İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə9/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   5   6   7   8   9   10   11   12   ...   93
İSLAMDA-ŞİƏLİK

SEÇKİ
 
YOLU
 
İLƏ
 
OLAN
 
XİLAFƏT 
MƏSƏLƏSİ
 

 
ONUN
 
ŞİƏLİK
 
NƏZƏRİYYƏSİ
 
İLƏ
 
ZİDD OLMASI
 
Şiələr inanırdılar ki, Allahın kitabında və Peyğəmbərin 
(s) sünnəsində bəyan olunan islam şəriəti qiyamətə qədər 
öz qüvvəsində qalmalıdır və onda heç bir dəyişiklik edilə 
bilməz.
1
 
İslam hökuməti heç bir üzr gətirməklə şəriət 
qanunlarının icrasından boyun qaçıra bilməz. Onun 
yeganə vəzifəsi zamanın tələbi olan bəzi işlərdə məsləhəti 
nəzərə alaraq, şəriət qanunları çərçivəsində şura yolu ilə 
müəyyən qərarlar çıxarmaqdır; lakin bu hadisənin 
gedişatında şiələrin siyasət xatirinə etdikləri beyət 
məsələsindən və həmçinin Peyğəmbərin (s) ömrünün son 
anlarında baş verən “kağız-qələm” hadisə-sindən aydın 
olurdu ki, xilafətin seçki yolu ilə olmasının tərəfdarları və 
onun icraçıları ilahi kitabın bir əsas qanun kimi qorunub 
1 Allah-taala Öz kəlamında buyurur: 
“Quran əziz bir kitabdır ki, batil heç vaxt, nə öndən, nə 
arxadan ona yol tapa bilməz.” “Fussilət” surəsi, ayə-41-42 
Yenə buyurur: 
“Allahdan başqa heç kəs hökm edə bilməz.” (“Yusif” surəsi, 
ayə-67) Yəni şəriət – yalnız Allahın təyin etdiyi şəriət və 
qanunlardır ki, nübuvvət yolu ilə insanlara çatdırılmalıdır. 
(“Əhzab” surəsi, ayə-40) Bu ayə ilə nübuvvətin və şəriətin 
Peyğəmbər vasitəsilə
sona çatdırıldığı elan edilir. 
“Hər kəs Allahın hökmi əsasında hökm etməsə kafirdir.” 
(“Maidə” surəsi, ayə-44) 


43 
saxlanmasını zəruri hesab edir və ona etiqad bəsləyirdilər. 
Onların nəzərinə görə Peyğəmbərin sünnəsi və 
buyurduğu kəlamlar belə bir əsalətə malik deyildir; o 
həzrətin vəfatından sonra onlar sabit qalmır və öz 
etibarını əldən verir. Onlar inanırdılar ki, islam hökuməti 
məsləhət bildiyi yerlərdə onları icra etməyə bilər. Bu 
nəzəriyyə sonralar səhabə barəsində nəql olunan bir çox 
rəvayətlərlə qüvvətləndirildi.
1
Bu nəzəriyyənin ən bariz 
nümunəsi xəlifənin tanınmış bir sərkərdəsi olan Xalid ibni 
Vəlidin törətdiyi üzdəniraq hadisə idi; o, məşhur səhabə 
olan Malik ibni Nüveyrənin evində qonaq kimi 
gecələyərkən onu qəfildən öldürdü, başını kəsib ocağda 
yandırdı və həmin gecə də onun arvadı ilə zina etdi! Bu 
rüsvayçı cinayətlərin ardınca xəlifə onun hökumətində 
Xalid kimi sərkərdəyə ehtiyac olduğunu bəhanə edərək, 
onun barəsində şəriət hökmünü icra etmədi!!
2
Həmçinin xumsu Peyğəmbər (s)-in Əhli-beytindən və o 
həzrətin yaxın adamlarından kəsdilər.
3
Peyğəmbəri-
Əkrəmin (s) hədislərinin yazılması birdəfəlik qadağan 
1 Onlar deyirdilər ki, səhabələr müctehiddirlər; öz 
ictihadlarında düzgün qərar çıxarsalar onlara savab verilər
xətaya yol verdikdə isə üzürlü hesab olunarlar. 
2 “Tarixi Yəqubi”, 2-ci cild, səh-110, Əbil Fidanın tarixi, 1-ci 
cild, səh-158 

“Bilin
ki

hər
nəyi
qənimət
olaraq
götürsəniz
onun
beşdə
biri
Allaha

Onun
rəsuluna

Peyğəmbərin
yaxın
adamlarına
məxsusdur
.

(
“Ənfal”
surəsi

ayə-
41) 


44 
olundu. Hər hansı bir yerdə yazılı hədis tapılsaydı, yaxud 
bir kəsdən alınsaydı onu zəbt edib yandırırdılar.
1
Məhəmməd ibni Əbi Bəkr deyir: Ömərin dövründə 
hədis çoxaldı, hədislər onun yanına gətirildikdə onların 
yandırılmasını əmr etdi.
2
Bu qadağanlar raşidi xəlifələrinin dövründən əməvi 
xəlifəsi Ömər ibni Əbdül Əzizin zamanına qədər (99-102) 
davam etdi. 
İkinci xəlifənin hakimiyyəti dövründə (13-25) bu 
siyasət daha qabarıq şəkildə büruzə gəldi və xəlifə şəriətin 
bəzi hökmlərini, o cümlədən “təməttö həcci”ni, “mütə 
nikahı”nı və azanda “həyyə əla xəyril-əməl” cümləsinin 
deyilməsini qadağan etdi, bir görüşdə üç təlağın qanuni 
hökm olmasına icazə verdi və s.
3

Əbu
Bəkr
öz
xilafəti
dövründə
500 
hədis
yazılan
vərəqələri
cəm
etdi

Ayişə
deyir:
Bir
gecə
sübhə
qədər
atamın
iztirablı
olduğunu
gördüm

sübh
mənə
dedi:
O
hədisləri
gətir
!

Sonra
onların
hamısını
yandırdı
. (
“Kənzül
-
ümmal”
, 5-
ci
cild

səh-
237) 
Ömər
bütün
şəhərlərə
yazdı:
“Hər
kimdə
hədis
varsa
onu
məhv
etsin
.

(
“Kənzül
-
ümmal”
, 5-
ci
cild

səh-
237) 

“Təbəqati
ibni
Səd”
, 5-
ci
cild

səh-
140 

Peyğəmbər
(
s

həccətul
-
vidada
Məkkədən
uzaqda
yerləşən
məntəqələrdən
gələn
hacılar
üçün
“fəmən
təməttəə
bil
-
ümrəti
iləl
-
həcci
...

ayəsinə
əsasən
həcc
əməlini
xüsusi
şəkildə
bəyan
etdi

Ömər
isə
öz
xilafəti
dövründə
onu
qadağan
etdi

Həmçinin
Peyğəmbərin
(
s

dövründə
mütə
(
müvəqqəti
izdivac

adi
bir

idi

lakin
Ömər
öz
xilafəti
dövründə
onu
qadağan
etdi

bu
əmrin
əksinə
gedənlərin
daş
-
qalaq
olunması
hökmünü
verdi

Həmçinin
Rəsuli
-
Əkrəmin
(
s

dövründə
namazda
“həyyə
əla
xəyril
-
əməl”
(
yəni
əməllərin
ən
yaxşısı
olan
namaz
üçün
tələsin



45 
İlk dəfə olaraq onun xilafəti dövründə beytül-mal 
camaatın arasında ədalətsiz şəkildə bölünməyə başladı. 
Bu da sonralar müsəlmanların arasında dəhşətli sinfi 
ziddiyyətlər və qanlı çəkişmələr yaratdı. Onun xilafəti 
dövründə Müaviyə Şamda padşahlara məxsus olan 
səltənət üsul-idarəsini tətbiq etdi, xəlifə də onu “ərəblərin 
kəsrası” adlandırdı və heç vaxt ona etiraz etmədi. 
İkinci xəlifə 23-cü hicri-qəməri ilində iranlı bir qulun əli 
ilə öldürüldü. Onun öz göstərişi ilə təsis olunan altı 
nəfərlik şuranın rəyinə uyğun olaraq, üçüncü xəlifə 
müsəlmanların rəhbərliyini öz öhdəsinə götürdü. O, öz 
xilafət illərində əməvi sülaləsindən olan qohum-
əqrəbalarını xalqa hakim etdi, Hicazda, İraqda, Misirdə və 
s. islam ölkələrində rəhbərlik işini onlara həvalə etdi.
1
O, bir çox qanunsuz hərəkətlərin bünövrəsini qoydu, 
aşkar şəkildə zülm, günah və əxlaqsızlıq etməyə, islamın 
cari qanunlarını pozmağa başladı; şikayətlər hər tərəfdən 
sel kimi xilafət mərkəzinə gəlməyə başladı. Lakin öz 
əməvi kənizlərinin, xüsusilə Mərvan ibni Həkəmin təsiri 
altına düşən xəlifə o şikayətlərə məhəl qoymur və bəzən 
deyilirdi

Lakin
Ömər
dedi:
“Bu
kəlmə
camaatın
cihada
getməsinin
qarşısını
alır”

sonra
bu
cümlənin
deyilməsini
qadağan
etdi

Həmçinin
Peyğəmbəri
-
Əkrəmin
(
s

dövründə
o
həzrətin
öz
göstərişi
əsasında
bir
yığıncaqda
bir
təlaqdan
artığı
gerçəkləşmirdi

lakin
Ömər
bir
məclisdə
üç
təlağın
qanuni 
hökm olmasına
icazə
verdi
!!! 
Qeyd
olunan
hadisələr
sünnü

şiələrin
məşhur
hədis

fiqh

kəlam
kitablarında
qələmə
alınmışdır


“Tarixi
Yəqubi”
, 2-
ci
cild

səh-
150, 
Əbil
Fidanın
tarixi
, 1-
ci
cild

səh-
168
;
“Tarixi
Təbəri”
, 3-

cild

səh-
377 

s



46 
də şikayətçiləri təqib edib onlara müxtəlif yollarla təzyiq 
göstərilməsinə əmr verirdi.
1
Nəhayət hicri tarixi ilə 35-ci 
1 Misir əhalisindən bir dəstə camaat Osmanın əleyhinə 
qiyam etdi. Osman təhlükə hiss etdiyi zaman Əli (ə)-dan kömək 
istəyərək peşman olduğunu bildirdi. Əli (ə) misirlilərə buyurdu: 
Siz haqqı dirçəltmək üçün qiyam etmisiniz. Osman tövbə 
edərək öz keçmiş əməllərindən peşman olduğunu deyir və 
bildirir ki, üç gün ərzində sizin istəklərinizi yerinə yetirəcək
zalım valiləri işdən çıxaracaq.
Əli (ə) Osmanın tərəfindən onlar üçün müqavilə yazdı və 
onlar öz vətənlərinə qayıtdılar. Yol əsnasında Osmanın 
qulamını onun dəvəsinə minib Misrə tərəf getdiyini gördükdə 
onun barəsində şübhəyə düşüb axtardılar. Osmanın Misir 
valisinə yazılmış bir məktubunu tapdılar: 
“Allahın adı ilə! Əbdürrəhman ibni Ədis sənin yanına 
gələndə ona yüz şallaq vur, üzünü və başını qırx, uzun 
müddətli zindana sal. Bu əməli Əmr ibni Həməq, Sovdan ibni 
Həmran və Ürvət ibni Nəbağın barəsində də icra et!!” 
Bu məktubu alıb qəzəbləndilər və yenidən Osmanın yanına 
qayıdıb dedilər: Sən bizə xəyanət etmisən! Osman bu məktubu 
özünün yazdığını inkar etdikdə dedilər ki, sənin qulamın bu 
məktubu aparırdı. Osman dedi ki, o, bu işi mənim icazəm 
olmadan görmüşdür. Dedilər ki, axı o, sənin dəvənə minmişdi?! 
Cavab verdi ki, mənim dəvəmi oğurlamışdır. Dedilər: Məktub 
sənin katibinin vasitəsilə yazılmışdır. Cavab verdi ki, mənim 
icazəm və xəbərim olmadan bu işi görmüşdür. 
Dedilər: Belə isə sən xilafətə layiq deyilsən, gərək istefa 
verəsən. Çünki əgər bu iş sənin icazənlə olmuşsa 
xəyanətkarsan, yox əgər belə mühüm işlər icazən və xəbərin 
olmadan baş vermişsə sən ləyaqətsizsən, bununla ləyaqətsiz 
olduğun sübuta yetir və hər bir halda ya istefa verməlisən, ya 
da zalım valilərini işdən kənarlaşdırmalısan. 


47 
ildə onun əleyhinə qiyam baş verdi; bir neçə gün davam 
edən mühasirə və çarpışmalardan sonra xəlifə öldürüldü. 
Üçüncü xəlifə öz xilafəti dövründə başda onun əməvi 
qohumlarının rəisi olan Müaviyə olmaqla, Şam 
hökumətini günbəgün möhkəmlətdi və həqiqətdə 
xilafətin təməllərini Şamda təmərküzləşdirdi; artıq 
Mədinədə yerləşən xilafət mərkəzi formal xarakter 
daşımağa başlayırdı. 
Birinci 
xəlifə 
xilafət 
məqamına 
səhabələrin 
əksəriyyətinin seçkisi ilə, ikinci xəlifə birinci xəlifənin 
vəsiyyəti ilə, üçüncü xəlifə isə üzvləri və proqramı ikinci 
xəlifə tərəfindən təyin edilən altı nəfərlik şuranın 
vasitəsilə seçildi. İslam hökuməti üç xəlifənin üst-üstə 25 
ildən artıq davam edən hakimiyyət illərində xəlifənin 
məsləhət və ictihadı əsasında idarə olunurdu. İslam 
maarifi yalnız Quran oxumaqla bitirdi; özü də təfsir 
olunmadan, yaxud heç bir araşdırma aparılmadan. 
Peyğəmbərin (s) sözləri (hədisləri) də kağız üzərinə 
gəlmədən, şifahi şəkildə söylənilməklə rəvayət olunurdu. 
Yazı yazmaq yalnız Qurana məxsus idi və bu iş hədis 
barəsində qadağan edilmişdi.
1
Hicri tarixi ilə 12-ci ildə 
qurtaran Yəmamə müharibəsində Quran qarilərindən bir 
dəstəsi qətlə yetirildi; Ömər ibni Xəttab birinci xəlifəyə 
təklif etdi ki, Quran ayələri bir müshəfdə yazılaraq bir 
yerə toplansın. O deyirdi ki, müharibə baş versə və sair 
Osman
dedi:
Əgər
mən
sizin
istəyinizə
uyğun
əməl
etsəm
onda
siz
hakim sayılırsınız; bu halda
mən
nəçiyəm

Onlar
qəzəblə
məclisdən
qalxdılar

“Tarixi
Yəqubi”
, 2-
ci
cild

səh-
150-
151 

“Tarixi
Yəqubi”
, 2-
ci
cild

səh-
113) 


48 
Quran qariləri də öldürülsə, artıq Quran məhv olub 
aradan gedəcəkdir. Buna əsasən Quran ayələrini bir 
cilddə toplayaraq kitab halına salmalıyıq.
1
Onlar Quran barəsində belə bir qərar çıxardılar, lakin, 
Quranın bəyanedicisi olan Peyğəmbər (s) hədisləri haqda 
heç bir tədbir görmədilər, (daha doğrusu əks tədbir 
gördülər. O həzrətin kəlamları Qurandan da artıq təhlükə 
ilə üzbəüz olduğu halda onu yazmağı qəti şəkildə 
qadağan etdilər.) Onlar, mənalarında baş veriləcək 
nöqsanlardan 
– 
artırıb-azaldılmaq, 
qondarma 
və 
unutqanlıq kimi təhlükələrdən amanda deyildi. Bu 
dövrlərdə nəinki hədisin qorunub saxlanılmasına azacıq 
diqqət yetirilmirdi, hətta onun yazılması belə qadağan 
edilmişdi, ələ düşən hər bir hədisi də yandırırdılar.
Az bir müddət ərzində iş o yerə çatdı ki, hətta islamın 
zəruri məsələlərindən olan namaz barəsində belə, bir-biri 
ilə zidd olan çoxlu rəvayətlər nəql olundu. Bu müddət 
ərzində elmin digər sahələrində heç bir tədbir görülmədi, 
Quran ayələri və Peyğəmbərin (s) kəlamlarında elmin 
müqəddəsliyi, onun öyrənilməsinə olan təkid və təşviqlər 
görünməz oldu. Xalqın əksəriyyəti ardıcıl fəthlər və hər 
tərəfdən sel kimi axaraq Ərəbistan yarmadasına gələn 
qənimətlərlə məşğul idi. Artıq, başda Əli (ə) olmaqla, 
Peyğəmbər sülaləsinin elminə azacıq da olsa etina 
olunmurdu. Halbuki, Peyğəmbər (s) Əli (ə)-ı islam maarifi 
və Quranın məna və məqsədləri barədə ən agah və bilikli 
şəxs kimi təqdim etmişdi. Hətta Quranın toplanması 
hadisəsində ona etina etmədilər, onun adını belə dilə 

“Tarixi
Yəqubi”
, 2-
ci
cild

səh-
111 


49 
gətirmədilər. (Halbuki, Peyğəmbərin (s) vəfatından sonra 
Əli əleyhissəlamın bir müddət evdə oturub Quranı bir 
yerə topladığını və onlar yenicə qərara gəlib görmək 
istədikləri işi çoxdan başa çatdırdığını bilirdilər.)
1
Bu və bu kimi bir çox hadisələr Əli (ə)-ın ardıcıllarının 
öz əqidələrində daha da möhkəmlənməsinə, işlərin 
gedişatında daha artıq ayıq və tədbirli olmalarına, 
həmçinin öz fəaliyyətlərini günbəgün artırmalarına səbəb 
olurdu. Xalqın ümumi şəkildə təlim-tərbiyə işlərindən 
məhrum olan Əli (ə) bu işlərlə xüsusi şəkildə məşğul olur, 
ayrı-ayrı şəxslərin hazırlanmasında əlindən gələni 
əsirgəmirdi. 
Hicri 
tarixi 
ilə 
25-ci 
ildə 
Əli 
(ə)-ın 
yaxın 
köməkçilərindən üç nəfəri (Salman Farsi, Əbuzər Ğifari və 
Miqdad) vəfat etdi. Lakin səhabələrdən böyük bir qrupu, 
1 “Tarixi Yəqubi”, 2-ci cild, səh-113; “Nəhcül-bəlağə”nin 
şərhi, (İbni Əbil Hədid), 1-ci cild səh-9. Çoxlu rəvayətlərdə qeyd 
olunur ki, Əbu Bəkr, ona beyət edildikdən sonra bir neçə nəfəri 
Əlinin (ə) yanına göndərib onun da beyət etməsini istədi. Əli (ə) 
cavab verdi ki, “mən namazdan başqa heç bir şey üçün evimdən 
çıxmamağı və evdə qalıb Quranı toplamağı əhd etmişəm.” Yenə 
də qeyd olunur ki, “Əli (ə) altı aydan sonra Əbu Bəkr ilə beyət 
etdi, səbəbi də bu müddətdə Quranı bir yerə toplaması idi.” 
Başqa bir rəvayətdə qeyd olunur ki, Əli (ə) Quranı müshəf 
şəklində bir yerə topladıqdan sonra dəvəyə yükləyib camaatın 
yanına gətirdi və onlara göstərdi. Həmçinin nəql olunur ki, 
Yəmamə müharibəsi (Quran ondan sonra bir yerə yığılmışdır) 
Əbu Bəkrin xilafətinin ikinci ilində baş verdi. Qeyd olunan 
mətləblər müshəfin bir yerə toplanması hadisəsini bəyan edən 
hədis və tarix kitablarında gözə çarpır. 


50 
Hicazda, Yəməndə, İraqda və s. yerlərdə olan səhabə və 
tabeinlərin əksəriyyəti Əli (ə)-ın ardıcıllarına qoşuldu; 
üçüncü xəlifənin öldürülməsindən sonra müsəlmanlar 
mümkün olan hər bir yolla o həzrətə beyət edərək onu 
xilafətə seçdilər. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin