F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix15.04.2023
ölçüsü0,63 Mb.
#98271
1   2   3   4   5   6
““Kitabi-Dədə Qorqud” dastanlarının dili” adlı kitab təhlili
edə bilər. Kitabxanaçı əvvəlcə adı çəkilən bu kitab haqqında 
məlumat verir. 
Kitabxanaçı: “Azərbaycan xalqının mühüm tarix və mədəniyyət 
qaynaqlarından biri olan “Kitabi-Dədə Qorqud” dastanının
yaranmasından 1300 ildən çox bir müddət keçir. Oğuz 
türklərinin tarixini əks etdirən “Kitabi-Dədə Qorqud” yüksək 
bəşəri ideallar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi 
sərvətlər xəzinəsinə daxil olmuşdur.
Ə.Dəmirçizadənin iyirmi ilə yaxın bir zaman bundan əvvəl 
“Azərbaycan ədəbi dili tarixi xülasələri” adlı kitabında
“Kitabi-Dədə Qorqud” dastanları şifahi
ədəbi dilimizin ilk 
abidələrindən sayılaraq onun dil xüsusiyyətlərinə 17 səhifə həsr 
edilmişdir.
“Kitabi-Dədə Qorqud” qəhrəmanlıq dastanları 
olduğu kimi, ümumxalq Azərbaycan
dilinin ilk təşəkkül 
dövrünün aydınlaşdırmaq üçün də zəngin və dolğun, həm də 
dürüst faktlar verən bir abidə olaraq o dövrdə müəllifin tədqiq 
etdiyi mühüm mənbələrdən biri olmuşdur və oxuculara təqdim 
olunan bu əsər də məhz bu dövrdə yazılmışdı.
Kitabxanada keçiriləcək ənənəvi tədbir forması kimi “Lalın 
dilini anası, dilin dilini Dəmirçizadə bilər”  adlı oxucularla kitab 


17 
müzakirəsi keçirilə bilər. Tədbir ali məktəbin filologiya 
tələbələri ilə keçirilir. Tədbirdə kitabxanaçının dəyərli 
məlumatlarından sonra iştirakçılar və oxucular ədibin həyat və 
yaradıcılığı haqqında öz fikirlərini bildirirlər. 
Azərbaycan dili ədəbi rəsmi dövlət dilidir. Azərbaycan ədəbi 
dilinin belə bir yüksək hüquqa malik olması onun şifahi qolunun 
qurultay, konfrans, məruzə, mühazirə dili kimi də tam halda 
formalaşmasına imkan yaratmışdır. Beləliklə də müasir 
Azərbaycan dili bütün üslub qolları üzrə şaxələnərək hərtərəfli 
inkişaf etmiş dillərdəndir.
Müasir Azərbaycan ədəbi dili dedikdə əsasən müasir dövrdə 
yüksək səviyyəli, hərtərəfli inkişaf etmiş və bütün sahələr üzrə 
hər cür anlayışı ifadə etmək imkanları olan Azərbaycan ədəbi 
dili nəzərdə tutulur. Azərbaycan EA-nın müxbir üzvü, filologiya 
elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar elm 
xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı Əbdüləzəl 
Dəmirçizadənin böyük araşdırma və tədqiqatlar nəticəsində 
yazdığı “Müasir Azərbaycan dili” kitabı ali məktəblərin 
filologiya fakültələrinin müəllimləri və tələbələri üçün
nəzərdə tutulmuş bu dərslik üç hissədən ibarətdir. Birinci 
hissədə ̶ “Müasir Azərbaycan ədəbi dilinin fonetikası” bəhsində 
fonetik qanunlar, vurğu, intonasiya və eləcə də hecaların növləri 
haqqında geniş məlumat verilir. İkinci hissə “Müasir 
Azərbaycan dilinin orfoepiyası” bəhsidir. Burada müasir 
Azərbaycan dilinin orfoepiyasının əsasları, saitlərin, samitlərin 
və mürəkkəb sözlərin tələffüz qaydaları izah olunur. Üçüncü 
hissədə ̶ “Müasir Azərbaycan dilinin orfoepiyası” bəhsində 
Azərbaycan dilinin yazısı və orfoqrafiyası haqqında qısa 
məlumat verilir. 
Kitabxanada 
keçiriləcək tədbirlərdən ən möhtəşəmi
ədəbi-bədii gecədir. Əbdüləzəl Dəmirçizadəyə həsr olunmuş 
“Yaradıcılıq yollarında” adlı ədəbi-bədii gecəyə Azərbaycanın 


18 
görkəmli ədiblərini, dilçi-alimlərini, folklorşünas və sənət-söz 
adamlarını dəvət etmək olar. Tədbir iştirakçıları kitab sərgisi ilə 
tanış olduqdan sonra zalda əyləşirlər. Görkəmli elim xadimi
haqqında slayd göstərildikdən sonra tədbiri açıq elan etmək üçün 
aparıcılar səhnəyə daxil olurlar. 
Azərbaycan dilçilik elmində məxsusi yer tutmuş görkəmli 
alim Əbdüləzəl Dəmirçizadənin anadan olmasının 110 illiyinin 
yüksək səviyyədə qeyd olunması, dövlətimizin, ilk növbədə, 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 
elmə və elm adamlarına verdiyi dəyərin nümunəsidir. 
O, dəmirçioğlu idi. Taleyində nəslinin dəmirçi möhkəmliyi 
ilə şəxsiyyətinin elmi-intelektual ucalığı qovuşmuş, bütöv 
vəhdət yaratmışdı. Bədii təxəyyül zənginliyi, elmi təfəkkür 
qüdrəti ilə sonsuz zəhmətdən, fədakar, yaradıcı əməkdən 
yaranmışdı. Professor Əbdüləzəl Dəmirçizadə dünyası... 


19 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin