Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə26/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   22   23   24   25   26   27   28   29   ...   51
 
KİTAB AXTARIŞINDA 
 
Anketlərin ağ  səhifəsini doldurmaqdan yorulmurdum. Dalbadal Şıxlinskinin kitablarını 
sifariş verirdim. Səhərisi cavabı üçün gələndə eyni sözləri oxuyurdum. “Belə kitab yoxdur. 
Mənbəni dəqiqləşdirin”. 
Məni təəccüb bürümüşdü. Axı, müəllif özü yazır ki, belə bir kitabım çıxıb. Onu da 
bilirdim ki, Əliağa Şıxlinski “Xatirələrim” hərbi memuarını ancaq yaddaşına güvənib yazmışdı. 
Özü də  səksən yaşında! “Xatirələrim”i yenidən çapa hazırlayanda düzü şübhələndim: axı ola 
bilməz ki, bu yaşda adam bu qədər faktı yadında saxlaya, rəqəmləri, tarixi hadisələri dəqiq deyə 
bilsin. Ona görə də kitabda adı çəkilən adamların familiya və rütbəsini, ayrı-ayrı hadisələri bir 
daha hərbi ensiklopediya ilə yoxlayıb tutuşdurdum. Zərrəcə  səhv tapa bilmədim. Ona görə  də 
mən general Əliağa  Şıxlinskinin yazdığı  hər bir fakta tam inamla yanaşırdım. Altıncı günü 
anketimə baxan növbətçi qız dedi ki, sizi biblioqrafiya fondunun baş mühafizəçisi çağırır. 
Dəftər-qələmimi yığışdırıb onun yanına getdim. O, məni “hücumla” qarşıladı: 
- Hələ sizin kimi inad adama rast gəlməmişəm. Bütün azərbaycanlılar belədirlər? 
- Xeyr, - dedim, - əlimizdə əsaslı fakt olmasa, biz heç vaxt yersiz inad göstərmərik. 
- Axı sizə dönə-dönə deyirlər ki, belə bir kitab yoxdur, siz isə yenə  də yazırsınız. Heç 
olmasa anketlərə heyfiniz gəlsin. Özünüz fikirləşin, olmayan şeyi sizə hardan və necə verə 
bilərik? 


 
66
Mən yenə də əl çəkmədim: 
- Siz inanın, - dedim, artıq beş ilə yaxındır ki, Şıxlinskinin həyat və fəaliyyəti ilə məşğul 
oluram. Onun rus və Azərbaycan dilində xatirələrini çapa hazırlamışam. Yazdığı yüzlərlə faktı 
dönə-dönə yoxlamışam, bir işıq ucu qədər yanlışlıq görməmişəm. O özü yazır ki, 1910-cu ildə 
Luqa şəhərində belə bir kitabım çıxıb. Özünüz fikirləşin, bundan sonra mən neyləməliyəm? 
- Bilmirəm, cavan oğlan, - dedi, - onun haqqında bizdə bircə kitab var. O da Sabir 
İbrahimovun “General Əliağa  Şıxlinski” monoqrafiyasıdır. Sizi qane edirmi? Böyük Vətən 
müharibəsi illərində Luqa şəhəri faşistlər tərəfindən dağıdılmışdır. Bəlkə kitab o vaxt məhv olub, 
bizə gəlib çatmayıb? 
Kor-peşman qayıdıb oxu zalına gəldim, buraxılış vərəqəsi almaq üçün. Qəfildən ağlıma 
bir fikir gəldi. Təzə anket götürüb doldurdum. Kataloqda inqilabdan əvvəl Luqada nə  qədər 
artilleriyaya aid kitab və kitabça çıxıbsa sifariş verdim. Yarım saatlıq fasilədən sonra stolumun 
üstundə ondan çox kitab vardı. Bir-bir vərəqləyib onların axırıncı  səhifəsində verilən elanları 
oxudum. Üz qabığı qalın, həcmcə o qədər də böyük olmayan, 1911-ci ildə çap olunmuş 
“Artilleriyada səhra topları üçün məsələlər” məcmuəsinin son - yüz altmış birinci səhifəsində 
belə bir elanı tapdım: “Artilleriya zabitləri məktəbinin anbarına satış üçün qəbul olunmuş 
kitablar”. 
Yeddinci kitab Əliağa  Şıxlinskinin “Səhra toplarının cəbhədə  işlədilməsi”  əsəri idi. 
Sevindiyimdən gözlərimə inanmadım. Dönə-dönə baxdım. Açıq-aydın yazılmışdı. “Şıxlinski Ə. 
1910-cu il, qiyməti 70 qəp. Luqa şəhəri, V.M.Kuroçkinin yeni mətbəəsində çap olunub”. 
Ayağa qalxdım. Növbətçi qızın yanına gedib yazını ona göstərdim. Ordan birbaşa fondun 
baş mühafizəçisinin yanına qaçdım. 
- Baxın, baxın... 
Baş mühafizəçi məni sakitləşdirdi: 
- Özünüzə  gəlin, qoyun əməlli-başlı baxım. O, eynəyi   çıxarır, oxuyur, özü də bərkdən. 
“Ə.Şıxlinski”. Bəli, biz təslim olduq, cavan oğlan, indi bildim   haradadır. - Nina    Qriqoryevna, 
- deyə yaxınlıqdakı bir qadını səslədi. Bir baxın, bu azərbaycanlı bizi təslim etdi. Demək, belə bir 
kitab varmış. 
Nina Qriqoryevna: 
- Bu kitab olsa-olsa hərbi dərsliklər şöbəsində  olacaq, dedi. Sifarişi təzələyin... 
 
* * * 
 
Artıq bir həftədir ki, Leninqradın bəyaz havasına oxşar binada məni bir yazı stolu 
gözləyir. Beş, ya da on dəqiqə, lap uzağı iyirmicə  dəqiqə geçiksəm, gərək kiminsə durmağını 
gözləyəm. Nahara qədər də öz “isti yuvasını” tərk edən adam çox çətin tapılır. Ona görə də səhər 
saat doqquz tamamda kitabxananın qarşısında olmağa adət eləmişəm. 
Mənə müvəqqəti verilmiş vəsiqəmi təqdim    edib soruşuram.  
- Zəhmət olmasa, K-9178 nömrəli sifarişi yoxlayın. 
- Sizin istədiyiniz kitab tapılıb, amma bir qədər gözləməli olacaqsınız... 
 Yəni nə qədər? 
  
Dəqiq deyə bilmərəm... Bəlkə bir gün, bəlkə üç gün,   bəlkə bir həftə... Ona görə də hər 
gün gəlib yoxlamalısınız. 
 
* * * 
 
Leninqrad  ətrafındakı iki şəhər  Əliağa  Şıxlinskinin hərbi fəaliyyəti ilə bağlı olub. 
Onlardan biri Luqa, digəri isə Çarskoye Selo (indiki Puşkin  şəhəri - Ş.N.)  şəhəridir.  Əliağa 
Şıxlinski xatirələrində bu yerləri böyük məhəbbətlə yad edir. İnqilabdan əvvəl artilleriya zabitləri 
məktəbi Çarskoye Seloda, bütün Avropada ən nümunəvi hərbi təlim meydanı isə Luqa 
düzənliyində yerləşirmiş. Ona görə  də fürsətdən istifadə edib Çarskoye Seloya getmək - 
Şıxlinskinin yaşayıb işlədiyi şəhəri görmək arzusu məni rahat buraxmırdı... 


 
67
 

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin