Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə8/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   4   5   6   7   8   9   10   11   ...   321
Firuzə Məmmədli 
58 
***
Azdı, çoxdu... Tanrı bölür qisməti, 
Nə olsun ki, öz haqqımı gec aldım. 
Əyilmədim, üzülmədim, itmədim, 
İçimdəki ucalıqdan güc aldım. 
2018


Seçilmiş əsərləri X 
59 
***
Əfsus nağıllar üçün 
Ürəyim əsmir daha. 
Xəyallar addımbaşı 
Yolumu kəsmir daha. 
Yox bu hissi soyudan, 
Qövr edirəm hovundan. 
Məni çəkən, ovudan 
Bir qərib səsdir daha. 
Sevdalar keçdi getdi, 
Ömür-gün... Gecdi, getdi. 
Sevgidi... Eşqdi... getdi, -
Həvəsdi, bəsdi daha. 
2016



Firuzə Məmmədli 
60 
 

 
 
 
 
 
 
 
***
Döyüldü əlinlə bahar qapısı, 
Qaçıb gəlişinə açan olmadı. 
Lakeyli, mundirli şəhər qapısı 
Bağlı mətləblərə açar olmadı. 
2014


Seçilmiş əsərləri X 
61 
***
Mənim düşüncələrim 
Daha uzaq gedəmmir. 
Mən keçən keçidləri 
Bir yalquzaq keçəmmir. 
2014
***
Söz, sənət düzgüsündə 
Zaman gəldi-gedərdi. 
Nalə, sızıltı, fəryad 
Vaxt önündə hədərdi. 
2016


Firuzə Məmmədli 
62 
***
Çaşıb əlimizdən çıxa bilmişik, 
Üzümüz suyunu quruda bilib. 
Kiməsə dörd gözlə baxa bilmişik, 
Kimsə gözümüzü yorulda bilib. 
2014


Seçilmiş əsərləri X 
63 
***
Oy, saat doqquzdu ki... 
Hər tərəf bumbuzdu ki... 
Vaxt bizi durquzdu ki, 
Ömrünü bizdə saysın. 
2015
***
Bir elə sənət deyil, – 
Şair söz ölüsüdü. 
Yerdən qaldıranı yox, 
Özü öz ölüsüdü. 
2017


Firuzə Məmmədli 
64 
***
Mən belə deməmişdim, -
Dayazlıqlar dərinmiş. 
Dənizlər gəmilərin, 
Gəmilər lövbərinmiş. 
O nə bağçadır elə, –
Çiçəkləri dərilmiş! 
Allah, daha seçilmir 
Daş hansı, çiçək hansı. 
Qarışqa fildən nəhəng, 
Quş hansı, milçək hansı. 
Bir adamın içindən 
Min göz bərəlib baxır. 
Bir ixtiyar əlində 
Sağlam yaralı baxır. 
Yaxın düşmək də olmur, 
Durub aralı baxır. 
Burda yalan hansıdır, 
Burada gerçək hansı? 
2018


Seçilmiş əsərləri X 
65 
***
Girib feyzbuklara, 
Quru yaşla oynayır. 
Biri ayaqlarıyla, 
Biri başla oynayır. 
Oyun gedir dünyada, 
Oynayan, oynadan kim. 
Bir Allah bilir burda 
Qoyun kimdi, adam kim. 
2018


Firuzə Məmmədli 
66 
***
Oturmuşam gözü-könlü tox daha
Deyən başqa dərd-sərim yox daha. 
Öz xətrimə dəyəmmirəm çox daha, 
Çalışıram, öz-özümü bəyənəm. 
Kəsilibdir qiylü qalın ayağı, 
Daha həyat görünmür də bayağı. 
Dikəlirəm, son onillik – dayağım, 
Rəml atıram haqqa şükür deyənə. 
2015 


Seçilmiş əsərləri X 
67 
 
SONRADAN ANLADILAR 
 
Haçan bir tədbirim oldusa, məxsusi olaraq 
hazırlanmış qadın komandasının 
hücumuna məruz qaldım. 
 
Məni hərif yerinə 
Qoyub çox danladılar. 
Hərif olmadığımı 
Sonradan anladılar. 
Yeri düşdü-düşmədi, 
Boğazıma çökdülər. 
Günah tərəzisində 
Savabımı çəkdilər. 
Məni hərə bir üzdə 
Görməyi şərəf bildi. 
Şər atını üstümə 
Sürməyi şərəf bildi. 
Çəkilmədi cilovu 
Bu xamlamış ilxının. 
Ağa təpiyi altda 
Qulamlamış ilxının. 
Verdi ağız-ağıza 
Qul təpərli neçələr. 
Xoruzlandı beçələr, 
Banladı qulbeçələr. 


Firuzə Məmmədli 
68 
Banladılar o ki var
O ki var, danladılar. 
Qulbeçə olduqların 
Sonradan anladılar. 
2018 


Seçilmiş əsərləri X 
69 
*** 
Yağışından-yağmurundan 
Bu göy üzümə qurudu. 
Yağdı birinin xətrinə, 
Qarsdı, yüzünə qurudu. 
Neyləmişdi görən yüzü, 
Gedib sevdi hürən üzü. 
Qapısından girən üzün 
Gülən gözünə qurudu. 
Nə gəldi görən ağlına, 
Qarsdı ağrına-ağrına. 
Bulud astarı oğluna, 
Üzü qızına qurudu. 
2018


Firuzə Məmmədli 
70 
***
Açın gözlərinizi, 
Dünya qapanıb mənə. 
Ha döyürəm, döyürəm, 
Açmır qapını mənə. 
2014 




Seçilmiş əsərləri X 
71 
 
 
NOHƏ 
 
Gedişin qəlbimizə vurdu elə yara, bacı, 
Naləmiz sığışmayır nə göyə, nə yerə, bacı. 
Aradıq düz dünyanı, - loğman ola, təbib ola, 
Dərdinə dərman üçün tapılmadı çarə, bacı. 
Çəkdi əcəl əlini çöhrənin gül haləsinə, 
Bir nicat tapammadıq, qaldıq üzü qarə, bacı. 
Nə yatırsan, ey zalım, şil-küt edib dərdin bizi, 
Qayıt bircə anlığa, yan da bu məlala, bacı. 
Qara torpaq ki, səni aldı soyuq ağuşuna, 
Firuzə «pirim» deyər sən yatan məzara, bacı. 
2008 


Firuzə Məmmədli 
72 
***
Daim səni aldadır 
İçindəki şübhələr. 
Doğrulursa, bal dadır 
Həlli çətin şübhələr. 
2014


Seçilmiş əsərləri X 
73 
***
Elə düşünməyin, susmaq razılıq, 
Elə düşünməyin, qorxudu susmaq. 
Nifrətin bəxtinə susmaq yazılıb, 
Nifrətin cavabsız oxudu susmaq. 
2009 
 



Firuzə Məmmədli 
74 

*** 
Baxışını min yerə, 


Milyon yerə yozmuşam. 
Dodağının ucunda 
İstehzaya dözmüşəm. 
Sən əl uzatdığından 
Mən əlimi üzmüşəm. 
Demə, niyə belədir? 
Bəs necə olmalıydı, -
O bəxt ki məndə vardı, 
Beləcə olmalıydı. 
2001 



Seçilmiş əsərləri X 
75 
 
 
***
Əslində nə baş verib ki!.. 
Bir azca dərdlər 
çoxalıb, 
bir azca da 
dərd çəkənlər. 
Artıb gözdən qıl çəkənlər, 
açıq gözə mil çəkənlər. 
Qapı-qapı sirr çəkənlər
artıb bir az... 
Söz içindən söz çəkənlər 
artıb bir az. 
Əslində nə baş verib ki!.. 
2009 


Firuzə Məmmədli 
76 
 
 
XATĠRƏ 
 
 
 
18 yaşındakı Mənə 
 
Ürəyimin payızı 
mənə doğru saralır. 
Gözlərimin nəmində 
ümidsizlik yer alır. 
Dinmirəm, danışmıram, 
sözüm-sovum yaralı. 
Hara baş alıb qaçdı 
Al-əlvanı ömrümün?! 
Zamanın boz üzündə 
Mənə vaxtmı görünür?! 
***
O qız vaxtın özüydü, 
Haqqa yaxın üzüydü. 
Yetişdirdim o qızı 
On səkkizindən bəri. 
Atdım ayaqlarına 
Ömrümdəki illəri. 
Gah dilinə güc verdim, 
Gah əlinə güc verdim. 
Əli qələm tutandan 
Sözlərinə güc verdim. 
Bir özü, bir Allahı... 
Nələr çəkdi sirr deyil, 
Hansını deyim axı?! 
İki deyil, bir deyil... 
2014 


Seçilmiş əsərləri X 
77 
***
Qələm susur, deyən yenə göz dəyib, 
Bəlkə ona söz toxunub, söz dəyib. 
Dədə-baba min eşidib, yüz deyib, 
Dediyində qədir-qiymət olubdur. 
Susur, sussun o gözlərdən uzaqda, 
Dayçalardan, öküzlərdən uzaqda. 
Dədə sözü ön sözlərdən uzaqda 
Öz adına özü zinət olubdur. 
2013


Firuzə Məmmədli 
78 
***
Mən səninçin qupquruyam, 
sənə çatdırası 
bircə sözüm yox. 
Mən sənə doğru quruyan 
bulağam, 
açılı gözüm yox. 
Mən səndən doymuş 
dözüməm. 
Mən sənin üçün 
Özüməm;
Sən olmaq iddiam ölü. 
Qapanmış cümləyəm sənə, 
hə kəlməsi – «yox». 
sıyrılmış qılıncam sənə, – 
həmləsi – «yox»... 
2006 



Seçilmiş əsərləri X 
79 
 
 
HAÇANSA 
 
Mənim də əziz olan 
vaxtım olub haçansa. 
Ata-ana yanında 
baxtım olub haçansa. 
Qızıldan olmasa da, 
taxtım olub haçansa. 
Haqqım olub çığıram 
taleyin qulağına, -
Yatma, ey dili-qafil, 
oyan vaxtın hökmünə, 
oyan baxtın ağına... 
Mənim də əziz olan 
vaxtım olub haçansa. 
Tanrının mizanında 
haqqın olub haçansa... 
2018 


Firuzə Məmmədli 
80 
***
Baxıram, sağımdan-solumdan gedir, 
Qoluna girdiyim qolumdan gedir. 
Gedən var, çəkilib yolumdan gedir, 
Tanışdan, bilişdən boşalır dünyam. 
2014 


Seçilmiş əsərləri X 
81 
 
 
YALAN 
 
«Açılıb» bəxtin qapısı, 
Fərəhdən uçmağım gəlir. 
Elə mehriban olmuşam, 
Dünyanı qucmağım gəlir. 
Nə var dərdi, nə mülk dərdi... 
Tulladım bu çürük dərdi. 
Bu üzüboz sürtük dərdin 
Əlindən qaçmağım gəlir. 
Ümid mənə göz elədi
Nə yapdımsa, söz elədi. 
Vaxt ömrümü çözələdi, -
Əlində başmağım gəlir. 
2017


Firuzə Məmmədli 
82 
***
Xırda bir təsəlli boyu 
Özümdə qala bilmədim. 
Xırda oyunlar əlindən 
Özümü ala bilmədim. 
Cəllad oldu sərt əməllər, 
Hər addımı şərt əməllər. 
Sevincimdən dərd əmənlər 
Məndən azala bilmədi. 
2016 


Seçilmiş əsərləri X 
83 
***
Heç kiprik də deyil, 
Heç qaş da deyil, 
Gözümün içində 
kölgədi ömrüm. 
İlləti nə başda, 
Nə yaşda deyil, 
Cığırdı, küçədi,
Bölgədi ömrüm. 
2018 


Firuzə Məmmədli 
84 
***
Baş-başa verib yenə 
Sevgi duracaqları. 
Pıçıldaşır duyğular 
Yaxın olacaqları. 
Çiçəkləyib əlləri, -
Oğlan qıza gül verir. 
Çapıb keçən zaman da –
Cavanlara yol verir. 
2014 


Seçilmiş əsərləri X 
85 
 
 
YAXġI OLAR 
 
Yaxşı olar, danışmayaq, dinməyək, 
Yol üstdəyik, cin atına minməyək. 
Vurulsaq da, qırılsaq da, sınmayaq, 
Ayaq üstdə basdırılaq öləndə. 
Cığırımız açılıbdı öncədən, 
Bəxt gəzirik künc-bucaqda, döngədə. 
Kim olacaq bu talanı səngidən? – 
Bizə qaçır ağladan da, gülən də. 
Əl sıxmırıq, yumruqlanıb ovcumuz, 
Bəxt işidir, ov olubdu ovçumuz. 
Yolda qalıb, gəlib çıxmır elçimiz, 
Baş girləyir dava-dərman bilən də. 
Zaman bizik, məkan bizik, imkan biz, 
Hər gün bir az çiçək bizik, tikan biz. 
Dünyadı da... Quran bizik, sökən biz, 
Bizim deyil əlimizdən gələn də. 
2018



Firuzə Məmmədli 
86 
 
 
GƏZĠRLƏR 
 
Niyə belə cəncəl oldu adamlar? –
Bıçaq oldu, çəngəl oldu adamlar. 
Bir-birinə əngəl oldu adamlar, 
Yüklənməyə çiyin, oyluq gəzirlər. 
Yalmananı torba salır boynuna, 
Nə verirsən, ver, dürtəcək qoynuna. 
Dikbaşının gəlin, baxın oynuna, 
Fürsət düşsə, əmr, buyruq gəzirlər. 
Əllərindən hər nə gəlir, edirlər, 
Bir az aqil, bir az dəli edirlər. 
Hürkə-hürkə, səksəkəli edirlər, 
Sığınmağa qanad-quyruq gəzirlər. 
2018 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin