Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə11/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   7   8   9   10   11   12   13   14   ...   321
Seçilmiş əsərləri X 
95 
 
 
DĠLĠNDƏN 
 
Yenə işdən-gücdən avara qaldın, 
Döndü sözün üzü divara, qaldın. 
Qısır duyğulara yalvara qaldın, 
Qopara bilmədin kəlmə dilindən. 
Hardan biləydin ki, kimdəndi zərbə
Bəlkə qısqanclıqdan, kindəndi zərbə. 
Falçıdan, cindardan, cindəndi zərbə, -
Verirsən söz adda cərimə dilindən. 
Qançır əzabların üzü boz daha
Otur bu günü də bəxtə yoz daha. 
Ümid qapısına dikmə göz daha, 
Əlindən gedənlər gəlməz dilindən. 
2015



Firuzə Məmmədli 
96 
 
 
YALAN GÜN 
 
Gözünə kül üfürdüyüm dərdlərin 
Biri məndən üz döndərib getmədi. 
Elə məni bildi, Allah, həmdəmi, 
Aşıb mən tək bir səngəri, getmədi. 
Heç-puç oldu əməllərim əlində
Yaşa doldu taleyimin sərt üzü. 
Yazıqlaşdı qələm mənim əlimdə, 
Əzablardan yaxa cırdı dərd özü. 
Vaxt əlində saxta gördüm ömrümü
Mən üzümü dünənimə çevirdim. 
Ayaqlayıb keçdim səbri, dözümü, 
Öz-özümün düşməninə çevrildim. 
Atdı, tutdu... döydü məni dər-divar
Ha çırpındım, dərdə qalan kim idi?! 
Cırıb atdım, kağız-kuğuz... hər nə var... 
Düz demədim... 
O gün yalan gün idi. 
2018


Seçilmiş əsərləri X 
97 
***
Üçdən beşdən şeş atıb, 
Beşə düşən oldumu? 
Sən vurdun, mən yıxıldım, 
Başa düşən oldumu? 
Elə çalıb-çapdılar, 
İtirdiksə, tapdılar. 
Möhürləndi qapılar, 
İşə düşən oldumu?! 
1992 
 


Firuzə Məmmədli 
98 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin