İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə12/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   8   9   10   11   12   13   14   15   ...   93
İSLAMDA-ŞİƏLİK

XİLAFƏTİN
 
MÜAVİYƏNİN
 
ƏLİNƏ
 
KEÇMƏSİ
 

 
ONUN
 
PADŞAHLIQ VƏ 
VARİSLİK ÜSLUBUNA ÇEVRİLMƏSİ
 
Əmirəl-möminin Əli (ə)-ın şəhadətindən sonra o 
həzrətin vəsiyyəti və camaatın beyəti əsasında həzrət 
Həsən ibni Əli xilafəti öhdəsinə götürdü. Lakin 
Müaviyə sakit oturmayıb xilafət mərkəzi olan İraqa 
tərəf qoşun yeritdi və Həsən ibni Əli (ə) ilə müharibəyə 
başladı. 
O, məkirli və hiyləgər tədbirlər görməklə, eləcə də 
külli miqdarda rüşvət verməklə tədricən Həsən ibni 
Əlinin köməkçilərini və sərkərdələrini yoldan çıxartdı; 
nəhayət sülh ünvanı ilə Həsən ibni Əlini, xilafəti ona 
verməyə məcbur etdi. O həzrət də xilafəti ona bu şərtlə 
təhvil verdi ki, Müaviyənin ölümündən sonra 
hakimiyyət bir daha onun özünə qaytarılsın və şiələrə 
toxunulmasın.
1
Hicrətin 40-cı ilində Müaviyə islam xilafətini öz 
istilası altına keçirdi və dərhal İraqa gəlib camaata 
xəbərdarlıq edib dedi: “Mən sizinlə namaz və orucla 
əlaqədar müharibə etmirdim; mən istəyirdim ki, sizə 
hakim olum və indi də öz məqsədimə çatmışam.”
2
Daha sonra dedi: “Həsənlə bağladığım əhdi-
peymanı ləğv edərək onu tapdaladım!!”
3
1 “Tarixi Yəqubi”, 2-ci cild, səh-191 

“Şərhi
ibni
Əbil
Hədid”
, 4-

cild

səh-
160 

Həmin mənbə


59 
Müaviyə bu sözlə bildirmək istəyirdi ki, siyasəti 
dindən ayıracaq, dini qayda-qanunlarla əlaqədar heç 
bir 
zəmanət 
verməyəcək 
və 
varqüvvəsini 
öz 
hakimiyyətinin qorunmasına sərf edəcək. Əlbəttə, 
məlum olduğu kimi, belə bir hökumət xilafət və 
Peyğəmbər canişinliyi deyil, padşahlıq üslubu ilə idarə 
olunan qanunsuz hökumət idi. Məhz buna görə də 
onun hüzuruna gedən bəzi şəxslər ona padşahlara 
məxsus olan tərzdə təzim edib salam verirdilər.
1
Onun 
özü də xüsusi məclislərdə öz hökumətini padşahlıq 
adlandırır,
2
camaat arasında isə özünü xəlifə kimi 
tanıtdırırdı. 
Qeyd etmək lazımdır ki, onun padşahlığı zorakılıq 
əsasında qurulmuşdu və varislik yolu ilə onun 
övladına ötürülməli idi. Nəhayət o, öz niyyətini əməli 
olaraq həyata keçirdi və azacıq da olsa dini şəxsiyyəti 
olmayan tərbiyəsiz oğlu Yezidi özünə vəliəhd və 
canişin təyin etdi.
3
O da öz növbəsində tarixdə qeyd 
olunan çox böyük faciələr və rüsvayçı cinayətlər 
törətdi. 

“Tarixi
Yəqubi”
, 2-
ci
cild

səh-
193 

“Tarixi
Yəqubi”
, 2-
ci
cild

səh-
202 
3 Yezid əyyaş, şəhvətpərəst və daim şərab içən bir adam idi. 
İpək parçalardan toxunmuş paltarlar geyinir, daim it və 
meymunla oynayardı. Gecələr şərab və rəqs məclisləri təşkil 
edirdi. Onun meymununun adı “Əbu Qeys” idi. Ona da gözəl 
bir paltar geyindirərək şərab məclisinə gətirirdi. Bəzən də onu 
atına mindirib müsabiqəyə göndərirdi. “Tarixi Yəqubi”, 2-ci 
cild, səh-196. 


60 
Müaviyə yuxarıda qeyd olunan sözləri söyləməklə 
bildirmək istəyirdi ki, Həsən (ə)-ın ondan sonra xilafətə 
çatacağına yol verməyəcəkdir. Yəni, onun özündən 
sonra xilafət barədə başqa bir fikri vardır. Buna görə də 
Həsən ibni Əlini zəhərləyib şəhid etdi
1
və oğlu Yezidin 
xilafətə çatması üçün lazım olan şəraiti yaratdı.
Müaviyə imam Həsənlə bağladığı əhd-peymanı 
pozmaqla bildirmək istəyirdi ki, Əhli-beyt şiələrinin 
əmin-amanlıqda və asayişdə yaşayacağına, əvvəldə 
olduğu kimi dini fəaliyyətlərini davam etdirəcəyinə heç 
vaxt yol verməyəcəkdir. O bu işini də əməli olaraq 
həyata keçirmişdi. 
O, elan etmişdi ki, hər kəs Əhli-beytin fəziləti barədə 
bir hədis nəql etsə onun canı, malı və namusunun 
toxunulmazlığı heç bir vəchlə təmin olunmayacaq. 
Göstəriş vermişdi ki, hər kim sair səhabələrin və 
xəlifələrin fəziləti barədə hədis gətirsə mükafatlanacaq. 
Bu tədbirin həyata keçirilməsi nəticəsində səhabələrin 
fəziləti barədə saysız-hesabsız hədislər quraş-dırıldı.
2
Müaviyənin göstərişi ilə bütün islam ölkələrində 
mənbərlərdə Əli (ə)-ın adına nalayiq sözlər deyilirdi. 
(Bu yaramaz əməl əməvi xəlifəsi Ömər ibni Əbdül 
Əzizin xilafəti dövrünə qədər (99-101-ci illərə qədər) 
icra olunurdu.) O, öz məmurlarının köməyi ilə (onların 
bəziləri də Peyğəmbər (s) səhabələrindən idilər) Əli (ə)-
ın şiələrini öldürür, bəzilərinin başını kəsib nizəyə 
vuraraq şəhərbə-şəhər gəzdirirdi; şiələrin özlərini də 

“Murucuz
-
zəhəb”
, 3-

cild

səh-


“Ən-nəsayihul
-
kafiyə”

səh
72-73 


61 
Əli (ə)-a qarşı çıxmağa vadar edir, nalayiq sözlər 
demək məcburiyyətində qoyur, imtina edənlərin 
boynunu vurdururdu.
1

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin