Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə77/82
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#1037
1   ...   74   75   76   77   78   79   80   81   82
Əlavə 5. Məhkəmə prosesləri 

 

Ucar Rayon Məhkəməsində yetkinlik yaşına çatmayanların cinayət işləri üzrə həyata keçirilən 

məhkəmə proseslərinin monitorinqinin nəticələrinə dair 

 

11 may 2006-cı il tarixdə Ucar rayon Məhkəməsində yetkinlik yaşına çatmayanların cinayət işi 

üzrə hazırlıq iclası keçirildi. İş üzrə iki nəfər təqsirləndirilən şəxs var idi:  

 

1) 1989-cu il təvəllüdlü H.C.N. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci 



madəsində nəzərdə tutulmuş əməli törətməkdə ittiham olunurdu

 

2) 1988-ci il təvəllüdlü H.C.E. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci madəsində 



nəzərdə tutulmuş əməli törətməkdə ittiham olunurdu. 

 

Təqsirləndirilən  şəxslərin hər ikisi yetkinlik yaşına çatmayan idi. Onlar barəsində başqa yerə 



getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdi. 

 

İşə Ucar rayon məhkəməsinin hakimi İ.A.Əzizov sədrlik edirdi. Məhkəmə katibi A.M.Əliyev idi. 



 

Təqsirləndirilən şəxslərin hər ikisinin hüquqlarını eyni müdafiəçi – Abdullayev Bəxtiyar Səfixan 

oğlu müdafiə edirdi. Vəkil, onlarla bağlanmış müqavilə əsasında fəaliyyət göstərirdi. Lakin qeyd 

etmək lazımdır ki, iclas zamanı  təqsirləndirilən  şəxslər öz müdafiəçilərini çətinliklə tanıya 

bildilər. 

 

İşdə dövlət ittihamını Respublika Prokurorluğunun Dövlət ittihamını müdafiə idarəsinin 



prokuroru Abbasov Əmirxan Dilən oğlu müdafiə edirdi.  

 

Onu da qeyd etmək lazımdır ki, prokuror iclas zalına məhkəmənin müşavirə otağından daxil 



oldu.


57 

                                                

 

İş üzrə bir nəfər yetkinlik yaşına çatmış zərərçəkmiş var idi: H.İ.H. 



 

Hazırlıq iclasında Ucar rayon İcra hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və 

Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Məhəmməd Həsənli iştirak edirdi. 

İclasda həmçinin təqsirləndirilən  şəxslərin, o cümlədən zərərçəkmiş  şəxsin valideynləri iştirak 

edirdilər. 

 

Hazırlıq iclasında heç bir tərəfdən vəsatət və etiraz olmadı. Hakim cinayət işinin məhkəmə 



baxışının təyin edilib-edilməməsi məsələsini həll etmək məqsədilə müşavirəyə getdi. Bir neçə 

dəqiqədən sonra hakim müşavirə otağından qayıdaraq təqsirləndirilən  şəxsin məhkəməyə 

verilməsi və  məhkəmə baxışının təyin edilməsi barədə  qərarını elan etdi. Məhkəmə baxışı 17 

may 2006-cı il tarixinə təyin edildi, seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlandı. 

 

17 May saat 10:00-a təyin olumuş  məhkəmə prosesi saat 10:45 də başladı. Prosesin gec 



başlanmasına səbəb dövlət ittihamçısının başqa rayondan gəlməsi idi. Məhkəmə baxışı 

təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələri ilə davam etdirdi. Təqsirləndirilən şəxslərin 

təhsil aldıqları məktəbdən hakimin göstərişi ilə müəllim çağırıldı. Lakin axırda məlum oldu ki, 

təhsil şöbəsindən Hüseynov Eyvaz prosesdə iştirak edir.  

 

Prosesdə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyadan 



məsul katib iştirak edirdi. Prosesin gedişatı zamanı  işdə başqa bir işin olması da üzə  çıxdı. 

Təqsirləndirilən  şəxs ifadə verdi və çayxanada olan hadisə haqqında danışarkən hakim “onun 

yeri deyil” deyə, onun sözünü kəsdi.  

 

Proses təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələri ilə davam etdi. Sonra hakim çıxışlara 



başlamağı elan etdi. Dövlət ittihamını müdafiə edən prokuror Abbasov Əmirxan Dilən oğlu 

vətəndaş H.C.N. Azərbaycan Respublikasının CM-in 128-ci maddəsinə əsasən, 6 ay islah işləri 

ilə  cəzalandırlmasını xahiş etdi. Vətədaş H.C.E. Azərbaycan Respublikasının CM-in 132-ci 

maddəsi ilə 140 saat ictimai işlər cəzasının verilməsini xahiş etdi. Təqsirləndirilən  şəxslərin 

hüquqlarını müdafiə edən vəkil onlara yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən 

şəxslərə son söz verildi. Sonra hakim müşavirə otağına getdi . 40 dəqiqədən sonra hakim qərarı 

oxudu. Cəza təyin edərkən CPM-in 344, 347, 354-cü

66

 maddələrini və  hər iki təqsirləndirilən 



şəxsin yetkinlik yaşına çatmayan və  işlərində  ağırlaşdırıcı halların olmamasını  nəzərə alaraq 

qərar verdi. Vətəndaş H.C.N. Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə  əsasən, aylıq 

qazancının 10%-ni dövlət hesabına keçirmək  şərti ilə 6 ay müddətinə islah işləri cəzasına 

məhkum edildi. Vətəndaş H.C.E. Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən, 100 

saat ictimai iş  cəzasına məhkum edildi. Qərarda göstərildi ki, qərar qüvvəyə mindikdən sonra 

təqsirləndirilən çəxslər barəsində seçilən başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri 

qüvvədən düşmüş hesab edilir. 

 

Hökmdən hara və hansı müddətdə  şikayət və ya protest vermə imkanı proses iştirakçılarına 



bildirildi. 

 

 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin