İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə10/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   6   7   8   9   10   11   12   13   ...   93
İSLAMDA-ŞİƏLİK

XİLAFƏTİN
 
ƏLİ
 (
Ə
)-
A
 
ÇATMASI
 

 
ONUN
 
SEÇDİYİ
 
YOL
 
Əli (ə)-ın xilafəti hicri tarixi ilə 35-ci ilin axırlarında 
başlandı və təqribən 4 il beş ay davam etdi. Əli (ə) öz 
xilafəti dövründə Peyğəmbərin (s) siyrəsinə (üslub və 
davranışına) əməl edirdi.
1
Əvvəlki üç xəlifənin dövründə şəriətdə baş verən 
dəyişikliklərin əksəriyyəti islah olunaraq əvvəlki hala 
qaytarıldı və ümmətin idarə olunmasını öhdəsinə alan 
nalayiq valilər işdən kənarlaşdırıldı.
2
Həqiqətdə bunlar 
inqilabi bir hərəkat idi və təbiidir ki, bu prosesdə bir çox 
çətinliklər qarşıya çıxmalı idi. 
Əli (ə) xilafətə çatdığı ilk gündə camaata belə söyləyir: 
“Agah olun! Peyğəmbəri-Əkrəmin (s) besəti dövründə 
qarşılaşdığınız çətinliklər bu gün yenidən sizə tərəf 
qaytarılmış 
və 
yaxanızdan 
tutmuşdur. 
Hər 
şey 
dəyişdirilməlidir; geriyə çəkilmiş fəzilətli səhabələr üzə 
çıxmalı, nalayiq və yaramaz işlərə adət edənlər geri 
çəkilməlidir. (Haqq və batil; onların hər birinin sahibi 
vardır və hamı haqqa tabe olmalıdır). Batilin əksəriyyətə 

“Tarixi
Yəqubi”
, 2-
ci
cild

səh-
154. 

“Tarixi
Yəqubi”

2
-
ci
cild

səh-
155). 


51 
çevrilməsi təzə bir şey deyildir. Haqqın azlıqda olmasına 
gəldikdə isə, azlar da bəzən irəliləyir və onların da 
irəliləmək ümidi vardır. Əlbəttə, çox az hallarda insana 
arxa çevirən məsələ, yenidən ona üz gətirir.”
1
Əli (ə) başladığı inqilabi prosesi və islahat işlərini 
davam etdirirdi. Amma hər bir inqilabi hərəkatın 
təbiətinə uyğun olaraq, mənafeləri təhlükəyə düşən 
müxalif ünsürlər hər tərəfdən müxalifətçiliyə başlayıb 
“üçüncü xəlifənin intiqamını almaq” bəhanəsi ilə daxildə 
qanlı müharibələr törətdilər. Bu mübarizə və müharibələr 
təqribən Əli (ə)-ın xilafətinin əvvəlindən axırına qədər 
davam etdi. Şiələrin nəzərində bu daxili çarpışmaların əsil 
səbəbi şəxsi mənafelər və əldən getmiş mövqelərin 
yenidən qaytarılması marağı olub; üçüncü xəlifənin 
intiqamının alınması xalqı aldatmaqdan başqa bir şey 
deyildi, hətta bu barədə azacıq da olsa anlaşılmazlıq və 
şübhə yox idi.
2

“Nəhcül
-
bəlağə”
, 15-
ci
xütbə
2 Peyğəmbəri-əkrəmin (s) vəfatından sonra bir neçə nəfər Əli 
(ə)-a tabe olaraq Əbu Bəkrə beyət etməkdən imtina etdilər. 
Bunların başında tanınmış səhabə Salman, Əbuzər, Miqdad, 
Əmmar dayanırdı. Əli (ə)-ın xilafətinin əvvəllərində də çox az 
adam müxalifət ünvanı ilə beyətdən imtina etdilər. O cümlədən 
inadkar müxalif və qanun pozanlar olan Səid ibni As, Vəlid ibni 
Əqəbə, Mərvan ibni Həkəm, Əmr ibni As, Busr ibni Ərtat
Səmrət ibni Cündəb, Müğeyrət ibni Şöbə və s.-nin adını qeyd 
etmək olar. 
Bu iki dəstənin tarixinin araş-dırılması, onlardan baş verən 
əməllərə diqqət yetirilməsi, onların tarixində baş verilən 
hadisələr onların dini şəxsiyyətlərini və hədəflərini gözəl 


52 
“Cəməl” müharibəsi adlanan birinci qiyamın əsas amili 
ikinci xəlifənin dövründə beytül-malın müsəlmanlar 
arasında bölüşdürülməsi zamanı yaranan sinfi ixtilaflar 
idi. Əli (ə) xilafətə seçildikdən sonra beytül-malı camaatın 
şəkildə bəyan edir. Birinci dəstə Peyğəmbəri-Əkrəmin (s) xas 
səhabələrindən, zahid, ibadətçi, fədakar və islami azadlıq 
sevənlər olub Peyğəmbər (s) tərəfindən xüsusi hörmətə layiq 
görülürdü. Peyğəmbər (s) buyurmuşdur: “Allah mənə xəbər 
vermişdir ki, O, dörd nəfəri sevir, mənə də əmr etmişdir ki, 
onları sevəm. Onların adını soruşduqda üç dəfə “Əli” - deyə 
buyurdu və sonra Salman, Əbuzər və Miqdadın adını çəkdi.” 
“Sünəni ibni Macə”, 1-ci cild, səh-66. 
Ayişə deyir: “Rəsuli-Əkrəm (s) buyurdu: “Əmmara hər vaxt 
iki iş əmr olunsa hökmən haqq və daha yaxşı olanını 
seçəcəkdir.” “Sünəni ibni Macə”, 1-ci cild, səh-66. 
Peyğəmbər (s) buyurmuşdur: “Asiman və yer arasında 
Əbuzərdən doğru danışan bir şəxs yoxdur.” “Sünəni ibni 
Macə”, 1-ci cild, səh-68. 
Bu böyük səhabələrdən bütün ömürləri boyu şəriətə zidd və 
qanunsuz bir əməl görünməmişdi, onlar heç bir kəsin qanını 
nahaq yerə axıtmamış, bir kəsin namusuna toxunmamış, bir 
kəsin malını oğurlamamış, yaxud camaatı düz yoldan 
azdırmamışlar. 
Lakin
tarix ikinci
dəstənin
törətdikləri
faciəli
işlər

qanuna
zidd
hərəkətlərlə
doludur

onların
nahaq
yerə
axıtdıqları
qanlar

müsəlmanların
mallarını
zəbt
etmələri

rüsvayçı
əməlləri
saysız
-
hesabsızdır

heç
bir
üzürlü
bəhanə
ilə
onlara
bəraət
qazandırmaq
olmaz

Yalnız
(
sünnülərin
dedikləri
kimi
), 
bunu
demək
olar
ki

Allah
onlardan
razı
olsun

törətdikləri
hər
bir
cinayətdə
azad
idilər

kitab

sünnətdə
olan
islam
qayda
-
qanunları
istisnai olaraq onlara aid deyildi və 
yalnız
başqalarının
haqqında
yaradılmışdı
!! 


53 
arasında bərabər şəkildə böldü; Peyğəmbərin (s) üslubu 
da məhz bu idi. Əli (ə)-ın bu rəftarı Təlhə və Zübeyri çox 
qəzəbləndirdi. Onlar Əli (ə)-a qarşı çıxaraq, öz 
ətraflarında qüvvə toplamaq qərarına gəldilər. Kəbəni 
ziyarət etmək adı ilə Mədinədən Məkkəyə gedib o zaman 
orada olan Ümmül-möminin Ayişə ilə görüşdülər. (O, Əli 
(ə)-a qarşı yaxşı münasibət bəsləmirdi.) Onlar ümumi 
razılığa gəlib üçüncü xəlifənin intiqamını almaq (!) adı ilə 
qanlı “Cəməl” müharibəsini törətdilər.
1
Halbuki, Təlhə və 
Zübeyr üçüncü xəlifənin evi mühasirəyə alınıb qətlə 
yetirilən zaman Mədinədə olduqları halda onu müdafiə 
etməmişdilər;
2
hələ üstəlik bu hadisədən sonra Əli (ə)-a 
beyət edən ilk şəxslər idi.
3
Hətta Ayişənin özü də camaatı 
üçüncü xəlifənin qətlə yetirilməsinə təhrik edənlərdən biri 
idi.
4
O, xəlifənin qətlə yetirilməsi xəbərini eşidəndə 
sevincini gizlədə bilmədi və ölənin ardınca söyüş söyüb 
təhqiramiz sözlər işlətdi.
Xəlifənin qətlə yetirilməsinin əsas səbəbkarları 
ümumiyyətlə səhabələr özləri idi. Belə ki, onlar 
Mədinədən ətraf yerlərə məktublar yazaraq camaatı 
xəlifənin əleyhinə qiyama təhrik edirdilər. 
Bir il yarım davam edən “Siffeyn” adlı ikinci 
müharibənin də səbəbi Müaviyənin xilafətə göz dikməsi 
idi. O, bu müharibəyə üçüncü xəlifənin intiqamını almaq 
bəhanəsi ilə başladı və yüz mindən artıq insanın nahaq 
1 “Tarixi Yəqubi”, 2-ci cild; “Tarixi Əbil Fida”, səh-172 

“Tarixi
Yəqubi”
, 2-
ci
cild

“Tarixi
Yəqubi”
, 2-
ci
cild

səh-
154 

“Tarixi
Yəqubi”
, 2-
ci
cild

səh-
152 


54 
qanına bais oldu. Əlbəttə, Müaviyə bu müharibədə 
müdafiə mövqeyində deyil, hücumçu məqamında idi. 
Çünki, intiqamçılıq hissi ilə başlanan mübarizə heç vaxt 
müdafiə xarakteri daşıya bilməzdi. 
Bu müharibəyə “üçüncü xəlifənin intiqamı” da 
deyilirdi. Halbuki, üçüncü xəlifə bu hadisələr zamanı 
qiyamı yatırtmaq üçün Müaviyədən kömək istəmişdi. O 
da bir qoşunla Şamdan Mədinəyə tərəf hərəkət etmiş, 
lakin yolda bilərəkdən o qədər yubanmışdı ki, nəhayət 
məlum 
hadisə 
baş 
verib 
qurtarmışdı. 
Xəlifə 
öldürüldükdən 
sonra 
Şama 
qayıdaraq 
“xəlifənin 
intiqamı” adı altında qiyama başlamışdı. 
Əli (ə) şəhid olduqdan və xilafət qəsb edildikdən sonra 
artıq üçüncü xəlifənin intiqamı unuduldu və qatillər təqib 
edilmədi!! 
“Siffeyn” müharibəsindən sonra “Nəhrəvan” qiyamı 
baş verdi. Bu hadisələr zamanı aralarında bəzi səhabələr 
də olan mürtəce bir qrup Müaviyənin təhriki ilə Əli (ə)-a 
qarşı qiyam edib islam ölkələrində iğtişaş yaradırdılar; Əli 
(ə)-ın tərəfdarlarını hər yerdə tapıb öldürür, hətta hamilə 
qadınların qarnını cıraraq körpəni çıxarır və başını 
kəsirdilər.
1
Əli (ə) bu iğtişaşları da yatırtdı, lakin bir müddət sonra 
Kufə məscidində namaz üstündə xəvaric tərəfindən şəhid 
edildi. 
1 “Murucuz-zəhəb”, 2-ci cild, səh-415 


55 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin