Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin


Müəssisəsinin rəhbəri ilə müsahibə



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə75/82
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#1037
1   ...   71   72   73   74   75   76   77   78   ...   82
Müəssisəsinin rəhbəri ilə müsahibə 

 

Müəssisənin rəisi  ədliyyə-polis polkovnik-leytenantı  İmran Məmmədov artıq 25 ildir ki bu 

sahədə xidməd edir. Ümumilikdə, qapalı tipli müəssisələrdə 4 il çalışan İ.Məmmədov artıq 1 

ildir ki Tərbiyə Müəssisəsinin rəisidir.  

 

Müsahibə zamanı  İ.Məmmədov öz işindən çox razı olduğunu bildirdi. Onun fikrincə



müəssisədəki qida, sanitar gigiyenik vəziyyət, burada mövcud olan istirahət və  əyləncə 

imkanları qənaətbəxşdir.  

 

İmran müəllim həmçinin, müəssisədə olan uşaqların ali məktəbə qəbul imtahanlarında iştirak 



etmək və diplom əldə etmək imkanı olduğunu qeyd etdi. 

 

İ.Məmmədov bildirdi ki, burada yetkinlik yaşına çatmayanlar valideynlərini görmək üçün 



müəssisəni qanunda nəzərdə tutlmuş qaydada tərk edə bilərlər. Hər hansı digər səbəbə görə 

müəssisəni müvəqqəti tərk etməyə icazə verilmir. Məhkumlara valideynləri ilə  həmçinin 

telefon vasitəsi ilə də əlaqə saxlamağa icazə verilir.  

 

Rəisin bildirdiyinə görə, məhkumlara qanunla nəzərdə tutulmuş qaydada yazışma imkanı 



yaradılır. 

 

Rəisin sözlərinə görə, hər bir azadlığa buraxılan məhkum barəsində yerləşdirmə və işlə təmin 



etmə kimi zəruri tədbirlər görülür.  

 

Rəis onu da bildirdi ki, burada işlədiyi vaxt ərzində heç bir halda heç bir məhkuma qarşı güc, 



o cümlədən silah tətbiq edilməmişdir. 

 

İ.Məmmədov həmçinin müəssisənin bir sıra problemlərinə toxunaraq qeyd etdi ki, cəzadan 



şərti olaraq vaxtından  əvvəl azad etmənin daha açıq tətbiq edilməsini təmin etmək üçün bu 

prosedurun həyata keçirilməsini müəssisə rəhbərliyi və Himayəçilik Şurasına həvalə edilməsi 

daha məqsədəuyğundur. Belə ki, bəzən elə hallar olur ki, məhkumun cəzadan  şərti olaraq 

vaxtından əvvəl azad edilməsi üçün müəssisədən təqdimat, müsbət rəy verilsə də, məhkəmə 

bunu qəbul etmir.  

 

İ.Məmmədov müəssisədə  bədən tərbiyəsi müəlliminin olmamasını da mənfi hal kimi qeyd 



etdi. O, həmçinin kompüterlərin sayının artırılmasının vacıb olduğunu bildirdi. 

 

İşçi heyətin sosial problemlərinə  də toxunan İ.Məmmədov məvacibin azlığından gileyləndi. 



(Rəis 187, digər işçilər 60-180 manat məvacib alırlar.)  

 

 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin