Həkimlər üçün Vərəm üzrə Təkmilləşdirmə Kursu



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix25.01.2017
ölçüsü4,8 Mb.
#6397
1   2   3   4   5   6   7   8   9   10   11
Bölmə 4
 Xüsusi Situasiyalar  
5. MDR-Vərəmin müalicə müddəti ən azı nə qədər olmalıdır?
6.  Birinci  sıra  Vərəmə  qarşı  hansı  dərman  (lar)  hamilə  qadınlarda  istifadə 
olunmamalıdır?
a.  Rifampisin
b.  Izoniazid
c.  Pirazinamid
d.  Streptomisin
e.  Etambutol
7. Bu tapşırıqda aşağıdakı xəstəlik halları ilə tanış olun və onlarla əlaqəli suallara 
cavab verin. 
Xəstəlik halı 1 (Vərəm/İİV)
23 yaşlı qadında ağ ciyər Vərəmi diaqnozu qoyulub və İİV-ə qarşı müayinələr 
müsbətdir.  Siz  CD4  hüceyrə  sayının  müayinəsinə  göstəriş  verirsiniz  və 
xəstədə CD4 hüceyrə sayının 200 və 350 hüceyrə/mm
3
  olması tapılır.
1.  Yuxardakı  məlumata  əsasən  ARV-əsaslı  müalicəni  siz  nə  vaxt 
başlamalısınız?
2.  Bu vəziyyətdə digər hansı müalicələrin təyinatı faydalı ola bilər?
Xəstəlik halı 2 (hamiləlik/Vərəm)
19  yaşlı  qadına  hamiləliyin  21-ci  həftəsində  öskürək,  hərarət  və  bədən 
çəkisinin azalması ilə müşahidə olunan əlamətlərdən sonra ağ ciyər Vərəmi 
diaqnozu qoyulub.
Növbəti müvafiq addım hansıdır?
a.  hamiləlikdən yarımçıq qurtarmaq 
b.  Vərəmə qarşı müalicəni 4 peroral birinci sıra dərmanlar ilə başlamaq 
c.  Vərəm əleyhinə müalicəni doğuşdan sonra başlamaq 
d.  Müalicəyə başlamazdan qabaq əkmə və dərmanlara qarşı rezistentlik 
testlərinin nəticələrini gözləmək 

Xəstəlik halı 3 (Uşaqda Vərəm)
4 yaşlı oğlanda hərarət, öskürək və zəiflik müşahidə olunur. Döş qəfəsinin 
rentgen şəkli ağ ciyərin sağ tərəfli pnevmoniya əlamətlərini göstərir. TDT 
8 mm-dir.  Uşağın anası 5 həftə bundan əvvəl standart Vərəmə qarşı tera-
piyaya başlamışdır. Onun DHT nəticələrində pan-həssaslı Vərəm miko-
bakteriya tapılıb. 
Ən yaxşı cavabı seçin:
a.  pnevmoniyaya  qarşı  ən  geniş  spektri  olan  antibiotiklərin  qəbuluna 
başlamaq
b. bəlğəm əkməsinin nəticələrini əldə edənə qədər heç bir müalicə apar-
mamaq
c.  Vərəmə  qarşı  müalicəni  birinci  sıra  Vərəm  əleyhinə  dərman 
preparatlarının qəbulu ilə başlamaq 
d. müayinə üçün xəstəxanaya müraciət etmək 
Xəstəlik halı 4 (MDR)
28 yaşlı kişidə öskürək, hərarət və bədən çəkisinin azalması kimi əlamətlər 
müşahidə olunur. Döş qəfəsinin rentgen şəkli sağ ağ ciyərin yuxarısında 
kaverna  və  fibroz  əlamətləri  ilə  müşahidə  olunan  kölgələnmə  göstərir. 
Bəlğəm yaxmasının mikroskopiya və TDT-nin nəticələri müsbətdir. O, 
bundan 4 il əvvəl Vərəmə qarşı 2 ay ərzində özü sərbəst şəkildə müalicə 
qəbul edib və nəzarət altında olmayıb. 
1.  Potensial  dərmana  qarşı  rezistent  Vərəmin  olmasına  işarə  edən 
amillər hansıdır?
2.  Siz xəstəni hansı müayinəyə göndərməlisiniz?
3.  Dərmanların hansı kombinasiyası nəzarə alınmalıdır? 

Bölmə 4
 Xüsusi Situasiyalar  
cavablar
1:
Rifampisin
2:
ən azı izoniazid və rifampisin, iki ən güclü Vərəmə qarşı dərmanlar 
3:
a,b və d
4:
f
5:
ÜST əkmə konversiyasından sonra ən azı 18 ay ərzində terapiyanın davamını tövsiyyə edir.
6:
d
7:
XƏSTƏLİK HALI 1
1. 8 həftədən sonra 
2. Ko-trimoksazol preventiv terapiyası (CPT)
XƏSTƏLİK HALI 2:
b
XƏSTƏLİK HALI 3: 
c
XƏSTƏLİK HALI 4: 
1. əvvəlki müalicə, özü sərbəst şəkildə nəzarətsiz olaraq qəbul olunan müalicə, müalicəyə 
riayətin olmaması 
2. DHT
3. Birinci sıra vasitələrdən mümkün olan hər hansı birini + bir inyeksion preparatı + bir 
florxinolon + 2 və ya daha artıq 4-cü qrup dərmanlardan istifadə edin və mütəxəssis ilə 
məsləhətləşin  

Bölmə 1
 Vərəmin Etiologiyası və Patogenezi  
Xəstə-Həkim Ünsiyyəti
Bölmə  5

5

Bölmə 5  
Xəstə-Həkim Ünsiyyəti   
Xəstə-Həkim Ünsiyyəti
X
əstə-həkim ünsiyyəti kliniki təcrübənin vacib bir hissəsidir. 
Həkimin  Vərəmli  xəstəyə  məlumatı  necə  çatdırması  həmin  məlumatın 
özü qədər vacibdir. 
Bu bölmə VQBS üzrə 9 – cu Standartı yerinə yetirmək üçün lazım 
olan  bacarıqları  əhatə  edir.  Vərəmli  xəstələrlə  məşqul  olan  bütün 
həkimlər  tövsiyyə  edilən    müdaxilələrin  tam  çeşidini  və  xəstə  ilə  kon-
sultasiya və maarifləndirmə işləri də daxil olmaqla, mümkün olan dəstək 
xidmətlərini təmin etməlidirlər. Bu maarifləndirmə işlərinin aparılması və 
eləcədə həkimə müraciət zamanı xəstəyə məlumatın daha effektli şəkildə 
çatdırılması yolları aşağıda müzakirə olunacaq.  
Bölmə  5

Öyrənmə Məqsədləri
Bu bölmədə iştırakçılar öyrənəcəklər:
Vərəmli xəstələri məlumatlandırmaq üçün faydalı olan bilikləri
Xəstənin  həkimə  ilk  müraciətində  Vərəm  haqqında  xəstənin  biliklərini 
necə qiymətləndirilməsini
Məlumatın çatdırılması üçün sadə dildən necə istifadə etməli  
Xəstənin xəstəlik barədə bilgilərini təyin etmək üçün sualları necə verməli 
bölmə  5
Xəstə-Həkim Ünsiyyəti

Bölmə 5  
Xəstə-Həkim Ünsiyyəti   
1.  Xəstə-Həkim Ünsiyyətinin yaxşı olmasının vacibliyi 
Həkim tərəfindən verilən məlumatı başa düşən xəstələr öz səhhətləri ilə bağlı 
problemləri  daha  yaxşı  qəbul  edirlər,  həkim  tərəfindən  təyin  edilən  müalicənin 
əhəmiyyətini anlayırlar, bunun əsasında müalicəyə riayət edərək dərmanların qəbul 
cədvəllərinə əməl edirlər. Vərəmli xəstənin uğursuz müalicəsinin əsas səbəblərindən 
biri səhiyyə işçisi tərəfindən göstərilən münasibətdir. Hətta bu xəstəlik halı olmasa 
belə, xəstənin hissləri xəstə-səhiyyə işçisi əlaqəsi prosesində çox vacib rol oynayır. 
Uğursuz  müalicə  nəticələri  olan  xəstələr  çox  vaxt  kobud,  səbirsiz  və  ya  xəstəyə 
qulluq  göstərmək  əvəzinə  özünü  çox  məşqul  kimi  göstərən  səhiyyə  işçisi  barədə 
məlumat verirlər.  
Əksər yerlərdə Vərəm barədə hələ də çox stiqmalar var və ciddi şəkildə xəstə 
olmaqla bərabər xəstələr həmçinin aşağıdakı hallardan çox qorxurlar: 
Öz ailəsinin və cəmiyyətinin reaksiyasından 
Bu xəstəlik nəticəsində ölməkdən 
Maddi gəlirin və ya iş yerinin itirilməsindən 
Həkimlər bu cür qorxu hissləri və həyacan keçirən xəstələr və onların ailələri 
ilə xəstəlik diaqnozu qoyulan andan başlayaraq bütün müalicə prosess ərzində, xəstə 
sağalana kimi aydın və dəstəkli şəkildə əlaqə saxlamalıdırlar.  
Vərəmli xəstə ilə onun xəstəliyi və mümkün olan müalicə yolları haqqında həkim 
üçün daha effektli münasibətə yardımçı olacaq bir neçə mərhələ aşağıda qeyd olunub :  
1.1. Xəstənin biliklərinin qiymətləndirilməsi
 
(Suallar verib, qulaq asmaq)
Məlumat verməzdən əvvəl, xəstədən Vərəm haqqında nə bildiyini öyrənin. 
Çox vaxt xəstəyə digər səhiyyə işciləri tərəfindən artıq bu xəstəlik barədə məlumat 
verililmiş olur və Sizin verdiyiniz məlumatlar xəstə üçün yeni və fərqli ola bilər, bu 
isə xəstənin anlayışına təsir edə bilər və xəstəni çaşdıra bilər.  Məsələn, DOT işçisi 
müalicəni uğurlu tamamlamaq üçün dərmanların müvafiq dozalarına ehtiyac olduğu 
barədə  xəstəyə  məlumat  verməlidir,  halbuki  tibb  bacısı  sağalıb-sağalmamanın 
ən  yaxşı  qiymətlərndirilməsi  üçün  bəlğəm  nümunələrinin  müayinəsinin  lazım 
olduğunu  xəstəyə  deməlidir.  Bəzən  də  ola  bilər  ki,  xəstə  Sizin  yanınıza  Vərəmin 
necə yayılması və ya müalicə nə qədər müddət ərzində aparılır kimi Vərəmə dair 
əvvəlcədən özündə inanaraq müəyyənləşdirdiyi idealarla (ola bilər ki, qeyri-etibarlı 
mənbələrdən) gələ bilər.  Bu səbəbdən də əvvəlcədən xəstədə Vərəm barəsində artıq 
mövcud olan anlayışın (və ya yanlış anlayışın) müəyyən edilməsi zəruridir.   

Xəstənin Vərəm barədə nələri bildiyini öyrənmək üçün xəstəyə sual verib, 
onun  cavab  verməsinə  imkan  yaradın.  İmkan  dairəsində  ətraflı  cavab  tələb 
edən  suallar  verin.  Sadəcə  “bəli”  və  ya  “xeyir”  cavablarının  verildiyi  suallarla 
kifayətlənməyin. Əgər Siz “Nə…, Niyə…, Necə… və Nə vaxt…” sözləri ilə başlayan 
suallar versəniz, Siz adətən daha ətraflı məlumat əldə edə bilərsiniz. Bu növ su-
allara xəstə fikirləşib cavab verməli olur. Lakin arabir birbaşa “bəli” və ya “xey-
ir” cavabları tələb edən sualları vermək lazım gələ bilər. Xəstənin hər cavabını 
diqqətlə dinləyin. Əgər xəstə cavab verməkdə ləngiyirsə, cavabı özünüz verərək, 
“sükutu aradan qaldırmağa” cəhd etməyin. Xəstəyə düşünmək üçün vaxt verin. 
1.2. Sadə danışıq dilindən istifadə edin
Çatdırmalı olduğunuz məlumatı asta-asta və diqqətlə, sadə danışıq dilindən 
istifadə etməklə anladın bu zaman həmin yeni məlumatı dərk etmək üçün xəstəyə 
vaxt da verin. Yavaş-yavaş, müvafiq fasilə ilə aparılan danışıq zamanı xəstənin öz 
suallarını verməsinə də imkan yaradır və sonra Siz onları əlavə lazımlı məlumatın 
verilməsi üçün istifadə edə bilərsiniz. Fasilə ilə olan dialoq hər iki tərəfin daha 
dərin anlayışına gətirib çıxarır. 

Bölmə 5  
Xəstə-Həkim Ünsiyyəti   
Aydın  danışaraq,  xəstə  başa  düşən  sözlərdən  istifadə  edin.  Məsələn, 
xəstələrin əksəriyyəti aşağıdakı cümləni başa düşməyəcəklər:
“Sizdə bəlğəm yaxması musbət olan ağ ciyər Vərəmi var. Vərəm irsi 
xəstəlik deyil, lakin hava ilə ötürülür.”
Sadə sözlərdən istifadə etmək daha yaxşıdır, məsələn aşağıdakı kimi :
“Siz  öskürərkən    ifraz  etdiyiniz  bəlğəmdə  müayinələr  zamanı   
vərəm  çöpləri  tapılıb,  yəni  sizin  ağ  ciyərlərinizdə  Vərəm  var.  Vərəm 
anadangəlmə  xəstəlik  deyil.  Bu  xəstəlik  insandan  insana  mikrob 
vasitəsilə keçir. Yoluxan insan öskürəndə və ya asqıranda, mikroblar ha-
vaya keçir. Digər insan nəfəsalmaqla bu mikrobları udub, yoluxa bilər.”
1.3. Qeyri-verbal əlaqə 
Mimikanız və üzünüzdə göstərdiyiniz hər hansı bir ifadə xəstənin anlaması 
üçün çox vacibdir və bunlar təzcrübə zamanı müsbət və ya mənfi təsirlər göstərə 
bilər.  Müayinə  otağına  bir  neçə  dəqiqə  gecikən  və  tələsə-tələsə  girən,  qeydləri 
tələm-tələsik götürən və xəstə hələ danışarkən dönüb gedən həkim həmişə səbirsiz 
və xəstəylə az maraqlanan şəxs təəssüratını yaradır. Bir neçə dəfə belə vəziyyətlərlə 
rastlaşan  xəstələr  bu  qeyri-verbal  davranışı  onların  gəlişlərinin  vacib  olmaması 
kimi qəbul edə bilərlər, hətta siz onlara bunun əksini dediyiniz halda belə. Qeyri-
verbal hərəkətlərlə ifadə olunan bu sözsüz mesajlara qarşı diqqətli olun, eləcədə, 
xəstənin göstərdiyi bu eyhamları anlayın.    
1.4. Ruhlandırıcı suallar 
Əmin  olun  ki,  xəstə  sizin  yanınızda  özünü  çox  rahat  hiss  edir  və  onu 
maraqlandıran sualları verməkdən utanmır. Göstərişlər və ya izahatları verdikdən 
sonra, fasilə verin, soruşun “Hər hansı bir sualınız varmı? Mən bilirəm ki, bir dəfə 
üçün bu məlumat çoxdur”.
Xəstələr utancaq ola bilərlər və ya savadsız insan təsiri bağışlamaqdan ehti-
yatlanarlar. Onlar əsəbi ola bilərlər və tibb müəssisəsini tələsərək tez tərk etmək 
istəyərlər. Sual vermək onlardan bir cəsarət tələb edə bilər. Xəstəni sual verməyə 
təhrik edin və diqqətlə qulaq asıb, düşünüb, cavab verin. Məsələn, deyin:

“Mən şadam ki, Siz bu sualı verdiniz....”
“Yaxşı sualdır....”
1.5. Yoxlama suallarının verilməsi
Yoxlama sualları 
şəxsin nə öyrənməsini bilmək üçün lazım olan suallardır. 
Beləliklə,  Siz  lazım  gələrsə  daha  ətraflı  məlumat  verə  bilərsiniz  və  ya  öz 
göstərişlərinizi aydınlaşdıra bilərsiniz. Xəstəni məlumatla təmin etdikdən son-
ra, 
xəstənin tam olaraq bütün bunları anladığı öyrənmək  üçün yoxlama suallarını 
verin. Görüşün sonunda da, xəstənin növbəti addımın nədən ibarət  olmasını 
başa  düşdüyünə  əmin  olmaq  üçün  yoxlama  sualları  vermək  lazımdır.  “Başa 
düşürsünüz?”  sualını  verməyin  Bu  suala  xəstədən  umumilikdə  “Bəli”  cavabını 
eşidəcəksiniz  və  bundan  başqa  siz  xəstənin  reallıqda  nəyi  bilib-bilməməsini 
öyrənməmiş olacaqsınız.  Məsələn, Vərəmin yayılmasının qarşısını necə alınması 
(öskürəndə  ağızını  dəsmalla 
örtmək  və  s.)    haqqında 
məlumatı  verəndən  sonra, 
xəstənin  başa  düşməsini 
yoxlamaq  məqsədilə,  Siz 
soruşmalısınız:
“Vərəm mikroblarının 
yayılmasının qarşısını 
almaq üçün Siz nə 
etməlisiniz?”

Bölmə 5  
Xəstə-Həkim Ünsiyyəti   
Bu bölmədə Siz öyrəndiniz ki...
Sualların verilməsi, düzgün sözlərin seçilməsi, məlumatın dərinliyi, danışıq 
tərzi, mimika və üz ifadəsi kimi sadə qərarlar xəstə və həkim arasında üzbə-
üz olan ünsiyyətin keyfiyyətinə əhəmiyyətli təsir göstərə bilər.  
Həkimlə görüşlər zamanı Vərəmə şübhəli və ya Vərəmli xəstəyə 
uyğunlaşdırıla və öyrənilə bilən çox geniş şüurlu seçimlər var
Xəstə - həkim ünsiyyətinin güclənməsinə yuxarıda qeyd olunan 
əməkdaşlığın əsas prinsiplərinin təkmilləşməsi yardımcı ola bilər 
Sizin əməkdaşlıq bacarıqlarınızın təkmilləşməsi vaxt və  təcrübə tələb edə 
bilər, lakin bu bacarıqların mövcudluğu xəstənin müalicəsində optimal 
nəticələrə malik olmaq üçün çox vacibdir  
Bölmə  5

Biliklərinizin qiymətləndirilməsi üçün Suallar və Çalışmalar:
Xəstə-Həkim Ünsiyyəti
1.  Aşağıda  verilən  situasiyalarda  istifadə  oluna  bilən  strategiyaları  müəyyən 
edin. Siz nə deməli və ya etməli olduğunuz barədə qısa məlumat verin.
A) MDR-Vərəm müalicəsinin 4 –cü ayında ailə üzvü deyir ki, JK evdə qala bilmir, 
çünki qorxur ki, uşaqlar onun kimi MDR-Vərəmə yoluxa bilər. JK yoldaşı MDR-
vərəmdən öləndən sonra, ailə üzvü özüdə qorxur.
 
B) Xəstə müalicənin 1 gününü buraxıb və bu haqqda məlumatı növbəti gün verib.
2.  Aşağıda  verilən  ifadəni  xəstənin  daha  yaxşı  başa  düşməsi  üçün  yenidən 
yazın. 
“Sizin dərmanlara qarşı həssaslıq müayinələrinizin nəticəsi birinci sıra dərmanlar 
olan H və R  qarşı rezistentlik göstərib. MDR-Vərəm əleyhinə müalicə florxinolon və 
İSD-lar daxil olmaqla gündəlik kombinə olunmuş müalicə tələb edir.”
3.  Müalicənin  davamedici  mərhələsinə  köçürülən  Vərəmli  xəstə  müalicəni 
pozmağa başlayib. Siz aşağıdakı məlumatı ona çatdırmalısınız:
“Hətta indi Siz özünüzü daha yaxşı hiss etməyə başlayanda, Sizin gəlib 
müalicəni davam etdirməyiniz zəruridir. Siz müalicənin 2 ayını uğurla başa 
çatdırmısınız. Siz bütün bu həblərin qəbulunu həftədə 3 gün olmaqla  da-
vam etdirməlisiniz. Dərmanların yalnız bir neçəsinin qəbulu və ya onların 
qeyri-mütamadi  qəbul edilməsi çox təhlükəlidir və xəstəliyin müalicəsini 
çətinləşdirə bilər və ya sağalmanın  mümkün olmamasına gətirib çıxarar və 
Siz yenidən xəstələnə bilərsiniz.”
Görüşün sonunda xəstənin Siz verdiyiniz məlumatı anlamasına əmin olmaq 
məqsədi ilə soruşulması lazım gələn iki yoxlama sualını qeyd edin:

Bölmə 5  
Xəstə-Həkim Ünsiyyəti   
1: Strategiyaları müəyyən edin 
A: Vərəmin yayılmasının qarşısının alınması vacib olan mərhələdə JK-ya əlindən gələni 
etməyi və 4 ay ərzində müalicəni qəbul etməsini başa salın. O, qəbul etdiyi dərmanlar 
insanlar asqırarkən və ya öskürərkən ifraz olunan basilləri öldürür. JK uşaqlar üçün 
daha təhlükə yaratmır, çünki o, dərmanlar qəbul edir. Onun hələ də sizin dəstəyinizə 
ehtiyacı var, çünki bu cür uzunmüddətli müalicə üçün ailə dəstəyi çox vacibdir. JK-
nın sağalması üçün müalicəni davam etməsinə yardım etmələrini xahiş edərək ailə 
üzvünü ruhlandırın
B: Xəstədən işlərin necə getməsi barədə soruşun, nə üçün müalicəyə gəlməməsini öyrənin. 
Xəstəyə  xatırladın  ki,  dərman  qəbul  etmədiyi  günlərdə  Vərəm  mikrobları  bərpa 
olmağa və çoxalmağa başlaya bilər və bu səbəbdən bütün dərmanların hər gün qəbul 
edilməsi  zəruridir.  Xəstəyə  deyin  ki,  müalicəni  qəbul  etmək  üçün  geri  qayıtmaqla 
onlar düzgün iş görürlər və əgər ehtiyac varsa, mövcud dəstək yanaşmalarına onları 
yönəldin.
2: Qeyd edilmiş ifadəni yenidən yazın 
Müxtəlif cavablar ola bilər – məsələn:
Laborator müayinələr göstərdi ki, sizin ağ ciyərinizdə olan mikroblar biz istifadə etdiyimiz 
adi Vərəm əleyhinə olan dərmanlarla məhv edilə bilməz. Bu ciddi, dərmana qarşı davamlı 
xəstəliyi müalicə etmək üçün biz xüsusi dərmanlardan istifadə etməliyik. Sağalmaq üçün 
Siz hər gün bir sıra müxtəlif dərmanlardan, həmçinin inyeksion preparatlardan istifadə 
etməli olacaqsınız. 
3: İki yoxlama suallı
1. Bu gündən başlayaraq həftədə neçə dəfə Siz dərman qəbul edəcəksiniz?
2. Müalicənin fasiləsiz davam etdirilməsi niyə zəruridir?
cavablar

Bölmə 1
 Vərəmin Etiologiyası və Patogenezi  
Müalicəyə riayət edilməsi Bölmə 6

6

Bölmə 6
 Müalicəyə riayət edilməsi  
Müalicəyə riayət edilməsi 
B
u bölmədə müalicəyə riayət edilməsi barədə müzakirə aparılacaq. 
Vərəmli  xəstələri  müalicə  edən  həkim  müalicə  riayətinə  nəzarət 
etməli,  dəstək  olmalı,    zəmanət  verməlidir.  Vərəmli  xəstənin 
uğurlu  müalicəsindən  həm  xəstə,  həm  də  cəmiyyət  faydalanır  və  uğurlu 
müalicənin məsuliyyəti səhiyyə işçisi tərəfindən yalnız müvafiq müalicə re-
jiminin təyinatından deyil, həmçinin terapiyanın tamamlanmasını təmin 
etməkdən ibarətdir. Xəstəni vərəmdən müalicə edən hər hansı bir həkim 
vacib səhiyyə öhdəliyini öz üzərinə götürür. 
Bu öhdəliyi yerinə yetirmək üçün, həkim yalnız müvafiq müalicə rejimini 
təyin  etməli
  deyil,  eləcədə,  müalicə  rejiminə  xəstənin  riayət  edilməsini 
qiymətləndirməli
  və  zəif  riayət  etmə  zamanı  məlumat  verməlidir.    Bu 
cür davranışla, müalicə tamamlana qədər Siz müalicəyə riayət edilməsinə 
nail  ola  biləcəksiniz.  Tədqiqatlar  göstərir  ki,  səhiyyə  işçiləri  müalicəyə 
riayət edəcək və etməyəcək xəstələri əvvəlcədən dəqiqliklə müəyyən edə 
bilmirlər. Xəstənin müalicəyə riayət etməsinin ən yaxşı göstəricisi keçmişdə 
müalicəyə fasilə verən və ya imtina edən xəstələrdir, çünki belə xəstələrdə bu 
prosesin təkrar edilmə ehtimalı daha yüksəkdir.  Bu xəstələr xüsusi diqqət 
tələb edə bilərlər. Bunları yerinə yetirmək üçün:
Xəstə və səhiyyə işçisi arasında qarşılıqlı hörmət və xəstənin ehtiyaclarına 
əsaslanan  Vərəm  müalicəsinin  idarəsinə  aid  xəstə-mərkəzləşdirilmiş 
yanaşmanı  inkişaf  etdirin  və  bu  yanaşmadan  istifadə  edin.  (7-ci  və  9-cu 
Standartlar)
VQBS ilə birgə yaradılmış xəstələrin məsuliyyətlərini və hüquqlarını təsvir 
edən Vərəmə Qayğı üzrə Xəstələrin Xartiyası Bölməsilə tanış olun.
Bölmə  6

Öyrənmə Məqsədləri 
Bu bölmədə iştırakçılar öyrənəcəklər:
Müşahidə  altında  müalicəyə  gələn  Vərəmli  xəstələri  necə  dəstəkləmək 
lazımdır 
Vərəmli  xəstələrin  müalicəyə  riayət  etmələrinə  necə  nəzarət  etmək 
lazımdır
Müalicəni dayandıra bilən xəstələri necə müəyyən etmək lazımdır 
Vərəm  müalicəsinin  davam  olmasının  təmin  edilməsi  üçün  xəstələrin 
problemlərinin həll olunmasına necə yardım etmək lazımdır 
Müalicəyə riayət edilməsi üçün hansı həvəsləndirici üsulları Siz təklif edə 
bilərsiniz 
bölmə  6
Müalicəyə riayət edilməsi 

Bölmə 6
 Müalicəyə riayət edilməsi  
1.  Müal cəyə r ayət ed lmən n vac bl y
Vərəmə qarşı terapiyanın effektli olması üçün müvafiq dərmanlar münasib dozalarda və 
müvafiq vaxt ərzində düzgün qəbul olunmalıdır. Bu səbəbdən, müalicənin tamamlanması və 
sağlamlığa nail olmaq üçün müalicəyə riayət etmək zəruridir. Müalicənin tamamlanmasının 
təmin edilməsi üçün Vərəmə qayğı üzrə xidmət sahələri xəstələrə tam şəkildə dəstək olmalıdırlar. 
Vərəmli xəstələrin əksəriyyəti çox kasıb, evsiz, narkomanlar və ya HİV-ə yoluxan insanların 
daxil olduğu ictimai cəhətdən zəif təbəqənin üzvləridir. Bu qruplarda xəstələrin bir çoxu üçün 
Vərəm diaqnozunun qoyulması onların rast gəldikləri problemlərə rəğmən elə də əhəmiyyətli 
olmur. Bu cür xəstələr ciddi nəzarət tələb edirlər. Bu bölmədə siz xəstənin müalicəyə riayət 
etməsi və sizin buna dəstək ola bilməniz üçün, eləcə də, əhalinin məhz bu təbəqəsi ilə  işləmək 
üçün  faydalı  olan  bir  neçə  üsullarla  tanış  olub,  onlardan  istifadə  edə  bilərsiniz.  Xəstələri 
məlumatlandırmaq  və  dəstəkləməklə  yanaşı  onları  narahat  edən  digər  məsələlərə  də  sizin 
diqqət yetirməniz xəstələrin öz sağlamlıqlarına daha çox önəm vermələrinə, müalicəyə riayət 
etmələrinə kömək edə bilər. Kliniki görüş nöqtəsindən başlayaraq xəstələri məlumatlandırmaq 
və dəstəkləmək Vərəmə qarşı müalicədən daha az əhəmiyyətli görünə bilər, lakin geniş Vərəmə 
nəzarət cəhdləri arasında bu ən vacib elementlərdən biri kimi təqdim olunur.  
Siz  xəstənin  müalicəsini  dayandırmasına  və  ya  fasilə  verməsinə  təsir  edən  səbəbləri 
müəyyənləşdirib,    onlara  diqqət  yetirməlisiniz.    Baxmayaraq  ki,  xəstələrdən  hansılarının 
müalicəyə  riayət  edəcəkləri  haqqında  əvvəlcədən  nə  isə  demək  mümkün  deyil,  lakin 
narkomaniya,  daha  öncə  hansı  xəstənin  müalicəyə  zəif  riayət  etməsi,  onların  evsiz  olması 
kimi  şərtlər  var  ki,  bunları  nəzərə  alaraq  əvvəlcədən  hansı  xəstələrin  müalicəyə  zəif  riayət 
edəcəklərini  proqnozlaşdırmaq  olar.  Xəstənin  müalicəyə  riayət  etməsinə  nəzarətin  edilməsi 
xəstənin öz dərmanlarını mütamadi şəkildə qəbul etməsinə və müalicənin tamamlanmasına 
yardımçı olur, beləliklə sağlamlığa nail olmağa, sonrakı vərəmin ötürülməsinin və dərmanlara 
rezistentliyin əmələ gəlməsinin qarşısını almağa kömək edir. Bu isə, xəstənin və cəmiyyətin 
vərəmdən qorunması deməkdir. 
2.  Xəstə-Mərkəzləşd r lm ş yanaşma
Vərəmin idarəsinə və qayğısına aid olan xəstə-mərkəzləşdirilmiş yanaşma xəstə və səhiyyə 
işçisi arasında qarşılıqlı hörmət və xəstənin ehtiyaclarına əsaslanır. Xəstə-mərkəzləşdirilmiş 
strategiyanın  əsas  elementi    fərdi  xəstənin  vəziyyətinə  aid  olan  və  xəstə  və  səhiyyə  işçisinə 
qarşılıqlı  münasib  göstəricilərdən  istifadədir.  Xəstə-mərkəzləşdirilmiş  yanaşmadan  birbaşa 
müalicəyə  riayət  edilməsini  təşkil  etməyə  dair  xəstəyə  DOT  üçün  ən  uyğun  vaxt  və  yerin 
seçilməsi və mümkün dərəcədə digər ictimai və tibbi xidmətlərin təmin olunması lazımdır. 
Müalicə  zamanı  nəzarətin  təşkili  sonra  müalicədən  imtina  edən  xəstə  üçün  sərf  edilən 

Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin