İSTİqlal fəDAİLƏRİ – azərbaycan xalq cümhuriYYƏTİNİn daxiLİ İŞLƏr naziRLƏRİ



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə18/36
tarix05.03.2017
ölçüsü3,76 Mb.
#10119
1   ...   14   15   16   17   18   19   20   21   ...   36
    Bu səhifədəki naviqasiya:
  • Qeyd .

Qeyd: Xosrov bəy İbrahim bəy oğlu 

Folatov  (tarixi  ədəbiyyatda  belə  yazılır. 

Əslində,  Poladovdur...).  1860-cı  ildə  Şuşada  anadan  olmuşdu. 

İbtidai  təhsilini  molla  yanında  almışdı.  Sonra  Şuşa  şəhər 

məktəbində  oxumuşdu.  Bir  müddət  Şuşa  Qəza  İdarəsində  məmur 

işləmişdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə artıq polkovnik 

rütbəsində polisdə müxtəlif məsul vəzifələrdə, o cümlədən Qarabağ 

General-Qubernatrorluğunda məsləhətçi vəzifəsində çalışmışdı... 

Ermənilər  qubernator  X.  Sultanova  məktub  göndərmiĢdilər. 

Məktubda  Ağdam  Ġnzibati  Ġdarəsinin  rəisi  Xosrov  bəy  Poladova 

təĢəkkür  bildirilirdi.  Deyilirdi  ki,  1918-ci  il  iyun  ayının  ilk  günlə-

rində Yevlax stansiyasından ġuĢaya gedərkən (həmin vaxt Yevlaxın 

sahə pristavı Ələkbər bəy Qalabəyov idi) Ağdam stansiyasında sax-

lanıldıq. Çünki həmin vaxt  ġuĢada “çaxnaĢma” baĢ vermiĢdi... Bu 

zaman biz polkovnik Xosrov bəy Poladovun rəhbərlik etdiyi Ağdam 

Ġnzibati Ġdarəsi tərəfindən son dərəcə səmimi və qayğıkeĢ münasibət 

gördük. Bizim üçün ayrılmıĢ binada nəinki sərbəst, təhlükəsiz gəzir-

dik,  hətta  özümüzə  lazım  olan  zəruri  ərzaq  malları  da  alırdıq.  Biz 

Ġnzibati Ġdarə əməkdaĢları tərəfindən çox səmimi münasibət gördük. 

Xüsusilə,  ermənilərin  saxlandığı  məntəqənin  müdiri    Əbdürrəhim 

bəy  Xocalinskinin  xidmətlərini  qeyd  etməliyik  (tarixi  ədəbiyyatda 

Xozalanski  yazılır.  Fikrimizcə,  Xocalinski  düzdür.  Xocalinski  son-

ralar,  otuzuncu  illərdə  repressiyaya  məruz  qalıb,  həbs  edilmiĢ  və 

1937-ci  il  noyabrın  15-dən  16-na  keçən  gecə  74  yaĢında  güllələn-

miĢdir...). Bütün bu Ģəraiti nəzərə alaraq, biz aĢağıda imza atmıĢ 94 



 

231 


nəfər  erməni  xahiĢ  edirik  ki,Ağdam  Ġnzibati  Ġdarəsinə  bizim 

təĢəkkürümüzü çatdırasınız. Bununla yanaĢı, X. Poladov Qarabağda 

erməni-daĢnaklara qarĢı qətiyyətli mübarizə aparmıĢdı... 

ġUġA  QƏZASI.  Mərkəzi  ġuĢa  Ģəhəri.  1  yanvar  1841-ci  ildə 

çarizmin Qafqazda keçirdiyi 10 aprel 1840-cı il tarixli inzibati islahatı 

zamanı Kaspi vilayətinin tərkibində yaradılmıĢdı...1867-ci il dekabrın 

9-da  çar  hökuməti  “Qafqazda  inzibati  islahatlar  haqqında”  fərman 

verdi.Fərmana əsasən aparılan yeni inzibati islahatlar nəticəsində Yeli-

zavetpol quberniyası yaradıldı. Quberniyanın tərkibinə 8 qəza, o cüm-

lədən ġuĢa qəzası daxil oldu. Paytaxtı ġuĢa olan ġuĢa qəzasının  ərazisi  

4423,28  kv.verst,  əhalisi  isə  144876  nəfər  ,o  cümlədən    76730  kiĢi, 

68146  qadından ibarət idi... ġuĢa qəzası  1929-cu ildə ləğv  edilmiĢdi. 

1930-cu  ildə  ġuĢa  rayonu  yaradılmıĢdı.1963-cü  ildə  ləğv  edilərək, 

ərazisi  Xankəndi  rayonuna  verilmiĢdi.Lakin  1965-ci  ildən  yenidən 

müstəqil royon olmüĢdur... Qarabağın mərkəzi ġuĢa Ģəhəri 1992-ci il 

mayın 8-də erməni - rus iĢğalçıları tərəfindən zəbt edilmiĢdir... 

ġuĢa  Qəza  Ġdarəsinin  rəisi  (aylıq  məvacib  3000  manat)  Qədir 

bəy Hacıbəyov, böyük köməkçisi Avetis Ter Qukasov idi. Qəza polis 

pristavlıqları:  2-ci  Vərəndə  sahə  polis  pristavlığı  (Vərəndənin  peçe-

neq-qıpçaq, yaxud oğuz türk tatfalarından birinin adı olduğu ehtimal 

olunur. Bərəndə və ya Vərəndə tayfası 13-cü əsrin əvvəllərində Dər-

bənd  vasaitəsilə  Azərbaycana  gəlməsi  güman  edilir.Vərəndə  1840-

1867-ci  illərdə  ġuĢa  qəzasının  inzibati  ərazi  sahələrindən  biri  idi. 

1867-ci il dekabrın 9-da çar fərmanı əsasında yeni  inzibati islahatlar 

keçriləndə ərazisi və kəndləri Cəbrayıl və ġuĢa qəzaları arasında pay-

lanmıĢdı.Vərəndənin sonrakı  adı  Ağdərədir.  Ağdərə  rayonu 1930-cu 

ildə yaradlımıĢdı və Mardakert adı ilə DQMV-nin inzibati rayonu idi. 

1939-cu  ilədək  Cerabert  rayonu  adlanıb  (“ermənilər  ona  “Cermux” 

deyirlər.  Əslində,  Çiləbörddür).  Pristav  Aqoparon  Danialbəyov,  kö-

məkçisi  Fəxrəddin  bəy  ġərifbəyov.3-cü  sahə  Vərəndə  polis  pris-

tavlığı.  Pristav  Baqrat  Mixaylov.  4-cü  sahə  polis  pristavlığı.  Pristav 

Salah  Ağayev.  3-cü Ağdam sahə  polis  pristavlığı.  Pristav  Hüseynəli 

Sofiyev,köməkçisi  Əbdürrəhim  bəy  Xocalinski.5-ci  sahə  polis  pris-

tavlığı. Pristav Cəfərqulu  Ərəbov, köməkçisi  Əbdürrəhim Axundov. 



Qeyd:  Ağdamın  qədim  adının  “Aquen”  sözündən  törəndiyi 

irəli  sürülür...  Hələ  18-ci  il  əsrin  birinci  yarısında  Qarabağ  xanı 

 

232 


Pənahəli  xan  Sarıcalı-Cavanşir  öz  dədə-baba  mülkü  olan  Ağdamda 

İmarət adlanan yerdə ağ daşdan məqbərə tikdirmişdi. Həmin imarət 

ətraf  yerlərin  əhalisi  üçün  bir  növ  mayak  rolunu  oynamışdır. 

Ağdamın  adını  həmin  imarətlə  əlaqələndirənlərdə  var.  Bu  mənada 

“Ağdam” “Günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev” deməkdir .Bəzi 

etimoloqların fikrincə,”Ağdam” sözü qədim türk dilində “kiçik qala” 

deməkdir.  Lakin  Ağdamın  Pənahəli  xanın  tikdirdiyi  imarətə  qədər 

mövcudluğu bəllidir. Tarixi ədəbiyyatda Ağdam şəhərinin 1928-ci il-

də  yarandığı  barədə  məlumatlar  da  var...  1930-cu  il  avqustun  8-də 

Ağdamda rayon təşkil olunub. Ağdama Qurdlar da demişlər. Ağdam 

rayonu və şəhəri 23 iyul 1993-cü ildə  erməni qəsbkarları tərəfindən 

işğal olunmuşdur. Ağdam turistlər arasında maraq doğuran “20 ruh-

lar şəhəri” siyahısına salınıb. 2010-cu ilin noyabr ayında üzdəniraq 

Dağlıq  Qarabağ  Respublikası  adlanan  separatçı  rejimin  rəhbərləri 

Ağdamın  adını  erməniləşdirmək  məqsədilə  onun  adını  dəyişərək 

“Akna”, ”Akn”,”Hakaku” qoyublar. Ağdam  Bakıdan 358 km. məsa-

fədə yerləşir. 

ZƏNGƏZUR QƏZASI. Mərkəzi Gorus kəndi idi. ( Zəngəzur  

- “zəng  susdu “ deməkdir). Hələ 1861-ci ildə aparılan islahatlar za-

manı inzibati ərazi vahidi kimi Yelizavetpol quberniyasının tərkibi-

nə daxil edilmiĢdi. 1867-ci il dekabrın 9 da çar hökuməti “Qafqazda 

inzibati  islahatlar  haqqında”  fərman  verdi.  Fərmana  əsaasən  aparı-

lan  yeni  inzibati  islahatlar  nəticəsində  1868-ci  il  yanvarın  1-dən 

Yelizavetpol quberniyası yaradıldı. Quberniyanın tərkibinə 8 qəza - 

Yelizavetpol,  ƏrəĢ,  Nuxa,  Qazax,  CavanĢir,  Cəbrayıl,  Zəngəzur  və 

ġuĢa  qəzaları  daxil  idilər.Mərkəzi  Gorus  Ģəhəri  (indi  Ermənistan 

ərazisində,Gorus  çayı  sahilindədir.1370  m.  hündürlükdə  yerləĢir. 

Sonralar, 1924-cü ildə ilk dəhə Ģəhər statusu almıĢdı) olan Zəngəzur 

qəzasının ərazisi 6742,92 kv.verst (1 verst =1,0668 km.-dir), əhalisi 

224197 nəfər, o cümlədən 112780 kiĢi, 111417 qadın idi. Əhalinin 

120  min  nəfərini  (53,2  faizini)  azərbaycanlılar,  3638  (1,62  faizini) 

müsəlman kürdləri təĢkil edirdi. 

Zəngəzur  Qəza  Ġdarə  rəisi  (aylıq  məvacib  3.000  manat) 

vəzifəsini əvəz edən Həbib xan ġəkinski (1920-ci ilin əvvəli) idi. 



Qeyd:  AXC  dövründə  Zəngəzur  qəzasında  əsas  6  nəfər  qəza 

rəisi vəzifəsində xidmət göstərmişdir. Bunlar: 1 . Fərəc bəy Məlikna-

 

233 


mazəliyev. 2. Hüseyn bəy Mahmudbəyov. 3. Fərrux bəy Sərməstbəyov 

4. Mirzə Məhəmməd Axundov. 5 . Camal bəy Sultanov. 6. Həbib xan 

Şəkinskidir.  H.  Şəkinskini  müvəqqəti  olaraq  onun  böyük  köməkçisi 

(birinci  müavini)  Şahsuvar  bəy  Kələntərov  (Hüseynbəyov)  əvəz 

etmişdir... Kiçik köməkçisi Mahmud bəy Hüseynəli bəy oğlu Sərməst-

bəyov  idi.  İkinci  sahənin  polis  pristavlığı.  Pristav  Cabbar  Niyazov 

idi.  Üçüncü  sahənin  polis  pristavlığı.  Pristav  Əli  bəy  Şərifov  idi. 

Dördüncü sahənin polis pristavlığı. Pristav Cəmil Şirinov idi. 

CƏBRAYIL QƏZASI.  Mərkəzi Karyagin (Qarabulaq) kəndi. 

Qəza  Ġdarə  rəisi  (aylıq  məvacib  3.000  manat)    Ələkbər    bəy  Bəh-

rəmbəyov    (1920-ci  ilin  əvvəli)  (ondan  əvvəl  bu  vəzifəni  Hüseyn 

bəy  Mahmudbəyov  daĢımıĢdı...Ə.  Bəhrəmbəyov  bu  vəzifəyə  Azər-

baycan  hökumətinin  qərarı  və  daxili  iĢlər  naziri  N.Yusifbəylinin  5 

yanvar  1920-ci  il  tarixli  228  nömrəli  əmri  ilə  təyin  olunmuĢdu. 

Onun rəisliyi 12 dekabr 1919-cu ildən sayılmıĢdı. Ə. Bəhrəmbəyov 

bunadək Bakı Mərkəzi Həbsxanasının rəisi vəzifəsində xidmət edir-

di. Ə. Bəhrəmbəyov  Cəbrayıl qəzasının  rəisi  vəzifəsində 1920-ci 

il martın 6-dək çalıĢmıĢdı...), köməkçisi Ġsrail Ter Ġonisyan. 1-ci sa-

hə  polis  pristavlığı.  Pristav  Həbib  Məhərrəmov  (sovet  hakimiyyət 

dövründə həbs olunmuĢ və Azərbaycan FK Kollegiyasını qərarı ilə 

1921-ci  ildə  güllələnmiĢdi...).  2-ci  sahə  polis  pristavlığı.  Pristav 

Mirzə Həsən bəy Mirzə Cəfər oğlu Vəzirov (ġuĢada anadan olmuĢ-

du. Əvvəllər ġuĢa Ģəhərində tərcüməçi və pristav köməkçisi iĢləmiĢ-

di).  3-cü  sahə  polis  pristavlığı.  Pristav  Camal  bəy  Əlibəyov.  4-cü 

sahə polis pristavlığı. Pristav ArĢak Balasanyan, köməkçisi  Artyom  

ġahnəzərov idi. 

Qeyd.  Cəbrayıllı  tayfası  15-ci  əsrdə  Qaraqoyunlu  (1410-

1467)  dövləti  zamanı  Qqaraqoyunlular,  Ağqoyunlu  (1468-1501) 

dövləti zamanı Ağqoyunlular, Səfəvilər dövlətinin (1501-1736) tər-

kibində  Əfşarlar  və  nəhayət,  Qarabağ  xanlığı  dövründə  (1747-

1822)  Cavanşirlər  tayfa  ittifaqlarının  tərkibinə  daxil  idilər.1804-

1813 və 1826-1828-ci illər Rusiya-İran müharibələri zamanı döyüş 

əməliyyatlarının  gedişində  Xüdafərin  körpüsü  də  daxil  olmaqla 

Cəbrayıl  ərazisi  qanlı  vuruşmalar  meydanına  çevrilmişdi.1878-ci 

ildə Londonda (İngiltərə) türkcə nəşr olunmuş topluda Cəbrayıllılar 

Şahsevənlər etnoqrafik toplusunun bir qolu kimi göstərilmişlər... 


 

234 


Cəbrayıl qəzası çar hökumətinin  “Qafqazda inzibati islahatlar 

haqqında” 9 dekabr 1867-ci il tarixli  fərmanına əsasən Yelizavetpol  

quberniyasının tərkibində 8 qəzadan biri kimi 1 yanvar 1868-ci ildə 

təsis  olunmuĢdu.  Ərazisi  3276,31  kv.verst,  əhalisi  89584  nəfər,  o 

cümlədən 44.493 nəfəri (49,66 faizi) kiĢi, 45.091 nəfəri (50,33 faizi) 

isə  qadın  idi.Onun  tərkibinə  ġuĢa  qəzasının  Vərəndə  (indiki  Ağ-

dərə) sahəsi,  Qarabulaq  sahəsi  (indiki Füzuli), qisməndə  Beyləqan, 

Qubadlı və Zəngilan əraziləri daxil edilmiĢdi. Cəbrayıl qəzası zəruri 

inzibati  ərazi  dəyiĢiklikləri  aparılan  zaman,1  iyul  1883-cü  il  qanu-

nuna  əsasən  Yelizavetpol  (Gəncə)  quberniyası  tərkibində  CavanĢir 

qəzası ilə birlikdə müstəqil inzibati ərazi vahidi kimi yenidən yara-

dılmıĢdı.  Maili  düzənlikdə,  Ġncəçay  vadisində,Gəyən  çölündə  yer-

ləĢirdi.  Cəbrayıl  strateji  cəhətdən  əlveriĢli,  mühüm  yer  olduğundan 

rus hərbi qarnizonu tərəfindən orada hərbi Ģəhərcik salınmıĢdı. Cəb-

rayıl qəzasının adı orta əsrlərdə  yaĢamıĢ Cəbrayıl Ata adlı nüfuzlu 

bir  Ģəxsin  adı  ilə  (o,  AlıpaĢa  dağının  görkəmli  bir  yerində  dəfn 

olunmuĢdur...)  əlaqədar  olaraq  belə  adlandırılır.Cəbrayıla  əhali 

arasında “Qıraxtin” (yəni qıraxda, ucqarda  yerləĢən),”Qıraxdin” və  

“Tulus Cəbrayıl” da demiĢlər  (”tulus”  türk  tayfasının  adıdır). 

1918-ci  il  avqustun  30-da  F.  Xoyskinin  baĢçısı  olduğu  Azər-

baycan  Xalq  Cümhuriyyəti  hökumətinin  qərarı  ilə  daha  bir  tarixi 

ədalətsizlik bərpa olunmuĢ, çarizmin müstəmləkə siyasətinin rəmzi 

olan  Karyagin  adə  ləğv  edilmiĢ  və  əvvəlik  Cəbrayıl  qəzasaının  adı 

özünə  qaytarılmıĢdı.  AXC  süqut  etdikdən  və  Azərbaycanda  sovet 

hakimiyyəti  qurulduqdan  sonra  quberniyalar  1920-ci  il  aprelin  28-

dən  ləğv  olunsada,  bütün  qəzalar  (16  qəza),  o  cümlədən  mərkəzi 

Cəbrayıl  Ģəhəri  olmaqla  Cəbrayıl  qəzası  1929-cu  ilin  aprelinədək 

respublikanın  inzibati  ərazi  vahidi  kimi  qalmıĢ,fəaliyyət  göstər-

miĢdi.1929-cu il aprelin 8-dən baĢlayaraq  Azərbaycan  SSR-in inzi-

bati-ərazi  idarəetmə  bölgüsündə  yeni  dəyiĢiklilər  aparılmağa  baĢ-

lanmıĢdı.  Bu,  qəzaların  ləğvi  rayonlaĢma  ilə  əlaqədar  idi.Odur  ki, 

1929-cu  ilin  aprelindən  Cəbrayıl  qəzası  da  ləğv  olunmuĢ  və  bir  il 

sonra  əvəzində  sabiq  Cəbrayıl  qəzasının  altıda  bir  hissəsi  hesabına 

yeni Cəbrayıl rayonu yaradılmıĢdı. Ġndiki müstəqil Cəbrayıl rayonu 

da  elə  həmin  vaxtdan  mövcuddur.Cəbrayıl  Ģəhəri  və  rayonu  23 

avqust 1993-cü ildə rus-erməni qəsbkarları tərəfindən iĢğal edilmiĢ-



 

235 


dir.Ermənistan  Respublikası  rəhbərliyi  indi  Cəbrayıl  Ģəhərinə  “Jra-

kan”  adı  vermiĢdir... 

Yuxarıda qeyd etdiki, Cəbrayıl qəzası yaradılanda onun tərki-

binə  Qarabulaq (keçmiĢ  Karyagin,  indiki  Füzuli rayonu),  Beyləqan 

(keçmiĢ  Jdanov  rayonu),  Qubadlı  və  Zəngilan  əraziləri  də  daxil 

olunmuĢdu. Fikrimizcə, Cəbrayılla əlaqədar olduğu üçün qısaca bu 

rayonların da tarixinə nəzər salmaq yerinə düĢər. 

QARABULAQ.  Füzuli Ģəhərinin və rayonunun keçmiĢ, lakin 

həqiqi  adıdır.  Qarabulaq”  türkcə  ”böyük  bulaq”  anlamındadır.”Qa-

ra”  türkcə  “böyük”  deməkdir.”Qarabulaq”,  yəni  ”bol  sulu  bulaq, 

çeĢmə”  mənasındadır.Lakin  əksər  alimlər  və  tədqiqatçılar  hesab 

edirlər  ki,  Qarabulaq  ərazidə  yaĢayan  qədim  türk  tayfaları  Qarabu-

laqlıların adıyla bağlıdır. Qarabulaqlılar sülaləsi döyüĢkən Kəngərli 

türk  tayfalarındandırlar.Hazırda  Naxçıvan  Muxtar  Respublikaında 

Qarabulaqlılar yaĢayırlar. Azərbaycan  SSR dönəmində  DQMV-nin 

Xankəndi  rayonuna  tabe  olan  Qarabulaq  kəndi  (və  sovxozu)  sonra 

qəsəbə  statusu  almıĢdı.Qarabulaq  (indiki  Füzuli  Ģəhəri)  Araz  çayı-

nın qolu olan Köndələnçayın sahilində, Qarabağ silsiləsinin ətəyin-

də  yerləĢir. Qarabulaq adına tarixdə  əvvəldən  rast  gəlinsədə ,  onun 

düzən yerdə, qıĢlaq sahəsi əsasında 1827-ci il sentyabrın 10-da sa-

lınması  yazılır...1905-ci  il mayın 14-də Qarabağ  xanlığının Rusiya 

tərkibinə keçməsini rəsmiləĢdirmiĢ Kürəkçay müqaviləsinin  (“And-

lı öhdəlik”) 100 illiyi tamam olanda, bu münasibətlə  Cəbrayıl qə-

zasının adı dəyiĢdirilərək,vaxtıilə çar Birinci Aleksandrın sevimlisi 

olmuĢ,  Qarabağda  və  Azərbaycanın  digər  yerlərinin  istilasında 

xidmətlər göstərmiĢ, rus ordusunun zabiti, polkovnik Pavel Mixay-

loviç. Karyaginin (1761, Poltava Ģəhəri, Ukrayna - 14 dekabr 1807, 

ġuĢa Ģəhəri) Ģərəfinə Karyagin qəzası adlandırılmıĢdı.Yeni yaranan  

Karyagin  qəzasının  mərkəzi Cəbrayıl Ģəhəri elan olunmuĢdu. 

BEYLƏQAN.  Azərbaycan    Respublikasının    paytaxtı    Bakı-

dan  265 kilometr  məsafədə yerləĢir. Bu rayon yeganə rayondur ki, 

Həzrəti Cərcis Peygəmbərin qəbri onun ərazisindədir. (Həzrəti Cər-

cis  Peyğəmbər 7-ci əsrdə təkallahlığı  təbliğ üstündə təqibdən  yaxa 

qurtarmaq  üçün  Beyləqan  ərazisinə  gəlmiĢdi.  Peyğəmbərin  türbəsi 

16-cı əsrdən ziyarətgah yerinə çevrilmiĢdir...). Beyləqan Azərbayca-

nın orta əsrlərdə inkiĢaf etmiĢ sənətkarlıq və ticarət Ģəhəri olmuĢdur. 



 

236 


Karvan yollarının üstündə yerləĢən bu Ģəhərin adı  9-14-cü əsrlərdə  

çəkilir.  Ərəb  müəlliflərinin  məlumatına  görə  Beyləqan  Ģəhəri  5-ci 

əsrin sonu - 6-cı əsrin əvvəllərində Sasani ĢahənĢahı Ġ Qubad (488-

531) tərəfindən salınmıĢdır. Beyləqan  Ģəhərinin  xarabalıqları rayo-

nun  Kəbirli  kəndi  yaxınlığında  Örənqala  adı  ilə  tanınmıĢdır.  1933-

1961-ci  illərdə  rayonun  Kəbirli  kəndindən  cənubda  Örənqala  yaĢa-

yıĢ yerində arxeoloji tədqiqatlar aparılmıĢdı. Örənqalanı AMEA-nın 

müxbir  üzvü,  görkəmli  mərhum  arxeoloq,  tarix  elmləri  doktoru 

Qara    Əhmədov  (1928-2003)    tədqiq  etmiĢdir.  (Qeyd:  Qara  Məm-

məd  oğlu  Əhmədov.  1928-ci  ildə  Qəbələ  rayonunun  Çarxana  kən-

dində doğulmuş, 2003-cü ildə isə Bakıda vəfat etmişdir. Qara müəl-

lim  orta  əsr  Beyləqan  şəhərinin  tarixini  kompleks  şəkildə  tədqiq 

etmiş və 1979-cu ildə buna dair eyni adlı sanballı monoqrafiya nəşr 

etdirmişdir. O, Beyləqanda 30-dan artıq sənət sahəsinin  olduğunu  

yazmışdır.).  Beyləqan  hakimi  olmuĢ  Məsud  ibn  Namdarın  (əslən 

beyləqanlı  idi,  orada  doğulmuĢdu.  MənĢəəcə  kürddür.  Hökmdar, 

həm  də  Ģairdir)  və  13-cü  əsr  ərəb  tarixçisi,  monqol  yürüĢlərinin 

müasiri  Ġzzəddin  Əbül  Həsən  Əli  ibn  Məhəmməd  Ġbn  Əl-Əsrin 

(1160-1234) yazdıqlarından məlim olub ki, Beyləqan Ģəhəri monqol 

sərkərdələri Cəbə və Subudayın Azərbaycana yürüĢü zamanı, 1221-

ci il oktyabr ayının 9-u-noyabr ayının 18-də baĢ verən qanlı döyüĢ-

lərdən sonra müqavimət göstərdiyi üçün süquta uğradılmıĢdı... Tari-

xin  müxtəlif  dönəmlərində  Beyləqan  Gəncə  Əmirliyinin,  Cavad, 

Cəbrayıl və Karyagin qəzalarının tərkibində olmuĢdur... 

Beyləqanın  ən    iri    yaĢayıĢ    məntəqələrindən    biri    Birinci  

ġahsevən  kəndidir. Kənd Araz çayına yaxın, DaĢburun stansiyasın-

da yerləĢir. Kənd adını tarixdə öz döyüĢkənliyi ilə ad çıxarmıĢ məĢ-

hur  köçəri-elat  Sahsevən  tayfasının  adından  götürmüĢdür.  ”ġah-

sevən” adı  Birinci ġah Ġsmayıl Səfəvinin (1487-1524) hakimiyyəti 

dövründə  (1501-1524)  yaranmıĢdır.  ”Sahsevən”,  yəni    “Ģahın  sev-

diyi  el”,  ”elin  sevdiyi  Ģah”  deməkdir.  ”ġahsevənlərin  erkən  vətəni 

Güney (Cənubi)  Azərbaycan olmuĢdur. ġahsevənlər  xüsusi qəbilə 

və tayfa  birliyi olmayıb, ayrı-ayrı qəbilə və tayfa birliklərinə daxil 

olan  icma-qəbilə  qruplarının,  qəbilə  və  oymaqlardan  ayrılaraq  bir-

ləĢməsi nəticəsində əmələ gəlmiĢdi. Qaynalarda  yazılmıĢdır: ”ġah-

sevənlər. ġahsevən atlıları. Birinci ġah Abbas Səfəvi Cənnətiməkan 



 

237 


(1587-1629).  (Ləqəbi  “Böyük”.    27  yanvar  1571-ci  ildə  Heratda 

(Əfqanstan. Tarixi ədəbiyyatda NiĢapurda adlanmıĢdır...) da doğul-

muĢ,  19  yanvar  1629-cu  ildə  ƏĢrəf  Ģəhərində  58  yaĢında  vəfat  et-

miĢ,  Mazandaranda  dəfn  olunmuĢdur)  tərəfindən  7  əsas    qızılbaĢ 

elindən  təĢkil  edilmiĢ  türk tayfasıdır.  Əmir Teymur (1336-1405) 

14-cü yüzillikdə ġahsevənləri  Azərbaycanda  məskunlaĢdırmıĢdı. 

ġahsevənlər Ərdəbil və MeĢkin qoluna bölünür. MeĢkin qolu  

köçəri, Ərdəbil  qolu  isə  oturaqdır.  ġahsevən  eli  bütün oymaqları 

ilə  br  yerdə  76.500  nəfərdir...Ərdəbil  ətrafında  Savalan  dağının 

Ģimal yaylaqlarına köçürlər. Muğanda qıĢlayırlar. ġahsevənlər Azər-

baycanın  siyasi  həyatında mühüm rol oynamıĢlar.  

Tarixçi alim, mərhum Hüseyn Dəlili yazır: ”ġahsevənlər etno-

qrafik  qrupdur.  Cənubi  Azərbaycanın  Ģimal-Ģərqində,  Savalan  dağı 

və  Qarasu  çayı  ərazisində  (hövzəsində),  qisməndə  Quzey  (ġimali) 

Aazərbaycanın  cənubunda    məskunlaĢmıĢdılar.  Birinci  ġah  Abbas 

Cənnəti-Məkan  16-17-ci  əsrlərdə  Azərbaycanın  güclü  tayfa  baĢ-

çılarının mərkəzi hakimiyyətə tabe olmaq cəhdlərinin qaĢısını almaq 

və  öz  hakimiyyətini  gücləndirmək  məqsədilə  bəzi  tayfaları  (əfĢar, 

qacar,  zülqədər,  təkəli,  bəydili,  quzatlı    və  s.)  öz  tərəfinə  çəkərək 

“ġahsevən” adlı xüsusi Ģah qvardiyası  yaratmıĢdı.  Səfəvilər dövlə-

tinin  əsas  hərbi  qüvvəsinə  çevrilən  ġahsevənlilər  sonralar  Azər-

baycanın siyasi həyatında mühüm rol oynamıĢlar. 

 Azərbaycan Sovet Ensiklopediyasında yazılmıĢdır: 

 ”...  Ərdəbil,  Mugan,  Qəzvin  və  s.  ərazilərdə  ġahsevənlilərə 

xeyli  torpaq  sahələri  bağıĢlanmıĢdı...19-cu  əsrin  sonunda  ġahsevən-

lilərin əksəriyyəti oturaq həyata keçmiĢdi. Onlar maldarlıq, toxuculuq  

və    qismən    əkinçiliklə  məĢğul  olurdular.  ġahsevənlər  onlarca  tirə, 

oymağ, tayfa və qoldan (quzatlılar, inanlılar, canıyarlılar,  əliyarlılar, 

qocabəylilər, bəydililər, xələfli, quzanlı, dursunxocalılar, məstalıbəy-

lilər,  zərgərlər,  əlihəsənlilər,  canıyarlılar,  qocabəylilər,  rzabəylilər, 

poladlılar,  alarlar,  qarahəsənlilər,  talıĢmikayıllılar,  novruzbəylilər, 

preyvatlılar, qaraqasımlılar və  baĢqaları) ibarətdirlər. 1983-cü il mə-

lumatına görə ġahsevənlərin sayı 250 min nəfər idi. ”ġahsevəni” saz 

havası  da  ġahsevənlilərlə  əlaqədar  yaranmıĢdır.  Ona  “DöĢəmə  Ko-

roğlu”  da  deyilir.  ”ġahsevəni”nin  poetik  mətni  gəraylıdır...  ”ġahse-

vəni” Ģah pərdə  və ya  “Misri”  kökündə  ifa  olunur. 



 

238 


ġahsevənlərin ġimali Azərbaycana ilkin axını 18-ci əsrin axırı 

-  19-cu  əsrin  əvvəllərində  baĢ  vermiĢdir...1813-cü  ildən  1872-ci 

ilədək    ġimali    Azərbaycana    gəlmiĢ  ġahsevən  alaçıqlarının  sayı 

12,5 minə çatırdı. 1870-ci il məlumatına görə, Bakı quberniyasında 

xırdapay, xələfli və muğanlı ailələrinin sayı (300 ailə), poladlı (300 

ailə),  xumusta  poladlısı  (150  ailə),  talıĢ-mikayıllı  (400  ailə),  qoca-

bəyli    (200 ailə),  novruzalıbəyli (100 ailə  (quzanlı (60 ailə),  seyid-

lər,  əlibabalı,  dəmirçi,  qaraqasımlı  və  bu  kimi  onlarca  ġahsevən 

yarımköçəri  icmaları  yaĢayırdı.  1880-1885-ci  illərdə  çar  hökuməti  

ġahsevənlilərin  böyük  bir hssəsini icazəsiz yaĢadıqlarına görə geri-

yə - Ġrana qaytarmıĢdı. Azərbaycanda qalan, əsasən Beyləqanda ya-

Ģayan ġahsevənlilər isə baĢlıca olaraq 3 hissəyə ayrılırdılar: 1. Hü-

seynli,  Kərimili,  Əliyarlı  2.  Çovğunlu,  Callar,  Korlar,  Keçəllər 

(Beyləqan  rayonu,  Ġkinci  ġahsevən  kəndi)  3.  Tağıbəyli,  HacıkiĢili, 

Ġsgəndərli.  Bunlar  əsas  etbarı  ilə  Arazboyu  yerlərdə,  indiki  Beylə-

qan  ərazisində  Birinci  və  Ġkinci  ġahsevən  kəndlərində  yaĢayırdılar 

və  indidə  yaĢamaqdadırlar  (Birinci  ġahsevən  kəndində  10-dan 

yuxarı  tirə,  nəsil,  qol,  o  cümlədən,  Ġnanlı  (böyük  inanlı  və  kiçik 

inanlı), Qarahəsənli, Preyvatlı (Qocabəyli)-Əliyarlı (Əliyar Ġbrahim 

oğlu  Preyvatlı  –  ġahsevən  1831-ci  ildə  doğulmuĢdu,  Preyvatlı 

Arazın o tayında kənddir. 1835-ci ildə ġahsevən elinin bir hissəsi, o 

cümlədən Ġbrahim kiĢi Arazın bu tayına Qarabağa köçüb, CavanĢir-

Dizaq  mahalının  (indiki  Fizuli  rayonu)  Oltan  adlı  sahəsində 

məskunlaĢmıĢdı.  Əliyar  obanın  ağsaqqallarından  idi.  Söz-söhbəti  

ilə  qan  yatırırdı. Onun Fəti, Həzi, AlıĢ,  Firidun, Teymir, Heydər, 

Əsəd,  MəmiĢ...  adlı  oğlanları  vardı...  Əliyar  ġahsevən    Süleyman  

Əliyarlı, Qaçay    Əliyarlı, Arif   Əliyarlı,  Ġltifat  Əliyarlı kimi  tanın-

mıĢ Ģəxslərin babasıdır. Tağıbəylı, Sadıxlı, Kərimli, Əhmədli, Qıçı-

lar,  Hüsnlü-Qəhrəmanlı,  HacıkiĢili,  Ġsgəndərli,  Həzili  (Onikilər)  ti-

rələri və onların törəmələri yaĢamaqdadırlar... 

Arazboyu  Ģahsevənlilər  (Birinci  və Ġkinci ġahsevən kəndinin  

camaatı)  1835-ci  ildə  Ərdəbildən  və  Cənubi  Azərbaycanın  digər 

yerlərindən əvvəlcə indiki Füzuli rayonuna -“Oltan yeri” deyilən boĢ 

əraiyə - Horadizlə  Kürdlər  kəndi  arasaına köçmüĢlər... (”Kürd” qə-

dim fars  dilində  ”kərd”  sözündən  olub,  ”mərd”,  ”qoçaq”,  ”bahadır”, 

”pəhləvan” deməkdir. Kürdlər irandilli tayfalardandır... Füzuli rayo-



 

239 


nunda hazırdada Kürdlər kəndi vardır). Birinci ġahsevən kəndinin ca-

maatı Arazboyundan indiki yaĢayıĢ yerinə 1930-cu ildə köçmüĢdür... 

... 1839-cu ildən etibarən ġahsevənliləri elbəyilər idarə etməyə 

baĢlamıĢdılar.  Azərbaycanın  Rusiyaya  birləĢdirilməsinə  qədər 

Muğan düzü TalıĢ xanlığına (1747-1825) daxil idi. Xanlıq buradakı 

qıĢ  otlaq  sahələrindən  istifadə  müqabilində  ġahsevənlərdən  “çöp-

baĢı”  deyilən  vergi  alırdı.  Xanlığın  Rusiyaya  birləĢdirilməsindən 

(1828) sonra burada ilk dəfə olaraq ġahsevənlərin bir hissəsi Yeddi-

oymaq kəndinin əsasını qoymuĢdu. Qalanları isə öz tərəkəmə tərzini 

savam etdirməkdə idilər. 

 Azərbaycanda  rayonlaĢmanın  baĢlandığı  illərdə  (1929-1930) 

Beyləqan  ərazisi  Qarabağ  və  Salyan  mahallarının  tərkibinə  daxil 

edilmiĢdi.  1868-1917-ci  illərdə  Beyləqan  Bakı  quberniyasının  Ca-

vad  qəzasının, Yelizavetpol (Gəncə)  quberniyasının  ġuĢa qəzası-

nın    və  Cəbrayıl  qəzasının  (1883-cü  ildən)  tərkibində  olmuĢdu. 

AXC dövründə Beyləqan ərazisinin bir hissəsi Bakı quberniyasının 

Cavad  qəzasının,  digər  hissəsi  isə  Gəncə  quberniyasının  Cəbrayıl 

(Karyagin) və ġuĢa qəzalarının tərkibində idi. 

ġahsevənlər  Muğanda  və Azərbaycanın  baĢqa yerlərində də 

məskunlaĢmıĢdılar.  Respublikada  Beyləqanla  yanaĢı,  Ağcabədidə 

(ġahsevən kəndi və bu kənddən törəmə Təzəkənd adlanan ġahsevən 

kəndi var. Həmin  kəndlərin camaatının doxsan beĢ faizi Ģahsevən-

lilərin  Əlihəsənli  qolundan  ibarətdir),  Kürdəmirdə,    Ağsuda,  Gən-

cədə də ġahsevən adlı toponimlər, yaĢayıĢ   yerləri və əslən  ġahse-

vənlərdən    olan    çoxlu    tirə,  qol  və  nəsil  vardır.  (Məsələn,  Biləsu-

varda Canıyarlar nəsili və s. Əsilli-köklü Canıyarlar  nəsli  otuzuncu  

illərin  repressiyası  dönəmində  dəhĢətli təqiblərə və faciələrə mə-

ruz  qalmıĢdır.  Qazaxıstanın  Cambul  Vilayətinin  Merke  rayonuna 

sürgün edilmiĢ Canıyarlar nəslundən 36 nəfər repressiyanın qurbanı 

olmuĢdur...  Canıyarlı-ġahsevən    nəslindən    görkəmli    Ģəxsiyyətlər  

və xadimlər çıxmıĢdır... (Bax: Yəhya Yusif Canıyar. ”Turan Müba-

rizi”,  Bakı, 2011,  ”Ozan”  nəĢriyyatı, səh.232-268). 



 

240 


 

 

 

 

Şimali Azərbaycanda (Muğanda) və Cənubi Azərbaycanda 

(Ərdəbildə) Şahsevənlilər. 

Şahsevənli at belində 


 

241 


 

Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin  24  yanvar  

1939-cu  il  tarixli  Fərmanı  ilə  o  vaxtkı  Karyagin  (indiki  Füzuli), 

Qaradonlu  (indiki  ĠmiĢli)  və  Ağcabədi  rayonlarının  əraziləri  hesa-

bına  yeni  inzibati  ərazi  vahidi  kimi    Jdanov    rayonu  yaradılmıĢdı 

(Andrey Aleksandroviç Jdanov (26 fevral 1896,Mariupul, Ukrayna-

31  avqust  1948,  Moskva)  görkəmli  partiya  və  dövlət  xadimi,  Sov. 

ĠKP  MK-nın  üzvü  idi.  Yeni  rayon  onun  Ģərəfinə  adlandırılmıĢdı). 

Fərmanı  Ali  Sovetin  Rəyasət  Heyətinin  sədri  Mir  BəĢir  Qasımov 

(1879-1949) və Ali Sovetin  katibi  Əziz  Əliyev (1897-1961) imza-

lamıĢdılar (QeydƏziz Məmmədkərim oğlu Əliyev. Görkəmli dövlət 

və elm xadimi. 1897-ci il yanvarın 1-də İrəvan quberniyasının Ha-

mamlı  kəndində  anadan  olmuşdu.Ə.  Əliyev  Azərbaycan  Respub-

likasının  Prezidenti  İlham  Əliyevin  babası,  görkəmli  oftalmoloq, 

akadmik Zərifə xanım Əliyevanın atasıdır. 1998-ci il may ayının 14-

də Əziz Əliyevin 100 illik yubileyi, 2006-cı il dekabrın 5-də isə 110 

illiyi dövlət səviyyəsində keçirilmişdi...). 

Gəncə. Böyük Bağmanlar  məhəlləsi. Şahsevənlər  məscidi. 

1882-ci ildə tikilmişdir, hazırda fəaliyyətdədir. 

 


 

242 


...“Ağcabədi”, ”Ağca” və “bədi”, ağımtıl, quru, ĢumlanmamıĢ, 

bozumtul  torpaq”  deməkdir.Tarixin  müxtəlif  dönəmlərində 

Ağcabədiyə “Boyat” (yerli türk tayfasının adıyla), Yeni  Qaradolaq 

(yerli  türk  tayfasının  adıyla),  Sarvanlar,  Minaxorlu  (at  bəslənən 

yer),  Qaravəllili  (yerli  türk  tayfasının  adıyla),  Mirzə  Haqverdilər 

(yerli nüfuzlu Ģəxsin adıyla), həmçinin “Üzeyirabad” da demiĢlər... 

Ağcabədidə Beyləqan adlı kənddə var. Yerli məlumata  görə əhali 

vaxtı  ilə  Beyləqan  Ģəhərindən  köçüb  gəlmiĢdir.    Beyləqanın    mər-

kəzi  1932-1938-ci    illərdə  5  nömrəli  Mil  sovxozuydu  (bu  sovxoz 

Mil düzündə salınmıĢ ilk dövlət təssərrüfatı  orqanı idi. Mil sovxozu 

1927-ci ildə salınmıĢ və tədricən Mil sovxozlar qrupunun mərkəzinə 

çevrilmiĢdi.  Sonralar,  1985-ci  ildə  rayon  təsərrüfatı  üçün  böyük 

əhəmiyyət  kəsb  edən  “Yeni  Xan  qızı  kanalı”  (Qarabağn  axırıncı 

xanı  Mehdiqulu  xanın  qızı  XurĢidbanu  Natəvan  çəkdirdiyi  üçün 

belə  adlanır.  Kanal  1924-cü  ilədək  “Xan  qızı  arxı”  kimi  xalq 

arasında  məĢhur  idi.  Həmin  ildə  bu  ad  dəyiĢdirilib  S.  Orconikidze 

adına kanal adlandırılmıĢdı. Xan qızı arxı öz mənbəsini Araz çayı-

nın  baĢ  dəhnəsindən  götürür.  Bu  arxın  qədim  adı  Barlaks  olmuĢ-

dur). Yeni rayon yarandıqdan sonra da bu sovxoz Ģəhər tipli qəsəbə 

kimi 1966-cı ilədək Jdanov rayonunun mərkəzi olmuĢdur. Beyləqan 

1939-1963-cü  illərdə  Jdanov  rayonu  adlanmıĢdı.  1964-cü  il  yanva-

rın 4-də respublikada  aparılan inzibati-ərazi  bölgüsü və dəyiĢiklik-

lərlə  əlaqədar  olaraq  rayon  ləğv  edilmiĢ  və  ərazisi  ĠmiĢli  rayonuna 

verilmiĢdi.  Lakin  1965-ci  ildə  yenidən  müstəqil  rayon  kimi  təĢkil 

olunmuĢdur.  Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin  sədri 

Süleyman  Tatlıyevin  (1  mart  1934,  Bakı-1  avqust  1993,  Bakı,  59 

yaĢ) imzaladığı 18 mart 1989-cu il tarixli fərmanla Jdanov adı ləğv 

edilmiĢ  və  Beyləqanın  tarixi  adı  özünə  qaytarılmıĢdır.Tarixin 

müxtəlif dönəmlərində Beyləqana Paytakaran (“Paytakaran” farsca 

“Arranın  anası”  deməkdir,  Ģəhərin  qalıqları  Beyləqanda  Təzəkənd 

adlanan  ərazidədir),  Balasakan,  Biləqan,  Sarısu,  Soltanbud  (Soltan 

Ģəxs  ad,  “bud”  farsca  “təpə  deməkdir,  yəni  Soltanın  təpəsi),  5 

nömrəli  sovxoz,  Mil  Minarə  də  demiĢlər).  2009-cu  ildə  Beyləqan 

rayonu  özünün  70  illik  yubileyini  təntənə  ilə  qeyd  etmiĢdir... 

Artıq    yuxarıda  qeyd  etdyimiz  kimi,  Karyagin  qəzası  (indiki 

Füzuli  rayonu)    1905-ci    il  mayın  14-də  Kürəkçay  müqaviləsinin 



 

243 


100  illiyi  tamamında  keçmiĢ  çar  polkovniki  Pavel  Karyaginin 

Ģərəfinə  təĢkil olunmuĢdu. Bunadək  qəzanın ərazisi Qarabulaq ki-

mi  tanınırdı  (“Qarabulaq”  türk  sözüdür,”qara”  böyük,”bulaq”  isə 

“bol  sulu  çeĢmə”,  yəni  “böyük  bulaq”  deməkdir.  Beləliklə,  Füzuli 

Ģəhərinin  əsası  1827-ci  ildə  (sentyabrın  10-da)  qoyulmuĢ  və  ilkin 

adı  Qarabulaq  olmuĢdur.  Qarabulaq  yaĢayıĢ  məntəqəsi  öz  adını 

vaxtıilə  orada  çıxan  çoxlu  sayda  təbii  bulaqların  adından  almıĢdır. 

Ġstanbulun  baĢkanlıq  arxivində  saxlanılan  930  saylı  “Gəncə-

Qarabağ  əyalətinin  müfəssəl  dəftəri”  adlanan  tarixi  sənəddə  indiki 

Füzuli  Ģəhərinin  adı  “Dizaq  nahiyəsinə  tabe  olan  Qarabulaq 

QıĢlağı” kimi qeyd olunmuĢdur. Həmin mənbədə 1886-cı ildə Qara-

bulaqda 45 ailənin (104 kiĢi, 109 qadın)  yaĢadığı  bildirilir. 

Qeyd etmək lazımdır ki, 1827-ci ilədək  indiki  Füzuli  rayo-

nunun adı  “Molokan” adlanıb. Bu onunla əlaqədar idiki, hələ 1822-

ci  ildə Qarabulaq qıĢlağı  (kəndi)  ərazisinə çar Rusiyasının mərkəzi 

quberniyalarından  ucqarlara  köçürmə  siyasətinin  nəticəsi  olaraq  46 

molokan ailəsi köçürülmüĢdü (“molokan” rusca “süd kimi pak” qi-

dalananlara deyilirdi. ”Molokanlar”ın öz dini təriqətləri vardı və on-

lar bunu süd kimi pak” adlandırırdılar. Təriqətin adı da elə bundan 

götürülmüĢdü.  Təriqətin  baĢçısı  Semyon  Ukleyin  hesab  olunurdu). 

Molokanlar əvvəlcə Tombov quberniyasından Zəngəzurun ərazisinə 

- Bazarçay kəndinə gəlib məskunlaĢsalar da, burada çəyirtkə onların 

əziyyətlə  becərdikləri  məhsulları  (taxıl,  arpa,  qarğadalı,  kələm, 

çuğundur və s.) tələf etdiyi üçün hamılıqla Qarabulaq kəndinə gəlib 

burada həmiĢəlik məskunlaĢmıĢdılar.  Bundan sonra  yaĢayıĢ məntə-

qəsi bir müddət “Molokan” adlandırılmıĢdı. ĠĢgüzar molokanlar yer-

li qarabulaqlılarla tez dil tapmıĢ və ünsiyyət bağlamıĢdılar. Onların 

saldıqları  “Molokan  bazarı”  deyilən  bazar  bütün  ətraf  yerlərdən 

əhalinin axıĢıb gəldiyi izdihamlı tricarət mərkəzinə çevrilmiĢdi. Bu-

raya nəinki Qarabağın hər yerindən, hətta Ġrandan ticarət məqsədilə 

çoxlu tacirlər gəlirdi. ”Molokan” adlanan mərkəz 1827-ci ildə Qara-

bulaq  yaĢayıĢ məntəqəsi adlanmağa baĢlamıĢdı.  Odur  ki,  Füzulinin 

bir  adı  da  əhali  arasında  çağrılan  “Molokan”  rayonu  olmuĢdur). 

(Yeri gəlmiĢkən, Füzulinin adına xalq arasında ƏrgünəĢ,  Maralyan, 

Azıx,  AĢağı  Güzlək və s. də demiĢlər). 


 

244 


Füzuli    rayonu    tarixdə  “Fioletovka”  da  adlanmıĢdır.  Füzuli 

Ģəhərinin  mərkəzindən  1  kilometr  məsafədə,  onun  qərb  hissəsində 

yerləĢən,  xalq  arasında  və  tarixi  mənbələrdə  “QızılqıĢlaq”  adlanan 

yaĢayıĢ hissəsi vaxtıilə “Fioletovka” adlandırılmıĢdı. Bu, həmin his-

sədəki  küçəyə  1918-ci  il  sentyabrın  20-də  Türkmənistanda  güllələ-

nən 26 Bakı  komissarından biri  -  bolĢevik  Ġvan  Fioletovun  (19 de-

kabr  1883  -  20  sentyabr  1920)  adının  verilməsindən  sonra  olmuĢ-

dur... 


Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  Cəbrayıl  qəzasının 

tərkibində  olan  Füzuli  ərazisi  inzibati  idarəçilik  cəhətdən  Birinci 

Böyük Bəhmənli (tarixdə Böyük və bala Bəhmənli kəndlərinin adı 

Saday  bəy obası  kimi  də  tanınır.  Vaxtıilə, Nadir  Ģah ƏfĢar 1735-ci 

ildə  Bəhmənli  oymağının  böyük  qismini  Xorasan  (Ġran)  əyalətinin 

Sərəxs adlanan ərazisinə sürgün etmiĢdi. Bəhmənli oymağının baĢ-

çılarından  biri  Ağa  bəy  olmuĢdur.  Ağa  bəyin  Bəylər  bəy  adlı  qar-

daĢı vardı. Ağa bəy və övladları Bəhmənli obasında məskunlaĢmıĢ-

dılar.  Ağa  bəyin  oğlu  Baba  bəy  (1796)  bir  müddət  Bala  Bəhmənli 

obasına  baĢçılıq  etmiĢdir.  Ağa  bəyin  digər  qardaĢı  Alı  bəyin  də 

Əhməd bəy (1798) adlı oğlu vardı. Əhməd bəy hazırkı Əhmədbəyli 

kəndinin əsasını qoymuĢdur...) polis sahə pristavlığına, Ġkinci Hora-

diz  polis  sahə  pristavlığına  və  Üçüncü  Cəbrayıl  polis  sahə 

pristavlığına  ayrılmıĢdı.  Birinci  sahə  polis  pristavlığının  pristavı  

Həbib  Məhərrəmov,  Ġkinci sahə polis pristavlığının pristavı Həsən 

bəy Vəzirov və Üçüncü sahə polis pristavlığının pristavı  Camal bəy 

Əlibəyov (1907-1937) idi. 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin