İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə4/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   2   3   4   5   6   7   8   9   ...   93
İSLAMDA-ŞİƏLİK

MÜQƏDDİMƏ
 
“İslamda şiəlik” adlı bu kitab islamın iki böyük 
məzhəbindən biri olan şiəliyin həqiqi və real mahiyyətini, 
onun necə yaranıb inkişaf etməsini, təfəkkür tərzini və 
islam maarifi haqda olan baxışlarını bəyan edir. 
1. Din:
Şübhəsiz, hər bir şəxs öz fərdi həyatında təbii 
olaraq başqa insanlarla ünsiyyətdə olur, cəmiyyətin digər 
üzvləri ilə müəyyən işləri yerinə yetirir. Onlar zahirdə bir-
birlərindən ayrı olsalar da, yemək-içmək, yatıb-durmaq, 
danışmaq, eşitmək, oturmaq, yol getmək, qaynayıb-
qarışmaq və s. işlərdə sıx əlaqədədirlər; heç bir şəxsə icazə 
verilmir ki, hər bir yerdə ürəyi istədiyi işi azad şəkildə 
yerinə 
yetisin. 
Bütün 
cəmiyyətlərdə 
müəyyən 
qanunauyğunluqlar vardır və hamı onlara tabe olmağa 
məcburdur. 
Deməli, insanın öz həyat və məişətində gördüyü işlər 
labüd bir sistem çərçivəsində baş verir və bunlar 
həqiqətdə müəyyən bir nöqtədən qaynaqlanır. O da 
bundan ibarətdir ki, insan həmişə ideal bir həyata nail 
olmaq istəyir, öz arzu və məramlarına çatmağa çalışır. 
Başqa sözlə, öz vücudunu qoruyub saxlamaq üçün 
mümkün yollardan istifadə edir, ehtiyaclarını tam şəkildə 
təmin edib aradan qaldırmaq istəyir. 
Buna görə də insan daimi olaraq, əməl və rəftarlarını 
ürəyi istədiyi tərzdə, yaxud başqalarından qəbul etdiyi 
qayda-qanunlarla uyğunlaşdırmağa çalışır, məqsədə 
çatmaq üçün həyatda müəyyən yollar axtarır, lazım olan 
vəsait və avadanlıqları əldə etmək üçün işləyir. O, həyat 
vasaitlərinin əldə olunmasını bu qayda-qanunların biri 


28 
hesab edir; maddi nemətlərdən faydalanmaq, aclıq və 
susuzluğunu aradan qaldırmaq üçün yemək yeyir, su içir, 
çünki yemək və içməyi öz həyatının davamı üçün lazım 
və zəruri hesab edir və s. 
İnsan həyatına hakim olan qayda-qanunlar əsaslı bir 
etiqad üzərində qurulmuşdur ki, insan öz həyatında ona 
arxalanır. O da elə bir təsəvvürdür ki, insan, o xəyalı 
özünün də bir üzvü olduğu varlıq aləmindən yaratmışdır; 
bu, məhz onun həqiqətində yürütdüyü bir mühakimədir. 
Bu məsələ insanların dünyanın həqiqəti barədə olan 
müxtəlif fikirlərinə diqqət yetirməklə aydın olur. Varlıq 
aləmini, o cümlədən insanı tam mənada maddi bir varlıq 
hesab edən şəxslərin həyatdakı mövqeyi müvəqqəti və 
ötəri ləzzətlərini təmin etməkdən, bütün səy və 
bacarıqlarını öz maddi ehtiyaclarını ödəməyə, nəfsani 
istəklərini doyurmağa sərf etməkdən ibarətdir. 
Bütpərəstlər
kimi
təbiət
aləmini

ondan
yüksəkdə
olan
allahın
yaratdığı
hesab
edənlər

yəni

allahın
dünyanı

xüsusilə
insanı
yaradan

onun
yaxşılıq

ehsanlarından
lazımi
şəkildə
istifadə
etmələri
üçün
onları
müxtəlif
nemətlərdən
bəhrələndirən
bir q
ü
vv
ə
olmasına
inananlar
həyat
proqramlarını
ilahi
razılığı
q
azanmaq

onun
qəzəbinə
səbəb
olan
işlər
görməmək
əsasında
tənzim
etmişlər

Onlar deyirlər ki, allahı razı sala bilsək öz nemətlərini 
bizim üçün artıracaq, əksinə, onu qəzəbləndirməklə 
mövcud nemətlərdən də məhrum olacağıq. 
Məcusilər, yəhudilər, xristianlar və müsəlmanlar kimi 
allaha imandan əlavə, əbədi bir həyatın olmasına 
inananlar, onu öz yaxşı və pis əməllərinin məhsulu hesab 


29 
edərək qiyamət gününü isbat edənlər həyatda elə bir yol 
seçmək istəyirlər ki, onda bu etiqad prinsipinə riayət 
olunmaqla həm dünya, həm də axirət xoşbəxtliyinə nail 
olsunlar. 
Bu etiqadlar məcmuəsi və ona münasib olan qayda-
qanunlar din, dində yaranan ayrı-ayrı şöbələr isə məzhəb 
adlandırılır. İslamda mövcud olan sünnü və şiə, eləcə də 
xristianlıqda yaranmış məzhəbləri buna misal göstərmək 
olar. 
Qeyd olunanlara əsasən, insan həmişə müəyyən bir 
dinə ehtiyac hiss edir; deməli, din insanların öz hədəf və 
məqsədlərinə çatması üçün seçdikləri bir həyat yolu və 
onun ayrılmaz bir hissəsidir. 
Qurani-Kərimdə buyurulur ki, insanlar üçün hökmən 
bir din olmalıdır; bu, Allah-taalanın bəşəriyyət üçün təyin 
etdiyi bir yoldur ki, insan yalnız onu ötüb keçməklə öz 
Rəbbinə qovuşa bilər. Lakin bu yolu haqq dini qəbul edən 
şəxslər həqiqi mənada başa vura bilərlər; onu qəbul 
etməyənlər isə yollarını azmış və zəlalətə düçar olmuş 
şəxslərdir.
1
2. İslam: 
İslam kəlməsi lüğətdə “təslim olmaq”, “boyun əymək” 
mənasınadır. Qurani-Kərimdə insanların dəvət olunduğu 
haqq din ona görə islam adlandırılmışdır ki, onun bütün 
1“...Allah zalımlara lənət eləsin! 
O kəslərə ki, insanları Allah yolundan döndərər, onu (Allah 
yolunu) əyri hala salmaq (əymək) istəyir və axirəti də inkar 
edərlər.” (“Əraf” surəsi, ayə 44-45) 


30 
proqramları insanın Allaha təslim olmasından ibarətdir;
1
insan bu təslim olma nəticəsində yalnız yeganə Allaha 
sitayiş etməli, Onun əmr və fərmanlarından başqa heç bir 
şeyə 
itaətkarlıq 
göstərməməlidir. 
Qurani-Kərimdə 
buyurulur ki, bu dini islam və onun ardıcıllarını 
müsəlman adlan-dıran ilk şəxs həzrət İbrahim (ə) 
olmuşdur.
2
3. Şiə: 
Lüğətdə 
“ardıcıl” 
mənasında 
olan 
şiə 
sözü 
Peyğəmbərin (s) canişininliyinin yalnız o həzrətin ailəsinə 
1
“Hansı
din
bir
şəxsin
özünü
Allahın
hökmünə
təslim
edib
yaxşı
əməl
sahibi
olmasından

İbrahimin
pak

mötədil
dininə
tabe
olmasından
yaxşı
ola
bilər
?!

(
“Nisa”
surəsi

ayə-
125) 
“Kitab
əhlinə
de:
Gəlin
bir
müştərək
sözdə
bir
-
birimizlə
həmkarlıq
edək:
“Allahdan
başqasına
ibadət
etməyək

Onun
üçün
heç
nəyi
şərik
qoşmayaq

bizlərdən
bəzimiz
bəzi
digərini
özünə
rəbb
qərar
verməsin
.

Əgər
bu
sözdən
üz
çevirsələr

de:
şahid
olun
ki

mən
Haqqa
təsliməm
.

(
“Ali
-
imran”
surəsi

ayə-
64) 
“Ey
iman
əhli

Hamılıqla
təslim
məqamına
daxil
olun
!

(
“Bəqərə”
surəsi

ayə-
208) 
2“(İbrahim və İsmail dedilər:) Pərvərdigara! Bizi Öz 
fərmanına təslim et və bizim övladlarımızdan da müsəlman 
ümmət qərar ver!” (“Bəqərə” surəsi, ayə-128) 
“Bu, sizin atanız İbrahimin dinidir, sizi müsəlman (təslim 
olan) adlandıran məhz odur.” 


31 
məxsus olmasına etiqad bəsləyən və islam maarifində 
Əhli-beyt ardıcılları olan şəxslərə deyilir.
1
BİRİNCİ
BÖLMƏ

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin