Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə22/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   18   19   20   21   22   23   24   25   ...   51
2 dekabr 1919-cu il. 
 
Özünün sərəncamında olmadığından İtaliyanın hərbi nazirliyi paltar və silah verə bilmir. 
O avtombillər, aeroplanlar, projektorlar, dizliklər, mələfələr və adyallar verir. Geyim 
əşyalarının göndərilməsi Gellə tapşırılıb. İlk partiya dekabrın axırlarında Batuma gələcək. 
Keyfiyyətli köhnə paltar tapmaq mümkün deyil. Əgər qiyməti  əl versə, bu əşyaların 
əvəzinə parça almaq barəsində fikirləşərəm. Parçanın bizdəki qiymətini təcili 
bildirməyinizi xahiş edirəm. 
 
General    İbrahimağa   Usubov». 
 
- Əmim çox zarafatcıl idi, - deyən Gövhər xanım söhbətini davam etdirir. - Bir dəfə süfrə 
başında olan bir əhvalat da yadıma düşdü. İbrahim əmim köksünü ötürüb: 
 - Of, - dedi, - balalarım kaş  hər  şeydə: ağılda, kamalda, şöhrətdə özümə oxşasınlar. 
Amma bircə şeydə mənə yox, dayılarına oxşasalar yaxşıdı. 
Həyat yoldaşı Gövhər bibim tez üstünə düşdü. 
 - De görüm, o nədi elə? Əmim bığaltı gülümsünüb: 
 - Boyumu deyirəm,  - dedi, - bircə   boy-buxundan   kəm-kəsirim var. 
Əmim ortaboylu idi, ona işarə vururdu. 
Əliağa  Şıxlinski də ona zarafatla cavab verdi. - Eybi   yoxdu, - dedi, - İbrahim, qəm 
eləmə,   o da   igidə   bir yaraşıqdı. 
  
 - Gövhər xanım, general əminizin son taleyi necə olub? 
   
- İyirminci ilin aprelində XI Ordu gəldi. Əliağa   Şıxlinski, İbrahim ağa   Vəkilov, Səməd 
bəy Mehmandarov, Firidun bəy Vəzirov, əmim və bütün azərbaycanlı hərbçilərə, generallara ilk 
günlər toxunmadılar. Xüsusi əmr verdilər ki, poqonlarınızı  çıxarın, indi Qızıl Orduda xidmət 
edəcəksiniz. Onlar da dinib-danışmadılar. Dedilər, təki xalqa toxunmasınlar, biz də xalqa xidmət 
edərik. Səhv etmirəmsə, hətta onlara əmək haqqı da təyin etmişdilər.  Əmimə  vəsiqə  də 
vermişdilər ki, o, Ordu komandiri kimi xidmət edir. Yadımdadır, iyul ayının ilk günləri idi. 
Evimizdə Qazaxdan gələn qonaq da vardı. Əliağa əmim, İbrahim dayım da bizə gəlmişdi. Hamı 
kəndi, qohumları, uşaqlıq dostlarını soruşur, deyib-gülürdülər. O vaxt bütün hərbçilər indiki 
Kommunist küçəsindəki beş nömrəli evdə yaşayırdı. Gecə on ikiyə işləyəndə hər kəs öz evinə 
getdi. Yenicə yatmağa hazırlaşırdıq ki, küçədə bir yük maşını dayandı. Maşından tökülüşən 
əsgərlər qaça-qaça bloklara doldular. Tüfənglərin qundağı ilə qapıları döyüb içəri soxuldular. 
Əsgərlər içəri girən kimi əmimi  əhatəyə aldılar. Mən  əmimə  tərəf atılıb zorla əlindən yapışıb 
ağladım.  Əsgərlər ev əşyalarını siyahıya aldılar.  Əmimin orden, medallarını  və özünü də 
apardılar. O gecə azərbaycanlı generalları - Əliağa  Şıxlinskini, Səməd bəy Mehmandarovu
general-qubernator Nərimanbəyovu, Hüseyn Şıxlinskini, əmim İbrahim ağa Usubovu - hamısını 
yük maşınına doldurub apardılar. Dallarınca çox gedib-gəldik, bir xəbər öyrənə bilmədik. Onları 
həbs etdirən  İlya adlı  hərbçi idi. O, yarı erməni, yarı  yəhudi idi. Əmimi, on iki azərbaycanlı 
general və zabiti 1920-ci il iyulun on altısında gecə ilə Nargin adasına aparıb orada güllələyiblər. 
Çox get-gəldən sonra əmim arvadı Gövhər bibimə  əl boyda kağız verdilər ki, onları  səhvən 
güllələyiblər. Şura hökuməti ailənizdən üzr istəyir. 
Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov isə ayrı kamerada olublar. Xoşbəxtlikdən 
onların Nəriman Nərimanova göndərdikləri məktub çatıb və onlar xilas olublar. Orduya soxulan 
terrorçu-daşnaklardan ehtiyat edən Nərimanov ona görə  də 1920-ci il avqustun birində 
Ə.Şıxlinskini və S.Mehmandarovu Moskvaya göndərdi. 
General  İbrahim ağa Usubovdan çox az nişanə qalıb. Bir neçə  şəkil, bir də  qızı - 
Azərbaycan Dövlət Konservatoriyasının müəllimi,  əməkdar incəsənət xadimi, profesor Nigar 
xanım Usubova... Mübarizələrdə keçən ömrün anları indi illərin saralıb-soldurduğu çox az şəkil 


 
50
və sənədlərdə yaşayır. General-mayor İbrahim ağa Usubovun qızı Nigar xanım atasından fəxrlə 
söhbət açır. 
-  Əliağa  əmim deyərdi ki, atan İbrahimin hərbi istedadı birinci dünya müharibəsi 
dövründə özünü parlaq şəkildə göstərdi. Döyüş zamanı çevikliyi, piyada qoşundan məharətlə 
istifadə etməsi, xüsusilə əsgərlərlə səmimi rəftarı İbrahimi rus ordusunda mahir bir sərkərdə kimi 
tanıtdı. Əliağa əmim bir də danışırdı ki, M.V.Frunze atanı yaxşı bir insan kimi tanıyırdı. Birinci 
dünya müharibəsindəki fəaliyyətini,   hərbi   sənətkarlığını çox yüksək qiymətləndirirdi. 
Mən Xarkovda anadan olmuşam. Uşaq olsam da bəzi  əhvalatları yaxşı xatırlayıram. 
Yadımdadır, nə münasibətləsə evimizdə qonaqlıq vardı, məclisdə yüksək rütbəli zabitlərlə yanaşı 
sıravi  əsgərlər də  iştirak edirdi. Əsgərlərdən biri atam haqqında dedi: - baxmayaraq ki, o, rus 
deyil, azərbaycanlıdır, ancaq bizim üçün doğma atadan da yaxındır. 
Atam həqiqətən də  əsgərlə zabit arasında sərt sədd çəkməyən adam idi. Əsgərin bütün 
hüquqlarını əlindən alan zabitlərlə o, heç vaxt razılaşmazdı. Məhz bu keyfiyyətlərinə görə onu 
əsgərlər ata kimi sevir, hörmət edirdilər. 
... Faris baba ilə görüşlərimin birində gördüm ki, o, lüğətlə bir Azərbaycan yazıçısının 
romanını oxuyur. 
- Faris baba, - dedim, - indən belə dil öyrənmək gec deyilmi? 
 - Öyrənirəm ki, İbrahim əmim kimi dünənə   sabah   deməyim. 
  
- O nə deməkdir? 
  
- Bu saat danışacam, - deyib qoca iri gözlərilə   gülümsündü.  - Xatirimdədir, 1914-cü ilin 
yazında atam məni də götürüb kəndimiz Salahlıya gəlmişdi. Hələ müharibə başlanmamışdı. 
Atam doğma kəndinə, qohumlara baş çəkməyi   çox   sevirdi.    Ali rütbədə, yüksək bir yerdə 
işləməyinə baxmayaraq,   ildə bir    neçə dəfə kəndə gedərdi. “Bu kənd - deyirdi, - oğul, harda 
olsam mənimlədi, adam nə qədər böyük şəhərlərdə, uzaq ellərdə olsa da  doğmasını, ondan süd 
əmdiyi yeri unuda bilmir. Buna haqqı da yoxdu”. 
Atam eşidir ki, İbrahim ağa Usubov da ailəsilə  kəndə  gəlib, Abdulla əmimlə onun 
görüşünə gedirlər. Abdulla əmim İbrahim əmimdən soruşur ki, nə vaxt gəlmisən? 
İbrahim əmim cavab verir ki, “sabah”. 
Atam təəccüb edir ki, bu nə danışır. Abdulla əmim işin nə yerdə olduğunu başa düşür. Gülə-gülə 
deyir: 
 -  İbrahim,  əgər sabah gəlmisənsə, yəqin ki, dünən də qayıdıb gedəcəksən. - Qoca 
əhvalatı danışıb kədərlə gülümsündü. - İbrahim  əmim - dedi,  - uzun müddət Rusiyada qulluq 
etdiyindən Azərbaycan dilini bir az yadırğamışdı. Məni də tale ölkədən-ölkəyə, şəhərdən-şəhərə 
atıb. Fransız, ingilis və bir neçə   dildə  sərbəst danışıb yaza bilirəm. Amma hiss edirəm ki, o 
qədər yadlarla oturub-durmuşam ki, doğmamı unutmaq ərəfəsindəyəm. 
Faris baba çoxillik ömründə bitib-tükənməyən hadisələrin,  əhvalatların  şahidi olmuşdu. 
Heyf ki, bu səmimi, mehriban qoca ilə görüşüm onun həyatının son günlərinə  təsadüf etdi. O, 
bizim işıqlı dünyamızdan ömrünün doxsan dördüncü ilində köçdü. 
  
Minillik  ədəbiyyata, mədəniyyətə malik xalqımızın minillik də  qəhrəmanlıq tarixi var. 
İgid Cavanşirin,  əyilməz Babəkin, köhlən at belində yadellilərə qarşı vuruşan Koroğlunun, 
Nəbinin adı həm öz xalqının, həm də bütün bəşər tarixinin səhifələrində yaşayır. Onların hər biri 
öz doğma torpağını, öz yurdunu, öz xalqının əsrlərdən bəri yaratdığı mədəniyyəti qəsbkarlardan 
mərdliklə müdafiə etmişdir. 
Hər  əsr tarixə öz qəhrəmanlarını verib, hər igid özünün şücaəti ilə  gələcək nəslə örnək 
olub. Zaman keçib, illər ötsə  də onlar yenə unudulmur, tarixin əbədi yaddaşında, sənədlərdə 
həmişəyaşar qalırlar. 
İnanırıq ki, hərbi qüdrət tariximizin səhifələrində general-mayor İbrahim ağa Usubov da 
beləcə yaşayacaqdır. 
  
 


 
51

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin