Həkimlər üçün Vərəm üzrə Təkmilləşdirmə Kursu



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix25.01.2017
ölçüsü4,8 Mb.
#6397
1   2   3   4   5   6   7   8   9   10   11
AST və ya ALT –nin qanda normal səviyyəsindən 5-10 dəfə artıq olanda orta toksiklik kimi 
müəyyən edilir və normal səviyyədən 10 dəfədən artıq olanda ağır toksiklik sayılır. Yuxarda 
göstərilən  səviyyələrə  çatanda,  qanın  biokimyəvi  qeyri-normal  göstəricələri  sabitləşənə  kimi 
bütün  dərmanların  qəbulunu  dayandırın,  sonra  isə  dərmanları  bir-bir  təkrar  təyin  etməyə 
başlayın. Dərmanların təkrar təyinatı səbəb amili olma ehtimalı ən az olan dərman qəbulu ilə 
başlanmalıdır və əgər heç bir dəyişiklik müşahidə olunmursa, növbəti səbəb amili olma ehtimalı 
az olan dərmanın təkrar qəbuluna başlanmalıdır (birinci R təkrar təyin edin, sonra E və sonunda 
İ). Əgər qanın biokimyəvi qeyri-normal göstəriciləri normal səviyyəyə qayıtmırsa, onda sonuncu 
dərman səbəb amili kimi müəyyən edilib, təkrar təyin olunmamalıdır.    
Qanda  AST  və  ALT  səviyyələrin  artmasına  əlavə  olaraq,  bilirubin  və  alkalin  fosfa-
taza  səviyyələri  bəzən  disproporsional  olaraq  artır.  Bu  hal  daha  çox  rifampisinin  törətdiyi 
hepatotoksikliyə aiddir. 
9.2. Dəri səpkiləri
Əgər xəstədə qaşınma varsa və bunun digər səbəbi yoxdursa (məs., qotur), tövsiyyə edilən 
yanaşma  antihistamin  qrupundan  olan  dərmanlarla  simptomatik  müalicəni  sınamaqdan, 
xəstəni təkrar müəyinə etməkdən və dərini qurumadan qorumaqdan, Vərəmə qarşı müalicəni 
davam etdirməkdən və xəstəni yaxından müşahidə etməkdən ibarətdir. Lakin əgər simptoma-
tik (yəni qaşınma və ya ağrı) dəri səpkiləri inkişaf edirsə, Vərəmə qarşı bütün dərmanların 
qəbulu dayandırılmalıdır. Baş verən reaksiya aradan qalxdıqdan sonra, Vərəmə qarşı dərmanlar 
təkrar təyin oluna bilər. Reaksiyaya səbəb olan xüsusi Vərəm əleyhinə dərman bilinməyən za-
man, Vərəmə qarşı müalicənin təkrar təyin olunması şübhə altına düşür. Ümumiyyətlə, Siz 
dəri səpkilərinə ən az səbəb olma ehtimalı olan ən effektiv dərmanı birinci təyin etməlisiniz. 
Adətən  təkrar  təyin  olunma  qaydası  H,  R,  Z-dir.  Siz  növbəti  dərmanın  təkrar  təyin 
edilməsindən əvvəl xəstənin reaksiyasını qiymətləndirmək üçün bir neçə gün gözləməlisiz.
9.3. 
MDR-Vərəmli xəstələr arasında dərmanların əlavə təsirlərinin 
olması
MDR-Vərəmə  qarşı  dərmanların  yüksək  toksikliyinə  görə,  bu  cür  xəstələr  adətən 
dərmanlara həssas olan Vərəmə qarşı dərman preparatları qəbul edən xəstələrdən fərqli olaraq 
daha çox əlavə təsirlərlə qarşılaşırlar. 

Bölmə 3
 Vərəmli Xəstələrin Müalicəsi   
Bu xəstələrin idarəedilməsi MDR-Vərəm üzrə mütəxəssislə məsləhətləşərkən yerinə 
yetirməlidir. Daha ətraflı məlumat üçün MDR-Vərəm haqqında olan bölməyə bax. 
  
10.  Müalicə nəticələrinin müəyyən edilməsi 
Müalicənin  davamedici  mərhələsində  təyin  olunan  dərmanların  düzgün 
dozaları ilə xəstə tərəfindən qəbulu müalicə rejimini tamamlayır. Xəstə dərmanların 
bəzi dozalarını qəbul etməyi nəzərdən qaçırıbsa, bütün dozalar qəbul olunana qədər 
müalicə müddəti uzadılır. Müalicə nəticələrinin müəyyənləşdirilməsi MVP tərəfindən 
təyin edilir, lakin bu halda əsasən ÜST-nın standart müəyyən etmə prosesinə riayət 
edilir. Aşağıdakı cədvəldə yeni xəstə və ya təkrar müalicə rejimlərini qəbul edən xəstələr 
üçün altı mümkün müalicə nəticəsinin müəyyən edilməsi göstərilib. 
Yeni və təkrar müalicə rejimləri üçün müalicə nəticələrinin müəyyən edilməsi
Müalicə nəticələri
Müəyyən edilmə
Sağalma
Müalicənin son ayında və əvvəl ən azı bir dəfə bəlğəm yaxması mənfi olan 
əvvəl bəlğəm yaxması müsbət xəstə 
Müalicə tamamlanıb
Müalicəni tamamlayan, lakin sağalmış və ya uğursuz kimi təsnif edilə 
bilməyən xəstə 
Müalicənin 
uğursuzluğu
Müalicənin 5–ci ayında və daha sonra bəlğəm yaxması müsbət olan xəstə*
Ölüm
Müalicə kursunu qəbul edən zaman hər hansı bir səbəbdən ölən xəstə 
İstisna
Müalicəyə 2 ardıcıl ay və ya daha artıq fasilə verən xəstə 
Köçürülmə
Digər qeydiyyat və hesabat bölməsinə köçürülən və müalicə nəticəsi 
bilinməyən xəstə 
Bütün müalicə nəticələrini xəstənin Vərəm Müalicə Kartına qeyd edin və nəticə 
haqqında Vərəm proqramına xəbər verin. 
Qeyd  etmək  lazımdır  ki,  yuxarıdakı  göstərilən  dərmanlara  həssas  olan  Vərəmli 
xəstələrin  müalicə  nəticələrinin  müəyyən  edilməsi  MDR-Vərəmə  qarşı  müalicə 
rejimlərinin müalicə nəticələrinin müəyyən edilməsindən fərqlidir. MDR-Vərəmli xəstələr 
üçün olan müalicə nəticələrini Əlavə 7-də tapa bilərsiniz 
*Həmçinin müalicənin 2-ci ayında bəlğəm yaxması müsbət nəticə verən, lakin əvvəl bəlğəm yaxması mənfi xəstələr.

Bu bölmədə Siz öyrəndiniz ki...  
Xəstəliyin lokallaşma yerini və xəstənin növünü (yeni, istisna, residiv, 
uğursuzluqdan sonra müalicə) necə müəyyən etmək lazımdır və xəstəliyin 
təsnifatı əsasında xəstəyə təyin olunmalı müalicə kursu necə olmalıdır
DOT Vərəmə nəzarətdə ən zəruri elementdir və MDR-Vərəmin 
profilaktikasıdır
DOT müddətində xəstə tərəfindən dərmanların düzgün qəbuluna əmin 
olmaq üçün səhiyyə işçisi xəstəni Vərəmə qarşı dərmanları udan zaman 
müşahidə edir
Bütün Vərəm müalicəsinin gedişatını və nəticəsini müəyyən etmək və hər 
hansı əlavə təsirin təcili yardım müalicəsinin təşkili ilə Vərəm müalicəsinin 
xəstə tərəfindən tam kursun tamamlanması üçün mütəmadi nəzarət 
zəruridir
Ümumiyyətlə, bəlğəm xəstə müalicənin 5 ayını tamamlayandan sonra, yəni 
nəzarət müayinə üçün müalicənin ilk mərhələsinin sonunda və müalicənin 
ən sonuncu həftəsində toplanır. Bu, müalicə rejimindən asılı olacaq. 
Birinci sıra dərmanların daxil olduğu müalicə rejimləri ilə müalicə olunan 
az sayda Vərəmli xəstələrdə (0.7–14%) əlavə təsirlərə rast gəlinir.5  İkinci 
sıra dərmanların istifadə edildiyi dərmanlara rezistent Vərəmin müalicə 
rejimlərini təyin edəndə isə, bu əlavə təsirlərə aid rəqəmlər artır. 
Xəstələr dərmanlara mümkün olan əlavə təsirlərin müəyyən edilməsi və 
xəstənin müalicəyə riayətini qiymətləndirilməsi üçün ən azı hər ay kliniki 
müayinədən keçməlidirlər 
Xəstənin Vərəm Müalicə Kartına bütün nəticələri qeyd edin və Vərəm 
proqramına nəticə haqqında məlumat verin 
MDR-Vərəmli xəstələrin idarəolunması MDR-Vərəm üzrə mütəxəssislə 
konsultasiya aparılaraq yerinə yetirilməlidir 
Bölmə 3

Bölmə 3
 Vərəmli Xəstələrin Müalicəsi   
Biliklərinizin qiymətləndirilməsi üçün Suallar və Çalışmalar:
Vərəmli xəstələrin Müalicəsi 
1. Müalicə rejiminin seçimi
Birinci tapşırıq aşağıda verilən xəstəlik halının növü və bakterioloji nəticələr 
əsasında qurulmuş müvafiq müalicə rejimlərinin təyinatı qərarlarının verilməsi 
olacaqdır. 
Xəstə  1
JK 27 yaşlı küçə alverçidir 
Yaxma nəticələri: Birinci Yaxma + İkinci Yaxma +++
Diaqnoz: Ağ ciyər Vərəminin yeni xəstəlik halı 
Xəstə  3
LM,  bir yaşlı uşaq və 24 yaşlı anası:
Uşağın döş qəfəsinin rentgen şəkli: Miliar Vərəm əlamətləri aşkar olunub 
Ananın yaxma nəticələri: Birinci Yaxma ++ İkinci Yaxma ++
Xəstə  4
HT  40  yaşlı  zəif  bədən  quruluşuna  malik  olan  kişi  4-5  ay  ərzində  öz 
tərəfindən təyin olunmuş Vərəm əleyhinə müalicəni qəbul edib 
Yaxma nəticələri: Birinci Yaxma ++ İkinci Yaxma ++
Diaqnoz: Ağ ciyər Vərəmi 
Xəstə  5
KL  52  yaşlı  kişi,  bədən  çəkisinin  kəskin  azalması,  öskürək,  hərarət, 
soyuqdəymə  və  iştahasının  itməsi  şikayətləri  olan  uzaq  məsafələrə  yola 
çıxan yük maşını sürücüsüdür:
Müayinə nəticələri: İİV müsbət və Birinci Yaxma ++ İkinci Yaxma ++
Xəstə  6
TM  23  yaşlı  qadındır,  onun  boynunun  sağ  hissəsində  irinli  mayenin 
axıntısı müşahidə olunur. 
Müayinə  nəticələri:  Limfa  düyünün  biopsiyasının  TDB  yaxması  və 
əkməsi 
M. tuberculosis-ə müsbətdir.  
Diaqnoz: Limfatik Vərəmin yeni xəstəlik halı 

2. Əlavə Təsirlər
Bu tapşırıqda aşağıdakı xəstəlik hallarını oxuyub, əlavə təsiri olan hər xəstə 
üçün hansı tədbirlərin görülməsi barədə qərar verməlisiniz.
Xəstə  1
JK  ,27  yaşlı  küçə  alverçisinin  yaxması  müsbətdir  və  ağ  ciyər  Vərəminin  yeni 
xəstəlik halı var. Müalicəni qəbul etməsindən 3 həftə sonra bütün bədən boyu 
əmələ gələn qaşınan səpkilər ilə qayıdıb. 
Xəstə  5
KL 52 yaşlı İİV müsbət, ağ ciyər Vərəminə qarşı Vərəm müalicəsi qəbul edən uzaq 
məsafələrə  yola  çıxan  yük  maşını  sürücüsüdür.  Mualicəsinin  2-ci  ayında  qarın 
ağrısı, qusma və sarılıq muşahidə olunur. 
3. Müalicəyə Nəzarət
Bu tapşırıqda aşağıda verilən xəstəlik hallarını oxuyun və hər xəstə üçün xəstəlik 
halı haqqında məlumat və bakterioloji nəticələr əsasında nə edilməsinə qərar 
verin.
Xəstə  1
JK 27 yaşlı küçə alverçisidir. DOT-u qəbul etməsinə baxmayaraq, 4 aydan sonra 
xəstənin yaxması konversiya olmayıb. Daha sonra o, qeyd edib ki, onun yoldaşı 
rezistent Vərəmdən öləndən sonra, o, çox qorxub. Aşkar olunub ki, onun yoldaşı 
MDR-Vərəm  müalicəsini  qəbul  etməyə  başlayıb,  lakin  müalicədən  1  ay  sonra 
vəfat edib. Əvvəlki görüşlərdə öz yoldaşı haqqında danışmayıb. 
Xəstə  4
HT 40 yaşlı, Yaxma konversiyası olmayan beş ay ərzində özü təyin edilən Vərəm 
müalicəsini qəbul edən, zəif bədən quruluşuna malik kişidir. DOT altında Vərəm 
əleyhinə  müalicəsini  2  aydan  sonra  təkrar  başlayan  xəstənin  bəlğəm  yaxması 
mənfi olub, onun bədən çəkisi 10 kiloqramadək artıb və o, daha öskürmür.

Bölmə 3
 Vərəmli Xəstələrin Müalicəsi   
4. Müalicə nəticələri
Bu  tapşırıqda  aşağıda  verilən  xəstəlik  hallarını  oxuyun  və  xəstəlik  halları 
haqqında məlumat və bakterioloji nəticələr əsasında hər xəstəyə hansı müalicə 
nəticələrinin aid olması haqqında qərar verin. 
Xəstə  1
JK  27 yaşlı, yeni xəstə üçün müalicəni 4-cü ay qəbul edərkən, yaxması konversiya 
olmamış,  küçə alverçisidir. 
 
Xəstə  3
LM öskürəyi və inkişafı zəif olan bir yaşlı uşaqda miliar Vərəm diaqnozu qoyulub. 
Yeni xəstə üçün müalicəni tamamlayandan sonra, döş qəfəsinin rentgen şəkli nor-
mal olub və uşaq normal inkişafa başlayıb, daha heç bir digər əlamətlər olmayıb. 
Xəstə  4
HT  40  yaşlı  kişidir.  Əvvəl  o,  zəif  bədən  quruluşuna  malik  olmuşdur,  lakin 
müalicənin intensiv mərhələsi müddətində onun yaxması konversiya olunub, və 
bütün sonrakı TDB bəlğəm yaxmalarının nəticələri mənfi olub. O, 6 aylıq tam 
müalicənin davamedici mərhələsini tamamlayıb. Onun bədən çəkisində artım var 
və daha şikayətləri yoxdur. 
Xəstə  5
KL 52 yaşlı İİV müsbətli, Vərəm müalicəsini iki ay qəbul edən, uzaq məsafələrə 
yola çıxan yük maşını sürücüsüdür. O, 2 ay bundan qabaq təyin olunan nəzarət 
görüşə gəlməyib və onun DOT üzrə nəzarətçisi onu tapa bilmir. 
Xəstə  6
TM  23  yaşlı,  limfatik  Vərəmi  olan  qadın  9  aylıq  müalicəni  tamamlayıb,  limfa 
düyünlərindən  irinli  mayenin  ifrazı  əhəmiyyətli  dərəcədə  azalıb  və  drenaj  yeri 
kiçilib, sonda sağalıb. Siz inanırsınız ki, onun Vərəmi sağalıb.

1: Müalicə Rejiminin Seçilməsi
XƏSTƏ 1
Bu  xəstəyə  yeni  xəstəlik  halı  üçün  olan  2(HRZE)/4(HR)  müalicə  rejimini  təyin 
edilməlidir.  
XƏSTƏ 3
Hər  iki  xəstəni  yeni  xəstəlik  halı  üçün  olan  2(HRZE)/4(HR)  müalicə  rejimi  istifadə 
edərək müalicə edin. 
XƏSTƏ 4
HT yeni xəstəlik halı üçün olan müalicə rejimində uğursuz olub. Təkrar müalicə olunan 
xəstələr  üçün  təyin  olunan  (2HRZES/5HRE)  müalicə  rejimindən  istifadə  edin.  Əgər 
mümkündürsə, DHT qoyulmasını tələb edin. 
XƏSTƏ 5
Xəstəyə yeni xəstəlik halı üçün olan müalicə rejimi ilə müalicəni başlayın. Antiretroviral 
müalicəni başlamaq üçün (əgər mümkündürsə) İİV statusunu müəyyən edin.  
XƏSTƏ 6
Bu xəstə yeni xəstə kimi təsnif olunmalıdır. Onu  2(HRZE)/4(HR) rejimi ilə müalicə edin. 
(Bəzi hallarda, adenopatiyanın qalması və ya qayıtması ilə əlaqəli, Vərəmli limfadenopatiyaya 
qarşı terapiya standart 6 aylıq müalicədən daha artıq davam edilməsi tələb oluna bilər).
2: Əlavə təsirlər
XƏSTƏ 1
JK –nin dərmanlarının qəbulunu səpkilər keçənə qədər dayandırın. Dərmanları təkrar bir-
bir üç gün fasilə ilə, səpkiləri əmələ gətirən ən az ehtimalı oluna bilən dərmanla başlayıb, 
adətən R,H,E və Z  təyin etməyə başlayın. 
XƏSTƏ 5
H, Z və ya R təsiri ilə mümkün ola bilən hepatotoksikliyi nəzərə alın. Qara ciyər funksiyasını 
qiymətləndirin.  Bütün  dərmanların  qəbulunu  dayandırıb,  virus  mənşəli  hepatiti  istisna 
edin. Qara ciyərin funksiyası yaxşılaşandan sonra (əlavə dərmanı təyin etməzdən qabaq 3 
gün gözləyin) Rifampisin və Etambutol ilə təkrar dərmanların qəbuluna başlayın. Sonra H 
və sonda Z əlavə edin. Əgər xüsusi dərmanın əlavə edilməsindən sonra əlamətlər qayıdarsa, 
onda bu dərman zədələyən amil kimi müəyyən edilərək qəbulu dayandırılmalıdır. Vərəm 
üzrə mütəxəssislə konsultasiya tövsiyyə edilir. 
cavablar

Bölmə 3
 Vərəmli Xəstələrin Müalicəsi   
3: Müalicəyə Nəzarət
XƏSTƏ 1
JK  üçün  DHT  qoyun.  Əgər  onun  həyat  yoldaşı  MDR-Vərəm  mualicəsini  qəbul  edibsə, 
onda onun DHT nəticələri Vərəm proqramından əldə etmək mümkündür. MDR-Vərəm 
üzrə mütəxəssislə məsləhətləşib, JK onun rezistentlik nümunələrinə əsasən qurulmuş MDR-
Vərəm müalicə rejimini istifadə edərək empirik üsulla onun DHT nəticələri geri qayıdana 
qədər müalicə edin. DHT qoyulmalıdır. 
XƏSTƏ 4
Xəstə müalicənin davamedici mərhələsində 4HR qəbuluna başlamalıdır, lakin onun qeyri-
müntəzəm müalicə tarixçəsinə əsaslanan DOT ilə təmin olunmalıdır.  
4: Treatment Outcomes
XƏSTƏ 1
JK  müalicənin  uğursuzluğu  kimi  təsnif  olunmalıdır  və  müalicəyə  MDR-Vərəm  üzrə 
mütəxəssisin nəzarəti altında başlanmalıdır. 
XƏSTƏ 3
LM  müalicəni  tamamlayan  kimi  təsnif  olunacaq,  lakin  heç  bir  bəlğəm  nümunəsi 
toplanmayıb və TDB nəticələri əldə olunmayıb. 
XƏSTƏ 4
Bu xəstənin müalicə nəticəsi sağalmış kimi müəyyən edilir. 
XƏSTƏ 5
KL müalicədən imtina etmiş kimi təsnif olunacaq. 
XƏSTƏ 6
Xəstənin müalicə nəticəsi həkimlərin qərarına əsaslanaraq müalicəni tamamlamiş kimi qeyd 
olunacaq. 

Bölmə 1
 Vərəmin Etiologiyası və Patogenezi  
Xüsusi Situasiyalar
Bölmə  4

4

Bölmə 4
 Xüsusi Situasiyalar  
Xüsusi Situasiyalar 
D
iaqnostika olunan Vərəm xəstəlik hallarının əksəriyyəti effektli olan 
standartlaşdırılmış müalicə rejimlərindən istifadə edilərək müalicə 
olunmasına baxmayaraq, çox böyük bir qayğı tələb edən  bir sıra xüsusi 
situasiyalara  rast  gəlmək  olur.  Bu  bölmədə  Vərəm  və  İİV-li  xəstələrin, 
uşaqlarda  Vərəmin,  hamilə  və  süd  əmizdirən  qadınlarda  Vərəmin  və 
MDR-Vərəmin idarəolunmasına diqqət yetiriləcək. VQBS-da təsvir olu-
nan kimi, bütün həkimlər: 
Vərəmə  şübhəli  və  ya  Vərəmli  bütün  xəstələr  İİV-ə  aid  məsləhətlər  və 
müayinələr  ilə  təchiz  edilməlidirlər.  Bu,  İİV  infeksiyası  yuksək  yayılan 
ərazilərdə,  İVV  əlamətləri  ilə  əlaqəli  kliniki  vəziyyətlər  olan  xəstələrdə 
və İİV təsirinə məruz qalma riski olan xəstələr üçün xüsusi onəm daşıyir.
(Standart 14)
Antiretroviral  terapiyasına  (ART)  olan  göstərişlər  və  digər  yoluxucu 
xəstəliklərin profilaktika məqsədi ilə təyin olunan kotrimoksazolla təchiz 
olunması  üçün  İİV  müsbət  Vərəmli  xəstələr  qiymətləndirilməlidirlər.   
(Standart 15)
İİV infeksiyası olan şəxslər aktiv Vərəmə qarşı qiymətləndirilməli və əgər 
aktiv Vərəm istisna olunursa, güman edilən latent Vərəmə qarşı müalicə 
edilməlidirlər. (Standart 16)
MDR-Vərəmə  yoluxma  riski  olan  xəstələr  müəyyən  edilməli  və  təsdiq 
olunan MDR-Vərəm müvafiq müalicə rejimlər ilə mümkün dərəcədə tez 
müalicə edilməlidir. (Standartlar 11 və 12) 
Bölmə  4

Öyrənmə Məqsədləri 
Bu bölmədə iştırakçılar öyrənəcəklər:
Vərəm/İİV  ko-infeksiyalı,  MDR-Vərəmli  xəstələr,  hamilə  və 
süd  əmizdirən  qadınlar  və  uşaqlarda  olan  xəstəlik  halları  kimi 
ixtisaslaşdırılmış  qayğı  tələb  edən  Vərəmli  xəstələri  necə  müalicə 
etmək lazımdır.
BÖLMƏ 4
Xüsusi Situasiyalar

Bölmə 4
 Xüsusi Situasiyalar  
1.    Vərəm və İİV 
Vərəm hər hansı digər yoluxucu xəstəlikdən fərqli İİV-ə yoluxan şəxslərin bir 
çoxunda ölüm hallarına səbəb olduğu üçün, İİV xəstəliyi olan bütün şəxsləri Vərəm 
infeksiyasına və xəstəliyinə və Vərəmli xəstələrin İİV infeksiyasına  qarşı yoxlanması 
çox vacibdir. İİV-müsbət və İİV-mənfi xəstələr üçün ÜST-nın Vərəm nəzarətinə 
dair strategiyasının prinsiplərinin eyni olmasına baxmayaraq, Vərəm infeksiyasına 
yoluxma riskini, aktiv Vərəmə doğru inkişafını və Vərəm müalicə nəticələrinin zəif 
olmasını artıran ən ciddi amil İİV-dir. İİV-müsbət xəstələrdə Vərəm infeksiyasına 
qarşı  yüksək  şübhənin  olması  zəruridir,  çünki  İİV  Vərəm  infeksiyasının  Vərəm 
xəstəliyinə  doğru  inkişafını  və  ölüm  hallarını  artıran  əhəmiyətli  bir  səbəbdir. 
Vərəm/İİV  xəstələrin  idarəolunması  Vərəm/İİV  üzrə  mütəxəssislə  konsultasiya 
edərək yerinə yetirilməlidir. 2-ci Bölmədə qeyd olduğu kimi, İİV ilə yaşayan insan-
larda Vərəmə yoluxma yükünü azaltmaq məqsədi ilə ÜST-nın Üç İ strategiyasına 
əməl etmək üçün İİV infeksiyası olan xəstələrin diqqətlə qiymətləndirilərək aktiv 
Vərəmin olmaması məlum olduqdan sonra, güman edilən latent vərəm infeksiyasına 
qarşı izoniazid profilaktika terapiyasına (İPT) başlanmalıdır. 
1.1. Antiretroviral terapiyanı (ART) nə vaxt başlamaq lazımdır
İİV  infeksiyası  diaqnozu  qoyulan  və  ART  təyin  olunan  aktiv  Vərəmli 
xəstələrdə  ilk  üstünlük  ART  –nin  başlanması  üçün  düzgün  vaxtın  seçilməsi 
haqqında  müzakirələr  davam  edərkən,  MVP  –nın  təlimatlarına  əsasən  Vərəm 
əleyhinə  müalicəni  başlamaqdır.  İİV  yayılan  ərazilərdə  Vərəmli  xəstələrin 

müalicəsinin  ilk  iki  aylarında  xəstəlik-ölüm  hallarının  nisbi  səviyyəsi  yüksəkdir. 
Bu səbəbdən ART-nı erkən başlamaq təklif olunur.

 Alternativ olaraq, çox sayda 
həblərin  qəbulu,  bir  dərmanın  digər  dərmana  qarşılıqlı  təsirləri  və  immunoloji 
yenidənqurma iltihabi sindromu (İRİS) mümkün olan hallar ART gec başlanması 
yardımcı ola bilməsini ehtimal edirlər. Aşağıdakı verilən cədvəldə böyüklərin və 
yeniyetmələrin İİV infeksiyası üçün ART gostərilib: bu mövzu üzrə daha ətraflı 
məlumatların harda tapıla bilməsi haqqında səhiyyə yanaşması üçün tövsiyyələr. 
Vərəmə qarşı terapiyanın başlanması ilə yanaşı birinci sıra ART-nın başlanğıcı 
CD4 hüceyrə sayı
ART
Məsləhətləri
Vərəm müalicəsinin başlanması ilə əlaqəli 
ART təyin olunma vaxtı 
CD4 <200 hüceyrə/mm
3
ART məsləhət görülür
a
İki və səkkiz həftə arası
b
CD4 200 və 350 hüceyrə/
mm
3
 arası 
ART məsləhət görülür  Səkkiz həftədən sonra
CD4 >350 hüceyrə/mm
3
ART  yubadın
c
Vərəm müalicəsinin səkkizinci həftəsində və 
sonunda xəstəni təkrar qiymətləndirin 
Məlum deyil
ART məsləhət görülür
d
İki və səkkiz həftə arası 
a Birinci sıra müalicə rejimi kimi təyin olunan Efavirenz (EFV)-tərkibli rejim məqsədəuyğun hesab olunur. 
b Vərəm müalicəsinə dözümlü olmasını göstərən kimi, xüsusilə ağır dərəcədə immunosupresiyalı xəstələrdə, ART başlanmalıdır.
c ART başlanmalıdır əgər digər Vərəm olmayan xəstəlik mərhələsi 3 və ya 4-də aid əlamətlər müşahidə olunursa,
d Vərəmə qarşı müalicəsinin ümumilikdə yaxşı təsiri olan Vərəm diaqnozların bəziləri üçün (məs., limfa düyünlərin Vərəmi, ağır olmayan ekssu-
dativ plevrit) ART-nın yubanması müzakirə olunmalıdır. 
1.2. R famp n və ant retrov ral terap ya
Vərəm  müalicəsi  ilə  əlaqəli  olan  İİV  müalicəsində  bir  dərmanın  digər 
dərmanla  qarşılıqlı  təsirlər  arasında    rifampin  və  qeyri-nukleozid    əks 
transkriptaza  inhibitorlar  (NNRTİs),  efavirenz  (EFV)  və  nevirapin  (NVP) 
arasında olan təsirlər ən vacib sayılır. Dünyanın əksər yerlərində rifamisin dərman 
preparatlar  ailəsindən  yalnız  rifampinə  rast  gəlmək  olur,  və  Vərəmin  yüksək 
səviyyədə yayılan ərazilərdə ilkin antiretroviral müalicə rejimlər EFV və ya NVP 
(nukleozid  analoqları  ilə  birqə)  dərman  preparatlardan  ibarətdirlər.  Bundan 
əlavə təsadüfi kliniki tədqiqatlarda öz gücünü və davamlığını göstərdiyinə görə, 
inkişaf edən ölkələrdə ART ilk başlanması üçün məqsədəuyğun seçim EFV-əsaslı 
terapiyasıdır.
7
  Bir dərmanın digər dərmanla qarşılıqlı təsirlər arasında rifampin 
və NNRTİs, EFV və NVP olan təsirlərə əsaslanaraq müəyyən fikirlər var. 

Bölmə 4
 Xüsusi Situasiyalar  
Rifampin EFV-nin konsentrasiyasını ölçülə bilən, lakin az şəkldə dəyişərək 
azaldır.  EFV-nin  dozasını  gündəlik  600  mq-dən  800  mq-dək  artırılması 
rifampinin  effektinin  təsirini  kompensasiya  edir,  lakin  terapiyadan 
mükəmməl  viloloji nəticələr əldə etmək üçün dozanın bu qədər artırılmasına 
elə də ehtiyac yoxdur. Onun viroloji fəaliyyətinin ən yaxşı proqnozlaşdırıcı 
olan EFV-nin ən aşağı konsentrasiyası ilə yanaşı rifampin qəbul edən xəstələr 
arasında  in  –vitro  İİV  –nun  qarşısını  almaq  üçün  olan  konsentrasiyadan 
yuxarı olmaqda qalır. Bu səbəbdən, standart dozaları ilə EFV-əsaslı ART və 
rifampin-əsaslı Vərəmə qarşı müalicə hesab edilən həmin kombinasiyaya İİV-
lə əlaqəli Vərəmin müalicəsində üstünlük verilir (orijinal təlimat sənədindəki 
cədvəl 1-ə bax). Bəzi mütəxəssislər 60 kq-dan az çəkisi olan xəstələr üçün 800 
mq EFV dozasının qəbulunu tövsiyyə edirlər. 
İİV-lə əlaqəli Vərəmli xəstələrin müəyyən hissəsi üçün EFV-əsaslı antiretroviral 
terapiyada bir neçə seçimə ehtiyac var: EFV hamiləlik zamanı istifadə oluna 
bilməz (ən azı ilk trimestr zamanı), bəzi xəstələr EFV təsirinə dözümlü deyillər 
və  bəziləri  NNRTİ-rezistent  olan  İİV  ştamlarına  yoluxmuş  olurlar.  Birinci 
sıra müalicə rejimlərinin seçimlərinə Nevirapin (NVP) və üçqat Nukleozid 
Retro-Transkriptaza  İnqibitorlarlarının  (NRTİs)  əsasında  qurulmuş  
Tenofovir DF (TDF) və ya Abacavir (ABC) müalicə rejimləri daxildir. NVP-
tərkibli  müalicə  rejimləri  üçün  4,  8  və  12-ci  həftədə  qanda  ALT  səviyyəsi 
yoxlanmalıdır; bundan sonra əlamətlər əsasında müalicə növü barədə qərar 
qəbul olunmalıdır. Ritanovirin artıb-artmamasından asılı olmadan, standart 

Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin