İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə21/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   17   18   19   20   21   22   23   24   ...   93
İSLAMDA-ŞİƏLİK

İSMAİLİYYƏ
 
ŞİƏLƏRİ
 

 
ONUN
 
ŞÖBƏLƏRİ
 
Batiniyyə:
Şiələrin altıncı imamının İsmail adlı bir oğlu 
var idi və o, imamın ən böyük övladı idi. O, imamın 
sağlığında vəfat etmişdi və imam da onun cənazəsini dəfn 
mərasimində iştirak edənlərin hamısına, o cümlədən 
Mədinə hakiminə göstərərək onları onun ölümünə şahid 
tutmuşdu. Amma bəziləri inanırlar ki, İsmail ölməmiş və 
qeybə çəkilmişdir; o, vədəsi verilən Məhdidir və yenidən 
zühur edəcəkdir. Onlar deyirlər ki, altıncı imam, Abbasi 
xəlifəsi Mənsurun qorxusundan camaatı onun ölmünə 
şahid tutmuşdu. Bəziləri də inanırdılar ki, imamət 
İsmailin haqqı idi və onun ölümü ilə oğlu Məhəmmədə 
keçmişdir. Bəzilərinin əqidəsinə görə, İsmail atasının 
sağlığında vəfat etməsinə baxmayaraq, imamdır; ondan 
1 Qeyd olunanlar Şəhristaninin “Miləl və nihəl” kitabından 
və İbni Əsirin “Kamil” kitabından əxz olunmuşdur. 


79 
sonra imamət Məhəmməd ibni İsmailə və onun nəslinə 
keçir. 
Əvvəldəki iki firqə az bir müddət ərzində aradan getdi. 
Lakin üçüncü firqə indiyə qədər də davam etməkdədir və 
onun müxtəlif şöbələri vardır. 
İsmailiyyənin ümumi prinsipi Hindistan irfanı ilə 
qarışmış 
ulduzpərəst 
fəlsəfəsinə 
oxşayır. 
İslam 
hökmlərində və maarifində hər bir zahir üçün bir batini 
məna, hər bir tənzil üçün təvil olduğuna inanırlar. 
İsmaililər inanırdılar ki, yer üzü heç vaxt ilahi höccətsiz 
olmaz. Allahın höccəti də iki cürdür: natiq və samit. Natiq 
– Peyğəmbər, samit isə peyğəmbərin canişini olan vəli və 
vəsidir; hər bir halda höccət ilahiliyin məzhər və 
göstəricisidir. 
Höccətin əsası ardıcıl olaraq yeddi rəqəminin üzərində 
dövr edir. Belə ki, nübüvvət (şəriət) və vilayət sahibi olan 
bir peyğəmbər göndərildiyi zaman, onun özündən sonra 
vəsiyyətə malik olan yeddi vəsisi də olmalıdır; onların 
altısı bir məqamdadır, yeddinci vəsinin isə nübüvvətlə 
yanaşı digər iki məqamı da vardır: visayət (canişinlik) və 
vilayət. 
Onlar deyirlər ki, Adəm (ə) nübüvvət və vilayətlə 
məbus oldu və onun yeddi canişini var idi. Axırıncı vəsi 
olan Nuh həm nübüvvət, həm visayət və həm də vilayət 
məqamına malik idi. İbrahim (ə) da Nuhun, Musa (ə) 
İbrahimin, İsa (ə) Musanın (ə), həzrət Məhəmməd (s) 
İsanın və Məhəmməd ibni İsmail də həzrət Məhəmmədin 
(s) yeddinci canişinidir. Beləliklə, həzrət Məhəmməd (s), 
Əli, Hüseyn, Əli ibni Hüseyn, Məhəmməd Baqir, Cəfər 
Sadiq, İsmail ibni Cəfər, Məhəmməd ibni İsmail; 


80 
Məhəmməd ibni İsmaildən sonra onun nəslindən gələn 
yeddi nəfərin adları isə gizlindir.
1
Ondan sonra da əvvəli 
Misirdəki fatimilər dövlətinin banisi Übeydullah Məhdi 
olmaqla, ilk yeddi nəfər fatimilər sülaləsini təşkil 
edirdilər. 
İsmaililər inanırdılar ki, ilahi höccətdən əlavə, həmişə 
onun yer üzündə xüsusi həvariləri olan 12 nəfər nəqib də 
mövcuddur; lakin batiniyyə şöbələrindən bəziləri altı 
nəqibi imamların altı nəfərindən, qalanlarını isə 
başqalarından götürürlər. 
278-ci hicri ilində
2
heç vaxt öz adını, əsil-nəsəbini 
bildirməyən tanınmaz bir xuzistanlı şəxs Kufə ətrafında 
zahir oldu. O, gündüzləri oruc tutur, gecələri ibadətlə 
keçirir, öz alın təri və əlinin zəhməti ilə ruzi yeyir və 
camaatı ismailiyyə firqəsinə doğru dəvət edirdi. O, bir 
çoxlarını öz ətrafına topladı, ardıcılları arasından nəqib 
adı ilə 12 nəfəri seçdi, özü Şama getdi və bundan sonra 
artıq ondan heç bir xəbər olmadı. 
Bu tanınmaz şəxsdən sonra İraqda Qirmit ləqəbilə 
tanınan Əhməd adlı bir şəxs onun yerində oturub 
fatimiyyə təlimlərini yaymağa başladı. Tarixçilərin 
yazdığına görə o, islamda mövcud olun beş vacib 
namazın yerinə təzə bir namaz icad etdi; cənabət qüslünü 
ləğv etdi və şərab içməyə icazə verdi. Bu vəziyyətlə 
yanaşı, fatimiyyə firqəsinin hətta başçıları da bu dəvəti 
1 Onlar ikinci imam Həsən ibni Əlini imam hesab etmirlər. 
2 Übeydullah Məhdinin Afrikada zahir olmasından bir neçə 
il qabaq. 


81 
qəbul edərək camaatdan bir qrupunu öz ətraflarına yığa 
bildilər. 
Bunlar fatimiyyə firqəsindən kənara çəkilən şəxslərin 
can və mallarını toxunulmaz hesab etmirdilər. Buna görə 
də İraq, Bəhreyn, Yəmən və Şamın bəzi şəhərlərində 
hərəkata başlayaraq camaatın qanını nahaq yerə axıdır, 
mal-dövlətlərini qarət edirdilər. Onlar dəfələrlə həcc 
karvanlarını soyaraq minlərlə ziyarətçini öldürüb, yol 
azuqələrini qarət etmişdilər. 
Fatmiyyənin başçılarından olan Əbu Tahir Qirmiti 311-
ci ildə Bəsrəni ələ keçirib camaatı kütləvi şəkildə qırdı və 
mallarını qarət etdi. O, 317-ci ildə həcc mövsümündə 
fatimiyyə ardıcıllarından təşkil olunmuş böyük bir qrupla 
Məkkəyə yola düşdü; dövlət tərfindən göstərilən zəif 
müqaviməti qırdıqdan sonra Məkkə şəhərinə daxil olub 
yerli əhalini və oraya gələn hacıları kütləvi şəkildə qırdı. 
Qeyd olunanlara görə, hətta Məscidül-həramda və 
Kəbənin içində qan su yerinə axıdıldı. O, Kəbənin 
pərdəsini öz ardıcılları arasında bölüşdürdü, qapısını 
yerindən çıxardı və Həcərül-əsvədi yerindən götürüb 
Yəmənə apardı. Bu daş 22 il qirmitilərin əlində qaldı. 
Bu 
cinayətkar 
əməllərin 
nəticəsində 
bütün 
müsəlmanlar fatimilərə nifrət edib onları islam dinindən 
çıxmış hesab etdilər. Hətta o dövrdə Afrikada zühur edən 
fatimi padşahı və özünü vədəsi verilən Məhdi adlandıran 
Übeydullah Məhdi də qirmitiləri lənətlədi. 
Tarixçilərin yazdığına əsasən, fatimiyyə firqəsinin 
xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 
Onlar İslamın zahiri hökmlərini və göstərişlərini batini-
irfani məqamlara yozurdular; 


82 
Şəriətin zahirini yalnız ağıldan kəm və kamil 
mənəviyyatdan bəhrələnə bilməyən şəxslərə aid edirdilər. 
Onlar bəzən öz imamət məqamlarından müəyyən 
göstərişlər də verirdilər. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin