Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə4/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   2   3   4   5   6   7   8   9   ...   321
Seçilmiş əsərləri X 
13 
Yeridik, yürüdük, yıxıldıq, qalxdıq, 
Qala həvəsliydik, koma düzəltdik... 
Yada üz tutmadıq var həvəsilə
Aza da, çoxa da gözü tox olduq. 
Bağlandıq məsləkə, elə, obaya, 
Düşmənə nifrətdə səbri çox olduq. 
İçimiz, çölümüz atmadı bizi, 
Necə var idiksə, eləcə varıq. 
Vətənə, torpağa, yurda, yuvaya, 
Dosta bağlılıqda ölüncə varıq. 
...Yollar – ayaqyalın, yollar – qaçaraq, 
Lalə çıraqlıydı, dərə-düz onda. 
Elə sırğa idik söz qulağında, 
Bir ərgən bəlaydıq hərəmiz onda. 
2019


Firuzə Məmmədli 
14 
***
Gözüm yolunda qalan 
Uğurlar mənə qaçır. 
İstəyirəm, yol azam, 
Cığırlar mənə qaçır. 
İtirmişəm başımı, 
Yer-göy mənə daşınır. 
Soruşmayın yaşımı, -
Çuxurlar mənə qaçır. 
Səsim uzaqdan gəlir, 
Nəfəsim haqdan gəlir. 
Qismətim yoxdan gəlir, -
«Şükür»lər mənə qaçır. 
2018 
 
 



Seçilmiş əsərləri X 
15 
 
 
QAYIDAR 
 
Mənim zənglərimin qulağı – səsdə, 
Gedər siqnallarım, gedər, qayıdar. 
Mənim zənglərimə oyanan kəs də 
Özündən-özünə qədər qayıdar. 
Qayıdar, zamanın içini görər,
Yerinin, yurdunun köçünü görər. 
Ona biçimlənən ölçünü görər
Bugündən dünənə gedər qayıdar. 
Bilər ki, halalı, haramı nəymiş, 
Şöhrətin, sərvətin talanı nəymiş. 
Düşdüyü oyunun məramı nəymiş, 
Bəxtin ələk-vələk edər, qayıdar. 
2015
 



Firuzə Məmmədli 
16 
***
Davam edir 37 
Xəlil Rza Ulutürk 
Vurdum gecəni gündüzə
Əyri neçəni min düzə. 
Yenə bağlandım bir sözə, 
Ümidə bağlandım yenə. 
Bağlı idi, getdim, açdım, 
Dindən-dondan ötdüm açdım. 
Açdım, örtdüm, örtdüm, açdım, 
Qapıda saxlandım yenə. 
Dindi sözüm min dil ilə, 
Yol açmadım him-cim ilə. 
Söz dəyərdə incim ilə, 
İzləndim, yoxlandım yenə. 
2018

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin