İctimai Vəkillik Strategiyası (İVS) İctimai vəkillik (İV) müxtəlif sferalarda dəyişikliyi təşviq edən



Yüklə 57.53 Kb.
tarix28.03.2017
ölçüsü57.53 Kb.
İctimai Vəkillik Strategiyası

(İVS)

İctimai vəkillik (İV) müxtəlif sferalarda dəyişikliyi təşviq edən strateji və məqsədyönlü fəaliyyətdir.

Hər bir vətəndaş cəmiyyəti təşkilatı missiya və məqsədləri ilə səsləşən dəyişikliklər üçün çalışır, odur ki, bunu sistemli şəkildə etmək daha səmərəlidir.

İVS səmərəliliyə necə töhfə verə bilər?


  • Resurslar qənaətlə istifadə edilə bilər,

  • Risklər azaldıla, fürsətlər maksimallaşdırıla bilər,

  • Fəaliyyətin koordinasiya edilməsi üçün imkanlar yarana, görülən işlərdə təkrarçılığın qarşısı alına bilər,

  • İV təşkilatın digər (uzun və qısa müddətli) fəaliyyət sahələri ilə əlaqələndirilə bilər.

İVS nədən ibarətdir?

İVS 9 sualda

Biz nəyi dəyişmək istəyirik?

Vəziyyəti başa düşmək

Vasitə 1: Problem və həll yolları ağacı

Vasitə 2: Məsələ seçimi matrisi


Onlara kim deməlidir?

Auditoriyaya doğru mesaj verəcək şəxsi/qrupu seçmək

Vasitə 5: Mesajı verənin seçilməsi



Nəyə ehtiyacımız var?

Boşluqları anlamaq

ACT-ON modeli




Onu kim edə bilər?

Maraqlı tərəfləri, onların təsir gücünü və dəyişikliyin necə baş verdiyini anlamaq

Vasitə 3: Auditoriyanı müəyyən etmək üçün matris



Onların eşitdiyinə necə əmin ola bilərik?

Prosesləri, fürsətləri və giriş nöqtələrini müəyyən etmək

Vasitə 6: Fürsətlərin müəyyənləşdirilməsi və nəzərdən keçirilməsi



Addım atmaq üçün nə etməliyik?

Məqsədləri və aralıq nəticələri müəyyən etmək, fəaliyyət planı hazırlamaq

Vasitə 7: SMART modeli




Onlara nə deyilməlidir?

Auditoriyaya çıxış əldə etmək

Vasitə 4: Faktlara əsaslanan mesajın verilməsi



Əlimizdə nə var?

İmkanları anlamaq

ACT-ON modeli




İşləyib-işləmədiyini necə bilə bilərik?

İV-yin monitorinqi və qiymətləndirməsini aparmaq

Vasitə 8. Logframe 1

Vasitə 9. Logframe 2



Vasitə 1: Problem və həll yolları ağacını necə qurmalı?

  1. Problemi ortada qeyd edin.

  2. Problemi doğuran səbəblər və onun nəticələri barədə düşünün. Problemin alt tərəfində səbəbləri, üst tərəfində isə nəticələri qeyd edin.

  3. Ağlınıza gələn mümkün qədər çox sayda səbəbi vurğulayın, səbəblərdən problemə doğru oxlar çəkin. Təkcə problemin deyil, həm də səbəblərin “səbəbləri” barədə düşünün. Onları bir-birilə əlaqələndirmək üçün oxlardan istifadə edin.

  4. Problemin mümkün qədər çox nəticəsini qeyd edin, nəticələrdən doğan digər nəticələri də seçin.

  5. Ən zəif və həssas sosial qrupları müəyyən edin və onların problemdən necə əziyyət çəkdiyini müəyyən edin.

  6. Beyin fırtınasından sonra səbəblərə bir də nəzər salın, İV vasitəsilə onlardan hansıları dəyişmək və ya düzəltmək mümkün olduğunu müəyyənləşdirin.

Vasitə 2: Məsələ seçimi matrisi

Meyarlar


Məsələ 1

Məsələ 2

Məsələ 3

Bu məsələ sizin üçün nə qədər aktualdır (yəni, onun həlli nə qədər vacibdir?)










Bu məsələ təşkilatınızın məqsədlərinə və missiyasına uyğundurmu?










Bu məsələ ilə bağlı digər maraqlı tərəflər çalışırlarsa, verəcəyiniz əlavə töhfənin faydasını necə dəyərləndirirsiniz?










Bu məsələ ilə məşğul olmaq üçün resurslarınız varmı?










Bu məsələ sizin və ya tərəfdaşlarınızın ixtisas dairəsinə uyğundurmu?






















Ümumi










Vasitə 3: Auditoriyanı müəyyən etmək üçün matris

Dövlət orqanı/təşkilat

(əlaqə məlumatı)

Sizin üçün prioritet məsələ ilə bağlı onun biliyi nə qədərdir? 1 (aşağı) – 5 (yuxarı)

Onların bu prioritet məsələyə təsir imkanları nə qədərdir? 1 (aşağı) – 5 (yuxarı)

Onların bu prioritet məsələyə münasibəti necədir? 1 (qatı əleyhdar), 5 (möhkəm tərəfdar)

Bu prioritet məsələ onlar üçün nə qədər önəmlidir?

1 (aşağı) – 5 (yuxarı)

Ümumi bal

Sizə müttəfiq yoxsa rəqib olacaq (meyarlar aşağıda)
































































Meyarlar:

  1. Məsələ ilə bağlı ən çox təsirə sahib, ancaq əleyhdar olanları inandırmaq üçün ən çox səy göstərməlisiniz

  2. Ən çox nüfuza malik və məsələyə rəğbət göstərənlər müttəfiqləriniz ola bilər.

  3. Ən çox nüfuza sahib olub məsələ ilə bağlı neytral mövqedə duranlar sizin əsas hədəf qrupunuz ola bilərlər.

Qeyd: Hədəf auditoriyanızı axtararkən konkret olun:

  • Əsas maraqlı tərəfləri seçin, enerji və diqqətinizi onlara cəmləyin,

  • Bir-birinə təsir etmək imkanları olanları seçin,

  • Təsir etmək iqtidarında olduğunuz tərəfləri seçin

Auditoriyaya üçün ən inandırıcı gələn mesaj necə ola bilər

Mesaj iki cür ola bilər: Əsas mesaj və dəstəkləyici (köməkçi) mesaj



Bəyanat – Sübut (faktlar) – Nümunə - Məqsəd – Təklif olunan tədbir

Bəyanat – Mesajın ana ideyasını təşkil edir və ya problemi təhlil edir/səbəbini göstərir. Dəyişikliyin niyə vacib olduğunu vurğulayır.

Sübut – Təhlil üçün əsas təşkil edir, asan anlaşılan fakt və rəqəmlərlə fikri dəstəkləyir. Auditoriyaya spesifik, aydın dildə təqdim olunur.

Nümunə - Mesaja insan hekayəsi ilə sima qazandırır.

Məqsəd – Nəyə nail olmaq istədiyinizi vurğulayır. Təklif olunan tədbirin nəticəsi (və ya qismən nəticəsi) hesab olunur.

Təklif edilən tədbir – Müəyyən etdiyiniz məqsəd(lər)ə çatmaq üçün həyata keçirilməsini istədiyiniz fəaliyyət. Problemin həlli və ya qismən həlli deməkdir. Bu İV mesajının məğzini təşkil edir.

Dəstəkləyici (köməkçi) mesaj

Dəstəkləyici mesaj konkret auditoriya üçün hazırlanır, əsas mesajın izah edilməsi ehtiyacı yarandıqda ortaya çıxır. Dəstəkləyici mesaj əsas mesajın məqsədlərinin necə qarşılanacağı və adı gedən maraqlı tərəflər tərəfindən görüləcək işləri əhatə edir.



Vasitə 4. Faktlara əsaslanan mesajın hazırlanması

Əsas mesaj (maraqlı tərəflər üzrə)



Əsas mesaj: fikir + sübut + nümunə + məqsəd + təklif olunan tədbir

Auditoriya

Qayğılar

Mümkün mesajlar

Qərar-verənlər (məmurlar, siyasətçilər, sahibkarlar)







Donorlar







Jurnalistlər







Vətəndaş cəmiyyəti institutları







Ümumi ictimaiyyət







Rəy formalaşdıranlar (dini icmaların rəhbərləri, ağsaqqallar)







Vasitə 5: Mesajı verənin seçilməsi

Auditoriya

Auditoriyanın adı

Mesajı verən

Hədəf auditoriyaya təsir etmək iqtidarında olan şəxs və ya qrup

Mövqe

Mesajı verən adı çəkilən mövzuda nələr danışıb və ya yazıb? İV məsələsi ilə bağlı mövqeyi necədir?

Nüfuz (güc)

Mesajı verənin hədəf qrupu üzərində təsiri hansı səviyyədədir?

Bilik

Mesajı verən məsələ haqqında nə qədər məlumatlıdır?

Etibar

Auditoriya mesajı verənə nə dərəcədə inanır?

Mesajı verənə çatımlıq

İV-yi aparan şəxs mesajı verənlə necə və nə vaxt əlaqə qurur?

İV-i aparan şəxsin mesajı verənlə işləmək üçün bacarıqları kifayət edirmi?



Hədəfə çatımlıq

Mesajı verən auditoriya ilə necə və nə vaxt ünsiyyətdə olur?

Tədbir

İV strategiyası mesajı verəni nəyə çağırır?

Risklər

Mesajı verənlə işləməyin riskləri nədir?

Mesaj


Qeyd:

  • Mesaj vermək istərkən mesajın verildiyi auditoriya üzərində diqqətinizi cəmləyin

  • Həmin auditoriyanın özünəməxsus xüsusiyyətlərini, o cümlədən maraqlarını müəyyən edin

  • Auditoriyanın adətən mesajları necə qəbul etdiyi barədə fikirləşin. Auditoriya hansı vasitələrdən və dildən istifadə edir.

Vasitə 6: Fürsətləri müəyyənləşdirmək və planlaşdırmaq




Gündəliyin formalaşdırılması

Siyasətin hazırlanması

İcraat – tətbiq

Monitorinq – qiymətləndirmə

Auditoriya + mesajı verənlər













Formal qərarvermə prosesi













Qeyri-formal qərarvermə prosesi













Bu mərhələdə prosesə necə təsir edə bilərik?













Fürsət/giriş imkanı/təsir etmək istədiyimiz hadisə













Tarix/Müddət













Mesajın verilməsi yolları:

  • Lobbiçilik/danışıqlar

  • Ictimai kampaniyalar

  • Mətbuatla iş

Risklərin təhlil edilməsi

Bu matris İVS-in qarşılaşa biləcəyi risklərin təhlili üçün nəzərdə tutulub, məqsədi hansı problemlərlə qarşılaşa biləcəyinizi və onları necə aradan qaldıra biləcəyinizi öyrənməkdir. İVS-ə yaranmış risklər həm daxildən (məsələn, resursların çatışmazlığı və ya əlavə xərclər), həm də xaricdən qaynaqlana bilər (məsələn, dövlətdə kadr dəyişikliyi). Xarici riskləri proqnozlaşdırmaq çətin olsa da, risklərin təhlilində ona mütləq yer vermək lazımdır. Riskləri müəyyən etdikdən sonra onların ortaya çıxa bilmə ehtimalını və strategiyaya mümkün təsirlərini qiymətləndirməli, onların necə idarə edilə bilməsini və azaldılmasını müəyyənləşdirməlisiniz.



Risklər

Baş vermə ehtimalı

(1=aşağı, 5=yuxarı)

Əhəmiyyət

(1=aşağı, 5=yuxarı)

Ümumi risk səviyyəsi

(ehtimal x əhəmiyyət)

Risklərin azaldılması üçün atılmalı addımlar

Daxili risklər
















Xarici risklər
















Vasitə 7: Problemə uyğun məqsədləri müəyyən edərkən SMART adlandırılan vasitədən istifadə edə bilərsiniz

Specific (konkret)

Nə əldə etmək istəyirsiniz?

Measurable (ölçüləbilən)

Əldə etdiyinizi necə biləcəksiniz?

Achievable

Mövcud resurslarla (o cümlədən, vaxt) məqsədiniz nail olmaq mümkündürmü/realdırmı?

Relevant (məqsədəuyğun)

Qarşınıza qoyduğunuz məqsəd bütün maraqlı tərəflər üçün və problem kontekstində aktualdırmı?

Time-bound (Müddət)

Hansı vaxt çərçivəsində əldə etmək istəyirsiniz?

Vasitə 8. Logframe 1: İV tədbirləri, onların aralıq nəticələri, məqsədləri, təsiri və ölçmək üçün indikatorlar

Tədbirlər, aralıq nəticələr, məqsədlər və təsir

Mənası

İndikator

Tədbirlər










Aralıq nəticələr










Məqsədlər










Təsirlər










Vasitə 9. Logframe 2

Nəticələr

Ölçü vahidi və ya indikator

İlkin vəziyyət

Hədəflər

Nəzarət forması

Gümanlar

Uğur üçün hansı nəticələr tələb olunur?

Nəticələrin əldə edildiyini hansı indikatorlar göstərəcək?

İndikator indi hardadır?

İndikatoru nə qədər dəyişmək irəlilətmək istəyirsiniz?

İndikator üçün məlumatı necə əldə edəcəksiniz?

Nəticələri hansı amillər dəyişə bilər?




















Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə