Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə5/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   2   3   4   5   6   7   8   9   ...   321
 


Seçilmiş əsərləri X 
17 
 
 
OLA 
 
Xeyir qapını döyə,
açıb şərə düşəsən. 
Durduğun ucaqlıqdan 
aşıb yerə düşəsən. 
Təpə olduğun yerdə 
çöküb dərə düşəsən. 
Səni bu əngəllərdən 
çəkib ayıran ola. 
Elə “döz-döz”, deyələr, -
dözümdən yıxılasan! 
Sənə söz verənlərin 
sözündən yıxılasan. 
Bir ümid doğrulunca 
yüzündən yıxılasan. 
Arsız giley-güzarda 
ömür-gün bayram ola. 
Elə rahatlığının 
əllərini ovasan. 
Başına fikir qona, 
tez-tələsik qovasan. 
Bir də ayılasan ki, -
beynin – düşmən yuvası. 
Bu mələk xislətinə 
dörd yanın heyran ola. 
2018


Firuzə Məmmədli 
18 
***
Yaddaşımın ürəyində 
Ölənlərim diri qalıb. 
Çağırılmamış qonaqların 
Tutulmamış yeri qalıb. 
Qalıb gedənim, gələnim, 
Dərd verənim, dərd bölənim. 
Məni öldürüb ölənin 
Elə ondan biri qalıb. 
Kim baxtından dəli düşüb, 
Kimə vaxtın əli düşüb. 
Qalıb, kim irəli düşüb, 
Ya kim kimdən geri qalıb. 
2018


Seçilmiş əsərləri X 
19 
***
Gözünün içinəcən 
Yalançıdır bu adam. 
Sözdən söz oğurlayır, 
Talançıdır bu adam. 
2018 
***
İki gözüm var idi, 
Tanrı birini aldı. 
Birindən düşdüsə də, 
Dünya birində qaldı. 
2018


Firuzə Məmmədli 
20 
***
Göy başda oturanın 
Papağıdır, sanırlar. 
Nə qədər qalxalar ha, 
Aşağıdır, sanırlar. 
Top-tüfəngli danışır 
Qulbeçələr, hərzələr. 
Cığırlar daş gətirir, 
Baş axtarır zərbələr. 
Qafiyələr tündməcaz, 
Söz içindən partlayır. 
Yazan hərf-hərf qıcanır, 
Heca-heca çatlayır. 
2018
 



Seçilmiş əsərləri X 
21 
 
 
QALIR 
 
 
 
Bu pay bölgüsündən mənə
pay düĢməz. 
 
 
 
 
Məmməd Araz 
 
Hər nəsə, üzümüz ta üzə düşmür
Mələkdi, iblisdi... Göz gözə düşmür. 
«Bu pay bölgüsündən» tək bizə düşmür, 
Gözümüz bölənin əlində qalır. 
Kimə mehr salır, kimə rəml atır, 
Kimin ovqatına təzə dəm qatır. 
Kimə tost, kiminə «get dilən» çatır, 
Ömür kreditdə, sələmdə qalır. 
Nə baş girləyənik, nə baş aparan, 
Artır cibimizdən şabaş aparan. 
Adını sülh qoyur savaş aparan, 
Özü uydurduğu yalanda qalır. 
Təzə ütülənmiş köynək kimiyik, 
Taxın gözünüzə, eynək kimiyik. 
Bu varın yoxunda göynək kimiyik, 
Ömrümüz kağızda, qələmdə qalır. 
...Hər nəsə, üzümüz ta üzə düşmür, 
Mələkdi... İblisdi... Göz-gözə düşmür. 
«Bu pay bölgüsündən» tək bizə düşmür, 
Gözümüz bölənin əlində qalır. 
2018


Firuzə Məmmədli 
22 
***
Daha lap ağ edirlər, 
Dərdi bayraq edirlər. 
Elə lağ-lağ edirlər, 
Söz qulağı çəkilmir. 
Yoxdu sözə mız qoyan, 
Bir günaha üz qoyan. 
Hər yaraya duz qoyan 
Günahından çəkinmir. 
Kim ki söz-söz sökülür, 
Sözə heykəl tökülür. 
Şeir şeirin şəkili 
Olarsa, söz yetimdir. 
2018


Seçilmiş əsərləri X 
23 
***
Qəlbimdə bir ağırlıq var, 
Çəkib apara bilmirəm. 
Dərd yapışıb üzüm boyu
Dartıb qopara bilmirəm. 
Mənəm bu tünlükdə azan, 
Özümə sillə, qapazam. 
Bir sevinc nüsxəsi yazan 
Qələm taparam? Bilmirəm. 
Nə xəstəyəm, nə həkiməm, 
Neynim, taleyə təhkiməm. 
Bilmirəm, nəçiyəm, kiməm, 
Üz tutum hara, bilmirəm. 
2018


Firuzə Məmmədli 
24 
***
Var mənim gözümdə nəsə
Gözüm əvvələ sıxılır. 
Günlər bir-bir mənə gəlir, 
Bir-bir də məndən yıxılır. 
Səhər-axşam – var dalınca, 
Var olmadım qartalınca. 
Vətən, məni çal qılınca, 
Sil gözümdən bu yuxunu. 
Üz gördüm şöhrət acından, 
Dovğasından, umacından. 
Qopar məni yamacından, 
Qurtar əlimdən yaxanı. 
2018


Seçilmiş əsərləri X 
25 
***
 
 
 
Talançı məmurlar bir-bir
 
 
 
haqlı cəzalarına çatırlar 
 
A dünyanın «xoşbəxtləri», 
Bədbəxtliyə can atmayın. 
Köz bağlamış yaranızı 
Qaşımayın, qanatmayın. 
Gün quruyub yanağında 
Anaların, bacıların. 
Dəbərtməyin bu torpağın 
Ağrıların, acıların. 
Dolanın bir-birinizin 
Havasına, hənirinə. 
Nə olar, zəhər qatmayın 
Harınların xəmirinə. 
Ağardılıb açılası 
Sirr deyildir el sərvəti. 
Yeyən yeyir, gözü doymur 
Bu tamahın, bu xəlvətin. 
Durun, kənardan seyr edin
Acından qırılsanız da. 
Haqqınıza can atmayın, 
Damardan sorulsanız da. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin