Фирузя мяммядли


http://kitabxana.net/?oper=readBook&id=1843



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə3/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   2   3   4   5   6   7   8   9   ...   321
http://kitabxana.net/?oper=readBook&id=1843
 
VIII cild:
http://kitabxana.net/?oper=readBook&id=2647
  
 
IX cild: 
 
http://kitabxana.net/?oper=readBook&id=4362
 
BaĢqa kitabları:
http://kitabxana.net/?oper=readBook&id=1413
 
http://kitabxana.net/?oper=readBook&id=3768
 
http://kitabxana.net/?oper=readBook&id=4124
 
http://www.kitabxana.net/?oper=readBook&id=4125
 


Seçilmiş əsərləri X 



Firuzə Məmmədli 

Tərtib edən:
Bəhram Cəfəroğlu 
Dizayner: 
 ġəmsiyyə Camalova
Korrektor: 
Səbinə Aslanova 
 
Фирузя Мяммядли. 
«
Ə
сярляри». X ъилд.
Бакы, «
Elm və Təhsil
», 2019, 504 сящ. 
Грифли няшр 
© Фирузя Мяммядли. 201



Seçilmiş əsərləri X 

ФИРУЗЯ МЯММЯДЛИ 
СЕЧИЛМИШ ЯСЯРЛЯРИ 
X ъилд 
Bakı -
«
Elm və Həyat
»-
2019


Firuzə Məmmədli 
10 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Seçilmiş əsərləri X 
11 
HƏR GÜN ÜMĠDĠMDƏN
DURNALAR KÖÇÜR 
 
Sənin dərgahına açılıb əlim, 
Ilahi, sınağa çəkmə əlimi. 
Yazmaqdan savayı günahı yoxdur 
Bu çörək əlimin, əkmək əlimin. 
Bir kəsin yolunda tələ olmayıb 
Rüşvətdən, qurğudan salamat əlim. 
Ağa tanımayıb, kölə olmayıb 
Pirə, peyğəmbərə salavat əlim. 
Tale yoxuşudu heyimi kəsən, 
Elə dırmanıram, vaxt qapısı yox. 
Baxıram, hər yerdə qapılar – açıq, 
Sənin dərgahının haqq qapısı yox. 
Nə qədər dırmanım, dözüm nə qədər
Tövşüyür ümidim yol qanadında. 
Xeyirxah mələyim çırpına qalıb 
Sənin göylərinin qol-qanadında. 
Gedir boşluqların səma yarışı, 
Mənim o yarışa gümanım yetmir. 
Hər gün ümidimdən durnalar köçür, 
Hər gün ümidlərim ünvana yetmir. 
2018 


Firuzə Məmmədli 
12 
BĠZĠM NƏSĠL 
 
 
 
1950-60-ci illərin məktəblilərinə 
Yollar – ayaqyalın, yollar – qaçaraq, 
Lalə çıraqlıydı dərə-düz onda. 
Elə sırğa idik söz qulağında, 
Bir ərgən bəlaydıq hərəmiz onda. 
Məktəbdi, kolxozdu, evdi işimiz
Görüb-götürməyin dar məqamıydı. 
Daşdan qoparırdıq diləyimizi, 
Daşdan bir qəlpə də ərməğan idi. 
Ana dili, tarix, xarici dildə 
Nəğmə dərslərinin nəğməsi idik. 
Kimya, coğrafiya, ədəbiyyatla 
Gah riyaziyyat idik, gah rəsm idik. 
Dünya hər tərəfdən axırdı bizə, 
Bilik zəmisində – biçində idik. 
Yaşlılar ümidlə baxırdı bizə, 
Qayğının, diqqətin içində idik. 
Nə olsun yox idi sosial şəbəkə, 
Nə olsun yox idi təmtəraq onda. 
Biliklə ləbaləb başımız bizə 
Həm yasaq olmuşdu, həm yaraq onda. 
Əngəldən-əngələ düşüb də çıxdıq, 
Xalı ömrümüzə hana düzəltdik. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin