İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə15/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   11   12   13   14   15   16   17   18   ...   93
İSLAMDA-ŞİƏLİK

ŞİƏLƏR
 - 
İKİNCİ
 
HİCRİ
 
ƏSRİNDƏ
 
İkinci hicri əsrinin axırıncı üçdə birində Bəni-
üməyyənin 
zülmləri 
nəticəsində 
yaranan 
qanlı 

“Biharul
-
ənvar”
, 12-
ci
cild.

“Tarixi
Yəqubi”
, 3-

cild

səh-
84. 


67 
müharibələrin ardınca islam ölkələrinin hər bir yerində 
qiyamlar baş verirdi; məhz bu illərdə “Peyğəmbər Əhli-
beyti” adı ilə İranın Xorasan nahiyəsində bir hərəkat 
başlandı. Bu hərəkatın başçısı İran sərkərdəsi Əbu 
Müslüm Mərvəzi idi. O, mövcud hakimiyyət əleyhinə 
qiyam edərək əməvi dövlətini devirmək üçün inqilabi iş 
aparırdı.
1
Bu inqilabi hərəkat şiələrin dərin təbliğatlarından 
qaynaqlandığına, Əhli-beyt şəhidlərinin intiqamını almaq 
adı ilə baş verdiyinə, hətta Əhli-beytdən olan layiqli və 
bəyənilmiş bir şəxsiyyət üçün camaatdan gizli şəkildə 
beyət alındığına baxmayaraq, birbaşa şiə rəhbərlərinin 
göstərişi ilə olmamışdır. Çünki, Əbu Müslüm xilafəti 
Mədinədə imamiyyə şiələrinin altıncı imamına təqdim 
edəndə, o həzrət bunu ciddi şəkildə rədd edib buyurdu: 
“Sən bizim adamlardan deyilsən, dövran da mənim 
dövranım deyildir.”
2
Nəhayət, Abbasilər sülaləsi Əhli-beyt adından istifadə 
edərək xilafəti ələ keçirdilər.
3
Əvvəlcə bir neçə gün 
camaatla və ələvilərlə xoş rəftar etdilər, hətta ələvi 
şəhidlərinin intiqamını almaq adı ilə Bəni-üməyyə 
tayfasını kütləvi şəkildə qırdılar, onların xəlifələrinin 
qəbirlərini açaraq tapdıqları hər bir şeyi yandırdılar.
4
Amma çox keçmədi ki, Bəni-üməyyənin üslublarını 

“Tarixi
Yəqubi”
, 3-

cild

səh-
79 

“Tarixi
Yəqubi”
, 3-

cild

səh-
86 

“Tarixi
Yəqubi”
, 3-

cild

səh-
86 

“Tarixi
Yəqubi”
, 3-

cild

səh
-91-96 


68 
özlərinə örnək kimi götürərək zülm və azğınlıq etməkdə 
heç nəyi əsirgəmədilər. 
Dörd sünnü məzhəbindən biri olan hənəfi məzhəbinin 
rəisi Əbu Hənifə Mənsurun zindanına göndərildi. Ona 
çoxlu işgəncələr verildi. Sünnülərin digər bir məzhəb rəisi 
Əhməd ibni Hənbələ şallaq vuruldu.
1
İmamiyyə şiələrinin 
altıncı imamı da çoxlu əzab-əziyyətlərə və ağır işgəncələrə 
məruz qaldıqdan sonra zəhərləndirilib şəhid edildi.
2
Abbasilər ələviləri dəstə-dəstə öldürür, diri-diri dəfn edir 
və ya divarların arasına qoyub hörürdülər. 
Abbasi xəlifəsi olan Harunun dövründə islam xilafəti 
öz qüdrətinin zirvə nöqtəsinə çatmışdı. Bəzi vaxtlar xəlifə 
günəşə xitab edərək deyirdi: “Hər yerə saçırsan saç, heç 
vaxt mənim ölkəmdən kənara çıxa bilməzsən!”
3
Onun 
orduları şərqə və qərbə doğru irəlilədiyi halda, guya onun 
xəlifə qəsrinin bir neçə addımlığında yerləşən Bağdad 
körpüsündə icazəsiz təyin olunmuş məmurdan xəbəri 
yoxmuş; o, yoldan keçənlərdən yol haqqı alırdı, hətta bir 
gün xəlifənin özü də oradan keçmək istəyəndə qabağını 
kəsərək ondan da vergi tələb etmişdi. 
Bir müğənni eyş-işrət barədə iki beyt şer oxuyaraq
Abbasi xəlifəsi Əminin ehtiraslarını coşdurdu. Əmin ona 
üç milyon dirhəm gümüş pul bağışladı! Müğənni 
sevincindən özünü xəlifənin ayaqları altına atıb dedi: “Ey 
möminlərin əmiri! Bu qədər pulu mənə bağışlayırsanmı?” 
Xəlifə cavabında dedi: “Bu elə də yüksək bir məbləğ 

“Tarixi
Yəqubi”
, 3-

cild

səh-
198 
2 “Biharul-ənvar”, 12-ci cild, imam Sadiqin əhvalat-ları 
3 Bu onun ölkəsinin ərazisinin böyüklüyünə bir işarədir. 


69 
deyildir! Biz bu pulları ölkənin ucqar nahiyələ-rinin 
birindən alırıq!!”
İslam ölkələrinin hər bir yerindən müsəlmanların 
beytul-malı adı ilə xilafət sarayına sel kimi axıb gələn külli 
miqdarda mal-dövlət xəlifənin nəfsani istəklərinə və 
haqqın 
tapdalanmasına 
sərf 
olunurdu. 
Abbasi 
xəlifələrinin sarayında minlərlə gözəl kənizlər, oğlan və 
qızlar var idi!! 
Əməvi dövləti süquta uğradıqdan və Abbasilər sülaləsi 
hakimiyyətə gəldikdən sonra da şiələrin vəziyyətində 
dəyişiklik baş vermədi; onların qəddar düşmənləri sadəcə 
olaraq öz adlarını dəyişmişdilər. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin