İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə3/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   2   3   4   5   6   7   8   9   ...   93
İSLAMDA-ŞİƏLİK

ƏLLAMƏ
 
TƏBATƏBAİNİN
 
ƏSƏRLƏRİ
 
Ustad Əllamə Təbatəbainin bir çox qiymətli əsərləri 
vardır. O cümlədən aşağıdakıları qeyd etmək olar: 
1.“Təfsirul-mizan”; (20 cild) 
2.“Fəlsəfə üsulları və realizm metodu”; (5 cild) 
3.Sədruddin Şirazinin “Əsfar” kitabına haşiyə; (5 cild) 
4.“Professor Korbenla mübahisələr”; (2 cild) 
5.“İslam hökuməti” risaləsi;
6.“Haşiyeyi-Kifayə”; 
7.“Qüvvə və fel” risaləsi; 
8.“İsbati-zat” risaləsi; 
9.“Risalə dər sifat”; 
10.“Risalə dər əfal”; 
11.“Risalə dər vəsait”; 
12.“Əl-insanu qəbləd-din”; 
13.“Əl-insanu fid-din”; 
14.“Əl-insanu bədəd-din”; 
15.“Risaleyi dər nübüvvət”; 
16.“Risalə dər vilayət”; 
17.“Risalə dər müştəqqat”; 
18.“Risalə dər bürhan”; 
19.“Risalə dər müğalitə”; 
20.“Risalə dər təhlil”; 
21.“Risalə dər tərkib”; 
22.“Risalə dər etibarat”; 
23.“Risalə dər nübüvvət və məqamat”; 
24.“Mənzumə dər rəsmi xətte nəstəliq”; 
25.“Əli vəl-fəlsəfətul-ilahiyyə”;
26.“Quran dər islam”; 


25 
27.“Şiə dər islam”. 
Ustad bunlardan əlavə bir çox risalə və məqalələr də 
yazmışdır. “Məktəbi təşəyyö”, “Dərshayi əz məktəbi 
islam”, “Rəhnomai kitab” və s. jurnallarda çap edilmiş 
müxtəlif həcimli yazıları buna misal göstərmək olar. 
Ustadın ən mühüm əsəri müasir dövrdə ən böyük və 
nəfis təfsirlərdən sayılan iyirmi cilddə yazdığı “Əl-mizan” 
kitabıdır. Bu əsər indiyə qədər dəfələrlə çap olunmuşdur. 
Qədim dövrlərdə yazılan təfsirlərin əksəriyyəti müasir 
tələblərə cavab vermədiyindən, ustad belə bir əsər 
yazaraq islam dünyasına misilsiz xidmət göstərmiş, onu 
hal-hazırkı və gələcək nəsillər üçün yadigar qoyub 
getmişdir. Əllamə Təbatəbai həmin təfsirdə aşkar 
hədislərə əsaslanan yeni metoddan – bir ayənin sair ayələr 
vasitəsilə təfsir olunmasından istifadə etmişdir.
Əziz oxucular, qarşınızda olan bu kitab ilk dəfə olaraq 
gənc nəsl, eləcə də qərbdə yaşayan iranşünas, şərqşünas 
və islamşünaslar üçün yazılmışdır. Buna görə də Əllamə 
Təbatəbainin haqqında bəzi məsələləri qeyd etməyi, əsrin 
elm və hikmət korifeyini təqdim etməyi lazım bilirəm. 
Əlbəttə, qələmimiz belə bir vəsfolunmaz şəxsiyyətin 
təqdim olunmasında yetərli deyildir və dillə onun 
mənəvi-ruhani məqamını, fəzilət və kamal dərəcələrini 
izhar etmək olmaz. Bu səhifələr uzun illər tanınmaz bir 
şəxsiyyət kimi islam cəmiyyətinə böyük xidmətlər 
göstərən bir insan haqda dərya müqabilində bir damlaya 
bənzəyir. Ustadın özü həqiqət məqamına çatdığından, 
daim şölələnməkdə olan bir məşəl kimi öz ətrafında 
olanların, şagirdlərinin və onun əsərlərini oxuyanların 


26 
yolunu işıqlandırmış, onların fikir və mənəvi həyatına 
ruh, istiqamət və məna vermişdir. 


27 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin