Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin


Əlavə 4. 4 saylı cəzaçəkmə müəssisəsi (qadınlar üçün)



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə76/82
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#1037
1   ...   72   73   74   75   76   77   78   79   ...   82
Əlavə 4. 4 saylı cəzaçəkmə müəssisəsi (qadınlar üçün) 

 

4 saylı  cəzaçəkmə müəssisəsində yetkinlik yaşına çatmadıqları vaxt məhkum olunan qızlar 



arasında  

 



55 

                                                

Monitorinq zamanı müəssisədə  cəza çəkən 4 nəfər gənc qızlardan (onların 3-ü müəssisəyə 

yetkinlik yaşına çatmamış vaxt düşüblər) anonim müsahibə götürüldü. Sorğu  əsasən 

məhkumların müəssisədə saxlanılma şəraiti, həmçinin saxlanılanlara qarşı tətbiq olunan bəzi 

prosessual qaydalar ilə bağlı idi. 

 

Sorğu aparılanlar buraya 17 (8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş), 16 (5 il 



azadlıqdan məhrumetmə  cəzasına məhkum edilmiş), 16 (10 il azadlıqdan məhrumetmə 

cəzasına məhkum edilmiş), 19 (10 il azadlıqdan məhrumetmə  cəzasına məhkum edilmiş) 

yaşlarında gətirilmişlər. Hal- hazırda onların 19 (üç nəfər) və 20 yaşları (1 nəfər) var. 

 

Onlar hal-hazırda digər məhkumlar ilə birgə 22 və 30 nəfərlik yataqxanalarda saxlanılırlar.  



 

Qeyd etmək lazımdır ki, birnəfərlik kamerada qalmaq istərdinizmi sualına, qızlardan 2 nəfəri 

təkliyi sevdiyindən istədiyini, 1 nəfər isə bu halda darıxıdırıcı ola biləcəyini bildirdi.  

 

Dindirilmiş  qızlar ümumilikdə, buradakı  şəraitin,  əyləncə-istirahət imkanlarının, sanitar 



gigiyenik vəziyyətin normal olduğunu bildirdilər. Qızlar paltarları, yataq dəstlərini və zəruri 

olan gigiyenik ləvazimatlarını özlərinin və yaxınlarının vəsaiti ilə əldə etdiklərini bildirdilər. 

 

Yeməyin keyfiyyətini soruşduqda qızlar öz yaxınlarının gətirdiyi  ərzaqlardan istədikləri 



xörəkləri bişirdiklərini bildirdilər.  

 

Qızlar burada yalnız tünd rəngli paltar geyinməyə icazə olduğunu (tünd rəngdə paltar 



üstündən də tünd rəngdə olan xalatda gəzirlər) və daha rəngli və  dəyişik çeşiddə paltar 

geyinmək arzusunda olduqlarını bildirdilər. 

 

Sorğu aparılanlar burada heç bir təhsil almağa imkanın olmadığını bildirdilər



 65

Qızlardan yalnız 

biri müəssisəyə salınmamışdan  əvvəl tam orta təhsil aldığını bildirdi (Cəzaların icrası 

Məcəlləsinin 104.1-ci maddəsinə əsasən məhkumların ümumi orta təhsili aparılmalıdır). Burada 

onlara yalnız peşə təliminin keçirildiyi bildirdilər (tikiş və toxuculuq). 

 

Saxlanılanlar intizam tədbirlərindən  şifahi xəbərdarlıq və intizam təcridxanasına salınmanın 



tətbiq edilməsini və onların hər-hansı bir qəddar və ya ləyaqəti alçaldan rəftara məruz 

qalmadıqlarını bildirdilər.  

 

Qızlardan 2 nəfər valideynlərinin onlara mütamadi olaraq, 1 nəfər hərdən bir baş çəkdiklərini və 



bu halda görüşə heç bir maneə törədilmədiyini bildirdilər (1 nəfər müəssisədə elə anası ilə birgə 

saxlanılır).  

 

Respondentlər burada rüşvətxorluq halları ilə rastlaşmadıqlarını bildirdilər. 



 

Müəssisənin heyəti silah daşımır. 

 

«Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların 



nümayəndəsi ilə görüşmüsünüzmü, yaxud onlar sizin ilə maraqlanıblarmı» sualına, sorğu 

aparılanlar hamısı belə qurumu ümumiyyətlə, tanımadıqlarını bildirdilər. 

 

Müəssisədə saxlanılmasını 1 qız-məhkum cinayəti törətsə də, işə baxılarkən cinayətin motiv və 



səbəblərini həmçinin, yüngülləşdirici halların nəzərə alınmaması səbəbindən, 2 nəfər törətdikləri 

ilə yanaşı etmədikləri ağırlaşdırıcı halların nəzərə alınması, 1 nəfər isə çox sərt cəza təyin 

edildiyindən ədalətsiz hesab edir. 

 

65



 AR CİM, Maddə 104.1 əsasən bütün cəzaçəkənlərə təhsil almaq üçün imkan yaradılmalıdır.  


56 

 

Gənclərin hamısı qanunda nəzərdə tutulmuş tutulma müddətlərinin pozulduğunu, tutulan andan 



yalnız xeyli müddət keçdikdən sonra vəkilinin, valideynlərinin və ya digər qanuni 

nümayəndələrinin yanlarına buraxıldığını bildirdilər. 

 

Azərbaycan Cinayət Prossesual Məcəlləsinin 92.3.5 , 432.2-ci maddəllərinə əsasən şübhəli və ya 



təqsirlndirilən  şəxs cinayəti törətdərkən yetkinlik yaşına çatmadıqda müdafiəçinin iştirakı 

məcburidir. Həmçinin müdafiəçinin iştirakı  şəxsin tutulduğu andan təmin edilməlidir. Lakin 

məhkumların dediklərinə  əsasən onların işlərində müdafiəçinin iştirakı qanunda göstərilən 

müddətləri kobudcasına pozulması ilə müşayiət edilmişdir. Sorğulara əsasən, 1 nəfər tutulduğu 

gündən 5-6 gün sonra vəkillə görüşdüyünü, 1 nəfər 8 ay vəkili olmadığını, 1 nəfər 3-4 gün və 

sonuncu respondent tutulduğundan 3 gün sonra vəkillə görüşdüyünü bildirdilər. 

 

«Valideynlərinizlə tutulduğunuz andan nə vaxt sonra görüşdünüz» sualına 1 respondent anası ilə 



birgə tutulduğunu, digəri yalnız 2 il sonra, 1 nəfər isə 4 aydan sonra görüşdüklərini bildirdilər (1 

nəfər xatırlamadığını bildirdi). 

 

Sorğu aparılanlar bir nəfər kimi dövlət tərəfindən təyin olunan vəkillərin göstərdiyi hüquqi 



yardımın formal xarakter daşıdığını dedilər. 

 

Qeyd etmək lazımdır ki, respondentlər aztəminatlı ailələrdən olan qızlar idi. 



 

 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin