəsindən xilas olmuĢdu. 

Azərbaycan  xalqının  görkəmli  ictimai-siyasi  xadimi  Xosrov 

bəy Sultanov 1947-ci ildə Türkiyənin Trabzon Ģəhərində 68 yaĢında 

vəfat etmiĢdi... Yeri gəlmiĢkən, hərb tariximizin yorulmaz tədqiqat-

çısı,  hazırda  istefada  olan  polkovnik-leytenant,  yazıçı-jurnalist  ġə-

mistan Nəzirli hələ 1995-ci ildə yazdığı  “Cümhuriyyət generalları” 

adlı  kitabında  Xosrov  bəyin  1941-ci  ildə  Türkiyədə  vəfat  etdiyini, 

məzarının  isə  Bursada  azəri  qəbristanlığında  olduğunu  yazmıĢdır. 

Xosrov bəyin məzarının Bursada olduğunu digər yorulmaz tədqiqat-

çı Səbahəddin Eloğlu ilk dəfə Türkiyəyə getdidən sonra yazmıĢdır. 

Tədqiqatçı  Nazim  Tapdıqoğlu  isə  belə  hesab  edirki,  Xosrov  bəy 

Bursa Ģəhərində 1956-cı ildə vəfat etmiĢdir... Bəzi sənədlərdə Xos-

rov  bəyin  1941-ci  ildə  Ġstanbulda,  digər  sənədlərdə  Türkiyənin  Ģi-

malında 1963-cü ildə vəfat etməsi ilə bağlı müxtəlif məlumatlar var-

dır... Fikrimizcə, Xosrov bəyin 1947-ci ildə vəfat etməsi tarixi daha 

qəbulediləndir.  Çünki  bu  məlumatı  cari  tarixĢünaslıq  dövriyyəsinə 

Nazirlər  Kabinetinin  müvafiq  sərəncamına  uyğun  olaraq    Milli  

Arxiv    Ġdarəsinin  rəisi  Ataxan  PaĢayevin  baĢçılıq  etdiyi  “Azər-

baycan  Xalq  Cümhuriyyətinin  Ensiklopediyası”  adlı  sanballı  kitabı 

hazırlayıb nəĢr etdirmiĢ mötəbər redaksiya heyəti daxil etmiĢdir. 

 


 

311 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin