Oqtay Abbas q ə z ə L l ə R



Yüklə 202,82 Kb.
Pdf görüntüsü
tarix17.04.2017
ölçüsü202,82 Kb.
#14239

 



Oqtay   Abbas 

 

 

 



 

Q Ə Z Ə L L Ə R 

   


 

 

 



 

 

«ММ-С» мцяссисяси 



Бакы - 2016 

 



Redaktor:  N.Şəmsizadə, Dövlət mükafatı laureatı,   

                     professor 

 

 



 

 

 

Oqtay  Abbas. “Qəzəllər”, Bakı, “MM‐S”, 2016 , 62 səh. 

 

 



  Kitabdakı  qəzəllərin  bəziləri  dövri  mətbuatda,  O. 

Abbasın  (Oqtay  Allahverən  oğlu  Abbasov)  2005  və 

2010‐cu  illərdə  işıq  üzü  görmüş  kitablarında  dərc 

olunmuşdur.  Qəzəllərin əksəriyyəti ilk dəfə çap olunur. 

  

 

  A 4702060103                                  © O.Abbasov,2016 



   M 087 ‐ 2016 

 


 

Huşyarlığımdandır ki, kənar qaçır yar məndən, 



Hicran tutub yaxamdan, vüsal qalıb kənar   məndən. 

 

Yara əl açdım, yalvardım, əlac istədim, 



Niyə zülmünü əsirgədi bəs zülmkar   məndən? 

 

O gülçöhrə rəhm etsə, bir təbəssümünü görsəm, 



Qəmim dağılar,əl götürər  dərd‐azar məndən. 

 

Doldurmuşam yenə qəm ilə qəm bazarını, 



Alıcısı yoxdur, bezib indi bazar məndən. 

 

Eşitmişəm rəqiblərin yanında mənə vəfasız deyib, 



Gərək etməyəydi rəqiblərə giley‐güzar  məndən. 

 

Çoxdandır çıxmayıram qəm evindən, çəmənlər solub, 



İnciyib bir vaxtlar seyrinə çıxdığım gülzar məndən. 

 

Tutub ətəyindən, bir vüsal ümidiylə yalvarıram , 



Oqtay, niyə uzaq qaçır görəsən o dildar məndən? 

 

 



 

 

* * * 



Aşiq yarın ayağını öpməyi özünə ar eyləməz, 

Qismət olmasa, yəqin, o yerdə güzar eyləməz. 

 

Əsən külək gətirməsə zülfünün mişk ətirini, 



Qaçar yuxusu gözündən, yerində qərar eyləməz. 

 

Açılsa qönçə güllər, meyvələr dəyib yetişsə, 



Əli yara çatanacan əl atıb nübar eyləməz. 

 

Fikri dolanar dünyanı, dünya ona qucaq açmaz, 



Dünyanın bu gərdişi ona əsla kar eyləməz. 

 

Görsə üz çevirib ondan, üz döndərib gedər ordan, 



Məhəbbət olmayan yerdə o yerləri dar eyləməz. 

 

Kimsəyə sirrini açmaz, kimsədən əlac istəməz, 



Göz yaşı içinə axar, daha ah‐zar eyləməz. 

 

Qönçə kimi açsa bəxti, əli yar zülfünə çatsa, 



Elə  ağ  günə  çıxar ki,  bunu dövlət‐var eyləməz.  

 

İnanıram bilir Oqtay  dərman yarın əlindədir, 



Can verər yarın yolunda, başqa arzular eyləməz. 

 

*  *  * 



Niyə dönmədin,  fəda etdim yüz  can sənə?  

Könlünü xoş etmək üçün dedim candan qurban sənə. 

 

Tənə edir el mənə niyə sənə heyranam, 



Təkcə mənmi heyranam? El tamam heyran sənə. 

 

Heç yerdə rahatlıq tapmadım, dincəlmədim, 



Unudaram dərdi –qəmi olsam mehman sənə. 

 

Döydüm çox qapılar, hicrana dərman tapmadım, 



Qapına gəlmişəm, qalıb bircə güman sənə. 

 

Hilal qaşlarına,  gül camalına heyranam, 



Bu heyranlıqla necə deməyim sünbülü‐reyhan sənə? 

 

Ətrindən məst olur güllər,  çiçəklər , 



Baş əyir çox özündən deyən sərvi‐xuraman sənə. 

 

Dünya cahadlar görüb səmavi dinlər yolunda, 



Qaşların tağın görən gətirər iman sənə. 

 

Mənə zülmün dastana dönüb, amma bil 



Düşməniyəm hər kim çaşıb desə yaman sənə. 

 

Oqtayın sərvəti yoxsa da, bir mərdliyi var,  



Köksünü edər mərdi‐mərdanə meydan sənə.   

 

* * * 



Nə ola kaş, yarım məndən can istəyə, 

Canımı alandan sonra dönüb ərmağan istəyə. 

 

Töküb ləbinin qanını, unudaydım dərdi, qəmi, 



Rəhmə gəlib o da məndən əvəzində qan  istəyə. 

 

Aşiqini ata  oda, atəşə od nə edəcək? 



Alovunu söndürməyə arada imkan istəyə. 

 

Sala qara zülfü üzə, yığmağı mənə tapşıra, 



Bunun üçün o, tanrıdan əbədi  zaman istəyə. 

 

Gözlərinin qarasıtək gecənin rəngi getməyə, 



Yad gözlərdən gizlənməyə gecədən aman istəyə. 

 

Ömrü uzana vüsalın, Allah yaza ömrümüzə, 



Bu gecədən bir xatirə‐ sinədə nişan istəyə. 

 

Əgər qədrini bilməsəm geri qaçan hər bir anın, 



Ata məni yanar oda, gözümü giryan istəyə. 

 

Oqtay kimi kimsə yanmaz eşq oduna, 



Gərək aşiq öz oduna onuntək yanan istəyə. 

 

* * * 



Başım taxtı, bilirəm yanında günahkaram mən, 

Bilmirəm sənsiz necə yaşayıram, necə varam mən. 

 

Meyl etdim özgələrə, al dilləri aldatdı məni, 



Dedim öz‐özümə gör necə biaram mən. 

 

Könlüm əlimdən dada gəlmiş, haqlıdır tamam, 



Baxıb qəmlər çəkirəm, hələ ki  huşyaram mən. 

 

Hər sözü bir hökmdü, öl  desəydi, ölərdim, 



İndi itib etibarım, yar yanında xaram mən. 

 

Hər yanda eşqə sadiqləri daim şad görürəm, 



Günahkar özüməm,  odur ki, naçaram mən. 

 

Xoş keçərdi günlərim, yar olan yerlərdə idim, 



Bilmirəm  indi  kimə düşmən, kimə yaram mən. 

 

Çox günahlarım olub, kimdir günahımdan keçən, 



Yarın gəldiyini görsəm, baş götürüb qaçaram mən. 

 

Ömür keçdi getdi, əl çatmaz heç yana, Oqtay, 



Ötənləri yada salıb, gecə‐gündüz ağlaram mən. 

 

* * * 



Ey canı məndən alan, başqa təmənnan var idi? 

Sevindim,  verdim canı, bildim ki, alan yar idi. 

 

Xoş keçərdi günlərimiz, başqa istəyim yox idi, 



Günlər başqa günlər idi, rüzigar başqa rüzigar idi. 

 

Pıçıltısı həzin nəğmə, səsindən doymaq olmurdu, 



Səsinə heyran olan cəh‐cəh vuran quşlar idi. 

 

Çıxmışdıq biz bir çəmənə, dünya tamam cənnət idi, 



Hər tərəf gül‐çiçəkdi, yaşıl‐yaşıl otlar idi. 

 

Bu sehrli aləmdə, Allah, görən dərdi nəydi, 



Bülbüllərin səsi qəmli, gözdən axan yaşlar idi. 

 

Saçları gül ətirli, qaşları bir ayparaydı, 



Kim haradan biləydi ki, boynundakı şahmar idi? 

 

Necə keçdi günlərim, Oqtay, özümdən xəbərsiz, 



Həm xoş, həm dar günümdə təsəllim tək dostlar idi. 

 

 



 

* * * 



Heyranlığımdan onu hürü, mələk sandım, 

Ətrini çəkdim sinəmə, özümü  gül içrə kəpənək sandım. 

 

Bu gözəlliy  görməmişdi heç yerdə bəşər, 



Bənzər tapmadım, onu çiçəkdən  göyçək sandım. 

 

Yatdım, yuxuda gül kimi çöhrəsini gördüm, 



Oyandım,  gördüklərimi həqiqi,  gerçək sandım. 

  

Bir əbədi qəm göndərdi, basdım bağrıma 



Bunu tale işi, xoşbəxtlik təməli,  görəcək sandım. 

 

Dedilər qurban axtarır, tapmır aşiqlərini, 



Özümü ona qurban dedim, bunu gərək sandım. 

 

Gözüm sataşdı üzünə, əlim toxundu əlinə, 



Məst oldum, olanları yuxu görmək sandım. 

 

Ömür  keçdi getdi, Oqtay, bir də  geri dönməz, 



Amma bu ömrü çox aşiqlərə örnək sandım. 

 

 



 

10

* * * 



Eşq aləmində el məni ustad tanıdı, 

Yüz külüngü zay edən Fərhad tanıdı. 

 

Kimə İncil, kimə Zəbur, mənə  Eşq gəldi,    



Bu eşq ilə könlüm hər yanı abad tanıdı. 

 

Yara könül verdim, dedim: gəl canımı al, 



Bunu eşitdi rəqib, səsimi cəllad tanıdı. 

 

Axdı ürəyimdən qara qanlar, üzdü məni intizar, 



Sındırmadım özümü, əğyar məni  şad tanıdı. 

 

Düşdü aləmə səs, dedilər divanəyə bax, 



Bu xəbərdən aşiqi dost, tanış, yad tanıdı. 

 

Eşq aləminin dərdi də bir səadətdir, 



Bilmədim zahid bu mülkü niyə bərbad tanıdı. 

 

Oqtayın ömrü bütün yaxşı əməllərlə keçib, 



Bu səbəbdən dostlar ona verdi yaxşı ad, tanıdı. 

 

 



 

11

* * * 



Nədən  dünyaya gələn həmən peşman oldu, 

Günü ah‐vayla keçdi, peşəsi əfqan oldu?  

 

Hər kim düşdü dara, əl atdı saman çöpünə, 



Ümidi, son çarəsiı dediyi qurban oldu. 

 

Tiranlar gördü bəşər, əlində cəllad qılıncı, 



Sonda öz qılıncı ilə öz qanına qəltan oldu. 

 

Mıxı mismar eyləyən  gör nələrə qadirmiş,                   



Verdiyi ölüm hökmü sonuncu fərman oldu. 

 

Kəllələrdən qalalar, qızıldan mülklər yapanlar, 



Kimə qaldı? Kim apardı? Hamısı viran oldu. 

 

Əlinin işarəsi min canı cansız qoyanın 



Nəyi qaldı? Nə qazandı? Yurdu firavan oldu? 

 

Al geyinib taxta çıxdı, son günü yada salmadı, 



Geriyə dönənəcən taxt‐tacı  al qan oldu. 

 

Bilirik  keçmişin yaddaşı sərt, tarixə adı yazılan 



Xalqı üçün çalışan, dərdinə yanan oldu. 

 

Sözə nizam verir  Nizami  min ildir, Oqtay, 



Bu səbəbdən adı dillərdə əbədi dastan oldu. 

 

12

* * * 



 

Başım düşdü ayağıma, ayağım aşdı başımdan, 

Dünya qaldı su altında axan qanlı göz yaşımdan. 

 

Hər yan dolu biganəylə, kimin qapısını döyüm? 



Vəfasızlar  bir tərəfə, xəbər yoxdur dost‐tanışdan.  

 

Çox cəfalara dözmüşəm, yarım  rəhmə gələr deyə, 



Çəkdiklərim  getməz hədər,  çiçək bitər başdaşımdan. 

 

Gözüm özgələrə baxmaz, dünya dolsa gözəllərlə, 



Vəfada tək sayılıram, gen qaçmaram sirdaşımdan. 

 

Nədir qəsdin?‐sualının mənim üçün fərqi yoxdur, 



Sevgiyə sadiq bəndəyəm, çəkinmərəm savaşımdan. 

 

Tutsa da hər   yanı qəmim,  bu qəmi özüm çəkərəm,  



Heç kəsə pay vermərəm  qəmdən bişrilmiş aşımdan. 

 

Gəl  özünü  üzmə, Oqtay, yəqin səhər açılantək 



Bir müjdə verərlər sənə  ürfan sahibi Haşımdan. 

 


 

13

* * * 



 

Gərək aşiqdə bəxt ola, yarı ondan can istəyə, 

Yarını hər gecə görə, yanında mehman istəyə. 

 

Açılmaya işrətdən baş, bir də baxa  ki,  səhərdir, 



Rəqib xəbər tutmamaqçün

 

ətrafı pünhan istəyə. 



 

Əli gəzə saçlarında, naz‐qəmzədən üzülə can, 

Canı qurban eləməyə  vəfalı  canan istəyə. 

 

Sevincindən coşa qəlbi, hər tərəf  gül‐çiçək ola , 



Bu halına kəc baxanın gözünü giryan istəyə. 

 

Əbədi yox ola hicran, vüsal əl çəkməyə səndən, 



Halını tez başa düşən sərvi‐xuraman istəyə. 

 

Oqtay,  sənin sevincinə  çatlayar rəqibin bağrı. 



Təki səni incə ruhlun başına sultan istəyə. 

 

 



 

 

14

* * * 



Ey gözəl, ayağını qoyduğun yerə məni tən tut,  

 

Hamı üz çevirsin məndən, təki məni sən tut.  



 

Fərhad köçdü  dünyadan, tənəsi qaldı dünyada ,  

Məni Fərhadla yox, Məcnunla eynən tut. 

 

Bilirəm,  rəhm etdin aşiqlərə, əl uzatdın,  



Həmişə tutmursan, nə olar, məni də hərdən tut. 

 

Onsuz da çoxdur  özünü mənə düşmən bilən 



Sən aşiqini qəfil gələn bəladan, şərdən tut. 

 

Şadlıq qismət olsun yara, bu elə bir  səadətdir, 



Onunla işimiz yoxdur, sən  mənimlə  birgə qəm tut. 

 

Aldanma,   aramızı  vurmaq  istəyir   rəqiblər, 



Aşiqinin düşmənini sən də özünə düşmən tut. 

 

Uyma  hər gözələ, gözəllərdə  vəfa olmaz,  



Ayağına baş qoymağa dilbilən bir sənəm tut.  

 

Sirdaşsız keçən günlərdən ömürə bir fayda gəlməz, 



Çalış, vuruş, sən özünə Oqaty kimi həmdəm tut. 

 

15

* * * 



Hər kim onu görsə, sərvi‐xuramandır deyər, 

Gözəllikdə yeganədir, özgələr yalandır deyər. 

 

Sular öpsə ayağını,  şadlığından azar yolun, 



Aşiqlərin ağlı çaşar, damlaya ümmandır deyər. 

 

Hər yolun öz yolbiləni, hər işin öz ustadı var,  



Ürəyi muğamla vuran‐o bizim Əfqandır, deyər. 

 

Çaş‐baş qaldım naz‐qəmzəndən, adımı bilə bimədim, 



Başıma gələnləri bilən bu  təzə dastandır deyər. 

 

Hər kim sevir gözəlliyi, canını qoyur bu yolda, 



Aqillər bu kimsələrə canana heyrandır deyər. 

 

Oqtay vurğundur bil sənə, başqa gözəllərə baxmaz, 



Bunun əksini eşitsən, düşmənlər  böhtandır deyər. 

 

 



 

 


 

16

* * * 



Axtarma, həkim , əlac, bilirəm hardadır dərman, 

Əlacları gizlədib sinəsində gülüzlü canan.  

 

Görsəm  qaşlarını şəksiz müsəlman olaram, 



Görmədiyimdəndir ki, hər yanı bilirəm kafiristan. 

 

Gül üzünün həsrətidir qəddimi yaya döndərən, 



Açma bu sirrimi, onsuz da çoxdur  sirrimi yayan. 

 

Sən elə güman etmə ki, dünyanı sellər yuyacaq, 



Dünyanı  qanlı  gözdən axan yaşdır yuyan. 

 

İndi bildin dərdimi – eşqdən yaranmış bir bəla , 



Bu dərdə olubmu dünyada bir dərman tapan? 

 

Yar vəslidir bütün dərdlərin dərmanı, bunu bil, 



Qalan nə var,  hamısı uydurma, hamısı  yalan .     

 

Çox dedin qəm çəkmə, arxayın olma sirdaşlarına, 



Olubmu bu dünyada  Məcnunun halına  bir yanan?    

 

İstədim  qayıda  bu yoldan, yoxdur bu işin axırı, 



Mən ha  yalvardım Oqtaya, dönmədi yolundan, inan!   

 

17

* * * 



Zülfünə zülmət  dedim, gecənin bağrı yarıldı,       

Xalını vəsv elədim, lalənin  bağrı daraldı. 

 

Ləblərin beçə balı, arı görsə  qalar çaş‐baş, 



Arı dönüb çaldı məni, bildim ki, qanı qaraldı. 

 

Üzün günəşdən də gözəl, günəş camalına aşiq,  



Eşitdi, qorxuya düşdü , günəşin rəngi saraldı. 

 

Qamətini sərv gördü,  özü boyundan utandı, 



Təbiətdə payız fəsli, sən olan yerlər bahardı. 

 

Həsrətini çəkir dünya, bulaqlar səsinə heyran ,  



Sular öpməkçün ayağın vəcdlə coşdu, qabardı. 

 

Əvvəllər aşiq deyildi, aqil bilirdi el onu, 



Ağlını başdan alan,  yəqin,  bu  gülcamal oldu.   

 

Lalə bağrındakı  dağa oxşatdılar xallarını, 



Görənlər heyrətlə dedi: yanağındakı xaldı. 

 

Dünya sadiqliyimi gördü, məni nümunə göstərdi, 



Yəqin elədim ki, daha  Oqtaya  vüsal halaldı,

 

 



 

18

* * * 



 

Öpdüm əlini, bu bil sənə çoxdu, dedi, 

Bundan artıq sənə bir nəzirim yoxdu, dedi. 

 

Süzdü qara gözlərini, günlərimi etdi qara, 



Kirpiyimə nəzər salma, gözlərinə oxdu, dedi. 

 

Məndən uzaq dolan, bəlaya salma özünü, 



Uçuraram bil başına yoxsa tacı‐taxtı, dedi. 

 

Fürsət tapıb bir gün öpdüm kölgəsini, 



Gülümsədi, Allah verib bu yazığa bəxti, dedi. 

 

Keçdiyi yolda durdum, bəlkə rəhmə gəldi deyə, 



Bunun ki kəsilib əhdi, gözlərimə baxdı, dedi. 

 

Alışdı, yandı hər tərəf, atəşdən soldu çəmənlər, 



Aqillər bildi səbəbin, aşiq  çəkən  ahdı,  dedi 

 

Baxdım qara gözlərinə, baxışından odlar yağdı, 



Oqtayın yeri oddur, məni oda yaxdı, dedi. 

 


 

19

* * * 



 

Ləbinə Bədəxşan ləli desəm, məndən küsərmisən? 

Yalvarsam, rəhmə gəlib günahımdan keçərmisən? 

 

Səhrada alışıb yansam, əlimdən bir qurtum suyu 



Alıb, məni sevindirib, nuşcanlıqla içərmisən? 

 

Diz çöküb əl atdım ətəyinə, bağışlanmaq dilədim, 



Baxmadın, nədir qəsdin? Cəlladdan betərmisən? 

 

Cəmi aşiqlər nə sirdir heyran oldu  camalına, 



Nə deyirsən, Allahın xoş günüdə yaranmış əsərmisən? 

 

Çoxdur gəl‐gəl deyən, hər şirindil vəfalı aşiq olmaz, 



Rəhmə gəlib  aşiqlər içindən mən sadiqi seçərmisən? 

 

Dözdüm çox hicranlara, əhdimə dönük çıxmadım, 



Bunları yada salıb, bəndənin dadına yetərmisən? 

 

Çatmadın imdadıma, ömürsə gəldi yetdi  başa, 



Barı, öz əlinlə Oqtaya bir kəfən biçərmisən? 

 


 

20

* * * 



 

Mənimtək, Allah, heç kəs belə bağrıqan olmasın, 

Heç kəsin dönməsin bəxti, yanmasın, giryan olmasın. 

 

Sevda imtahanından hər kimi üzüağ çıxsa, 



Yar ilə keçsin günü, ortada hicran olmasın. 

 

Hər kim ki eşq imtahanından bir dərs almadı, 



Tənhalıq sirdaşı olsun, başqa yada salan olmasın. 

 

Bir gülüstan olsun, mey olsun, həzin ney olsun, 



Elə hicran kimidir, yanında canan olmasın. 

 

Əhdə sədaqət varikən rəqiblər nə edə bilər? 



Kaş arada rəqibin uydurduğu yalan olmasın. 

 

Dözər Oqtay hər cəfaya, olsa vüsala ümid, 



Vüsal özü onu tapar özündə  nöqsan olmasa. 

 

 



 

 

21

* * * 



 

Bəxtim kimi xəzan olmuş güllərə yalvardım, 

Güllərə qoynunda yer vermiş çəmənlərə yalvardım. 

 

Baxdım ki, quruyur güllər, çəmənlər, 



Güllərə göz yaşı ilə su verənlərə yalvardım. 

 

Vaxtım hələ  var, dedim, bəlkə vüsala çatdım, 



Bildim ümid yoxdur, yarı görənlərə yalvardım. 

 

Taxtım‐tacım göz yaşımdam sellərdə getdi , 



 Əlacım olmadı, göz yaşımı silənlərə yalvardım. 

 

Çaxdım şimşək kimi, ahım oda döndü, 



Oduma isinib, külümə gülənlərə yalvardım. 

 

Axdım qanlı yaş kimi gözümdən xəbərsiz, 



Göz yaşımda boğulub ölənlərə yalvardım. 

 

Yaxdım canı oda, Oqtay, sirrimi aləm bildi, 



Bilib, həyan olub, dərdimi bölənlərə yalvardım. 

 


 

22

* * * 



 

Mənimtək dərdə həmdəm dünyada tamam yoxdur, 

Zülmünü əsirgəyir məndən, yarda məgər iman yoxdur? 

 

Gül kimi gizlənib, çəkib dövrəsinə tikandan hasar, 



Elə can atır güllərə, güya, ətrafında tikan yoxdur. 

 

Gəzdim, dolandım dünyanı, yara qurban axtardım, 



Amma gördüm yara özümdən layiq qurban yoxdur. 

 

Kim nə deyir, inanma, tək mən deyənə qulaq ver, 



Bil ki, quluna dünyada səndən özgə sultan yoxdur.      

 

Axtardım nə qədər var qəribləri, mehmanları, 



Mehmanlar arasında gördüm sən adda mehman yoxdur. 

 

Oqtayın fikri, xəyalı  ancaq sən olan yerlərdədir, 



Kaş biləydin, onun kimi dünyada  sənə heyran yoxdur. 

 

 



 

 

23

* * * 



Kimsə bilməz halımı, mənimtək dərdli olmasa, 

Bülbüllər  fəğan eləməz çəməndə güllər solmasa. 

 

Bahar açılmaz, gül gülməz, budaqlar rəqs edə bilməz. 



Qönçə üstə şəbnəm olmaz, aşiqin gözü dolmasa. 

 

Ayrılığın nə olduğun Tofiq kimi kimsə bilməz



1

 

Hicran oduna yanmasa, gözü yollarda qalmasa. 



 

Səhralardan qaçar yəqin, dağ  görəndə  fəryad edər, 

Məcnun üçün yaş tökməsə, Fərhadı yada salmasa. 

 

Nə bilsinlər  ruhsuzlar  ki, vüsal aşiqin əlacı, 



Duya bilməz kimsə bunu gözəllikdən zövq almasa. 

 

Kimin əli çatar yara , Oqtay , əgər zikr etməsə 



Gecə‐gündüz yarı anıb, şirin xəyala dalmasa? 

 

 



                                                            

1

 Şair Tofiq Nurəlinin “Ayrılıq ölümün kiçik qardaşı” deyiminə 



işarədir. 

 

24

* * * 



Ey aqil, huşyarlıqla qulaq asdım muğama 

Bir sirr, sehr axdı doldu gizlicə qəlb dünyama. 

 

Baxıb gördüm gül‐çiçəkdir, yığışıb söhbət edir, 



Son qoyulur nə var‐zülmə, nadanlığa, yamana. 

 

Elə bildim anamdır yenə də dualar edir, 



Amma bilmədim nə üçün belə yana‐yana. 

 

Xanəndə çox cəhd elədi qurtarsın bu qəmdən bizi 



Birdən Şura keçdi, hərarət yayıldı hər yana. 

 

Təzədən qalxdı zilə, sinəsindən odlar qopdu, 



Bu, işarə oldu vücudu dəlmə‐deşik balabana. 

 

Qəlbim oda yandı, ruhum uçdu bədənimdən, 



Muğam atəş, mən atəşdə yanan bir pərvanə. 

 

Qəm başımdan elə basdı, tellərim döndü tüstüyə, 



Sandım od eləyib Nizaməddin yenə qəlyana. 

 

Oqtay, bu odu söndürməyin bir çarəsi var, 



Özünü tez yetirəsən gərək gülüzlü canana. 

 

25

* * * 



 

Qəmin əlindən zinhara gəldim, nə edim? 

Çağırdın,  gəldim, bilmədim hara gəldim, nə edim? 

 

Can nəğdi sənindi, bilir bunu bütün aləm, 



Verdim, almadın, candan zara gəldim, nə edim? 

 

Baxdım, nə gördüm? Dünya elə köhnə dünyadır, 



Yalvarmaq üçün dostlara gəldim, nə edim? 

 

Çıxdım yollara, görə halımı, bəlkə rəhmə gələ, 



Baş qoydum keçdiyi yollara,  gəldim, nə edim? 

 

Baxışın məlhəm idi yarama, yoxdu dərdim, 



Düşdüm   təzədən odlara, gəldim, nə edim? 

 

Ətrini almaq üçün gəzdiyin çəmənlərdən, 



Üz  tutdum  yenə gülzara, gəldim, nə edim? 

 

Oqtayın ömrü yenə yoluna baxmaqla keçir, 



Əli çatmasa da zülfü qara yara,  nə edim? 

 


 

26

* * * 



 

Ey nazənin, etmə məni qəmindən kənar, 

Sən bir mələk, düşürəm cazibənə biixtiyar. 

 

Çox dözdüm zülmünə, gəlmədin bir insafa, 



Kəsildi taqətim, qalmadı məndə səbr, qərar. 

 

Rəqibə ümid verib, kəsdin iltifatı məndən, 



Xəbər bildim xəbərdən, qanadı köhnə yaralar. 

 

Ha çalışdım dəyməyim bir də sənin qəlbinə, 



Hardan düşdü yadına etdiyim köhnə xatalar? 

 

Gəzdim, dolandım dünyanı  ədalət sorağı ilə, 



Qeybdən səs gəldi: ancaq dəlilər ədalət axtarar. 

 

Vüsal sevdasıyla özümə təsəlli verdim, 



Vüsal uzaq qaçdı, üzdü məni intizar. 

 

Qəmin qəm yeri var, sevincin sevinc, 



Oqtay, səbr et, tut səbr guşəsində bir qərar. 

 


 

27

* * * 



Yalvardım öldür məni, dözə bilmirəm hicrana. 

Ömrü uzandı hicranın, ürəyim döndü al qana. 

 

Yarın adı gələn yerdə bilirəm ki, fərq eləməz 



Məscid olsun, kilsə olsun, ya bütxana. 

 

Axtardım mən  altı yanı,  bəlkə yara tay tapıla, 



Tapmadım, qaldım  yollara boylana‐boylana. 

 

O qələmqaşlının görəsən halımdan xəbəri var, 



Yoxsa uyub yenə bu etibarsız dövrana? 

 

Məni tərk etdi, çox əcəb, güllərin günahı nədir? 



Çiçəklər solub qüssədən, bağ‐bağça qalıb viranə. 

 

Oqtay, yardan xəbər yoxdur, rəqib onu inandırıb 



İllər boyu düşündüyü, quraşdırdığı yalana. 

 

 



 

 


 

28

* * * 



 

Dedim, getmə, ey gül, halım pərişan olacaq, 

Dedi, qorxma, xəyalım sənə mehman olacaq. 

 

Baxdım üzünə, gözüm qamaşdı şölədən. 



Bu halımı hər kim görsə, bil sənə heyran olacaq. 

 

Yarım mənə gülümsədi, əbədi xoşbəxt elədi, 



Rəqiblər bilsə bunu halları yaman olacaq. 

 

Kaş kəsməyə iltifatı o mələksima məndən, 



Kəssə, ciyərim əvvəlkitək al qan olacaq. 

 

Kim ortaya nifaq salsa, yarla aramızı vursa, 



Görəcək faydası yoxdur, axır peşman olacaq. 

 

Qəmdən öldüm, dinmədim, axı  bu qəm yardan gəlir, 



Oqtay, dərd  etmə, bu dərdə yar özü dərman olacaq! 

 

 



 

 

29

* * * 



Ey nazənin, rəhmini nə üçün belə az edirsən? 

Kənar dolanırsan məndən, əğyarı

 pişvaz 

edirsən. 

 

Hər nazına dözən mənəm, amma nədən 



Məndən başqa kimi görsən ona naz edirsən? 

 

Nəfəsin bahar ətridir, yəqin elə bu səbəbdən 



Ayağın dəyən yerlərdə qışı güllü yaz edirsən. 

 

Zövq əhli eşitsə deyər: yenə Davudun səsidir, 



Bülbülləri mat qoyursan, sonra xoşavaz edirsən. 

 

Şükürlər olsun Allaha,  nə dərdim var, nə bir qəmim, 



Mələklərtək qanad çalıb dövrəmdə pərvaz edirsən. 

 

Çıxsın canı rəqibimin, yamanlıq özünə qaldı, 



Ümid  verirsən Oqtaya, aranı da saz edirsən. 

 

 



 

 


 

30

* * * 



 

 

Ey gül, səninlə olduğum günlərimin həsrətindəyəm, 



Bilmədim qədrini, səhvlərimin möhnətindəyəm. 

 

Nə ola, dönə geri bir anlıq o ötən günlərim, 



Görərsən dəyişmişəm, oda yanan pərvanəyəm. 

 

Baxanlar deyir, yazığın nə cismi, nə canı var, 



Nə bisinlər biçarələr dərddən əriyən bəndəyəm. 

 

Keçdiyin yollara baxmaqdır indi işim, 



Elə gündəyəm, güya, ovçu kəməndindəyəm. 

 

Bütün kədərlərim yəqin ki, tez ötüb keçər, 



Bilsəm ki, əvvəlkitək yenə ürəyindəyəm. 

 

Oqtayı çox axtardım özümdə, tapa bilmədim, 



Bildim ki, özümdə yox, səninləyəm, səndəyəm. 

 

 



 

 

31

* * * 



Sən əgər sən olsaydın, unuda bilməzdin məni, 

Sən deyilsən o sən, unutdun olub keçəni. 

 

Nə deməkdir bu soyuqluq baharın oğlan çağında? 



Gəlmədin, harda qaldın? Xəzan gizlətdi çəməni. 

 

Bir çiçəkdin çəməndə , görəni xoşbəxt edərdin, 



Ağlın alardın baxanın, başdan edərdin görəni. 

 

Elə bil heç olmayıb, o ötən günlər yuxuymuş, 



Şahanə bir bülbül kimi lal eləyərdin dinəni. 

 

Gəl desəydim gələrdin, hicrana aman yox idi, 



Vüsala yaxın idim, istəməzdim başqa gülbədəni. 

 

Beləcə xoşbəxt idim, özgə təmənnam yox idi, 



Öpərdim, oxşayardım gül ətirli tellərini. 

 

Bəs niyə üzün döndü? Sən ki vəfada tək idin, 



Araya fürsət güdən rəqib girdi mənbiləni. 

 

Elə sanma gəlmədin, arada bitdi tikanlar, 



Oqtayın dözümü çox, min il gözlər sən gələni. 

 

32

* * * 



 

Yığdın zülfünü, göründü bulud altından ay, 

Dindin, səsin oldu mənə ilahidən gələn pay. 

 

Açdın zülfünü, aləm ətrindən məst oldu, 



Rəqiblər yoldu saçın, elədilər ah‐vay. 

 

Çox cəhd edənlər tapıldı qəlbinə girə bilməyə, 



Gördülər fələk həminki, sən saydığını say. 

 

Gözlədim ki, gələrsən, nisgilli



 

könlüm açılar, 

Sən çağırsan gələrəm, bilmərəm nə dərya , nə çay. 

 

Mən sadiq qulunam, dözümüm dərya qədərdir, 



Gözləyərəm yolunu  payız, qış, bahar, yay. 

 

Məcnunun  odlu ahından  çəmənlər səhraya döndü, 



Qaldı bu səhrada tək eşqə sadiq  Oqtay. 

 

 



 

 

33

* * * 



 

Məni o vəfasız elə günə salıb yenə,     

Baxmır gözlərim gözünə, dəymir əllərim əlinə.    

 

Halıma çox sevinir, eşitmişəm indi rəqib, 



Rəqibə deyən gərək yar mənimdir, sənə nə? 

 

Əgər uyub fitnəyə, canan üz döndərsə məndən, 



Gərək ehtiyatlı olam, adam göndərəm kəfənə. 

 

Sən tərəfdən əsmir yellər, gəlmir bizim tərəfə, 



Nə aç dağıt zülfünü, nədəki tök sinənə. 

 

Yenə cənnət həvəsi səyyaha döndərdi məni, 



Cənnətə qovuşmaqçün dönüb qayıtdım Vətənə. 

 

Ətrini almaq arzusu məni çəmənlərə çəkdi,  



Çəməndə sən yox idin, girə bilmədim çəmənə. 

 

Oqtay elə həminkidir, eşqinə sadiq bəndədir, 



Vüsala ümidi var,  güman qalıb sən gələnə. 

 


 

34

* * * 



Ey gül, bir şam sən, oduna yananın mən, 

Belə yanmadım oduna başqa cananın mən. 

 

Vəd verən çox oldu, amma hamı bildi, 



Eşqində hər bəlaya dözüb dayananın mən. 

 

Qoymaram xətrinə kimsə dəyə, əhdim var, 



Kəsərəm yolunu sənə  gələn  hər bəlanın mən. 

 

Bircə arzum var: araya rəqiblər girməyə, 



Düşməniyəm hər cür fitnənin, yalanın mən. 

 

Fikri başqa idi, din söhbəti bəhanəydi, 



Bilirəm ürəyindən keçəni Sənanın mən. 

 

Əmrinə müntəzirəm, daha min il gözləyərəm, 



Hə deyəsən, gecə‐gündüz başına dolanım  mən. 

 

Oqtayın fikri yenə sənin xəyalınla keçir, 



İcazə ver öpüm əlini, bəxtimə inanım mən. 

 

 



 

35

* * * 



Bağrım zülfün əlindən gör necə şanəyə dönmüş, 

Oduna hər gecə yanmaq üçün pərvanəyə dönmüş. 

 

Küfrdən qaçmağa çox cəhd eləmiş, amma yenə 



Getmiş və qayıtmış, üzü meyxanəyə dönmüş. 

 

Meyxanə nə etsin qəm sənə sirdaş olanda? 



Qəmi aldatmağa cəhd‐ fikri qəmxanəyə dönmüş. 

 

Vüsalın xəyalı çəkdi məni o gözəl yerlərə, heyhat, 



O vüsal yerləri solub gör necə viranəyə dönmüş. 

 

Məcnunun bağrı dağlı, dərdini de kimə desin? 



Desin ki, bu yazığın da işi əfsanəyə dönmüş? 

 

Hərdən bir naz eləyərdi, aşiqin üzü  gülərdi, 



Üz çevirib getmiş, tamam biganəyə dönmüş. 

 

Bir zamanlar keçdiyi yolun torpağın öpərdim, 



Əfsus ki gedib, əlçatmaz olub, yeganəyə dönmüş. 

 

Oqtay, yaman oldu, həsrətin ömrü uzandı, 



Həsrətdən aşiq göz yaşı içində dürdanəyə dönmüş. 

 

36

* * * 



 

Ləbinin balı mənim dərdimə dərmandı, gülüm, 

Ürəyindən nə keçir, bil, mənə əyandı, gülüm. 

 

Gəl bu naz‐ qəmzələri, işvələri az elə sən, 



Hər nazın, hər qəmzən əməlli dastandı, gülüm. 

 

Rəqiblər eşitmişəm məndən sənə çox  deyiblər, 



İnanıb eləmə ha, hamısı böhtandı, gülüm. 

 

Sənlə keçən günləri yada salıb mən deyirəm: 



Belə can düşməz ələ, həqiqi mərcandı, gülüm. 

 

Nə üçün çalışırsan daş atasan  mən tərəfə? 



Bir az ehtiyatlı dolan, bu yan gülüstandı,  gülüm. 

 

Çoxunu tərifləyib, şəninə alqış demişəm, 



Oqtaya bel bağlama, sözləri yalandı, gülüm. 

 

 



 

 

37

* * * 



 

Başını qoy köksümə, qəlbimdəki qovğanı gör, 

Nəzər sal gözlərimə, gözümdəki sevdanı gör. 

 

Ey mənə tənə edib yardan xəbərsizsən deyən, 



Gəl mənim yuxuma gir, mən gördüyüm röyanı gör. 

 

Ey məni rüsvay edib, bu yolda naşısan deyən, 



Yolunda can verdiyim, şum etdiyim meydanı gör. 

 

Ey mənim göz yaşımı səbəbsiz hesab eləyən, 



Göz yaşımda boğulan bu qos‐qoca dünyanı gör. 

 

Ey Məcnunun halından halı pərişan olanım, 



Halıma tamaşa et, məntək gözü giryanı gör. 

 

Ey gözəl, çalışdım, öyrənəm sənin dilini,  



Dedilər, get quş dili bilən Süleymanı gör. 

 

Ey özünə sultan deyən, bu cahanı viranə bil, 



Dünyaya qonaq gəlmiş Oqtay kimi mehmanı gör. 

 

 



 

38

* * * 



 

Salma gözümdən sən onu, o mənim yarım olub, 

Canımdan çox sevdiyim gülüzlü dildarım olub. 

 

Nə deyim, nə söyləyim, onsuz bir xoş günüm yoxdur, 



Tək ona sevinirəm bir vaxt vəfadarım olub. 

 

Çox gəzdim loğmanları, hicrana əlac axtardım, 



Qəmlər əl götürər görsəm həminki nigarım olub. 

 

Başqa yer cənnət olsa, yenə ürəyim istəməz, 



Onun gəzdiyi yerlər indi gülüzarım olub. 

 

Çox hicranlar görsəm də  ümidimi üzməmişəm, 



Ümidim göz yaşlarım, təsəllim ah‐zarım olub. 

 

Nə bəla yardan gəlsə, qol açıb qucaqlayaram, 



Oqtay, yardan mənim məgər giley‐güzarım  olub? 

 

 



 

 

39

* * * 



 

Mənim qəmim kimdə olsa,  üzü gülməz, 

Fələk necə dövran etsə xəbər bilməz. 

 

Göz yaşlarım selə dönər,  dünya qalar su altında, 



O vəfasız niyə gəlməz, niyə göz yaşımı silməz? 

 

Kuhikənə diz çökdürən dağ dağıldı ahım ilə, 



Bəs nə üçün bu vəfasız rəhm edib insafa gəlməz? 

 

Külək qopdu, dedim bəlkə gətirdi yar ətirini, 



Saçlarını şəlalətək sinəsinə daha sərməz. 

 

Uzun sürməz bu ayrılıq,  hicranın ömrü tükənər,   



Mən biləni,  vüsal gələr,  əzablarım uzun sürməz. 

 

Yetər ki,  bir təbəssümün dünyanı xoşbəxt  eləsin, 



Oqtaya sən ümid versən,  Xızr kimi daha ölməz. 

 

 



 

 

40

* * * 



 

Ürək yenə qoşa olmaq istər canan ilə, 

Ləbi şirin, bulud saçlı mehriban ilə. 

 

Lalə rəngli yanaqları, güya, boyanıb 



Xına kimi qırmızı al qan ilə. 

 

Gün tez ötür həmdəmim yar olanda, 



Dəqiqəm ilə bərabər olsam hicran ilə. 

 

Canı qurban edərəm arzum çin olsa, 



Gecəm keçsə qara zülfü pərişan ilə. 

 

Məhəbbət ürəyə hakim olanda, 



Hesablaşmır vaxt ilə, zaman ilə. 

 

Gizli deyil, Oqtay, ona heyranam, 



El bilir  işim yoxdur yalan ilə. 

 

 



 

 


 

41

* * * 



 

Canan ixtiyarım əlimdən almış, nə edim? 

O gülüzlü məni nəzərdən salmış, nə edim? 

 

Çox istərəm könlün alım, üzü gülsün, 



Görürəm əli qoynunda, xəyala dalmış, nə edim? 

 

Vaxt vardı o  mələksima həmdəmim idi, 



Vüsaldan sonra hicran varmış, nə edim? 

 

Təbibdən dərman istədim, dedi eşqə çarə  yoxdur, 



Aşiq dərmansız ölər, təbib əhlihalmış, nə edim? 

 

Gülüstanlar eşqimi  bəyan etdiyim yerlər idi, 



İndi gülüstanlar solub‐saralmış, nə edim? 

 

Oqtay, yar yolunda cəfalara dözmək mənə xoşdur, 



Heyif ki, yar  üçün bunlar boş xəyalmış, nə edim, 

 

 



 

 

42

* * * 



Ey gül, dərdimin azın dedim, çoxu qaldı, 

Maraqlanıb soruşmadın, biçarə, bu nə haldı? 

 

Ürəyim kimi Vətən atəş içində yanır, 



Allahmı qarğıdı, yoxsa insan törədən məlaldı? 

 

Yaralarıma baxıb düşmən mənə güldü, 



Qəş edib  söylədi: bu yara deyil, xaldı. 

 

Ah çəkdim,  bəlkə halıma yanan oldu, 



Dedilər, dəyməyin, dərd yolunda zəvvardı. 

 

Yara əl çatmadı, elə hala düşdüm, 



Dedilər, bu, insan deyil, xəyaldı. 

 

Oqtay  yaş torpağı ahı  ilə  qurutdu, 



Fikirləşdilər ki, bu yazığın yeri məzardı. 

 

 



 

 


 

43

* * * 



 

Heyranam bir gülüzlü canana, Baləhməd, 

Onsuz bir də gəlmərəm gülüstana, Baləhməd! 

 

Gözəllikdə başqası ağlımı ala bilməz, 



Çıxsalar da bu cəhd ilə meydana, Baləhməd! 

 

Canını qurban deməkdir aşiqin vərdişi, 



Bu yolda bağrı dönsə də qana, Baləhməd! 

 

Yarın gərək üzü gülsün yarını görəndə, 



Yoxsa mənasızdır cəhd üsyana, Baləhməd! 

 

Eşq meydanında əzabdan qorxub qaçmaq olmaz, 



Yar yolunda dözəsən gərək  tufana, Baləhməd! 

 

Kim deyir əsrimizdə Məcnun yoxdur? 



Oqtayın adı düşüb indi dastana, Baləhməd! 

 

 



 

 

44

* * * 



Ey dərdə gülən,  dərdə düşərsən, bunu qan, 

Çox öyünənlərin qəddini bükmüşdür zaman. 

 

Əhlikefləri mən çörəyə möhtac görmüşəm, 



Görmüşəm xarabalıqlar dönüb olub gülüstan. 

 

Bu  dünya fanidir,  ad çıxar yaxşı işlərdə, 



Bil ki, yaxşılıqla əbədi  yaşayar  insan. 

 

Bülbül gül başına,  pərvanə şama, 



Şam can əridir, pərvanədir odlara yanan.  

 

Qəm çəkmə, ey Oqtay,  bəxtin gülər, 



Bağlanan açılar, sən buna inan! 

 

 



 

 

 



 

 

45

* * * 



Sənsizliyim qəlbimi qan etdi, pəri, gəl, 

Vəfasız olma, yada sal o xoş günləri, gəl. 

 

Bir zamanlar özümü  sənə qurban demişdim, 



Yox, yaddan çıxarma sən bunları, gəl. 

 

Vəfasızlığın saldı məni bu hallara, 



Düşdüm çöllərə, oldum sərsəri, gəl. 

 

Baxma əğyar sözünə, əğyar nə dediyini bilməz 



Yada sal dostları, unut getsin əğyarı, gəl. 

 

Məgər məqsədin yar səsini eşitmək deyil? 



Çağıran yardır, səsinə səs ver, yara sarı gəl. 

 

Özünü, Oqtay, vəfasıza qurban etmə, 



Gec‐tez atacaq səni, bilirəm, bəri gəl. 

 

 



 

 


 

46

* * * 



Qəmli könlüm, nahaq yerə dad etmə, 

Dad edib düşmənin könlün şad etmə. 

 

Səni atıb gedən vəfasız üçün 



Bir vaxt yarım olub deyib, onu yad etmə. 

 

Ürəkdən sevirdin o qəlbi daşı, 



Daşqəlbli gözələ sən imdad etmə. 

 

Gözəldir, heyf  ki, vəfası yoxdur, 



Vfasızdı gedən, heç fəryad etmə. 

 

Ahla doludur ki, qəlbin, a yazıq, 



Tutsa ahın onu, sən azad etmə. 

 

Vəfasız  namərdin oduna yanıb, 



Bu yolda Oqtayı gəl Fərhad etmə. 

                    



26.12. 1969 

 

 



 

 

47

* * * 



Nahaq o dilbərə mən sevgili yarım dedim, 

Vəfasız olduğunu bilmədim, vəfadarım dedim. 

 

O kəsin qəlbinə dağ çəkilsin ki, etibarsızdır, 



Etibarsızlığın gördüm, bietibarım dedim. 

 

Fələk qəm oxuyla qəlbimi qan etdi, 



Dözdüm, yar yolundadır ahu‐zarım dedim. 

 

Çoxları mənə cənnət kimi bağlar vəd etdi, 



Bunlara meyl etmədim, vardır öz gülüzarım dedim. 

 

Şöhrətə meyl edənlər puldur bilin  Kəbə dedi, 



Əfsanə gəldi mənə, Vətəndir dildarım dedim. 

 

Çoxdan yarın səcdəsinə getməyə imkanım yoxdur, 



Qurban ollam yüz yol ona, düşsə bir güzarım dedim. 

 

Əlim əlinə dəysəydi, dağılardı dərdim, qəmim, 



Vüsalına çata  bilsəm, əriyər qubarım mənim. 

 

Dostlar hey söyləyirlər ki, əl çək o dilbərdən, 



Oqtay, əl çəkməkmi olar? Odur sərdarım mənim. 

                   

            6.03.1970 


 

48

* * * 



Ey gül, həsrətindən qəddim yay oldu, 

Səni görmədiyim hər gün döndü ay oldu. 

 

Gəl, yaxın gəl, incitmə biçarə aşiqini, 



Bərabər ol mənə, sevən sevənə tay oldu. 

 

Zülfünə şanə çəkdin, ətri məst etdi aləmi, 



Çoxlarının ağlı bu məstlikdən inan, zay oldu. 

 

Əhdinə vəfasız olma, el qınar səni, 



Vəfasızların işi həmişə ahu‐zar oldu.  

 

Axtarma, tapmazsan mənimtək etibarlısın, 



Güman etmə ki, vəfada hamı Oqtay oldu. 

                    

15.03.1970 

 

 



 

 


 

49

* * * 



Bel bağladım, ey gül, sənə, işim ahu‐zar oldu, 

Günlərim qəmlə keçdi, qismətim  intizar oldu, 

 

Rəqiblər tənə edir, mən necə şad ola bilərəm? 



Şad olmadım, cavan ömrüm xar oldu. 

 

Günlər var idi sirdaş idim səninlə, 



Sənsiz qalan gündən dünya mənə dar oldu. 

 

Vəfasızlıq etdin, dərdlər səni tapdı, 



Sənə dərd gətirən çəkdiyim ahlar oldu. 

 

Dözdüm  intizara, əhdimdən dönmədim mən, 



Etibarlı  aşiq kimi adım dillərdə var oldu. 

 

Gözüm, Oqtay, o dilbərin yollarına çox baxıb, 



Gəlmədiyini gördü, axırda ağlar oldu. 

                    



25.01.1970 

 

 



 

 

50

* * * 



Apar məni, ey külək, o dildara yalvarım, 

Düşüm ayaqlarına, göz xumara yalvarım. 

 

Yolunu   gözləməkdən  zamanı itirmişəm, 



Vüsalı yaxın edən o yollara yalvarım. 

 

Durnalara yol verin, yarın yanından gəlir, 



Yarımdan soraq verən durnalara yalvarım. 

 

O həmdəmim olardı çinarlar kölgəsində, 



Eşqimə şahid olmuş çinarlara yalvarım. 

 

Həsrəti qovuşdurar baharın ilk ayları, 



Gəl vüsala qovuşaq, mən bahara yalvarım. 

 

Gözlərini anıram ulduzları görəndə, 



Ulduza qucaq açmış səmalara yalvarım. 

 

 Oqtay, gəl bir şam gətir, mən başına dolanım, 



Başlarını itirmiş o şamlara yalvarım. 

 

 



 

51

* * * 



 

Aqillər  mülkünün küncündə olmaq olub qəsdim,  

Bu ümid ilə dəmir çarıq geyib dünyanı gəzdim. 

 

Gəzdikcə suallar çoxaldı, artdı başımda dumanlar, 



Düşünmə, yoruldum suallardan, usandım, bezdim. 

  

Yolumu azmadım, inamla məqsədə doğru getdim, 



Bu yolda hər əzaba, zülmə,  çətinliklərə dözdüm. 

 

Nə qalacaq məndən sualı yordu, incitdi məni, 



Baxıb olanlara, gördüm ki, mən eləcə sözdüm. 

 

Bildim ki, əlimdən sözdən başqa heç nə gəlmir, 



Sözə baş qoydum, sözlə yaşadım, söz düzdüm. 

 

Kim istər  sözünə verilməsin qiymət 



Qiymət verilsəydi sözə , başqa heç nə  istəməzdim. 

 

Oqtay, səni hər kim gördü, heyrətdə  qaldı,  



Bildilər ki, məni bu hala salıb  öz  qaragözlüm. 

 


 

52

* * * 



Aləm zülmlə yoğrulub, ürəyim qandı mənim,      

Gecə‐gündüz işim nalədi, əfqandı mənim. 

 

Lütf edib bir kimsə pərişan halımı sormaz, 



Qurumaz yaşlarım, gözlərim giryandı mənim. 

 

Qəlbimi ovlamış ovçu başımı kəsməz nədən? 



Düzəlməz halım, əhvalım yamandı mənim. 

 

Baxma halıma, sakit bir hal əhlinə oxşayıram , 



Gir qəlbimə, varlığım bir tufandı mənim. 

 

Baharın oğlan çağı, güllərin göz açan vaxtıdı, 



İsinmir amma canım, içimdə leysandı mənim. 

 

Nə bir xəbər göndərir, nə bir halımı sorur, 



Bilmir məgər hər tərəfim düşməndi mənim? 

 

Gəl halıma bax, gör nə bəlalardadır başım, 



Heç kəs deyə bilməz sözlərim yalandı mənim. 

 

Çox qəm etmə, Oqtay, qəmə dəyməz o sənəm, 



Məgər dərdim

 

elə o etibarsız sənəmdi  mənim? 



 

53

* * * 



Həsrətindən incəldim, gör bir necə gülə döndüm,   

 

Gəlmədin, oduna yandım, beləcə,  külə döndüm. 



 

Baxdım həsrətlə  yollarına,  tükəndi səbrim, 

Zülfünün xatirindən təsəlli tapdım, telə döndüm. 

 

Qaçdı yuxum, səhəri açdım dirigözlü, 



Daşa döndü yatağım, belədən belə döndüm. 

 

Gəldi o ötən günlər yada, elə bil heç olmayıbmış, 



Çevrildim göz yaşına, tutdum dünyanı, selə döndüm. 

 

Bu hal məni kamil elədi, açıldı gözüm, 



Quş dili bilməz idim, oxudum, bülbülə döndüm. 

 

Elə bilirdim çatar yara əlim, şükr edərəm, 



Döydü məni yellər, saralıb sünbülə döndüm. 

 

Heç kəs mənə get demədi, özüm köçümü çəkdim, 



Baxdım hal əhlinə, şad oldum, əhlidilə döndüm. 

 

Çox yerlərdə dolaşdım, bəlkə təsəlli tapa bildim, 



Tapmadım, Oqtay, yad  yerlərdən doğma  elə döndüm. 

 


 

54

* * * 



Deyirlər zülfün kimi günlərimiz qara gələcək,      

Zülfün kimi qara gələcəksə, demək, kara gələcək. 

 

Örtəcək  Günəşin üzünü qara buludlar, zülmət olacaq, 



Günəş üzünü görməyəndə  Günəş zara gələcək. 

 

Can atacaq görsün üzünü ,  amma nə fayda 



Çaşacaq Günəş, bilməyəcək hardan  hara gələcək. 

 

İstər gündüz olsun, istər zülmət bir gecə, fərq eləməz, 



Xəbər versən yara, bir anda zülmətləri yara‐yara gələcək. 

 

Günəş bilsə həsrət qalacaq gül üzünə aşiqlər yenə, 



Dözməyib  üzünü görmək üçün yalvara‐yalvara gələcək. 

 

Bülbülə ha de ölümdür , bir az ehtiyatlı dolan, 



Baxmayacaq heç nəyə,  yar üçün   xara gələcək. 

 

Çox zülmlərə  dözdüm, yenə bu yolda varam, 



Güman etmə ki, aşiq zülmündən zinhara gələcək. 

 

Baş qoymaq üçün ayağına inan bu Oqtay, 



Hara getsə də  dönüb sən olan   gülzara gələcək. 

 

55

* * * 



Əritdim ömrümü bir sənəmin yolunda gilə‐gilə, 

Bu ağrını səadət bilib, qarşıladım gülə‐gülə. 

 

Yanmadı halıma, bu mənə çəkilməz dərd oldu, 



Bir də  xəbər tutdular   dönmüşəm soyuq külə. 

 

Bilir yolunda əl açmışam, bəlkə bir nəzir verə, 



Baxmadı, keçdi   nazla, ehtiyacımı bilə‐bilə. 

 

Boylandım arxasınca, başqa əlacım qalmadı, 



Axdı qanlı göz yaşlarım,  yenə döndü selə. 

 

Ətrini almaq üçün yalvardım küləklərə,    



Yanmadı küləklər halıma, ümidim getdi yelə.   

 

Dedim qayıdar düşüb qədəmlərinə əfv dilərəm, 



Baxdı, güldü, dedi: ay yazıq, əfv sənə tezdir hələ. 

 

Buna necə dözdüm, hicrana necə səbr elədim, 



Yoxmudur məgər  bir həmdəm   göz yaşımı silə? 

 

Oqtay , əl çəkmə o ayüzlüdən, buraxma ətəyini,   



Düş qədəmlərinə, yalvar, bəlkə bir  rəhmə gələ .  

 

56

* * * 



Canım fəda olsun sənə, başım da üstündə, 

Gözlərim qurbanındır, göz yaşım da üstündə. 

 

Düşmənlər güldü mənə, sən vəfasızsan deyə, 



Düşmənlər cəhənnəmə, sirdaşım da üstündə. 

 

Elə qəmlərə dözdüm, dözməzdi buna heç kəs, 



Ağardı saçım tamam,  bax, qaşım da üstündə. 

 

Aşiqlər dərdlərini bir kimsəyə açmazlar, 



Aqillər duymaz bunu, bil, naşım da üstündə. 

 

Dirigözlü qurbandır yara aşiqin  canı,    



Diriykən özüm qurban, ölsəm,  nəşim üstündə.  

 

Sürünməkdən yolunda  yollarda ot bitmədi,  



Bədənim   qan içində,

 

üst‐başım



 da üstündə. 

 

Bu qəmdən qurtarmağın yeganə bir yolu var, 



Çağır ayıq dostları, sərxoşum da üstündə. 

 

Bunu bilirəm, Oqtay, heç nə əbədi deyil, 



İtər məzarım bir gün, başdaşım da üstündə. 

 

57

* * * 



 

Ağladım öz halıma, güldü biganələr mənə, 

Baxıb bu işə, tənə etdi divanələr mənə. 

 

Cəhd etdim düşməyim eybaxtaranlar dilinə, 



Gör fələk  göstərdi nə həngamələr mənə. 

 

Üz çevirib getdim, bəlkə rəhmə gələr deyə, 



Göndərdi rəqiblərlə tənə dolu namələr mənə. 

 

Mənim günahım nə imiş, sənə aşiqliyimdir? 



Yağdırırsan hər  tərəfdən tənələr mənə. 

 

Üz çevirdim meyxanaya, bəlkə azala qəmim, 



Əfsus kömək etmədi meyxanələr mənə. 

 

Rəhm etmədin gecə‐gündüz oduna yanmağıma, 



Həsrət çəkdi  dözümlüyümü görüb,  mərdanələr mənə. 

 

Qorxdum ki, aşiqliyimdən dünyada bir iz  qalmaya, 



Oqtay dedi, tələsmə, qoşacaqlar çox əfsanələr mənə. 

 


 

58

* * * 



Axtardı gözüm, tapmadı, qaldı ağlar sənsiz, 

Bilmədin sinəmə hicran çəkdi nə dağlar sənsiz. 

 

O günləri yada saldım, güya, cənnətmiş hər yan, 



İndi həsrət baş qaldırıb kükrər, çağlar sənsiz. 

 

Vüsal ümidilə bağlara qaçardıq, yoxdur o bağlar, 



Solub çiçəklər, viranə qalıb, heyif, o  bağlar sənsiz. 

 

Bir sehr imiş eşqin, saxlarmış bəlalardan sənsiz, 



Nə oldu sevinir, gülür indi mənə əğyar sənsiz? 

 

Halıma yanmır heç kim, açmır qapımı küləklər, 



Xəstələrdən nə umum, axtarmır məni sağlar sənsiz. 

 

Həsrətinlə gecə‐gündüz alışıb yandığımdandır, yəqin, 



Rəhm edib ağuşuna çağırar məni səhralar sənsiz. 

 

Heyrətdə qalmışam, Oqtay, bilmirəm nədən, 



Biganə sənsən, biganələr məni yada salar sənsiz. 

 

 



 

59

МЦНДЯРИЖАТ 



Huşyarlığımdandır ki, kənar qaçır yar məndən .......... 3 

Aşiq yarın ayağını öpməyə ar eyləməz ...................... 4

 

Niyə dönmədin? Fəda etdim yüz can sənə ................ 5 



Nə ola kaş, yarım məndən can istəyə ........................ 6 

Başım taxtı, (bilirəm) yanında günahkaram mən ...... 7 

Ey canı məndən alan, başqa təmənnan var idi? ........ 8 

Heyranlığımdan onu hürü, mələk sandım ................. 9 

Eşq aləmində el məni ustad tanıdı ............................ 10 

Nədən dünyaya gələn həmən peşman oldu ............. 11 

Başım düşdü ayağıma, ayağım aşdı başımdan .......... 12  

Gərək aşiqdə bəxt ola, yarı ondan can istəyə ........... 13 

Ey gözəl, ayağını qoyduğun yerə məni tən tut ......... 14 

 Hər kim səni görsə, sərvi‐xuramandır deyər ............ 15 

Axtarma , həkim, əlac, bilirəm hardadır dərman ...... 16 

Zülfünə zülmət dedim, gecənin bağrı yarıldı ............ 17 

Öpdüm əlini, bu bil sənə çoxdu dedi ........................ 18 

Ləbinə bədəxşan ləli desəm, məndən küsərmisən? . 19 

Mənimtək, Allah, heç kəs belə bağrıqan olmasın ..... 20 

 Bəxtim kimi xəzan olmuş güllərə yalvardım ............ 21 

 Mənimtək dərdə həmdəm dünyada tamam yoxdur22 

Kimsə bilməz halımı, mənimtək dərdli olmasa ......... 23 

Ey aqil, huşyarlıqla qulaq asdım muğama................. 24 

 Qəmin əlindən zinhara gəldim, nə edim .................. 25 



 

60

Ey nazənin , etmə məni qəmindən kənar ................. 26 



Yalvardım öldür məni, dözə bilmirəm hicrana ......... 27  

Dedim getmə, ey gül, halım pərişan olacaq ............. 28 

Ey nazənin, rəhmini nə üçün belə az edirsən? ......... 29 

Ey gül, səninlə olduğum günlərimin həsrətindəyəm 30 

Sən əgər sən olsaydın, unuda bilməzdin məni ......... 31 

Yığdın zülfünü, göründü bulud altından ay ............... 32 

Məni o vəfasız elə günə salıb yenə ........................... 33   

Ey gül, bir şam sən, oduna yananın mən .................. 34  

Bağrım zülfün əlindən gör necə  şanəyə dönmüş ..... 35 

Ləbinin balı mənim dərdimə dərmandı, gülüm ........ 36             

Başını qoy köksümə, qəlbimdəki qovğanı gör .......... 37 

Salma gözümdəm sən onu, o mənim yarım olub ..... 38 

Mənim qəmim kimdə olsa üzü gülməz ..................... 39 

Ürək yenə qoşa olmaq istər canan ilə ....................... 40 

Canan ixtiyarım əlimdən almış, nə edim? ................. 41 

Ey gül, dərdimin azın dedim, çoxu qaldı ................... 42 

Heyranam bir gülüzlü canana, Baləhməd ................. 43 

Ey dərdə gülən, dərdə düşərsən, bunu bil ................ 44 

Sənsizliyim  qəlbimi qan etdi, pəri, gəl ..................... 45 

Qəmli könlüm,  nahaq yerə dad etmə ...................... 46 

Nahaq o dilbərə mən sevgili yarım dedim ................ 47 

Ey gül, həsrətindən qəddim yay oldu ....................... 48 

Bel bağladım, ey gül, sənə, işim ahu‐zar oldu ........... 49 

Apar məni, ey külək, o dilbərə yalvarım ................... 50 



 

61

Aqillər mülkünün küncündə olmaq olub qəsdim ..... 51 



Aləm zülmlə yoğrulub, ürəyim qandı mənim ........... 52 

Həsrətindən incəldim, gör bir necə gülə döndüm .... 53 

Deyirlər zülfün kimi günlərimiz qara gələcək ........... 54 

Əritdim ömrümü bir sənəmin yolunda gilə‐gilə ....... 55 

Canım fəda olsun sənə, başım da üstündə ............... 56 

Ağladım öz halıma, güldü biganələr mənə ............... 57 

Axtardı gözüm, tapmadı, qaldı ağlar sənsiz .............. 58 

 

 



 

 

 



 

 

 

 

 

 

62

Oqtay  Abbas 



(Oqtay Allahverən oğlu Abbasov) 

QƏZƏLLƏR 

 

Müəssisənin direktoru: F.Q.Kərimov 



Kompüter dizaynı: S.Əlizadə 

 

Çapa imzalanmışdır: 04.01.2016 



Kağız formatı: 70 х 90 1/16 

Fiziki çap vərəqi: 4 

Tiraj:200 

 

Qiyməti müqavilə yolu ilə 



Kitab müəllifin vəsaiti ilə çap olunub.  

 

“MM‐S” müəssisəsi 



Ünvan: Tağızadə 13 

Tel: 050 314 09 37 



Yüklə 202,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin