Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə7/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   2   3   4   5   6   7   8   9   10   ...   321
Seçilmiş əsərləri X 
53 
***
Neçə sözümdən yıxıldım, 
Dözdüm, dözümdən yıxıldım. 
Yüz yol özümdən yıxıldım, 
Bir yol qaldıran olmadı. 
Məni elə bu yaşda da 
Ömür-gün döydü, daşladı. 
Hər şey təzədən başladı, 
Əndəza, filan olmadı. 
2016


Firuzə Məmmədli 
54 
***
Qocalığın pir yolu var, 
Kar yolu var, kor yolu var. 
Cənnət sevdasına düşən, 
Cənnətin də gor yolu var. 
2018


Seçilmiş əsərləri X 
55 
***
Deyən gözümdən düşüb 
Söz daha, şeir daha. 
Nə yazıram, söz mənə 
Ağzını əyir daha. 
Vara, yoxa şahidəm, 
Söz hücrəmdə zahidəm. 
Qələmim ilahidən 
Aman diləyir daha. 
2018 


Firuzə Məmmədli 
56 
***
Başım yamanca qarışdı, 
Öz-özümdən qaçdım elə. 
Bir fikrin sirrin açınca 
Min birinə daşdım elə. 
Dərd mənlə şahmat oynadı, 
Fil diz çökdü, at oynadı. 
Canımda bir çat oynadı, 
Sağa-sola çaşdım elə. 
Mən adda hədəfə döndüm, 
İnciyə, sədəfə döndüm. 
Düyünə, kələfə döndüm, 
Özümə dolaşdım elə. 
2018


Seçilmiş əsərləri X 
57 
***
Getdin, pir dedikləri də 
Sənə bir kömək etmədi. 
Molla mısmırığın tökdü, 
Ocaq, pir kömək etmədi. 
Bir eldən, soydan enmişdin, 
Mağardan, toydan enmişdin. 
Bir parça göydən enmişdin
Qayıt, yer kömək etmədi. 
Gör baxtını açdı kimlər, 
Sərhəddini aşdı kimlər. 
Kəndirini eşdi kimlər, 
Kimlər gör kömək etmədi. 
2018



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin