Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə yetkinlik yaşına çatmayanların cinayət işləri üzrə



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə80/82
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#1037
1   ...   74   75   76   77   78   79   80   81   82
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə yetkinlik yaşına çatmayanların cinayət işləri üzrə 

həyata keçirilən məhkəmə prosesinin monitorinqinin nəticələrinə dair 

 

22 sentyabr 2006-cı il tarixdə  Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmədə hakim Cavad 

Cüməliyevin sədrliyi ilə yetkinlik yaşına çatmayanların cinayət işi üzrə  məhkəmə dindirməsi 

davam etdirildi. İş üzrə üç nəfər yetkinlik yaşına çatmayan şəxs qətldə ittiham edilirdi. 

 

Bu məhkəmə işi bir neçə məqama görə monitorinq qrupunun diqqətini cəlb edib: 



1.

 

yetkinlik yaşına çatmayanlar ağır cinayətə görə təqsirli bilinir



2.

 

iş üzrə üç yetkinlik yaşına çatmayan şəxs keçdiyi üçün burada qrup şəklində törədilmiş 



cinayətin törədildiyi guman edilir; 

3.

 



sonuncu dəfə monitorinqi aparılan məhkəmə dinləməsi tərixində yetkinlik yaşına 

çatmayanlar istintaq təcridxanasında artıq 18 aya yaxın saxlanılıb; 




60 

4.

 



məhkəmə dinləmələri zamanı yetkinlik yaşına çatmayanlara qarşı işgəncə və qeyri-insani 

rəftar hallarının olması halları qeyd edilmişdir; və 

5.

 

məhkəmə prosesi beynəlxalq ictimaiyyət və medianın diqqətini cəlb etmişdir. Məhkəmə 



ATƏT, “Human Rights Watch”, ABŞ  və Rusiya Federasiyasının səfirlikləri tərəfindən 

daim nəzarətdədir.  

 

Məhkəmə iclası saat 10.00-a təyin edilsədə proses yalnız saat 11.00-da başlandı.  



 

İttiham edilənlər rus dilli olduqlarından tərcüməçinin iştirakı  təmin edilmişdi. Ancaq tərcümə 

çox aşağı  səviyyədə aparılırdı.  İttiham edilənlər məhkəmə salonunda gedən söhbətləri axıra 

qədər başa düşməkdə çətinlik çəkirdilər. 

 

Hakim demək olar ki, prosesi idarə edə bilmirdi, onun hətta danışdıqlarını belə  eşitmək xeyli 



çətinlik törədirdi. Həm ittiham olunanların, həm də zərərçəkmişlərin yaxınlar məhkəmənin işinə 

müdaxilə edirdilər.  

 

Prosesin açıq keçirilməsinə baxmayaraq, məhkəməyə  gələn adamlara təzyiq göstərilirdi. Onlar 



ya bayıra çıxarılır, ya da bayıra çıxanların içəriyə girmələrinə imkan verilmirdi.  

 

Bu məhkəmə işinin digər bir xüsusiyyəti məhkəmənin tərkibinin qərəzli və ya qeyri-kompetent 



olduğuna görə üç dəfə dəyişdirilməsi olub. 

 

Monitorinq zamanı  məlum oldu ki, hakim məhkəmə zalında baş verənlərə  nəzarət etmək 



iqtidarında deyil və  səsküydən məhkəmə zalında səslənən çıxışları  eşitmək mümkün olmayıb. 

Zərərçəkmişin və təqsirləndirilənlərin qohumları məhkəmənin gedişatına mane olurdu.  

 

Məhkəmə prosesi uzun müddət davam etdiyindən (monitorinqin keçirildiyi zaman məhkəmə 



artıq 15 aya yaxın davam edirdi) bu prosesin monitorinqi davamlı  şəkildə aparılıb. Məhkəmə 

dinləmələri dəfələrlə təxirə salınmış, lakin bu haqda əvvəlcədən nə təqsirləndirilənlərə, nə də ki, 

onların vəkilləri və ya qohumlarına məlumat verilməmişdir. Bu cür gecikdirmələr və 

dinləmələrin təxsirə salınması  təqsirləndirilən uşaqlara qarşı qeyri-insani və alçaldıcı  rəftara 

gətirib çıxarıb. Monitorinqin keçirildiyi üç ay ərzində  təqsirləndirilən  şəxslər saxlandıqları 3 

saylı təcridxanadan məhkəməyə gətirilib. Naməlum səbəblərə görə üç dəfə məhkəmə dinləməsi 

təxirə salınmışdır. Hər dəfə bu baş verdikdə, uşaqlar məhkəmənin zirzəmisində bir neçə saat ac-

susuz saxlanılıb və yenidən təcridxanaya geri gaytarılıblar.  

 

Təqsirləndirilən uşaqlara qarşı uzun müddət davam edən ciddi psixoloji təzyiqi rəhbər tutaraq 



onların vəkilləri və valideynləri dəfələrlə məhkəmədən təcili olaraq psixoloq və tibbi personalın 

müdaxiləsini xahiş edib. Bir neçə  məhkəmə dinləməsindən sonra, nəhayət məhkəmə  uşaqların 

tibbi müayinəsinə icazə verib. Lakin sonradan vəkillər və valideynlər təmin edilmiş tibbi 

müayinənin formal olaraq aparıldığını qeyd edib.  

 

Layihə  çərçivəsində aparılan monitorinq fəaliyyətinin bitməsinə baxmayaraq bu uşaqların işi 



hələ  də  məhkəmədədir. Bu ilk növbədə iki beynəlxalq standartın və milli qanunvericiliyin 

pozulmasını göstərir: (1) yetkinlik yaşına çatmayanlara dair bütün prosedurlar yubadılmadan və 

tez aparılmalıdır; və (2) yetkinlik yaşına çatmayanlar ən mümkün qısa müddət  ərzində  həbs 

altında saxlanmalıdır. Lakin monitorinqin aparıldığı sonuncu məhkəmə dinləməsinin tarixinə 

yetkinlik yaşına çatmayan təqsirləndirilən  şəxslər artıq 15 aydır ki, istintaq təcridxanasında 

saxlanılırdı. Təqsirli bilinənlərin ikisi 2005-ci ilin Fevral ayında, digəri isə 2005-ci ilin Avqust 

ayında tutulub. Məhkəmə prosesi isə 2005-ci ilin May ayında başlayıb.  

 

İstintaq təcridxanasında saxlandıqları müddət  ərzində  uşaqların valideynləri və özləri onların 



dəfələrlə döyüldüklərini qeyd edib. Bu cür hadisələrin baş verməsi vəkillər tərəfindən Ağır 


61 

Cinayətlərə dair İşlər üzrə Məhkəmənin diqqətinə çatdırılsa belə, məhkəmə heç bir araşdırmanın 

aparılmasına icazə verməyib.  


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin