F. Köçərli adına Respublika Uşaq Kitabxanası


Yubiley tədbirlərinin keçirilməsi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix15.04.2023
ölçüsü0,63 Mb.
#98271
1   2   3   4   5   6
Yubiley tədbirlərinin keçirilməsi 
 
Görkəmli tədqiqatçı Əbdüləzəl Dəmirçizadənin anadan 
olmasının 110 illik yubileyi ilə əlaqədar olaraq, bir sıra
tədbirlər: kitab müzakirəsi, oxucu konfransı, rəsm və şeir 
müsabiqəsi, icmal, dəyirmi masa, ədəbi-bədii gecə keçirilə bilər. 
Şairi sevdirmək, yaradıcılığını gənc nəslə və şagirdlərə tanıtmaq 
məqsədilə kitabxanada kitab sərgisi təşkil olunmalıdır. Sərgiyə 
müxtəlif başlıqlar verilə bilər: “Dilimizin ustadı –
Əbdüləzəl 
Dəmirçizadə”, “Dilimizin Dəmirçizadə üslubu”, “Yaradıcılığı 
min rəngə boyanan insan”,
“Onun elmi araşdırma arealı heyrət 
doğuracaq genişlikdədir”,
“Tale onu dilimizin bəxtinə seçib 
göndərmişdi”,
“Dilçilik azmanı”,
“Lalın dilini anası, dilin dilini 
Dəmirçizadə bilər”, “Əbdüləzəl Dəmirçizadə dünyası” və s.


11 
Kitabxanada keçiriləcək ənənəvi tədbir forması kimi 
“Azərbaycan folkloruna can verən ustad” adlı oxucularla 
söhbət keçirilə bilər. Tədbirdə kitabxanaçının dəyərli 
məlumatlarından sonra iştirakçılar və oxucular ədibin həyat və 
yaradıcılığı haqqında öz fikirlərini bildirirlər.
Kitabxanaçı: Azərbaycan Elmər Akademiyasının müxbir üzvü, 
filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar 
elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı 
Əbdüləzəl Dəmirçizadə Azərbaycan dilçiliyində məktəb 
yaratmış alimlərimizdən biridir. 
Onu xüsusi vurğu və məmnuniyyət hissi ilə xatırlatmaq 
istərdik ki, böyük alimin həyatının və elmi axtarışlarının çox 
böyük hissəsi Azərbaycan ali məktəbləri arasında özünəməxsus 
yerini bütün zamanlarda da qoruyub saxlamış Azərbaycan 
Dövlət Pedaqoji Universiteti ilə sıx bağlı olmuşdur. 
Azərbaycan dilçilik elmini şərti olaraq iki mərhələyə ayıran 
professor Ağamusa Axundovun bölgüsü ilə razılaşaraq onu 
deməyi zəruri hesab edirik ki, müasir dilçilik elminin 
fundamental əsasları ikinci mərhələdə qoyulubdur. Həmin 
əsaslar şərqşünas, tarixçi, türkşünas, Rusiya Elmlər 
Akademiyasının ilk azərbaycanlı üzvü Mirzə Kazım bəyin
1839-cu ildə “Demidov” Mükafatına layiq görülən “Türk-tatar 
dillərinin ümumi qrammatikası” adlı fundamental elmi 
monoqrafiyası ilə yarandı. Bu əsərində Kazımbəy osmanlı, 
Azərbaycan və digər türk dillərinin və ya o zaman deyildiyi 
kimi, dialektlərinin fonoloji, morfoloji və sintaktik təhlil və 
müqayisəsini aparırdı. Bu kitabın ən böyük uğuru isə ondan 
ibarət idi ki, burada Azərbaycan dilinin tədqiqi Avropa 
qrammatikalarının tələbləri səviyyəsində tədqiqata cəlb 
olunurdu, başqa sözlə desək, ondan sonra gələcək tədqiqatlar 
üçün istiqamət müəyyənləşdirmişdi. 


12 
Beləliklə, XX əsrin əvvəllərində Budaqovun “Praktiçeskoye 
rukovodstvo tureçsko-azerbaydjanskoqo nareçiya”, Nəriman 
Nərimanovun “Samouçitie tatarskoqo yazıka azerbaydjanskoqo 
nareçiya” kitabları Mirzə Kazım bəydən başlanan axtarışların 
davamı oldu. Daha sonra, ötən əsrin 20-ci illərində İsmayıl 
Hikmət, Abdulla Şaiq, Seyid Mirqasımzadə, Cavad Axundzadə, 
Cavad Əfəndizadə, Mustafa Tofiq və başqaları bu axtarışlara 
qoşuldu. 
Ötən əsrin 20-ci illərində isə Bəkir Çobanzadənin “Mirzə 
Fətəli Axundov və azəri ləhcəsi”, Abdulla Tağızadənin “Türk 
dilçiliyi və əski türk dilləri” və digər əsərlərlə başlanan bu iş 
həmin əsrin 30-cu illərində Əbdüləzəl Dəmirçizadənin 
“Azərbaycan ədəbi dil tarixi xülasələri” kitabı ilə davam 
etdirildi. Onun sonradan yazaraq nəşr etdirdiyi “ “Kitabi-Dədə 
Qorqud” dastanının dili” monoqrafiyası ilə davam etdirilən bu iş 
böyük tədqiqatlar üçün stimul verdi. 
Söhbət həmin Dəmirçizadədən gedir ki, Azərbaycan 
dilçiliyində yeni bir dalğa yaradan, lakin sonradan repressiyanın 
qurbanına çevrilmiş Bəkir Çobanzadə və Abdulla Tağızadənin 
yarımçıq qoyduğu işləri davam etdirdi. 
1936-cı ildə yazdığı “Türk dili” kitabı ilə o vaxtkı elmi 
ictimaiyyətin diqqətini cəlb edən Dəmirçizadənin iki ildən sonra 
çap etdirdiyi “Azərbaycan ədəbi dili tarixinin xülasələri” əsəri 
onu gələcək elmi uğurlarına aparacaq yola təsadüfən 
çıxmadığını göstərəcək. Təsadüfi deyil ki, bu kitabı ilə o, 
Azərbaycan sərhədlərini aşaraq zəmanəsinin ən böyük 
alimlərinin – türkoloq, SSRİ Elmlər Akademiyasının müxbir 
üzvü Yevgeniy Bertels və şərqşünas-türkoloq, qədim türk runik 
yazılarının tədqiqatçısı, SSRİ Elmlər Akademiyasının müxbir 
üzvü Sergey Malovun diqqətini cəlb etdi. 1940-cı ildə filologiya 
elmləri namizədi olan Dəmirçizadə cəmi dörd ildən sonra 
fundamental elmi axtarışların nəticəsi olan “Azərbaycan dilinin 


13 
tarixi” əsərini nəşr etdirdi. Eyni mövzu üzrə doktorluq 
dissertasiyası müdafiə edən alim bir ildən sonra professor 
vəzifəsinə təyin edildi. Onu qeyd edək ki, Əbdüləzəl 
Dəmirçizadənin bu kitabı dövrünün ən böyük alimləri, SSRİ 
Elmlər Akademiyasının həqiqi üzvləri İvan Meşaninov və 
Vasiliy Struvenin diqqətini cəlb etdi və nəinki Azərbaycan 
dilçiliyində, ümumiyyətlə, türkologiyada hadisəyə çevrildi. 
Sadalanan faktlar Əbdüləzəl Dəmirçizadənin elmə gəldiyi ilk 
on ilin nəticələridir. 1943-cü ildə o zamankı Azərbaycan 
Pedaqoji İnstitutunda “Azərbaycan dilçiliyi” kafedrasına 
rəhbərlik etməyə başlayan və 36 il müddətində həmin kafedranın 
müdiri vəzifəsində çalışan alim bu illərdə elmi axtarışlarla 
intensiv şəkildə məşğul olmaqla bərabər, pedaqoji fəaliyyətinə 
də ara vermədi. 
1955-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilən 
Əbdüləzəl Dəmirçizadə Azərbaycan dil tarixini fundamental 
tədqiqata cəlb edərək tarixin müxtəlif mərhələlərinə məxsus dil 
hadisələrini öyrənmiş, türkdilli ailəyə mənsub olan Azərbaycan 
dilinin müqayisəli təhlilini apara bilmiş, özünün qazandığı elmi 
nəticələrlə bərabər, yeni yetişəcək və özlərini “Dəmirçizadə 
məktəbi”nin nümayəndələri hiss edən alimlər üçün yeni 
tədqiqatın üfüqlərini göstərmişdir. Elmi axtarışlarını 20-dən 
artıq kitabda və 200-dən artıq elmi və elmi-pedaqoji məqalədə 
ümumiləşdirən Əbdüləzəl Dəmirçizadənin elmi araşdırma arealı 
istənilən alimi heyrətləndirəcək genişlikdədir. Bunun üçün onun 
Azərbaycan dilçiliyinin tədqiqata cəlb edilmiş sahələrinə 
baxmaq kifayət edər. İstər dil tarixi, fonetika və ya orfoepiya, 
istər etimologiya, yaxud üslubiyyat, hansı sahələr olursa-olsun, 
Dəmirçizadə ardıcıldır və həmin ardıcıllığın bəhrini hər 
məqamda görmək olur. Professor haqlı olaraq hesab edirdi ki, 
dil canlı orqanizm olmaqla bərabər, özünün dərin qatlarında 
mənsub olduğu xalqın tarixini yaşadan ən başlıca faktordur. Bu, 


14 
onun gələcəkdə də tədqiqatları zamanı sadiq qalacağı başlıca 
elmi postulatlardan biri, bəlkə də birincisi idi.
Yeri gəlmişkən, Azərbaycan dilinin tarixi qrammatikasını 
araşdırarkən professor Dəmirçizadənin söykəndiyi mənbə XI 
əsrin ən böyük türkoloq-filoloqu, etnoqraf, ilk türk 
ensiklopedisti və türkologiyanın banisi Mahmud Kaşğarinin 
əsərlərindəki dil nümunələri olmuşdur. Bu, ötən əsrin 30-cu 
illərində elmi axtarışlara başlayan gənc alimin, sözün birbaşa 
mənasında müəllimi Bəkir Çobanzadənin başladığı, lakin Stalin 
repressiyasının yarımçıq qoyduğu elmi tədqiqatların verdiyi 
ilkin nəticələr idi. Alim ömrünün sonunacan həmin nəticələrin 
etibarlılığı üçün çalışdı. Onun elmi-tədqiqatlarının məntiqi 
yekunu olaraq ötən əsrin 60-cı illərinin sonunda nəşr etdirdiyi 
“Azərbaycan dilinin tarixi qrammatikası” və ölümündən sonra 
çap olunmuş “Azərbaycan ədəbi dilinin tarixi (II hissə)” 
kitabları yalnız Azərbaycan dilçiliyi üçün deyil, türkologiya 
üçün də dəyər daşıdı. 
Professor Dəmirçizadənin sonrakı araşdırma sahələri 
sırasında üslubiyyat başlıca yer tutur. Üslub haqqında onun 
gəldiyi nəticə belə idi: “Nitq üslubu danışanın (eləcə də yazanın) 
dil vasitələrindən, onun fonetik, leksik və qrammatik 
imkanlarından məqsəd və məqama uyğun istifadə edə bilmə 
tərzidir, sistemidir”. 
Bu, professor Əbdüləzəl Dəmirçizadənin elmi qənaətidir və 
zaman keçdikcə, o qənaət daşlaşmış həqiqətə çevrildi. “Üslub 
fərdidir, danışanların hər birinin özünəməxsus nitq üslubu 
vardır”- bu fikir də görkəmli alimə məxsusdur. O, haqlı olaraq 
hesab edirdi ki, insanlar müəyyən xüsusiyyətlərinə görə seçilib, 
fərqləndiyi kimi, danışıq üslubuna görə də nə qədər eynilik olsa 
belə, fərqlidirlər. Buna görə də professor birmənalı olaraq, belə 
fikirləşirdi: dil vahidlərinin üslubi keyfiyyətləri müxtəlifdir. Bu 
keyfiyyətlər dilin fonetikası, leksikası və qrammatikasının 


15 
imkanları sayəsində yaranır, nitqə üslubi çalarlıq gətirir, onu 
səlis, çevik, mənalı və kəsərli edir, estetik təsir gücünü artırır. 
Dil vahidlərinin üslubi imkanlarından söhbət açan professor 
Əbdüləzəl Dəmirçizadə yazırdı: “Üslub dedikdə biz sözlərin, 
ifadələrin, qrammatik vasitələrin və fonetik imkanların 
məqsədəuyğunluq əsasında seçilmiş vahidlər sistemini başa 
düşürük”. Fonetik, leksik, morfoloji, sintaktik normalar ədəbi 
dilin strukturu ilə bağlı olub nitqin düzgünlüyünü təmin edirsə, 
üslub normaları leksik-qrammatik normaların bir növ törəməsi 
olub nitqin gözəlliyini, ifadəliliyini, dəqiqliyini artırmaqla 
ünsiyyəti asanlaşdırır, onun təsirli, cəlbedici olmasını, danışan, 
oxuyan və dinləyənin ən incə məqamları, mətləbləri ifadə və 
dərk edə bilməsini təmin edir. Bunlar da alimin əsaslandırılmış 
elmi mülahizələridir. Onu qeyd etməyi hökmən lazım bilirik ki, 
dilçiliyimizdə üslubiyyatın fundamental olaraq tədqiqata cəlb 
edilməsi, öyrənilməsi işində Əbdüləzəl Dəmirçizadə birincilər 
cərgəsindədir. Alimin 1962-ci ildə nəşr etdirdiyi “Azərbaycan 
dilinin üslubiyyatı” adlı kitabı buna görə də nəşr olunduqdan 
dərhal sonra dilçiliyimizdə hadisə kimi qəbul edildi.
Professor Dəmirçizadənin ədəbi dil ilə bağlı gəldiyi elmi 
mülahizələri, bu problemə yanaşmaları ibrətamiz idi. Həmin 
ibrətamizlik alimin “Azərbaycan dilinin üslubiyyatı” kitabında 
belə ifadə olunur: “Bəziləri ədəbi dil dedikdə ancaq yazılı dili 
qəbul etmişlər, bu sıraya şifahi ədəbi dili aid etmək isə ağıllarına 
gəlməyib. Buna görə də ədəbi dil və onun inkişafı dedikdə ancaq 
yazılı sənədlərin, nəhayət, kitabların dilini tədqiq etməkdən 
uzağa getməyiblər. Bu isə “yazısı olmayan xalqın ədəbi dili ola 
bilməz” kimi yanlış anlayışı meydana çıxarmış, yaxud bu və ya 
digər xalqın ədəbi dilinin başlanğıcını həmin xalqın yazıya 
malik olduğu dövrdən hesab etmək kimi yanlış praktikanı 
yaratmışdır”.


16 
Görkəmli alim, böyük vətənpərvərin Azərbaycan xalqı və 
elmi qarşısındakı xidmətləri heç vaxt unudulmur. Bakıdakı 
küçələrdən biri bu gün onun adını daşıyır, vaxtilə yaşadığı 
binanın fasadına isə xatirə lövhəsi vurulub. 
Bu gün də Azərbaycanın ali məktəblərində təhsil alan 
tələbələr Əbdüləzəl Dəmirçizadənin dərs vəsaitləri əsasında 
dilin əsaslarını öyrənir, tədqiqatçılar isə professorun kitablarını 
ən etibarlı mənbə kimi istifadə edirlər. 
Kitabxanada keçiriləcək ənənəvi tədbir forması kimi kitab 
müzakirəsi də keçirilə bilər. Oxucuların istəyini nəzərə alan 
kitabxanaçı oxucularla birgə Əbdüləzəl Dəmirçizadənin 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin