Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə9/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   5   6   7   8   9   10   11   12   ...   321
Seçilmiş əsərləri X 
87 
 
 
OLSUN 
 
Söz vermişəm, ta baxmaram üzünə, 
Yaşım, qurum ürəyimdə dağ olsun! 
Yaza çıxım, yaya çıxım, payızım 
Qış ömrünün qucağında sağ olsun. 
Solub getdim tikanından gülünə, 
Yandım, bişdim alovundan külünə. 
Aldanmaram bir də şirin dilinə
Qoy qayıtsın, qoy üzümə ağ olsun. 
Yarı canın yarımcanı mən adda, 
Səfər olmaz axı sınıq qanadla. 
Dağ dağ ola, dözəmməz mən inadda 
Bir ağrını didişdirən çağ olsun. 
2010 



Firuzə Məmmədli 
88 
 
 
DARIXMA 
 
Yavaş-yavaş unut olub-keçəni
Yavaş-yavaş gəl özünə, darıxma. 
Çək üzünə həqiqətin bir üzün, 
Bir yalanın min üzünə darıxma. 
İçərində innən belə gül açmaz
Çiçəkləməz innən belə ömür-gün. 
Lal sevdalar ölüb gedər, dil açmaz, 
Susub durar, sükut dinər səninçin. 
2017 



Seçilmiş əsərləri X 
89 
 
 
AXI 
 
Nə yaman durmusan canın qəsdinə, 
Dönəmin, saatın, anın qəsdinə. 
Yurdunda tökülən qanın qəsdinə 
Duranlar az deyil, bilirsən axı. 
Elə sarsılırsan, canında qorxu, 
Dönür bir vəhşiyə yanında qorxu. 
Ürəyin yerinə yananda qorxu 
İçində ölürsən, dirisən axı. 
Bax, bizim tərəfdən gün çıxır yenə, 
Gördüyün yuxular çin çıxır yenə. 
Sehirli çıraqdan cin çıxır yenə, 
Sən də söz sehrinin pirisən, axı. 
Ömrün sazağında üşüsən, nə qəm?! – 
Haqqın bayraqdarı kişisən, nə qəm?! 
Onundan irəli düşmüsən, nə qəm?! 
Yenə də beşindən gerisən, axı. 
2018



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin