Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin


Bakı  şəhəri Mərdakan qəsəbəsi Oğlanlar üçün Açıq tipli xüsusi təlim-tərbiyə



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə71/82
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#1037
1   ...   67   68   69   70   71   72   73   74   ...   82
Bakı  şəhəri Mərdakan qəsəbəsi Oğlanlar üçün Açıq tipli xüsusi təlim-tərbiyə 

müəssisəsində 35 uşaq arasında aparılmış sorğunun nəticəsi 

 

Yaş   Uşaql

arın 

sayı 

Göndərən qurum 

Saxlanmanın səbəbi Qohumlar 

tərəfindən 

ziyarət edilmə 

Tək nəfərli 

otaqda 

qalmaq 

istəyi 

Cəzalandırma Müəssisəd

ə 

saxlanması 

ədalətlidir

mi 

10  


1 Yetkinlik 

yaşına 


çatmayanlarla iş 

üzrə komissiya 

2 Məktəb 

dərslərindən 

qaçmaq 

18 Mütamadi 23 Bəli 6  Cismani 

cəzalandırma 

6 Bəli 20 

11  

1 Valideynlər 16 



Valideynləri ilə 

yola getməmək 

3 Nadir 

hallarda 

8 Xeyr 

20 Tək nəfərli 

otağa salmaq 

0 Xeyr 


14 

12  


0 Məktəb 9 

Şuluqluq 

salmaq 

3 Ziyarət 

edilmir 

4  


Məcburi əməyə 

cəlb etmək 

3  

13  


10 Polis 

Digəri 8 



 

 

 



Görüşlərin 

yasaqlanması 

1  

14  


13 Digəri 3 

Bilmir 3 

 

 

 



Şifahi tədbirlər 20   

15  


  

  



 

 

 



Digəri 3 

 

16  



  

  



 

 

 



  

 



49 

                                                



Əlavə 2. 3 saylı İstintaq Təcridxanası 

 

3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılanlar arasında sorğu 

 

Monitorinq zamanı müəssisədə saxlanılan 24 nəfər yetkinlik yaşına çatmayan şəxs arasında 

anonim sorğu aparılmışdır. Sorğu əsasən yetkinlik yaşına çatmayanların təcridxanada saxlanılma 

şəraiti, həmçinin saxlanılanlara qarşı tətbiq olunan bəzi prosessual qaydalar ilə bağlı idi. 

 

Yetkinlik yaşına çatmayanlar 4 və 5 nəfərlə birgə kamerada qaldıqlarını  və onların arasında 1 



nəfər yetkinlik yaşına çatmış şəxs olduğunu (21, 38, 34, 42, 45, 47, 52 yaşlarında) bildirdilər.  

 

Uşaqlardan onların yetkinlik yaşına çatmış şəxslərlə saxlanılmasına münasibətlərini soruşduqda 



demək olar ki, əksəriyyəti bu fakta müsbət münasibət göstərdilər və “ağsaqqalların” (onlar 

böyükləri bu cür çağırırlar) kamerada intizam yaratmaqda böyük rol oynadıqlarını bildirdilər.  

 

Qeyd etmək lazımdır ki, «birnəfərlik kamerada qalmaq istərdinizmi» sualına, bir nəfər istisna 



olmaqla, bütün uşaqlar “Xeyr” cavabını verdilər. Onların fikrincə, belə olduğu təqdirdə çox 

darıxdırıcı olar. 

 

Artıq məhkum edilmiş  şəxslər ilə birgə saxlanılmaları barədə 4 yetkinlik yaşına çatmayan 



məlumat verdi.  

 

Həbs altında saxlanılan yetkinlik yaşına çatmayanların böyük əksəriyyəti buradakı  şəraitin, 



əyləncə-istirahət imkanlarının, sanitar gigiyenik vəziyyətin normal olduğunu bildirdilər. 

 

Yeməyin keyfiyyətinin 7 nəfər dözülən həddə, 4 nəfər pis, qalanları isə  qənaətbəxş olduğunu 



bildirdilər.  

 

Uşaqların demək olar ki, hamısı (1 nəfər istisna olmaqla) burada heç bir təhsil və ya peşə təlimi 



keçilmədiyini bildirdilər. 

 

Saxlanılanlar ümumilikdə intizam tədbirlərindən  şifahi xəbərdarlıq və intizam təcridxanasına 



salınmanın tətbiq edilməsini və onların hər-hansı bir qəddar və ya ləyaqəti alçaldan rəftara məruz 

qalmadıqlarını bildirdilər. Lakin 3 nəfər intizam qaydalarını pozduqlarına görə döyüldükləri 

haqda məlumat verdilər. Uşaqlardan biri döşəməsinə xlor tökülmüş intizam kamerasında 

saxlanıldığını bildirdi. «Hansı  hərəkətinə görə döyülmüsən» sualına yetkinlik yaşına 

çatmayanlardan biri pəncərədən digər kameranın məhbusu ilə söhbət etdiyinə görə bu cəzaya 

məruz qaldığını söylədi. 2 nəfər isə fiziki zorakılıqla bağlı olan suala cavab vermək istəmədiyini 

bildirdi. 

 

Saxlanılanlar arasında yalnız 6 nəfər valideynlərinin onlara mütamadi olaraq və 6 nəfər 



hərdənbir baş  çəkdiklərini və bu halda görüşə heç bir maneə törədilmədiyini bildirdilər. Digər 

saxlanılanların hamısı onların yanına müdiriyyət tərəfindən heç kimi, hətta valideynlərinin də 

buraxılmadığını bildirdilər.  

 

3 nəfər ümumiyyətlə, tutulduqları andan indiyə  qədər valideynlərini görmədiklərini dedilər. 



Uşaqlar bu faktı istintaq altında olmaları ilə izah etdilər. Təcridxana əməkdaşına bu haqda sual 

verildikdə bildirildi ki, valideynlər müstəntiq tərəfindən qanuni nümayəndə qismində tanındıqları 

halda, onlara uşaqları ilə görüşməyə icazə verilir

63



 

 

63



Belə  qənaətə  gəlmək olar ki, istintaq aparan şəxs yetkinlik yaşına çatmayanlara və onların nümayəndələrinə hüquqlarının 

həyata keçirmə mexanizmlərini izah etməmişdir. 




50 

Rüşvətxorluq hallarının olması sualına cavab verərkən yalnız 2 nəfər bu cür hal ilə qarşılaşdığını 

bildirdi.  

 

«Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların 



nümayəndəsi ilə görüşmüsünüzmü, yaxud onlar sizin ilə maraqlanıblarmı» sualına, yetkinlik 

yaşına çatmayanlar hamısı belə qurumu ümumiyyətlə, tanımadıqlarını bildirdilər. 

 

Respondentlərdən 3 nəfər orada nəyə görə olduğunu bilmədiyini bildirdi. Təcridxanada olmasını 



11 nəfər ədalətsiz hesab edir. Onlardan bəziləri ümumiyyətlə, cinayət törətmədiyini, digərləri isə 

törətdiklərindən daha ağır əməllərdə təqsirləndirildiklərini bildirdilər. 

 

Uşaqların hamısı qanunda nəzərdə tutulmuş tutulma müddətlərinin pozulduğunu, tutulan andan 



yalnız xeyli müddət keçdikdən sonra vəkilinin, valideynlərinin və ya digər qanuni 

nümayəndələrinin yanlarına buraxıldığını bildirdilər. 

 

Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 92.3.5 , 432.2-ci maddəllərinə əsasən, 



şübhəli və ya təqsirlndirilən şəxs cinayəti törətdərkən yetkinlik yaşına çatmadıqda müdafiəçinin 

iştirakı  məcburidir. Həmçinin, müdafiəçinin iştirakı  şəxsin tutulduğu andan təmin edilməlidir. 

Lakin təcridxanada saxlanılan yetkinlik yaşına çatmayan şəxslərin dediklərinə  əsasən, onların 

işlərində müdafiəçinin iştirakı qanunda göstərilən müddətləri kobudcasına pozulması ilə 

müşayiət edilmişdir.  

 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin