Tikintide element smetası normasının işlənməsi ve onun tədbiqi



Yüklə 98.42 Kb.
tarix06.12.2019
ölçüsü98.42 Kb.


Tikintide element smetası normasının işlənməsi ve onun tədbiqi

Plan:


1. Tikintidə smeta-normativ bazanın təkmilləşdirilməsi istiqamətləri

2. Element smetasi normasinin mahiyyeti

3.Materialların qablaşdırılması və rekvizit xərçləri

4.Material və konstruksiyaların smeta dəyərinin kalkulyasiya yolu ilə təyin olunması

5. Nəticə

6.Ədəbiyyat

Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq tikintidə qiymətin əmələ gəlməsi sistemində və tikinti-investisiya layihələrinin dəyərinin qiymətləndirilməsində əsaslı surətdə dəyişiliklər baş vermişdir. Bu bir çox səbəblərlə və amillərlə əlaqədar olmuşdur ki, bunlara əsasən aşağdakılar daxil etmək olar:

-investisiya layihələrinin maliyyələşmə mənbələrində olan dəyişiklik, yəni üstünlük mərkəzləşmiş maliyyələşmədən, büdjədənkənar investisiyanın maliyyələşməsi prinsipinə keçilməsi;

-mülkmyyəi formalarında olan dəyişiklik, investisiya prosesi iştirakçılarının funksiyalarının dəyişməsi və tədrijən bazar iqtisadiyyatnın tələblərinə keçilməsi; -müqavilə qiyməti əsasında sifarişçi və podratçı arasında qarşılıqlı əlaqələrin və yeni formaların yaranması;

-tikinti obyektlərinin smeta dəyərinin investor smetası tərkibində və tender təklifləri əsasında layihə qabağı mərhələdə təyin olunması;

-tikinti-investisiya layihələrinin dəyərinin bütün həyat tsikli mərhələlərində qiymətləndirilməsi yəni, onun layihə qabağı mərhələsindən başlamış layihənin həyata keçməsinə qədər;

-tikinti quruşdırma işlərinin maya dəyərinin qiymətləndirilməsi üsullarında yeni formaların yaranması;

-tikintinin dəyərinin təyin olunması xüsusiyyəti dövlət, sahə, bələdiyyə və digər təyinatlı obyektlər üzrə işlərin yerinə yetirilməsinə görə hesablanmalar;

-investisiya layihələrinin növlərindən və onların maliyyələşmə mənbələrindən asılı olaraq üstəlik xərjlərin, smeta gəçlirinin və sair xərjlərin normalaşdırılması və s.

Müasir şəraitdə qiymətin əmələ gəlməsi sistemi və investisiya layihələrinin dəyərinin təyin olunması dövlət, sahə və yekun normativ-hüququ, metodiki və digər qüvvədə olan sənədlərə əsasən yerinə yetirilir (tənzim olunur). Qeyd etmək lazımdır ki, dövlət səviyyəsində tikintinin dəyərinin təyin olunması qaydası və ardıjıllığı TNvəQ11.01.95; SQ11.101.95 smeta normalarına əsasən yerinə yetirilir. Bunlar üçün normativ baza TN və Q-84 və TN və Q-91 hesab olunur. Qeyd etmək lazımdır ki, ərazi (zonalar) üzrə normativ sənədlərin işlənməsi və tikintinin dəyərinin elementləri üzrə normativlərin yaradılması məqsədəuyğun hesab olunur. Nəzərə almaq lazımdır ki, 1991-ji ildən və sonrakı illərin normativ bazasından istifadə etdikdə infilasiyanı nəzərə almaq şərtilə jari qiymətləri hesablayan zaman indekslərin tətbiqini nəzərə alaraq bazis – indeks üsulundan istifadə edilir. 1984 – jü il və sonrakı illəri smeta – normativ bazası limit smeta normasına (ESN) əsaslanıb. Bütün növ resursların tələbatını və dəyərini nəzərdə tutur ki, bu da smeta üzrə əmək sərfini, maşın tutumunu və material resurslarına olan tələbatı hesablamağla imkan verir və resursların jari qiymətlərindən istifadə etməklə düzünə xərjlərin resurs üsulu ilə təyin olunmasını təmin edir.

Müəyyən şəraitdən asılı olaraq, smeta sənədlərinin işlənilməsində bazis- indeks və ya resurs üsulları tətbiq olunur. Büdjədən maliyyələşən obyektlər üzrə əsasən bazis – indeks üsulundan istifadə edilir. Qeyri büdjədən maliyyələşən obyektlər üzrə çoxları tikintinin dəyərinin təyin olunmasında resurs üsuluna daha çox üstünlük verirlər. Bu halda resurs üsulunun əhəmiyyəti ondadır ki, müəyyən layihələrin yaradılması xariji kompaniyaların iştirakı ilə əlaqədar olur ki, bu da dəyər göstərişlərinin qiymətləndirilməsinin dəqiqliyini və etibarlığını artırır.

Müqavilə (kontrakt) bağlanıldıqdan sonra istifadə edilən 1991-ji il və sonrakı illərdəki smet-normativ bazası sifarişçi ilə podratçı arasında yerinə yetirilmiş işlərə görə hesablanmalar podratçı tərəfindən yerinə yetirilən işlərin plan maya dəyərinin (faktıkı) qiymətləndirilməsi üçün istifadə oluna bilməz. Bunun üçün real tikinti şəraitini nəzərə alaraq, məqsədə uyğun şəkildə istehsalat üzrə əmək sərfi normasından, maşın tutumu və material resurslarına olan tələbatdan istifadə etmək lazımdır. Bu halda, düzünə xərjin elementləri layihənin tikintidən və maliyyələşmə mənbələrindən asılı olaraq, jarı qiymətlər səviyyəsində ( milli pulla və ya xariji valyuta ilə ) hesablanır.

Bundan başqa, layihələrin tiplərindən və maliyyələşmə mənbələrindən asılı olaraq üstəlik xərjlərin, smeta gəlirin və sair xərjlərin müxtəlif hesablama mexanizmindən istifadə edilir. Büdjədən maliyyələşən layihələr üçün bu xərjlər uyğun olaraq dövlət, region və sahə üzrə normativ sənədlərlə normalaşdırılır. Büdjədən maliyyələşməyən layihələr üçün bu xərjlər konkret şəraitdən, investorların tələblərindən və layihələrin sifarişçilərindən asılı olaraq müəyyən edilir. Müasir şəraitdə investisiya layihələrinin dəyərinin qiymətləndirilməsi, təkjə layihə-smeta sənədlərinin tərkibində yox, həmçinin layihə qabağı mərhələdə yeinə yetirilməlidir. Layihənin mürəkkəbliyindən və onun realizasiyası şərtlərindən asılı olaraq, dəyərin qiymətləndirilmiəsi, investisiyanın əsaslandırılması tərkibində iriləşdirilmiş məmulatlar, tikintinin texniki-iqtisadi əsaslandırılması, işçi layihələrə və ya işçi sənədlərinə əsaəsn yerinə yetirilə bilər.

Belə hesabatların aparılması element üçün smeta normativ baza və iriləşdirilmiş iş növləri üçün normativ tələbatın işlənilməsi və onların oxşar obyektlər üzrə jari qiymətlərlə qiymətləndirilməsidir. Bina tikənlər, sifarişçilər və investor layihələri üçün elə smeta normativ bazası lazımdır ki, o invsetisiyanın əsaslandırılmasının formalaşması keyfiyyətini, biznes-planları, investor smetaları, yerinə yetirilmiş işlərə görə qarşılıqlı hesablaşma üzrə sənədləri və s. təmin etmiş olsun. Podratçıya smeta layihələri və istehsal normativ bazası ona görə lazımdır ki, podrat torqlarda (sövdələşmələrdə), kontraktların bağlanmasının əsaslandırılmasında yerinə yetirilmiş işlərə görə hesablaşma, podrat işlərinin maya dəyərinin qiymətləndirilməsi, obyektin tikintisinin gedişatının planlaşdırılması və monitorinqin keçirilməsində iştirak etmək və s.

Oxşar obyekt üzrə iriləşdirilmiş iş növləri və jari element dəyəri haqqında geniş məlumat bazasının yaradılması imkan verir ki, onları maqnit daşıyıjı disklərə köçürmək mümkün olsun ki, bu da invesimsmya prosesinin, bütün mərhələlərində tikintinin dəyərini qiymətləndirmək üçün istifadə olunur.

Obyektlərin dəyərinin qiymətləndirilməsi üçün metodikalar və tətbiqi (xüsusi) kompütor proqramları tətbiq olunur ki, bu da investor smetalarının formalaşmasına, torqlarda iştirak edən podratçıların müsabiqə təklifndə podrat işləri dəyərinin təyin olunmasına, müqavilə qiymətinin daha real surətdə formalaşmasına, yerinə yetirilmiş işlərə görə qarşılıqlı hesablaşmanın aparılmasına, plan üzrə dəyər göstərijiləri faktiki göstərijilərdən kənarlaşmalarının tənzim olunmasına, podrat işlərin plan və faktiki maya dəyərinin maya dəyərinin təhlilinə, mövjud məlumatlar bazası daxil olmaqla zəruri resursların dəyəri üzrə monitorinqin keçirilməsinə imkan yaradır.

Müqavilə qiyməti protokol əsasında təyin edilir, müəssisə istehsalçıların rəhbərləri onu təsdiq etdiyi momentdən qüvvəyə minir və tərəflər müqavilənin şərtlərinə əməl etməlidirlər. Material və konstruksiyaların daşınması prosesində onların qorunub saxlanılması, zaylıq hallarının aradan qaldırılması və keyfiyyətli surətdə tikinti meydançasına çatdırmaq məqsədi ilə bəzi materiallar qablaşdırılmalıdır. Bundan başqa, inşaat konstruksiyalarını daşıdıqda, müxtəlif qəza hallarının (hadisələrinin) aradan qaldırılması və konstruksiyaları zədəsiz halda tikinti yerinə çatdırmaq məqsədi ilə müəyyən əlavə tədbirlər nəzərdə tutulur ki, bu tədbirlərlə əlaqədar çəkilən xərjlər «rekvizit» xərjlər adlanır.



Materialların qablaşdırılması və rekvizit xərjləri materialların növlərinə uyğun smeta normasında aşağıdakı şəklində verilmişdir.



Bundan başqa materialların daşınması zamanı qabların çəkisi də nəzərə alınmalıdır. Nəqliyyat işində əsasən yükün «brutto» çəkisi nəzərdə tutulur. Smeta normasında həmçinin materialların «Netto» çəkisindən «brutto» çəkisinə keçmək üçün xüsusi keçid əmsalları nəzərdə tutulmuşdur. Bəzi hallarda qablaşdırma və rekvizit xərjləri buraxılış qiymətində nəzərdə tutulmazsa, bu smeta qiymətində nəzərə alınmalıdır. Qeyd edildiyi kimi, materialların smeta qiymətində təjhizat və satış təşkilatlarının əlavə xərjlərində əks etdirilir. Bu əlavə xərjlər iki növə ayrılır:

- tranzit əlavə xərjləri (birbaşa əlavə xərjlər); -

ambar üzrə əlavə xərjləri. Birbaşa əlavə tranzit xərjlər materialların sənaye buraxılış qiymətinin 0,5%-ni, ambar üzrə əlavə xərjləri isə 2-5%-ni təşkil edir. Hazırda materialların çatdırılmasında müxtəlif vasitəçilər və təşkilatlar iştirak etdiyinə görə qeyd edilən normativlər dəyişə bilər. Son vaxtlar material resusrlarının tələbatçıya çatdırılmasında və satılmasında bir çox aralıq təşkilatçılar, vasitəçilər, əmtəə-bircaları yaranmışdır. Təçhizat və satış təşkilatlarının smeta qiymətini tərtib etdikdə, əlavə qiyməti material-texniki resursları alan və onu satan təşkilatla razılaşma yolu ilə həyata keçirilir.

Tikinti materialları və konstruksiyalarının smeta dəyərinin quruluşunda ən çox xüsusi çəkiyə malik olan, materialların daşınması xərjləridir. Smeta qiymətlərində nəqliyyat xərjinin miqdarı daşınan materiallarda istifadə edilən nəqliyyatın növünü, yüklərin daşınması və şəraiti həmçinin, buraxılış qiymətdə franko-nəzərdə tutulan növü nəzərə almaqla təyin edilir. Bununla əlaqədar olaraq, smeta normasında materialların daşınması xərjləri göstərilmişdir (yükləmə, boşaltma və tarif qiyməti).

Materialların və kontsruksiyaların smeta dəyərində nəzərdə tutulan xərjlərdən biri də hazırlıq-ambar xərjləridir. Bu xərjlər bilavasitə tikinti meydançasında materialların saxlanılması üçün tələb olunan ambarların istismar xərjlərini və materialların qorunması ilə əlaqədar olan xərjləri özündə əks etdirir.

Materialların saxlanılması, qorunması, tikintiyə verilməsi üçün hazırlanması, obyektyanı ambardan buraxılması və s. üzrə ambar-hazırlıq xərjlərinin normativi (Nn) müəyyən olunmuşdur. Bu normativ materialların obyektyanı qiymətindən aşağıdakı miqdarda götürülə bilər:

- tikinti və santexnika materialları üçün – 2%;

- metal konstruksiyalar üçün – 0,75%; - avadanlıqlar üçün – 1,2%

Bu normativlərə əsasən ambar hazırlıq xərjlərinin məbləği belə hesablanır.

Ax=Mq·Nn/100

Mq-uyğun materialların obyektyanı qiyməti (man);

Nn-hazırlıq-ambar xərjlərin normativi (%);

Ambar-hazırlıq xərjlərinin quruluşunu təxmini olaraq aşağıdakı kimi göstərmək olar (%):

- hazırlıq appartın saxlanılması - 25

- material ambarlarının saxlanılması – 35

- materialların korlanması və itkisi – 40

cəmi 100


Yuxarıda qeyd edildiyi kimi, material və kosntruksiyaların smeta dəyəri hazırda ən çox kalkulyasiya yolu ilə təyin edilir. Bununla əlaqədar olaraq material ehtiyatlarının cari qiymətləri və bir çox xüsusi hallarda kalkulyasiya yolu (metodu) ilə təyin olunur. Bunun üçün xüsusi kalkulyasiya jədvəli tərtib olunur, həmin jədvəldə materialların konkret adları, obyektyanı ambara aşınması xərjləri, ambar-hazırlıq xərjləri, qablaşdırma və rekvizit xərjləri; təjhizat və satış təşkilatlarının əlavə qiymətləri daxil olmaqla bütün xərj elementləri öz əksini tapmışdır. Material və konstruksiyaların smeta dəyərinin kalkulyasiya yolu ilə təyin olunması aşağıdakı şəklində tərtib edilir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, material, konstruksiya və məmulatların smeta dəyəri (xərjləri) ümumi halda aşağıdakı kimi təyin edilir.

Mx=Mb+Nx+Qx+Tx+Ax

Mb – materialların buraxılış qiyməti;

Nx – nəqliyyat xərjləri (yükləmə, boşaltma və tarif qiyməti);

Qx – materialların qablaşdırılması və rekvizit xərjləri;

Tx – kommersiya və təjhizat təşkilatlarının əlavə xərjləri;

Ax – hazırlıq-ambar xərjləri.

Qeyd edildiyi kimi, material ehtiyatlarına olan tələbat haqqında məlumat, ümumi halda aşağıdakı istiqamətlər üzə müəyyənləşdirilir: Bazis və jari qiymət səviyyələrində.

Materialların dəyərinin düzgün təyin olunması, normativ tələbatın hərtərfli əsaslaşdırılmasınıdan asılıdır:

Material resurslarına olan normativ tələbat aşağıdakı kimi təyin oluna bilər:

- lokal resurs siyahısında onların cəmlənməsi və ayrılması əsasında və ya lokal resurs smeta hesablamalarında layihə materiallarının nəticəsinə əsasən material və konsturksiyalar üçün resurs göstərijilərinə görə:

- layihə materiallarının məlumatları üzrə, materialların tələbatı siyahısı və materialların yekun siyahsı əsasında; Beləliklə, material resrslarının dəyəri aşağıdakı kimi təyin edilir:

- bazis qiyməti səviyyəsində - material, konstruksiya və məlumatları üçün smeta qiyməti məjmuələri (TN və Q 4.04.91) və qüvvədə olan region (zonalar) üzrə qiymətlər məjmuələrinə (kataloqlarına) əsasən;

- cari qiymət səviyyəsində – material, kontsruksiya və məmulatların faktiki qyiməti ilə müəyyən olunur, burada nəqliyyat və hazırlıq-ambar xərjləri, kredit üzrə faizin ödənilməsi, təşkilatların əlavə satış qiyməti, komisiyon ödəmələri, əmtəə bircaları xidməti üçün ödəmələr və broker xidməti daxil olmaqla, gömrük ödəmələri nəzərə alınmaqla.

Konkret tikinti üzrə material resurslarını jari qiymətinin təyin olunması podrat təşkilatın ilkin məlumatları əsasında və tikinti qaydalarını (TQ 81-01-94-də) nəzərə almaqla yerinə yetirilir.

İdxal məhsulların dəyəri (avadanlıq, material, kontsruksiya və məlumatlar) təşkilatların müəssisələrin öz xüsusi valyutası vəsaiti hesabına qüvvədə olan qanunverijiliyi nəzərə almaqla təyin edilir.

Alınan məhsullar üçün təşkilatlar, müəssisələr və firmalar sərbəst (bazar) qiymətlərini özləri müəyyən edirlər. Sərbəst (bazar) qiyməti aşağıdakıları əhatə edir:

- xariji tijarət (kontrakt) qiyməti (gömrük dəyəri), özündə respudlikanın sərhədinə qədər daşınan məhsulların xariji valyuta ilə xərjləri, faktiki kursu nəzərə almaqla yüklərin daşınılması barədə gömrük deklarasiyasını tərtib olunmasını (doldurulmasını) nəzərdə tutur;

- Respublikanın qanunverijiliyinə əsasən, gömrük ödəmələri, gömrük sənədlərinin tərtibatına (doldurulmasına) üçün yığımlar, digər gömrük ödəmələri.

- alınma xərjlərərinə daxil edilən nəqletmə və realizasiya, nəqliyyat xərji daxil olmaqla, sığorta ödəmələri, bank sudaları üzrə kredit faizi, yükləmə- boşaltma işlərinin dəyəri, saxlama xərjləri, vasitəçilərini mükafatı, realizasiya üzrə sair xərjlər;

- Əlavə dəyər vergisi (ƏDV), qüvvədə olan qanunverijiliyə əsasən müəyyən edilir. Material, konstruksiya və məmulatların jari smeta qiymətinin kalkulsasiyası, xərj elementləri üzrə tərtib olunur. Bu halda nəqliyyat xərjində ağır çəkili yüklərin daşınması xüsusiyyəti də nəzərdə tutulur.



Nəticə :

Biz bu serbes isde müasir şəraitdə qiymətin əmələ gəlməsi sistemi və investisiya layihələrinin dəyərinin təyin olunması dövlət, sahə və yekun normativ-hüququ, metodiki və digər qüvvədə olan sənədlərə əsasən yerinə yetirildiyi hakda melumatlandiq. Qeyd etmək lazımdır ki, dövlət səviyyəsində tikintinin dəyərinin təyin olunması qaydası və ardıjıllığı TNvəQ11.01.95; SQ11.101.95 smeta normalarına əsasən yerinə yetirilir. Biz tikinti materiallarına çəkilən xərçlərə material, konstruksiya, məmulatların satınalma dəyəri, tikinti-quraşdırma işlərində sərf olunan hissələrin və materialların nəqliyyat tədarük xərçlərinin daxil oldugunu oyrendik . Tikinti material və konstruksiyaların smeta dəyərinin quruluşunun aşağıdakı xərclərdən ibarətdir oldugunu oyrendik (%-lə).

1. Tikinti materialları üçün sənaye buraxılış qiyməti- 73

2. Təçhizat və satış təşkilatlarının qiyməti – 1

3. Qablaşdırma və rekvizit xərçləri – 4

4. Materialların daşınması xərçləri – 21

5.Hazırlıq-ambar xərçləri – 2

cəmi: 100.

Materialların qablaşdırılması və rekvizit xərcləri materialların növlərinə uyğun smeta normasında şəklində aydin verilmisdir . Material və konstruksiyaların smeta dəyərinin kalkulyasiya yolu ilə təyin olunması şəklində tərtib edilmisdir .

Ədəbiyyat :

1. Eyniye T.T, “Tikintidə smeta işi” Bakı 2003,



2. Fokin M.A «Smetnaə stoimostğ v stroitelğstve» M 1989.

3. Eyniyev T.T, Qeybullayev Q.R, Məmmədov M.A “Tikintinin iqqtisadiyyatı və idarə edilməsi” Bakı 2001

Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə