Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə79/82
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#1037
1   ...   74   75   76   77   78   79   80   81   82
 

 

Siyəzən Rayon Məhkəməsində yetkinlik yaşına çatmayanların cinayət işləri üzrə həyata 

keçirilən məhkəmə prosesinin monitorinqinin nəticələrinə dair 

 

2 may 2006 cı il tarixdə Siyəzən rayon Məhkəməsində yetkinlik yaşına çatmayanların cinayət işi 

üzrə məhkəmə baxışı keçirildi. İş üzrə yeddi nəfər təqsirləndirilən şəxs qismində çıxış edirdi.  

 

Təqsirləndirilən şəxslərin beşi yetkinlik yaşına çatmayan idi.  



 

Uşaqlar həbs edilməmişdir. Onlar barəsində başqa yerə getməmək barədə iltizam qətimkan 

tədbiri seçilmişdi. 

 

İşə Siyəzən rayon məhkəməsinin hakimi Məmmədova Südabə  Əlislam qızı  sədrlik edirdi. 



Məhkəmə katibi Dəmirov Zöhrab Azay oğlu idi. Təqsirləndirilən  şəxslərin hüquqlarını 

Həbibzadə Arif və Qasımov Murad müdafiə edirdi. Vəkillər dövlət hesabına təyin olunmuşdular. 

 

İşdə dövlət ittihamını Respublika Prokurorluğunun Dövlət ittihamını müdafiə idarəsinin 



prokuroru Həsənəliyev Babaxan Ramazan oğlu müdafiə edirdi. İş üzrə bir nəfər yetkinlik yaşına 

çatmış zərərçəkmiş var idi.  

 

Məhkəmə baxışında Siyəzən Rayon İcra Hakimyyəti yanında Yetkinlik Yaşına Çatmayanların 



İşləri və Hüquqlarının Müdafəiəsi üzrə Komissiyanın məsul katibi Muradov Eldar iştirak edirdi. 

İclasda həmçinin təqsirləndirilən və zərərçəkmiş şəxslərin valideynləri iştirak edirdilər.  




59 

 

Prokurorun başqa rayondan gəlməsi ilə əlaqədar olaraq, saat 10:00-a təyin olunmuş proses saat 



11:00-da başladı. 

 

Yenicə təmirdən çıxmış məhkəmə zalının ümumi vəziyyətini qənaətbəxş hesab etmək olar. Zalda 



təqsirləndirilən şəxslər üçün nəzərdə tutulmuş "qəfəs" yox idi. 

 

Hakim təqsirləndirilən və  zərərçəkmiş  şəxsləri dindirməklə prosesə başladı. Hər iki tərəf çıxış 



etdikdən sonra, şahidlər gəlmədiklərinə görə, proses 11 may saat 10:00-a təxirə salındı. 

 

11 May saat 10:00 təyin olunmuş proses gecikirdi. Məhkəmə katibi bunun səbəbini vəkilin başqa 



rayondan gəlməsi ilə  əlaqələndirdi. Vəkil gəldikdən sonra prosesin nə vaxt başlayacağını 

soruşduqda şahidlərin gəlməsini gözlədiklərini bildirdilər. 

 

Saat 10:00-a təyin olunmuş proses saat 13:00-da başladı. Təqsirləndirilən  şəxlər, zərərçəkmiş 



şəxslər və şahidlər ifadə verdikdən sonra proses başa çatdı. Hakim çıxışlara başlamağı təklif etdi. 

Dövlət ittihamını müdafiə edən prokuror onları, CM-in 177.2.1 maddəsinə əsasən, 3 il müddətinə 

azadlıqdan məhrum etmə cəzasına məhkum etməyi təklif etdi.  

 

Təqsirləndirilən şəxslərin müdafiəçiləri məhkəmədən, təqsirləndirilən şəxslərin yetkinlik yaşına 



çatmayan olmalarını  və ilk dəfə cinayət törətmələrini nəzərə alaraq, onlara daha yüngül cəza 

verilməsini xahiş etdi. Hakim təqsirləndirilən şəxslərə son söz verdikdən sonra müşavirə otağına 

getdi. 

 

Müşavirə otağından qayıdan hakim hökmü elan etdi. Həmin hökmə görə:  



 

İki nəfər yetkinlik yaşına çatmış şəxslər Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə 

təqsirli bilinərək  şərti maliyyə vahidinin 3000(üç min) misli məbləğində  cərimə  cəzasına 

məhkum edildi. Cəza çəkməyinin  əvvəli hökmün icraya yönəldiyi gündən hesab edildi. 

Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni 

qüvvəyə minənə kimi öz qüvvəsində saxlanıldı. 

 

İş üzrə keçən 5 yetkinlik yaşına çatmayan şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 



maddəsi ilə  təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 85.2 maddəsinə  əsasən  şərti 

maliyyə vahidinin 30 (otuz) misli məbləğində  cərimə  cəzasına məhkum edildi. Barəsində 

Azərbaycan Respubliksı CM-nin 89.1 maddəsi tətbiq edilməklə cəzadan azad edildi. Azərbaycan 

Respublikası  CM-nin  87.2  maddəsinə  əsasən valideynin nəzarətinə verildi. Barəsində seçilmiş 

başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edildi. 

 

 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin