20 Yanvar faciəsinin 26-ci ildönümü münasibətilə QƏHRƏmanliq və İFTİxar tariXİMİZ (metodik vəsait) baki 2 0 16



Yüklə 400.7 Kb.
səhifə1/4
tarix17.04.2017
ölçüsü400.7 Kb.
  1   2   3   4
m

20 Yanvar faciəsinin 26-ci ildönümü münasibətilə
c:\users\user\desktop\qerrr.jpg

QƏHRƏMANLIQ VƏ İFTİXAR TARİXİMİZ

(metodik vəsait)

B A K I - 2 0 16

Tərtibçi: Könül Səmədzadə

Redaktor və

buraxılışa məsul: Şəhla Qəmbərova




Tarixin qan yaddaşı: 20 Yanvar faciəsinin 26-ci ildönümü münasibətilə respublika uşaq kitabxanaları üçün hazırlanmış metodiki vəsait /tərt. ed. K.Səmədzadə; red. və burax. məsul Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2016.- 75 s.

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası 2016
Tərtibçidən

XX əsr tarixinə insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 1990-cı ilin 20 Yanvar hadisələrinin 26-ci ildönümü ərəfəsindəyik. Xalqımızı qəlbən sarsıtmış bu faciənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif rəylərə rast gəlinsə də, bütün əks mövqelər məhz bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və gen vasitəsilə ötürülmüşdür. Tariximizin 20 yanvar səhifəsinin unikallığı isə ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq nümunəsidir.

Bəli elə bu qəhrəmanlıq və faciə hissimizi bir daha yada salmaq biz kitabxanaçıların ən ümdə vəzifəsidir. Xalqımızın bu qanlı olayla bağlı qədirbilən oxucularımıza təqdim etdiyimiz metodiki vəsaiti hazırlamağımızda məqsədimiz hər iki anlamı özündə birləşdirən 20 Yanvar hadisələrinə 26 illik zaman kəsiyindən nəzər yetirib, bir sıra suallara cavab axtarmaqdır. Metodiki vəsait əsasən üç bölmədən ibarətdir.

I Bölmə. 20 yanvardan başlanan faciə.

II Bölmə. Tariximizin qanlı və şanlı səhifəsi.

III Bölmə. Uşaq kitabxanalarında 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər.

Metodik vəsaitdən əsasən məktəb, kollec, lisey, gimnaziya və s. Kitabxanalar istifadə edə bilərlər.



I Bölmə:

20 Yanvardan başlanan faciə.

Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin qanlı yanvarından 26 il ötür. Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşmüşdür. Həmin gün müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbiri Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi. Artıq çökməkdə olan sovet reyimi son günlərində bütün tarixi ərzində törətdiyi cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktı da əlavə etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təpədən-dırnağa qədər silahlanmış sovet ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə və Azərbaycanın bir sıra digər rayonlarına yeridilərək Azərbaycan xalqına vəhşicəsinə divan tutdu. O vaxt SSRİ rəhbərliyinin açıq şəkildə Ermənistanın respublikamıza qarşı ərazi iddialarını dəstəkləməsi və Azərbaycan rəhbərlərinin xəyanətkar siyasət yeritməsi xalqı qəzəbləndirmişdi. Torpaqlarının bir qarışını da düşmənə qıymayan xalq ayağa qalxmış və bu ayrı-seçkiliyə, ədalətsizliyə dözməyərək, “Torpaqdan pay olmaz!” deyərək etiraz səsini ucaltmışdı. Öz konstitusiya hüquqlarının bərqərar ediməsi tələbi ilə küçə və meydanlara çıxan dinc əhali qəflətən gülləboran edildi, insanlar hətta faşistlərin də törətmədikləri qəddarlığa məruz qaldılar. Küçə və meydanlar insan qanına boyandı. Yüzlərlə dinc əhali qətlə yetirildi, ağır yaralandı, ömürlük şikəst oldu. Sovet reyiminin bu qanlı terror aktı barədə bütün dünyaya məlumat yayıldı.

1987-ci ildə Heydər Əliyev min hiylə və məkrlə keçmiş SSRİ-nin rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Azərbaycanın düşmənlərinin, ölkəmizə qarşı torpaq iddiasında olan nankor qonşumuzun sanki əlləri-qolları açıldı. Bununla da Azərbaycanın tarixində növbəti dəhşətli anlar mərhələsi başlandı. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan torpaqlarına təcavüz planlarını gerçəkləşdirə bilməyən qüvvələr fəallaşaraq öz işğalçılıq niyyətlərini həyata keçirməyə başladılar. Bu işdə keçmiş SSRİ rəhbərliyinə arxalanan təcavüzkar Ermənistan Azərbaycan ərazilərinə iddialarını daha həyasız şəkildə irəli sürürdü. Bu haqsızlığa etiraz edən xalqın səsini boğmaq üçün qanlı terror aktına əl atan Sovet rejimi Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmətdə olan erməniləri respublikamızın üzərinə göndərdi. Sovet ordusunun şəhərə girməsi Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi, SSRİ Ali Sovetinin 19 yanvar 1990-cı il tarixli qərarı, eləcə də keçmiş SSRi-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun razılığı ilə olmuşdur. Azərbaycanı sovet imperiyasının buxovlarında saxlamaq, sovet reyiminin hegomonluğunu hələ uzun müddət davam etdirmək və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu yeridilmişdi. Sonradan məlum oldu ki, xalqın haqq səsini batırmaq üçün 35 minlik ordu yeridilibmiş. Azərbaycan xalqına divan tutulması üçün SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin hazırlayıb həyata keçirdiyi əməliyyatda xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları əsas vəzifələrin icraçıları olublar. Mixail Qorbaçov başda olmaqla Sovet imperiyasının digər rəhbərləri də milli ayrı-seçkilik bəhanəsindən istifadə edərək öz çirkin niyyətlərini həyata keçirdilər. Guya Bakıya yeridilən qoşun hakimiyyəti zorakı yollarla ələ keçirməyə çalışan 2 millətçi “ekstremistlər”i zərərsizləşdirəcək və hərbçi qulluqçuların ailələrini qoruyacaqmış. Bu, qabaqcadan hazırlanmış uydurma plan idi. Elə həmin vaxt Bakıda daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. Sovet dövləti tabeçiliyində olan həmin qüvvələrdən istifadə edə bilərdi.

1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq Bakıda fövqaladə vəziyyət elan olunması haqqında fərman imzaladı. Lakin buna baxmayaraq, Bakıda dinc əhaliyə divan tutulması üçün hazırlanmış plan məxfi şəkildə həyata keçirilirdi. İlk növbədə, Azərbaycan televiziyasının enerji bloku partladıldı. Bu əməliyyatı SSRİ DTK-nın “ALFA” qrupu yanvarın 19-da həyata keçirdi. Respublika üzrə televiziya verlişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan olunmasından xəbərsiz əhaliyə amansız divan tutdu. Günahsız insanları tankların tırtılları altında xıncım-xıncım edərək, qadağan olunmuş güllələrlə qətlə yetirərək bəşər tarixində görünməyən vəhşiliyə əl atdı. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yanvarın 20-də səhər saat 7.00-da respublika radiosu ilə bildirildi. Buna qədər yüzlərlə insan qətlə yetirilmiş, çoxlu sayda insan isə ağır vəziyyətdə xəstəxanalara yerləşdirilmişdi. Nəticədə ölənlərin sayı 137-yə çatdı. 700-dək adam ağır bədən xəsarəti aldı, 800 nəfərdən çox Azərbaycan vətəndaşı qanunsuz həbs edildi. Həlak olan dinc sakinlər arasında uşaqlar, qocalar, gənclər və qadınlar var idi. Bakının zəbt edilməsinə və sovet ordusunun dinc əhalini amansızcasına qətlə yetirilməsi əməliyyatına SSRİ müdafiə naziri Yazov rəhbərlik edirdi. Azərbaycanın o vaxtkı rəhbərliyi isə qətiyyətsizlik, qorxaqlıq və siyasi təslimçilik nümayiş etdirdi. Azərbaycana qarşı soyqırımı həyata keçirmiş Sovet rejiminə qarşı ən kəskin bəyənatı, o vaxt Moskvada yaşayan, ermənilərin fitvası, min hiylə və məkri ilə 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılmış, lakin hələ də təqib və təzyiqlərə məruz qalan ümummilli lider Heydər Əliyev verdi. Ulu öndər faciə törədiləndən bir gün sonra yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi, dünyanın bütün kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısında SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı kəskin pislədi, bunu insanlığa, humanizmə sığışmayan hərəkət kimi qiymətləndirdi. O, bu dəhşətli faciəyə siyasi qiymət verilməsini tələb etdi. Təəssüflər olsun ki, Azərbaycanın o vaxtkı rəhbərliyi yenə də kölə psixologiyasından əl çəkməmiş, bu qanlı cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olmuş SSRİ rəhbərliyinin mövqeyini dəstəkləmiş cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü heç bir tədbir görməmişdir. Əksinə, bu qanlı cinayəti ört-basdır etmək üçün bütün vasitələrə əl atmışdır.

20 Yanvar faciəsinə ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də bu məsələni geniş müzakirə edərək qanlı hadisəyə siyasi-hüquqi qiymət verdi. Həmin vaxt qəbul edilmiş böyük əhəmiyyət kəsb edən bu sənəddə qeyd olunurdu ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.S.Qorbaçov, Sov,İKP.MK katibi A.Girenko, SSRİ müdafiə naziri V.Bakatin, Sov.İKP MK-nın məsul işçisi A.Mixaylov, Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov, Nazirlər Sovetinin sədri A.Mütəllibov, Azərbaycan KP MK-nın büro üzvləri V.Polyaniçko, M.Məmmədov, V.Hüseynov xalqımıza qarşı törədilən bu siyasi və hərbi qəsd üçün birbaşa məsuliyyət daşıyır və cavabdehdirlər.

Ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu dəhşətli cinayət hadisəsinə obyektiv qiymət verildi. Məhz ulu öndərin təklifi ilə 1994-cü ildə 20 Yanvar hadisələrini yetərincə qiymətləndirmək istiqamətində addımlar atıldı. Böyük tarixi şəxsiyyətin fərmanı ilə 137 nəfərə 20 Yanvar şəhidi adı verilmiş, onların ailələrinə birdəfəlik yardım göstərilmişdir.

Ümummilli lider 20 Yanvar günü imperiya qoşunları qarşısında mərdi-mərdanə dayanan Azərbaycanın mərd oğul və qızlarının bu dəyanətini çox yüksək qiymətləndirərək demişdir: “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.

1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan xalqı özünün milli mənliyini qorumaq üçün canlarından keçən övladları ilə fəxr edir.”

Bakının ən yüksək, ən gözəl nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var: Şəhidlər xiyabanı. Ölkəmizə rəsmi səfərə gələn xarici qonaqlar Şəhidlər Xiyabanına aparılır, Vətən uğrunda canlarını qurban verən mərd oğul və qızlarımızın məzarları üstünə gül dəstələri qoyulur, onların unudulmaz xatirələri yad edilir. Ümummilli lider Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev şəhid ailələrinə böyük diqqət və qayğı göstərir, onları yeni mənzillərlə təmin edir, digər ehtiyaclarını ödəyir. Dövlət başçımızın göstərişi ilə Şəhidlər Xiyabanında hər il abadlıq və yenidənqurma işləri aparılir. Vətənimizin müstəqilliyi, azadlığı uğrunda canlarını qurban verən mərd oğul və qızlarımızın əziz xatirələri qəlbimizdə həmişə yaşayacaq. 20 Yanvar faciəsi istiqlaliyyətə can atan xalqımızın mübarizliyini, qəhrəmanlığını, qorxmazlığını, cəsarətini nümayiş etdirdi. Xalqın qanı bahasına qazanılmış müstəqillik əbədi və daimidir.
II Bölmə:

shahidlar.jpg


Tariximizin qanlı və şanlı səhifəsi
Xalqımız 1990-cı ilin müdhiş 20 Yanvar faciəsini heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi, bu bütün Azərbaycan xalqına, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır.

Ümumilli lider Heydər Əliyev

Hər bir xalqın ağrı-acısını, dərd-kədərini, faciələrini tarixdə yaşadan, unutmağa qoymayan minlərlə bədii əsəri, şeiri, musiqisi, kinosu, rəssamlıq və memarlıq nümunələri var. Belə əsərlər ruhu oxşayır, dərdlərin təsəllisinə çevrilir, insanlara faciələrdən güc almaq dərsi öyrədir. Axı, şeir, musiqi, bədii və təsviri sənət qədər insanı yaşadan möcüzə yoxdur..

Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi olan 20 yanvardan 26 il ötür. Ölkəmizin ən yeni tarixində istiqlal mücadiləsinin dönüş nöqtəsi olan bu günün, bütövlükdə bu hadisələrin mahiyyət etibarilə dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir. Müstəqil Azərbaycan dövlətinin başçısı İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində ardıcıl iş aparılır.

20 Yanvar 1990-cı il... Həmin gün çökməkdə olan sovet imperiyası son gücünü toplayaraq azadlıq və istiqlaliyyat uğrunda mübarizəyə qalxan xalqımızı fiziki və mənəvi təcavüzə məruz qoydu. O müdhiş gecədə güclü zirehli texnika ilə silahlanmış ordu əliyalın, köməksiz insanları al qanına boyadı. Qadağan olunmuş güllələrdən istifadə edərək neçə-neçə soydaşımızı al qana qərq etdilər, nə qədər insan yaralanaraq şikəst oldu, qaçıb canını qurtarmaq istəyənlər təqibə məruz qalaraq vəhşicəsinə öldürüldü, köməyə gələn təcili yardım maşınları gülləboran edildi...

Bir vaxtlar dostluq, qardaşlıq, bərabərlik haqqında müqavilələrə imza atan barmaqlar o gecə od saçan silahların tətiyinə yönəldi və atəş səsləri Bakını bürüdü. O gecə neçə-neçə qoca, cavan, qadın, uşaq qanına qəltan edildi. Azadlıq ordusunun gözü qızmış əsgərləri, Şimalı Qafqazdan səfərbərliyə alınmış erməni qaniçənləri azadlıq mübarizəsinə qalxmış silahsız xalqa divan tutdular. Tankların tırtılları qan gölünə dönmüş Bakı küçələrində irəlilədikcə günahsız qurbanların sayı artırdı...

20 Yanvar təkcə Bakı qırğınları ilə qurtarmadı. Bir məmləkətin neçə-neçə bölgəsində axıdıldı nahaq qan. Neçə-neçə oğullarımız “uf” demədən özlərini qurban verdilər. Azadlıq hərəkatı yolunda.

Şəhidlər ölməzdir! Onlar Azərbaycan xalqının Azadlıq hərəkatı tarixini öz qanları ilə yazan ilk qaranquşlar kimi müstəqil dövlətimizin səmasında daim dolaşmaqdadır.

III Bölmə:

Faciənin 26-ci ildönümü əlaqədar keçirilən tədbirlər.
Bəli, bu qanlı olaydan nə az, nə çox düz 26 il ötür. Bu münasibətlə respublikanın hər bir yerində tədbirlər planı hazırlanmışdır. Hər il olduğu kimi bu il də şəhidlərimiz yad olunur, onların xatirəsinə dualar oxunur. 20 Yanvar faciəsi ilə bağlı respublikamızın hər bir müəssəsində olduğu kimi F.Köçərli adına Respublika Uşaq Kitabxanasında da tədbirlər planı hazırlanmışdır. Bu tədbirlərin sayı çox genişdir. Beləki, tədbirlər planına kitab sərgisini, foto sərgini, rəsm və inşa müsabiqələrini, xatirə gecələrini, şeir müsabiqələrini, ədəbi-bədii kompozisiya və s. başqa tədbirləri daxil etmək olar. İlk öncə kitabxanada kitab sərgisi və bununla yanaşı şəhidlərimizin foto stentləri hazırlanmalıdır.

20 Yanvar şəhidlərinin fotostentləri:

    əldə qərənfil   qırmızı_4958   güllər atın   müstəqilliyə gedən yoldadsc05007

  04959  04963 *******

yollarına gül düzüm  güllərin qərənfili  tarixin içindən 

səbr kasası  məzarlar  xiyaban

fikrimiz bir, amaliz bir olsa...                              dedim axi - hami bura baxsin...

şəhidlərə dua   duanı əsirgəmə   

   güllər içində qəbirlər  şəhidlər xiyabanı baxa-baxa  



********* qəbirlərin kölgəsi  049621  

kimi dua edir kimi də....  04960  dsc049611    

dsc04980   fəxri qarovul   dsc04975   dsc04999dsc05023  dsc04993  ata

Sərgi müxtəlif başlıqlar altında keçirilə bilər. Məsələn: “Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi”, “20 Yanvar faciəsi tariximizin qanlı, həm də şanlı səhifəsidir”, “Tarixin qan yaddaşı”, “20 Yanvar həm hüzn, həm də milli qürur günümüzdür”, “Başın sağ olsun, Vətən!”, ”Qanlı faciə”, “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi” və s.

“20 Yanvar-Azadlığa gedən yolun zirvəsi” adlı sərginin sxemini veririk:


  1. Başlıq: “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi”.

  2. “Tarixin qan yaddaşı” adlı fotostent.

  3. Sitatlar.

  4. Dövrü mətbuatda çap olunan məqalələrin kartotekası.

  5. 20 Yanvar faciəsinə aid nəşr olunan kitabların siyahısı.

Görkəmli şəxsiyyətlərin 20 Yanvar hadisələri ilə bağlı söylədikləri :

“Bizim xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi, bu bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır.”

Heydər Əliyev

Ümummilli lider



  1. Bizim vəzifəmiz həmin günü sadəcə qeyd etməklə, şəhidlərin məzarını ziyarət etməklə, başqa tədbirlər keçirməklə kifayətlənmək deyil. Biz bu günlər o faciənin yaranma səbəblərini, Azərbaycan xalqına nə qədər zərbə vurduğunu bütün vasitələrlə açmalıyıq.

Heydər Əliyev

Ümummilli lider



  1. XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Həmin cinayəti törədənlər indiyədək öz cəzalarını almamışlar. Xaıqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar.

Heydər Əliyev

Ümummilli lider



  1. 20 Yanvarda sovet reyiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti




  1. Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər il bu gün qeyd olunmalıdır. Azadlıq, müstəqillik uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli, Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Seir parçası:

Qatil gülləsinə qurban gedirkən,

Gözünü sabaha dikdi şəhidlər.

Üçrəngli bayrağı öz qanlarıyla

Vətən torpağına çəkdi şəhidlər.

Qeyd: 20 yanvar faciəsinə həsr olunmuş kitabların siyahısı ədəbiyyat siyahısından götürülsün.

Kitabxanada 20 Yanvar matəm günü ilə əlaqədar keçiriləcək tədbirlərin siyahısına şeir müsabiqəsini də daxil etmək olar. Şeir müsabiqəsi oxucuların ən çox sevdiyi tədbirlərdən biridir. Bu tədbirə uşaqlar daha həvəslə hazırlaşırlar. Onlar 20 Yanvar şəhidlərinin əziz xatirəsinə yazılan şeir və poemaları elə həvəslə oxuyub öyrənirlər. Bununla onlar şəhidlərimizin xatirəsini daha ehtiramla yad etmiş olurlar. Tədbiri hazırlayan kitabxanaçı şeir müsabiqəsini yuxarı sinif şagirdləri arasında keçirsə daha yaxşı olar. Bildiyiniz kimi, hörmətli şair və yazıçılarımız şəhidlərimizin əziz xatirəsinə yüzlərlə, minlərlə şeir və poemalar yazıblar.

20 Yanvar 1990-cı il. Bu tarix xalqımızın qan yaddaşına əbədi həkk olunub. Həmin günü dəfələrlə, hər il yox, hər gün yaddaşımıza həkk etdirmək üçün bizim ziyalılarımızdan, oxucularımızdan və kitabxanaçılarımızdan çox sey asılıdır. Belə ki, biz kitabxançılar tez-tez məktəblərdə olub şagirdlərə bu tarixin bizim xalqımız üçün nə qədər önəmli və vacib oldugu ilə bağlı söhbətlər aparmalı, sual-cavab gecələri təşkil etməli və anket sorguları tərtib edib oxucularımıza paylamalıyıq. Bununla da gələcək nəslin təlim-tərbiyyəsində, vətənpərvər kimi böyüməsində az da olsa iş görmüş olarıq. F. Köçərli adına Respublika Uşaq kitabxanasında 20 Yanvar hadisələri ilə bağlı sual-cavab gecəsi keçirilir. Sual-cavab gecəsinin nümunəsini sizlər üçün təqdim edirik.




  1. 20 Yanvar 1990-cı il...Bu tarixin hansı anıdır?

Bu tarix Azərbaycan xalqının hünər və qeyrət tarixidir.

  1. 1990-cı il 20 Yanvar dəhşətini hansı ordu törətmişdir?

1990-cı il 20 Yanvar dəhşətini üzdəniraq Sovet ordusunun “XI Qızıl Ordusu” törətmişdir.

  1. 1990-cı il 20 Yanvar hadisələrində neçə günahsız insan qətlə yetirilmişdir?

Qanlı Yanvar hadisələrində 137 şəhidimiz qətlə yetirilmişdir.

  1. 20 Yanvar tarixi ilə bağlı hansı şeir, poema və əsərlərin adlarını çəkə bilərsiniz?

Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması, N. Həsənzadənin “Şəhidlər xiyabanı”, Qabilin “Mərsiyə”, Fikrət Qocanın “Şəhid anası” və s. şeirləri misal göstərə bilərik.

  1. Bu il qanlı 20 Yanvar tarixindən neçə il ötür?

Qanlı 20 Yanvar tarixindən 26 il ötür.

  1. 20 Yanvar hadisələrinin şərəfinə ucaldılan abidənin adı nədir və bu abidə Bakının hansı küçəsində uçaldılıb?

20 Yanvar faciəsinin şərəfinə ucaldılan abidə Bakının “20 Yanvar” dairəsində “20 Yanvar- abidə kompleksi” adı ilə ucaldılıb.

Tədbir müğənni Mübariz Tağıyevin ifa etdiyi sozləri Nahid Hacizadəyə aid olan “Ulu Torpaq” adlı mahnının sədaları ilə başa çatır.


Başı çox bəlalar görmüş Azərbaycan zaman-zaman düçar olduğu qasırğalardan, tufanlardan, haqsızlıqlardan məhz fədakar övladlarının şücaəti sayəsində qalib çıxıb. Sinəsinə min bir dağ çəkilsə də, ciyərparaları şil-küt edilsə də, səmasının dincliyi pozulsa da, üzləşdiyi bütün yaramazlıqların əhatəsindən sıyrılaraq, öz ləyaqətini, qürurunu saxlaya bilib, başını həmişə dik tutub.

F. Köçərli adına Respublika Uşaq kitabxanasında 20 yanvar faciəsi ilə bağlı keçirilən tədbirlərin siyahısını artırmaq olar. Məsələn kitabxanada şəhidlərimizin valideynləri ilə görüşün təşkil edilməsi məqsədəuyğun olar. Kitabxanaçı görüşə 20 Yanvar şahidlərini, bu faciədə həlak olan şəhidlərin valideyinlərini və bir sıra görkəmli insanları dəvət edə bilər. “20 Yanvar-Hüzn günümüz” adlı tədbirə kitabxanaçı 20 Yanvar faciəsinin qurbanı olmuş Oqtayın valideyinlərini dəvət edir. Kitabxanaçı tədbirdə iştirak edən qonaqlara Oqtayın faciəli həyatından danışır.

Oqtayın əsli qədim Oğuz yurdu Göyçə mahalının Ardanış kəndindən idi. Urvası halallıqla yoğrulmuş bu ailədə hər şey zəhmətlə, alın təri ilə başa gəlmişdi. Ailənin başçısı Eyvaz əmi ömrü boyu təsərrüfatda çalışmışdı, ixtisasca aqronom idi. Ömür-gün yoldaşı Minarə xanım isə fəal və qabaqcıl işçi kimi dəfələrlə yerli sovetlərə deputat seçilmişdi. Bu ailədə böyüyüb boya-başa çatmış Oqtay, inşaat sahəsini seçmişdi. Dəniz donanmasında üç il hərbi xidmət keçmiş Oqtay ipək kimi yumşaq xasiyyətli, zarafatcıl bir gənc idi. Həyatı boyu kimsəyə pislik, yamanlıq eləməyən, ehtiyacı olanlara imkan daxilində əl tutan, hamıya yaxşılıq diləyən xeyirxah bir ailədə böyüyən Oqtay bir gün Bakıya gəlir. 28 nömrəli tikinti İdarəsində usta işləyən Oqtay bənnalıqdan briqadir vəzifəsinə qədər irəli çəkilir. 1990-cı ilin yanvar ayında Bakı üzərində dolaşan qara buludlar daha da sıxlaşdı. Şəhərdə bir-birinin ardınca baş verən xoşagəlməz hadisələr, dolaşan həyəcanlı xəbərlər əhali arasında, sözün həqiqi mənasında xof yaradır. Insanların narahatlığını günbəgün artırırdı. Odur ki, xalqın vətənpərvər oğulları, Vətənin azadlığı yolunda canından belə keçməyə hazır olan insanlar şəhərin müxtəlif yerlərində, paytaxtın giriş qapılarında gecə-gündüz keşik çəkirdilər. Belə qeyrətli oğullardan biri də Oqtay Eyvaz oğlu Kərimov idi. Həmin çətin günlərdə o, nəinki iş yerinə, heç evə, doğmalarına belə baş çəkmirdi. Camaatın içərisində, ən qaynar nöqtələrdə olurdu. Daha o, əvvəlki Oqtay deyildi. Tez-tez mitinqlərdə, camaat arasında çıxışlar edir, çoxlarının deyə bilmədiyi həqiqətləri gur səslə bəyan edirdi: ”Düşmənini tanıyırsansa, o, bir qədər də qorxulu deyil. Vay o gündən ki, özünə dost bildiyin sənə düşmən kəsilə, düşməninlə birləşib ayağının altını qaza. Ermənilərin Azərbaycan xalqının düşməni olduğunu hamı bilir.” Oqtayın dəmir məntiqə söykənən bu cür alovlu çıxışlarını dinləyənlər inana bilmirdilər ki, bu, sıravi bir fəhlənin fikirləridir. Oqtayın belə fəallığı onu, ailəsini yaxından tanıyanların da nəzərindən yayınmırdı.

İndi isə kitabxanaçı sözü Oqtayın anası Minarə xanıma verir. Minarə xanım oğlunun faciəli ölümündən danışır.

Bir gün Oqtay bizə dedi: Sizin dediklərinizə əməl etmək mənim övladlıq borcumdur. Amma mən həm də bu torpağın, bu Vətənin övladıyam. Vətən bu gün dardadır. Belə bir vəziyyətdə mən necə evdə otura bilərəm!

Baş verən hadisədən bir neçə gün əvvəl bizə baş çəkməyə gəlmişdi. Evdə mən tək idim. Oqtay ayaqüstü nahar edib, paltarını dəyişdi. Şər qarışan vaxt evdən çıxmaq istəyəndə qapının ağzında Oqtayla görüşdük. Oğlumun qarşısını kəsib təkcə bunu deyə bildim:

Qurbanın olum, Oqtay, getmə. Qorxuram. O, isə mənim üzümdən öpüb, arxayın ol, ana. Heç nə olmayacaq, tez-tez gəlib sənə baş çəkəcəyəm, deyib qapıdan çıxdı.

Yanvarın 19-dan 20-nə keçən gecə Tofiq Bəhramov adına respublika stadionu tərəfdən irəliləyən Sovet Ordusunun başkəsənləri qarşılarına çıxan hər şeyi məhv edirdilər. Elə bu vaxt qol-qola yapışmış əliyalın üç gənc onların qabağına çıxdı ki, bəlkə dayanalar. Gözlərini qan örtmüş vəhşilər onları gülləborana tutdular. Hər üç gənc şəhid oldu. Bu gənclərdən biri də mənim balam Oqtay idi.Onlardan biri Oqtayın dostu Müşfiq, o biri gənc şəhidi isə tanıyan olmadı.

Beləliklə, Oqtay indi 26 ildir ki, Şəhidlər Xiyabanında uyuyur. 26 ildir ki, biz hamımız ailəlikcə Oqtayın məzarını ziyarət edir, onun ruhuna dualar oxuyuruq. Hər dəfə mən Oqtayın məzarını ziyarət edəndə onunla dərdləşirəm. Soruşuram ki, nəyə ehtiyacın var ay oğul. O, da cavab verib deyir: Heç nəyə ehtiyacım yoxdur ay ana!

Təkcə sənin oxuduğun “lay-lay” üçün darıxmışam. Onu züm-zümə eləsən mənim üçün xoş olar. İndi mənim şəhid oğlumun məzarı başında oxuduğum “lay-lay” yavaş-yavaş avazlanaraq burada uyuyan şəhidlərin ruhuna deyilən bir ağıya çevrilir.



Arazam, keç üstümdən,

Keç, karvan, keç üstümdən.

Bu dərdi mən əkmişəm,

Dəryaz al, biç üstümdən.
Süqutu ötən əsrin 80-cı illərində sürətlənən sovet imperiyası 70 il SSRİ tərkibində yaşamış xalqların ötən əsrin sonlarında güclənmiş milli azadlıq hərəkatının qarşısını nəyin bahasına olursa-olsun almağa, labüd iflasdan yaxa qurtarmağa çalışırdı. İttifaq ölkələri arasında istiqlaliyyəti uğrunda ən güclü mübarizə aparan Azərbaycan xalqı milli azadlıq hərəkatındakı əzmkarlığına, qəhrəmanlığına görə “İlin xalqı” elan edilmişdi. Lakin imperiya xalqlara onların tələb etdiyi azadlığı asan yolla vermək niyyətində deyildi, ittifaq rəhbərliyi əsarətdən yaxa qurtarmağa çalışan ölkələri cəzalandırmağa hazırlaşırdı . Belə bir vaxtda yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində baş verən facıəli hadisələr milli azadlıq uğrunda mübarizənin ən yüksək mərhələsi idi. Xalq nəyin bahasına olursa-olsun, azadlığına qovuşmaq, suverenlik əldə etmək istəyirdi. Meydanlara toplaşan yüz minlərlə insan yalnız bu əzmlə mücadilə aparırdı.
20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər mədəni-maarif ocaqlarında davam edir. Belə ənənəvi tədbirlər respublikamızın bir sıra yerlərində kitabxanalarda, məktəblərdə, muzeylərdə, gimnaziyalarda, hətta tetatrlarımızda da keçirilir. Belə tədbirləri keçirmək hər birimizin vətəndaşlıq borcumuzdur. Bu tədbirlər siyahısına xatirə gecəsini də əlavə etmək məqsədəuyğun olardı. Beləki, xatirə gecəsinə kitabxanaçı bir sıra qonaqları dəvət edə bilər. Tədbirə şair və yazıçılarımızla yanaşı, ədəbiyyat müəllimləri və bu faciədə şəhid olmuş Ülvü Bünyadzadənin valideynləri dəvət alır.

Ülvi hisslərdən şəhidlik zirvəsinə” adlı kompazisiyanı açıq elan edirik.

“Şəhidlər” mahnısının sədaları ilə aparıcılar səhnəyə daxil olur.




Поделитесь с Вашими друзьями:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə