İSTİqlal fəDAİLƏRİ – azərbaycan xalq cümhuriYYƏTİNİn daxiLİ İŞLƏr naziRLƏRİ



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə19/36
tarix05.03.2017
ölçüsü3,76 Mb.
#10119
1   ...   15   16   17   18   19   20   21   22   ...   36

Qeyd: 1593-cü il Osmanlı qaynaqlarından birində indiki Fü-

zulinin  Horadiz  kəndinin  də  adı  çəkilir.”Horadiz”  irandilli  (fars) 

sözdür;  ”hor”  “od”,  ”günəş”,  ”işıq”,”diz”  “qala”,  yəni  “Günəş 

qalası”, ”qala kənd” (“məskən, yurd, qala” anlamındadır). Onyed-

dinci  əsrin  ikinci  yarısında  kəndin  sahibi  Səfəvi  dövlətinin  (1501-

1736) adlı-sanlı əmirlərindən biri Xələf bəy idi. 1823-cü ilə aid rus 

mənbəyində bildirilir ki, Horadiz kəndi Cəfərqulu xana məsusdur). 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra,  1920-ci 

il iyulun 29-da Karyagin Qəza Ġnqilab Komitəsinin sədri Məmməd-

xan  Məmmədxanov  onun  qərargahını  Qoçəhmədli  kəndinə  köçür-

müĢdü...(Burada “Qoçəhmədli” sözü, ”qoç”-“igid”, ”cüssəli”, ”qəh-


 

245 


rəman” deməkdir, ”əhmədli” isə etnonimdir. Qoçəhmədli bu kənddə 

ilkin  məskunlaĢmıĢ  nəslin  adıdır).(1593-cü  ilə  aid  Osmanlı 

qaynaqlarından  birində  bildirilir  ki,  Gəncə-Qarabağ  əyalətinin  Di-

zaq nahiyəsində Qoçəhmədli kəndi mövcuddur). Qoçəhmədli kəndi 

1867-1905-ci illərdə Cəbrayıl qəzasının tərkibində olmuĢdur. 

1929-cu  ilin  yazında  aparılan  yeni  inzibati  ərazi  bölgüsünün 

tətbiqi və rayonlaĢmaya keçilməsiylə əlaqədar olaraq, respublikada-

kı bütün qəzalar, o cümlədən Karyagin qəzası da ləğv olundu, əvə-

zində rayon yaradıldı. Bu dəfə yeni yaranan rayona daha Karyaginin 

adı  verilmədi. Rayon Sərdar  rayonu adlandırıldı. Beləki,1929-cu il 

martın  1-də  Azərbaycan  XKS  əslən  Qarğabazar  kəndindən  olan 

(“Qarğabazar” adına hələ 1724-cü il tarixli bir türk qaynağında rast 

gəlinir.Kəndin mənĢəyi burada ilkin məskun olmuĢ Qarqar türk tay-

fasının  adı  ilə  əlaqələndirilir.  Qarğabazar  karvan  yolları  üzərində 

yerləĢirdi.  Burada  səsli-küylü,  izdihamlı,  gur  bazar  da  mövcud  idi. 

Məhz  bazarın  olması  ilə  əlaqədar  sonralar  kəndin  adı  “Qarqar  ba-

zarı”,  ”Qarqarlar  bazarı”  adlandırılmıĢ,  zaman-zaman  hallalanaraq 

“Qarğabazar” Ģəkilinə düĢmüĢdür) məĢhur inqilabçı Bünyad Sərda-

rovun  (həqiqi  soyadı  Ġbrahimovdur)  1919-cu  ildə  faciəli  vəfatının 

(Bünyad  Bakıda  çarizmə  qarĢı  mübarizə  dövründə,  Balaxanı  neft 

mədənlərində  iĢlərkən  inqilabi  fəaliyyəti  zamanı-1908-ci  ildə 

təqibdən  yaxa  urtarmaq  üçün  “Sərdarov”  soyadını  götürmüĢdü.  O, 

1919-cu  ilin  yazında  “Ġbrahim  Ata”  pasportu  ilə  gecə  ikən  kiçik 

balıqçı  qayığında  HəĢtərxandan  Xəzərə  çıxıb  (qayıqda  silah  və  s. 

vardı) Bakıya yollanarkən  “Çeçen adası” deyilən yerin yaxınlığında 

ağqvardiyaçı  keĢikçi  gəmisi  tərəfindən  yaxalanmıĢ,  çoxlu  iĢgəncə-

lərdən sonra boynuna daĢ bağlanmaqla, güllələnərək dənizdə batırıl-

mıĢdı.)  10-cu  ildönümü  ilə  əlaqədar  olaraq,  Karyagin  rayonuna  və 

Ģəhərinə Sərdar adını vermiĢdi. Lakin SSRĠ XKS-in təzyiqi altında 

Azərbaycan SSR XKS 1931-ci ilin əvvəlində Sərdar adını ləğv edib, 

yenidən Karyaginin adını bərpa etmiĢdi. Sərdar rayonu RPK-nın ilk 

1-ci  katibi  Məmməd  Əsədov,  RĠK-in  ilk  sədri  Əziz  Nuriyev  və 

Rayon  Milis  Ġdarəsinin  ilk  sədri  Əbdül  Məmmədov  olmuĢdular. 

Beləliklə,  Karyagin  adı  1931-ci  ilin  əvvəlində  yenidən  bərpa  olun-

muĢdu. Bu ad 1959-cu ilin aprelinədək qalmıĢdır (Karyagin rayonu-

na  xalq  arasında  uzun  müddət  “Qaryagin”  demiĢlər.  Hətta  rəsmi 



 

246 


sənədlərin  bir  çoxunda,  tarixi  ədəbiyyatlardada  “Qaryagin”  adı 

yazılmıĢdır.  Hələ  indinin  özündədə  belə  deyənlər  var).  1959-cu  il 

aprelin  2-də  Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin  qərarı 

ilə  dahu  Ģair  Məhəmməd  Füzulinin  anadan  olmasının  400  illiyi 

Ģərəfinə Karyagin adı ləğv edilmiĢ, rayona və Karyagin Ģəhərinə M. 

Füzulinin  (1494-1556)  adı  verilmiĢdir  (“Füzuli”  ərəb  sözüdür, 

”həddi  bilinməyən”,”həddini  aĢan”  deməkdir).  Əlli  min  nəfərə  ya-

xın əhalisi qeydə alınmıĢ Füzuli Ģəhəri və rayonun böyük hissəsi 23 

avqust  1993-cü  ildən  erməni  qəsbkarları  tərəfindən  iĢğal  olunmuĢ-

dur   (Kiçik Qafqazın  cənub-Ģərq qurtaracağı  ilə  Araz çayı  arasında 

1386  kv.km.ərazisi  olan  Füzuli  rayonunun  yalnız  22  kəndi  iĢğalda 

deyildir.  Hazırda  rayonun  inzibati  mərkəzi  Horadiz  Ģəhərindədir. 

Azərbaycan  Respublikasının  2007-ci  il  23  oktyabr  tarixli  qərarı  ilə 

Horadizə Ģəhər statusu verilmiĢdir. 

QUBADLI.  Qarabağ  yaylasının  cənub-Ģərqində  yerləĢir.  On-

altıncı  yüzilliyin  sonunda  Azərbaycana  köçmüĢ  səlcuq  türklərinə 

mənsub  Qubad  nəslinin  adını  daĢıyır.  Tarixin  müxtəlif  dönəmlə-

rində  Qubadlıya  AĢağı  Xoca  Musaxlı  (19-cu  əsrin  ikinci  yarısında 

Zəngəzur qəzasında  yaĢayan  yerli tayfanın  adıdır), Dondarlı  (orada 

yaĢayan  qədim,  döyüĢkən  dondarlı  türk  tafalarının  adıdır),  Xanlıq, 

Məmmədli, Yuxarı Cibikli, Sarıyataq da demiĢlər. Ġnzibati ərazi va-

hidi  kimi  Qubadlı  rayonu  1933-cü  ildə  təĢkil  olunmuĢdu.  Ərazisi 

826 kv.km., əhalisi 31.000 nəfər idi. 1963-cü il yanvarın 4-də ləğv 

edilmiĢ və ərazisi Zəngilan rayonuna verilmiĢdi. 1964-cü ildə yeni-

dən  müstəqil  rayon  olmuĢdur.  Qubadlı  31  avqust  1993-cü  ildə  Er-

mənistan “silahlı qüvvələri” tərəfindən iĢğal edilmiĢdir. Ermənistan 

Respublikası rəhbərliyinin Azərbaycan (türk) mənĢəli toponomlərin 

erməni adları ilə əvəz edilməsi siyasətinə uyğun olaraq iĢğal altında 

olan Qubadlı Ģəhəri  indi “Sanasar” adlandırılmıĢdır. 

ZƏNGĠLAN. Zəngilan Kiçik Qafqazın cənub-qərbində, Arazın 

sol sahilində yerləĢir. ġimaldan Qubadlı və Cəbrayıl, qərbdən Ermə-

nistanla, cənubdan və Ģərqdən Ġranla həmsərhəddir. XV əsrin məĢhur 

cöğrafiyaĢünası  və  tarixçilərindən  biri  yazırdı  ki,  Zəngilanın  əsası 

hicri  tarixin  15-ci  ilində  axırıncı  Peyğəmbərimiz  Məhəmməd  Əley-

hissalamın  (570-632)  622-ci  ildə  Məkkədən  Mədinə  Ģəhərinə  hicrət 

etməsi ili ilə baĢlanır, yəni əsası 636-cı ildə qoyulub. ”Zəngilan”  hə-



 

247 


min  ərazidə  ilk  məskən  salmıĢ  “zəngənə”,  ”zəng”  adlı  kürd  qəbi-

ləsinin  adını  daĢıyır.Tarixin  müxtəlif  dönəmlərində  Zəngilana 

SarıqıĢlaq,  Pirçivan,  Məmmədli,  Mincivan,  Saralı-XəĢtab  (yəni 

“Saralı tayfasına məxsus qıĢlaq” da demiĢlər. Ġndiki  Zəngilan rayonu 

8  avqust  1930-cu  ildə  təĢkil  olunmuĢ,  1959-cu  ilədək  Pirçivan 

adlanmıĢdır. 1963-cü il yanvarın 4-də qonĢu Qubadlı rayonu da ləğv 

edilmiĢ  və  Zəngilan  rayonuna  verilmiĢdi.  1964-cü  ildə  Qubadlı 

yenidən  müstəqil  olduğundan  ərazisi  Zəngilandan  ayrılmıĢdı. 

Zəngilan  29  oktyabr  1993-cü  ildə  Ermənistan  “silahlı  qüvvələri” 

tərəfindən iĢğal olunmuĢdur. 

CAVANġĠR  QƏZASI.  Mərkəzi  Tərtər  kəndi  idi.  Ġnzibati 

ərazi  vahidi  kimi  çar  hökumətinin  “Qafqazda  inzibati  islahatlar 

haqqında”  9 dekabr 1867-ci  il tarixli fərmanına əsasən Yelizavet-

pol  quberniyasına  daxil  olan  8  qəzadan  biri  kimi  1  yanvar  1868-ci 

ildə yaradılmıĢdı. Ərazisi 4654,06 kv. verst, əhalisi 75730 nəfər idi. 

Əhalinin 54,79 faizini kiĢilər, 45,20 faizini qadınlar təĢkil edirdi. 1 

iyul 1883-cü ildə CavanĢir qəzası inzibati dəyiĢikliklərə uğramıĢdı... 

Mərkəzi  Tərtər  məntəqəsi  idi.  Tərtər  orta  əsrlərdə  “Trtu”  adlan-

mıĢdır. 1920-ci il aprelin 22-də Azərbaycan hökumətinin qərarı ilə 

CavanĢir  qəzası  bir  sıra  dəyiĢilkilər  əsasında  yenidən  təĢkil  olun-

muĢdu. Mərkəz yenə Tərtər idi.Tərtər 1922-ci ilədək CavanĢir qəza-

sının  tabeliyində  idi.  1922-ci  ildə  CavanĢir  sahəsi  adlandırılmıĢdı. 

CavanĢir  sahəsi    7  iyul  1923-cü  ildən  1930-cu  ilin  avqustunadək  

Qarabağ  dairəsinin  tabeliyində  olmuĢdu.  1930-cu  il  avqustun  8-də 

Tərtər  rayonu  yaradılmıĢdı.  1931-ci  il fevralın 24-də  Tərtər rayonu 

ləğv  edilərək,  Bərdə  rayonunun  inzibati  tabeliyinə  verilmiĢdi.  27 

yanvar  1934-cü  ildsə  yenidən  müstəqil  olmuĢdu.  1949-cu  ilədək 

Tərtər adı ilə mövcud olan Tərtər rayonunun  adı 5  avqust 1949-cu 

ildə  dəyiĢdirilərək  MirbəĢir  rayonu  (sovet  dövlət  xadimi  MirbəĢir 

Qasımovun  Ģərəfinə)  adlandılmıĢdı.1963-cü  il  yanvarın  4-də 

MirbəĢir rayonu da ləğv edilərək Bərdə rayonuna verilsədə, lakin 6 

yanvar  1965-ci  ildə  yenidən  MirbəĢir  adı  ilə  müstəqilliyini 

qaytarmıĢdı.Qədim  Yuxarı  Qarabağın  mərkəzində,  Kür-Araz 

ovalığının  qərb  hissəsində,  Tərtərçayın    sağ  və  sol  sahillərində 

yerləĢən  Tərtər  rayonu Ģimaldan Ağdərə, cənubdan Bərdə (qədim 

Bərdə  Ģəhəri  də  Tərtər  çayının  sahilində  idi...Onun  yeri  indiki 



 

248 


Bərdənin  yaxınlığında olmuĢdur.Bərdə” türkcə “Piyaləli”, ”Kuzəli” 

mənasını  bildirir.  Farsca  isə  “qul  yeri”  deməkdir.Erməni  mənbələ-

rində  Bərdə  “Partav”  adlandırılır.Bərdə  Arranın  (Albaniyanın) 

paytaxtı (752-ci ildən) olmuĢdur. Əslində, ”Aran”, yəni dağlıq yerə 

nisbətən alçaq, düzən yer, ”qıĢlaq yeri”,  ”isti yer”  deməkdir. Arran 

deyəndə Kur və Araz çaylarının arası, qovuĢduğu yer baĢa düĢülür-

dü. Ərəblər Aranı  “Arran” Ģəkilində söyləmiĢlər. Bərdəni “Arranın 

anası”da adlandımıĢlar.Bərdə qədim türk dillərində  “aran”  termini  

“isti  yer”  deməkdir.Aran  Qarabağı  deyiləndə  Qarabağ  tayfasının 

qıĢlaq  yeri  baĢa  düĢülür.  Tarixin  müxtəlif  dönəmlərində  Bərdəyə 

“Qurdlar, ”Böyük Qacar”, ”Bala Qacar”, Bük (“meĢəlik”, ”kolluq”, 

”cəngəllik”)  demiĢlər.  Bərdə  rayonu  8  avqust  1930-cu  ildə  təĢkil 

olunmuĢdur) qərbdən  Ağdam, Ģimali-Ģərqdən Naftalan (1968-ci il-

də  yaradılıb)  və  Goranboy  (1930-cu  ildə  yaradılıb.  1938-ci  ildən 

Qasım  Ġsmayılov  (1885-1922)  rayonu  (inilabçı  Qasım  Ġsmayılovun 

Ģərəfinə  adlanıb.  Qasım  Ġsmayılova  ġadılı  da  deyilib,  yəni  ġadılı 

tayfasına mənsub), cənub-Ģərqdən Yevlax rayonları ilə həmsərhəd-

dir (Yevlaxın ilkin adı  “Ovlaq”  Ģəkilində olub. Ovlax adı ilk dəfə 

16-cı  əsr  Azərbaycan  tarixçisi  Həsən  bəy  Rumlunun  (1530-cu  ildə 

Qum Ģəhərinsdə  anadan  olmuĢdu) “Əhsən ət-təvarix” (Tarixləri ən 

yaxĢısı”  əsərində  çəkilmiĢdir.  1879-1888-ci  illərdə  Bakı-Tiflis 

dəmiryolu  çəkiləndə  burada  iĢləyən  rus  mühəndisləri  əraziyə  aid 

olan  “Ovlaq”  sözünü  “Yevlax” kimi iĢlətmiĢ,dəmir yolu stansiya-

sını bu adla adlandırmıĢlar. Həmin vaxtdan “Yevlax” sözü Azərbay-

can  dilinə  daxil  olub.  Ümumiyyətlə,  bu  yerlər  əvvəldən  ovlaq  yeri 

olub.  Tədqiqatçılara  görə  bu  yerin  əsl  qədim  adı  elə  “Ovlaq”dır.  

Yevlaxa  korkın  adlı  qədim  oğuz  türk  tayfasının  adı  ilə  AĢağı 

Qarxun da demiĢlər. AXC dövründə Yevlax stansiyası (“Vağzal” da 

deyirlər)  və  Yevlax  kəndinin  ərazisi    ƏrəĢ  və  CavanĢir  qəzalarının 

tərkibində olmuĢdu. 1928-ci ildə Yevlaxda pambıqtəmizləmə zavo-

du  iĢlə  salınmıĢdı.  1935-ci  il  fevralın  20-də  Azərbaycan  MĠK-in 

qərarı  ilə  Yevlax  rayonu  təĢkil  olunmuĢdu.  Həmin  ilin  mayında 

Yevlax  rayon mərkəzinə çevrilmiĢdi. 1939-cu il fevralın 1-də Yev-

lax rəsmən Ģəhər adlandırılmıĢdı. 1962-ci il dekabrın 26-da Yevlax 

rayonu  ləğv  edilərək,  ərazisi  AğdaĢ,  Bərdə  və  Qasım  Ġsmayılov 

(Göranboy)  rayonlarına  verilmiĢdi  (Qədim  tarixə  malik  Goranboy 



 

249 


rayonu  Azərbaycan  MĠK-in  8  avqust  1930-cu  il  tarixli  qərarı  ilə 

yaradılmıĢdı.  8  sentyabr  1938-ci  ildə  adı  dəyiĢdirilərək  Qasım  

Ġsmayılov adlandırılmıĢdı. Bu, məĢhur inqilabçı, 1922-ci ildə sovet 

hakimiyyətinin  düĢmənləri  ilə  mübarizədə  öldürülmüĢ  Qasım 

Ġsmayılovun Ģərəfinə belə adlandırılmıĢdı. Azərbaycan Respublikası 

Ali Sovetinin 12 fevral  1991-ci il tarixli qərarı ilə ġaumyan (kənd) 

rayonu  və  Qasım  Ġsmayılov  adı  ləğv  edilmiĢ  və  Goranboyun  tarixi 

adı  özünə  qaytarılmıĢdır.  Ġndiki  Yevlax  rayonu  6  yanvar  1965-ci 

ildən  müstəqildir).  Coğrafi  mövqeyinə  görə    Qərblə  ġərq  arasında 

keçən karvan yollarının üstündə olduğundan Tərtər tarixdə “Çapar-

xana”  (Karvansara)  və  qala  vəzifəsi  daĢıdığı  üçün  “Çəpərxana” 

adlanmıĢdır.  1963-cü  ildə  ləğv  edilərək  ərazisi  Bərdə  rayonuna 

verilmiĢdi. 1965-ci ildə yenidən müstəqil rayondur. Uzun müddət, 5 

avqust  1949-cu  ildən    Mir  BəĢir  rayonu  (Azərbaycan  SSR  Ali 

Soveti  Rəyasət  Heyətinin  sədri  MirbəĢir  Qasımovun  (1879-1949) 

Ģərəfinə)  adlanmıĢdır.  MirbəĢirə  “Apanlı”da  demiĢlər.  1991-ci  il 

fevralın 7-də MirbəĢir adı ləğv edilmiĢ və Tərtər rayonu adı özünə 

qaytarılmıĢdır. Azərbaycan Respublikası MM-in 13 oktyabr 1992-ci 

il  tarixli  327  nömrəli  qərarı  ilə  Ağdərə  rayonu  da  ləğv  edilərək, 

Ağdərə  qəsəbəsi  və  28  kəndi  ilə  birlikdə  Tərtər  rayonuna 

verilmiĢdir.  Həmin  28  kənddən  13-ü  və  Ağdərə  qəsəbəsi  hazırda 

erməni iĢğalı altındadır. 

CavanĢir  Qəza  Ġdarəsinin  rəisi  (aylıq  məvacibi  3.000  manat) 

Mustafa bəy Qabulov (1920-ci ilin əvvəli), onun böyük köməkçisi Ġs-

mayıl bəy Hacıbəyov, kiçik köməkçisi Baqrat Kaçançyans. 1-ci sahə 

polis pristavlığı. Pristav Ərəblinski. 2-ci sahə polis pristavlığı. Pristav 

Əbdürrəhim Hacıverdiyev.3-cü sahə polis pristavlığı.Pristav Bahadur 

bəy  ƏlikiĢibəyov.4-cü  sahə  polis  pristavlığı.Pristav  Sergey 

Sarkisyans.  5-ci  sahə  polis  pristavlığı.  Pristav  YegiĢe  Ter-Akopov. 

Yevlax qəsəbə polis pristavlığı. Pristav Ġmran Kazımov idi. 

Beləliklə,  1920-ci  ilin  aprelinədək,  yəni  M.  Vəkilovun  daxili 

iĢlər naziri olduğu dövrdə Azərbaycan Respublikası DĠN-in təĢkila-

tı-struktur mənzərəsi  4 quberniya  (Bakı,  Gəncə,  Zaqatala  quberni-

yaları, Qarabağ general-qubernatorluğu) və 10-dan çox qəzalar üzrə 

mövcud olub fəaliyyət göstərən ölkə polisi haqqında, DĠN-in yuxa-

rıdan  aĢağı  təĢkilat  və  strukturu  haqqında  aydın  təsəvvür  yaradır. 



 

250 


Ġstər  DĠN-də, onun mərkəzi və yerli aparatlarında və istərsədə, qə-

zalarda polis əməkdaĢları azərbaycanlılarla yanaĢı ruslar, yəhudilər, 

gürcülər,  ermənilər,  polyaklar,  ukraynalılar,  ləzgilər,  talıĢlar,  ose-

tinlər və s. xalqların, millətlərin nümayəndələri xidmət göstərirdilər. 

Daxili  ĠĢlər  Nazirliyi  sistemində  iĢləyən  əməkdaĢların  bu  cür  bey-

nəlmiləl  kontingentdə  olması  Azərbaycan  Xalq  Cümhuriyyəti  Par-

lamentinin və Hökumətinin ölkə ərazisində yaĢayan bütün millətlərə 

və  xalqlara  eyni  gözlə,  bərabərhüquqlu  vətəndaĢlar  kimi,  baĢqa 

sözlə, demokratiya  prinsipindən  yanaĢmasının  nəticəsi  idi. 

Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti döv-

ründə  Azərbaycan  hökumətinin  6  mart  1920-ci  il  tarixli  qərarı  və 

daxili  iĢlər  naziri    M.  Vəkilovun  əmri  ilə  həmin  vaxtadək  DĠN-in 

tərkibində  olan  Əks-KəĢfiyyat  Ġdarəsi  (sovet  tarixi  ədəbiyyatında 

“Müsavat Əks-KəĢfiyyatı” kimi yazılır. Əslində, Əks Ġnqilabla Mü-

barizə TəĢkilatıdır ...) Nazirliyin strukturundan çıxarılmıĢdı. 

... V.Ġ. Leninin baĢçılıq etdiyi sovet  Rusiyası hələ 1920-ci ilin 

əvvəllərindən Azərbaycandakı bolĢeviklərin köməyi ilə milli müstə-

qil dövlətimizin varlığına son qoymaq üçün əlveriĢli Ģərait və bəha-

nə gözləyirdi. Bunu V. Leninin Ġ.T. Smilqaya və  S. Orconikidzeyə 

1920-ci  il  martın  17-də  göndərdiyi  telaqram  da  sübut  edir.  Teleq-

ramda deyilirdi:   ”Bakını  almaq bizə  olduqca  və  olduqca  zəruridir. 

Bütün qüvvələri buna yönəldin. Qüvvələrin ora yeridilməsi haqında 

BaĢ komandınlıqla ĢərtləĢin”.  

1920-ci  ilin  aprelində  ġimali  Qafqazda  ağqvardiyaçı  general 

Denikini  məğlub  edən  11-ci  ordu  hissələri  V.Leninin  həmin 

niyyətini  əməli  olaraq  həyata  keçirmək  üçün  M.  Levandovskinin 

komandanlığı altında Dərbənd rayonunun Azərbaycanla sərhədboyu 

ərazilərində  cəmləĢməyə  baĢlamıĢdı.Yeri  gəlmiĢkən,burada  Azər-

baycan  Xalq  Cümhuriyyəti  ilə  Denikin  (Anton  Ġvanoviç  Denikin. 

Görkəmli  rus  hərbi  xadimi,  çar  ordusunun  general-leytenantı, 

”ağlar” hərəkatının  rəhbəri  (1872, PolĢa-1947, ABġ) hökuməti və 

ordusu arasındakı münasibətlər üzərində dayanaq. Belə ki, Denikin 

hökuməti  və  ordusu  Azərbaycandakı  milli  müstəqil  demokratik 

hökumətin fəaliyyətini bu və ya digər dərəcədə müdafiə etmiĢdir. 

Bunu bəzi tarixi faktlar da sübut edir. Məsələn, Denikin höku-

məti  Bakı  XKS-in  Azərbaycan  neftini  sovet  Rusiyasına  göndər-



 

251 


məsinə mane olmaqla əslində, bir növ Azərbaycan Cümhuriyyətinə 

kömək edirdi.  Ġngilislərə də  yaxın olan Denikin Azərbaycan höku-

mətinin  Britaniya  komandanlığı  ilə  normal  münasibətlərdə  olduğu-

nu  bilərək,  hətta  11-ci  ordu  ilə  döyüĢlərdə  məğlub  olduqdan  sonra 

belə, Azərbaycan Respublikasına qarĢı sovet Rusiyası daĢnak Ermə-

nistanı  tərəfindən  günü-gündən  güclənən  təcavüzkarlığı  görərək, 

Azərbaycan  hökumətinə  öz  istiqlaliyyətini  qorumaq  üçün  silahla 

kömək göstərmiĢdi... 

Tarixi  ədəbiyyatda  Denikin  ordusunun  1920-ci  ilin  aprelində 

gəmilərlə  Lənkərana  hər  cür  silah-sursat,  hətta  aeroplanda  göndər-

məsi  barədə  məlumat  vardır.  Həmin  silah  və  döyüĢ  sursatlarını, 

hərbi  ləvazımatların  Gəncəyə  çatdırılmasını  Azərbaycan  hökuməti 

daxili  iĢlər  naziri  M.Vəkilovun  baĢçılıq  etdiyi  Daxili  ĠĢlər 

Nazirliyinə  həvalə  etmiĢdi.  Nazir  M.  Vəkilovun  müvafiq  gizli 

əmrilə  Saloğlu  (indiki  Poylu-Ağstafa)  dəmiryol  polisinin  pristavı 

Ġsrafil  Ġbrahimov  həmin  silahların  Gəncəyə  aparılmasını  təmin 

etmiĢdi.  Bu  silahlardan  Azərbaycan  Ordusunun  əsgər  və  zabitləri, 

sovet  hakimiyyətini  qəbul  etməyən  milli  qüvvələrimiz  Gəncədə 

üsyana  qalxarkən,  1920-ci  il  mayın  24-dən  iyunun  4  -  dək  11-ci 

orduya  qarĢı  döyüĢlərdə  istifadə  etmiĢdilər. 



Qeyd: 20-30-cu illərdəki repressiyalar dövründə Bakıda həbs 

olunaraq güllələnməyə məhkum edilmişlərin demək olar ki, əksəriy-

yəti  Xəzər  dənizindəki  Nargin  adasından  başqa  daha  müdhiş  bir 

yerə  -  “ölüm  adası”na  aparılırdılar.  Barəsində  mərhum  akademik 

Ziya Bünyadovunda bəhs etdiyi həmin “qorxunc” ada “Xarə Zirə” 

(indiki Bulla) adasıdır...(“Zirə” “çökəklik yer” deməkdir 

Beləliklə,  Denikin  hökuməti  ilə  Azərbaycan  Cümhuriyyəti 

arasında müəyyən müsbət mənafe əməkdaĢlığı aparıldığı aĢkar olur. 

Hətta  Gəncədə  Denikin  ordusu  zabitlərinin  gizlənib  bolĢeviklərə 

qarĢı  döyüĢlərdə  milli  qüvvələrimizə  kömək  göstərmələri  faktı  da 

məlumdur. Odur ki, Rusiyanın xalq xarici iĢlər komissarı G. Çiçerin 

(1872-1936) hələ 1920-ci ilin yanvarında Azərbaycan Cümhuriyyə-

tinin xarici iĢlər naziri F.Xoyskiyə yazanda ki: ”Biz hökumətinizi o 

vaxt tanıyarıq ki, siz Denikinə qarĢı çıxasınız”. F.Xoyski cavabında 

yazmıĢdı: ”Biz müstəqil dövlətik, baĢqa dövlətin iĢinə qarıĢmırıq”. 



 

252 


Yuxarıda  bəhs  etdiyimiz  faktlara  əsaslanaraq  deyə  bilərik  ki, 

Denikin  hökumətinin  və  ordusunun  müstəqil  Azərbaycan  Cümhu-

riyyətinin  ərazisinini  açıq  qəsb  etmək  niyyəti  olmayıb...Açıq  qəsb-

karlıq  planını  bolĢevik  Rusiyası,  onun  təcavüzkar  11-ci  ordusu  ha-

zırlamıĢdı  və  həyata  keçirmək  üçün  fürsət  gözləyirdi.  Sənədlər 

sübut  edir  ki,  hələ  Dərbənddə  ikən  1920-ci  il  aprelin  25-də  11-ci 

ordu  komandanlığı  “Bakı  üzərinə  hücum  və  “Azərbaycanın  azad 

edilməsi  haqqında”  xüsusi  əmr  hazırlamıĢdı.Əmrdə  deyilirdi: 

”Müxtəlif  mənbələrdən  alınmıĢ  məlumatlara  görə,  Azərbaycan 

Cümhuriyyətinin  ordusu  12  minlik  bir  piyada  diviziyadan  (bunlar 

Bakı, Göyçay, Zaqatala, Gəncə və Qazax polklarıdır), 2 min nəfər-

lik polisdən, 300 nəfərlik Parlamenti mühafizə dəstəsindən və 400-

500 nəfərlik yunker məktəbinin Ģəxsi heyətindən ibarətdir. Ordunun 

ümumi  sayı  30  min  nəfərə  çatır.Azərbaycan  Cümhuriyyətinin 

qüvvələri  1920-ci  il  aprelin  birinci  yarısında  aĢağıdakı  kimi 

yerləĢmiĢdir:  Dağıstan  vlayəti  və  Azərbaycanın  Qusar-Quba-Xudat 

rayonlarının sərhədində 5 min nəfər; bilavasitə sərhəddə “jandarm” 

(əslində, sərhədi  mühafizə  polisi) divizonu dayanır.  Bakı  Ģəhərində 

Bakı piyada polku, 2 min nəfərlik polisin ehtiyat batalyonu və 300 

nəfərlik Parlamenti Mühafizə Dəstəsi yerləĢir”. 

Ermənilər də  Bakının və bütövlükdə Azərbaycanın 11-ci  “qı-

zıl ordu” tərəfindən tutulmasının sürətləndirilməsi üçün dəridən qa-

bıqdan çıxırdılar. Belə ki, hələ 1920-ci ilin əvvəllərində erməni nü-

mayəndələri Zaxaryan və Pirumov Moskvaya gedib, ərazi güzəĢtləri 

müqabilində  Azərbaycan  Cümhuriyyətini  devirmək  iĢində  “öz  tək-

liflərini” və “xidmət”lərini bildirmiĢdilər. Qarabağda ermənilərin qi-

yamı və daĢnak  Ermənistanıyla  Azərbaycan Cümhuriyyəti arasın-

da müharibə də planlaĢdırılmıĢdı. 72 minlik 11-ci ordu hissələrinin 

Ģimal sərhəddimizə - Samur çayı sahilinə cəmləĢdiyi Novruz Bayra-

mı günlərində, 1920-ci il martın 21-22-də Dağlıq Qarabağ erməni-

lərinin təxribat xarakterli qiyamı baĢlanmıĢdı. Antanta dövlətlərinin 

(Ġngiltərə, Fransa, ABġ) etirazına baxmayaraq, 11-ci ordu hissələri 

Azərbaycan sərhəddinə yeridilmiĢdi (40 minlik Azərbaycan ordusu-

nun demək olar, hamısı bu zaman Azərbaycanın qərbinə - Ermənis-

tanla sərhədə - Zəngəzura və Qarabağa yerləĢdirilmiĢdi). 


 

253 


Lakin  Azərbaycan  Cümhuriyyətini  ciddi  təhlükə  daĢnak  Er-

mənistanından  deyil,  daha  ciddi  təhlükə  Ģimaldan  təhdid  edirdi. 

1920-ci il aprel ayının 18-də Quba qəzasının rəisi  Səlim bəy Ağaki-

Ģibəyov  (o,  bu  vəzifəyə  daxili  iĢlər  naziri  M.Vəkilovun  14  mardt 

1920-ci  il  tarixli  əmri  ilə  təyin  olunmuĢdu.  S.  AğakiĢibəyov  buna-

dək ġamaxı qəzasının rəisi vəzifəsində çalıĢırdı) Daxili ĠĢlər Nazir-

liyinə,  nazir  M.Vəkilova  gönfərdiyi  məxvi  teleqramda  Azərbay-

canın  sərhədlərinə  toplaĢmıĢ  11-ci  ordu  hissələrinin  hazırlığı    və  

hərəkətləri  barədə  məlumat  vermiĢdi... 

1920-ci il aprel ayının 21-də Qafqaz cəbhəsi komandanlığının 

rəhbərliyinə və Volqa-Xəzər donanmasının komandanı F. Raskolni-

kova  (Fyodr  Raskolnikov.  28  yanvar  1892,  Peterburq-12  sentyabr 

1939,  Nitsa,  Fransa;  Trotskiçi  siyasi  mühacir),  RSFSR  Hərbi  Ġnqi-

lab ġurasının üzvləri marĢal  M.N.Tuxaçevski (1893-1937. Otuzun-

cu  illərdə  repressiyaya  məruz  qalmıĢ  və  1937-ci  ildə  güllələn-

miĢdir...),  S.Orconikidze  və  Zaxarovun  imzası  ilə  göndərilən 

direktivdə bildirilirdi ki, Azərbaycanın əsas qüvvələri öz dövlətinin 

qərb cəbhəsində məĢğuldur. Direktivdə əmr olunurdu ki, aprelin 27-

də  Azərbaycanın  sərhəddini  keçib,  5  gün  ərzində  “Yalama-Bakı 

əməliyyatı”nı  yerinə  yetirsinlər. Lakin aprelin 23-də bu direkdivdə 

dəyiĢiklik  edildi  və  əmr  olundu  ki,  11-ci  ordunun  vəzifəsi  təkcə 

Bakını tutmaq deyil, bütün Azərbaycanı ələ keçirməkdir... 

21  aprel  1920-ci  il.  Azərbaycan  Cümhuriyyəti  DMK-nın  və 

DĠN-in birgə qərarı ilə Ģimaldan yaxınlaĢan 11-ci ordu ilə mübarizə 

məqsədilə Quba qəzasında 200 nəfərlik daimi “xalq milisi “ yaradıl-

mıĢ və onun dərhal təĢkili üçün 2 milyon rubl avans pul ayrılmıĢdı. 

Qərara  əsasən  düĢmənə  qarĢı  əməliyyatların  baĢlanacağı  təqdirdə 

xalq  milisinin  bütün  Ģəxsi  heyəti  Hərbi  Nazirliyin  müvafiq  hərbi  

hissə komandanlığının sərəncamına keçməli idi. 

1920-ci il aprelin 26-da Azərbaycanla müharibə  vəziyyətində 

olan  Ermənistan  daĢnak  hökuməti  Azərbaycan  Cümhuriyyəti  ilə 

güya  “barıĢıq”  imzalamaq xahiĢi ilə ona müraciət etdi. Lakin bu, 

növbəti    riyakar  fənd  idi  və  hadisələrin  gələcək  “məcrası”na  təsir 

edə  bilməzdi.Azərbaycan  Cümhuriyyətinin  müqədəratı  əslində, 

Moskvada  həll  olunmuĢdu.  Bakıda  milli  mənafeyimiz  əleyhinə 

canfəĢənlıqla  fəaliyyət  göstərən  Anastas  Mikoyanın  (1895-1978) 



 

254 


baĢçılıq  etdiyi  bolĢeviklərin  nümayəndə  heyəti  Dağıstanın  Port-

Petrovsk  (Mahaç  Qala,  dağıstanlılar  onu  məĢhur  ġeyx  ġamilin 

Ģərəfinə “ġamil-Qala” da adlandırırlar) Ģəhərində yerləĢən 11-ci or-

du komandanlığının qərargahına gələrək, Azərbaycan xalqı adından 

(?) sovet-rus ordusunu məmləkətimizə dəvət etmiĢdi. S. Orconikid-

ze,  S.M.  Kirov  və  baĢqalarının  yaxından  köməyi  və  11-ci  ordunun 

Hərbi  Ġnqilab  ġurası  ilə  qabaqcadan  razılaĢdırılmıĢ  plana  əsa-

sən,”qızıl ordu” Bakıda onun gəliĢini səbirsizliklə gözləyən və müs-

təqil Azərbaycan Cümhuriyyətini devirməyə hazırlaĢmıĢ    Ə.H. Qa-

rayev, H. Sultanov, H. Cəbiyev, L. Mirzoyan və digərlərinin səyi ilə 

aprelin sonunda Azərbaycana soxulmalı idi. Bununla da beynəlxalq 

aləmdə  belə  bir  “fikir”  yaradılmalıydı  ki,  Azərbaycan  hökuməti 

xarici  hərbi  müdaxilə  vasitəsilə  deyil,  məhz  daxili  müxalif  qüv-

vələrin  “inqilab”  etməsi yolu ilə devrilmiĢdir. 

Ancaq buna bir növ ehtiyac qalmadı. Aprel ayının 27-də Mi-

xail Levandovskinin  (1890-1938)  komandanlıq etdiyi  11-ci qırmızı 

ordu  artıq  Azərbaycan  sərhəddini  keçmiĢdi.  Azsaylı  Azərbaycan 

Ordusunun  qüvvələri  sovet  ordusunun  avanqardı,  Mixail  Yefremo-

vun  (1897-1942)  komandirlik  etdiyi  “Üçüncü  Beynəlmiləl”  zirehli 

qatarın  müĢayiəti  ilə  Bakıya  doğru  hərəkət  edən  dəstələrinə  qarĢı 

uzun müddət müqavimət göstərə bilməsədə, Yalama stansiyası uğ-

runda 2 saatlıq davam edən qanlı döyüĢdə düĢmənə qarĢı 4 topu və 

10  pulemyotu  olan  Quba  piyada  alayının  iki  taboru  və  200  nəfərə 

yaxın polisin mühafizə dəstələri vuruĢmuĢdu. 

Həmin  hadisələrin  iĢtirakçısı  olmuĢ  bolĢevik  E.Y.  Blyumin 

sonralar xatirələrində 11-ci ordunun 1920-ci il aprelin 27-də Ģimal-

dan  irəlilədiyi  vaxt  səhər  saat    4-də  Xaçmaz-Quba  sərhəddində 

keĢik  çəkən  və  atların  üstündə  mürgüləyən,  tez-tez  oyanıb  ətarafa 

diqqət  kəsilən  200  nəfərlik  “jandarmeriya”  dəstəsi  ilə  rastlaĢdığın-

dan yazırdı. Həmin rastlaĢma zamanı Azərbaycan ordu hissələri  və 

“Jandarmeriya”-  gözətçi  dəstələri  ilə  döyüĢdə  “qırmızı”  rus 

əsgərlərindən 6 nəfər öldürülmüĢ, 2 nəfəri isə yaralanmıĢdı... 

Onbirinci  “qırmızı”  ordunun  hücumu  ərəfəsində  və  zamanı 

Azərbaycan  Cümhuriyyətinin  xarici  və  daxili  vəziyyətində  mürək-

kəb  durum,  o  cümlədən  Parlamentdə  hökumətin  tərkibində  böhran 

hokm sürürdü... Sovet Rusiyasına qarĢı sərt və barıĢmaz xəttin tərəf-



 

255 


darı olan xarici iĢlər naziri F. Xoyski qrupu və güzəĢt siyasətinə tə-

rəfdar  olan,  sabiq  daxili  iĢlər  naziri  M.H.  Hacınski  qrupu  arasında 

ixtilaflar dərinləĢmiĢdi.  Yeni  hökumət  təĢkil etmək Parlament tərə-

findən M.H. Hacınskiyə  tapĢırılsada, o, bu vəzifəni həll edə bilmə-

miĢdi. M.H. Hacınski kommunistlərin də daxil olması Ģərtilə koalis-

yon  hökumət  yaradlmasını  təklif  etsədə,  bolĢeviklər  ondan  imtina 

etdilər. Bundan dərhal, özüdə olduqca saymazyana istifadə edən 11-

ci ordu hissələri sürətlə irəliləyərək, Bakıya  çatmaqdaydı. 

Belə  tarixi  Ģəraitdə  Azərbaycan  Parlamentində  kəskin  müba-

hisələr gedirdi. 1920-ci il aprelin 27-də, gündüz saat 12-də H. Sulta-

novun baĢçılığı  ilə AK(b)P MK və  RK(b)  P-nin  Qafqaz Ölkə  Ko-

mitəsinin  Bakı  Bürosu  adından  hakimiyyəti  təhvil  vermək  haqında 

ultimatum təqdim edilmiĢdi. Ultimatumda bildirilirdi ki, hakimiyyət 

heç  də  ruslara  deyil,  azərbaycanlı  kommunistlərin  ixtiyarına  keçə-

cək. Burada Rusiya ordusunun güya Anadoluya (Türkiyə) gedib xa-

rici  düĢmənləri  qovacağı  və  bununla  əlaqədar  Xəlil  paĢanın  da 

(1881-1957)  (Ənvər  paĢanın  əmisi  idi...)  səlahiyyətli  nümayəndə 

kimi  onunla  getməsinə  icazə  verilməsinin  zəruriliyi  də  müzakirə 

olunmuĢdu.  (Haşiyə:  General  Xəlil  paĢa-Xəlil  KUT.  ”KUT”  əsgi 

türklərdə,  qədim  uyğurlarda  hökmdar  ləqəbi–“Ġdi-KUT,  ”Ġduk-

KUT”,  yəni  “Tanrı  tərəfindən  göndərilmiĢ”  deməkdir.  Xəlil  KUT 

1881-ci ildə anadan olmuĢ və 1957-ci ildə 76 yaĢında vəfat etmiĢdir. 

Türkiyənin tanınmıĢ hərbi xadimlərindən biri, tüm general (general-

leytenant)  olan  Xəlil  KUT  Qafqaz  Ġslam  Ordusunun  təminat-

təchizat və təsərrüfat iĢlərinə (intendant) rəhbərlik etmiĢdi... 

Parlamentin son iclasında kəskin çıxıĢ edən M.Ə. Rəsulzadə-

nin və ġ. Rüstəmbəylinin Rusiya ordusunun Azərbaycanı iĢğala gəl-

diyini demələrinə baxmayaraq, Parlament səs çoxluğu ilə  yaranmıĢ 

hazırkı böhranlı vəziyyətdə qan tökülməsinə  yol  verilməməsi üçün 

1920-ci  il  aprelin  27-də,  axĢam  saat  11-də  hakimiyyətin  kommu-

nistlərə  verilməsi  haqqında  qərar  çıxardı.  Beləliklə,  Bakıda  haki-

miyyət  siyasi  yolla  bolĢeviklərin  əlinə  keçdi,  ki  ilə  yaxın  (23  ay) 

mövcud olan Azərbacan Xalq Cümhuriyyəti süqut etdi. Azərbayca-

nın  11-ci  ordu  tərəfindən  1920-ci  il  aprelin  27-dən  zorla  baĢlanan 

iĢğalı  bir  gün  sonra  -  aprelin  28-də  Bakıda  sovet  hakimiyyətinin 


 

256 


qurulması, həmin il mayın 15-də isə qəzalarda silah gücünə bərqərar 

olmasıyla baĢa çatdı... 

Böyük  M.Ə.  Rəsulzadə  bu  münasibətlə  sonralar  yazdığı  

“Qara  gün  münasibətilə”  əsərində  xarici  təcavüz  nəticəsində  bey-

nəlxalq münasibətlərə və hüquqlara zidd olaraq dünya ölkələri tərə-

findən 1920-ci il yanvarın 11-də de-yure tanınmıĢ suveren dövlətin 

-  Azərbaycan  Xalq  Cümhuriyyətinin  zor  iĢlədilməklə  devrildiyini 

qeyd  etmiĢ  və  27  apreli  “qara  gün”  kimi  səciyyələndirmiĢdi... 

O,  ”Nahaq  qan  yerdə  qalmaz”  adlı  digər  bir  məqaləsində  isə  yaz-

mıĢdı: ”...Azərbaycanlılar Mehdi zühuruna  inanırlar (dünya müsəl-

manları arasında qəbul olunmuĢ belə bir ümumi inam var ki, qeybə 

çəkilmiĢ  12-ci  imam  Mehdi  Sahib  əz-Zaman  nə  vaxtsa  (“Qiyamət 

Günü”) yenidən zühur edəcək... (”Mehdi” ərəbcə  “doğru yola gəl-

miĢ”  deməkdir). BolĢeviklər bütün sərvət və zənginliyi dağıdaraq, 

hər kəsi bir loğma çörəyə möhtac etmək siyasətinin, bir əlində silah, 

bir əlində çörək tutan bu Ģeytanə politikanın xalqı nə kimi vasitələr-

lə  bolĢevik  etdiyini  görüncə  Azərbaycan xalqı...bundan sonra,  təbii 

ki,  Mehdinin  gəlməsini  gözləyir.  ”Azərbaycan  Mehdisi”  xalqının 

idealından, Milli Ġstiqlalından  ibarətdir”. 

Müstəqil  dövlətçiliyini  itirib,  bu  dəfə  sovetləĢmiĢə  formada 

Rusiyanın  tərkibinə  qatılan  Azərbaycan  xalqının  milli  təəssübkeĢli 

qüvvələrinə qarĢı 11-ci ordunun “Bakı əməliyyatı” çox qəddarlıqla-

“qırmızı terror” yolu ilə baĢa çatdırılmıĢ, minlərlə azərbaycanlı dar 

ağacından  (hətta  evlərin  balkonundan,  küçələrdə  səyyari  qurulmuĢ 

tirlərdən  və  s.)  həbsxanalara  atılmıĢ,  baĢqa  sözlə,  repressiyaya 

məruz qalmıĢdılar. Bu haqda çoxlu sənədlər, fotolar və faktlar var . 

Belə  bir  statistik  fakt  var:  -  1920-ci  ilin  aprelin  29-dan  həmin  il 

sentyabrın  1-dək  Azərbaycan  Fövqəladə  Komissiyası  (FK) 

tərəfindən 1308 adam həbsə alınmıĢdı. Bunun 1261-i kiĢi, 47-si isə 

qadın və uĢaq idi. Ümumiyyətlə, 20-ci illərdə FK tərəfindən həbslər 

aparılması adi bir iĢə çevrilmiĢdi. Belə ki, sovet hakimiyyəti qurul-

duqdan  sonra  təkcə  1921-ci  ilin  avqustunadək  Azərbaycanda  “qır-

mızı  terror”    vasitəsilə    48  min  adam  məhv  edilmiĢdi  ki,  bununda 

çox  hissəsi  görkəmli  ictimai-siyasi  xadimlərdən  və  ziyalılardan  o 

cümlədən  Azərbaycan  Xalq  Cümhuriyyəti  daxili  iĢlər  orqanlarının 

canını  fəda  etmiĢ  Ģəxsiyyətlərindən  ibarət  idi...  Bu  akt  otuzuncu  



 

257 


illərdə  də  davam  etdirilmiĢdi.  Belə  ki,  təkcə  1934-1938-ci  illərdə 

27.854 nəfər XDĠK tərəfindən güllələnməyə məhkum olunmuĢdu... 

BolĢeviklər Azərbaycan Cümhuriyyətinin görkəmli xadimləri-

nə toxunmayacaqlrı barədə verdikləri vədə əməl etmədilər və 11-ci 

ordu  da  Anadoluya  getmədi.  Bütün  milli  təfəkkürlü,  demokratik 

ruhlu  siyasi  partiyalar  (“Müsavat”,  ”Ġttihad”,  ”Əhrar”  və  s)  onların 

liderləri,  Azərbaycan  Cümhuriyyəti  Parlamentinin  və  Hökumətinin 

görkəmli  üzvləri,  dövlət  xadimləri  təqibə,  həbslərə  məruz  qalmıĢ, 

güllələnmiĢ,  bir  çoxları  canını  qurtarmaqla  ölkədən  qaçmaya  və 

siyaisi mühacir həyatı yaĢamağa məcbur olmuĢdular. Onların içəri-

sində  Azərbaycan  Xalq  Cümhuriyyətinin  görkəmli  ictimai-siyasi 

xadimi, sabiq daxili iĢlər naziri Mustafa bəy Vəkilovda vardı. 

1920-ci  il  aprelin  28-də  Azərbaycanda  sovet  hakimiyyəti 

qurulduqdan və baĢ verən “hadisələrdən” sonra M. Vəkilov məcbur 

olaraq  əvvəlcə  Tiflisə,  həmin  il  dekabrın  sonundan  isə  Ġstanbula 

gedərək ömrünün axırınadək orada yaĢamıĢdı... 

...XI ordunun Xüsusi ġöbəsinin əməkdaĢları Bakıda hakimiy-

yət  bolĢeviklərin  əlinə  keçdikdən  dərhal  sonra  M.Ə.  Rəsulzadənin 

“sağ əli” hesab etdikləri Mustafa bəyi əlimyandı ilə axtarırdılar. On-

lar M.Vəkilovun gizlənə biləcəyi bütün evləri və mənzilləri diqqətlə 

axtarsalar  da,  izinə  düĢə  bilməmiĢdilər.  Mustafa  bəy  uzaq  qohumu 

olan  Xədicə  Qayıbovanın  (24  may  1893,  Tiflis-19  oktyabr  1938, 

Bakı) evində gizlənərək, nəhayət, fürsət tapıb yük qatarı ilə Tiflisə 

gedib  çıxa  bilmiĢdi.  Bundan  sonra  siyasi  mühacir  həyatı  yaĢayan 

M.Vəkilov  Tiflisdə  fəaliyyətini  dayandırmamıĢdı.  O,  Azərbaycan-

dan buraya təĢrif buyurmuĢ digər mühacirlərə faktiki rəhbərlik edə-

rək, qısa müddətdə Bakı ilə konsprativ əlaqə yarada bilmiĢdi... 

Haşiyə:  Xədicə  xanım  Osman  qızı  Qayıbova  Azərbaycan 

Xalq Maarif Komissarlığı nəzdində ġərq Musiqisi ġöbəsinin mü-

diri.  ġərq  Konservatoriyasının  (indiki  Azərbaycan  Dövlət  Kon-

servatoriyasının)  yaradıcısı.  Milli  ruhlu  azərbaycanlı  pianoçu 

qadın. O, 10 gündən çox Mustafa bəyi evində gizlətmiĢdi. Hətta 

Azərbaycan  Ġnqilab  Komitəsinin  sədri  M.D.  Hüseynovdan  Mus-

tafa  bəyin    SSRĠ-də  leqal  (açıq)  Ģəkildə  yaĢaması  barədə  razılıq 

da  əldə  etmiĢdi.  Lakin  M.Vəkilov  Azərbaycan  Ordusunun  sabiq 

zabiti  Sultan  Hüseynzadənin  (1897-1962)  köməyi  ilə  Bakıdan 


 

258 


qaça bilmiĢdi... Xədicə xanım Osman qızı Qayıbova isə sonralar 

repressiya  olunaraq  həbs  edilmiĢ  və  Azərbaycan    SSR  XDĠK 

“Üçlüyünün”  1938-ci  il  19  oktyabr  tarixli  qərarına  əsasən 

müstəsna cəza tədbiri-ölüm hökmü ilə güllələnmiĢdi. 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin