Qrup: 1721a fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya



Yüklə 8,5 Kb.
tarix07.01.2024
ölçüsü8,5 Kb.
#212089
Aristotelin Ritorika əsərində natiqlik sənəti


Tələbə: Tanriverdiyeva Ləman Müəllim: Ülkər Səlim
Fakültə: Sosial elmlər və psixologiya
Qrup: 1721A
Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Bakı Dövlət Universiteti

MÖVZU:

Aristotelin Ritorika əsərində natiqlik sənəti

PLAN:


Aristotel kimdir və ritorika nədir?
Ritorika əsəri- Ethos məfhumu
Ritorika əsəri- Pathos məfhumu
Ritorika əsəri- Logos məfhumu

Natiqlik sənəti

  • "Natiq" sözü "nitq, çıxış edən" deməkdir. Özünün ictimai əhəmiyyətli fikirlərini anlaşıqlı, inandırıcı, təsiredici bir şəkildə ifadə etməyi bacaran adam əsl natiqdir. Natiqin silahı canlı sözdür. Natiqlik qabiliyyəti üçün hər şey – mətnin məzmunu, intonasiya, davranış tərzi, jestlər, mimikalar lazımdır. Natiqlik sənətinin əsas materialı sözdür. Ona görə də bu materiala mükəmməl yiyələnmək gərəkdir. Hər şeydən əvvəl, insan öz leksikonunu zənginləşdirməlidir.

Natiqlik sənətinin sahələri

  • İctimai-siyasi natiqlik
  • Diplomatik natiqlik
  • Akademik natiqlik
  • Məhkəmə natiqliyi
  • Məişət natiqliyi
  • Bədii axşamlardakı nitq
  • Səhnə nitqi
  • Dini natiqlik
  • Hərbi natiqlik

Aristotel kimdir?

  • Aristotel - Qədim yunan filosofu və ensiklopediyaçı alimi, Platonun şagirdi, Peripatetik məktəbinin banisi, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi. Spontan Absurte nəzəriyyəsinin banisi. Eramızdan əvvəl 384-cü ildə Yunanıstanın Staqir şəhərində anadan olub (buna görə ona çox zaman "Staqirit" deyirdilər).

Ritorika anlayışı nədir?

  • Ritorika – xitabət sənəti və ya nitq, vizual və ya yazılı şəkildə inandırmaq məharəti, metodikasıdır. Qədim Yunanıstanda meydana çıxmışdır və yunanca ῥήτωρ, rhêtôr-orator (natiq, müəllim) sözündən əmələ gəlmişdir. İnsanları nitq, vizual və ya yazılı şəkildə inandırmaq məharəti, metodikası. İlkin dövrlər natiqlik sənəti haqqında elm. 

Aristotelin Ritorika” əsəri

  • Bir çox yunan alimlərinin müraciət etdiyi mövzu olsa da, natiqlik sahəsinə ən ciddi töhfəni Aristotel e.ə. 330-cu illərdə yazdığı və 3 kitabdan ibarət “Ritorika” adlı əsəri ilə vermişdir. Aristotel öz nitqlərində təsirli arqumentlər istifadə edən və güclü inandırma qabiliyyətinə malik insan kimi tanınırdı. Aradan əsrlər keçsə də, onun araşdırmaları arqumentlərin inkişaf etdirilməsi sahəsində hələ də etolan olaraq qəbul olunmaqdadır. Aristotelin “Ritorika”sı üç məşhur məfhumun üzərində qurulmuşdur.

Aristotelin Ritorika” əsəri

  • Antik yunan natiqlik sənətinin yaranması və inkişafında Aristotelin xüsusi rolu olmuşdur. Aristotel e.ə.335-ci ildə “Ritorika” adlı əsərini yazıb natiqlik sənətinin elmi əsaslarını vermiş, sənəti insan fəaliyyətinin xüsusi növü kimi qiymətləndirmiş, natiq nitqinin quruluşunu, üslubunu, orfoepiyasını, ifadəlilik vasitələrini geniş şəkildə izah etmişdir.

“Ritorika” əsəri üç hissədən ibarətdir:


c)Nitqintexnikası,vasitələrivəpriyomları.
b)Natiqüçün lazım olanşəxsikeyfiyyətvəqabiliyyət;
a)Nitqintərtibiprinsipi;

Ethos

  • Hal-hazırda dilimizdə geniş istifadə olunan “Etika” sözü ethosdan törəmişdir və natiqin əxlaq və xarakterini təmsil edir. Bu sözü ilk dəfə Aristotel istifadə etmişdir. Ona görə, dinləyicilərin etibarlı və əxlaqlı insanın nitqinə inanma və onun arqumentlərini qəbul etmə ehtimalı daha yüksəkdir.

Ethos

  • O, “Ritorika”da ethosla əlaqədar bunu deyir: “Yaxşı insanlara başqalarından daha çox və daha asan şəkildə inanırıq. Xarakterin insanın sahib olduğu ən asan inandırma yolu olduğunu deyə bilərik”. Ethosun mövcudluğu natiqə qarşı güvən təlqin edir. Əgər auditoriya sizə inanmrsa sizin nitqininzin təsiri olmayacaqdır.

Pathos

  • Pathos – natiqin auditoriya üzərində emosianal təsiridir və emosiyaların yaradılması aktıdır. Pathosun məqsədi auditoriyada nitqin hədəfinə qulluq edən xoş emosianal təsir yaratmaqdan ibarətdir. Qərar almada emosiyaların rolu olduqca vacibdir. Aristotelə görə Pathos inandırmanın ən mükəmməl alətidir. Pathos və ya emosional çağırış auditoriyanı natiqin auditoriyada yaratdığı emosiyalar üzərindən nitqin hədəfinə yönləndirməkdir ki, bunun da ən yaxşı yolu hekayə söyləməkdir; həqiqi, inam yarada bilən, sadə, konkret və emosional hekayələr. 

Pathos

  • Pathos eyni zamanda emosional zəkanı təmsil edir və qarşıdakı insanların duyğularını hissetmə və təcrübədən keçirmə mənasına gəlir. Emptiya və pathos kəlimələri eyni kökdən törəmişdir. Emptaiya ilə biz başqalarının özünü necə hiss etdiyini, ehtiyaclarını, hadisələrə baxış tərzini və nə demək istədiyini anlayırıq. Empatiyadan, yəni, pathosdan yoxsun ünsiyyət uğurla nəticələnə bilməz. Natiq onu dinləyənlərin ruhunu analiz edə bilməli və onun duyğularına göz yummamalıdır.

Logos

  • Logos qədim yunan düşəncə sistemində söz, nitq, düşüncə, ağıl, məna və izah mənalarına gəlməkdədir. Müasir deyişlə məntiqi və intellektual zəkanı təmsil edir. Məntiq insanlarla heyvanları ayıran ən vacib ünsürlərdən biridir və həmcinsləri ilə ünsiyyətdə əhəmiyyətli yer tutur. Logos boş vədləri və anlaşılmayan şişirdilmiş təsvirləri qəbul etmir. Qarşı tərəfin natiqdən və ya müsahibdən gözlədiyi düzgün və məntiqli arqumentlərdir. Uğurlu nitq üçün anlaşılan arqumentlər hava və su kimi vacibdir. Pathosla anlamağa, logosla isə anlaşılmağa çalışmalıyıq.

ƏDƏBİYYAT :

  • https://www.academia.edu/44397501/Ritorika_Aristotel
  • https://www.coaching.az/ritorika-s%C9%99n%C9%99ti-n%C9%99dir/
  • https://az.wikipedia.org/wiki/Aristotel

Diqqətiniz üçün təşəkkürlər!


Yüklə 8,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin