İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə13/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   9   10   11   12   13   14   15   16   ...   93
İSLAMDA-ŞİƏLİK

ŞİƏLƏRİN
 
ƏN
 
AĞIR
 
DÖVRANI
 
Şiəlik tarixində onların keçirdiyi ən ağır və 
acınacaqlı şərait Müaviyənin 20 illik hakimiyyət dövrü 
idi. Bu illərdə əksəriyyəti tanınmış şəxsiyyətlər olan 
şiələrin təhlükəsizliyini təmin edə biləcək heç bir qanun 
və şərait yox idi. Şiələrin iki böyük rəhbəri (ikinci və 
üçüncü imam) Müaviyənin dövründə yaşayırdı; onlar 
xoşagəlməz və acınacaqlı vəziyyəti islah etmək üçün 
azacıq imkanlara belə, malik deyildilər. Hətta Yezidin 
hakimiyyətinin ilk altı ayında öz köməkçiləri və 
övladları ilə qiyam edərək şəhid olan imam Hüseyn 
(ə)-ın da Müaviyənin xilafətdə olduğu 10 il müddət 
ərzində qiyam etməyə heç bir imkanı yox idi. 
Sünnülərin 
əksəriyyəti 
səhabələrin, 
xüsusilə 
Müaviyənin və onun məmurlarının əli ilə baş verən bu 
qədər cinayətlərə və qanunsuz hərəkətlərə bəraət 
qazandırırlar. Onların fikrincə Müaviyə və onun yaxın 
adamları səhabə idi və Peyğəmbərdən nəql olunan 
hədislərə əsasən səhabələrin hamısı müctehiddirlər; 
onlar, baş verən xətalara və törətdikləri cinayətlərə 
görə heç bir məsuliyyət daşımırlar; təsəvvür olunması 
mümkün olan hər bir günah qarşısında üzürlü 
sayılırlar; Allah onlardan razıdır, onların törətdikləri 

“Ən-nəsayihul
-
kafiyə”

səh
58, 64, 77 

78 


62 
hər növ cinayət və təqsir əfv olunub!!! Lakin şiələr bir 
neçə səbəbə görə bu bəhanələri qətiyyətlə rədd edirlər.
Əvvəla:
Peyğəmbəri-Əkrəm (s) kimi bir rəhbərin, 
haqq-ədalət və azadlığın dirçəldilməsi üçün qiyam edib 
böyük bir kütləni özü ilə həmməslək etdikdən, bu 
müqəddəs məqsəd yolunda bütün varlığını verdikdən 
və onu həyata keçirib öz məqsədinə çatdıqdan sonra, 
xalq və müqəddəs qanunlar qarşısında öz səhabələrinə 
mütləq 
şəkildə 
azadlıq 
verməsini 
necə 
qiymətləndirmək olar?! Onların haqqı tapdalamasını, 
törətdikləri cinayətləri əfv etməsi o həzrətə yaraşan bir 
iş deyildi; əks halda belə çıxırdı ki, o həzrət öz əlləri ilə 
qurub düzəltdiyi bir binanı sonradan öz əli ilə də viran 
etdi?! 
İkincisi:
Səhabələrin müqəddəsliyini qoruyan, 
onların yaramaz və qanunsuz işlərinə bəraət 
qazandıran, onların bağışlandığını və bütün yaramaz 
işlər və cinayətlər qarşısında toxunulmazığını göstərən 
rəvayətlər məhz səhabələrin özləri tərəfindən gəlib 
çatmışdır və bunların hamısı onların özlərinə mənsub 
edilir. Tarixi sənədlərin verdiyi şəhadətə əsasən 
səhabələrin özləri də bir-birləri ilə “toxunulmazlıq” və 
“əfv olunmaq” əsasında rəftar etmirdilər. Onların 
özləri də bir-birinin qanını tökür, söyür, lənətləyir və 
rüsvay edirdilər; bir-birlərinə qarşı azacıq da olsa 
etinasızlığı rəva görmürdülər. 
Qeyd olunanları nəzərə almaqla demək olar ki, 
səhabələrin öz şəhadətinə əsasən bu rəvayətlər düzgün 
ola bilməz. Onların düzgün olması fərz edilsə belə, 


63 
məqsəd tamamilə başqa sözdür və səhabələrin 
müqəddəslik və toxunulmazlığını çatdırmır. 
Allah-taala Öz kəlamında nə vaxtsa Onun fərmanın 
icrasında etdiyi xidmətlərə əsasən səhabələrdən razı 
olduğunu bildirmişsə belə, (“Tövbə” surəsi, ayə:100) 
onun mənası gələcəkdə də ürəkləri istəyən itaətsizliyə 
icazə verilməsi deyildir; sadəcə olaraq burada onların 
keçmişdə olan itaətkarlıqlarına təşəkkür edilir. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin