65
1897-ci ildə gənc Əliağa Şıxlinski ilə söhbət edən iyirminci topçu briqadasının baş
həkimi Zelenski ondan soruşur ki, belə bir istedadınız olduğu halda niyə akademiyaya
getmədiniz?
Əliağa Şıxlinski isə cavabında “iş belə gətirdi” - deyə təvazökarlıqla cavab verir. Bu
görüşdə iştirak edən general Baumqarten də söhbətə qoşulur: “Akademiyanı neyləyir, akademiya
onun başıdır”.
Doğrudan da keçmiş rus ordusunda ikinci elə bir şəxs yoxdur ki, qeyri millətdən ola-ola,
ali hərbi təhsil almadan qısa bir vaxtda dörd il otuz altı gündən sonra general-mayor rütbəsinə
yüksəlsin.
Əliağa Şıxlinski hərbi xidmətdə belə tez, həm də böyük sürətlə irəliləməsinin ilkin
səbəbini rus-yapon müharibəsinin iştirakçısı olmasında, bir də topçu zabitləri məktəbindəki
hərbi-pedaqoci fəaliyyətində görürdü.
Əliağa Şıxlinskinin 1908-ci il noyabrın 26-dan 1914-cü il iyulun 8-dək topçu zabitləri
məktəbində olan elmi-pedaqoji fəaliyyəti çox yüksək qiymətləndirilmişdir. O, üçüncü dərəcəli
müqəddəs Vladimir, eləcə də fransızların zabitlərə məxsus fəxri komandir Legionu ordeninə
layiq görülmüşdür.
“Artilleriya zabitləri məktəbinin xəbərləri” jurnalının səhifələri, orda verilmiş ayrı-ayrı
elanlar təsdiq edir ki, Əliağa Şıxlinski məktəbdə, qoşun bölmələrində və Peterburqun müxtəlif
elmi yığıncaqlarında hərbi mövzuda silsilə mühazirələr oxumuşdur. Bu mühazirələr Baş
qərargahın əmrilə kitabça şəklində çap olunmuşdur. Onun “Divizion miqyasında topçu
manevrlərinin təşkili üçün təlimat”, “Dağ və səhra artilleriyası üçün məsələ və misallar
məcmuəsi”, (1913-cü ildən 1916-cı ilədək üç dəfə nəşr olunub - Ş.N.) “Səhra toplarının cəbhədə
işlədilməsi” və “Topçu zabitləri məktəbində podpolkovnik Şıxlinski tərəfindən oxunmuş
mühazirələrin xülasəsi” kimi sanballı kitabları çap olunmuşdur. Xüsusilə, sonuncu kitab topçular
arasında çox böyük şöhrət qazanmışdır. Onu da deyək ki, artilleriya zabitləri məktəbinin
mətbəəsində çap olunan bu kitab məktəbə xeyli mədaxil gətirir. Həmin gəlirdən Əliağa
Şıxlinskiyə qızıl pulla 500 manat müəllif haqqı verilir...
Bizə Əliağa Şıxlinskinin indiyədək bircə kitabı məlumdur. O da 1944-cü ildə SSRİ
Elmlər Akademiyasının Azərbaycan filialı tərəfindən rus və Azərbaycan dilində çap olunmuş
“Xatirələrim”dir. Vəssalam. Bəs, yuxarıda adını çəkdiyimiz kitabların taleyi nə yerdədir, harda,
kimdə, necə saxlanılır? Bax, bu suallara cavab tapmaq lazımdır.
Dostları ilə paylaş: