AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 0.64 Mb.
Pdf просмотр
səhifə1/4
tarix29.12.2016
ölçüsü0.64 Mb.
  1   2   3   4

 

AZƏRBAYCAN  RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM 



NAZİRLİYİ 

F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 

ELMİ-METODİKA ŞÖBƏSİ 

 

 



 

 

 



 

 

 



Ədəbiyyatşünas, publisist Firidun bəy 

Köçərlinin150 illik yubileyinə həsr olunur 



 

 

 

 

 

 

 

 

 

İlk folklor antologiyasının banisi

 

(metodik məktub) 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

B A K I – 2 0 1 3 

 

 

 

 

 

 



 

 

 

 

 

Tərtib edən: 

Ruhiyyə Məmmədli – F.Köçərli adına Respublika Uşaq 

Kitabxanasının baş kitabxanaçısı 

 

Redaktor:   



Fizurə Quliyeva – F.Köçərli adına Respublika Uşaq  

Kitabxanasının direktoru 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tərtibçidən 



 

Firidun  bəy  Köçərli  ən  müqtədir,  ən  sevgili  ədiblərimizdən  biridir.  Onu 

böyüklü,  kiçikli  hamı  sevir.  Mütəxəssislərin  də  təsdiqlədikləri  kimi, 

folklorşünaslığın  yaranması  şifahi  xalq  ədəbiyyatının  toplanması,  sistemləşdirilib 

nəşr  olunmasında  Firidun  bəy  Köçərlinin  böyük  xidmətləri  olmuşdur.  Bu  şəxs 

ədəbiyyat  tariximizi  yazmaqla  bütün  keçmişimizi  diriltdi,  şairlərimizin  ülvi 

ruhlarını canlandırdı.  F.Köçərli Azərbaycanın  tanınmış  ədəbiyyatşunası, pedaqoq 

və  publisistidir.  O,  Azərbaycan  ədəbi  dilinin  saflığı  uğrunda  daim  mübarizə 

aparmışdır. Onun uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabı Azərbaycanın ən 

dəyərli  sərvətlərindəndir.  Müəllif  bu  kitabda  ən  çox  şifahi  xalq  ədəbiyyatı 

nümunələrindən istifadə etmişdir.

 

  

Firidun  bəy  Köçərlinin  fikrincə



 

  uşaq  dünyası  çox  zəngindir.  Uşaqlarda 

poetik duyum çox güclüdür. Onların təfəkkürü yazıçı təfəkkürünə uyğundur. Uşaq 

ədəbiyyatı  böyüməkdə  olan  nəslin  tərbiyəsində  böyük  əhəmiyyətə  malikdir. 

Yüksək səviyyəli uşaq əsərlərinin yazılmasına həmişə böyük ehtiyac olub. Uşaqlar  

üçün yazılan əsərlərdə müasir dövrün nəbzi tutulmalı, coşqun və qaynar həyatımız 

öz bədii inikasını tapmalıdır. Bu uşaq yazıçılarını düşündürən aktual problemdir.    

Müasir  dövrün  indiki  mərhələsində  xalqımıza  kamil,  şüurca  yetkin  insanlar  daha 

çox  lazımdır.  Belə  insanların  yetişdirilməsində  uşaq  ədəbiyyatının  misilsiz 

əhəmiyyəti  vardır.  Məhz  elə  buna  görə  də  uşaq  ədəbiyyatının  ideya-bədii 

səviyyəsinin yüksəldilməsinə həmişə qayğı göstərilməlidir. 

Firidun  bəy  Köçərli  uşaq  dünyası  nəsri  sahəsində  səmərəli  xidmət  göstərən 

ədiblərimizdəndir.  Onun  yaratdığı  əsərlərə  həmişə  ehtiyac  vardır.  Qeyd  edim  ki, 

1965-ci  il  yanvarın  1–dən    Mədəniyyət    Nazirliyinin  qərarı  ilə    kitabxanamız  

Firidun bəy Köçərlinin adını daşıyır. F.Köçərli adına Respublika Uşaq Kitabxanası 

olaraq bu sahədə üzərimizə çox mühüm vəzifələr düşür. Bizim ən ümdə vəzifəmiz 

böyük  ədibimizi  oxucularımıza  tanıtmaq,  onun  dəyərli  əsərlərini  onlara 

sevdirməkdir.  Çünki,  ulu  öndər  Heydər  Əliyevin  söylədiyi  kimi  kitabxana 

məbədgahdır,  hər  bir  ziyalının  yolu  bu  məbədgahdan  keçir.  Balacaları 

vətənpərvərlik, humanizm, düşmənə nifrət, beynəlmiləlçilik ruhunda tərbiyə etmək 

üçün  biz  kitabxanaçılar  çox  çalışmalıyıq.    Biz  inanırıq  ki,  illər  ötsə  də  hər  dəfə 

uşaq ədəbiyyatından söz düşəndə uşaqların da, böyüklərin də sevimlisi Firidun bəy 

Köçərli hörmətlə anılacaq, yada düşəcək.          

    Bu  il  sevimli  ədibimizin  150  illik  yubileyi  qeyd  olunacaq.  Yubileylə  əlaqədar 

hazırlanmış    “İlk  folklor  antologiyasının  banisi”  adlı  metodik  vəsaiti  təqdim 

edirik.  

 

 

 



 

                                 

 

 


 

                                  



I.Həyatı və yaradıcılığı

 

 

Azərbaycan  ədəbiyyatşünaslığı  və  pedoqoji    fikir  tarixində  məşhur 

“Azərbaycan  alimi,  tənqidçi  və  pedoqoqu”  kimi  dəyərləndirilən  Firidun  bəy 

Köçərli  tərəqqipərvər    elm  və  ədəbiyyat  xadimləri  sırasında  xüsusi  yer  tutan 

şəxsiyyətlərdəndir.  O,1863-cü  il  yanvarın 26-da  Azərbaycanın   gözəl  guşəsi olan  

Şuşa şəhərində anadan olmuşdur. Tarixi hadisələr və gözəl ənənələrlə zəngin səfalı 

Şuşa şəhərində  Firidun bəy Köçərlinin doğulduğu illərdə müəyyən bir oyanma və 

canlanma özünü göstərirdi. Firidun bəy Köçərli burada Mirzə Kərim Münşizadənin 

ibtidai məktəbini bitirdikdən sonra  atasının  arzusu ilə rus məktəbində təhsil alıb,  

Qori  müəllimlər  seminariyasında  təhsilini  (1880-1885)  davam  etdirmişdir.          

Seminariyanı  22  yaşında  əla  əxlaqla  bitirən    F.Köçərli  İrəvan  gimnaziyasına 

müəllim  göndərilmişdir.  Azərbaycanlı  balalara  hüsnxət  qaydalarınca  yazmağı 

öyrədən  gənc  müəllim  həm  də  dünya  ədəbiyyatından  nümunələri  tərcümə  etmiş, 

Azərbaycan  ədəbiyyatının  ayrı-ayrı  problemləri  mövzusunda  bir  çox  məqalələr 

yazmışdır. 

Firidun bəy Köçərli pedoqoji fəaliyyətə İrəvan gimnaziyasında müəllim kimi 

başlamış,  sonra  Qori  Müəllimlər  Seminariyasının  Azərbaycan  şöbəsində 

müvəqqəti  təlimatçı  kimi  (1910-1918)  çalışmışdır.  Onun  təşəbbüsü  ilə 

seminariyanın Azərbaycan şöbəsi Azərbaycana-Qazax şəhərinə köçürülmüşdür. O, 

burada açılmış Qazax müəllimlər seminariyasının müdiri vəzifəsində (1918-1920) 

işləmişdir. 

Firidun bəy Köçərli  ədəbi-ictimai fəaliyyətə İrəvan gimnaziyasında çalışdığı 

illərdən  başlamış,  ilk  məqalələri  bu  dövrdə  işıq  üzü  görmüşdür.  Həmin  illərdə 

Firidun bəy Köçərli “Azərbaycan tatarlarının ədəbiyyatı” adlı ilk iri həcmli əsərini 

qələmə  almışdır.  Zaqafqaziya  müəllimlər  seminariyasında  işlədiyi  illərdə 

“Azərbaycan  türk  ədəbiyyatı”  əsərini  (1908)  bitirmişdir.  Lakin  bu  əsər  sovet 

hakimiyyəti  illərində  Bakıda  “Azərbaycan  ədəbiyyatı  tarixi  materialları”(  iki 

cilddə)  adı  ilə  (1925  –  1926)  nəşr  edilmişdir.  Burada  XVIII-XIX  əsr  Azərbaycan 

ədəbiyyatının  ilk  geniş  elmi  şərhi  verilmişdir.  Əfsuslar  olsun  ki,  əsərin  XX  əsr 

ədəbiyyatından bəhs edən hissəsi itmişdir.  Zaqafqaziyanın dövri mətbuatında onun 

rus,  gürcü  və  Azərbaycan  klassik  yazıçıları  haqqında  saysız-hesabsız  ədəbi 

oçerkləri, məqalələri çıxmışdır. Firidun bəy Köçərli  burada ictimai haqsızlığa, dini 

fanatizmə,  cəhalətə  qarşı  çıxmış,  maarif,  mədənyyət,  tarix,    iqtisadiyyat  və 

pedaqogika 

problemlərinə 

toxunmuşdur.  “Balalara  hədiyyə”,  “Seçilmiş 

əsərləri”(1963),  “Azərbaycan  ədəbiyyatı  tarixi  materialları”  (1978)  kütləvi  tirajla 

nəşr olunmuşdur. O,  “Təlimi Sokrat” kitabını, klassik rus və gürcü ədəbiyyatından 

nümunələri azərbaycan dilinə, M. F.Axundzadənin “Aldanmış kəvakib” povestini 

rus dilinə tərcümə etmişdir. 

Firidun bəy Köçərli  Sovet hakimiyyətinin ilk aylarında repressiyaya məruz 

qalmışdır.  1920-ci  il  iyunun  2-də  Gəncədə  həbs  olunmuş,  həmin  ayın  21-də 

güllələnmişdir. 

Firidun  bəy  Köçərlinin  fəaliyyətə  başladığı  XIX  əsrin  80-ci  illəri  

Azərbaycan  millətinin  təşəkkül  etdiyi,  milli  şüurunun  getdikcə  qüvvətləndiyi  bir 



 

dövr  idi.  XIX  əsrin  ikinci  yarısında  Azərbaycanda  bəzi  elmlər,  realist 



dramaturgiya,  nəsr  və  nəzm  inkişaf  edir,  ədəbiyyat  ideyaca  zənginləşir, 

Azərbaycan milli teatrının əsası qoyulurdu. Bir sıra şəhərlərdə əvvəlcə rus dilində, 

sonralar isə yerli dillərdə qəzetlər, kitablar və jurnallar nəşr edilirdi. 

 Firidun bəy Köçərlinin “Татарский комедии” silsilə məqalələri bu ideyanın 

ilk,  nisbətən  konkret  və  məhdud  ifadəsi  olsa  da,  onun  gələcək  “Литература 

азербайджанских  татар”  və  “Azərbaycan  türklərinin  ədəbiyyatı”  əsərləri  üçün 

təməl daşları idi.  

Bunlardan  başqa  Firidun  bəy  Köçərli  ədəbi  şəxsiyyətlər,  bədii  əsərlər, 

dərslik  və  tərcümələr  haqqında,  sülh  və  xalqlar  dostluğu,  qadın  azadlığı,  habelə 

məişət mövzularında bir sıra maraqlı məqalələr yazmışdır. 

Firidun  bəy  Köçərli  belə  bir  həqiqəti  təsdiqləyirdi  ki,  “bir  qövm  və  tayfa 

elmsiz  və  mərifətsiz  olsa,  bir  o  qədər  ədəbiyyatı  zəif  və  biməzmun  olacaqdır... 

Xalqın sərvət və dövləti, şan və şövkəti artdıqca, onun dili dəxi haman qərar üzrə 

tərəqqi və vüsət tapır və bir məqama çatır ki, millət qisim-qisim nağıl və hekayələr 

düzməyə, sinədən sözlər və mahnılar toxumağa başlayır.” 

Firidun  bəy  Köçərli  M.F.Axundzadə  və  M.Şahtaxtinskidən  sonra 

Azərbaycan  mədəniyyətinin  inkişafı  naminə  əlifba  islahatı  aparılması  yolunda 

çalışan xadimlərdəndir. 

      Azərbaycan dilini başqa dillərin zərərli təsirindən qorumaq üçün F.Köçərli,  

Y.V.Çəmənzəminli, Ü.Hacıbəyli, Ö.F.Nemanzadə və başqa mütərəqqi ziyalılardan 

ibarət  olan  cəbhə  yaradıldı.  Bu  cəbhənin  işi    Azərbaycan  ədəbi  dilini  canlı  xalq 

dilinə getdikcə daha artıq yaxınlaşdırmaq,  inkişaf etdirmək idi. Onlar dili millətin 

əvəzsiz  sərvəti  hesab  edirdilər.  Firidun  bəy  Köçərli  “Azərbaycan  ədəbiyyatı” 

əsərində  məşhur  rus  pedoqoqu  K.D.Uşinskinin  aşağıdakı  sözlərini  misal  

gətirmişdi:  “Madam ki, bir millətin özünəməxsus ana dilisi xarici dillərin təqəllüb 

və təsəllütündən salamat qalıbdır, o millət özü də salamatdır.” 

Firidun  bəy  Köçərli  Azərbaycan  folklorşünaslığında  da  xüsusi  xidmətləri 

olan  şəxsiyyətlərdəndir.  Mütəxəssislərin  də  təsdiqlədikləri  kimi,  folklorşünaslığın 

yaranması  şifahi  xalq  ədəbiyyatını  toplanması,  sistemləşdirilib  nəşr  olunması  ilə 

bilavasitə bağlıdır. Bu sahədə Köçərlinin özünəməxsus yeri vardır. 

Firidun  bəy  Köçərli  “bizim  fazil  və  həkim  bir  şairimiz”  adlandırdığı 

Nizaminin əsərlərini azərbaycancaya “açıq dildə tərcümə edib, milli ədəbiyyatımızı 

dövlətləndirməyi”,  “fars  dilini  yaxşı  bilən”  şairlərimizin  baş  vəzifələrindən  biri 

hesab  edirdi.  O,  deyirdi  ki,  “insaf  deyil  ki,  onun  möcüznüma  kəlamları  Avropa 

dillərinə  tərcümə  olunub  intişar  tapsın,  bizlər  isə  onu  öz  dilimizdə  mütaliə  edib 

feyzyab olmaqdan məhrum qalaq”. Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının 

öz təcrübəsinə, onun zəngin ənənələrinə istinad edərək realizm nəzəriyyəsini daha 

da inkişaf etdirirdi. 

 Firidun  bəy  Köçərliyə  görə,  sənətkar  gərək  xalqın  kədər  və  sevincinin 

tərcümanı  olsun,    onu  qəflətdən  bidar  edib,  tərəqqi  və  maarif  səmtinə  cürət  və 

cəsarət ilə dəvət etsin. 

 Firidun  bəy  Köçərli  çoxcəhətli  yaradıcılığı  boyu  bir  ədəbiyyat  tarixçisi, 

nəzəriyyəçi  və  tənqidçisi  kimi  tədqiq  və  təbliğ  etdiyi  sahənin,  demək  olar,  bütün 


 

əsas  məsələlərinə  toxunmuş,  onlar  barədə  öz  görüşlərini  aydın  izah  etməyə 



çalışmışdır.  O,  ədəbiyyatı  hər  bir  xalqın  “şən  və  əzəmətinə,  tərəqqi  və  səadətinə 

bais  olan  səbəblərdən  biri”  hesab  edib  iki  hissəyə  ayırmışdır:  şifahi  və  yazılı 

ədəbiyyat. 

Azərbaycan  ədəbiyyatı  tarixinin  bu  yorulmaz  və  vətənpərvər  tədqiqatçısı,  

bir  ədəbiyyatşünas  kimi  araşdırmalarına  folklor  nümunələrini  yazıya  almaqla 

başlamışdır.  Qədim  musiqi  mədəniyyətimizin  beşiyi  olan  Şuşada  dünyaya    göz 

açmış  Firidun  bəy  Köçərli  el  sənətini  dərin  vətəndaşlıq  hissi  ilə  sevərək  qədrini 

bilmiş,  şifahi  ədəbiyyatın  itib-batmaqdan,  unudulmaqdan  qorumağı  vacib  hesab 

etmişdir. Bunun üçün böyük maarifçi-pedaqoq və ədəbiyyatşünas toplayıcılıq işinə 

başlamış, Aşıq Valehin şeirlərinin, o cümlədən onun məşhur vücudnaməsinin, xalq 

bayatılarının,  uşaq  folkloru  incilərinin  bir  qisminin  öz  dövrünün  mətbuatında  çap 

etdirmişdir.  “Azərbaycan ədəbiyyatı” nın müəllifi Firidun bəy Köçərli öz xalqının 

bəşər mədəniyyəti xəzinəsinə verdiyi inciləri də sərraf kimi tapıb qiymətləndirməyi 

bacarır,  Azərbaycan  ədəbiyyatının  böyük  ideallarla,  sağlam  və  yüksək  hislərlə 

zəngin  olduğunu  iftixarla  təhlil  və  sübut  etmişdir.  Bu  məqsədlə  F.Köçərli 

Azərbaycan klassiklərindən M.V.Vidadi,  M.P.Vaqif,  A.Bakıxanov,  Q.Zakir,  

M. F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov, M.Ə.Sabir, C.Məmmədquluzadəni misal 

gətirir,  onlardan  çoxunun  yaradıcılığını  və  ədəbi  irsini  geniş  təhlildən  keçirmiş, 

Azərbaycan  ədəbiyyatında  yaranan  realist  ədəbi  cərəyanın  özünəməxsus 

xüsusiyyətlərini,  inkişaf  yolunu  və  ideya  istiqamətlərini  də  məharətlə  üzə 

çıxarmışdır. 

Firidun  bəy  Köçərli  ədəbiyyatın  xəlqiliyini  hər  hansı  bir  yazıçının  xalq 

həyatı  ilə,  ictimai  varlıqla  münasibətlərinin  mütərəqqi  mahiyyətində  görürdü. 

Yazıçının öz mənsub olduğu xalqın mənəvi aləmi ilə sıx bağlı olmasını Firidun bəy 

Köçərli, bu işdə həlledici şərt sayırdı. O, deyirdi: “Yazıçı və ya şair nə qədər öz 

millətinə yaxın olsa, milliyyət qanı  onun damarlarında nə qədər artıq cərəyan etsə, 

onun 

əsərlərində  milliyyət  nişanəsi  artıq  görünəcəkdir.”  “Azərbaycan 



ədəbiyyatın”da    Firidun  bəy  Köçərli  ictimai  və  mədəni  tərəqqi  uğrunda  qələm 

çalan, yaxşını – yaxşı, pisi – pis kimi göstərən, mövhumat, qəflət və dini xürafatı 

ifşa  edən  “həqpərəst  və  millətpərvər  ədiblərə”  daha  artıq  yer  vermiş,  onların 

yaradıcılıq problemlərini geniş şərh etməyə çalışmışdır.  

Firidun  bəy  Köçərli  tarixçi  olduğu  qədər  ədəbiyyatın  müasir  inkişafı 

məsələləri  ilə  də  məşğul  olan  istedadlı  bir  tənqidçi  idi. Müasir  ədəbiyyatın  ideya, 

mövzu,  bədii  sənətkarlıq,  dil  və  s.  məsələləri  onu  daim  maraqlandırırdı.  Firidun 

bəy  Köçərli  yazırdı:  “İndiki  dövrdə  xalq  üçün  gözəl  nəsihətlər,  hikmətamiz 

hekayələr,  vətənə  məhəbbət,  millətə  xidmət,  dostluqda  sədaqət,  əhdə  vəfa  etmək, 

müqəddəs hisslər haqqında əsərlər yaratmaq lazımdır.” Firidun bəy Köçərli təkcə 

Azərbaycan  ədəbiyyatının  tədqiqi  ilə  kifayətlənməyib,  əsərlərində  şərq,  qərb 

avropa,  rus,  gürcü  və  s.  ədəbiyyatların  klassikləri  haqqında  da  elmi  mülahizələr 

yürütmüş, ədəbi oxu kitabların da çapına çalışmışdır. 

        Şifahi  xalq  ədəbiyyatının  növ  və  janr  zənginliyini  aşkarlayan  görkəmli 

ədəbiyyatşünas alim qeyd edib ki, keçmişdə şan və qüvvət sahibi olan türk milləti 

öz məişətinə, ayin və adətinə dair yaratdığı  nağıl və hekayələr, gözəl mənzumələr, 



 

hikmətamiz  məsəllər,  atalar  sözləri,  nazik  mənalı  müəmma  və  tapmacalar, 



körpələrin qəlbini açan düzgülər və yanıltmaclar, heyvanat qisminə məxsus sayaçı 

sözləri  unudulmaqdadır. Böyük maarifpərvər  bu unudulmaq təhlükəsini duyaraq 

folklorumuzu toplamağa başlamışdı. O dövrlərdə məktəblərdə çalışan soydaşlarına 

yazdığı məktublarda toxunduğu məsələyə bir daha qayıdaraq göstərirdi: “O millət 

ki, öz tarixini, dolanacağını, vətənini və dilini sevir – bu qisim əsərləri kəmali şövq 

və diqqətlə cəm edib sərmayə kimi saxlayır və uşaqların ilk təlim-tərbiyəsini onları 

öyrətməklə başlayır.”  

Firidun  bəy  Köçərli  gənc  nəsli  düzgün  tərbiyə  etmək,  onda  vətənə,  xalqa, 

ana dilinə məhəbbət duyğuları oyatmaq üçün uşaqları hələ kiçik yaşlarından şifahi 

ədəbiyyat  nümunələri  ilə  tanış  etməyi  ilkin  tərbiyə  üsullarından  sayır  və  bunu 

valideynlərə  məsləhət  görürdü.  Heç  təsadüfü  deyil  ki,  o,  çap  etdirdiyi  şifahi  xalq 

ədəbiyyatı nümunələri kitabına bu baxımdan çox mənalı olan  “Balalara hədiyyə” 

adı vermişdir. 

Firidun  bəy  Köçərli  1908-ci  ildə  “Balalara  hədiyyə”  kitabçasını  çap  etdirir. 

Bu  əsərlər  minlərlə  oxucular  tərəfindən  rəğbətlə  qarşılanır.  “Balalara  hədiyyə” 

haqqında  Əli  Sultanov  yazırdı  ki,  “bu  kitabdan  vətən  qoxusu,  dağların  ətri, 

köçərilərin  tüstüsü  gəlir”.  Kazımoğluya  görə,  bu  kitabdakı  nağıl  və  hekayələr 

azərbaycanlıların  ata-babadan  qalma  düzgü  və  tapmacaları,  misal  və  nəğmələri 

“bizi keçmişimizlə aşina edir, bizi kəndimizə tanıtdırır və keçmişimizə qarşı bizdə 

milli bir duyğu oyandırır. 

      

“Abdulla  Şaiq  belə  hesab  edirdi  ki,  “bizim  el  ədəbiyyatımız  o  qədər 



vüsətlidir  ki,  onu  yazmaqla  qurtaracaq  şeylərdən  deyil.  Millətimizin  istedad  və 

məharəti  –  fitrilərinə  və  əhvali-ruhiyyəsinə  aşina  olmaq  istəyənlər  möhtərəm 

Firidun  bəy  Köçərlinin  “Balalara  hədiyyə”  kitabçasından  istifadə  edə  bilərlər.  O, 

camaatımızın  arasındakı  nağıl,  məsəl,  tapmaca  və  şeirləri  bir  yerə  toplamaqla 

körpələrimizə böyük hədiyyə etmişdir. 

 Firidun  bəy  Köçərli  “Balalara  hədiyyə”  məcmuəsini  məhz  bu  niyyətlə 

hazırlamışdı. O, özünün məramını belə ifadə etmişdi: “Bu məcmuəni hər kəs oxusa 

–  böyük,  ya  kiçik  –  onun  qəlbi  açılıb  xəndan  olacaqdır.  Balalar  şad  olacaq  bu 

səbəbə ki, onda dərc olunan əsərlərin cümləsi onların dünyasındandır.” 

  Böyük  adamların  ürəklərinin  açılmasına  səbəb  bu  olacaqdır  ki,  onlar 

mütaliə  əsnasında  öz  uşaqlıq  vaxtlarını  ixtiyarsız  xatırlarına  gətirəcəklər.  Bu  isə, 

qəlbi şad etmək özlüyündə bir xidmətdir. Xalq qarşısında tarixi xidmətinin ifadəsi 

olan  “Balalara  hədiyyə”  1912-ci  ildə  Orucov  qardaşlarının  mətbəəsində  çapdan 

buraxılmışdı.  Kitab  əldən-ələ  gəzirdi.  Firidun  bəy  Köçərli  şifahi  ədəbiyyatın 

tədrisinin  təlimi,  tərbiyəvi  əhəmiyyəti,  el  ədəbiyyatının  bədii  –  estetik  dəyəri 

barədə  çox  gözəl  fikirlər  söyləmişdir.  O,  ağızda  söylənən  nağıl,  hekayətlərdən, 

cürbəcür  milli  nəğmələrdən,  aşıq  sözlərindən,  məsəllərdən,  tapmacalardan, 

yanıltmaclardan,  ağıcı  sözlərindən,  bayatılardan  ibarət”  olan  el  ədəbiyyatını 

cəmləşdirib  çapa  verməyi,  itib-batmaqdan  qorumağı  müasiri  olan  ziyalıların 

başlıca  vəzifəsi  sayırdı.  Deməli,  Firidun  bəy  Köçərli  ədəbiyyatın  öyrədilməsində 

məhz  folklor  materialları  ilə  başlamağı  zəruri  hesab  edirdi.  Bu  təbii  idi,  çünki 

folklor  söz  sənətinin  başlanğıcıdır,  şagirdlər  bunlarla  hələ  ailədə  ikən  tanış  olur, 



 

məişətdə  daim  eşidirlər.  Tarixi  keçmişini,  dilini,  vətənini  sevən  inkişaf  etmiş 



millətlər  öz  şifahi  xalq  ədəbiyyatı  nümunələrini  “kəmali-şövq  və  diqqətlə  cəm 

edib,  qiymətli  sərmayə  kimi  saxlayır  və  balalarının  ilk  təlim  və  tərbiyəsini  onları 

öyrətməklə başlayır”. 

  

Firidun  bəy  Köçərlinin  folklorşünaslıq  baxımından  dəyərli  fikirləri  təkcə 



bunlar deyil. Atalar sözləri və məsəllərin xalqın tarixi təcrübəsi və həyatı ilə bağlı 

yarandığını  qeyd  edən  ədəbiyyatşünas  nağılların  çoxunun  şadlıq  ilə  qurtardığını, 

qəhrəmanların  bəla  və  müsibətlərə  düçar  olduqlarını,  ağ  div  və  əjdahalarla 

qarılaşdıqlarını  göstərib,  epik  folklor  nümunələrinin  poetikasına  yığcam  şəkildə 

toxunmuşdu. 

    Uşaq  ədəbiyyatı  böyüməkdə  olan  nəslin  tərbiyəsində  böyük  əhəmiyyətə 

malikdir.  Balacaları  vətənpərvərlik,  humanizm,  düşmənə  nifrət,  beynəlmiləlçilik 

ruhunda tərbiyə etmək üçün yüksək səviyyəli uşaq əsərlərinin yazılmasına həmişə 

böyük  ehtiyac  olub.  Uşaqları  elm  öyrənməyə,  məktəbə  getməyə  həvəsləndirmək 

işində  Firidun  bəy  Köçərlinin  böyük  xidmətləri  var.  F.  Köçərlinin  “Balalara 

hədiyyə” kitabından “Oğlum” şeiri buna misaldır. 

Ay afərin gül oğlum, 

Gül oğlum, sünbül oğlum. 

Oğlum, oğlum, naz oğlum, 

Dərsindən qalmaz oğlum. 

Qələmini al ələ, 

Yaxşı-yaxşı yaz, oğlum. 

Oğlum gedər məktəbə, 

Oxur, çatar mətləbə. 

Dərsin oxur rəvanlar, 

Nə oxuyubdur, danışar...  

      


Firidun bəy Köçərlinin bu şeiri yazmaqda  məqsədi nəsihət verici sözləri ilə  

küçədə qaçmaq,  uşaqlarla savaşmaq, heyvanlara daş atmaq, quşları incitmək kimi 

əməlləri etməməyi şirin bir dildə balaca oxucusuna çatdırmaqdır. 

      


Uşaqlar  üçün  yazılan  əsərlərdə  müasir  dövrün  nəbzi  tutulmalı,  coşqun  və 

qaynar  həyatımız  öz  bədii  inikasını  tapmalıdır.  Bu  uşaq    yazıçılarını  düşündürən 

aktual  problemdir.  Firidun  bəy  Köçərlinin  folklorşünaslıq  baxımından  maraq 

doğuran  fikirləri  arasında  nağıllarda  heyvanat  qisminin  insana  mənsub  olan 

xasiyyətlərini ümumiləşdirib dəqiq səciyyələndirməsidir. 

      


“Balalara  hədiyyə”  kitabı  Azərbaycan  folklorunun  ilk  antologiyası  idi.  Bu 

kitab indi də uşaqlar üçün maraqlıdır, əzizdir. “Balalara hədiyyə” uşaqların fikrini 

aydınlaşdıran, xəyalını qanadlandıran, uşaqlara həyat və təbiət haqqında məlumat 

verən qiymətli bir inci xəzinəsidir. 

     

Dövrünün  ədəbi  hadisələrini  diqqətlə  izləyən  Firidun  bəy  Köçərli 



ədəbiyyatda  xəlqiliyin və  demokratik meyllərin inkişaf etdirilməsi üçün ciddi səy 

göstərmiş,  realizmin  yorulmaz  təbliğatçısı  olmuşdur.  Onun  C.Məmədquluzadə, 

M.Ə.Sabir,  Ə.Haqverdiyev,  N.Nərimanov  kimi  sənətkarların  əsərləri  və  “Molla 

Nəsrəddin”  jurnalı  haqqında  söyədiyi  fikirlər  tədqiqat  nöqteyi-nəzərindən  çox 

qiymətli  və  maraqlıdır.  Firidun  bəy  Köçərli  Azərbaycan  ədəbiyyatşünaslığı 


 

tarixində  ilk  dəfə  olaraq  XX  əsrə  qədərki  ədib  və  şairlərin  böyük  əksəriyyətini 



əhatə edən ədəbiyyat tarixini yazmağa təşəbbüs göstərmişdir. “Materiallar” da yüz 

iyirmi  doqquz  şairin  ədəbi  irsi  və  onlardan  böyük  bir  qisminin  ilk  dəfə  olaraq 

tərcümeyi-halı  verilmiş,  əsərləri  haqqında  orijinal  fikirlər  söylənmişdir.  Firidun 

bəy  Köçərlinin  ədəbiyyatımızın  M.Füzuli,  M.P.Vaqif,  M.F.Axundov,  Q.Zakir, 

S.Ə.Şirvani  kimi  görkəmli  simalarının  yaradıcılığına  həsr  edilmiş  tədqiqatı  onun 

Azərbaycan  ədəbiyyatına  çox  gözəl  aşina  olduğunu  göstərir.  Azərbaycan 

şairlərinin  tərcümeyi-hallarına  dair  ilk  geniş  məlumat,  ədəbiyyatımızın  və 

mədəniyyətimizin fəxri olan böyük  M.F.Axundzadə haqqında birinci kitab Firidun 

bəy Köçərli qələminin məhsuludur. 

      


Firidun  bəy  Köçərlinin  həm  tənqidi  məqalələrində,  həm  də  tədqiqatçılıq 

fəaliyyətində bariz şəkildə nəzərə çarpan xüsusiyyətlərdən biri və demək olar ki, ən 

başlıcası onun müasirlik probleminin ön plana çəkməsidir. Məşhur yazıçı-alim Mir 

Cəlal  Paşayev  onun  xidmətlərini  nəzərə  alaraq  demişdir  ki,  bir  institutun  görə 

bilmədiyi  işi  F.Köçərli  təkbaşına  görmüşdür.  Bu  görkəmli  maarifçi  iyirmi  ildən 

çox  Qoridə,  on  il  İrəvan  gimnaziyasında,  iki  ilə  yaxın  Qazax  seminariyasında 

azərbaycanlı  gənclərin  təlim-tərbiyəsi  ilə  məşğul  olmuş  və  “Azərbaycan 

ədəbiyyatı” kimi çox sanballı elmi əsər yazmışdır. Firidun bəy Köçərlinin dilə dair 

görüşlərində mətbuat dili məsələləri də mühüm yer tuturdu. Ümumiyyətlə, ədəbi-

bədii  dildə  olduğu  kimi,  burada  da  onun  ardıcılıqla  müdafiə  və  təbliğ  etdiyi  fikir 

mətbuatın xalq dilinə yaxın, aydın, sadə, anlaşıqlı bir dildə olması tələbi idi.  

F.Köçərli müasir ziyalılara və tələbələrinə Azərbaycan dilini yaxşı bilmək, bu dilin 

canlı  üslübunda  yazıb  yaratmaq  üçün  M.P.Vaqif,  M.V.Vidadi,  A.Bakıxanov, 

Q.Zakir,  M.F.Axundzadə,  S.Ə.Şirvani,  H.Zərdabi  kimi  yazıçıların  əsərlərini 

oxuyub öyrənməyi məsləhət görürdü. O, qeyd edirdi ki, Vaqifin adını eşitməyən və 

şənində  söylənən  “Hər  oxuyan  Molla  Pənah  Vaqif  olmaz”  məsəlini  bilməyən 

yoxdur.  Vaqifi  belə  şöhrətləndirən  ,  əlbəttə,  onun  rəvan  təbii,  mövzun  kəlamı  və 

gözəl qafiyələri olubdur”, şairin əsərləri indi də dillər əzbəridir. 

     

Klassiklərin məziyyətini  onların dilə ehtiram və məhəbbətində, söz ustaları 



olmalarında görən alim göstərirdi ki, “böyük ədiblərin yazısı həmişə  açıq və sadə 

olur.”  Firidun  bəy  Köçərlinin  fikrincə  Mirzə  Fətəli  Axundzadənin,  Qasım  bəy 

Zakirin,  Həsən  bəy  Məlikzadənin  asari-qələmiyyələri  bizim  bu  qövlümüzə 

şahiddir. 

     

Rus  ədəbiyyatını  həm  bir  müəllim,  həm  tənqidçi,  həm  də  tərcüməçi  kimi 



öyrənib  təbliğ  edən  Firidun  bəy  Köçərlinin  A.S.Puşkindən  “Torçu  və  balıq”, 

M.Lermantovdan “Üç xurma ağacı”, A.P.Çexovdan “At familiyası” kimi tərcümə 

əsərlərini  ədəbi  ictimaiyyət  rəğbətlə  qarşılanmışdı.  Bu  tərcümələr  ədəbiyyatımızı 

ideya cəhətdən daha da zənginləşdirmişdir.  

  Onun  M.F.Axundzadənin  “Aldanmış  kəvakib”  povestini  rus  dilinə 

çevirməsi də çox yaxşı bir təşəbbüs idi. Rus ədəbiyyatının Azərbaycanda yayılması 

və  təbliğində  Firidun  bəy  Köçərli  bir  çox  müasirlərindən  öz  işinin  ardıcıllığı  ilə 

seçilirdi.   

Beləliklə, görkəmli  ədəbiyyatşünas  alim,  tənqidçi  və  maarif  xadimi  Firidun 

bəy  Köçərlinin  elmi  fəaliyyəti  Azərbaycan  tarixinin  qiymətli səhifələrindən, onun 



10 

 

“Azərbaycan  ədəbiyyatı”  monoqrafiyası  isə  milli  ədəbiyyatşünaslığın  yeni 



istiqamətində  inkişafında  böyük  rol  oynayan  və  özünün  saysız-hesabsız  müsbət, 

mütərəqqi  cəhətləri  ilə  bu  gün  də  əhəmiyyətini,  təravətini  itirməyən  əsərlərdən 

biridir.  Bəli  F.Köçərli  sözü  ilə  işi  düz  gələn  şəxsiyyətdir.  Firidun  bəy  Köçərliyə 

görə kamil şair və ağıllı ədib həqiqətdə o  şair və o ədibdir ki, “öz millətinin dili ilə 

danışa, ürəyi ilə, hissi və ağlı ilə fikir edə. Çünki milləti haqq və savaba irşad edən, 

şöhrət və hörmətə yetirən onlardır.” 

Çox təəssüflər olsun ki, 1920-ci ildə Azərbaycan  Demokratik Cümhuriyyəti 

bolşevik-daşnaq qüvvələri tərəfindən süquta uğradılandan sonra başlanan faciə və 

məqsədli terror qurbanlarından biri Firidun bəy Köçərli olmuşdur. O, Gəncədə heç 

bir əsas olmadan güllələnmişdir. Bu hadisəni xalq şairi Mirvari Dilbazi şeir dili ilə 

oxucusuna aşağıdakı şəkildə çatdırır: 

Başına tuşlanan düşmən xəncəri 

Xalqının qəlbinə tuşlandı sənin. 

Bu müdhiş ölümün acı xəbəri 

Sağalmaz dərdidir bizim vətənin. 

 

                            Sinəmiz ocaqdır, sönmür məşəli, 



Yandıqca gur yanıb, yandırır bizi. 

O xəncər vuranın qurusun əli! 

İllər var göynədir ürəyimizi... 

 

                            O müqəddəs qanın tökülən yerə 



Ruhlar hər zaman səcdəyə gəlir... 

Dözməyib şair də bu bəd xəbərə, 

Gündə neçə dəfə dirilir, ölür. 

Xalqımız  böyük  mütəffəkirimiz  Firidun  bəy  Köçərlini  heç  vaxt 

unutmayacaq.       




Поделитесь с Вашими друзьями:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə