AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix29.12.2016
ölçüsü0,64 Mb.
#3859
1   2   3   4

                   Dəvə oynayanda qar yağar. 

                          

Çobanın könlü olsa, təkədən pendir tutar. 

              Qurddan qorxan qoyun saxlamaz. 

             Qurd dumanlı gün axtarır. 

                         

Aşı bişirən yağ olar, gəlinin üzü ağ olar. 

IV oxucu:            Halva-halva deməklə ağız şirin olmaz. 

              Yağ yağ ilə qaynar, yarma quru qalar. 

                   Dəvəçi ilə dost olanın darvazası gen gərək. 

                   Ata olmayan ata qədrini bilməz. 

          Ata oğula bağ qıydı, oğul ataya salxım qıymadı. 

                   Can versən, qardaşa ver, min il getsə yad olmaz. 

                   Yağışdan çıxdım, yağmura düşdüm. 



                   Dağ dağ ilə qovuşmaz, adam adam ilə qovuşar. 

              Güvəndiyim alçacıq dağlar, sizə də qar yağarmış?            

IV oxucu :             Oğru elə bağırır, doğru küncə qısıldı. 

          

Zülm ilə abad olan, ədl ilə bərbad olar. 

               

Acın amanı olmaz, toxun imanı. 

              

O baş sınsın ki, dost yolunda gərək olmasın.  

Pıspısa xanım: 

Uşaqlar  tədbirimizin  daha  maraqlı  keçməsi  üçün  sizinlə 

viktorina keçirmək istəyirik. Bu viktorinanı “Balalara hədiyyə” 

kitabında  verilmiş  mövzular  əsasında  hazırlamışıq.  Bunu 

etməkdə  məqsədimiz  sizin  nə  dərəcədə  diqqətcil  olmağınızı, 

şeirləri, məsəlləri, yanıltmacları, tapmacaları, nağılları  qavrama 

qabiliyyətlərinizi  yoxlamaqdır.  Tapın  görüm,

  meşə    ağacları 

hansılardır? 

(Cavab:  Palıd,  qarağac,  fıstıq,  vələs,  dəmirqara,  göyrüş, 

ağcaqayın,  cökə,  şamağacı,  ardıc,  tus,  söyüd,  bədmüşk, 

qızılağac, qovaq, çinar.) 


37 

 

Siçan bəy:   



Kollar hansılardır?  

(Cavab:  Qarağat,  qaragilə,  böyürtkən,  moruq,  əzgil,  zirişik, 

zoğal,  mərdəşə,  qoyungözü,  itburnu,  yasəmən,  nəstərən, 

qızılgül, tobuluğu, göyəm, qora, qızılçax.) 

Pıspısa xanım:    Otlardan hansını tanıyırsınız? 

(Cavab: Əvəlik, qoyunqulağı, quzuqulağı, qantəpər, qırxbuğum, 

sığırquyruğu, xatınbarmağı, qara ot, ayıdöşəyi, dəvədabanı, qıjı, 

xımı,  pişikcırnağı,  baldırğan,  unnuca,  südlü  pencər,  kiğ,  cacığ, 

gicitkən,  naşır,  qazayağı,  cincilim,  şomu,  boyana,  qanqal, 

yarpız.) 

Siçan bəy:    

Çiçəklərdən hansını tanıyırsınız? 

 

(Cavab: 


Gülxətmi, 

sarıçiçək, 

göyçiçək, 

arşınçiçək, 

qaymaqçiçəyi,  lalə,  zanbaq,  nərgizgülü,  nilufər,  birəotu, 

kəklikotu, sumrux çiçəyi, huy çiçəyi, bənövşə, qərənfil.) 

Pıspısa xanım: 

Bostan və dirrik məhsullari hansılardır? 

(Cavab:  Yemiş  (qovun),  qarpız,  şamama,  xiyar,  qabaq,  səlx, 

kələm, kök, soğan,   sarımsaq, turp. 

Göyərtilər:    Keşniş,  cəfəri,  kərəbiz,  bağdanus,  kəvər,  nanə, 

şüyüd, reyhan, mərzə, razyana, acıtərə, ispanaq.) 

Siçan bəy:   

Bişmişlərdən  hansılarını tanıyırsınız? 

(Cavab:  Aş,  bozbaş,  plov,  çilov,  dolma,  küftə,  qovurma, 

bozartma, kabab, lüləkabab, əriştə, umac, xəşil, halva, həlimaşı, 

xingəl, firni, qaysaba, dovğa, səməni.) 

Pıspısa xanım:    Çörəklərdən hansını tanıyırsınız? 

(Cavab:Yuxa,  sac  çörəyi,  təndir  çörəyi,  lavaş,  sənkök,  fətir, 

şəkərçörəyi, qatlama, fəsəli, əgirdək, kətə, qoğal.) 

Siçan bəy:    

İçkilərdən hansını tanıyırsınız? 

(Cavab:  Su,  süd,  çay,  qəhvə,  şərbət,  ayran,  körəməz,  gülməs, 

bulama.) 

Pıspısa xanım: 

  Ev heyvanları hansılardır? 

 

(Cavab:  At,  eşşək,  qatır,  dəvə,  inək,  öküz,  camış,  kəl,  qoyun, 



keçi, it, pişik) 

Siçan bəy:    

Əti yeyilən  quşlar hansılardır? 

 

 



 

(Cavab: Kəklik, turac, qırqovul, çil, bildirçin, ördək, qaz). 

Pıspısa xanım:    Ət  yeyən  quşlar  hansılardır? 

 

 



 

(Cavab: Tərlan, qızılquş, qaraquş, qırğı, sar, çalağan, quzğun.) 

Siçan bəy:    

Oxuyan quşlar hansılardır? 

(Cavab: Bülbül, bildirçin, sığırçın, qaratoyuq, torağay, alacəhrə,  

qumru. 


Pıspısa xanım: 

Gecə uçan quşlar hansılardır? 

 

 

 



(Cavab: Bayquş, yapalaq, yarasa). 

 (Sualların cavabını tapan oxuculara hədiyyələr verilir) 

II Aparıcı:   

Firidun  bəy  Köçərli  “Balalara  hədiyyə”  kitabı  üçün  belə 

söyləmişdir: “Bu məcmuəni hər kəs oxusa – böyük, ya kiçik – 



38 

 

onun  qəlbi  açılıb  xəndan  olacaqdır.  Balalar  şad  olacaq  bu 



səbəbə  ki,  onda  dərc  olunan  əsərlərin  cümləsi  onların 

dünyasındandır.”  “Azərbaycan  ədəbiyyatı”  müəllifi  F.Köçərli 

öz  xalqının  bəşər  mədəniyyəti  xəzinəsinə  verdiyi  inciləri  də 

sərraf  kimi  tapıb  qiymətləndirməyi  bacarır,  Azərbaycan 

ədəbiyyatının  böyük  ideallarla,  sağlam  və  yüksək  hisslərlə 

zəngin  olduğunu  iftixarla  təhlil  və  sübut  edirdi.  Bu  məqsədlə 

F.Köçərli Azərbaycan klassiklərindən M.V.Vidadi, M.P.Vaqif, 

  

A.Bakıxanov, Q.Zakir, M.F.Axundzadə, S.Ə.Şirvani,  



N.Vəzirov,  M.Ə.Sabir,  C.Məmmədquluzadəni  misal  gətirir, 

onlardan  çoxunun  yaradıcılığını  və  ədəbi  irsini  geniş  təhlildən 

keçirirdi.  O,  Azərbaycan  ədəbiyyatında  yaranan  realist  ədəbi 

cərəyanın  özünəməxsus  xüsusiyyətlərini,  inkişaf  yolunu  və 

ideya istiqamətlərini də məharətlə üzə çıxarırdı. 

I Aparıcı:   

F.Köçərli  ədəbiyyatın  xəlqiliyini  hər  hansı  bir  yazıçının  xalq 

həyatı  ilə,  ictimai  varlıqla  münasibətlərinin  mütərəqqi 

mahiyyətində  görürdü.  Yazıçının  öz  mənsub  olduğu  xalqın 

mənəvi aləmi ilə sıx bağlı olmasını F. Köçərli bu işdə həlledici 

şərt sayırdı. O, deyirdi: “Yazıçı və ya şair nə qədər öz millətinə 

yaxın  olsa,  milliyyət  qanı    onun  damarlarında  nə  qədər  artıq 

cərəyan  etsə,  onun  əsərlərində  milliyyət  nişanəsi  artıq 

görünəcəkdir.”  “Azərbaycan ədəbiyyatın”da  F.Köçərli ictimai 

və  mədəni  tərəqqi  uğrunda  qələm  çalan,  yaxşını-yaxşı,  pisi-pis 

kimi  göstərən,  mövhumat,  qəflət  və  dini  xürafatı  ifşa  edən 

“həqpərəst  və  millətpərvər  ədiblərə”  daha  artıq  yer  vermş, 

onların yaradıcılıq problemlərini geniş şərh etməyə çalışmışdır. 

F.Köçərli  tarixçi  olduğu  qədər  ədəbiyyatın  müasir  inkişafı 

məsələləri  ilə  də  məşğul  olan  istedadlı  bir  tənqidçi  idi.  Müasir 

ədəbiyyatın ideya, mövzu, bədii sənətkarlıq, dil və s. məsələləri 

onu  daim  maraqlandırırdı.  F.Köçərli  yazırdı:  “İndiki  dövrdə 

xalq  üçün  gözəl  nəsihətlər,  hikmətamiz  hekayələr,  vətənə 

məhəbbət, millətə xidmət, dostluqda sədaqət, əhdə vəfa etmək , 

müqəddəs hisslər haqqında əsərlər yaratmaq lazımdır.  

F.Köçərli  təkcə  Azərbaycan  ədəbiyyatının  təqiqi  ilə 

kifayətlənməyib, əsərlərində Şərq, Qərb Avropa, rus, gürcü və s. 

ədəbiyyatların  klassikləri  haqqında  da  elmi  mülahizələr 

yürütmüş,  ədəbi  əlaqələr  baxımından  qiymətli  fikirlər  irəli 

sürmüşdür. 

I Aparıcı: 

F.Köçərli  çoxcəhətli  yaradıcılığı  boyu  bir  ədəbiyyat  tarixçisi, 

nəzəriyyəçi  və  tənqidçisi  kimi  tədqiq  və  təbliğ  etdiyi  sahənin, 

demək olar, bütün əsas məsələlərinə toxunmuş, onlar barədə öz 

görüşlərini aydın izah etməyə çalışmışdır. O, ədəbiyyatı hər bir 

xalqın  “şən  və  əzəmətinə,  tərəqqi  və  səadətinə  bais  olan 



39 

 

səbəblərdən  biri”  hesab  edib  iki  hissəyə  ayırmışdır:  şifahi  və 



yazılı ədəbiyyat. 

I Aparıcı:   

F.Köçərli  fəaliyyət  göstərdiyi  dövrdə  ana  dili  və  onun  inkişafı   

uğrunda  gedən  mübarizənin  öncüllərndən  idi.  F.Köçərlinin 

”Ana  dili”,  “Məişətimizə  dair”,  “Cavab”,  “Orta  təhsil 

müəssisələrində yerli dillərin tədrisinə dair” və s. məqalələrində, 

habelə müxtəlif əsərlərində irəli sürdüyü fikirlər onun milli dilin 

rəvac  tapması  və  tərəqqisi  yolunda  fədakar  carçı  olduğunu 

təsdiqləyir.  Onun  Azərbaycan  xalqına  bəxş  etdiyi  çox  gözəl 

müdrik kəlamları var. Hörmətli tədbir iştirakçıları! İndi isə gəlin 

Firidun bəy Köçərlinin müdrik  fikirlərini dinləyək: 

 

Oxucular səhnəyə çıxıb kəlamlardan söyləyirlər. 



 

1.

 



Əgər  bir  xalqı  məhv  etmək,  onu  adam  toplusuna  çevirmək  istəyirsənsə, 

müəllimini savadsız, həkimini isə kəmsavad eləyin. Biri onun başını, o biri 

isə canını məhv etsin. 

2.

 



Əsl gözəllik surətdə deyil, ağıl və kamalda, əxlaq və rəftardadır. 

3.

 



Bizim yəqinimizdir ki, dili dolaşıq şəxsin fikri də dolaşıqdır. 

4.

 



İnsanın dırnağı ilə ayaqqabısının təmizliyi onun mədəniyyətini göstərir. 

5.

 



Müəllimlik  ağırdır,  ancaq  pak  və  müqəddəs  xidmətdir.  Aldığınız  elm  və 

tərbiyəni  elə  yüksək  və  hündür  məqamda  saxlayın  ki,  nuru  ətrafı  da 

işıqlandıra bilsin. 

6.

 



Hər  millətin  özünəməxsus  ana  dili  var  ki,  onun  məxsusi  malıdır.  Ana  dili 

millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindəndir. Ananın südü 

bədənin  mayəsi  olduğu  kimi,  ananın  dili  də  ruhun  qidasıdır,  hər  kəs  öz 

anasını və Vətənini sevdiyi kimi ana dilini də sevməlidir. 

7.

 

Azadəlik sevən və qardaşlıq axtaran,ittihad və tərəqqi arzusunda olan millət 



xoşbəxtdir. 

8.

 



Azərbaycanın Nizami Gəncəvi kimi söz ustadı, rəvan təb və şirin zəban şairi 

var.  Heç  bir  şair  olətafət  və  zəriflikdə  söz  deməyibdir.  Onun  cümləyə 

məşhur  olan  “Xəmsə”si  bimisil  və  binəzir  əsərlərdir  ki,  həqiqətdə  xəzinə 

malıdır. 

9.

 

Qadınların  elm  və  mərifətsizlikləri  ucundan  dalda  qalmalarının,  bu  qədər 



biixtiyar,  avam  və  sadədil  olmaqlarının  ziyanı  ən  çox  körpələrə  toxunur. 

Hünərli, tərbiyəli,cürətli və bacarıqlı nəsil ancaq elmli və bacarıqlı analardan 

yetişə bilər. 

10.


 

 Uşağı  tərbiyə  etmək  üçün  müəllimdə  məhəbbət,  səbir,  mərifət,  uşaq 

təbiətini  anlamaq  qabiliyyəti  olmalıdır. Qabiliyyətli  və vicdanlı  müəllim  ən 

küt  şagirdə  də  az-çox  elm  və  bilik  aşılaya  bilər.  Yaxşı  müəllim  məktəbin 

canı və içində olduğu camaatın çırağı məqamındadır. 

11.


 

 Xalqın sərvət və dövləti, şan və şövkəti artdıqca, onun dili dəxi haman qərar 

üzrə tərəqqi və vüsət tapır və bir məqama çatır ki, millət qisim – qisim nağıl 

və hekayələr düzməyə, sinədən sözlər və mahnılar toxumağa başlayır. 



40 

 

12.



 

 Hər bir şey məhəbbətə bağlıdır. Hər bir şeyə həyat verən, hər bir şeyi tər və 

təzə qılan, hər bir şeyi gözəl, məqbul və nurani edən məhəbbətdir. 

13.


 

 Hər  bir  xalqın  maddi  yoxsulluğu,  iqtisadi  düşkünlüyü  onun  zehni 

yoxsulluğunun, mənəvi düşkünlüyünün nəticəsində meydana çıxır. 

14.


 

 Firidun bəy belə bir həqiqəti təsdiqləyirdi ki, “bir qövm və tayfa elmsiz və               

mərifətsiz olsa, bir o qədər ədəbiyyatı zəif və biməzmun olacaqdır. 

15. Qəlbi şad etmək özlüyündə bir xidmətdir. 

16. Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada  

çox  xoşsifət  adamlar,  ədiblər  şairlər  vücuda  gəlibdir.  Şuşa  qalası 

Zaqafqaziyanın Şirazi mənziləsində olub, ərbabi-zövqü səfa oymağı və əhli-

hal və sahibi-dil yatağı hesab olunur. 

17.

 

 İnsanı insana  bağlayan və həmişəlik aşiq edən camali-zahiri deyil, camali – 



mənəvidir. Əsil gözəllik surətdə deyil, ağıl və kamalda, əxlaq və surətdədir. 

18.


 

 Əsl  ədəbiyyat  həyati  həqiqətləri  əks  etdirməklə  yanaşı  cəmiyyəti,  xalqı 

qabaqcıl  ideyalarla  silahlandırmalıdır,  onun  azadlıq  mübarizəsinə  kömək 

etməlidir:  Həqiqi  şair,  yazıçı  millət  və  Vətən  yolunda  canlar  fəda  etmək 

lazım  isə  vətən  oğullarının  ürəyinə  yandırıcı  od  salıb,  onları  hər  qisim 

fədakarlığa  şövqmənd etməlidir.  

I Aparıcı: 

Əziz  oxucularımız  və  qonaqlarımız!  Azərbaycan  dilinin 

inkişafı, onun saflığı, eləcə də yad təsirlərdən qorunması, milli 

məktəblərdə  ana  dilinin  tədrisi  və  onu  yaxşılaşdırmaq,  məktəb 

dərslikləri,  qiraət  kitablarının  sadə,  açıq  dildə  yazılması,  bədii 

əsərlərin, mətbuat və kitabların ümumxalq dilində intişarı və s. 

kimi  vacib,  əhəmiyyətli  məsələlərin  həllində  F.Köçərlinin 

xidmətləri  böyükdür.  Firidun  bəy  Köçərli  M.  F.Axundzadədən 

sonra Azərbaycan ədəbi fikrinin yeni mərhələyə yüksəlməsində 

böyük  xidməti  olan,  milli  ədəbiyyatın  xalq  həyatı  ilə 

yaxınlaşması,  ideyaca  saflaşması,  düzgün  istiqamətdə  inkişafı 

üçün  mühüm,  faydalı  nəzəri,  təcrübi  iş  görən,  ədəbi  dilin 

ümumxalq dili əsasında tərəqqisi və yad təsirlərdən uzaqlaşması 

yolunda  çalışan  görkəmli  simalardan  idi.  O,  tükənməz 

məhəbbətlə sevdiyi milli ədəbiyyatı bütün həyatı boyu təbliğ və 

tədqiq etməklə məşğul olmuş, onun həm keçmişini, həm müasir 

nailiyyətlərini 

qiymətləndirməyin 

gözəl 

nümunəsini 



göstərmişdir. 

II Aparıcı: 

Qırx  illik  fəaliyyəti  dövründə  yazıçı  M.F.Axundzadənin 

maarifçilik ənənələrinin fəal təbliğatçısı və yorulmaz davamçısı 

olmuşdur.  Ədəbiyyatımızı  müntəzəm  bir  şəklə  salmaq  və 

ümumən  tanıtmaq  əhəmiyyətli  məsələlərdəndir.    Firidun  bəy 

Köçərlinin    bu  yolda  iyirmi  ildən  bəri  çalışması  və 

ədəbiyyatımızı nizama salması çox böyük bir nailiyyət idi.   

F.Köçərlinin  çoxəsrlik  Azərbaycan  ədəbi  irsini  toplayıb,  elmi 

prinsip  və  ardıcıllıqla  öyrənərək  öz  tədqiqatının  nəticələrini 

“Azərbaycan  ədəbiyyatı”  əsərində  xalqın  istifadəsinə  verməsi 


41 

 

onun  ən  böyük  xidməti  sayılır.  Bu  əsəri  yazmaqla  Köçərli 



müasir Azərbaycan ədəbiyyat tarixçiliyi elminin əsasını qoymuş 

və beləliklə, gələcək tədqiqatçılar üçün geniş bir yol açmışdı. 

Firidun  bəy  ən  müqtədir,  ən  sevgili  ədiblərimizdən  biridir.  Bu 

şəxs ədəbiyyat tariximizi yazmaqla  bütün keçmişimizi diriltdi, 

şairlərimizin ülvi ruhlarını canlandırdı və həyati – fikriyyəmizi 

təbii  yoluna saldı.

 

Biz bu gün bu xidmətlərdən sizinlə saatlarla 



danişsaq da yorulmarıq.

 

 



 

Tədbirin sonunda  kitabxananın böyük oxu zalında F.Köçərlidən bəhs edən “Hökm 

icra olunmuş” filmi tədbir iştirakçılarına təqdim olunur. 

                                                      

                                                                S O N 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


42 

 

                               İstifadə olunan ədəbiyyat siyahısı: 



 

 

1.



 

Köçərli F. Seçilmiş əsərləri.- B.: Azərbaycan SSR Elmlər            

Akademiyası Nəşriyyatı, 1963. - 341 s. 

2.

 



Köçərli F. Azərbaycan ədəbiyyatı. İki cilddə. I cild. - B.: Avrasiya Press, 

2005.- 560 s. 

3. Köçərli F. Azərbaycan ədəbiyyatı. İki cilddə. II cild.- B.: Avrasiya Press,  

2005. - 464 s. 

4. Mir Cəlal., Hüseynov F. XX əsr Azərbaycan ədəbiyyatı. - B.: Maarif ,  

1982. - 427 s. 

5. Nəbiyev B. Firidun bəy Köçərli. - B.: Gənclik, 1984. - 228 s. 

6.  Nəbiyev B. Görkəmli tənqidçi və ədəbiyyatşünası (F.Köçərlinin həyat  

yaradıcılığı). -  B.: Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1963.-  

163 s. 


     7.  Nəzirli Ş. Qoridən gələn qatar. - B.: Şərq - Qərb, 2011.-  492 s. 

 8. Talıbzadə K. Seçilmiş əsərləri. II cild.- B.: Azərnəşr, 1994.- 430 s. 

 9. Talıbzadə K. XX əsr Azərbaycan ədəbi tənqidi.- B.:  Azərbaycan SSR  

Elmlər Akademiyası Nəşriyyatı, 1966.- 540 s.  

10.Vəkilov. M. Ömür dedikləri bir karvan yolu. B.: Yazıçı, 1986.- 191 s. 

 

 



 

 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin