Həkimlər üçün Vərəm üzrə Təkmilləşdirmə Kursu



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix25.01.2017
ölçüsü4,8 Mb.
#6397
1   2   3   4   5   6   7   8   9   10   11
qeydiyyat və hesabat tələblərinə uyğun olmalıdır. Bu prinsiplər Vərəmə səhiyyə 
tərəfindən qayğı və nəzarətin əsas elementlərindən biridir. Vərəmli xəstələrin 
qiymətləndirilməsi və müalicəsi yalnız bir şəxs barədə qayğını yox, həmçinin 
cəmiyyətin daha böyük ictimai səhiyyə ehtiyaclarının qorunmasını tələb edir. 
VQBS prinsiplərindən istifadə edərək, bu kurs Vərəmə qayğı və 
idarəolunmaya dair geniş məsələlərə aid qısa təkmilləşdirmə kursunu keçmək 
istəyən həkimləri treninq materialları ilə təmin edir. Vərəmli xəstələrin 
idarəolunmasına cəlb olunan həkimlər üçün VQBS ilə birgə yaradılan Vərəmə 
Qayğı üçün Xəstələrin Xartiyası adlı sənədin olması da vacibdir. Xartiyada 
Vərəmli xəstələrin hüquqları və öhdəlikləri barədə məlumat verilir və Vərəmə 
qayğını təkmilləşdirmək və səhiyyə sisteminin effektivliyini artırmaq məqsədi 
ilə xəstələrin, cəmiyyətin, səhiyyə işçilərinin (həm ictimai, həm də özəl sektorda  
çalışan) və hökumətin  birgə pozitiv və açıq şəkildə işləmək yolları izah olunur. 
G
iri
ş
*Texniki Yardım üçün Vərəm Koalisiyası. Vərəmə Qayğı üzrə Beynəlxalq Standartlar (VQBS).
Haaqa: Texniki Yardım üçün Vərəm Koalisiyası, 2-ci Nəşr 2009. (çap olunmaqdadır)

Stop Vərəm Strategiyası
O
rijinal DOTS strategiyasında əks olunmamış yeni üzə çıxan ehtiyacları 
və problemləri nəzərə alaraq, 2006-ci ildə DOTS proqramını 
genişləndirmək və artırmaq, həmçinin indiki və yeni qlobal Vərəm hədəfləri 
qarşılamaq məqsədi ilə Stop Vərəm Strategiyası yaradılmışdır.
DOTS-nın əsas komponentlərini vurğulamağa davam edərək Stop 
Vərəm Strategiyası Vərəmə nəzarət səbəbindən əmələ gələn əlavə öhdəlikləri və 
dəyişikləri də əks edir. Həkimlərin də əsas rol oynadığı Stop Vərəm Strategiyası 
altı tərkib hissəyə əsaslanır:
1.  Yüksək keyfiyyətli DOTS –nın genişlənməsini və yayılmasını təmin 
etmək
2.  Vərəm/İİV, MDR-Vərəm-ə yoluxan, yoxsul və zəif insanların 
ehtiyaclarını əks etdirmək
3.  İlk tibbi yardım xidmətinə əsaslanaraq səhiyyə sisteminin 
gücləndirilməsinə kömək etmək 
4.  Bütün səhiyyə işçilərini cəlb etmək 
5.  Vərəmli xəstələrin cəmiyyətlə əlaqəsini təşkil etmək və onlara 
səlahiyyətlər vermək
6.  Elmi-tədqiqat işlərinə imkan yaratmaq və dəstək vermək
Yerli səviyyədə keyfiyyətinə zamanət verilmiş bakterioloji və 
standartlaşdırılmış müalicə qəbul edən Vərəmli xəstələrin diaqnostikasında 
və müalicəsində həkimlər əsas bəşəri vasitə olmağa davam edirlər. Həkimlər 
Vərəm/İİV, MDR-Vərəm və XDR-Vərəm xəstəliklərinin diaqnostikasında və 
müalicəsində əmələ gələn çətinliklərlə rastlaşacaqlar, çünki peşəkar səhiyyə 
işçiləri kimi diaqnostik testlərin təyinatı və test nəticələrinin izahatı, diaqnozun 
qoyulması və xəstəliyin gedişatının monitorinqi və müalicəsi onların üzərinə 
düşür. İxtisasından və ya dövlət və ya özəl sektorda çalışmasından asılı olmayaraq 
bütün həkimlər Stop Vərəm Strategiyasına daxildirlər. Vərəmə nəzarət 
fəaliyyətində iştirak edərək həkimlər fərdi şəxslər və cəmiyyət arasında həyati 
əhəmiyyətli əlaqə təşkil edirlər. 
G
iri
ş

Vərəmə Nəzarətdə Həkimlərin Rolu
Ö
lkədən ölkəyə dəyişən və səhiyyə sisteminin müxtəlif səviyyələrindən 
asılı olaraq Vərəmə nəzarətdə həkimlərin rolunun dəyişilə bilməsinə 
baxmayaraq, onların Milli Vərəm Proqramı ilə (MVP) əlaqələri və xəstələr və 
cəmiyyət ilə birbaşa təmasları daxil olmaqla, bir sıra ümumi məqamlar qeyd 
edilə bilər. Həkimlər və Vərəm proqramı arasında olan əlaqələrin bir çoxu 
bölgə səviyyəsində mövcuddur. Ümumiyyətlə, həkimlər və MVP arasında 
əməkdaşlığın daha yaxın əlaqələr əsasında qurulması arzuolunandır.
Həm ictimai, həm də özəl sektorda çalışan həkimlər cəmiyyətə xidmət 
edirlər və aparılan milli siyasətə uyğun olaraq Vərəmli xəstələrin səhhəttinə 
yaxşı qulluq edilməsinə zəmanət verə bilərlər. Həkimlər MVP ilə birgə Vərəmli 
xəstələri qeydiyyata alaraq, xəstəliyin idarəedilməsinin davamını paylaşa bilərlər. 
İctimai sektorda çalışan işçilər xəstələri diaqnostika və müalicənin başlanması ilə 
əlaqədər Vərəm Proqramına göndərməli olarkən, özəl həkimlər diaqnostikanı 
və müalicəni öz üzərlərinə götürə bilərlər, lakin bu hallarda onlar MVP ilə 
razılaşaraq, milli siyasətə əməl etməlidirlər. 
Həkim tərəfindən ilkin Vərəm diaqnozunun qoyulması çox vaxt bu 
xəstəliyin olması barədə yüksək şübhə olan zaman baş verir. Əgər xəstədə Vərəmə 
bənzər əlamətlər müşahidə olunursa, həkim xəstəni müayinə etməli, xəstəlik 
tarixçəsini qeyd etməli, rentgen şəklinin çəkilməsinin və lazım gələrsə bəlğəm 
analizinin verilməsinin vacib olduğunu bildirməlidir (və ya bununla məşğul 
olan səhiyyə işçisinə müraciət etməlidir). Həkim qoymaq istədiyi diaqnoza əmin 
deyilsə, o, Vərəm üzrə mütəxəssisə müraciət edə bilər. Xüsusi tədbirlər ölkənin 
xüsusi Vərəm siyasətindən asılıdır.
Həkimlərin xəstəliyin erkən aşkarlanma və effektiv müalicə vasitəsilə əlavə 
ötürülməsini dayandırmaq və Vərəm xəstəlik hallarının sayını aşağa salmaq 
üçün xüsusi imkanları var. Bu, xüsusilə vacibdir, çünki ÜST tərəfindən yayılan 
məlumata əsasən aşkar olunmayan və müalicə qəbul etməyən aktiv Vərəmli xəstə 
il ərzində orta hesabla 10-dan 15-ə qədər sağlam insanları yoluxdura bilər
1
.
G
iri
ş

Kursadan Necə İstifadə etmək Lazımdır
B
u kurs həkimlərin sərbəst şəkildə, yəni öz-özünə dərs almaq (məlumat 
almaq üçün) məqsədi ilə təşkil edilib. Hər bir bölməni oxuyun və 
hər bölmənin sonunda olan tapşırıqları yerinə yetirin və başa düşmədiyiniz hər 
hansı bir məlumatı təkrarən gözdən keçirin. Siz kurs hazırlanarkən istinad edilən 
məlumat mənbələrindən istifadə edərək xüsusi mövzu haqqında daha ətraflı 
məlumat əldə edə bilərsiniz. Bu kursu Siz həmçinin çap olunmuş soraq kitabçısı 
kimi istifadə edə bilərsiniz. 
Ölkədən asılı olaraq xəstəliyə qarşı yönəldilən siyəsətin və göstərişlərin 
müxtəlif xarakterli olmasına görə, kurs hər hansı ölkəyə xas olan xüsusi qaydaları 
əks etdirə bilməz. Bu kurs Vərəmə nəzarətin ümumi prinsiplərini təqdim edir. 
Bu kurs Vərəm üzrə milli və beynəlxalq göstərişləri əvəzləmək məqsədi ilə deyil, 
VQBS  kimi onların tamamlamasını nəzərdə tutur. Xəstəliyə dair aparılan yerli 
siyasət haqqında daha təfsilatlı məlumat əldə etmək üçün Siz ölkənizdə mövcud 
olan Vərəmə nəzarət üzrə milli göstərişlərə müraciət etməlisiniz. 
G
iri
ş

Akronim-İxtisarlar
Turşuya-Davamlı Bakteriyalar
Qazanılmış İmmunitet Çatışmamazlığı Sindromu
Alanin Aminotransferaza 
Antiretroviral Terapiya
Calmette-Querin Bakteriyası
CDC ABŞ Xəstəliklərə Nəzarət və Prevensiya Mərkəzləri 
Ko-trimoksazol Preventativ Müalicəsi
Birbaşa nəzarət altında alınmış Müalicə
Stop Vərəm Strategiyanı özündə birləşdirən Əsas Prinsiplər
Dərmanlara qarşı Rezistentlik hallar üzrə Tədqiqat 
Dərmanlara qarşı Həssaslıq Testləri
Ağ ciyərdən kənar Vərəm
Xarici Keyfiyyətə Zəmanət
Müəyyən edilmiş Doza Kombinasiyası
Yüksək Keyfiyyətli Korpuskulyar Hava Filtri
İnsan İmmunçatışmazlıq Virusu
İzoniazid ilə Preventiv Terapiya
İmmunoloji yenidənqurma sindromu
Vərəmə qayğı üzrə Beynəlxalq Standartlar
Latent Vərəm İnfeksiyası
Multi-Dərmanlara Rezistent Vərəm
Milli Vərəm Proqramı
Pneumocystis Carinii Pnevmoniyası
Proteaza İnqibitoru
Proteyindən Təmizlənmiş Derivat
Ağ ciyər Vərəmi
İkinci sıra Dərmanlar
Bəlğəm Yaxması
Vərəm
Tuberkulin əsaslı dəri testi
İİV/QİÇS üzrə Birləşmiş Millətlər Təşkilatının Birgə Proqramı
Ultrabənövşəyi bakterisid şüalar
Ümumdünya Səhiyyə Təşkilatı
Yüksək dərəcədə yayılmış Dərmanlara- Rezistent Vərəm
TDB
QİÇS
AAT
ART
BCG
CDC
KPM
DOT
DOTS
DRT
DHT
ACKV
XKZ
FDC
HEPA
İİV
IPT
IRIS
VQBS
LVİ
MDR-Vərəm
MVP
PCP

PPD
ACV
İSD
SS
V
TDT
UNAIDS
UBBŞ
ÜST
XDR-Vərəm

Vərəmin Etiologiyası və Patogenezi
Bölmə 1

Bölmə 1
 Vərəmin Etiologiyası və Patogenezi  
Vərəmin Etiologiyası və Patogenezi
B
izim Vərəmin patogenezi və yayılması barədə mövcud olan anlayışımız 
bizi  Vərəm  xəstəliyinin  yayılmasına  dair  nəzarət  strategiyalarının 
inkişafına  və  Vərəm  infeksiyasının  və  xəstəliyinin  müalicəsinə  yönəltdi. 
Vərəmli  xəstələrin  aşkarlanması  və  müalicəsi  ilə  məşğul  olan  bir  həkim 
kimi,  sizin  üçün  bu  konsepsiyaları  anlamaq  çöx  vacib  məsələdir,  çünki 
məhz  bu  halda  siz  müalicə  edilən  xəstələri  xəstəlik  barədə  daha  yaxşı 
maarifləndirə bilərsiniz. Bu bölmədə Vərəmin patogenezi üzrə qısa şəkildə 
ümumi məlumat verilib və Vərəm xəstəliyinin inkişaf etməsinə səbəb ola 
bilən risk amilləri barədə məlumatlar qeyd edilib.
Bölmə 1

Öyrənmə Nəticələri
Bu bölmədə iştirakçılar öyrənəcəklər:
Vərəm necə yayılır
İlkin və ilkindən sonrakı Vərəm halları arasında olan fərq
Vərəm xəstəlik halı və Vərəm infeksiya arasında olan fərq
İİV Vərəmin patogenezinə necə təsir edir
Vərəm xəstəliyinin inkişaf etməsinə səbəb ola bilən risk amilləri
Dərmanlara rezistentlik necə yaranır
BÖLMƏ 1
Vərəmin Etiologiyası və Patogenezi

Bölmə 1
 Vərəmin Etiologiyası və Patogenezi  
1. Vərəm n Et olog yası və Yayılması
Vərəm 
Mycobacterium  tuberculosis  kompleksinə  aid  bakteriya  vasitəsilə 
törədilən  yoluxucu  xəstəlikdir.  Bu  kompleksə  aid  olan 
M.  tuberculosis  ən  çox 
yayılan  və  insanlarda  xəstəlik  törədən  əsas  amildir.  1882-ci  ildə  Robert  Kox 
Vərəmin əsl səbəbinin vərəm çöpü olduğunu subut edərək 1905-ci ildə Nobel 
mükafatına layıq görüldü. Ağ ciyər Vərəmi ilə xəstə olan insanlar yoluxucu ola 
bilərlər  və  Vərəm  xəstəliyini  digər  insanlara  ötürmək  qabiliyyətinə  malikdirlər. 
Digər insanı Vərəmə yoluxdurmaq üçün az sayda Vərəm çöpü kifayətdir. Müalicə 
olunmayan yoluxucu ağ ciyər Vərəmli (ACV) xəstə öskürərkən, gülərkən və ya 
asqırarkən 
M. tuberculosis tərkibli çox xırda hissəciklər havaya yayılır. Diametri 
1-dən 5-ə qədər mikron olan hissəciklər nüvəli damcılar formasında havada ətraf 
mühitdən asılı olaraq bir neçə saat qala bilər. Xəstəliyin ötürülməsi insanın bu 
nüvəli damcılar olan hava ilə
 nəfəsalma zamanı baş verir. Bu proses adətən qapalı 
yerlərdə baş verir. Lakin ventilasiya nüvəli damcıları kontaminasiya olan sahədən 
xaric edir və birbaşa düşən günəş şüaları 
M. tuberculosis-i tez məhv edir.

2.  Patogenez və Kl n k  İlk n Əlamətlər
Vərəm ağ ciyər, ağ ciyərdən kənar və ya hər iki növün olması ilə təsnif olunur. 
İİV  infeksiyasının  aşkarlanmasından  öncə  Vərəmin  yeni  xəstəlik  hallarının  85 
%-i ağ ciyəri zədələyirdi. Lakin, İİV-ə yoluxan xəstələrin yarıdan çoxunda həm 
ağ ciyər, həm ağ ciyərdən kənar Vərəm və ya yalnız ağ ciyərdən kənar Vərəm olur. 
2.1. Ağ c yər vərəm  (ACV)
ACV ilkin və ya ilkindən sonrakı (ikincili) kimi təsnif oluna bilər.
İlk n yoluxma
İlkin yoluxma 
M. tuberculosis bakteriyasına birinci dəfə rast gələn zaman baş 
verir. Nəfəsalma ilə bədənə daxil olan nüvəli damcıların (
M. tuberculosis tərkibli) 
ölcüləri çox kiçik olduğuna görə, onlar bronxların mukosiliar müdafiəsini keçib, 
ag ciyərin terminal alveollarında çökürlər. Xəstəlik ağ ciyərdə basillərin artması 
ilə başlayır və pnevmonik fokus formalaşır. 
M. tuberculosis-in artması tədricən, 
lakin davamlı olaraq baş verir və limfatik sistem vasitəsilə limfa vəzilərinə yayılır..  
İmmun sisteminin cavabı (ləngimiş hiperhəssaslıq və hüceyrəli immunitet) ilkin 
yoluxmadan 4-6 həftə sonra inkişaf edir. 
Pnevmonik fokus və əlaqəli ağ ciyərin qapı limfa düyünlərin adenopatiyası 
birincili  kompleksi  təşkil  edir.  Birincili  kompleksdən  basillər  qan  vasitəsilə 
yoluxan insanın bədəninin digər orqanlarına yayıla bilər. Növbəti faza yoluxan 
insanın  immun  cavabının  gücü  ilə  müəyyən  olunur.  Güclü  immun  sisteminə 
malik olan insanların çoxunda immun reaksiyası 
M. tuberculosis – nin artmasını 
dayandırıb, bəzi basilləri isə mürgüləyən vəziyyətdə saxlayır.
Bir  neçə  hallarda  immun  reaksiyalar 
M.  tuberculosis  –in  artmasının 
qarşısını almaq üçün kifayət qədər uyğun olmaya bilər və bu zaman bir neçə ay 
ərzində ilkin Vərəm xəstəliyi inkişaf edir. İlkin Vərəm ağır və dissimenasiyalı ola 
bilməsinə baxmayaraq, xəstəliyin bu forması adətən yüksək səviyyəli ötürücülük 
qabiliyyətinə  malik  olmur.  Reinfeksiyalı  və  ya  ilkin  infeksiyası  olan  insanın 
təkrarən infeksiyaya yoluxması halı hələdə ilkin Vərəm hesab olunur.

Bölmə 1
 Vərəmin Etiologiyası və Patogenezi  
İlk ndən sonrakı Vərəm
İlkin infeksiyadan bir neçə il sonra latent Vərəm infeksiyanın (LVİ) reaktivasiya 
nəticəsi  kimi  ilkindən  sonrakı  Vərəmin  inkişaf  etməsi  mümkündür.  Bu  İİV 
infeksiyası ilə zəifləmiş immun sisteminə cavab kimi baş verə bilər. Xəstənin immun 
reaksiyası çox vaxt ağ ciyər toxumasının destruksiyası və kavernaların əmələ gəlməsi 
ilə  xarakterizə  edilən  xüsusi  yerləşməyə  malik  patoloji  zədələnmə  ilə  nəticələnir. 
Vərəm  xəstəliyi  adətən  ağ  ciyərlərdə  yayılır  (80-85  %),  lakin  bədənin  istənilən 
hissəsini də əhatə edə bilər. İlkindən sonrakı ACV-nin əsas xüsusiyyəti ağ ciyərlərin 
yayılmış destruksiyası və müsbət bəlğəm yaxmaları və\və ya əkmədir. Bu səbəbdən, 
Vərəmin bu növü ilkin Vərəmə nisbətən daha çox yoluxucu xarakter daşıyır.
2.2. Ağ c yərdən kənar vərəm (ACKV)
Tezlik sıralanmasına əsasən, adətən Vərəmlə zədələnən ağ ciyərdən kənar yerlərə 
limfa düyünləri, plevra, cinsiyyət-sidik yolları, sümüklər və oynaqlar, meninqeal qişa, 
periton və perikard aiddir. Lakin, virtual halda bədənin bütün orqanları zədələnə 
bilər. İİV-ə yoluxan insanlarda hematogen disseminasiya nəticəsində ACKV halları 
əvvəlki dövrlərə nisbətən bu günlərdə daha çox rast gəlinir. 
3.  BCG Peyvənd
BCG  (Kalmette-Guerin  Basilli) 
M.tuberculosis  -  ə  yaxın  olan  M.  bovis-dən 
alınmış canlı zəiflədilmiş peyvənddir. Peyvənd dəri daxilinə (intradermal) vurulur. 
Anadan  təzə  olmuş  körpələrdə  və  yaşı  3  aydan  aşağı  olan  uşaqlarda  adi  doza 
0.05 ml-dir, daha böyük uşaqlarda 0.1 ml-dir. Vərəmin yüksək dərəcədə yayıldığı 
ölkələrdə ÜST BCG immunizasiyasını rutin şəkildə İİV-ə yoluxması məlum olan 
körpələr istisna olmaqla, bütün yeni doğulmuş körpələrdə aparılmasını tövsiyyə edir.
2
BCG vaksinasiyası QİÇS-ə yoluxan körpələrə və uşaqlara, İİV-ə yoluxan 
uşaqlara və ya digər immun çatışmamazlığı olan uşaqlarda aparıla bilməz.
Doğuşdan  az  müddət  sonra  yeni  doğulmuş  körpənin  yaxma-
müsbət ACV-lə qısa müddətli tamasda olması halı baş verərsə, BCG 
vaksinasiyasının  aparılması  altı  aylıq  İzoniazid  profilaktik  terapiyası 
(İPT) tamamlanana  qədər ləngidilməlidir. 

BCG-nin üstünlüyü az yaşlı uşaqları Vərəm meningiti və miliar forması kimi 
disseminasiya və ağır Vərəm xəstəliyindən müdafiə etməsindən ibarətdir. Böyüklərdə 
vərəm xəstəlik hallarının azalmasında BCG-nin az və ya heç bir təsiri yoxdur. Qeyd 
etmək  lazımdır  ki,  böyüklərdə  müsbət  Vərəm  dəri  testi  demək  olar  ki,  həmişə 
yoluxma nəticəsində baş verir və insana BCG peyvəndinin vurulmasına baxmayaraq, 
testin müsbət nəticəsi peyvəndin rezidual saxta müsbətlik təsirinə (xüsusilə Vərəm 
endemik olan ölkələrdə) aid edilməməlidir.  Bu səbəbdən, müsbət dəri testi ilə əlaqəli 
BCG peyvəndinin vurulması vaxtının tarazlaşdırılmasını təşkil etmək vacibdir. 

Bölmə 1
 Vərəmin Etiologiyası və Patogenezi  
4.   Yoluxma r sk
Bir  insanın  yoluxma  riski 
M.  tuberculosis-in  havada  konsentrasiyası,  nüvəli 
damcılar tərkibli havanın təsirinə məruz qalma vaxtı, Vərəmli xəstənin basillərinin 
yükü  və  ya  yoluxuculuq  dərəcəsi,  məruz  qalma  baş  verən  yerdə  ventilasiyanın 
vəziyyəti  və  infeksiyaya  şəxsi  həssaslıq  kimi  bir  neçə  amildən  asılıdır.  Yoluxucu 
Vərəmli xəstə ilə təmasa məruz qalan insanların hamısı 
M. tuberculosis-ə yoluxmur. 
Vərəm çöpünün ötürülməsində ən vacib amillərdən biri zəif ventilaysiyalı otaqlarda 
çox sayda insanların olmasıdır. Belə hallarda bir ailə çərçivəsində müalicə olunmayan 
bəlğəm müsbət (SS+) ACV-li xəstəlik halı ilə təmasın sıxlığı artır (aşağıda verilən 
cədvələ bax). Vərəmin əlavə xəstəlik hallarının aşkarlanmasında yoluxma risklərinin 
ətraflı anlayışı təmasların yoxlanmasında əsasdır. 
Vərəmə yoluxma riskinə təsir edən 
Məruz qalma
İnfeksiyaya məruz qalma vaxtı nə gədər uzun (yoluxucu 
vərəmli xəstə ilə uzun zaman eyni otaqda qalmaq və eyni 
havanı paylaşmaq) olarsa, o qədər də risk dərəcəsi artır.  
Hava həcmi
Ərazicə kiçik olan
 yerlərdə infeksiyaya məruz qal-
maq (yoluxucu vərəmli xəstə ilə  kiçik qapalı bir yeri 
paylaşmaq) yoluxma riskini artırır.
Ventilyasiya
İnfeksiya təhlükəsi olan yerdə ventilasiyanın (havanın 
sirkulyasiyası) olmaması və ya zəif olması yoluxma riskini 
artırır.
Yoluxucu 
xəstənin 
basillərin yükü 
Vərəmli xəstənin ifraz etdiyi mikobakteriyaların sayını 
artıran amillər aşağıda verilib
Ağ ciyərlərin, yuxarı tənəffüs yollarının və qırtlağın 
xəstəlikləri,
Öskürək və ya digər güclü ekspirator hallar (asqırma, 
mahnı oxuma və s.), xüsusilə əgər xəstə öskürərkən və 
ya asqırarkən ağzını və burnunu dəsmalla örtmürsə,
Kavernaların olması və rentgenoqrafiya zamanı 
kavernaların yayılması müşahidə olunarsa, 
Vərəmə qarşı müalicənin olmaması və ya qeyri-kafi 
olması.

Yoluxucu  ACV-li  xəstələrlə  təmasda  olan  insanların  yoluxma  riski  daha 
yüksəkdir.  Bu  şəxslərə  həmin  xəstələrlə  təmasda  olan  məlum  şəxslər,  səhiyyə 
işçiləri,  həbsxanada  işləyən  işçi  heyəti  və  yaşamağa  evi  olmayan  və  ya  narkotik 
maddələrdən istifadə edən cəmiyyətin sosial cəhətdən zəif təbəqəsi aiddir. 
5.  Vərəmə yoluxma və Vərəm xəstəl y nə doğru  nk şaf
Vərəmə yoluxma həmişə Vərəm xəstəliyinə gətirib çıxarmır. 
M. tuberculosis-ə 
yoluxan (90 %-a yaxın) insanların əksəriyyətində Vərəm xəstəliyi heç vaxt inkişaf 
etmir (burada onu da qeyd etmək lazımdır ki, həmin insanların immun sistemi İİV 
infeksiyası və ya digər xəstəliklər nəticəsində zəifləməyib). 
Vərəmə yoluxan
Vərəm 
xəstəliyi 
(ömrü 
boyu və ya 
yaşadığı 
müddət)
Vərəm infeksiyası olmayan

rəm
ə 
m
ər
uz
 q
al
an
 n
sa
nl
ar

Bölmə 1
 Vərəmin Etiologiyası və Patogenezi  
Vərəm xəstəliyi immun sisteminin 
M. tuberculosis-in yayılmasının qarşısını 
almağa qadir olmadığı və basillərin sürətlə çoxalmağa başladığı zaman inkişaf edir. 
Reaktivasiya  amillərinin  aydın  olmamasına  baxmayaraq,  zəif  immun  sisteminə 
malik olan şəxslərdə Vərəm xəstəliyinin inkişaf etmə ehtimalı daha yüksəkdir.
Vərəmə yoluxan insanlarda aktiv Vərəm xəstəliyinin istənilən zaman inkişaf 
edə bilməsinə baxmayaraq, yeni yoluxmadan 1-2 il sonra xəstələnmə riski daha 
yüksək olur və vaxt keçdikcə azalır. Yaxşı immun sisteminə malik olan vərəmə 
yoluxan  şəxslərdə  yaşadığı  bütün  ömrü  boyu  aktiv  Vərəm  xəstəliyinin  inkişaf 
ehtimalı təxminən 10%-dir. 
Vərəmə  yoluxmanın  Vərəm  xəstəliyinə  doğru  inkişafına  təsir  edən  ən 
vacib  amil  İİV  infeksiyası  ilə  zəifləmiş  immun  sistemidir
.  İİV-ə  və  Vərəmə 
yoluxan  şəxsdə  bir  il  ərzində  Vərəm  xəstəliyinin  inkişaf  ehtimalı  5-15%  təşkil 
edir.  Vərəmə  şübhəli  xəstəni  müayinə  edərkən,  aşağıda  qeyd  olunan  mümkün 
Vərəm risk amillərini və risk qruplarını nəzərə almaq lazımdır. 
M. tuberculosis-ə yoluxan və Vərəm xəstəliyinin 
inkişaf etmə ehtimalı yüksək olan Risk Qrupları 
İİV infeksiyalı insanlar
Son zamanlar yoluxan insanlar (yoluxmadan sonra ilk 2 il ərzində) 
İlkin Vərəm xəstəliyinin əlamətlərini aşkarlayan döş qəfəsində 
müəyyən dəyişikliklərin müşahidə olunduğu rentgen şəklinə malik 
insanlar  
Digər tibbi vəziyyətlərə görə, zəif immunitetə malik insanlar (məs., 
sitostatiklər, şüalanma və ya kortikosteroidlər qəbul edən şəxslər, 
şəkərli diabet və ya mədə/duodenal peptik xora xəstəliyi və ya digər 
xəstəliklər)
Siqaret çəkən insanlar
Bədən çəkisi azalmış insanlar (ideal bədən çəkisindən 10 % və ya 
daha aşağı) 
Spirtli içkilər və/və ya narkotik maddələrdən asılı insanlar 
Məhkumlar, işi və ya yaşamağa evi olmayan şəxslər və ya hədsiz 
dərəcədə yoxsul şəraitdə yaşayan cəmiyyətin sosial cəhətdən zəif 
təbəqəsinə aid olan insanlar 

6.  Dərmanlara qarşı Rez stent Vərəm
Aşağı,  lakin  qabaqcadan  məlum  edilə  bilən  səviyyədə  mikobakterial 
genomda  baş  verən  spontan  nöqtəli  mutasiyalar  nəticəsində  fərdi  dərman 
preparatlarına  qarşı 
M.  tuberculosis-in  ştammlarının  rezistenliyi  artır.  Vərəmə 
qarşı adətən istifadə olunan dərmanların arasında kross-rezistenliyin olmaması 
səbəbindən, bir ştammın iki dərmana qarşı rezistent olma ehtimalı hər dərmana 
qarşı olan rezitentlik ehtimalının üst-üstə düşməsi nəticəsində, bu da az hallarda, 
baş  verir.  Dərmanlara  qarşı  rezistent  Vərəmin  inkişafı  adətən  monoterapiya 
nəticəsində, yəni səhiyyə işçisi tərəfindən vərəm çöpünün həssas olan ən azı iki 
dərman preparatının təyininin uğursuzluğu və ya təyin olunmuş müalicənin xəstə 
tərəfindən  qeyri-müvafiq  qəbulu  zamanı  baş  verir.  Laqeyd  monoterapiyanın 
qarşısını  almaq  və  bununla  dərmanlara  qarşı  rezistent  Vərəmin  inkişafından 
qorunmaq məqsədi ilə Vərəmə qarşı həmişə müxtəlif dərman preparatları təyin 
edirlər. Dərmanlara qarşı rezistent Vərəm ilkin və ya qazanılmış ola bilər. İlkin 
rezistentlik xəstə 
M. tuberculosis – in dərmanlara – rezistent ştammı ilə yoluxan 
zaman baş verir. Qazanılmış rezistentlik natamam və ya qeyri-müvafiq müalicə 
rejimi olan zaman yaranır. 

Bölmə 1
 Vərəmin Etiologiyası və Patogenezi  

Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin