F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix15.04.2023
ölçüsü0,63 Mb.
#98271
  1   2   3   4   5   6



 

 
F. Köçərli adına


Respublika Uşaq Kitabxanası 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əbdüləzəl Dəmirçizadə dünyası
 
 
Əbdüləzəl Dəmirçizadənin 110 illik
yubileyi münasibətilə mərkəzi 
kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana 
filialları üçün hazırlanmış metodik vəsait 
Bakı – 2019 



Tərtibçilər: Aynurə Əliyeva 

Sevil Əhmədova
 
Redaktor: Könül Ağazadə 
 
İxtisas redaktoru və Şəhla Qəmbərova 
buraxılışa məsul: Əməkdar mədəniyyət işçisi
Əbdüləzəl Dəmirçizadə dünyası: Əbdüləzəl Dəmirçizadənin 
110 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq
şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün 
hazırlanmış metodik vəsait / Azərbaycan Respublikası 
Mədəniyyət Nazirliyi, F. Köçərli ad. Respublika Uşaq
Kitabxanası ; tərt.ed. A.Əliyeva; ixt.red. və burax.məsul
Ş. Qəmbərova ; red. K. Ağazadə. - Bakı : F. Köçərli ad. 
Respublika Uşaq Kitabxanası, 2019. - 20 s.  
 
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2019 



Giriş 
Tanrının inayəti ilə günəş türk bürclərində doğdu və göylərin 
bütün dairələri onların mülkləri üzərində döndü. Tanrı onlara 
türk adını verdi və onları yer üzünə hakim qıldı. Dövrümüzün 
xaqanlarını onlardan çıxardı, dünya millətlərinin idarə cilovunu 
onların əlinə tapşırdı, onları hamıdan üstün elədi, onları haqq 
üzrə qüvvətləndirdi. Türklərlə əlbir olanlarını və tərəfdarlarını 
əziz tutdu, türklərin sayəsində bütün arzularına çatdırdı, pislərin, 
qaragüruhun şərindən qorudu. Türklərin oxlarından qorunmaq 
üçün onların yolunu tutmaq hər bir ağıllı adama layiq və 
münasibdir. Dərdini söyləmək və türklərin könlünü fəth etmək 
üçün onların dilində danışmaqdan başqa yol yoxdur. Əgər kimsə 
öz qövmindən
ayrılaraq türklərə sığınsa, o bütün qorxu və 
bəlalardan xilas olar. Türk dilini öyrənmək çox vacib işdir, türk 
dilini öyrənmək ağıl əmr edir. İllərdən bəri istila və əsarət altında 
yaşayan türk qardaşlarımızın milli birlik və varlığını bu yolla 
tədqiq etmək, şübhəsiz, hər türk ziyalısının birinci və ümdə 
vəzifəsi olmalıdır... Türk dili qrupunun ən ümdə qollarından biri 
isə Azərbaycan dilidir. Azərbaycan dili Azərbaycanda və bir sıra 
qonşu ölkələrdə əsrlərdən bəri yaşayan azərbaycanlılara 
ünsiyyət vasitəsi kimi xidmət edən ana dilidir. Azərbaycan dili 
türk
dilləri ailəsinin qərb qrupuna mənsub olmaqla bu qrup 
daxilində mərkəzi mövqe tutan və geniş nüfuz dairəsinə malik 
olan bir dildir. Həm də bu qrupa mənsub dillər arasında ən əvvəl, 
yəni təqribən VII-IX əsrlər arasında ümumxalq dili halında 
formalaşmışdır. Bu dilin formalaşmasında misilsiz və 
əvəzolunmaz xidmət göstərən şəxsiyyətlərdən biri də
Azərbaycan EA-nın müxbir üzvü, filologiya elmləri doktoru, 
professor, Azərbaycan SSR Əməkdar elm xadimi, Azərbaycan 
SSR Dövlət mükafatı laureatı Əbdüləzəl Dəmirçizadədir. 
Ə.Dəmirçizadə ana dilinin, Azərbaycan türkcəsinin ürək 



döyüntülərini, qan yaddaşını duyurdu, o dilin keçib gəldiyi tarix, 
təkamül yollarının ayağı dəmir çarıqlı, əli dəmir əsalı müdrik 
yolçusu ola bilirdi. Tale onu dilimizin bəxtinə seçib 
göndərmişdi. O, Mahmud Kaşğarlı, Mirzə Kazımbəy, Bəkir 
Çobanzadə kimi elm korifeylərinin mənəvi varisi, sədaqətli, 
fədakar davamçısı idi. Azərbaycan dilçiliyinin gizli ciddi elmi 
təfəkkürə, yaradıcı milli alim şəxsiyyətinə olan böyük 
ehtiyacından yaranmışdı
Əbdüləzəl Dəmirçizadə. Bir vaxtlar 
böyük alim Bəkir Çobanzadənin aspirantı olan Əbdüləzəl 
Dəmirçizadə öz fonemenal araşdırmaları, fundamental elmi 
tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları ilə müasir 
Azərbaycan dilçiliyinin yolgöstərən ağsaqqallarından birinə 
çevrilmişdi. Onun elmi fəaliyyətində, yüksəlişində təsadüflər 
yox, zərurətlər intelekt və istedadın, zəhmət və fədakarlığın 
bütöv vəhdətinə əsaslanan halal, özünəməxsus təkamül yolu 
mühüm rol oynamışdı. Ziyalı qələm sahibi,
Azərbaycan dilçilik 
elmində məxsusi yer tutmuş görkəmli alim Əbdüləzəl 
Dəmirçizadənin 110 illik yubileyi münasibəti ilə yazılmış bu 
vəsaiti işləməyi özümüzə borc bildik. Vəsait iki hissədən 
ibarətdir. I hissə “Müasir Azərbaycan dili və Əbdüləzəl 
Dəmirçizadə” adlanır və Əbdüləzəl Dəmirçizadənin həyatından 
bəhs edir. II hissədə isə onun yaradıcılığından bəhs edən 
tədbirlərdən söhbət açılır. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin