Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin


Xanlar Rayon Məhkəməsində yetkinlik yaşına çatmayanların cinayət işləri üzrə  həyata



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə78/82
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#1037
1   ...   74   75   76   77   78   79   80   81   82
Xanlar Rayon Məhkəməsində yetkinlik yaşına çatmayanların cinayət işləri üzrə  həyata 

keçirilən məhkəmə proseslərinin monitorinqinin nəticələrinə dair 

 

12 may 2006-cı il tarixdə saat 10:00-da Xanlar rayon Məhkəməsində yetkinlik yaşına 



çatmayanların cinayət işi üzrə məhkəmə baxışı keçirilməli idi. Lakin sonradan dəftərxana müdiri 

 

66



 AR-nın CPM? Maddə 344: “Məhkəmənin müşavirə otağına getməsi”. 

AR-nın CPM, Maddə 347: “Məhkəmənin yekun qərarının çıxarılması qaydası”. 

AR-nın CPM Maddə 354: “Məhkəmənin hökmündə mülki iddianın həlli” 



58 

bildirdi ki, baxış saat 11-12 arası keçiriləcək. Dəqiq vaxtın müəyyən edilməsinin qeyri-mümkün 

olduğunu bildirən dəftərxana müdiri, bunu dövlət ittihamını müdafiə edəcək prokurorun gəlməsi 

ilə əlaqələndirdi.  

 

Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, məhkəmənin qarşısında onlarla şikayətçi var idi və 



onları heç kəs qəbul etmir, kobud rəftar göstərərək susdurmağa çalışırdılar.  Əhali ilə kobud 

rəftarına görə (daha sonra məhkəmə zalındakı davranışı ilə) dəftərxana müdiri Vidadi Zeynalov 

xüsusilə fərqlənirdi.  

 

Onu da qeyd etmək lazımdır ki, Xanlar rayon məhkəməsində  dəftərxana müdiri olduqca geniş 



“səlahiyyət”lərdən istifadə edir. 

 

Hakim də prosesə başlamaq üçün prokuroru gözlədiyini bildirdi. Bu zaman prokuror hakimin 



otağına daxil oldu və hakim 5-10 dəqiqəyə prosesə başlayacaqlarını dedi. 

 

Məhkəmə  işçilərinin öz aralarındakı söhbətlərindən bəlli oldu ki, (onlar həmin gün işə iclas 



zalında baxılacağını  eşidib təəccüblənmişdilər) hakim işlərə iclas zalında baxmır. Daha sonra 

iclas zalına baxış keçirdikdə bu öz təsdiqini tapdı. Belə ki, zalda prokuror üçün, vəkil üçün, iclas 

katibi üçün stol, stul ümumiyyətlə yox idi, o cümlədən təqsirləndirilən  şəxslər üçün nəzərdə 

tutulmuş «qəfəs»də oturacaq yox idi. Hakimin masası və oturacağını isə tamamilə toz basmışdı. 

Bir neçə dəqiqədən sonra mülki geyimdə bir şəxs hakimin yerini təmizlədi, stolun üstünü, stulu 

sildi, stulun yerini düzəltdi. Təqsirləndirilən  şəxslər üçün nəzərdə tutulmuş «qəfəs»ə oturacaq 

yerləşdirilməsi isə, elə təqsirləndirilən şəxslərin özlərinə (onlar zalda idilər) kobud tərzdə həvalə 

olundu. Daha sonra digər otaqlardan zala stol və stullar daşınmağa başlandı. 

 

Bütün bu «quruculuq işləri»ni müşahidə etdiyimiz zaman, məhkəmə  nəzarətçisi bildirdi ki, 



hakim sizi otağına çağırır. Hakim prokurorun başqa rayonda yarımçıq işi olduğuna görə oraya 

getməsi səbəbindən, işi təxirə saldığını və məhkəmə baxışını 17 may 2006-cı il saat 11:00-a təyin 

etdiyini bildirdi. 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin