Maraqların psixoloji inkişafı



Yüklə 24,15 Kb.
tarix27.10.2022
ölçüsü24,15 Kb.
#66590
Maraqlar


Maraqların psixoloji inkişafı

Maraqlar insanın idrak təlabatlarının emosional təzahürləridir. Onalrın təmin olunması biliklərdəki çatışmamazlıqları aradan qaldırmağa, onları anlamağa, onlarla tanış olmağa kömək edir. Maraqlar subyektiv olaraq – insanın özü üçün – idrak prosesinin kəsb etdiyi müsbət, emosional tonda, onun haqqında daha çox bilmək, onu başa düşmək arzusunda təzahür edir. Başqa sözlə desək, maraq şəxsiyyətin, gerçək həyatının müəyyən bir sahəsinə, müəyyən bir fəaliyyətə, bu və ya digər biliyi əldə etməyə az və ya çox yönəlməsində ifadə olunan fərdi psixi xüsusiyyətdir. Şəxsiyyətin istiqaməti onun maraqlarında ifadə olunur.


Maraq bizdə müəyyən hisslər doğuran cisim və hadisəyə daha artıq və gərgin diqqət yetirilməsini təmin. Maraq hər hansı bir obyekti daha dərindən və dəqiq dərketmə meylindən doğur. Maraqların fizioloji əsasını bələdləşmə* - tədqiqat refleksləri təşkil edir. Gerşək aləmdə baş verən hər bir yeni, gözlənilməz dəyişiklik zamanı bələdləşmə refleksi baş verir və qıcıqlandırıcının daha tam və aydın inikasını təmin edir. Ətraf mühitdə ən kiçik bir dəyişiklik, yenilik baş verdiyi zaman insanda müvafiq reseptor aparatı bu dəyişikliyi törədən qıcığa doğru yönəlir. Maraqlar idrakın daimi təhrikedici mexanizmi kimi meydana çıxır.
İntellektual emosiyalardan biri olan marağın insanın təkamülündəki rolu böyükdür. İnsan başqa insanlarla, ondan digər canlılardan, əşya və situаsiyalardan daha maraqlı gördüyü səbəbindən münasibət qurur və bu münasibəti qoruyub saxlayır. K.İzard marağın anadangəlmə emosiya olmasını qeyd etməklə yanaşı onun inkişafında sosializasiyanın rolundan, insan şəxsiyyətinin formalaşmasında marağın kəsb etdiyi əhəmiyyətdən danışır.
Maraq hər bir şeyə istiqamətlənə bilər, lakin insanlığa daha çox fayda vеrən intellektual, estetik və başqa yaradıcı fəaliyyət növləridir.

Fəaliyyət proseslərində maraqların rolu müstəsna dərəcədə böyükdür. Maraqlar şəxsiyyəti onda əmələ gəlmiş bilmək və başa düşmək cəhdini təmin etdiyi üçün fəal surətdə yollar və vasitələr axtarmağa məcbur edir. Sabit əhəmiyyətə malik obyektə marağın təmin olması adətən, marağın sönməsi ilə nəticələnmir, əksinə onu daxilən yenidən qurmaq, zanginləşdirmək və dərinləşdirmək yolu ilə idrak fəaliyyətinin daha yüksək səviyyəsinə cavab verən yeni maraqların əmələ gəlməsinə səbəb olur. Öz şəhərinin keçmişi haqqında dərnəkdə məruzə etməklə tarixlə maraqlanan məktəblinin məruzənin məzmununu təşkil edən müəyyən faktlar qrupuna marağı tükənmir, lakin həmin maraq daha da dərinləşir, o, diyarşünaslıq problemlərinin tabe yer tutduğu daha geniş məsələlər dairəsini əhatə etməyə başlayır. Beləliklə, maraqlar – idrakın daimi təhrikedici mexanizmi kimi meydana çıxır. Maraqlar şəxsiyyətin fəaliyyətinin motivləşməsinin mühüm, lakin yeganə olmayan cəhətidir.


Maraq - fərdin xüsusi cəhd göstərmədən öz istəyi ilə, zövq alaraq bir işə yönəlməsidir. Marağı bir insanın özü və çevrəsi tərəfindən təsdiq olunan davranışları kimi də qəbul etmək olar. Yəni maraq daxili və xarici təsirlə formalaşır. Bir işə sevgi ilə müəyyən müddət bağlanma da maraqdır. Kitab, futbol, musiqi və s. də bu maraqlara daxildir. Maraqlar bir çox səbəbdən asılı olaraq fərddən fərdə dəyişir. Şəxsin içində olduğu dairə, cinsiyyət, yaş, zəka, fiziki imkanlar, başqa bir çox qabiliyyətlər, sosial mühit, ailə mühiti və mədəni faktorlar və s. bu səbəblərə daxildir. İnsanın maraq dairəsi müntəzəm olaraq dəyişir. Ən çox dəyişkənlik yeniyetməlik illərində olur. Yeniyetməlik dövründə gəncin vücudu və yaşı ilə birlikdə qərarları da dəyişir. Bu gün bəyəndiyi bir müğənnini üç gündən sonra bəyənmir. Yeniyetməlik yetkinliyin astanası oloduğu üçün zehni yönlü də inkişaf edir. Vəzifə və məsuliyyət daşımaq istəyi artır. Məktəblərin birində aparılan bir araşdırma zamanı ibtidai siniflərin 95%-nin məktəbə oynamaq üçün gəldiyi halda, yuxarı sinif şagirdlərinin 93%-i yaxşı bir universitetə daxil olmaq məqsədilə məktəbə gəldiyi müəyyən edilmişdir. Maraq-məqsədlər müxtəlif zamanlarda fərqli ola bilər. Qızların maraqları oğlanlara nisbətən hər yaşda daha fərqli olur. Səbəbi odur ki, qızlar bioloji cəhətdən oğlanlardan fərqlənməklə yanaşı, ruhi-psixoloji cəhətdən onlardan daha tez yetkinləşirlər. Qızların maraq dairəsinin formalaşmasında mədəni faktorlarla birgə milli-mənəvi, ictimai dəyərlərin də böyük rolu vardır. Həmçinin maraq valideynlərin nümunəvi davranışları ilə də yaxından bağlıdır. Qız anasını nümunə götürərək ev işləri ilə maraqlanır. Oğlanlar isə atalarının tərəfdar olduğu futbol komandasına azarkeşlik edirlər. Ailənin iqtisadi vəziyyəti, ata-ananın hədəfləri gənclərin marağına təsir edə bilir. Bir musiqiçi ailəsində yetişən yetiyetmənin maraqlarında təbii ki, musiqinin çəkisi ağır gələr. Aparılan araşdırmalar nəticəsində aşağıdakı maraq növləri öyrənilmişdir. Maraq növlərini üç başlıq altında analiz etmək olar:
1. Şəxsi maraqlar: Gəncin seçim və vərdişlərini əhatə edir. Saçın, üzün, bədənin xarici görünüşü, geyim, danışma, əylənməilə bağlıdır. Yeniyetməliyin ilk dövrlərində geyimə olan maraq sonsuzdur. Tez-tez paltar almaq istəyirlər. Fərqli görünmək, başqalarının diqqətini cəlb etmək istəyirlər. Bu baxımdan valideynlə qarşıdurmalar ən çox geyimlə bağlı olur.
2. Sərbəst vaxt marağı: Yeniyetmənin boş vaxtlarında görmək istədiyi işlərlə bağlı olur. Kitab oxuma, musiqi dinləmə, idmanla məşğul olma və s. Ancaq bu maraqlar zaman görə dəyişə bilər. Orta məktəbdə idmana, musiqiyə olan maraq universitet illərində kitaba yönəlir. Yeniyetməliyin ilk illərində gənclərdə şeir yazma, mahni oxuma, xatirə dəftəri tutmağa maraq yaranır. Bu maraqlar cinsə görə fərqlənə bilər.
3. Sənət maraqları: Gənclər yeniyetməliyin ilk dövrlərində məslək mövzusunda qərarsız olurlar. Fikirlərini tez-tez dəyişirlər. Ancaq əl qabiliyyətləri, bacarıqları istiqamətində fikirləri dəqiqləşə bilir. Yeniyetməliyin sonrakı mərhələlərində seçəcəkləri peşə ilə bağlı fikirlərin əsası qoyula, bir sistem halina gələ bilir. Bu məslədə daha çox xəyala dalır, macəraçı olurlar.
Fikri aydınlaşdırmaq üçün aşağıdakı hekayəni misal olaraq göstərmək olar:
Bir gənc qiymətli daşlara sonsuz maraq göstərirmiş və nəhayət zinət əşyaları ustası-zərgər olmaq qərarına gəlir.”Bu peşəni seçirəmsə,yaxşı sənətkar olmalıyam”— deyə öz-özünə düşünür və ölkədə ən yaxşı daş-qaş ustasını axtarmağa başlayır. Axırda tapır, bir müddət gözlədikdən sonra qəbul olunur. Usta: ”Səni dinləyirəm “ — deyincə, gənc bu sahədəki düşüncələrini həyacanla danışmağa başlayır. Usta cavanı sonuna qədər səbirlə dinləyir və sonda ona bir daş uzadaraq: ”Bu bir zümrüd daşıdır. Bunu al ovcuna və bərk-bərk saxla. Bir il açmadan gözlə. Bir ildən sonra gələrsən” — deyərək gənci heyrət içində yola salır. Oğlan o vəziyyətdə evə dönür, çaşqınlığını valideynlərinə bildirir, ustaya əsəbiləşir, deyinir, amma, ovcunu açmır. ”Ölkənin ən məşhur daş-qaş ustası olasan, belə axmaq iş görəsən. Bu mənasızlığa bir il necə dözəcəyəm? Belə bir əziyyətlə necə yaşamaq olar? Bu necə ustalıqdır? Ustalıq eqoistliyini bu başdan eləməsə idi”- deyə söylənir, kimə rast gəlsə ustadan şikayət eliyir, amma, ovcunu açmırdı. Gecə yatarkən “əli açılar,daş ovcudan düşər” qorxusu ilə yarıxulu yatır. Günlər keçdikcə bütün işləri bir əli ilə görməyi öyrənir. Nəhayət,əzablı günlər başa çartır. İlin tamamında ustanın yanına gələrək: ”Bir il keçdi, bu da sənin daşın”- deyib ovcunu uzadarkən usta: ”indi sənə başqa bir daş verəcəyəm, onu da eyni şəkildə bir il ovcunda saxlayacaqsan!” — deyir. Cavan çığırıb-bağırır, ustanı yamanlayır. Öyrətmək üçün bu qədər əzab verməyin axmaqlıq olduğunu deyir. Usta da ona məhəl qoymadan daşı oğlanın ovcuna qoyur. O, ovcundaki daşı hiss edib onu sıxır və həyəcanla : “Bu daş zümrüd daşı deyil” — deyir. Deməli öyrənmək üçün zaman, səbr, ustaları dinləmək və izləmək lazımdır. Dünya sürətləndikcə zaman qısala bilər, amma öyrənməyin əsası dəyişməz.”

Maraqlar məzmununa, məqsədinə, genişliyinə və davamlılığına görə təsnif olunur və aşağıdakı növlərə ayrılır:


1.Məzmununa görə maraqların fərqi idrak təlabatlarının obyektlərini və müəyən fəaliyyət məqsədləri üçün, geniş mənada isə şəxsiyyətin mənsub olduğu cəmiyyət üçün onların real əhəmiyyətini aşkara çıxarır. Insanın əsasən nəyə maraq göstərməsi və onun idrak təlabatları obyektinin ictimai dəyərinin necə olması psixoloji cəhətdən mühümdür. Tamamilə aydındır ki, mənzil və ya yataqxana qonşusunun şəxsi həyatına maraqla, digər məşhur bir insanın həyat və fəaliyyətinə maraq müxtəlif ictimai dəyərlərə və müxtəlif məzmuna malikdir. Məktəbin ən mühüm vəzifələrindən biri yeniyetmə və gəncin fəal idrak fəaliyyətini stimullaşdıran və məktəbi bitirdikdən sonra da, hifz olunan ciddi və məzmunlu maraqların tərbiyəsindən ibarətdir.
2.Məqsəd əlamtinə görə fərq vasitəsiz və vasitəli maraqların olmasını aşkar edir. Vasitəsiz maraqlar əhəmiyyətli obyektin emosional cazibədarlığı ilə yaranır. Obyektin real əhəmiyyəti ilə onun şəxsiyyət üçün əhəmiyyəti uyğun gəldikdə, vasitəli maraqlar meydana çıxır. Əmək və tədris fəaliyyətində heç də hər şey vasitəsiz emosinoal, cazibəyə malik deyildir. Buna görə də əmək prosesinin şüurlu təşkilində aparıcı rol oynayan vasitəli maraqların formalaşması çox vacibdir.
3.Maraqlar özlərinin genişliyinə görə fərqlənir. Bəzi adamlarda onlar bir sahədə mərkəzləşsə də, başqalarında isə sabit əhəmiyyətə malik olan bir çox obyektlər arasında bölünə bilər. Maraqların dağınıqlığı çox vaxt şəxsiyyətin mənfi xüsusiyyəti kimi meydana çıxır, lakin maraqların genişliyini nöqsan kimi şərh etmək səhv olardı. Müşahidələrin göstərdiyi kimi, şəxsiyyətin ahəngdar inkişafı maraqların məhdudluğunu deyil, genişliyini tələb edir. Maraqların çox fokusluluğu şəxsiyyətin dəyərli xüsusiyyətidir. Məzmunlu maraqlar bir-biri ilə əlaqədar olmayan iki (bəzən isə hətta üç) fəaliyyət sahəsini əhatə edir (məsələn, elm kimi mikrobiologiyaya maraq kolleksiyaçılıq kimi numizmatikaya maraqla və “azarkeş” ehtirası kimi meydana çıxan xokkeyə və futbola maraqla uzlaşır). Maraqların belə çox fokuslu vəziyyəti əməkdə sərf olunmuş enerjinin bərpa edilməsindən ötrü ən yaxşı vasitə olan fəaliyyət növlərinin bir-birini əvəz etməsi üçün xüsusilə əlverişli olur. Maraqların dərinliyini onların genişliyi ilə uzlaşdıran adamlara aid misallar çoxdur. (Görkəmli sovet dövlət və ictimai xadimi, böyük nəzəriyyəçisi hüquqşunas N.K.Krilenko eyni zamanda ölkəmizin ən yüksək dağ zirvələrdən birini fəth etmiş diqqətə layiq alpinist idi. Sovet şahmat məktəbinin klassiki, dünyanın eks-çempinau Mixail Botvinnik texnika elmləri doktorudur. Beləliklə, maraqların darlığının və genişliyinin qiymətləndirilməsi nəticə etibarı ilə onların məzmunu ilə müəyyən olunur).
Yüklə 24,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin