Həkimlər üçün Vərəm üzrə Təkmilləşdirmə Kursu



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix25.01.2017
ölçüsü4,8 Mb.
#6397
1   2   3   4   5   6   7   8   9   10   11
dərmanların qəbuluna nəzarət edir, yazılan hər dərman dozasının Vərəmli xəstə 
tərəfindən həqiqətən qəbul olunmasına əmin olmaq çox vacibdir. Daha ətraflı 
DOT aşağıda müzakirə olunur. 
Davamedici mərhələ
 sonrakı 4-6 ayı əhatə edir və yeni xəstəlik halı kimi 
təsnif olunan xəstə iki dərman preparatını qəbul edəcək- pan – həssas xəstəlik 
üçün ya hər gün, ya da müntəzəm şəkildə (həftədə üç dəfə, lakin yalnız DOT 
üçün).  Hər  xəstə  üçün  tövsiyyə  edilən  müalicə  rejimi  xəstənin  diaqnostik 
kateqoriyasından asılıdır. Müalicənin bu mərhələsi 
M. tuberculosis basillərinin 
məhvi və zədələnən yeri sterilizə etmək üçün lazımdır. Xəstə özünü yaxşı hiss 
etməyə  başlayan  zaman,  uzun  müddətli  müalicə  prosessinə  qarşı  səbirsizlik 
göstərməyə başlayır və bu, davamedici mərhələ müddətində müalicəyə müvafiq 
riayətin  edilməsini  daha  da  çətinləşdirir.  Xəstənin  müalicənin  tam  rejimini 
tamamlanmasına  əmin  olmaq  üçün  müalicənin  bu  mərhələsi  birbaşa  nəzarət 
altında olmalıdır.  
5.1. Yeni Vərəmli xəstənin rejimi
Yeni Vərəmli Xəstələr üçün Standartlaşdırılmış Rejimlər 
Dərmanlara qarşı həssas Vərəmin təhmin olunması (və ya bilinməsi) 
İntensiv müalicə mərhələsi 
Davamedici mərhələ 
2 ay HRZE
4 ay HR 
Qeyd etmək lazımdır ki, yeni xəstələr rifampisinin 6 ay ərzində təyin olu-
nan  müalicə  rejimini  qəbul  etməlidirlər.  Kavernaları  olmayan,  yaxması-mənfi 
ağ ciyər Vərəmli və ya İİV-ə mənfi kimi təsdiqlənən ağ ciyərdən kənar xəstəliyi 
olan xəstələr üçün müalicənin intensiv mərhələsində etambutolun təyini istisna 
olunmamalıdır. 

Bölmə 3
 Vərəmli Xəstələrin Müalicəsi   
Yeni Vərəm Xəstələri üçün Dərman Dozaların Tezlik Təyinatı 
Dərman Dozaların 
Tezlik Təyinatı
Qeyd
a)  Hər gün  Hər gün   Optimal
b)  Hər gün  Həftədə 
3 dəfə
Birbaşa nəzarət altında müalicə qəbul edən hər hansı bir yeni 
Vərəmli xəstə üçün münasib seçim
c)  Həftədə 
3 dəfə 
Həftədə 
3 dəfə
İİV olmayan və ya İİV yayılan ərazidə yaşamayan, birbaşa nəzarət 
altında müalicə qəbul edən zaman xəstə üçün münasib seçim 
Qeyd: Müalicənin intensiv mərhələsində gündəlik (nəyinki həftədə 3 dəfə) dərmanların təyinatı izoniazid rezistentliyi 
ilə müalicəyə başlayan Vərəmli xəstələrdə dərmanlara  qarşı  qazanılmış rezistentliyin qarşısını almaqda yardımçı ola bilər. 
Mümkün olan zaman, ağ ciyər Vərəmli yeni xəstələr üçün optimal dərman 
dozalarının  tezlik  təyinatı  terapiya  kursu  ərzində  gündəlik  olmalıdır. 
  Əgər  bu 
mümkün deyilsə, onda ağ ciyər Vərəmli yeni xəstələr intensiv mərhələdə gündəlik və 
davamedici mərhələdə həftədə 3 dəfə təyin olunan hər dərman dozalarının qəbulu 
birbaşa nəzarət olma şərti ilə qəbul edə bilərlər. Əgər xəstə İİV DEYILSƏ və İİV 
yayılan  ərazidə  yaşamırsa  və  dərmanın  hər  dozasını  birbaşa  nəzarət  altında  qəbul 
edirsə, onda bütün müalicə kursu boyu həftədə 3 dəfə dərmanların qəbulu bir başqa 
seçimdir.  Yeni  xəstələrdə  izoniazidə  qarşı  rezistentliyin  yüksək  səviyyədə  yayılan 
ərazilərdə izoniazidə rezistent Vərəmə qarşı müalicəni başlayan yeni xəstələrin müalicə 
nəticələri hətta 6 aylıq rifampisin qəbul rejimi ilə izoniazidə həssas olan Vərəmə qarşı 
müalicə nəticələrindən daha pisdir. İzoniazidə rezistentliyin yüksək səviyyədə məlum 
və ya sübhə olan əhalidə yeni Vərəmli xəstələr müalicənin davamedici mərhələsində 
HR-ə münasib seçim kimi, HRE terapiyasını qəbul edə bilərlər.*
Vərəmin yeni xəstəlik halları arasında izoniazidə rezistentliyin səviyyəsi 
yüksək olan ərazilərdə Yeni Vərəmli Xəstələr üçün Standartlaşdırılmış 
Rejimlər 
və müalicənin davamedici mərhələsi başlamazdan əvvəl  izoniazidə qarşı 
həssaslıq testinin olunmaması (və ya nəticələrin əldə edilməməsi) 
İntensiv müalicə mərhələsi 
Davamedici mərhələ
2 ay HRZE
4 ay HRE
* İzoniazidə 
rezistent Vərəmin 
müalicəsi üçün ən 
effektiv müalicə 
rejimi məlum deyil. 
Müalicədən qabaq 
izoniazidə rezistent 
olan xəstələrdə 
etambutolunun 
“rifampisini müdafiə” 
dərəcəsinin təyin 
olunmasına qeyri-
müvafiq sübütlar 
var. Əlavə qaydalar 
üçün ÜST Müalicə 
Təlimatlarına bax.  

 İzoniazidə rezistentliyin yüksək olan ərazilərdə yeni Vərəm xəstələr üçün dərman 
dozaların  cədvəli  bütün  digər  yeni  Vərəmli  xəstələrin  dərman  cədvələri  ilə  eynidir. 
Əvvəlki səhfədəki cədvələ bax. 
5.2. Əvvəlcədən müalicə almış Vərəmli xəstələr
2006-2015 illərə dair Stop Vərəm Qlobal Planı 2015-ci ildə bütün əvvəl müalicə 
olunan xəstələrin müalicə qabağı DHT aparılmasına imkanların olması üçün məqsəd 
tutur. DHT – rin nəticələrini istifadə edərək bu xəstələr üçün müvafiq müalicə təyin 
oluna bilər. Bütün əvvəl müalicə olunan Vərəmli xəstələr üçün müalicədən qabaq və ya 
müalicənin əvvəlində ən azı rifampisin və izoniazidə qarşı dərmanlara həssaslıq test 
(DHT) və əkmə üçün nümunə əldə olunmalıdır.    
Təkrar  müalicənin  başlanmasına  dair  yanaşma  laboratoriya  mümkün  olan 
imkanlarından,  xüsusilə də fərdi xəstə üçün adi hallarda DHT nəticələrin (və ya əgər) 
əldə olunmasından asılıdır.  
Sürətli DHT üsulları test nəticələri bir neçə saat və ya gün ərzində verəcək 
və  Siz  fərdi  xəstə  üçün  hansı  müalicə  rejimindən  başlanmasına  analiz 
nəticələrini istifadə edərək qərar verə bilərsiniz 
Adi üsullar həftələr (əgər duru qidalı mühitdən istifadə etsəz) və ya aylar 
(əgər bərk qidalı mühitdən istifadə etsəz) sonra nəticələrlə təmin edirlər. 
DHT nəticələrin alınmasında olan bu gecikmə nəticəsində, əgər adi üsulla 
aparılan DHT istifadə olunursa, DHT nəticələrini gözləyərkən xəstənin 
müalicə rejiminin qəbul olunamasına ehtiyacı olacaq. Bu müalicə rejimi 
dərmanlara qarşı rezistentlik tədqiqatlar və digər milli məlumat mənbəsi 
ilə müəyyən edilən MDR-Vərəmə yoluxma riski olan xəstədən asılı olacaq.  
Əgər  DHT  aparılması  mümkün  deyilsə,  xəstəni  MDR-Vərəmin  müalicə 
müəssisəsinə yönəldin
Bu  üç  ssenari,  xəstənin  MDR-Vərəmə  yoluxma  riskini  nəzarə  alaraq,  müalicə 
barədə  qərarınızda  aparacı  rolda  olacaq.  Əgər  sürətli  test  üsuların  aparılması 
mümkündürsə, müalicə DHT nəticələrinə əsaslanmalıdır.
Əgər adi DHT üsuların aparılması mümkündürsə, onda xəstələr təkrar müalicə 
rejimlərinə  və  ya  onların  MDR-Vərəmə  yoluxma  riskindən  asılı  olaraq  (dərmanlara 
qarşı rezitentlik tədqiqat (DRT) məlumatlara və ya ölkə təlimatlara əsaslanaraq) MDR-
Vərəmə qarşı müalicə rejiminə başlaya bilərlər. Əgər DHT aparılması üçün lazımi şərait 
yoxdursa, onda təkrar müalicə rejimi istifadə olunmalıdır və standartlaşdırılmış MDR-
Vərəm müalicə rejimi isə yalnız yüksək dərəcəli riski olan şəxslərdə istifadə oluna bilər. 
Daha ətraflı məlumat üçün aşağıdakı verilən cədvələ bax.

Bölmə 3
 Vərəmli Xəstələrin Müalicəsi   
Əvvəlcədən Müalicə almış Xəstələr üçün Standartlaşdırılmış Rejimlər,
dərmanlara qarşı həssaslıq rutin testlərin (DHT) mümkün olmasından asılı olaraq 
fərdi təkrar müalicə olunan xəstələrin terapiyasının yönəldilməsi 
MDR ehtimalı
(Xəstə Qeydiyyat qrupu—aşağıdakı birinci qeydə bax)
Əvvəlcədən müalicə 
almış xəstələr üçün 
rutin şəklində DHT 
–rin aparılmasının 
mümkün olması 
Yüksək
(Uğursuzluq*)
Orta və ya az
(Residiv, imtina)
Sürətli molekulyar-
əsaslı üsul
DHT nəticələri MDR təsdiq və ya istisna edərək müalicə rejiminin 
seçimində bələdçi olur
Adi üsul 
DNT nəticələrini gözləyərkən:  
Empirik MDR rejimi
2 HRZES / HRZE / 5 HRE 
DHT nəticələri məlum olandan sonra, müalicə rejimi dəyişmək olar.
Heç biri (müvəqqəti)
Empirik MDR rejimi (yalnız 
MDR proqramına qəbul olu-
nan xəstələrdə DHT nəticələri 
MDR-i təsdiq edilə bilən za-
man.   Bölmə 3.7.3 bax).  
DHT 
nəticələri məlum olandan sonra, 
müalicə rejimi dəyişmək olar.
2 HRZES / HRZE / 5 HRE 
müalicənin tam kursu üçün.
Baxmayaraq ki, yuxarıdakı göstərilən cədvəldə müalicə rejimləri beynəlxalq 
səviyyədə  qəbul  olunan  müalicə  standartlarıdır,  müxtəlif  ölkələrdə  müxtəlif 
müalicə təlimatları ola bilər. Həm uşaqların, həm də böyüklərin Vərəm əleyhinə 
müalicəsində sizin milli təlimatlara əməl edin. 
Və MDR ehtimallı 
yüksək olan digər 
xəstə qrupları. 
Bir nümunə kimi 
sənədləşdirilmiş 
MDR-Vərəmli xəstə 
ilə məlum təmasdan 
sonra aktiv Vərəm 
inkişaf edən xəstələr 
ola bilər. Ikinci və ya 
ardıcıl müalicə kur-
sunu dayandırandan 
sonra müalicəyə 
davam edən və ya re-
sidivi olan xəstələrdə 
həmçinin MDR 
olmasında çox yüksək 
ehtimalları var.  

6.  Birbaşa Müşahidə altında aparılan Müalicə 
DOT  Vərəmə  nəzarətin  ən  zəruri  elementidir  və  Vərəm  müalicəsinə 
riayətin  irəli  sürülməsi  ilə  dərmanlara  qarşı  rezitentliyin  artmasının,  müalicə 
uğursuzluğunu,  residivi  və  mənfi  nəticələrin  baş  vermə  riskini  azaldır.  DOT 
müddətində  dərman  preparatlarının  təyinatı  zamanı  səhiyyə  işçisi  xəstənin 
düzgün qaydada dərmanların qəbul edilməsinə əmin olmaq üçün xəstə Vərəm 
əleyhinə dərmanları udarkən ona nəzarət edir. DOT:
Xəstəxanalarda və ya ambulator şəraitdə 
təchiz oluna bilər
Həkimlər,  tibb  bacıları  və  ya  təlim  keçmiş  social  işçilər 
tərəfindən 
nəzarət  oluna  bilər
.    Ümumiyyətlə,  DOT-un  ailə  üzvü  tərəfindən 
aparılması  müalicənin  qəbuluna  və  ya  riayətinə  təsir  edə  bilən  
mürəkkəb şəxsi ailə münasibətlərinə görə tövsiyyə edilmir, lakin bəzi 
hallarda bu uyğun ola bilər.  
Xəstənin və/və ya müalicəyə nəzarət edən səhiyyə işçisinin riayəti üçün 
həvəsləndirici pul məbləği və haqqları (qida və ya nəqliyyat kimi) 
daxil 
edilə bilər
. Bu həm xəstə, həm də nəzarətçinin motivasiyasını artıra bilər. 

Bölmə 3
 Vərəmli Xəstələrin Müalicəsi   
7.  Vərəmin müalicəsinə Nəzarət edilməsində Həkimlərin Rolu
İctimai və ya özəl sektorda çalışan həkimlər də daxil olaraq vərəmi müalicə edən 
bütün  həkimlər  müalicədən  yaxşı  nəticələrin  əldə  olunmasını  təmin  etmək  üçün 
ölkələrindəki xüsusi MVP təlimatlarına riayət etməlidirlər. Müvafiq qanuni tələblər 
və siyasətə uyğun olaraq hər iki- yeni və təkrar müalicə olunan, Vərəm xəstəlik 
halları  və  onların  müalicə  nəticələri  haqqında  yerli  rəsmi  səhiyyə  orqanlarına
 
hesabat verilməlidir. Müalicənin tamamlanmasında çətinlikləri olan xəstələr Vərəm 
proqramına  birbaşa  müraciət  edə  və  ya  proqrama  uyğun  müalicə  oluna  bilərlər. 
MVP ilə uyğunlaşdırılma xəstə üçün daha yaxşı xəstəlik hallarının idarəolunması 
xidmətlərinə və müalicə nəticələrinin təkmilləşdirilməsinə gətirib çıxaracaq.  
Vərəmli  xəstələrin  monitorinqində  və  müalicənin  nəzarətində  iştirak  edən 
həkim:
Hər  dəfə  müalicə  müşahidə  ediləndə 
Xəstənin  Müalicə  Kartını 
doldurmalıdır
 (Əlavə 6), (Xəstənin müalicə kartı MVP-da yaradılır)
Hər hansı bir problem barədə məsləhət almaq və tədbir görmək üçün 
MVP-nın müvafiq həkimi ilə 
mütamadi təmasda qalmalıdır
Vərəm  üzrə  xidmətlərdən  dərmanların  vaxtında  alınmasına  və 
müalicənin  fasiləsiz  tam  kursunu  tamamlamaq  üçün  dərmanların 
kifayət qədər olmasına 
əmin olmalıdır.
 (Dərmanların əksəriyyəti kimi, 
Vərəmə  qarşı  dərmanlar  sərin,  quru  yerdə,  qapağı  sıx  bağlı  qabda  və 
günəş işiğından və istidən uzaq saxlanmalıdır)
Xəstə  ilə  müalicəyə  riayətin  vacib  olması  haqqında 
müzakirə 
aparmalıdır.
  Riayətin  təkmilləşməsinə  dair  daha  ətraflı  məlumat 
Müalicəyə Riayət adlı Bölmə 5-də tapa bilərsiniz. 
Xəstənin  effektiv  idarəolunması  üçün  yaxşı  hesabat  təcrübəsi  zəruridir. 
Vərəm üzrə qeydiyyat və hesabat sistemi ölkənin səhiyyə məlumat idarəolunma 
sisteminin  bir  hissəsidir.  Xəstə  haqqında  ətraflı  məlumatdan  ibarət  olan  bu 
hesabat  müalicə  müəssisəsində  doldurularaq  laboratoriya  və  tibbi  qeydiyyat 
jurnallarında  yekunlaşır.  Bu  məlumatlar  fəaliyyət  və  nəticələr  üzrə  rüblük 
hesabatları  və  eləcədə,  adətən  bölgə  üzrə  Vərəm  bölməsində  olan  Vərəmə  dair 
əsas illik idarəolunma hesabatları cəmləşdırilərək mərkəzə göndərilir. Qeydiyyat 
(xəstənin qeydiyyatı) və hesabat sistemi xəstənin vəziyyətinin yaxşılaşmasını və 
müalicə  nəticələrinin  sistematik  şəkildə  qiymətləndirilməsi  və  eləcədə,  bütün 
proqramın  yerinə  yetirilməsinə  nəzarət  (kohortların  analiz  edilməsi  ilə)  üçün 
istifadə olunur.  

8.  Müalicəyə Nəzarət 
Vərəm əleyhinə aparılan müalicənin gedişatının və nəticələrinin müəyyən 
edilməsi və hər hansı dərman əlavə təsirlərinin təcili şəkildə qarşısının alınması 
ilə müalicənin effektiv kursunun xəstə tərəfindən tamamlanması üçün  mütamadi 
nəzarətə  ehtiyac  var.  Nəzarət  altında  aparılan  müalicə  effektiv  Vərəmə  nəzarət 
proqramının  ən  vacib  elementlərindən  biridir  və  bütün  xəstələr  üçün  həyati 
önəm daşıyır. Nəzarət altında aparılan müalicə xəstənin qiymətləndirilməsində 
yardımci ola bilər: 
Xəstənin daha və ya az yoluxucu 
olma ehtimalını
Kliniki baxımdan xəstənin inkişafı 
necə
 gedir 
Vərəmə  qarşı  dərmanların  əlavə  təsirlərindən  xəstənin 
əziyət  çəkib-
çəkməməsini
Müalicənin 
nə vaxt
 tamamlanacağını
Müalicənin nəticəsinin 
nədən ibarət olmasını
8.1. Nəzarətdə olan xəstələrin müayinə cədvəli 
Yeni xəstənin müalicə rejimi üçün müalicənin ilkin mərhələsinin sonunda 
xəstə  terapiyanın  5  ayını  tamamladıqdan  dərhal  sonra  və  müalicənin  sonuncu 
həftəsində  nəzarət  müayinəsi  üçün  bəlğəm  nümunəsi  toplanır.    Bu  müalicə 
rejimindən  asılı  olacaq.  Digər  müalicə  rejimlərində  nümunələrin  toplanması 
üçün fərqli vaxtlar lazım olacaq. 
Yeni
 xəstə üçün nəzarət müayinələrini ikinci, beşinci və altıncı ayların 
sonunda edin
Təkrar müalicə almış
 xəstə üçün üçüncü, beşinci və səkkizinci ayların 
sonunda nəzarət müayinələri aparın 
MDR-Vərəm
 xəstələri üçün cədvəl test növlərindən asılı olaraq seçilir:

Yaxma:
 Müalicə tamamlanana kimi hər ay

Əkmə:
  Müalicənin  intensiv  mərhələsində  hər  ay  və  davamedici 
mərhələsində hər iki ay və yaxması müsbət olan zaman hər hansı 
bir vaxt

DHT:
 əkmə müsbət olana kimi hər 4 ay (əgər fərdi müalicə rejimi 
istifadə olunursa)

Döş qəfəsinin rentgen şəkli:
 Hər 6 aydan bir

Qan analizləri: 
Nəzarət baxış zamanı həkim tərəfindən tələb olu-
nan qaydada. Cavan xəstələr üçün testlərin qoyulması hər 6 aydan 
bir məsləhət görülür.    

Bölmə 3
 Vərəmli Xəstələrin Müalicəsi   
Müalicədən əvvəl yaxması mənfi olan
 bütün xəstələr üçün bəlğəm nümunəsi 
yuxarıda  qeyd  olunan  kimi  toplanmalıdır,  lakin  müalicə  gedişatının  ən  vacib 
göstəriciləri döş qəfəsinin rentgen şəkli və kliniki qiymətləndirmədir. 
8.2. Müalicə üzrə qərarlar 
Radioqrafik yaxşılaşma qeyd olunsa, ehtimal diaqnoz qoyula bilər, ümumiyyətlə 
bu  vaxt  müalicənin  iki  ayı  tamamlanmış  olur.  Əgər  müalicənin  üç  ayından  sonra 
xəstədə radioqrafik yaxşılaşma yoxdursa, rentgen şəklində qeyri-normal əlamətlər ya 
əvvəlki (lakin indiki yox), ya da ağ ciyərlərin digər patoloji zədələnmələrinin nəticəsi 
ola bilər və əlavə qiymətləndirmə tələb edə bilər. 
Əgər müalicənin ilkin mərhələsində xəstədə hələ də bəlğəm yaxması müsbətdirsə, 
bu aşağıda qeyd edilənlərdən hər hansı birinin nəticəsi ola bilər:
Müalicənin ilkin mərhələsinə pis nəzarət olunub və dərmanlar düzgün qay-
dada və ya cədvəl üzrə qəbul olunmayıb 
Bəlğəm  yaxmasının  konversiya  inkişafının  aşağı  səviyyədə  olması,  əgər, 
məsələn, xəstədə ağ ciyər toxumasının geniş yayılmış destruksiyası və ilkin 
olaraq güclü basillyar yüklənmə varsa, və ya dərman sorulması ilə çətinliyin 
olması
Laboratoriyada səhvə yol verilə bilər və ya xəstədə birinci sıra dərmanlarla 
aparılan müalicəyə təsir etməyən dərmanlara rezistent Vərəmin mövcudluğu  
Müalicənin  ilkin  mərhələsinin  sonunda  bəlğəmin  müsbət  yaxması  mənfiyə 
çevrilməyən  xəstələrə  ilkin  mərhələnin  dərmanlarını  əlavə  olaraq  bir  ay  da  təyin 
edilməlidir. DOT təchizatı ilə bağlı çətinliklərin və ya ara məsafələrinin olmamasına 
əmin olmalısınız. MDR-Vərəm müalicəsi mümkün olan yerlərdə bəlğəm konversiyası 
olmayan  xəstələrə  DHT  qoyulmalıdır  və  xəstəliyin  kliniki  gedişatına  yaxından 
nəzarət olunmalıdır.
Müalicənin 5-ci ayında və ya daha sonra xəstənin bəlğəm yaxması və ya əkməsi 
müsbət qalarsa, bu müalicənin uğursuzluğu kimi hesab olunur.
 Bu halda:
Qəbul olunan dərman rejimini dayandırın. Bu xəstənin müalicə nəticəsi 
“Müalicənin Uğursuzluğu” kimi onun Müalicə Kartında qeyd olunaraq, 
Vərəm Proqramına hesabat verilməlidir 
Əgər DHT əvvəl tələb olunmayıbsa, indi tələb olunmalıdır 
Xəstəyə təkrar müalicə rejiminin tam kursunun təyinatına başlayın (milli 
təlimatlara əsaslanaraq) 
Dərmanlara  rezistentliyin  aşağı  səviyyədə  olduğu  ölkələrdə  MDR-Vərəm  ol-
mayan xəstəlik hallarının DOT-la  olan müalicəsinin uğursuzluğuna nadir hallarda 
təsadüf edilməlidir. 

9.  Əlavə təsirlər 
Vərəmin  müalicəsində  birinci  sıra  dərmanları 
qəbul edən  az sayda xəstələr (0.7-14%) dərmanların 
əlavə  təsirlərindən  əziyət  çəkir.4    Dərmanlara 
rezistent  Vərəmin  müalicəsində  İSD  istifadə 
olunanda,  bu  rəqəmlər  artır.  Dərmanlara  mümkün 
ola bilən əlavə təsirlərin müəyyən edilməsi və riayətin 
qiymətləndirilməsi üçün xəstələri hər ay müayinədən 
keçirmək lazımdır. Hər hansı bir əlavə təsir haqqında 
vaxtında  hesabatın  verilməsinə  və  idarə  edilməsinə 
əmin  olmaq  üçün  DOT  təchiz  edən  şəxslə  təmas 
yaradın.  Birinci  sıra  dərmanlarla  müalicə  olunan 
xəstələr üçün xəstəliyin ilkin mərhələsində analizlərin 
birinci  nəticələrində  qeyri-normallıq  və  ya  kliniki 
səbəblərə görə qara ciyər və ya böyrəyin funksiyasının 
və  ya  trombositlərin  sayının  bilinməsinə  ehtiyac 
duyulmazsa qara ciyər və ya böyrək funksiyalarına və 
ya trombositlərin sayına nəzarət edilməsi vacib deyil.
Əlavə  təsirlərin  qeyri-müvafiq  idarəedilməsi 
qeyri-müntəzəm  müalicə  və  imtina  üçün  imkan 
yaradır.  Növbəti  səhifədəki  cədvəl  Vərəmə  qarşı 
dərmanların nəzarətinə olan əlamət-əsaslı yanaşma və 
əlavə təsirlərə qarşı kliniki cavabın hazırlanmasına dair təlimatla təchiz edir. Əlavə 
təsirlər yüngül və ya ağır kimi təsnif oluna bilər və müəssisələrin əksəriyyətində 
aşağıdakı kimi müalicə olunmalıdır:
Yüngül əlavə təsirlər: 
Xəstə haqqında olan yazıda problemi qeyd edin (üstün-
lüyü Müalicə Kartına verin). Xəstəni ürəkləndirin və köməkçi dərmanlarla 
lazımi qaydada müalicə edin. Umumiyyətlə əlavə təsirlərin adətən aradan 
qalxmasını və Vərəmə qarşı aparılan müalicənin yarımçıq dayandırılmasının 
daha  ziyanlı  olmasını  nəzərə  alaraq,Vərəm  müalicəsinin  dayandırılmasına 
ehtiyac yoxdur.
Ağır  əlavə  təsirlər: 
Səbəb  olan  amili  müəyyən  edib,  təsirinin  davam 
edilməsini dayandırın və əlavə reaksiyanı müalicə edin. Lazım olsa, xəstəni 
ixtisaslaşdırılmış  xəstəxanaya  göndərin  və  ya  orada  çalışan  mütəxəsislərlə 
məsləhətləşin. 
Vərəmə qarşı 
dərmanların 
törətdiyi 
səciyyəvi 
səpkilər.

Bölmə 3
 Vərəmli Xəstələrin Müalicəsi   
Vərəmə qarşı dərmanların əlavə təsirlərin idarəolunmasına dair əlamət-əsaslı yanaşma
Əlavə təsirlər 
Səbəb ola bilən 
dərman (-lar)
İdarəolunma
Ağır
Səbəb ola bilən dərman (-lar) qəbulunu 
dayandırıb, həkimə dərhal müraciət 
edin 
Qaşınma ilə və ya qaşınmasız dəri səpkiləri
S, H, R, Z
Vərəmə qarşı dərmanın qəbulunu dayandırn
Karlıq (otoskopiya zamanı qulaq mumu 
yoxdur)
S
Streptomisin qəbulunu dayandırın
Baş qicəllənməsi (vertiqo və nistaqm)
S
Streptomisin qəbulunu dayandırın
Sarılıq (digər səbəblər istisna olmaqla), hepatit
H, Z, R
Vərəmə qarşı dərmanın qəbulunu dayandırn
Şüur qarışığı (əgər sarılıq varsa, dərman təsiri ilə 
yaranmış qara ciyərin kəskin çatışmazlığı şübhə 
altındadır)
Most antitubercu-
losis drugs
Vərəmə qarşı dərmanın qəbulunu dayandırn 
Görmə qabiliyyətinin zəifləməsi (digər səbəblər 
istisna olmaqla)
E
Etambutol qəbulunu dayandırın
Şok, purpura, kəskin böyrək çatışmazlığı
R
Rifampisin qəbulunu dayandırın 
Sidik miqdarının azalması 
S
Streptomisin qəbulunu dayandırın
Yüngül 
Vərəmə qarşı dərmanların qəbulunu 
davam edin, dərman dozalarını yoxlayın 
Anoreksiya, ürəkbulanma, qarın nahiyyəsində 
ağrı
Z, R, H
Dərmanların qəbulunu yemək arası və ya 
yatmazdan əvvəl təyin edin və xəstəyə həbləri 
kiçik su qurtumları ilə asta udmasını tövsiyə 
edin.  Əgər əlamətlər qalırsa və ya ağırlaşırsa  və 
ya uzunmüddətli qusma və ya qanaxma əlamətləri 
müşahidə olunursa, əlavə təsirlərin ciddi olmasını 
nəzərə alaraq, dərhal həkimə mürəciət edin. 
Oynaq ağrıları
Z
Aspirin və ya qeyri-steroid iltihaba qarşı dərman 
və ya parasetamol təyinatı 
Əllərdə və ya ayaqlarda yanma, donma və ya 
sancma hissi
H
Piridoksin 50-75 mq hər gün 
Süstlük
H
Təminat. Dərmanların qəbulunu  yatmazdan 
qabaq təyin edin. 
Narıncı/qırmızı sidik
R
Təminat. Xəstələrə müalicədən qabaq bu barədə 
məlumat verilməlidir və bunun baş verməsinin 
normal hadisə olması barədə deyilməlidir.
Qrip sindromu (hərarət, soyuqdəymə, nasazlıq, 
baş ağrısı, sümük ağrısı)
R –nın qeyri-
müntəzəm dozası 
Rifampisinin təyinatının qeyri-müntəzəm 
qəbulundan gündəlik qəbuluna dəyişdirin
Dərmanların qısaldılmış formaları: H izoniazid, R rifampisin, Z pirazinamid, E etambutol, S streptomisin

9.1. Hepatitlər
Vərəmə  qarşı  dərmanlardan  üçü  H,  R  və  Z  dərman  təsiri  ilə  yaranmış  qara  ciyərin 
zədələnməsinə səbəb ola bilər (Əlamətlər ilə birgə Aspartat Aminotransferazanın (AST) qanda 
normal səviyyədən > 3 dəfə artıq olması və ya əlamətlər müşahidə olunmayan zaman qanda 
normal səviyyədən > 5 dəfə artıq olması). Əgər AST və Alanin Aminotransferazanın (ALT) 
qanda normal səviyyədən <5 dəfə artması müşahidə edilirsə, toksiklik orta hesab oluna bilər. 

Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin