Fənn: Klinik psixologiya



Yüklə 361,88 Kb.
Pdf görüntüsü
səhifə18/32
tarix29.12.2016
ölçüsü361,88 Kb.
#3816
1   ...   14   15   16   17   18   19   20   21   ...   32
      Şüur – bizim dərk etdiyimiz fikir və duyğuları, eləcə də xarici mühitdən qəbul olunan sensor 

məlumatları özündə birləşdirir. 

      Şüuraltı  –  yalnız  diqqəti  onların  üzərində  cəmləşdirdikdə  meydana  çıxan  fikirlər, 

emosiyalar, xatirələrdən ibarətdir. Məsələn, insanların əksəriyyəti şüurunda mümkün olan zəlzələ 

haqqında fikirlər saxlamır, lakinbir zəlzələ haqqında düşündükdə, yəni bu mövzuya xüsusi olaraq 

müraciət  etdikdə,  həmin  fikirlər  meydana  çıxır.  Beləliklə,  şüuraltının  əsas  məqsədi  senzura 

funksiyasını  yerinə  yetirməkdir.  Senzura  qeyri-şüuri  materialın  –  təşviş  yarada  bilən  fikir  və 

meyllərin  şüura  keçməsinin  ya  tamam  qarşısını  alır,  ya  da  onu  dəyişdirib  tanınmaz  hala  salır. 

Məsələn, gənc qızın  yaxşı tanımadığı cavan oğlana qarşı cinsi meyli güclü həyəcana səbəb ola 

bilər  (əlbəttə,  əgər  bu  meyl  qızın  mənəvi-etik  baxışlarına  zidd  gedirsə).Odur  ki,  senzura  bu 

impulsların ya tamamilə qarşısını alır, ya da əks hissə, məsələn, ədavət hissinə çevrilir (təbii ki, 

gənclər arasında olan bütün qərəzli münasibətləri bu nöqteyi-nəzərdən izah etmək olmaz). 

     Şüursuzluq  –  şüur  üçün  əlçatmaz  olan  fikir.  Meyl  və  fantaziyaların  məkanıdır.  Bunların 

üzərində  diqqəti  cəmləşdirdikdə  belə  şüur  onları  dərk  edə  bilmir.  Belə  fikir  və  duyğular  itmir, 

sadəcə  olaraq,  yaddaşa  buraxılmır  və  buna  görə  də  dolayı  yolla,  səhv  sözlər,  yanlış  xatirələr, 

yuxular və nevrozlar aşkar olunurlar. 




Yüklə 361,88 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin