Həkimlər üçün Vərəm üzrə Təkmilləşdirmə Kursu



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix25.01.2017
ölçüsü4,8 Mb.
#6397
1   2   3   4   5   6   7   8   9   10   11
resurslardan daha effektlidir.

Bu  inam  və  etibar  əsasında  qurulmuş  Vərəmli  xəstə  və  həkim  arasında 
ünsiyyət müalicəyə riayət edilməsinə yardımcı olur. Xəstə Vərəm haqqında olan 
əsas  məlumatı,  yəni,  müalicə  üçün  nə  lazımdır  və  sağalmaq  üçün  müalicəyə 
dəqiq  riayət  edilməsi  məsələsini  başa  düşməlidir  və  bu,  Vərəmə  Qayğı  üzrə 
Xəstələr  Xartiyanın  bir  hissəsidir.    Baxmayaraq  ki,  xəstənin  konsultasiyası  və 
maarifləndirilməsi  müalicə  prosessinin  ayrılmaz  hissəni  təşkil  edir,  müalicəyə 
riayət edilməsi xəstəyə yalnız məlumatın verilməsini deyil, digər önəmli məsələləri 
də əhatə edir.   
3.  B rbaşa nəzarət altında müal cə
DOT hər iki tərəfin həm səhiyyə işçilərinin (düzgün qayğı göstərərək və 
müalicənin dayandırılmasını vaxtında aşkar edərək), həm xəstələrin (mütamadi 
şəkildə  müalicə  qəbul  edərək)  müalicəyə  riayət  edilməsinə  zamin  olmaq 

Bölmə 6
 Müalicəyə riayət edilməsi  
deməkdir. O, xəstə ilə səmimi qaydada aparılmalıdır və xəstənin vəziyyətinə əsasən 
istiqamətləndirilməlidir. Xəstə üçün münasib DOT müalicəyə riayət edilmənin 
əsas  elementidir  və  xəstə-mərkəzləşdirilmiş  yanaşmanın  bir  hissəsidir.  Müalicə 
üçün  uzaqdan  gəlməli  olan  Vərəmli  xəstənin  müalicəyə  riayət  etməsinə  daha 
az ehtimal var. Bu səbəbdən, Vərəm xidmət sahələri  çox vaxt DOT-u xəstənin 
evinə (və ya bəzi hallarda iş yerinə) mümkün olduğu qədər yaxın yerləşdirməyə 
çalışırlar. Yerli vəziyyətdən asılı olaraq, müalicəyə nəzarət müalicə müəssisəsində, 
iş yerində, cəmiyyətdə və ya evdə tibb bacısı və ya cəmiyyətin üzvü olan təlim 
keçmiş müalicə dəstəkləyicisi tərəfindən aparıla bilər. Müalicə dəstəkləyicisi xəstə 
ilə  birgə  seçilməlidir  və  xəstə  tərəfindən  qəbul  edilən,  təlim  keçən  və  səhiyyə 
xidmətləri tərəfindən müşahidə edilən bir şəxs olmalıdır. Xəstə və dəstək qrupu 
müalicəyə riayət edilməsinin digər xəstələr arasında yayılması prosesinə də kömək 
edə bilərlər. DOT bir seçim deyil,  bütün xəstələr üçün bir tələbatdır, halbuki 
seçim DOT-u ən asan mümkün ola bilən qaydada təmin etməkdən ibarətdir.

4.  R ayət etmək: Maneələr və Strateg yalar
Səhiyyə  işçisi  ilə  ünsiyyətin  vacib  olmasına  baxmayaraq,  bir  çox  müalicə 
olunan Vərəm xəstəliyi xəstə üçün aşağıdakı hallarda çox mühüm bir əhəmiyyət 
kəsb etməyəcək: 
Qida,  iş,  ev,  spirtli  içki  və  ya  narkotik  maddələr  kimi  daha  təcili 
ehtiyaclar Vərəm müalicəsindən üstün ola bilər 
Bu xəstələri müvafiq ictimai xidmətlərlə və ya sizin ərazidə mümkün 
olan  xəstələrin  dəstək  qrupu  ilə  əlaqələndirməyə  cəhd  edin  və  yerli 
Vərəm proqramlarını mümkün olan hallarda yardım üçün istifadə edin 
Xəstənin  müalicəsinin  tamamlanması  üçün  həvəsləndirici  vasitələrə 
nəqliyyat xərclərinin qaytarılması və ya qida məhsulları daxil edilməlidir
Xəstənin müalicəsini tamamlanmasına yardımçı ola biləcək digər yeni 
üsullar axtarın 
4.1. St qma
Ölkələrin  və  mədəniyyətlərin  əksəriyyətində  Vərəm  barədə  əhəmiyyətli 
stiqma var. Ailə və cəmiyyət üzvləri Vərəmə tutulmaqdan qorxa bilərlər və bu, 
xəstənin  ictimai  izolyasiyası  ilə  nəticələnə  bilər.  Əlavə  olaraq,  bəzi  ölkələrdə, 
mövcud  və  ya  keçmiş  Vərəm  diaqnozunun  qoyulması  həmin  şəxsin  müəyyən 
işlərə  düzəlməsinə  təsir  göstərə  bilər.  İİV  çox  yayılan  ölkələrdə  Vərəmə  qarşı 
müalicə  İİV  diaqnozunun  ehtimal  edilməsi  kimi  görünə  bilər.  İİV-lə  əlaqəli 
əlavə stiqmaların olmasına görə, bəzi Vərəmli xəstələr onların Vərəm diaqnozunu 
digərlərinin öyrənmələrindən qorxub, narahat ola bilərlər. Bu, müalicəyə riayət 
edilməsinə təsir edə bilər. Həkimlər və səhiyyə işçiləri bu barədə məlumatlı olmalı 
və xəstənin qorxu hisslərinə və ehtiyaclarına qarşı diqqətli olmalıdırlar. Mümkün 
olduğu  qədər  xəstə  üçün  DOT-un  daxil  edildiyi  müalicəni  xəstənin  rahatçılıq 
içərisində  qəbul  etməsinə  şərait  yaradılmalı  və  məxfilik  təmin  edilməlidir. 
Beləliklə, riayətə nail olmaq mümkün olar.   
Aşağıdakı cədvəldə müalicəni tamamlamaqda çətinlik çəkən xəstələrin bəzi 
ümumi səbəbləri qeyd edilib və bütün bunların aradan qaldırılması prosesində  
xəstələrin maarifləndirməsi üçün müxtəlif üsullar təqdim olunub. 
Hər  Vərəmli  xəstəyə  müalicəni  tamamlamağa  ən  azı  bir  şansın  verilməsi 
üçün əlinizdən gələni edin. Əsl qayğı və nəzakətli inad göstərərək, Siz demək olar 
ki, hər zaman tərs xəstəni belə Vərəmə qarşı müalicəsini uğurla tamamlamağa razı 
sala biləcəksiniz.

Bölmə 6
 Müalicəyə riayət edilməsi  
Müalicəyə zəif riayət 
edilməsinin səbəbləri
Mümkün olan Həllər
Səhiyyə işçisi ilə xəstənin zəif 
əlaqəsi var 
Problemin səbəbini müəyyən etməyə çalışın və həm səhiyyə işçisi, 
həm də xəstə ilə danışıb, problemin mümkün olan həllini tapın 
Əmin olun ki, xəstəyə hörmətlə yanaşırlar və əgər mümkündürsə, 
işçinin dəyişdirilməsi barədə fikirləşin və bütün digər imkanları 
nəzərə alın 
Özünü daha xəstə hiss etmir 
Müalicə rejiminin tamamlanmasının vacibliyini və rezistentlik 
halının və daha ağır xəstəliyin inkişafı kimi natamam müalicənin 
nəticələri haqqında təkrar məlumat verin 
Stiqma (Vərəmli xəstə kimi 
görünmək qorxusu və ya 
bunu arzulamamaq)
Hər hansı bir insanın Vərəmə yoluxa bilməsini qeyd edin 
Vərəmin mualicə olunan xəstəlik olduğunu və mualicəyə başlayan 
kimi, xəstələrin əksəriyyətinin çox tez qeyri-yoluxucu olmalarını 
qeyd edin
Xəstəni inandırın ki, Siz tam məxfilik saxlayacaqsınız 
Vərəmli xəstələri onların hüquqlarının tapdanmasından və 
ya işlərini itirmələrindən qoruyan (əgər bu cür milli qaydalar 
mövcüddursa) qaydalar barədə xəstəni məlumatlandırın 
Spirtli içkilər və ya narkotik 
maddələr 
Əgər mümkündürsə, xəstəni müvafiq xidmətlərə yönəldin 
Müalicəyə riayət edilməsinə həvəsləndirmək üçün xəstənin ailə 
üzvlərini cəlb edin 
Həvəsləndirin və inandırın, müalicənin zəruri olmasını qeyd edin 
Əgər mümkündürsə, həvəsləndirici stimullar (qida məhsulları, 
lakin pul yox) təklif edin 
Şəxsi və ya mədəni inamlar 
və ya alternativ və ya 
bitkilərlə müalicədən istifadə 
Diqqətli ol
Digər müalicə yolları təhlükəli olmadığı halda onların 
istifadəsini xəstəyə qadağan etməyin
Əlavə təsirlərdən əziyət çəkir 
Xəstə ilə əvvəlcədən mümkün olan əlavə təsirləri müzakirə edin 
Xəstənin əlavə təsirləri necə müəyyənləşdirməsini və öz 
həkiminə xəbər verməsini ona öyrədin 
Siz həmçinin əlavə təsirlərə nəzarət etdiyiniz haqqında xəstəni 
inandırın 
Əlavə təsirləri təcili şəkildə müalicə edin və ağır əlavə təsirlər 
üçün mütəxəssislə məsləhətləşin.
Sağlamlığa nail olmağa 
dair cəmiyyətdə yayılan 
ümüdsüzlük 
Vərəmi dəqiq qəbul olunan müalicə ilə sağaltmağın mümkün 
olmasını və müalicəyə başlayandan sonra tezliklə öz əvvəlki 
fəaliyyətlərini davam etdirə biləcəklərini xəstələrə bildirin 
Müalicənin gedişatı haqqında xəstəni məlumatlandırın 

Müalicəyə zəif riayət 
edilməsinin səbəbləri
Mümkün olan Həllər
çatışmaması 
(məs, başa düşməyən, 
məhdud hərəkət qabiliyyəti 
olan və ya  ruhi xəstələr)
Yenidən başa salın, xəstəyə müalicə rejimi və cədvəllə işləməyə 
kömək etmək üçün ailə üzvlərini cəlb edin və ya yardımcı sistem 
yaradın   
Xəstə ilə birlikdə xəstəxanaya gəlmək üçün bir nəfər tapın və bu 
problemi həll edin 
Digər tibbi problemlər  
Xəstə ilə mövcud tibbi hallarını müzakirə edin 
Xəstənin müxtəlif xəstəlik hallarının müalicəsi üçün tələb olunan 
ən zəruri fəaliyyətləri müəyyən edin 
Vərəm əleyhinə müalicənin vacibliyini izah edin 
Həllərin tapılması üçün digər səhiyyə işçiləri ilə əlaqə qurun 
Vərəm üzrə aparılan 
xidmətləri əldə etməkdə 
çətinlik çəkmələri 
Mümkün olanda, ictimai xidmətlərə müraciət edin (nəqliyyət 
vasitələrilə yardım və s.) 
Qayğı üçün maddi vəsaiətlər və /və ya həvəsləndirici vasitələrlə 
təmin edin 
Dil baryeri 
Sizin verdiyiniz məlumatların başa düşülməsinə əmin olmaq üçün 
çalışın  tərcüməçi və ya Sizin dilinizdə danışan ailə üzvünü tapasınız 
Digər problemlər (məs, 
iş itirmə qorxusu, maddi 
çətinliklər)
Müalicə rejiminin tamamlanmasının vacibliyini yenidən təkrar 
edin
Mülaicə tamamlanandan sonra əvvəlki fəaliyyətə qayıtmağın 
mümkünlüyünü qeyd edin 
Xəstəyə müalicənin tamamlanmasının və sağalmanın təsdiqi üçün 
səhiyyə işçisinin yardımını təklif edin 
4.2. T bb  qulluq və xəstəxanaya yerləşd rmək üçün göndər ş 
Ağır kliniki vəziyyətdə, ağırlaşmış və ya yanaşı gedən xəstəlik hallarına görə 
təcili kliniki monitorinqə ehtiyac duyan xəstələri xəstəxanaya yerləşdirmək lazım 
gələ bilər. Bu, həmçinin, xüsusilə müalicənin başlanğıc mərhələsində müalicəyə 
riayət və dəstək edilməsi üçün digər seçimlərin mümkün olmadığı az saylı xəstələr 
üçün alternativ ola bilər. Lakin, xəstənin xəstəxanaya yerləşdirilməsi dərmanların 
mütamadi şəkildə qəbul olunmasına və ya müalicənin tamamlanmasına zəmanət 
vermir. DOT xəstəxanalarda da təmin olunmalıdır. Bəzi ölkələrdə, digər üsullar 
təsir  göstərməyəndə,  xəstənin  müalicəni  məcburi  qəbul  etməsi  üçün  qanuni 
göstərişləri həyata keçirirlər. 

Bölmə 6
 Müalicəyə riayət edilməsi  
Əlavə olaraq:
Yardım üçün 
yerli Vərəmə nəzarət proqramına müraciət edin
 (mümkün və ya lazım 
olanda) 
Xəstələri, mümkündürsə, ruhi xəstəliklər və spirtli içkilər və ya narkotik maddələrdən 
asılı olmaq kimi xüsusi problemlərlə məşğul olan, yardım və ya konsultasiya göstərən 
xüsusi proqramlara 
göndərin
.
Xəstə üçün münasib vaxtda, lakin dərman dozaların qəbulunu buraxmamaq şərtilə, 
görüşlər təyin edin:
  bu, müalicəyə riayət edilməsini yaxşılaşdıra bilər.   
Müalicəyə riayət edilməsinə ruhlandırmaq üçün mümkün olanda qida məhsulları 
və ya nəqliyyat xərclərinin ödənilməsi kimi 
stimullardan istifadə edin
.  Bu, əhalinin 
aşağı təminatlı təbəqəsindən olan xəstələr üçün  xüsusilə effektli ola bilər. 
Mümkündürsə, xəstənin ailə üzvlərini dəstək məqsədilə müalicə prosesinə cəlb edin. 
Müalicəyə riayət etməyən xəstələrin müəyyət edilməsi üçün mümkün olduğu qədər 
ictimai işçilər və ya tibb bacıları ilə 
əməkdaşlıq edin 

4.3. Həvəslənd r c  və yardımçı vas tələr n təm n olunması 
Həvəsləndirici vasitələr xəstələrin öz kliniki DOT təyinatlarına əməl etmələri üçün 
verilən  kiçik  mükafatlardır.    Yardımçı  vasitələr  nəqliyyat  problemləri  kimi  çətinliklərə 
üstün  gəlib,  müalicənin  qəbul  olunmasını  mümkün  və  ya  asan  edən  vasitələrdir. 
Həvəsləndirici və yardımçı vasitələr Vərəm xidmələri təmin edən müəssisələrdə istifadə 
oluna bilərlər; onlar xəstənin müalicəyə riayət etməsinə və müalicəsini tamamlanmasına 
nail olmaq üçün lazımdır. 
Həvəsləndirici  və  yardımçı  vasitələr  xəstənin  xüsusi  ehtiyaclarına  və  maraqlarına 
əsasən  seçilməlidir,  əks  təqdirdə  xəstələr  onların  əldə  edilməsində  maraqlı  olmaya 
bilərlər.  Məsələn, əgər səhiyyə işçisinin nəqliyyat problemi barəsində xəbəri varsa, onda 
o, xəstəyə yardımçı vasitələr kimi avtobus jetonu, gediş haqqı və ya taksi haqqı təklif edə 
bilər.  Əgər  nəqliyyatla  bağlı  problem  yoxdursa,  onda  səhiyyə  işçisi  digər  lazımi  vasitə  
təklif  etməlidir.  Xəstələr  barəsində  mümkün  dərəcədə  çox  məlumatın  olması  onların 
ehtiyaclarının  və  maraqlarının  müəyyən  edilməsində  və  müalicəni  tamamlanmasının 
daha yaxşı əsaslandırılmasına kömək edə bilər. Həvəsləndirici vasitələrdən istifadə etməyə 
başlanmasının ən uyğun vaxtı xəstə ilə yaxşı ünsiyyətin təməli qoyulandan sonrakı vaxtdır. 
Lakin müalicənin başlanması üçün zəruri ola bilən yardımcı vasitələrin müalicə başlayan 
kimi verilməsi zəruridir.
Həvəsləndirici və yardımcı vasitələrə aşağıdakılar aid edilə bilər:
Qida məhsullarının və meyvə şirələrinin klinikada və ya qida məhsulları üçün 
talon şəklində verilməsi 
Corablar və ya əlcəklər 
Sosial  xidmət  təminatları  kimi  xidmətlər,  mənzillə,  sosial  təhlükəsizliklə, 
dərman müalicəsilə təmin edilməkdə yardım,  digər dərman vasitələrini əldə 
etmək üçün kömək etmək
İsitmə üçün duru yanacaq və ya qab-qacaq kimi məişət malları 
Avtobus və ya taksi gediş haqqının verilməsi, velosiped və ya yerli təminatçı ilə 
nəqliyyat vasitəsi məsələsini yoluna qoymaq 
Üzü qırxmaq üçün ülgüc, təraş kremi və kosmetika kimi şəxsi qulluq vasitələri
Uşaqlar üçün: oyuncaqlar, oyunlar, kitablar və məktəb vəsaitləri 
5.  Dərman qəbulunu buraxan xəstələr
Əgər Vərəmli xəstə Vərəmə qarşı dərmanların qəbulunu buraxıbsa (uğursuz müalicə 
riski nəzarə alınaraq), onda Siz mümkün dərəcədə tez aşağıdakı tədbirləri görməlisiniz:

Bölmə 6
 Müalicəyə riayət edilməsi  
Yerli Vərəm proqramına və ya tibb bacısına (əgər belə tibb bacıları varsa) 
məlumat verin
 və xəstənin müəyyən edilməsinə onları cəlb edin. 
Xəstə  ilə  telefon  və  ya/və  evə  və  ya  iş  yerinə  gəlməklə 
əlaqə  saxlayıb

müalicəyə riayət edilməməsinin səbəbini aydınlaşdırın, vəziyyəti müzakirə 
edin və xəstəni öz müalicəsini fasiləsiz davam etdirməyə ruhlandırın.
Xəstənin gündəlik qəbul etdiyi Vərəmə qarşı dərmanları özünüzlə 
götürün 
və  sizin  nəzarət  səfəriniz  zamanı  birbaşa  müşahidə  altında  müalicəni 
təmin edin.
Əgər xəstənin müalicə qəbul etməsinə mane olan hallar müşahidə olunursa 
(məsələn, digər xəstəlik və ya ailə vəziyyəti), bu halları 
müəyyən edib
, həll 
etməyə çalışın. 
Xəstənin  ailəsi  ilə 
danışın
  və  xahiş  edin  ki,  onlar  xəstəyə  öz  kömək  və 
dəstəklərini göstərsinlər. 
Həm  xəstəyə,  həm  də  onun  ailəsinə  müalicənin  tamamlanmasının 
vacibliyini
 təkrar edin
 
Vərəmə nəzarət proqramına imtina halları barədə təcili
 xəbər verin
. Əgər 
xəstə CPT, ART və ya İİV-lə əlaqəli digər müalicələr və ya başqa xəstəliyə 
qarşı müalicə qəbul edirsə, Siz bu müalicənində buraxılması barədə soruşa 
bilərsiniz. Əgər bu təsdiqlənərsə, onda Siz xəstəni öz müalicəsini təkrar 
başlanmasına  ruhlandırın  və/və  ya  xəstənin  digər  müalicəsinə  nəzarət 
edən şəxsə məlumat verin. 

Bu bölmədə Siz öyrəndiniz ki...
Vərəmli xəstənin uğurlu müalicəsi həm xəstə, həm də cəmiyyət üçün 
əhəmiyyət təşkil edir və bu uğurlu müalicənin məsuliyyəti səhiyyə 
işçisinin yalnız müvafiq müalicə rejiminini təyin etməsindən deyil, həm də 
müalicənin tamamlanmasını təmin etməsindən ibarətdir. 
Xəstə-mərkəzləşdirilmiş yanaşması amilindən müalicəyə riayət 
edilməsinin təşkili xəstə ilə DOT üçün ən uyğun vaxt və yerin seçilməsi və 
mümkündürsə, digər ictimai və tibbi xidmətlərin təminatından ibarətdir. 
Xəstənin müalicəyə riayət etməməsinin bir çox səbəblərinin olmasına 
baxmayaraq, ən vacib səbəblərdən biri səhiyyə işçisilə zəif ünsiyyətin 
olmasıdır 
Müalicə təminatçıları hər bir Vərəmli xəstə üçün müalicə olunmaq şansının 
verilməsi üçün əllərindən gələni etməlidirlər 
Əsl qayğı və nəzakətli inad göstərərək, Siz çox vaxt xəstəni Vərəmə qarşı 
müalicəni davam etməyə razı sala bilərsiniz 
Bəzi hallarda, sizin göstərdiyiniz bütün cəhdlərə baxmayaraq, xəstələr 
müalicədən imtina edəcəklər  
Əgər Vərəmli xəstə Vərəmə qarşı dərmanların qəbulunu buraxıbsa və ya 
müalicədən imtina riski yaranıbsa, Siz mümkün dərəcədə təcili tədbirlər 
görməlisiniz. Buraya müalicənin tamamlanması üçün həvəsləndirici və 
yardımcı vasitələrin verilməsi daxil ola bilər 
Bölmə  6

Bölmə 6
 Müalicəyə riayət edilməsi  
Biliklərinizin qiymətləndirilməsi üçün Suallar və Çalışmalar:
Müalicəyə riayət edilməsi
1. HT, 40 yaşlı kişi müalicənin 2-ci ayındadır və özünü daha yaxşı hiss etməyə 
başlayıb.  Müalicə  başlayandan  bəri  onun  bədən  çəkisi  10  kiloqrama  qədər 
artıb və müalicənin əvvəlində az sayda əlavə təsirlərin olmasına baxmayaraq, 
indi hər şey arxada qalıb. O, bu gün sizin yanınıza gəlib və dərmanların effektli 
olmasının və müalicənin davam etməsinə ehtiyac olmamasını düşündüyünü 
söyləyir. O, DOT işçisilə hər gün görüşməsini davam etdirməyi qəti şəkildə 
istəmir  və  özünü  yaxşı  hiss  etdiyinə  görə,  sizin  indi  məşğul  olmalı  digər 
işlərinizin olduğunu qeyd edir. 
  HT  öz  müalicəsini  və  DOT-u  davam  etdirmək  üçün  Siz  hansı  məsələləri 
onunla müzakirə etməlisiniz? 
Müalicə  rejiminin  tamamlanmasının  vacibliyini  və  natamam  müalicənin  nəticələrini 
təkrar  edin.  Xəstə  bütün  dərmanları  udarkən  düzgün  dərmanların  qəbul  olunmasına 
və tələb olunan vaxtda dərmanların mütamadi qəbuluna əmin olmaq üçün kiminsə ona 
nəzarət etməsinin vacibliyini izah edin. Xəstə ilə mütamadi görüşərək, səhiyyə işçisi xəstədə 
əlavə təsirlərin və ya digər problemlərin müşahidə olunmasını da qeyd edə bilər. 
İzah edin ki, əgər xəstə bütün dərmanları qəbul etməzsə, o, Vərəmi ailədə və ya cəmiyyətdə 
yaymağa  davam  edə  bilər  və  bu  halda  Vərəm  xəstəliyi  müalicə  olunmayacaq.  Müalicəyə 
fasilə vermək və ya dayandırmaq çox təhlükəlidir, çünki xəstəlik sonra müalicə olunmaya 
bilər və ya xəstə hətta ölə bilər. 
cavablar

Bölmə 1
 Vərəmin Etiologiyası və Patogenezi  
Vərəm İnfeksiyasına Nəzarət Bölmə  7

7

Bölmə 7
  Vərəm İnfeksiyasına Nəzarət  
Vərəm İnfeksiyasına Nəzarət 
V
ərəm  infeksiyasının  yayılmasına  xüsusilə  yüksək  risk  olan  yerlərdə 
infeksiyaya  nəzarət  edilməsi  təcili  təxirəsalınmaz  tədbirlər  tələb 
edir. İnfeksiyaya nəzarət dedikdə ÜST-ün Vərəmlə mübarizədə, xüsusilə 
İİV  yayılan  ərazilərdə,  Üç  İ  strategiyasının  komponentləri  nəzərdə  tu-
tulur.  Dərmanlara  qarşı  rezistent  Vərəmin  ciddi  şəkildə  olan  artım 
səviyyəsi,  həmçinin  İİV  infeksiyasına  məruz  qalmanın  artması  müalicə 
müəssisəsələrində insanlar sıx şəkildə toplaşdığı digər yerlərdə infeksiyaya 
nəzarətin vacibliyinin təkrar qiymətləndirilməsinə gətirir. İİV-ə yoluxmuş 
və zəif immun sisteminə malik çox sayda xəstələrinin olması, infeksiyaya 
müvafiq nəzarət siyasətinin və təcrübənin çatışmazlığı ilə səhiyyə işçiləri 
və görüşlərə gələnlərlə birgə müalicə müəssisəsində Vərəmin ötürülməsinə 
və yayılmasına münbit mühit yaradır. Müalicə müəssisələrində Vərəmin 
ötürülməsinin  qarşısını  almaq  üçün  infeksiyaya  nəzarət  strategiyasının 
inzibati (idarəçiliyə xas olan); ətraf mühitə aid; fərdi respirator müdafiə 
kimi üç növündən istifadə olunur və infeksiyaya nəzarətin bu növləri po-
tensial ötürülmənin müxtəlif mərhələlərinə aiddir. 
VQBS  –na  uyğun  həkimlər  yoluxucu  Vərəmli  və  ya  Vərəmə  subhəli 
xəstələrə  qayğı  gostərilən  muəssisələrdə  infeksiyaya  müvafiq  nəzarət 
qaydalarına əməl edilməsini təmin etməlidirlər. (Standart 20)
Bölmə  7

Öyrənmə Məqsədləri
Bu bölmədə iştırakçılar öyrənəcəklər: 
Vərəm infeksiyasına nəzarət strategiyasının üç müxtəlif növünü və onların 
üstünlüklərini 
İnfeksiyaya nəzarət planının vacib komponentləri 
Nə vaxt Vərəmli xəstə yoluxucu hesab edilməlidir
Müalicə müəssisəsində yaxşı ventilyasiyanı necə təmin etmək olar 
Necə və nə vaxt fərdi respiratordan istifadəni seçmək lazımdır 
Respirator və üz maskası arasında olan fərqlər 
bölmə  7
Vərəm İnfeksiyasına Nəzarət 

Bölmə 7
  Vərəm İnfeksiyasına Nəzarət  
1.  Vərəm İnfeks yasına Nəzarət n Strateg yaları 
Müalicə  müəssisəsində  Vərəmin  ötürülməsinin  qarşısının  alınmasında 
infeksiyaya nəzarət strategiyasının üç növü istifadə olunur: inzibati (idarəçiliyə 
aid);  ətraf  mühitə  aid;  və  fərdi  respirator  müdafiə.  Bu  strategyaların  hər  biri 
infeksiyaya  nəzarətini  mikobakterial  ötürülmə  prosessinin  fərqli  mərhələrinə 
aid edilir. Ümumiyyətlə, müəssisələrdə və ya idarələrdə Vərəmin otürülməsinin 
qarşısını  almaqda  iş  təcrübəsinin  və  inzibati  strategiyaların  böyük  təsiri  var  və 
onlar mümkün resurslara baxmayaraq hər hansı şəraitdə birincili üstünlük təşkil 
edirlər.  Bu  tədbirlər 
M.  tuberculosis  tərkibli  nüvəli  damcılarının  aerozolunun 
müəssisədə əmələ gəlməsinin qarşısını alır və beləliklə xəstələrin və işçi heyətinin 
Vərəmə məruz qalmalarını azaldır. Ən yaxşı halda, əgər nüvəli damcıların aerozolu 
əmələ gəlmirsə (aerozola çevrilmirsə), onda məruz qalma ehtimalı aradan qalxır; 
və  bundan  başqa  nəzarət  daha  lazım  olmur.  Lakin,  əgər  bütün  məruz  qalma 
ehtimallarını aradan qaldırmaq mümkün olmursa, havada mikobakterial nüvəli 
damcıların  konsentrasiyasını  azaltmaq  üçün  təkmilləşmiş  ventilyasiya  sistemi 
kimi  ətraf  mühitə  aid  strategiyalar  əlavə  edilməlidir.  Fərdi  respirator  müdafiə 
avadanlığı olan respiratorlar və maskalar nüvəli damcılarla nəfəs almaya maneə 
olur, lakin onlar digər iki strategiyanın əsasında effektli olurlar və Vərəmə məruz 
qalmanın nisbətən yüksək riski yaranan vəziyyətlərdə istifadə olunmalıdırlar.  
2.  Pat ent Infect ousness 
müxtəlif strategiyalar
Strategiya
Üstünlük
Təsir
İnzibati 
Strategiyalar 
Birinci Üstünlük
Nüvəli damcıların havada 
əmələ gəlməsinin azalması 
Ətraf mühitə aid 
Nəzarət Strategiyaları 
İkinci Üstünlük  Havada basillərin 
konsentrasiyasının azalması 
Fərdi Respirator
 Müdafiə
Üçüncü Üstünlük Vərəm basillərinin nəfəs 
almasına maneə olması 

Vərəmli və Vərəmə sübhəli xəstələr yoluxucu hesab olunurlar, əgər onlarda:
ACV xəstəliyi varsa (ağ ciyərlər, hava yolları və ya qırtlaq)
Onlar öskürürlərsə və ya öskürəyə səbəb olan prosedurlar baş veriblərsə 
TDB müsbət bəlğəm yaxmaları varsa 
Əgər bu xəstələr Vərəmə qarşı müalicə qəbul etmirlərsə və ya Vərəm əleyhinə 
müalicəyə yenicə qoşulublarsa və ya onlarda Vərəmə qarşı müalicəyə zəif kliniki və 
ya bakterioloji təsir varsa, həmin xəstələr yoluxucu hesab oluna bilərlər.  
Ağ  ciyərdən  kənar  Vərəmli  xəstələr  adətən  yoluxucu  olmurlar.  Onlar 
yoluxucu ola bilərlər, əgər onlarda:
Yanaşı gedən ağ ciyər xəstəliyi varsa
Ağız boşluğunda və ya qırtlaqda qeyri-ağ ciyərli xəstəlik varsa
Açıq  absesi  və  ya  zədələnməsi  (xüsusilə  əgər  onlardan  drenaj  mayesi 
geniş ifraz olunursa və ya drenaj mayesinin aerozolu əmələ gəlirsə) olan 
Vərəm xəstəliyi varsa
Təsdiq  olunan  Vərəm  xəstəliyi  ilə  xəstələr,  əgər  mümkündürsə,  təcrid 
olunmalı və ya xəstəxanaya yerləşdirilmə prosesinə qədər ayrı saxlanmalıdırlar:
Fərqli günlərdə toplanan iki mənfi bəlğəm yaxmasına nail olanadək
Kliniki yaxşılaşmayadək 
Və müvafiq müşahidə altında Vərəmə qarşı müalicə qəbul edərək (iki 
həftədən artıq)
MDR-Vərəmli  və  ya  XDR-Vərəmli  xəstələrin  təcrid  olunmaları  üçün 
xəstəxanaya  yerləşdirilməsi  məsələsinə  baxıla  bilər,  çünki  bu  cür  xəstələrdə 
müalicənin  uğursuzluğu  və  ya  residivliyi  və  daha  uzun  müddətli  yoluxuculuq 

Bölmə 7
  Vərəm İnfeksiyasına Nəzarət  
mərhələsinə malik olma ehtimalı böyük olur. Bəlğəm yaxması müsbət Vərəmli 
xəstələrin İİV-ə yoluxan şəxslərdən, uşaqlardan və zəif immun sisteminə malik 
olan digər xəstələrdən ayıran zaman xüsusilə yüksək diqqət və qayğı göstərmək 
lazımdır.  İİV/QİÇS  ilə  yaşayan  insanlar  arasında  Vərəm  ən  çox  rast  gəlinən 
opportunistik (bəlkə şərti-patogen) infeksiya hesab edilir və ölüm halların ən əsas 
səbəbini təşkil edir. 
3.  İnz bat  Nəzarət Strateg yaları 
Vərəmin  müəssisədə  ötürülməsinin  qarşısını  alan  ən  effektli  tədbirlər 
dedikdə təcili aşkarlanma, xəstələri maarifləndirilmə və Vərəmə sübhəli şəxslərin 
təcrid  olunması  və  onlara  diaqnoz  qoyulması,  vərəmli  xəstələrin  düzgün 
müalicəsi nəzərdə tutulur.  Əlavə olaraq, bütün səhiyyə müəssisələrində Vərəm 
infeksiyasına nəzarət planı olmalıdır və bütün həkimlər və digər səhiyyə işçiləri öz 
müəssisələrinə  xas  olan  planlara  və  prosedurlara  əməl  etməlidirlər. 

Skrininq
Vərəmin yayılmasına nəzarətdə birinci addım Vərəm xəstəliyi 
təsdiq və ya sübhəli olan xəstələrin erkən aşkarlanmasıdır. 
Buna uzun müddətli öskürən xəstələri birinci görüş zamanı 
skrininqdən keçirməklə nail olmaq olar. İki həftədən artıq 
öskürəyi olan və ya Vərəmə yoluxanan və ya Vərəmə qarşı 
müalicə alan* xəstələr aşağıda qeyd olunan kimi idarə 
olunmalıdır. 
Təlim
Skrininq zamanı uzun müddətli öskürəyi olan xəstələrin 
müəyyən edilmə vaxtı, onlara öskürməyə aid gigiyena 
qaydaları 
haqqında məlumat verin. Bura öskürərkən və 
ya asqırarkən burun və ağzı örtmə, mümkün olanda üz 
maskaları və ya dəsmallar ilə təmin edilmə aiddir. Əgər üz 
maskası və ya dəsmal yoxdursa, xəstə köynəyin qoluna və ya 
dirsəyin iç tərəfinə öskürməlidir və ya asqırmalıdır. 
Təcrid olunma
Vərəmə sübhəli və ya Vərəm xəstəlik halları kimi 
skrininq zamanı aşkar olunan xəstələr digər xəstələrdən 
ayrılmalıdırlar
 və onlardan ayrı yaxşı ventilyasiya olunan 
gözləmə ərazidə qalmalarını xahiş etmək lazımdır və bu 
gözləmə ərzində onları cərrahi maskalar və ya dəsmallarla 
ağızlarını örtmələri üçün təmin etmək lazımdır.  
Vərəmə qarşı 
yoxlama və 
ya yoxlamaya 
göndərilmə 
Vərəm əleyhinə diaqnostik testlər yerindəcə olunmalıdır və 
ya, əgər imkan yoxdursa, həkimin simptomatik xəstələrin 
diaqnostikaya və müalicəyə göndərilə bildiyi Vərəm 
diaqnostik mərkəzilə təmsil olunmuş əlaqəsi olmalıdır  
*Müvafiq müalicədə olan Vərəmli xəstələrin artıq yoluxucu olmamalarına baxmayaraq, sizin üçün xəstənin 
həqiqətən müvafiq müalicənin qəbul edib-etməməsini müəyyən etmək çətin ola bilər. Ən ehtiyatlı prosedur müalicə 
qəbul edən xəstələri yuxardakı kimi idarə etməkdir.   
Ümumiyyətlə,  müalicə  müəssisələrində  Vərəmin  qarşısının  alınmasına  və 
nəzarətinə dair inzibati strategiyaların beş komponenti var. 
1. İnfeksiyaya nəzarət planı
2. Keyfiyyətə zəmanətin verilməsi daxil olmaqla planda olan prosedurlara inzibati 
dəstək 
3. İşçi heyətinin təlimi 

Bölmə 7
  Vərəm İnfeksiyasına Nəzarət  
4. Xəstələrin maarifləndirilməsi və cəmiyyətin xəstəlik barədə məlumat səviyyəsinin 
artması 
5. Yerli Vərəm proqramı ilə koordinasiya və əməkdaşlıq 
Hər müassəsinin yazılı şəkildə vərəm infeksiyasına nəzarət planı olmalıdır. Bu 
planda aşağıdakılar qeyd olunmalıdır:
Vərəmə sübhəli şəxslərin düzgün aşkarlanması və təcrid olunması 
Səhiyyə xidmətlərinin təmin edilməsi 
Vərəmə dair yoxlama 
Vərəmə sübhəli və ya təsdiqlənmiş Vərəm diaqnozu ilə xəstələrin göndərişi  
Bu plan səhiyyə mütəxəssislərindən və xəstəxananın inzibatçılarından ibarət 
infeksiyaya nəzarət qrupunu müəyyən edir və planın və ya aktın yerinə yetirilməsinə 
dair məsuliyyət daşıyan işçi həyətinin üzvünü təyin etməlidir.  Lakin, tədbirlərə 
riayət edilməsinə zamin olmaq hər bir işçinin borcudur (xüsusilə həkim və kliniki 
işçi  heyətin).  Həkimlər  hər  hansı  Vərəm  infeksiyasına  nəzarət  planının  əsas 
komponenti kimi həmişə aşağıdakı göstərilən inzibati tədbirləri görməlidirlər.  
4.  Ətraf müh tə a d Nəzarət Strateg yaları 
İİV müalicə olunan müəssisələrdə Vərəmin yayılmasının qarşısını almaq üçün 
ikinci sıra müdafiəyə aid olan ətraf mühitə nəzarətdir. Xüsusilə qeyd edilməlidir ki, 
əgər inzibati strategiyalar və iş təcrübələri qeyri-müvafiqdirsə, onda ətraf mühitə 
aid  strategiyalar  xəstəliyin  ötürülmə  riskini  aradan  qaldırmayacaq.
  Onlar 
mexaniki və ya təbii ventilyasiyaya əsaslanırlar və filterlər (yüksək effektli), Ultra 
Bənövşəyi Bakterisid Şüalar (UVGİ) ilə əlavə olaraq təmin oluna bilərlər. 
Ətraf  mühitə  aid  strategiyaların  texnoloji  cəhətdən  mürəkkəb  və  bahalı 
olmasına  baxmayaraq,    nəzarətli  təbii  ventilyasiya 
M.  tuberculosis  –in  yayılma 
riskini azalda bilər. 
Ventilyasiya  havanın  hərəkəti  deməkdir.  Ventilyasiya  xüsusi  bir  ərazidə 
havanın dəyişılməsinə nail olmaq üçün və otaqda və ya müəssisədə hava axınının 
istiqamətini nəzarət altında saxlamaq üçün istifadə oluna bilər. Bu proseslər nüvəli 
damcıların aerozolunun konsentrasiyasını və tibbi işçi heyətin və xəstələrin yoluxma 
ehtimalını azaldır. Müvafiq ventilyasiyanın qurulması üçün bir çox yollar var. Bura 
təbii  ventilyasiyanın  güclənməsinə  dair  ventilyatorlardan  istifadə,  yerli  sorulma 
ventilyasiyası (bəlğəmin toplanması üçün kabinlər, laboratoriya avadanlığına aid 
hava sorucu şkaflar) və hava-damcı vasitəsilə yayılan infeksiyanın təcrid olunması 
üçün  və  xüsusi  prosedurlar  aparılan  otaqlarda  mənfi  təzyiqin  yaradılmasına  dair 
ümumi ventilyasiya sistemləri aiddir. 

4.1. Təb  vent las ya
Yaxşı  ventilyasiyaya  nail  olmağın  ən  asan  yolu  xəstəxanalarda,  həkim 
otaqlarında, palatalarda və ya otaqlarda təbii ventilyasiyanın gücləndirilməsidir. 
Qəbul  otaqları,  bəlğəmin  toplandığı  otaqlar,  müayinə  otaqları  və  palatalar 
bayıra tərəf açıq olmalıdır  (məsələn, onlar açıq, örtülü və ya açıq pəncərəsi olan 
ərazilərdə olmalıdır). Əgər mümkündürsə, bəlğəm toplanılan yer ayaqyolu və ya 
digər qapalı yerlər kimi kiçik otaqlarda deyil, açıq havada olmalıdır.  
4.2. Avadanlıqların və  nsanların yerləşməs
Otaqlarda və digər yerlərdə səhiyyə işçisi, digər xəstələr və görüşə gələnlər 
infeksiyalı hava ilə nəfəs almamaq üçün otağın mebeli elə qoyulmalıdır ki, hava 
axınının  istiqamətinə  nəzarət  olsun.  Əgər  mümkündürsə,  səhiyyə  işçisi  elə  bir 
yerdə durmalıdır ki, hava ondan xəstə tərəfə gedərək bayıra çıxsın. Adi ventilyator 
da bu prosesə yardımçı ola bilər. 

Bölmə 7
  Vərəm İnfeksiyasına Nəzarət  
4.3. F ltrlər
Yüksək effektli filtrasiya vasitələri binanın quruluşunda dəyişiklər tələb edə 
bilən  mexaniki  ventilyasiya  tədbirlərinə  alternativ  ola  bilər.  Filtrlərin  müxtəlif 
növləri  var.  Ən  yaxşılarından  biri  Yüksək  Keyfiyyətli  Korpuskulyar  Hava 
Filtridir (HEPA), bu filtr 0.3 μm və ya mikron diametrində olan hissəciklərin 
99.97% -ə qədər filtrasiya edir. Əgər HEPA filtrlər çox bahalıdırsa, onda digər 
yüksək effektli filtrlərdən də istifadə etmək olar. Filtrlər məhdud sayda Vərəmli 
xəstələrin  olduğu  kiçik  və  qapalı  otaqlarda  istifadə  oluna  bilər.  Mənbəyə  və 
ərazidə insanların yerləşməsinə əsasən kontaminasiyalı havanın filtrasiya edilməsi 
üçün  filtrlərin  düzgün  yerləşdirilməsinə  əmin  olmaq  zəruridir.  Filtri  otaqda 
yalnız yerləşdirmək kifayyət deyil. Hər bir sistemin havanı filtrasiya etmək üçün 
özünəməxsus xüsusi gücü var və seçilmiş otaqda havanın tələb olunan nisbətdə 
müvafiq  şəkildə  dəyişilməsi  və  təmizlənməsi  prosesinə  mütəxəssis  tərəfindən 
rəy verilməlidir. İstehsalçının göstərişlərinə əməl edərək, bütün HEPA və digər 
yüksək  effektli  filtrlər  diqqətlə  quraşdırılmalıdır  və  onların  lazımi  qaydada 
fəaliyyət göstərəcəyinə ciddi şəkildə zəmanət verilməlidir. 
pəncərə
pəncərə
qapı
 Hava axını
m
asa
 ü
st
ü
xəstə
səhiyyə 
təminatçı

4.4. Ultrabənövşəy  bakter s d şüalar
UVGI  –lar  nüvəli  damcıların  tərkibində  olan 
M.  tuberculosis  və  digər 
bakteriyaları və virusları öldürə və ya zərərsizləşdirə bilər. Müxtəlif tədqiqatlarda 
M. tuberculosis tərkibli havanın dezinfeksiyasında UVGI-ın istifadəsinin effektli 
olması aşkarlanıb11,12.  Bu üsul 
M. tuberculosis-in havadan təmizlənməsi vacib 
olan  vəziyyətlərdə  digər  nəzarət  tədbirlərinə  əlavə  vasitə  kimi  istifadə  oluna 
bilər. Çox yaxşı olar ki, basillərin öldürülməsi üçün tələb olunan dozanın əldə 
edilməsi və 
M. tuberculosis –i zərərləşdirilməsi üçün mümkün qədər uzun müddət 
ərzində UVGI şüaları verilsin. Ümumiyyətlə, UVGI otağın yuxarı hissəsində olan 
havanın dezinfeksiyası üçün istifadə olunur. Birbaşa düşən şüalardan gözləri və 
dərini  qorumaq  üçün    qoruyucu  vasitələrdən  istifadə  olunur  (Aşağıdakı  şəklə 
bax).  UVGI  düzgün  qaydada  quraşdırılmadıqda  və  lazımi  qaydada  istifadə 
edilmədiyi ərazilərdə UVGI-dən çox yüksək şüalanmadan kəskin və xroniki dəri 
reaksiyası və gözlərdə dəyişiklik kimi əlavə təsirlərin baş verə bilməsi səbəbindən, 
bu ərazilərdə uzun müddət qalmalı olan tibbi işçi heyəti, xəstələri və onları ziyarət 
edən şəxsləri qorumaq məqsədilə UVGI şüalarının istiqamətini dəyişdirməyə dair 
bu müdafiə vasitələrindən istifadə olunur. Qeyd etmək lazımdır ki, yalnız UVGI 
-rı  vasitəsi ilə havanın bayıra sorulmasını və ya otaqda sirkulasiyasını təmin etmək 
olmur.  Bu  hər  iki  hal  isə  insanların  mutəmadi  olaraq  istifadə  etdiyi  ərazilərdə 
havanın  münasib  keyfiyyətinə  nail  olmaq  üçün  zəruridir.  Lazım  olduqda,  UB 
lampaları spirtlə (lakin su ilə yox!) təmizlənilə bilər. İstifadə haqqında olan aktlara 
(göstərişlərə) riayət etmək lazımdır.  

Bölmə 7
  Vərəm İnfeksiyasına Nəzarət  
5.  Fərd  Resp rator Müdaf ə 
Fərdi respirator müdafiə (məs., respiratorların 
seçilməsi  və  istifadə  üçün  təlimi)  ümumilikdə 
üstünlük  verilən  seçim  deyil  və 
M.  tuberculosis 
tərkibli yoluxucu nüvəli damcıların konsentrasiyası 
yüksək olan ərazilərdə yalnız  ətraf mühitə aid və 
inzibati nəzarət tədbirləri ilə bu konsentrasiyanın 
müvafiq  şəkildə  azaldılması  mümkün  olmayan 
halda 
istifadə 
olunmalıdır. 
Respiratorlar 
bahalıdır  və  lazımi  qaydada  quraşdırılmanın 
müəyyənləşdirilməsi  üçün  xüsusi  avadanlıq  tələb 
edir və yalnız inzibati və ətraf mühitə aid nəzarət 
tədbirlərinin  həyata  keçirildiyi  halda  işçi  heyətini 
M.  tuberculosis-li  hava  ilə  nəfəs  almadan  müdafiə 
edəcək.  Onların  istifadəsi  MDR-Vərəmli  xəstələr 
üçün  ixtisaslaşdırılmış  müalicə  mərkəzləri  və  ya 
spirometriya  və  ya  bronxoskopiya  prosedurları 
aparılan  otaqları  olan  xəstəxanalarda  və  müraciət 
mərkəzlərində  xüsusi  yüksək  riskli  ərazilərlə 
məhdudlaşmalıdır.  Hava  damcı  yolu  ilə  ötürülən 
M.  tuberculosis  tərkibli  nüvəli  damcılardan 
müdafiə etmək üçün respiratorun 0.3 μm diametri 
olan  hissəcikləri  filtrasiya  etmək  qabiliyyəti 
olmalıdır.  Respiratorlar  adətən  0.3  μm  diametri 
olan  hissəciklərin  ən  azı  95  %  filtrasiya  effektinə  malik  olan  maskaların  xüsusi 
növlərindəndir.  Respiratorların  müxtəlif  növləri  və  iki  təsnifat  sistemi  -  ABŞ 
və Avropa sistemləri var (aşağıdakı cədvələ bax). Hər ikisi filtrasiyanın müvafiq 
səviyyəsini təmin edir və onlardan birinin seçilməsi cari mövcudluq, istifadəçinin 
sifətinin  quruşuna  uyğunluq  və  onların  qiymətindən  asılı  olacaq.  ABŞ  sistemi 
respiratorları  müdafiə  səviyyəsindən  asılı  olaraq  doqquz  növə  ayırır.  Burda 
effektivliyin üç səviyyəsi (95%, 99% və 99.97%) və filtrlər üçün rezistentliyinin 
azalmasına dair üç kategoriyalar (N, R və P) var. Avropa sistemində effektivliyin 
üç müxtəlif səviyyəsi (FFP1-80%, FFP2 – 94% və FFP3 – 99%) var. Hər filtr və 
ya qutunun üzərində filtrin növünü müəyyən edən işarə qeyd edilməlidir. Müalicə 
müəssisələrinin əksəriyyətində N95 və ya FEP2 (və ya daha yüksək) filtr növündən 
istifadə etməklə müvafiq müdafiə təmin edilir.  

ABŞ Təsnifat Sistemi 
AB Təsnifat Sistemi
Kateqoriya   
95
99
100
Filtr
Kateqoriyası 
Filtr Effektivliyi 
N
95%
99%
99.97%
FFP1
80%
R
95% 
99%
99.97%
FFP2
94%
P
95%
99%
99.97%
FFP3
99%
N = Yağlara davamlı deyil 
R = Yağlara davamlıdır
P = Yağ keçirməyən 
Filtr Effektivliyi 
5.1. Resp ratorlara qulluq 
Respiratorlar  birdəfəlikdir,  lakin  əgər  düzgün  saxlanılsalar,  nəmişlikdən, 
çirkli yerlərdən və əzilmədən qorunularsa bir neçə dəfə istifadə oluna bilər. Onlar 
təmiz, quru yerdə, plastik torbada olmamaq şərtilə, nəm və kif olan yerdən uzaq 
saxlanmalıdır. Çox vaxt respiratorun ən tez sıradan çıxan hissəsi elastik lenti olur. 
Respiratorların effektli olması üçün, onlar havanın sızması mümkün ola biləcək 
kiçicik bir ara da olmadan  sifətə sıx şəkildə taxılmalıdır. Beləliklə, respiratorların 
elastik lentlərindən asıb, saxlamaq məsləhət deyil, çünki bu halda elastik lentin 
boşalması baş verəcək. 

Bölmə 7
  Vərəm İnfeksiyasına Nəzarət  
5.2. Uyğunluq və uyğunluq test  
Qeyd etmək vacibdir ki, respiratorlar hava sızmasının qarşısını almaq üçün 
istifadəçinin  üzünə  kip  taxılmalıdır.  Əgər  respiratorların  kənarlarından  hava 
sızması varsa, onda yoluxucu hissəciklər asanlıqla nəfəs alınan havaya qarışacaq. 
Üzdə  saqqalın  olması  respiratorların  düzgün  istifadəsinin  qarşısını  alır  və 
yoluxucu hissəciklərin geniş şəkildə nəfəs alınan havaya qarışmasına imkan yaradır. 
Əlavə olaraq, müxtəlif insanların müxtəlif sifət quruluşu olduğuna görə, bütün 
insanlara uyğun gələ biləcək yeganə bir respirator mövcud deyil. Bu səbəbdən, 
istifadə üçün dəqiq ölçünü və modeli bilməyə və respiratorun istifadəçiyə uyğun 
gəlib-gəlməməsinə əmin olmağa dair uyğunluq testinin aparılması çox vacibdir. 
Uyğunluq  testi  təlim  keçmiş  işçi  heyəti  tərəfindən  aparılmalıdır.  Müalicə 
müəssisəsində  risk  altında  olan  işçi  heyətinin  respirator  müdafiəsinə  zəmanət 
vermək üçün bir neçə növdə və ölçüdə respiratorlar olmalıdır. 
Uyğunluq  testi  aparılmadan  respiratorlardan  istifadə  yalnız  müdafiənin 
67%-ni  təklif  edir  və  bu  nəzərdə  tutulan  səviyyədən  çox  aşağıdır.  Uyğunluq 
testindən istifadə edərək, müdafiə səviyyəsi 96 %-ə qədər artır, bu isə müvafiq 
müdafiə  sayılır.  Uyğunluq  testini  istifadə  etməyən  səhiyyə  işçiləri  daha  böyük 
yoluxma riskinə məruz qala bilərlər. 

5.3.  Üz maskaları
Parçadan  və  ya  kağızdan  olan  cərrahi 
maskaları  kimi  üz  maskaları  uyğuluq 
testindən  keçən  respiratorlara  oxşaya  bilər, 
lakin  cərrahi  maskalardan  istifadə  səhiyyə 
işçilərini,  digər  işçi  heyətini,  xəstələri  və 
ya  ziyarətə  gələnləri  Vərəmdən  qorumur. 
Bu  səbəbdən,  Vərəmin  müalicəsi  aparılan 
müəssisələrdə  səhiyyə  işçilərinin  və  digər 
işçi  heyətinin  və  ya  ziyarətə  gələnlərin 
bu  cür  üz  maskalarından  müdafiə  üçün 
istifadələri  tövsiyyə  EDİLMİR.  Bəzi  üz 
maskaları  yoluxucu  xəstələrin  Vərəm 
basillərini  havaya  yaymasının  azaldılması 
məqsədilə  xəstələr  tərəfindən  istifadə 
oluna  bilər.  Lakin,  üz  maskalarından 
istifadə  barədə  məlumat  Vərəmli  xəstələrin 
effektiv  öskürək  gigiena  qaydalarına  əməl 
etmələri  haqqında  maarifləndirmə  işinə 
daxil  edilməməlidir.  Fərdi  respirator 
müdafiədən  istifadə  fərdi  müdafiə  üzrə 
səhiyyə  işçisinin  təliminin,  uyğun  gələn 
müvafiq respiratorların seçilməsi, respirator 
gigienası  və  öskürək  etiketinə  xəstələrin 
təlimi daxil edilən proqramın bir hissəsi olmalıdır. İnfeksiyaya nəzarət siyasəti 
və təlimatları haqqında daha ətraflı məlumat üçün ÜST-nın nəşrlərinə müraciət 
etmənizi xahiş edirik: 
Guidelines for the Prevention  of Tuberculosis in Health Care 
Facilities in Resource-Limited Settings (Resurslar məhdud olan ərazilərdə Müalicə 
Müəssisələrində Vərəmin Profilaktikasına dair Təlimatlar) və onların əlavələrinə: 
Tuberculosis Infection Control In The Era of Expanding HIV Care And Treatment 
(İİV-ə Qayğının və Müalicənin Genişlənmə Erasında Vərəm İnfeksiyasına Nəzarət) 
və ya bu bölmənin sonunda olan tövsiyyə edilən ədəbiyyata müraciət edin. 

Bölmə 7
  Vərəm İnfeksiyasına Nəzarət  
Bu bölmədə Siz öyrəndiniz ki...
Müalicə müəssisəsində Vərəmin ötürülməsinin qarşısının alınması üçün 
infeksiyaya nəzarət strategiyasının üç növündən istifadə olunur: inzibati 
(idarəçiliyə aid olan); ətraf mühitə aid; və fərdi respirator müdafiə. 
Vərəmli xəstələr və Vərəmə sübhəli şəxslərdə ağ ciyər Vərəm xəstəliyi (ağ ciyər, 
hava yolları və ya qırtlaq) varsa, öskürürlərsə və ya öskürək gətirən prosedurlar 
aparılırsa və TDB bəlğəm yaxması müsbətdirsə, onlar yoluxucu sayılırlar.
Müəssisədə Vərəmin ötürülməsınə qarşı ən effektli tədbirlər təcili aşkarlama, 
Vərəmə sübhəli şəxslərin maarifləndirilməsi və təcrid olunmasıdır, Vərəmli 
xəstələrin diaqnostikası və düzgün müalicəsidir. 
İİV-ə qayğı müəssisələrində Vərəmin yayılmasının qarşısını almaq 
üçün aparılan müdafiə tədbirlərinin ikinci mərhələsi ətfar mühitə aid 
strategiyalardır. 
Xüsusilə qeyd edilməlidir ki, əgər inzibati strategiyalar və iş təcrübələri qeyri-
müvafiqdirsə, onda ətraf mühitə aid strategiyalar xəstəliyin ötürülmə riskini 
aradan qaldırmayacaq.
Ətraf mühitə aid strategiyalar mexaniki və ya təbii ventilasiyaya əsaslanır və 
buraya filtrlər də əlavə oluna bilər 
Fərdi respirator müdafiə (məs., respiratorların seçilməsi və istifadə üçün 
təlimi) ümumilikdə üstünlük verilən seçim deyil və 
M. tuberculosis tərkibli 
yoluxucu nüvəli damcıların konsentrasiyası yüksək olan ərazilərdə yalnız  
ətraf mühitə aid və inzibati nəzarət tədbirlərlə bu konsentrasiyanın müvafiq 
azalması mümkün olmayan halda istifadə olunmalıdırlar. 
Respiratorlar parçadan və ya kağızdan olan cərrahi maskalar kimi üz 
maskalarından fərglidir
Üz maskalarından istifadə səhiyyə işçilərini, digər işçi heyətini və ya ziyarətə 
gələnləri Vərəmə yoluxmadan qorumur 
Bölmə  7

Biliklərinizin qiymətləndirilməsi üçün Suallar və Çalışmalar:
Vərəm İnfeksiyasına Nəzarət 
1. Hər xəstəlik halını Vərəmin ötürülmə ehtimalına əsasən qiymətləndirin: ya 
“P” hərf ilə Vərəmin mümkün ötürülməsi üçün və ya da “U” hərf ilə Vərəmin 
ötürülməsi mümkün olmayan halları üçün. 
a) ___ 31 yaşlı qadın 1 aylıq qızını peyvəndə gətirib. O, qızın doğulduğu gündən 
bəri öskürdüyü haqqında xəbər edir. 
b)  ___  24  yaşlı  kişi  DOT  altında  iki  aydır  ki,  yeni  xəstə  üçün  təyin  edilən 
müalicəni alır 
c) ___ 45  yaşlı kişi öskürəyə görə müayinədən keçmək istəyir. O qeyd edir ki, 
onun həyat yoldaşı vərəmdən müalicə olunur. 
d)  ___  18  yaşlı  qadın  ağ  ciyər  Vərəminə  qarşı  aparılan  təkrar  müalicənin  1-ci 
həftəsindədir 
e) ___ 58 yaşlı xəstədə limfa vəzlərinin Vərəmi var (digər orqanların heç birində 
xəstəlik yoxdur)
f ) ___ Bəlğəm yaxması mənfi olan ağ ciyər Vərəmli uşaq 
2. Vərəm infeksiyasına nəzarət strategiyasının hər növündən ən azı iki misal və 
üstünlük cərgəsini göstərin
Üstünlük
 
Respirator Müdafiə 
 
1. ____________________  2.____________________
 
Ətraf mühitə aid Strategiya 
 
1. ____________________  2.____________________
 
İnzibati Strategiyalar 
 
1. ____________________  2.____________________

Bölmə 7
  Vərəm İnfeksiyasına Nəzarət  
3. “D” düzgün və ya “S” səhv cavablar üçün aşağıdakı firkirlərin əvvəlində qeyd edin:
___  Vərəmli  xəstənin  öskürərkən  taxdığı  üz  maskası  (cərrahi  tipli)  Vərəmin 
ötürülməsinin qarşısını almaqda yardımçı ola bilər. 
___  Səhiyyə  işçisi  tərəfindən  taxılan  cərrahiyyə  maskası  Vərəmin  ötürülməsinin 
profilaktikasında effektli seçimdir. 
___ Öskürən xəstələr bəlğəm nümunələrinin toplanması üçün bayıra göndərilməlidirlər.  
___ Yeni aşkar olunan ağ ciyər Vərəmli xəstədən 30 dəqiqədən sonra qapalı müəyinə 
otağına (ventilyasiyası olmayan) daxil olan şəxsin heç bir Vərəmə yoluxma riski yox-
dur.  
___  2  həftədən  artıq  öskürəyi  olan  səhiyyə  işçi  heyəti  Vərəmə  qarşı  yoxlanmadan 
keçməlidir
4. Yuxardakı şəkildə müalicə müəssisəsində gözləmə ərazisində olan xəstə əks edilib. 
a.  Bu vəziyyətdə infeksiyaya yaxşı nəzarət tədbirlərinə aid hansı iki tədbiri qeyd 
edə bilərsiniz?
b.  Əgər xəstə öskürürsə, hansı iki tədbir görülməlidir. 

1:  a) P  b) U   c) P   d) P   e) U   f ) U 
2:
Birincili üstünlük: İnzibati Strategiyalar 
(Müxtəlif cavablar vermək mümkündür) Uyğunluq Testi və yüksək riskli vəziyyətlərdə 95 N-li Respiratordan 
İstifadə 
İkincili üstünlük: Ətraf mühitə aid Strategiyalar 
(Müxtəlif cavablar vermək mümkündür) Təbii vəntilyasiya (pəncərələrin və qapaların açılması) və UB şüalar 
Üçüncü üstünlük: Respirator Müdafiə 
(Müxtəlif cavablar vermək mümkündür)  Sizin müəssisə üçün infeksiyaya nəzarət planı, Bütün xəstələrin öskürəyə 
dair skrininqi və 
3:  D, S, D, S, D
4:   a: Açıq hava, təbii ventilyasiya, insanların çox sayda olmadığı yer 
 
b: Xəstənin təcili təcrid olunması, öskürəyin nə qədər müddət olması barədə soruşulması, bəlğəmin  
 
 
     toplanması 
5:
Cavablar:  Yoluxucu  xəstələr  digər  şəxslərdən  təcrid  olunur?  vərəmli  xəstələrin  gözləməsi  üçün  insanların  çox 
sayda olmadığı yer (basırıq olmayan yer) varmı ? Vərəmli xəstələr dərmanların qəbul edilməsini uzun müddət 
gözləyirlər? Vərəmli xəstələrlə birgə gözləyən qeyri-Vərəmli xəstələr var?
5. Aşağıdakı şəkil Vərəm proqramının gözləmə ərazisini göstərir. Bu vəziyyətin 
bəzi potensial çətinlikləri nədir və bununla əlaqəli sizdə hansı suallar var?
cavablar

Bölmə 1
 Vərəmin Etiologiyası və Patogenezi  
YEKUN
Kursun sona yetməsi münasibətilə Sizi təbrik 
edirik!
Bu, Vərəm üzrə təkmilləşdirmə kursu, xəstələr arasında Vərəmin 
aşkarlanması, diaqnostikası və müalicəsi üçün sizin təcrübənizin artırılması 
məqsədilə nəzərdə tutulmuşdur. O, həmçinin Vərəmli xəstələrin müalicə 
prosesinə cəlb oluna bilən digər səhiyyə işçiləri üçün Vərəm üzrə faydalı 
məlumatın əldə edilməsini təmin edir. Ölkələrin əksəriyyətində Vərəm 
sağlamlıq üçün əhəmiyyətli dərəcədə təhlükə mənbəyinə çevrilib və vacib 
tibbi və bəşəri ehtiyatı tükədir. Vərəmə nəzarət hər hansı təklif olunan 
səhiyyə xidmətinin vacib və lazımi bir hissəsidir. O, MVP ilə birgə yerinə 
yetirilməlidir və bu kursda qeyd olunan ÜST-nın təlimatları və tövsiyyələri 
əsasında qurulmalıdır. Qeyd etmək vacibdir ki, öz ölkəsinin xüsusi 
epidemioloji və resurs ehtiyaclarının qarşılanmasına dair Vərəmə nəzarət 
prioritetlərinin tərtibilə məşğul olduğuna görə, MVP əsas partnyordur. Bu 
səbəbədən, bu kurs əlavə materialdır, lakin Vərəmə nəzarət üzrə hər hansı 
MVP təlimatlarını əvəz etmir. 
Hər hansı bir sahəni daha dərindən mənimsəmək istəyirsinizsə, bütün 
bölmələrdə daha çox sənədlərə malik olan linklər var və siz onlara müraciət 
edə bilərsiniz. Kursun sonunda olan biblioqrafiya ÜST-nın vebsaytında 
bir neçə dildə mümkün olan əlavə məqalələr və çoxlu texniki təlimatlar 
da var. Həkimləri öz ərazilərində Vərəm epidemiologiyasına aid halların, 
dərmanlara qarşı rezistentlik və ya İİV infeksiyasının yüksək səviyyəsi kimi 
halların aşkar olunması üçün axtarışlar aparmalarına ruhlandırmaq lazımdır. 

Əlavələr

Əlavələr   
Diaqnostika Standartları 
Standart  1.  İki-üç  həftə  və  daha  artıq  müddətli  digər  səbəbi  bilinməyən  bəlğəmli 
öskürəklə bütün şəxslər vərəmə dair yoxlanmalıdırlar. 
Standart  2.  Ağ  ciyər  vərəmə  sübhəli  bütün  şəxslər  (böyüklər,  yeniyetmələr,  bəlğəm 
gətirmək qabiliyyəti olan uşaqlar) iş keyfiyyətinə zamanət verilən laboratoriyaya mikroskopiya 
müəyinəsi üçün ən azı iki bəlğəm nümunəsi verməlidirlər.
Mümkün  olanda,  nümunələrdən  ən  azı  biri  səhər  tezdən  toplanan  bəlğəm  nümunəsi 
olmalıdır. 
Standart 3. Ağ ciyərdən kənar vərəmə subhəli bütün şəxslər üçün (boyuklər, yeniyetmələr 
və uşaqlar) bədənin zədələnən sahələrindən mikroskopiya, əkmə və histopatoloji muayinə üçün 
müvafiq numunələrin əldə olunması lazımdır.
Standart 4. Döş qəfəsinin rentgen şəklində vərəm əlamətləri olduğu güman edilən bütün 
şəxslər mikrobioloji müayinəsi üçün bəlğəm nümunələri verməlidirlər. 
Standart 5. Bəlğəm yaxması mənfi ağ ciyər vərəminin diaqnozu aşağıdakı kriteriyalara 
əsaslanmalıdır: ən azı iki mənfi bəlğəm yaxması (ən azı biri səhər tezdən olan nümunədən); 
vərəmə  aid  döş  qəfəsinin  rentgenoloji  tapıntıları;  və  geniş  spektrli  antimikrob  vasitələrinin 
qəbulunun  effektiv  olmaması.  (QEYD: 
M.  tuberculosis  kompleksinə  qarşı  florxinolonların 
qəbulu  effektli  olmasına  görə  və  bu  səbəbdən,  vərəmli  xəstələrdə  müvəqqəti  yaxşılaşmaya 
səbəb  ola  biləcəklərinə  görə,  onlar  qəbul  olmamalıdır.  Bu  cür  xəstələr  üçün  bəlğəm  əkməsi 
olunmalıdır. Ağır İİV-li xəstələrdə və ya İİV-ə yoluxması təsdiq olunan və ya sübhəli şəxslərdə 
diaqnostik müayinələr təcili edilməlidir və əgər kliniki əlamətlər vərəmi  təsdiq edirsə, vərəmə 
qarşı müalicə kursunun qəbuluna başlamaq lazımdır. 
Standart 6. İntratorakal vərəmə (məs.,ağ ciyər, plevra və mediastenal və ya hilar limfa 
düyünləri) sübhəli bütün uşaqlarda bəlğəmin (hayxırma nəticəsində əldə olunan bəlğəmin, mədə 
yumalarının və ya induksiya olunmuş bəlğəmin) mikroskopiyasının və əkilməsinin müayinəsi 
ilə bakterioloji təqdiqləmə əldə olunmalıdır. Mənfi bakterioloji nəticələr əldə olunursa, vərəmin 
diaqnostikası döş qəfəsinin rentgen şəklində vərəmə dair əlamətlərin olması, yoluxucu xəstəlik 
halına məruz qalma tarixcəsi, vərəmə yoluxmanın sübütu (müsbət tuberkulin dəri testi və ya 
interferon qamma reliz analizi) və vərəmi təsdiq edən kliniki əlamətlərin əsasında olmalıdır. Ağ 
ciyərdən kənar vərəmə sübhəli uşaqlarda bədənin zədələnməsi güman edilən nahiyyələrindən 
mikroskopiya, əkmə və histipatoloji müayinələr üçün müvafiq nümunələr əldə olunmalıdır. 
Əlavə  1
Vərəmə qayğı üzrə Beynəlxalq Standartlar  
2ci Nəşr

Müalicə Standartları 
Standart 7. Xəstəni vərəmdən müalicə edən hər hansı müalicə həkimi vərəmin dərmanlara qarşı 
rezistent  formasının  yaranmasında  və  infeksiyanın  ötürülməsinin  qarşısının  alınmasında  cəmiyyət 
qarşısında vacib səhiyyə məsuliyyəti daşıyır.  Bu borcunu yerinə yetirmək üçün müalicə həkimi yalnız 
müvafiq  müalicə  rejiminin  təyin  edilməsilə  deyil,  eləcədə  lazım  olanda  xəstənin  müalicəyə  riayət 
edilməsinin qiymətləndirilməsi və biruzə olunan zəif riayət edilmə haqqında tədbirlərin görülməsi üçün 
yerli səhiyyə xidmətlərinin və digər təşkilatların cəlb olunması ilə məşğul olmalıdır. 
 Standart 8. Əvvəlcədən müalicə olunmayan bütün xəstələr (İİV infeksiyalılar da daxil olmaqla) 
məlum bioloji dəyərə malik olan dərmanlardan istifadə edərək, beynəlxalq səviyyədə qəbul edilən birinci 
sıra müalicə rejimini qəbul etməlidirlər. Müalicənin ilk mərhələsi iki ay ərzində qəbul olunan izoniazid, 
rifampisin, pirazinamid və etambutol dərmanlardan ibarət olmalıdır. Müalicənin davamedici mərhələsi 
4  ay  ərzində  qəbul  olunan  izoniazid  və  rifampisin  dərmanlarından  ibarət  olmalıdır.  İstifadə  edilən 
vərəmə qarşı dərmanların dozalarının təyinatı beynəlxalq tövsiyyələrlə uyğun gəlməlidir. İki (izoniazid 
və rifampisin), üç (izoniazid, rifampisin və pirazinamid) və dörd (izoniazid, rifampisin, pirazinamid və 
etambutol) fiksasiya edilmiş dərman dozalarının kombinasiyalarından istifadə etmək xüsusilə tövsiyə 
edilir.  
Standart  9.    Müalicəyə  riayətin  qiymətləndirilməsi  və  baxılması  üçün  bütün  xəstələrə  onların 
ehtiyaclarına və xəstə və səhiyyə təminatçı arasında olan birgə hörmətə əsaslanan dərman müalicəsinin 
təyinatına qarşı xəstə-mərkəzləşdirilmiş yanaşmanın yaradılması lazımdır. Nəzarət və dəstək fərdi olub, 
xəstənin  konsultasiyası  və  maarifləndirilməsi  daxil  olmaqla,  məsləhət  görülən  müdaxilələrin  (bəlkə 
seçimlərin) və mümkün olan dəstək xidmətlərinin tam ceşidini təşkil etməlidir. Xəstə-mərkəzləşdirilmiş 
strategiyasının əsas elementi müalicə rejiminə riayət edilməsinin qiymətləndirilməsi və dəstəklənməsi və 
zəif riayət edilmə halları baş verəndə uyğun tədbirlərin görülməsindən istifadə edilməsidir. Bu tədbirlər 
fərdi xəstənin vəziyyətinə uyğun və xəstə və müalicə təminatçısı ilə qarşılıqlı şəkildə aparılmalıdır.  Bu cür 
təbdirlərə birbaşa dərman təyinatına müşahidə (birbaşa müşahidə altında DOT terapiyası) və xəstə və 
səhiyyə sisteminə münasib və cavabdeh olan  müalicəyə dəstək verən şəxsin müəyyən edilməsi və təlimi 
(vərəmə  dair  və,  əgər  lazım  olsa,  İİV-ə  həmçinin)  daxil  edilə  bilər.  Maliyyə  dəstəyi  də  daxil  olmaqla 
müvafiq həvəsləndirici vasitələr də müalicəyə riayətin yaxşılaşmasına gətirə bilər. 
Standart 10. Ağ ciyər vərəmli xəstələrin müalicəyə reaksiyasının nəzarəti üçün müalicənin ilkin 
mərhələsinin  sonunda  (iki  ay)  bəlğəm  yaxmasının  mikroskopiyası  (iki  nümunə)  edilməlidir.  Əgər 
müalicənin  ilkin  mərhələsinin  sonunda  bəlğəm  yaxması  müsbətdirsə,  bəlğəm  yaxmaları  təkrar  3-cü 
ayda  müayinə  olunmalıdır  və  əgər  müsbət  nəticə  alınsa,  izoniazid  və  rifampisinə  qarşı  rezistentliyin 
yoxlanması üçün əkmə və həssaslıq testi olunmalıdır. Ağ ciyərdən kənar vərəmli xəstələrin və uşaqların 
müalicəyə reaksiyası kliniki cəhətdən ən yaxşı qiymətləndirilmədir. 
Standart  11.  Əvvəlki  müalicənin  tarixçəsinə  əsaslanaraq,  dərmanlara  qarşı  güman  edilən 
rezistentliyin,  dərmanlara qarşı rezistentli basilləri olan mümkün mənbəyə məruz qalma hallarının və 
cəmiyyətdə yayılan dərmanlara qarşı rezistentliyin qiymətləndirilməsi bütün xəstələr üçün aparılmalıdır. 
Əvvəl müalicə olunan bütün xəstələr üçün müalicənin başlanmasında dərmanlara qarşı həssaslıq testinin 
qoyulması lazımdır. Müalicənin 3-cü ayının tamamlanmasında bəlğəm yaxması müsbət qalan xəstələr 
və uğursuz müalicəsi olan, imtina və ya residivi olan və ya dərman rezistentliyi güman edilən xəstələrə 
əkmə  və  dərmanlara  qarşı  həssaslıq  testləri  (ən  azı  izoniazid  və  rifampisinə  qarşı)  təcili  olunmalıdır. 
İnfeksiyanın ötürülmə təhlükəsinin azalmasına dair xəstənin təcili konsultasiyası və maarifləndirilməsi 
prosesi başlanmalıdır. Müalicə müəssisəsinə müvafiq olan infeksiyaya nəzarət tədbirləri görülməlidir. 

Əlavələr   
Standart 12. Dərmanlara qarşı rezistent forması (xüsusilə MDR/XDR) Vərəmli və ya 
Vərəmə yoluxmanın ehtimalı böyük olan xəstələr ikinci sıra dərman vasitələri tərkibli xüsusi 
müalicə rejimləri ilə müalicə olunmalıdırlar. Seçilmiş müalicə rejimi standartlaşdırılmış və ya 
dərmanlara qarşı təsdiq və ya güman edilən rezistenlik əsasında qurulmuş ola bilər. Basillərin 
həssas  olmaları  bilinən  və  ya  güman  edilən  ən  azı  dörd  dərman  vasitəsi,  inyeksion  preparat 
daxil olmaqla, istifadə və müalicə əkmə konverisyasına qədər ən azı 18 ay müddətində qəbul 
olunmalıdır. Xəstə -mərkəzləşdirilmiş tədbirlər müalicəyə riayət edilməsinin təmin olunması 
üçün  tələb  olunur.  MDR/XDR  vərəmli  xəstələrin  müalicəsində  təcrübəsi  olan  mütəxəssislə 
konsultasiya təşkil olunmalıdır. 
Standart 13.  Hər bir xəstənin qəbul etdiyi bütün dərmanların, müayinə cavablarının və 
əlavə təsirlər haqqında məlumatların yazılı hesabatları qorunub saxlanmalıdır. 
İİV İnfeksiyası və digər yanaşı gedən Xəstəlik hallarına Yanaşma Standartları 
Standart  14.  Vərəmli  və  ya  Vərəmə  sübhəli  bütün  xəstələr  üçün  İİV  yoxlaması  və 
konsultasiya  tövsiyyə  edilməlidir.  Umumi  əhali  arasında  İİV  infeksiyasının  yüksək  yayılan 
ərazilərdə yaşayan bütün xəstələr, İİV-lə əlaqəli əlamətləri olan xəstələr və İİV-ə məruz qalmanın 
yüksək risk ehtimalı olan xəstələr üçün İİV-ə yoxlama testinin edilməsi rutin idarəedilmənin 
xüsusi zəruriyyət daşıyan bir hissəsidir. Vərəm və İİV infeksiyanın yaxın əlaqəsinin olmasına 
görə, İİV yüksək yayılan ərazilərdə hər iki infeksiyaya qarşı profilaktika və müalicəyə dair birgə 
yanaşmaların olması məsləhət görülür. 
Standart  15.  Vərəmli  və  İİV  infeksiyalı  bütün  xəstələr  vərəmə  qarşı  müalicə  kursu 
müddətində  antiretroviral  müalicənin  təyin  olunmasının  müəyyən  edilməsinə  dair 
qiymətləndirilməlidirlər.  Antiretroviral  müalicənin  təyin  olunması  üçün  uyğun  xəstələrin 
antiretroviral dərman vasitələrə nail olmaları üçün müvafiq tədbirlər görülməlidir. Lakin, vərəmə 
qarşı müalicənin başlanması ləngiməməlidir. Vərəmli və İİV infeksiyalı xəstələr həmçinin digər 
yoluxucu xəstəliklərə qarşı profilaktika məqsədilə ko-trimoksazol qəbul etməlidirlər. 
Standart 16. Dəqiq şəkildə müayyinə olunduqdan sonra, aktiv vərəm aşkar olmayan  İİV 
infeksiyalı şəxslər güman edilən vərəmin latent formasına qarşı 6-9 ay ərzində izoniazid qəbul 
etməlidirlər. 
Standart 17. Bütün təminatçılar vərəmə qarşı müalicənin reaksiyasına və ya nəticəsinə 
təsir  edə  bilən  yanaşı  gedən  xəstəlik  hallarının  tam  müəyyənləşdirilməsini  aparmalıdırlar. 
Müalicə  planı  tərtib  olunan  vaxtı,  təminatçı  hər  xəstə  üçün  müalicənin  optimal  nəticəsinə 
dəstək edən əlavə xidmətləri müəyyən etməlidir və xəstəyə qulluq üçün hazırlanan fərdi plana 
bu xidmətləri daxil etməlidir. Bu plana xüsusilə müalicə nəticəsinə təsir edə bilən digər xəstəlik 
hallarının ( məsələn, şəkərli diabet) müalicəsinə göndərilməni və qiymətləndirilməni və narkotik 
maddələrə və spirtli içkilərə qarşı müalicə proqramları, siqaret çəkilməsinin dayandırılmasına 
yardım edən proqram, digər psixoloji-sosial dəstək xidmətləri və ya antenatal və ya uşağa qayğı 
kimi xidmətlər daxil edilməlidir. 

Səhiyyə üçün Standartlar 
Standart  18.  Vərəmli  xəstələrə  qayğı  göstərən  bütün  təminatçılar  yoluxucu  vərəmli 
xəstələrlə yaxın təmasda olan şəxslərin beynəlxalq tövsiyyələrə uyğun qiymətləndirilməsini və 
idarəedilməsini  təmin  etməlidirlər.  Təmas  yoxlamalar  üçün  prioritetlərin  müəyyən  edilməsi 
təmasda olmaq ehtimalına əsaslanır: 1) diaqnozu qoyulmayan vərəmlı şəxslə təmasda olmaq; 
2) yoluxma baş verəndən sonra, vərəmin inkişafına yüksək ehtimal olan şəxslə təmas; 3) əgər 
xəstəlik inkişaf edibsə, ağır vərəm riski olan şəxslə təmas; və 4) müəyyən xəstəlik halına malik 
xəstədən yoluxma riski yüksək olan şəxslə təmas halı. Qiymətləndirilmə üçün yüksək prioreti 
olan təmas halları: 
Vərəmə sübhəli əlamətləri olan şəxslər 
5 yaşından aşağı olan uşaqlar 
Zəif immun sisteminə malik olan  və ya zəif immun sisteminə malik olduğu ehtimal 
edilən, xüsusilə İİV infeksiyalı xəstələrlə təmas halları 
MDR/XDR vərəmli xəstələrlə təmas halları. Digər yaxın təmaslar aşağı prioritet 
qrupuna aiddir. 
Standart 19. Yoluxucu xəstə ilə yaxın təmasda olan və dəqiq yoxlamadan sonra, aktiv 
vərəm aşkar edilməyən 5 yaşından aşağı uşaqlar və İİV infeksiyalı hər hansı yaşda olan xəstələr 
güman edilən latent vərəm infeksiyasına qarşı izoniazidlə müalicə olunmalıdırlar. 
Standart 20.  Yoluxucu vərəmə sübhəli və ya yoluxucu vərəmli xəstələrə qayğı göstərən 
hər müalicə müəssisəsi vərəm infeksiyasına müvafiq nəzarət planını yaratmalı və onun yerinə 
yetirilməsi ilə məşğul olmalıdır. 
Standart 21. Bütün müalicə təminatçıları həm yeni, həm də təkrar müalicə olunan vərəm 
halları və onların müalicə nəticələri haqqında müvafiq rəsmi tələblərə və siyasətə uyğun yerli 
səhiyyə orqanlarına hesabat verməlidirlər. 
Texniki Dəstəyə dair Vərəm Koalisiyası. Vərəmə Qayğı üzrə Beynəlxalq Standartlar (VQBS). Haaqa: Texniki 
Dəstəyə dair Vərəm Koalisiyası, 2ci Nəşr 2009. (mənbuatda)

Əlavələr   
Xəstə üçün Bəlğəm Toplanmasına dair Təlimatlar 
Müay nə üçün bəlğəm n toplanması
Vərəmə sübhəli şəxslərin ağ ciyərlərində Vərəm çöplərinin olub-olmamasını müəyyən 
etmək üçün ona bəlğəmin müəyyinəsinə 
ehtiyac olduğunu 
bildirin
.
tərəflərini 
işarələyin
 (lakin qapağı yox).                       
-  Vərəmin  diaqnostikasına  3  nümunə 
lazımdır.
-  Nəzarət  müayinəsi  üçün  2  nümunə 
lazımdır.
Bəlğəm müayyinəsinə Göndəriş Formasını doldurun .
Bəlğəmin  toplanmasına  dair  atılmalı  olan  addımları  tam  və  aramla  başa  salın  və 
göstərin. 

Vərəmə sübhəli şəxsə müayinə üçün qabın açılmasını və bağlamasını göstərin.  

Dərin nəfəs alıb, güclü öskürməyi necə etmək lazım olduğunu göstərin. Vərəmə 
sübhəli şəxs ağız suyu deyil bəlğəm gətirməlidir. 

Başa salın ki, Vərəmə sübhəli şəxs dərindən öskürüb, bəlğəmi səliqəli şəkildə 
müayinə qabına tüpürməlidir. 
Toplanma

Vərəmə sübhəli şəxsə müayinə qabını və qapağını verin. 

Vərəmə  sübhəli  şəxsi  bəlğəm  nümunəsinin  toplanması  üçün  mümkündürsə, 
açıq havaya və ya yaxşı ventilyasiyalı, digər insanlardan uzaq və yalnız qala bilən 
yerə göndərin. 

Vərəmə  sübhəli  şəxs  bəlğəm  nümunəsilə  qayıdan  zaman,  müayinə  qabına 
fikir verin. İçində kifayət gədər bəlğəm (yalnız ağız suyu deyil) varmı? Əgər 
yoxdursa, onda Vərəmə sübhəli şəxsdən təkrar bəlğəm gətirməsini xahiş edin. 

Vərəmə  sübhəli  şəxsə  lazım  olsa,  növbəti  bəlğəm  nümunəsinin  nə  vaxt 
toplanmasını başa salın. (Aşağıdakı cədvələ bax.)
Əlavə  2
VƏRƏM NÜMUNƏSI 
Ad:
Müalicə müəssisəsi:
Tarix:
Nümunə nömrəsi.

Xəstə üçün Bəlğəm Toplanmasına dair Təlimatlar
Üçüncü nümunəni toplayanda, Vərəmə sübhəli şəxsə nəticələri əldə etmək üçün nə 
zaman gəlməsini bildirin. 
Saxlama qaydaları

Qapağın yaxşı bağlanmasını yoxlayın. Lazım olsa, müayinə qabının üstünü si-
lin. 

Mümkündürsə,  hər  bəlğəm  qabını  öz  plastik  torbasına  qoyun  və  ya  qəzetə 
bükün. 

Soyuq yerdə saxlayın. 

Əllərinizi yuyun. 
Göndərilmə

Nümunələri müalicə müəssisəsindən laboratoriyaya göndərin. 

Bəlğəmin  toplanmasından  laboratoriyaya  çatdırılmasına  qədər  olan  ümumi 
vaxt 5 gündən artıq olmamalıdır. 
Əlavə  2
Üç bəlğəm nümunə toplanmasına dair cədvəl
1-ci Gün:

Yuxarıda  təsvir  edildiyi  kimi  bəlğəm  nümunəsini    “yerində”  toplayın 
(Nümunə 1).

Vərəmə  sübhəli  şəxsə  sabah  səhər  erkən  bəlğəm  nümunəsinin  necə 
toplanmasını başa salın (yuxudan oyanan kimi birinci bəlğəm). Vərəmə 
sübhəli şəxsə işarə olunan müayinə qabını evə aparmağa verin. Ondan 
nümunəni sabah səhər müalicə müəssisəsinə gətirməsini xahiş edin. 
2-ci Gün:

Vərəmə sübhəli şəxsdən səhər erkən nümunəni qəbul edin. (Nümunə 2).

Əlavələr   
İİV müsbətli xəstələrdə ACV diaqnozu – Vərəm İİV üzrə Dərslikdən Əlavə  3

ACKV Diaqnozuna Yardım üçün Təklif olunan Kliniki 
Səciyyəvi Xüsusiyyətlər  - Vərəm İİV üzrə Dərslikdən (2007)
Əlavə  4
                                                                    

Əlavələr   
Dərman haqqında Məlumat 
Əlavə  5
Vərəmə qarşı dərmanların tövsiyyə edilən dozaları 
Dərman (qıssadılmış 
forma ilə)
Tövsiyyə edilən doza 
Buraxılış formaları
Gündəlik
Həftədə 3 dəfə
Rifampisin (R)
8 – 12 mq/kq
8 – 12 mq/kq
150 mq və ya 300 mq həblər
Izoniazid (H)
4 – 6 mq/kq
8 – 12 mq/kq
100 mq və ya 300 mq həblər
Pirazinamid (Z)
20 – 30 mq/kq
30 – 40 mq/kq
400 mq həblər
Etambutol (E)
15 – 20 mq/kq
25 – 35 mq/kq
100 mq və ya 400 mq həblər
Streptomisin (S)
12 – 18 mq/kq
12 – 18 mq/kq
Flakon 1q (ƏD)
Dərmanların fiksasiya olunmuş doza kombinasiyalarının mümkün olan buraxılış formaları
Fiksasiya olunmuş doza 
kombinasiyaları
Buraxılış formaları (kombinasiyalı həblər)
Gündəlik təyinat üçün 
Həftədə 3 dəfə təyinat üçün 
Rifampisin + Izoniazid (RH)
(R 300 mq + H 150 mq), və ya
(R 150 mq + H 75 mq), və ya
(R 60 mq + H 30 mq)*
(R 150 mq + H 150 mq), və ya
(R 60 mq + H 60 mq)*
Izoniazid + Etambutol (HE)
(H 150 mq + E 400 mq)
Mövcud deyil
Izoniazid + Tioasetazon (HT)
(H 300 mq + T 150 mq), və ya
(H 100 mq + T 50 mq)*
Mövcud deyil
Rifampisin + Izoniazid +  Pira-
zinamid (RHZ)
(R 150 mq  + H 75 mq + 
Z 400 mq), və ya
(R 60 mq + H 30 mq + Z 150 
mq)*
(R 150 mq + H 150 mq + 
Z 500 mq)
Rifampisin + Isoniazid  + Pira-
zinamid + Etambutol  (RHZE)
(R 150 mq + H 75 mq + Z 400 
mq + E 275 mq)
Mövcud deyil

Dərmanlara rezistent Vərəm əleyhinə müalicədə istifadə olunan vərəmə qarşı dərmanların 
bədən çəkisinə əsaslanan dərman dozaların təyinatı 
DƏRMANLAR 
(DƏRMAN ADLAR-
IN QİSA FORMASI),
(ÜMUMİ BURAXILIŞ 
FORMASI)
<33 kq
BƏDƏN ÇƏKİSİ ÜZRƏ SİNİFLƏR
>70 kg
(HƏMÇİNİN 
DƏRMANIN 
MAKSİMAL 
DOZASI)
33–50 kq
51–70 kq
QRUP 1: BIRINCI SIRA PERORAL VƏRƏMƏ QARŞI DƏRMAN VASITƏLƏRİ
Izoniazid  (H)
(100, 300 mq)
4–6 mq/kq gündəlik
və ya  8–12 mq 
həftədə 3 dəfə            
200–300 mq 
gündəlik və ya 
450–600 mq həftədə 
3 dəfə
300 mq gündəlik və 
ya 600 mq
həftədə 3 dəfə
300 mq gündəlik və ya 
600 mq
həftədə 3 dəfə
Rifampisin  (R)
(150, 300 mq)
10–20 mq/kq 
gündəlik
450–600 mq
600 mq
600 mq
Etambutol  (E)
(100, 400 mq)
25 mq/kq gündəlik
800–1200 mq
1200–1600 mq
1200–1600 mq
Pirazinamid  (Z)
(500mq)
30-40 mq/kq gündəlik
1000–1750 mq
1750–2000 mq
2000mq - 2500mq
QRUP 2: İNYEKSION VƏRƏMƏ QARŞI DƏRMAN VASITƏLƏRI 
Streptomisin  (S)
(1 q flakon)
15–20 mq/kq 
gündəlik
500–750 mq
1000 mq
1000 mq
Kanamisin  (Km) (1 q 
flakon)
15–20 mq/kq 
gündəlik
500–750 mq
1000 mq
1000 mq
Amikasin  (Am) 
(1 q flakon)
15–20 mq/kq 
gündəlik
500–750 mq
1000 mq
1000 mq
Kapreomisin  (Cm)
(1 q flakon)
15–20 mq/kq 
gündəlik
500–750 mq
1000 mq
1000 mq
Dərmanlar haqqında Məlumat
Əlavə  5

Əlavələr   
Dərmanlara rezistent Vərəm əleyhinə müalicədə istifadə olunan vərəmə qarşı dərmanların 
bədən çəkisinə əsaslanan dərman dozaların təyinatı 
DƏRMANLAR 
(DƏRMAN ADLAR-
IN QİSA FORMASI),
(ÜMUMİ BURAXILIŞ 
FORMASI)
<33 kq
BƏDƏN ÇƏKİSİ ÜZRƏ SİNİFLƏR
>70 kg
(HƏMÇİNİN 
DƏRMANIN 
MAKSİMAL 
DOZASI)
33–50 kq
51–70 kq
QRUP 3: FLORXINOLONLAR 
Ofloksasin  (Ofx) (200, 
300, 400 mq)
15–20 mq/kq 
gündəlik
800 mq
800 mq
800–1000 mq
Levofloksasin  (Lfx) 
(200, 500 mq)
7.5–10 mq/kq 
gündəlik
750 mq
750 mq
750–1000 mq
Moxifloksasin  (Mfx) 
(400 mq)
7.5–10 mq/kq 
gündəlik
400 mq
400 mq
400 mq
QRUP 4: PERORAL BAKTERIOSTATIK IKINCI SIRA VƏRƏM ƏLEYHINƏ DƏRMANLAR 
Etionamid (Eto) (250 
mq)
15–20 mq/kq 
gündəlik
500 mq
750 mq
750–1000 mq
Protionamid (Pto) 
(250 mq)
15–20 mq/kq 
gündəlik
600 mq
750 mq
750–1000 mq
Sikloserin  (Cs) (250 
mq)
15–20 mq/kq 
gündəlik
500 mq
750 mq
750–1000 mq
Terizidon  (Trd) (250 
mq)
15–20 mq/kq 
gündəlik
600 mq
600 mq
900 mq
P- aminosalisil turşusu 
(PAS) (4 q paketik)
150 mq/kq gündəlik
8 q
8 q
8-12 q
PAS natrium duzu              
İstehsalçıdan və hazırlanmasından asılı dozalar fərqli ola bilər: istehsalçı tərəfindən tövsiyyə edilən 
dozaları yoxlayın
Tioasetazon  (Thz)
Böyüklər üçün adətən 150 mq dozasında təyin olunur 
Dərmanlar haqqında Məlumat
Əlavə  5

Dərmanlara rezistent Vərəm əleyhinə müalicədə istifadə olunan vərəmə qarşı dərmanların 
bədən çəkisinə əsaslanan dərman dozaların təyinatı 
QRUP 5: MƏLUM OLMAYAN EFFEKTIVLIYI ILƏ DƏRMANLARA QARŞI REZISTENT (DR) 
VƏRƏM ƏLEYHINƏ DƏRMAN VASITƏLƏRI (MDR-VƏRƏMLI XƏSTƏLƏRDƏ RUTIN ISTIFADƏ 
ÜÇÜN ÜST TƏRƏFINDƏN TÖVSIYYƏ EDILMƏYƏN). DR-VƏRƏM ÜÇÜN OPTIMAL DOZALAR 
TƏYIN OLUNMAYIB. 
Klofazimin  (Cfz)
Böyüklər üçün adətən 100 mq-dan 300 mq-dək gündəlik doza təyin olunur.                                                
Bəzi həkimlər 300 mq gündəlik dozadan başlıyıb, 4-6 həftədən sonra 
Linezolid  (Lzd)
100 mq-dək azaldırlar.  
 Amoksisiklin/
Klavulanat  (Amx/
Clv)  
Böyüklər üçün adətən 600 mq gündə 2 dəfə təyin olunur. Həkimlərin əksəriyyəti əlavə 
təsirlərin azalması üçün 4-6 həftədən sonra 600 mq gündə bir dəfəyə azaldaraq təyin 
edirlər. 
Tioasetazon  (Thz)
DR-Vərəm üçün dozalar müəyyən edilməyib. Böyüklər üçün normal doza 875/125 mq 
gündə 2 dəfədən və ya 500/125 mq gündə üç dəfədən ibarətdir. 
İmipenem/silastatin 
(Ipm/Cln)
1000/250 mq dozadan da istifadə olunur, lakin əlavə təsirlər bu dozanın təyinatını 
məhdudlaşdıra bilər.  
Klaritromisin  (Clr)
Böyüklər üçün adətən 150 mq təyin olunur
Yüksək dozada 
izoniazid (Yüksək 
dozada H)
Böyüklər üçün adətən 500-1000 mq-dan VD hər 6 saatdan bir vurulur. 
Dərmanlar haqqında Məlumat
Əlavə  5

Əlavələr   
Müalicə kartı
Əlavə  6

Müalicə kartı
Əlavə  6

Əlavələr   

 

Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin