Həkimlər üçün Vərəm üzrə Təkmilləşdirmə Kursu



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix25.01.2017
ölçüsü4,8 Mb.
#6397
1   2   3   4   5   6   7   8   9   10   11
Bəzi xəstələrin vəziyyəti çox ağır olar və təcili yardıma ehtiyac yaranar. Birinci bəlğəm 
nümunəsi şəxsin Vərəmə şübhəli olduğu zaman toplanmalıdır. Diaqnozun qoyulması 
üçün laboratoriya nəticələrini gözləyərkən ağır xəstənin müalicəsi ləngidilməməlidir.
5.1. Bəlğəmin toplanma prosedurları
Bəlğəm nümunələrinin toplanmasında MVP təlimatlarına riayət edin. Ümumi 
təlimatları və cədvəli aşağıda tapa bilərsiniz.  
Əgər xəstələrdən Vərəmin diaqnostikası üçün bəlğəm nümunəsinin toplanması 
istənilirsə, onlar həmişə bunu müvafiq ventilyasiyalı bir kabinada və ya açıq havada, 
başqa insanlardan uzaq yerlərdə bəlğəmi ifraz etməlidirlər, bu  məqsədlə kiçik otaqlar 
(ayaq yolu) və ya digər bağlı ərazilər istifadə edilməməlidir.
Bəlğəm  toplanan  zaman  xəstələrə  bəlğəmin  necə  toplanmasını  dəqiq  başa 
salmaq və birbaşa nəzarət etmək lazımdır. Nəzarət edilməyən şəxslər, xüsusilə ilk dəfə 
nadir hallarda lazımi nümunəni toplaya bilirlər. Xəstəyə yaxşı bəlğəm nümunəsini 
toplamağa dair nə edilməsini başa salmaq üçün 2-ci Əlavəyə bax. 

Bölmə 2
 Vərəmin diaqnostikası   
Bəlğəmin toplanmasına dair cədvəl və ümumi təlimatlar:
1.  Nümunə  nömrə  bir  “yerində”  toplanmalıdır.  Bəlğəm  nümunəsinə  nədən 
ehtiyac  yarandığını  Vərəmə  şübhəli  şəxsə  izah  edin  və  bəlğəmin  düzgün 
şəkildə  necə  ifraz  edilməsini  ona  göstərin.  Vərəmə  şübhəli  şəxs  başqa 
insanların  məruz  qalma  riskini  azaltmaq  məqsədi  ilə  ya  bayıra  çıxaraq  ya 
da  yaxşı  ventilyasiyalı  bir  yerdə  olmaq  şərti  ilə  bəlğəm  nümunəsini  ifraz 
etməlidir.  Əgər  mümkündürsə,  bəlğəmi  toplayarkən  Vərəmə  şübhəli  şəxsi 
müşahidə edərək onu təlimatlandırın. 
2.  Nümunə nömrə iki Vərəmə şübhəli şəxs tərəfindən növbəti səhər oyanarkən 
toplanmalıdır.  Vərəmə  şübhəli  şəxs  ikinci  nümunəni  özü  ilə  müalicə 
müəssisənin laboratoriyasına gətirməlidir. 
3.  Bəlğəm nümunələrinin mikroskopiyası üçün yaxşı keyfiyyətli (ağız suyu yox) 
nümunələrin olması vacibdir. Yaxşı keyfiyyətli nümunə:
Müəyyən dərəcədə qalın və selikli olmalıdır
Cansız toxumanın hissəcikləri olan sulu şəkildədə ola bilər
Rəngi  bulanıq  ağ  rəngdən  yaşıla  çalan  ola  bilər  (qanlı  nümunələrin 
rəngi qəhvəyi qırmızıya çalan olacaq)

6.  Bəlğəmin Digər Toplanma Üsulları
Bəlğəm  ifrazının  induksiyası 
  öskürə  bilməyən  xəstələr  üçün  istifadə  oluna 
bilər. Dərin öskürək isti, steril, hipertonik natrium duzunun məhlulunun (3%-15%) 
aerozolunu inhalyasiya etmək vasitəsilə yaradıla bilər. İnduksiya olunmuş bəlğəm çox 
sulu və ağız suyuna bənzədiyi üçün, laboratoriya işçi heyəti tərəfindən atılmamasına 
əmin olmağa dair nümunə qabının üzərinə “induksiya edilmiş” yazı qeyd olunmalıdır. 
Xəstə qusmanın və aspirasiyanın qarşısını almaq məqsədi ilə prosedurdan 3-4 saat 
qabaq heç nə yeməməlidir. İnduksiya yaxşı ventilyasiya edilən bir yerdə olunmalıdır və 
otaqda olan bütün işçilər 95 nömrəli qoruyucu üz maskasından istifadə etməlidirlər. 
Mədə mayesinin sorulub çıxarılması (aspirasiyası) 
 xəstənin burnundan 
mədəyə borunun salınması ilə həyata keçirilir. Xəstə gecə ərzində bəlğəmi udmağa 
meylli olduğuna görə, prosedur adətən səhər tezdən keçirilir. Ümumiyyətlə, bu 
üsul yalnız xəstə hayxıra və ya induksiyanı edə bilmədiyi hallarda bəlğəmin əldə 
edilməsi üçün aparılır. Daha çox, bu üsul uşaqlarda istifadə olunur, lakin bəlğəm 
gətirə  bilən  uşaqlar  da  bəlğəmin  induksiyasına  göndərilməlidir.  Uşaqların 
prosedurdan 2-3 saat qabaq yemək qəbul etməməkləri tövsiyə edilir. Məntiqli 
səbəblərə  görə  mədə  mayesinin  sorulub  çıxarılması  adətən  xəstəxanada  və  ya 
ehtiyac olan bütün materialların mövcud olduğu prosedur otağında keçirilir.
Bronxo-alveolyar  lavaj  ilə  Optiklifli  Bronxoskopiya 
optiklifli  bronxoskop 
vasitəsilə  bronxial  ifrazları  sorub  çıxartmaqla  toplamaq  üçün  olunur.  Bu 
nümunələr adətən duru və ya sulu olur və laboratoriya tərəfindən atılmaması üçün 
“bronxoskopiya  nümunələri”  kimi  qeyd  olunmalıdır.  Bronxoskopiya  infeksiyaya 
müvafiq  nəzarət  tədbirləri  olan  prosedur  otağında  aparılmalıdır.  Bu  üsul  adətən 
bəlğəmin toplanması çox çətin və mümkün olmadığı hallarda son tədbir kimi istifadə 
olunur.  Bronxoskopiyadan  sonra  olan  bəlğəm  nümunəsinin  toplanması  növbəti 
üç gün ərzində çox produktiv olur. Vərəmə şübhəli şəxsdə bronxoskopiya bəlğəm 
toplanmasını əvəz etməməlidir. 
7.  Vərəm və İİV Xəstəlik hallarının Aşkar edilməsi
İİV yayılan əhali arasında yalnız öskürək əlamətinin olması İİV-müsbət şəxslərdə 
Vərəmin aşkarlanması üçün kifayət deyil. İİV həm latent Vərəmin reaktivasiyası, həm 
də yeni qazanılmış infeksiyanın geri qayıtma (residivini) ehtimalını artırır. İİV-su 
yaxma-mənfi ACV və ACKV xəstələrin proporsiyasının böyük artımına səbəb olur. 
Bu  xəstələr  aşağı  keyfiyyətli  müalicə  nəticələrinə  malik  olurlar,  bura  İİV-müsbət, 
yaxması-müsbət  ACV  xəstələrlə  müqayisədə  həddindən  çox  erkən  ölüm  halları 

Bölmə 2
 Vərəmin diaqnostikası   
daxildir. Bu problemin aradan qaldırması üçün İİV yüksək yayılan ərazilərdə yaxma 
mənfi ACV və ACKV hallarının sürətli diaqnostikası tələb olunur. Bu səbəbə görə, 
İİV-müsbət şəxsdə Vərəmə oxşar hər hansı bir əlamətin olmasına yüksək dərəcədə 
şübhəli  yanaşmanın  olması  zəruridir.  İİV/QİÇS  ilə  yaşayan  insanlarda  Vərəmin 
diaqnostikası  müalicə  üçün  olan  diaqnostik  kriteriyaların  və  göstərişlərin  də 
tənzimlənməsini tələb edir.
7.1. Ağ ciyər vərəminə şübhəli olan xəstələr:
İİV/QİÇS ilə yaşayan insanlarda və kliniki və epidemioloji cəhətdən İİV 
infeksiyasına  yoluxma  riski  yüksək  olması  ehtimal  edilən  insanlarda  Vərəm 
əlamətlərini  gördükdə,  Siz  onlardan  bəlğəm  toplamalısınız.  İİV  statusu  aydın 
olmayanlara  İİV  testdən  keçmələrini  təklif  edin.  Əgər  yaxma  müayinəsinin 
nəticəsi mənfidirsə, xəstə ikinci dəfə gələndə bütün mümkün olan müayinələrdən 
keçməlidir.  Bura  təkrar  bəlğəm  yaxması,  əkmə,  döş  qəfəsinin  rentgen  şəkili  və 
kliniki qiymətləndirmə aiddir. Müayinə nəticələri qısa bir müddət ərzində əldə 
olunmalıdır  (əkmədən  başqa)  və  xəstənin  Vərəm  əleyhinə  müalicənin  qəbulu 
və  ya  bakterial  infeksiyaya  və  ya  Pneumocystis 
carinii pnevmoniyaya (PCP) qarşı geniş spekterli 
antibiotiklərlə (yalnız florxinolonlarla yox) müalicə 
olunmasına  dair  qərar  müayinə  nəticələrinə 
əsaslanaraq  verilməlidir.  Florxinolonlar,  xüsusilə 
yeni  kəşv  olunanlar, 
M.  tuberculosis-ə  qarşı  yaxşı 
bakterisid fəaliyyətə malikdir, ACV-yə qarşı edilən 
müalicənin effektini daha güclü edir, lakin onların 
qəbulu  dərmanlara  qarşı  rezistentliyin  yaranması 
ilə də nəticələnə bilər. Bu səbəbdən, florxinolonlar 
rezistentlik yaranma riskinə görə, Vərəm olmayan 
mikroorqanizmlərə  qarşı  müalicədə  istifadə 
olunmamalıdır. Xəstənin bu müalicəyə reaksiyası 
nəzarət  altında  saxlanmalıdır.  PCP  Vərəmli 
xəstələrədə rast gəlinə bilər və ona görə, xəstələr, 
xüsusilə  müalicədən  sonra  respirator  əlamətləri 
müşahidə  olunan  hallarda,  Vərəmə  dair  təkrarən 
qiymətləndirilməlidirlər.  İİV+  xəstələrdə  ACV-
nin  diaqnostikasına  dair  təlimatları  əldə  etmək 
üçün Əlavə 3-ə baxın. 

7.2. Ağ ciyərdən kənar vərəmə şübhəli olan xəstələr:
Vərəm xəstəlik hallarının təxminən 20 %-i ağ ciyərdən kənar hal olduğu və 
Vərəmlə  əlaqəli  İİV-ə  yoluxma  zamanı  çox  sayda  ölüm  hallarına  səbəb  olduğu 
üçün, belə xəstələrə tez diaqnozun qoyulması və idarəedilməsi çox vacibdir. ACKV 
növlərin arasında ən çox rast gəlinənlərə limfa vəzi düyünlərinin Vərəmi (xüsusilə 
boyun və ya qoltuq altı nahiyədə), plevral (adətən bir tərəfli ekssudativ plevrit) və 
disseminasiyalı  Vərəm  (bədənin  bir  nahiyəsi  ilə  məhdudlaşmayan  xəstəlik  halı) 
halları  aiddir.  Adətən  zədələnmiş  limfa  düyünlərindən  aspirasiya  nəticəsində 
təsdiqlənə bilən diaqnoza malik limfa vəzi düyünlərinin Vərəmi istisna olmaqla, ağ 
ciyərdən kənar Vərəmli xəstələrin əsksəriyyəti çox vaxt bakterioloji və ya histoloji 
təsdiqləmə  olmadan  idarə  olunurlar.  ACKV-ə  şübhəli  şəxslərin  diaqnostikasına 
yardım edən kliniki xüsusiyyətlərin təsvirini Əlavə 4-də görəcəksiniz. 
Bu kliniki alqoritmlər böyüklər və gənclər arasında yaxma-mənfi ACV və 
ACKV  hallarının  müalicəsi  və  diaqnostikasını  təkmilləşdirmək  üçün  Vərəm/
İİV-ə dair tövsiyyələrdə izah olunmalıdır. 
Bundan əlavə, İİV-li xəstələrdə yüksək ölüm halları ilə yanaşı anlaşılmayan 
MDR-Vərəmin  olması  səbəbindən,  əgər  mümkündürsə  bütün  Vərəm-İİV  ko-
infeksiyalı xəstələrdə ilk toplanan bəlğəm əkməsi və DHT qoyulmalı və müalicəyə 
olan reaksiya yaxından izlənilməlidir. 
8.   MDR-Vərəmə şübhəli olan xəstələr
Dərmanlara qarşı rezistentlik yalnız yaxmanın mikroskopiyası ilə diaqnostika 
oluna bilməz. Çünki, dərmana – rezistent Vərəmin müsbət yaxması dərmana-həssas 
Vərəmin müsbət yaxması ilə eyni görünüşə malikdir, bu onların eyni mikroorqanizm 
olması  səbəbindən  irəli  gəlir.  Vərəm  ştammının  rezistent  olub-olmamasını  aşkar 
etmək  üçün  əkmə  və  DHT  qoyulmalıdır.  Bu  laboratoriya  üsulu 
M.  tuberculosis 
ştammının  xüsusi Vərəmə qarşı dərmanların mövcud olan qidalı mühitdə bitib-
bitməməsini  təyin  edir.  Əgər  Vərəmə  qarşı  dərmanın    mövcudluğundan  asılı 
olmayaraq, ştammın bitməsi müşahidə olunursa, onda bu dərmana qarşı ştammın 
rezistentliyinin olması deməkdir. 
MDR-Vərəmə şübhəli olan bütün xəstələrdə MDR-Vərəm diaqnozuna ( və ya hər 
hansı bir dərmana qarşı rezistentliyin növünə) əmin olub, müvafiq müalicə rejiminə 
başlamaq  üçün  həmin xəstələrdə yaxma ilə yanaşı əkmə və DHT qoyulmalıdır. 
Daha yaxşı olardı ki, bütün Vərəmə şübhəli şəxslərə yaxma, əkmə və DHT 
qoyulsun. Lakin ölkələrin əksəriyyətində məhdud resursların olmasını nəzərə alaraq, 
qeyd etmək lazımdır ki, bu həmişə mümkün olmur. MDR-Vərəmli xəstələrin daha 

Bölmə 2
 Vərəmin diaqnostikası   
effektiv aşkarlanması üçün, proqram əsasında aparılan yoxlamalar, dərmana qarşı 
rezistentliyə  dair  tədqiqatlar  və  mütəxəssislərin  qiymətləndirilməsi  nəticəsində 
ÜST MDR-Vərəmə yoluxma riski yüksək ola bilən qrupların siyahısını tərtib edib. 
Bu sənədi dərmana qarşı rezistent vərəmin proqramlaşdırılmış idarəedilməsinə dair 
təlimatlarda tapa bilərsiniz. Siz öz ölkənizə məxsus olan xüsusi qruplara aid xəstələri 
təyin  etməlisiniz.  Rezistentlik  hallarının  erkən  aşkarlanması  üçün,  Vərəmə  oxşar 
əlamətləri olan şəxslərdə və ya bütün Vərəmli xəstələrdə MDR-Vərəmə yoluxma 
risk amillərini yoxlayın. MDR-Vərəmə yoluxma risk qrupuna aidiyyatı olan bütün 
xəstələri  diaqnostika  və  müalicə  üçün  ixtisaslaşdırılmış  MDR-Vərəm  mərkəzinə 
göndərin. Əgər ixtisaslaşdırılmış MDR-Vərəm mərkəzinə müraciət etmək mümkün 
deyilsə, onda xəstənin göndərilməsi və xəstəlik halının nəzarəti haqqında Vərəmə 
nəzarət üzrə yerli rəsmi şəxslərlə məsləhətləşin.
8.1  MDR-Vərəmə yoluxma Riski yüksək olan Qruplar
Bu  kateqoriyalardan  birinə  və  ya  daha  çoxuna  aid  olan  xəstələr  MDR-
Vərəmə yoluxma riski olan şəxslər kimi qəbul edilməlidirlər və bu xəstələr üçün 
əkmə və DHT qoyulmalıdır. Onlar qiymətləndirmə və mümkün olan müalicə 
üçün ixtisasslaşdırılmış müəssisəyə müraciət etməlidirlər.  
     MDR-Vərəmə şübhəli xəstələrə aşağıdakılar aid ola bilərlər:
Təkrar müalicə rejimlərinin uğursuzluğu 
Yeni xəstə kimi müalicə rejiminin uğursuzluğu (Kateqoriya I)
Özəl sektorda Vərəm müalicəsinin uğursuzluğu
Təkrar müalicənin 3-cü ayında yaxma-müsbət qalan xəstələrin residiv və imtina halları 
Məlum MDR-Vərəm xəstəlik halının əlamətləri olan şəxs ilə təmasda olanlar  
Həmin şəxslərə aşağıda qeyd edilənlər də aid ola bilərlər (milli siyasətdən asılı olaraq):
İİV-ə yoluxan xəstələr
Yeni xəstə kimi müalicənin 3-cü ayında yaxması TDB müsbət qalan xəstələr
MDR-Vərəm epidemiyası müşahidə olunan müəssisələrdə yoluxma riskinə məruz qalanlar və 
ya MDR-Vərəmin çox yayıldığı yerlərdə (məs, həbsxanalarda) olan xəstələr 
MDR-Vərəmin çox yayıldığı ərazilərdə yaşayan xəstələr 
Aşağı və ya naməlum keyfiyyətli Vərəm əleyhinə dərmanlardan istifadə tarixçəsi olan xəstələr 
Zəif idarəolunan proqramlarda müalicə qəbul edən xəstələr (xüsusilə bu yaxınlarda və/və ya 
tez-tez dərmanları qurtaran vərəm proqramlarında ) 
Malabsorbsiya və ya sürətli tranzitor ishal ilə yanaşı gedən patoloji hallar

9.  Uşaqların diaqnostikası
Uşaqlar Vərəmə istənilən yaşda yoluxa bilərlər, lakin ən çox rast gəlinən yaş 
həddi 0-dan 4 yaşa qədərdir. Əgər Vərəmə oxşar hər hansı bir əlamətləri müşahidə 
edirsinizsə, mümkün Vərəm halının olmasını ehtimal edərək, 4-ci Bölmədə verilən 
məsləhətlərə  riayət  edin  və  ya  mütəxəssisə  müraciət  edin.  Uşaqlar  adətən  aydın 
şəkildə ağ ciyərlərin kavernoz prosesi olmadan, lakin intratorakal limfa düyünlərin 
zədələnməsi ilə oliqobasilyar (mikroorqanizmlərin az miqdarı) xəstəlik halına malik 
olurlar. Bunun nəticəsində, böyüklərlə müqaisədə, uşaqların bəlğəm yaxmaları daha 
çox mənfi və yoluxuculuq baxımından o qədər də təhlükəli olmur. Bu səbəbdən, 
bəlğəmin  və  ya  digər  nümunələrin  əkməsi,  döş  qəfəsinin  radioloji  müayinəsi, 
uşaqların  diaqnostikasında  Vərəm  infeksiyasını  aşkar  etmək  üçün  çox  vacibdir. 
Beş  yaşdan  aşağı  uşaqların  əksəriyyəti  öskürüb,  bəlğəmi  effektiv  şəkildə  hayxıra 
bilmirlər və ona görə də, spontan bəlğəmin toplanmasına nisbətən nazoqastral boru 
vasitəsilə lavaj nəticəsində toplanan mədə  yuyulmasından alınan mayenin əkilməsi 
və ya induksiya olunmuş bəlğəm halları daha çox müşahidə olunur. Beləliklə, bü 
üsullar bəlğəmin öskürək və ya hayxırma vasitəsilə toplanması mümkün olmadığı 
hallarda  həm  yaxma,  həm  də  əkmə  müayinəsi  üçün  bəlğəmin  toplanmasında 
istifadə  olunmalıdır.  Növbəti  səhifədə  ÜST-nın  Uşaqlara  aid  Xəstəliklərin 
Birləşmiş  İdarəolunması  (UXBİ)  adlı  proqramı  tərəfindən  uşaqlarda  Vərəmin 
diaqnostikasına dair yanaşmanın əks olunduğu cədvələ baxa bilərsiniz.

Bölmə 2
 Vərəmin diaqnostikası   
10.   Xəstəlik halları haqqında Hesabat 
Əksər ölkələrdə Vərəm qeydiyyata alınan xəstəlikdir 
və  həkim  Vərəmli  xəstə  barədə  yerli  Vərəmə  nəzarət 
proqramına hesabat verməlidir. Xəstəlik halları haqqında 
hesabat cəmiyyətin böyük bir məsuliyyətinin və səhiyyənin 
funksiyanın  bir  hissəsidir.  Xəstəlik  halları  haqqında 
hesabat  düzgün  yerinə  yetirilən  effektli  Vərəmə  nəzarət 
proqramının  da  hissəsidir  və  xəstəlik  halları  haqqında 
sistem  proqrama  resursların  ehtiyacını  təyin  etmək, 
Vərəmə  nəzarət  strategiyasının  effektivliyini  ölçmək  və 
yalnız  milli  Vərəm  proqramının  əhatə  etdiyi  əhali  deyil, 
bütün  əhali  arasında  xəstəliyin  dəqiq  izlənməsinə  imkan 
yaradır.  Həkim  xəstəlik  halları  və  müalicə  nəticələri 
haqqında  hesabat  verməklə,  Stop  Vərəm  Strategiyasının 
bir hissəsi olan bu sistemdə ayrılmaz rol oynayır. Müvafiq 
Uşaqlarda vərəmin diaqnostikası 
Eyni evdə aktiv xəstəlik halı olan şəxslə yaşayan və ya zəif qidalanan, İİV-ə yoluxan və ya da bir 
neçə ay əvvəl qızılca keçirən uşaqlarda Vərəmə yoluxma riski artır. 
Aşağıdakı hallarda uşaqlarda Vərəmin olması ehtimalını nəzərə alın:
Tarixçəsində:
Səbəbi aydın olmayan bədən çəkisinin azalması və ya normal inkişafın pozulması olarsa
Səbəbi aydın olmayan hərarət, xüsusilə iki həftədən artıq davam edirsə 
Xroniki öskürək varsa
Mümkün olan və ya təsdiqlənən ağ ciyər yoluxucu Vərəmli xəstənin təsirinə məruz qalıbsa
Müayinə zamanı qeyri-normal fiziki tapıntılar olubsa:
Döş qəfəsində mayenin yığılması (havanın daxil olmasını çətinləşdirən, perkussiya edərkən 
kütlük)
Böyümüş, zədələnməmiş limfa vəzləri və ya limfa düyünlərinin absesi, xüsusilə boyun 
nahiyyəsində
Meningit əlamətləri, xüsusilə bir neçə gündən sonra inkişaf edən və onurğa beyin mayesində 
çoxlu sayda limfositlər və artmış zülal səviyyəsi olanda
Palpasiya olunan və ya olunmayan düyünlər ilə qarın şişi, 
Onurğa sütunu daxil olarkən, sümük və ya oynağın artan şişi və ya deformasiyası

qeydiyyat  və  hesabat  daha  sonra  vəziyyətlərində  planlaşdırıldığı  kimi  irəliləyiş 
olmayan xəstələrə yardım üçün məqsədli, fərdi nəzarətə imkan yaradır və eləcə 
də,  həkim  fəaliyyətinin  qiymətləndirilməsinə  yardım  edir.  Vərəmə  nəzarət 
proqramının  tam  uğurunu  və  çalışdığınız  və  yaşadığınız  cəmiyyətinin  səhiyyə 
işinin  təkmilləşdirməsi  üçün  Vərəm  hallarının  qeydiyyatına  və  hesabatına  dair 
ölkənizdaxili standartlara və formalara əməl edin. 
11.   Təmas hallarının araşdırılması 
Xəstəyə Vərəm diaqnozu qoyulan kimi, yoluxa bilən digər şəxsləri və ya aktiv 
xəstəliyi olan və müalicəyə ehtiyac duyan xəstələri tapmaq üçün təmas hallarının 
araşdırılması  təşkil  olunmalıdır.  Evdaxili  təmas  halına  Vərəmli  xəstə  ilə  bir  evdə 
yaşayan  və  bu  səbəbdən  Vərəmə  yoluxma  və  xəstəliyin  inkişafı  üçün  yüksək  risk 
altında olan şəxs aiddir. Evdaxili bütün təmas hallarının adlarının aydınlaşdırması 
məqsədi  ilə  hər  SS+  ACV  –li  xəstə  sorğulanmalıdır.  (Bəzi  ölkələr  yaxma-mənfi 
ACV  və  ACKV  halları  üçün  də  evdaxili  təmas  hallarının  siyahısının  tərtib 
edilməsini  istəyirlər)  Əksər  uşaqların  infeksiya  mənbəyi  evlərindəki  yoluxucu 
böyüklərdir. Aktiv Vərəm xəstəliyi müşahidə olunan uşaqların xəstəlik mənbəyini 
tapmaq və lazımi müalicəsi üçün, onların ailə üzvləri və digər yaxın əlaqələri Vərəm 
üzrə yoxlanmalıdırlar.  

Bölmə 2
 Vərəmin diaqnostikası   
Vərəmli xəstədən bütün təmas hallarına aid öskürən 5 yaş və yuxarı yaşda olanlar 
və  bir  evdə  yaşayan  5  yaşına  çatmamış  hər  uşağı  yoxlanmaq  üçün  həkimin  yanına 
gətirmək xahiş olunmalıdır. Bəzi ərazilərdə səhiyyə işçilər tərəfindən evlərə getmələri, 
5  yaşına  çatmamış  bütün  uşaqları  müayinədən  keçirmələri  nəzərdə  tutulur.  Əgər 
evdaxili təmasda olanlar (böyüklər və 5 yaş və daha yuxarı yaşda olan uşaqlar)  müalicə 
müəssisəsinə  gəliblərsə,  onda  Vərəmə  şübhəli  şəxslərin  adi  yoxlanma  prosedurlarına 
riayət edin:  
Şəxsdən  öskürəyin  olub-olmamasını  soruşun,  əgər  cavab  müsbət  olarsa, 
öskürəyin müddətini soruşun
Əgər  öskürək  ən  azı  2  həftə  ərzində  müşahidə  olunursa,  bəlğəm  müayinəsi 
üçün 2 bəlğəm nümunəsi toplayın 
Vərəmə  şübhəli  şəxsdə  ACV  olmasını  təyin  etmək  məqsədi  ilə  bəlğəm 
müayinəsinin  nəticələrini  yoxlayın,  əlamətləri  analiz  edin  və  döş  qəfəsinin 
rentgen şəklini (əgər tətbiq olunubsa) istifadə edin  
Evdaxili təmas halları kimi müəyyən edilən 5 yaşına çatmamış bütün uşaqları 
Vərəmə oxşar xroniki əlamətlər üzrə yoxlayın  
Uzun müddətli öskürək və ya digər respirator əlamətlər 
14 gündən artıq olan hərarət (ümumi səbəblərin, malariya və ya pnevmoniya 
xəstəlikləri istisna olmaq şərti ilə)  
Döş qəfəsinin qeyri-normal rentgen şəkli (düyünlü genişlənmə) 
Bədən çəkisinin azalması və ya çəkinin artmaması (inkişafın dayanması)
Vərəmin  inkişaf  riski  yüksək  olan,  lakin  xəstə  olmayan  yoluxmuş  insanlar 
infeksiyaya qarşı müalicə qəbul edə bilərlər (həmçinin profilaktika, preventiv terapiya, 
LACV-in  müalicəsi  və  ya  İPT  adı  altında    tanınan).  Bu  qrupa  yoluxucu  xəstəlik 
hallarına malik pan-həssas Vərəm və İİV-ə yoluxmuş şəxslərlə evdaxili təmasda olan 
uşaqlar daxildir. HO və BMT-nın İİV/QİÇS (UNAIDS) proqramı 5 yaşına çatmamış 
və aktiv Vərəm xəstəliyi olmayan bütün İİV-ə yoluxan şəxslər üçün İPT-nı tövsiyə edir. 
Nəzarə almaq lazımdır ki, izoniazidlə profilaktik terapiya yalnız aktiv vərəmi olmayan 
şəxslərə təyin olunmalıdır, və BCG peyvəndi Vərəmə tutulan və ya Vərəmlə xəstə olan 
şəxslər üçün faydalı deyil.
12.   İzoniazidlə Profilaktik Müalicə məqsədi ilə Hədəf Qrupları
Ən azı altı aydan doqquz aya qədər izoniazidin (5-10 mq/kq, max 300 mq gədər) 
gündəlik qəbul dozası ilə aparılan profilaktik müalicə kursu LACV-nin aktiv xəstəliyə 
keçməsinin  qarşısını  almaqda  effektiv  bir  üsuldur.  Xüsusilə  İİV-ə  yoluxanlar  azyaşlı 
uşaqlar daha yüksək risk altındadırlar. İİV infeksiyası həm uşaqlarda, həm də böyüklərdə, 
latent infeksiyanın aktiv Vərəmə doğru inkişaf riskini bir il ərzində 50 dəfəyədək artırır. 

12.1. Ağ ciyər Vərəmli xəstə anaların uşaqları
Ana südü ilə bəslənən uşağın ACV-li anadan infeksiyaya yoluxma riski və 
xəstəliyin  latent  formasının  aktiv  Vərəmə  doğru  inkişaf  riski  yüksəkdir.  Uşaq, 
BCG peyvəndinin vurulmasından sonra, 6 ay müddətində izoniazid müalicəsini 
qəbul etməlidir. 
 
12.2. 5 yaşına çatmamış uşaqlar
Bəlğəm  yaxması-müsbət  ACV-li  böyüklərlə  evdaxili  təmas  halları  olan 
uşaqları yoxlamaq (skrininq) vacibdir. Skrininq yoluxan, lakin xəstəlik əlamətləri 
olmayan, 5 yaşa çatmamış uşaqları müəyyən edir. Bu uşaqlar 6-9 ay müddətində 
İPT qəbul etməlidirlər. Xəstəlik əlamətləri olan 5 yaşa çatmamış uşaqlar Vərəm 
üzrə tibbi müayinədən keçməlidirlər. Əgər müayinə zamanı Vərəm xəstəliyi aşkar 
olunubsa, uşağa Vərəmə qarşı müalicə təyin olunmalıdır. Əgər müayinə zamanı 
Vərəm  xəstəliyi  aşkar  olunmayıbsa,  lakin  uşağın  yoluxduğu  üzə  çıxarsa,  onda 
uşağa İPT-sı təyin olunmalıdır. 
12.3. İİV-na yoluxmuş xəstələr
Nəzarət altında aparılan kliniki tədqiqatlar 
M. tuberculosis-lə yoluxan İİV-
müsbət  şəxslərdə  İPT-nın  Vərəm  xəstəliyinin  inkişaf  etmə  riskini  azaltmasını 
göstərir. 
M. tuberculosis-ə yoluxmanı təsdiq edən müsbət TST-dir. İVV-müsbət 
şəxslərdə İPT-nın əlavə faydası Vərəmin inkişaf riskinin azaltma ilə yanaşı, İİV 
infeksiyanın inkişaf səviyyəsini azaltması ola bilər.
İİV-lə  yaşayan  insanlarda  Vərəmin  müalicəsi  və  profilaktikası  həm  İİV/
QİÇS, həm də Vərəm proqramları üçün zəruridir. ÜST-nın Üç İ kimi tanınan 
yanaşması – İPT, xəstəlik hallarının intensiv aşkarlanması və Vərəm İnfeksiyasına 
Nəzarət, İİV-lə yaşayan insanlara Vərəmin təsirindən qorunmaq üçün əsas səhiyyə 
strategiyalarını birləşdirir. 
İİV-lə yaşayan insanlar üçün Vərəmə qarşı izoniazidlə profilaktik terapiyası 
etibarlı və effektivdir, Vərəmin inkişaf riskini 33-62%-ə qədər azaldır
  İİV-lə  yaşayan  insanlarda  Vərəmin  skrininqi  və  diaqnostikası  çətinləşə 
bilər, lakin bu cür insanlarda Vərəm müalicə oluna bilən xəstəlikdir  
Vərəm  infeksiyasına  nəzarət  zəif  insanları,  səhiyyə  işçiləri  və  onların 
cəmiyyətini Vərəmə yoluxmadan qorumaq üçün əsasdır 

Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin