İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə8/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   4   5   6   7   8   9   10   11   ...   93
İSLAMDA-ŞİƏLİK

İKİ
 
MƏSƏLƏ:
 
CANİŞİNLİK
 

 
ELMİ
 
MƏRCƏİYYƏT
 
Şiələr əldə etdikləri islami təlimlər əsasında inanırdılar 
ki, cəmiyyət üçün ilk növbədə əhəmiyyət kəsb edən 
məsələ – islam təlimlərinin və dini mədəniyyətin aydın 
olması,
3
sonrakı mərhələdə isə bu iki dəyərin cəmiyyət 
arasında kamil cərəyan etməsidir. 
1 Peyğəmbəri əkrəm (s) məşhur “Səqəleyn” hədisində 
buyurur: “Mən sizin aranızda iki ağır və dəyərli əmanət qoyub 
gedirəm, əgər onlara sarılsanız heç vaxt yolunuzdan 
azmazsınız. O iki əmanət Quran və Əhli-beytimdir, onlar 
qiyamət gününə qədər bir-birindən ayrılmazlar.”
Bu hədis yüzdən artıq yol ilə Peyğəmbər səhabəsindən nəql 
olunmuşdur. Əlavə məlumat almaq üçün “Səqəleyn” hədisinin 
təbəqatına müraciət edə bilərsiniz. (“Ğayətul-məram”, səh-211) 
2 “Əl-bidayətu vən-nihayə”, 7-ci cild, səh-359 

Allahın
kitabı

Peyğəmbərin
(
s


onun
Əhli
-
beytindən
olan
imamların
(
ə

kəlamlarında
elm
öyrənməyə
dair
çoxlu
təkidlər
edilmişdir

Belə
ki

Peyğəmbər
(
s

buyurur:
“Elm


40 
Başqa sözlə desək, əvvəla cəmiyyət üzvləri dünyaya və 
insana real nəzərlə baxmalı, öz insani vəzifələrini bilməli 
və onlar şəxsi mənafelərinə uyğun olmasa belə, yerinə 
yetirməlidirlər. 
İkincisi, dini hökumət cəmiyyətdə islamın həqiqi nəzm 
və inzibatını elə bir şəkildə qoruyub saxlamalı və icraya 
qoymalıdırdır ki, insanlar Allahdan başqa heç bir məbuda 
sitayiş etməsinlər, eləcə də fərdi və ictimai ədalətdən
kamil azadlıqdan bəhrələnsinlər. Bu iki məsələ Allah 
tərəfindən paklaşdırılan və günahdan uzaq olan bir şəxsin 
əli ilə icra edilməlidir; əks halda, elmi məqamda və 
hakimiyyət kürsüsündə elə şəxslər oturacaqlar ki, öz 
üzərlərinə düşən vəzifələr qarşısında belə, fikri azğınlıq 
və xəyanətdən amanda deyillər; nəticədə islamın 
ümumbəşəri azadlıq, ədalətli vilayəti tədrici olaraq 
zülmkarlıq və istibdad əsasında olan səltənətə, padşahlığa 
çevriləcək; dinin pak və mütərəqqi maarifi sair dinlərin 
təlimləri kimi xudbin və yaltaq alimlər tərəfindən təhrif 
olunacaqdır. 
Peyğəmbərin (s) dəfələrlə buyurub təsdiq etdiyi 
kəlamlara əsasən, əməl və sözlərində doğruçu, tutduğu 
yol Allahın kitabı və Peyğəmbərin sünnəsi ilə uyğun olan 
şəxs yalnız Əli (ə) idi.
1
Əgər əksəriyyət təşkil edən dəstənin üzvləri Qüreyş 
tayfasının Əlinin haqq xilafəti ilə müxalif olduğunu 
desəydilər, onda onların haqqa məcbur edilməsi, boyun 
öyrənmək
hər
bir
müsəlmana
vacibdir
.

(
“Biharul
-
ənvar”
, 1-
ci
cild

səh-
172) 
1 “Əl-bidayətu vən-nihayə”, 7-ci cild, səh-360 


41 
qaçıranları və inadkarları yerində oturtmaq lazım gələrdi. 
Necə ki, onlar zəkat verməkdən imtina edən şəxslərlə 
vuruşub onların etirazlarına fikir vermədilər; aydındır ki, 
onlar istəsəydilər belə bir təqdirdə də Qüreyş tayfasının 
müxalifətçiliklərinə etina etməz və qorxudan haqqı 
tapdalamazdılar. 
Bəli, şiələri seçki yolu ilə olan xilafətlə razılaşmaqdan 
çəkindirən məsələ onun xoşagəlməz nəticələrindən 
törənən qorxu, yəni islam hökumətinin düzgün olmayan 
üslubu və ali-dini təlimlərin məhv edilməsi idi. 
Hadisələrin inkişafı da bu əqidəni günbəgün aşkar edir
şiələr də öz əqidələrində daha da möhkəmlənirdilər. İlk 
əvvəldə saylarının çox az olduğuna görə əksəriyyətin 
içərisində görünməz olduqlarına baxmayaraq, onlar 
batində islam təlimlərini Əhli-beytdən əxz edir, öz 
yollarının həqiqətinə dəvət məsələsində israr edirdilər
eyni zamanda islam hökumətinin qüdrət, izzət, 
təhlükəsizlik və inkişafını qoruyub saxlamaq üçün aşkar 
şəkildə müxalifətçilik etmirdilər. Hətta onlar sünnülərlə 
çiyin-çiyinə cihada gedir, ümumi işlərdə qaynayıb-
qarışırdılar; Əli (ə) şəxsən özü zəruri hallarda islamın 
ümumi mənafeyinə uyğun olan işlərdə yaxından iştirak 
edir, əksəriyyət təşkil edənlərə lazımi məsləhətlər verir və 
köməklik göstərirdi.
1
1“Tarixi Yəqubi”, səh-111, 126, 129 


42 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin