Fənn: Klinik psixologiya


şüurun  genişlənməsindən  ibarətdir



Yüklə 361,88 Kb.
Pdf görüntüsü
səhifə16/32
tarix29.12.2016
ölçüsü361,88 Kb.
#3816
1   ...   12   13   14   15   16   17   18   19   ...   32
şüurun  genişlənməsindən  ibarətdir.  Yunqun  terapiyasında  patologiya  zamanı  şəxsiyyətin 

tamlığının pozulmasını göstərən yuxuların izah olunmasına xüsusi diqqət verilir. 




 

     Freyddən  uzaqlaşmış  psixoanalizin  digər  görkəmli  nümayəndəsi  Alfred  Adlerdir  (1870-



1937). “İndividual psixologiya” adlanan təlim məhz onun adı ilə bağlıdır. Freyddən fərqli olaraq, 

Adler  şəxsiyyətə  təsir  edən  faktorlardan  bioloji  deyil,  sosial  faktorları  ön  plana  çəkir.  Adlerin 

təliminin  əsasında  “natamamlıq  kompleksi”,  kompensasiya,  ifrat  kompensasiya  anlayışları 

durur.  Belə  ki,  bədən  orqanlarının  inkişafında  həqiqi  və  ya  mövhumi  qüsurlar  insanda 

natamamlıq  hissi  əmələ  gətirir.Onu  aradan  qaldırmaq  məqsədi  ilə  şəxs  şüurlu  və  ya  şüursuz 

surətdə özünün yaradıcılıq imkanlarını səfərbər edir. Məsələn, alçaq boylu adamlar cəmiyyətdə 

mənsəb və hörmət qazanmağa can atır, səhhəti zəif olanlar inadkarlıqla idmanla məşğul olaraq öz 

qüsurlarını  kompensasiya  etməyə  çalışırlar.  Kompensasiya  müvəffəqiyyətsizliyə  uğradıqda 

nevrotik  pozuntular  meydan  çıxır  –  insan  xəstəliyin  köməyi  ilə  özünə  hüsn-rəğbət  qazanmağa 

çalışır.  Bəzən  ifrat  konsepsiya  meydana  çıxdığı  hallarda  həqiqi  və  ya  rəsəvvür  olunan  qüsur 

həddən artıq güclü təxəyyülə gətirir ki, bu da müstəsna nailiyyətlər şəklində özünü büruzə verir. 

Yalnız  əlverişli  sosial  münasibətlər  zəminində  insan  natamamlıq  hissiyyatına  üstün  gələ  bilər. 

Əks halda şəxsiyyəti məğlubiyyətin etirafından süni surətdə müdafiə edən nevrotik simptomlar 

meydana çıxır. 

      Uzun  illər  Freydin  ənənələrinə  sadiq  qalan,  lakin  sonralar  ondan  uzaqlaşan  psixoanalizin 

daha  bir  nümayəndəsi  Otto  Rankdır  (1884-1939).  Onun  freydizmdən  uzaqlaşmasının  səbəbi 

nevrozların inkişafında Edip kompleksini qəbul etməsi olmuşdur. Freyddən fərqli olaraq, Rank 

uşağın  doğularkən  aldığı  sosial  travmanı  aparıcı  amil  hesab  edirdi.  Rankın  fikrincə,  infantil 

seksuallıq doğum zamanı yaranmış təşvişə qarşı ikincili xarakter daşıyır. Məsələn, Ranka görə, 

mazoxizm  doğuş  zamanı  duyulan  ağrının  ekvivalenti,  sadizm  isə  uşağın  bətndaxili  həyatdan 

ayrılmasına  qarşı  pretraz  reaksiyasıdır.  Uşağın  sonrakı  inkişafı  fərdi  xüsusiyyətlərin  meydana 

çıxması  ilə  bağlıdır.Özünü  şəxsiyyət  kimi  müəyyənləşdirən  insan  “yox”  sözünü  işlədir  və 

bununla da öz iradəsini ifadə etmiş olur, lakin öz iradəsini həyata keçirən şəxsdə nədəsə imtina 

etdiyi şəxsə qarşı günah hissi yaranır. İlkin təşvişi xatırlayan şəxs qorxur ki, onu ana bətnindən 

qovduqları  kimi  ailədən  də  qovarlar.  Nəticədə  insanın  özünütəsdiq  imkanları  məhdudlaşır. 

Şəxsiyyətin inkişafında Rank üç mərhələ ayırd edir: 



     1.

 Öz tələbatlarını təmin etmək; 

     2.

 Özünün və özgələrinin tələbatları arasında münaqişə; 

    3.Avtonom yaradıcılıq “Mən”inin formalaşması. 

   Öz  müşahidələrinə  əsaslanan  Rank  psixoanalitik  terapiyanın  yeni  formasını  təklif  etdi. 

Müalicənin əsas məqsədini Rank inisial təşvişi aradan qaldırmaqda və günah hissi doğurmadan 

şəxsi iradəni həyata keçirməkdə görürdü. İradənin həyata keçirilməsi geniş sərbəstlik qazanmaq, 

indiki və gələcək hadisələri analiz etməkdə özünü göstərirdi. 

    Psixoanalitik  fikrin  yeni  inkişafı  40-50-ci  illərə  təsadüf  edir.  Ikinci  dünya  müharibəsi 

ərəfəsində psixoanalizin bir çox xadimləri Amerikaya mühacirət etdilər. O illərdə mövcud olan 

iqtisadi-siyasi vəziyyət psixoanalizin nəzəriyyə və praktikasına yenidən baxılmasını tələb edirdi. 

Pasiyentlər  və  onların  şikayətləri  Freyd  və  onun  həmkarlarının  qarşılaşdığı  hallardan  köklü 

şəkildə  fərqlənirdi.  İqtisadi  böhranın  –  “Böyük  Depressiya”nın  nəticələri:  aldadılmış  hisslər, 



intihar  “epidemiyaları”,  Hitler  faşizminin  və  Stalin  kommunizminin  yaxınlaşmaqda  olan 


 

təhlükəsi, işğal olunmuş ərazilərdən gələn qaçqınlar – bütün bunlar insanların psixologiyasında 

dərin  iz  buraxmaya  bilməzdi.  Bu  amillər  psixoanalizdə  infantil  seksuallıq  konsepsiyasından 

imtina edib diqqəti nevrozlara səbəb olan sosial şərait üzərində cəmləşdirməyi şərtləndirdi. 

      Karen  Horni  (1885-1953)  nevrozların  səbəbini  pasiyentlərin  durmadan  dəyişən  sosial 

şəraitə  uyğunlaşa  bilməmələri  və  potensial  imkanlarla  real  nəticələr  arasında  uçurumun  əmələ 

gəlməsi  ilə  əlaqələndirirdi.Valideyn  himayəsindən,  qayğı  və  nəvazişdən  məhrum  olan  uşaq, 

özünü tənha və köməksiz hiss etdiyi kimi, təhlükəsizlik hissini itirmiş yetkin insan da dünyada 

özünü  aciz  və  zəif  hiss  edir.  Məhz  təhlükəsizliyə  nail  ola  bilməməklə  bağlı  yaranan  təşviş 

nevrozların əsasını təşkil edir. 

    Seksual pozuntular və aqressiv davranış isə həmin təşvişin nəticəsi kimi izah olunur. Horninin 

fikrincə,  artmaqda  olan  təşvişdən  qorunmaq  üçün  insanlara  tərəf  hərəkət,  insanlardan 

uzaqlaşmağa  doğru  hərəkət  və  insanların  əleyhinə  doğru  hərəkət  meydana  çıxa  bilər.  Bu 

istiqamətlərdən  hər  hansı  birinin  üstünlük  təşkil  etməsi  nevrotik  şəxsiyyəti  formalaşdırır.  Bu 

zaman ya xidmətkeş, hamıya rəğbət göstərən adam, ya cəmiyyətdən ayrı düşmüş, soyuq təbiətli 

insan,  ya da hökmlü, aqressiv şəxsiyyət  formalaşır. Horninin qadın  seksuallığına həsr olunmuş 

işləri  böyük  şöhrət  qazanmışdır.  O,  haqlı  olaraq  göstərirdi  ki,  psixoanaliz  kişilər  tərəfindən 

işlənib hazırlandığından qadınların psixoseksual inkişafını əks etdirən bir çox aspektlər düzgün 

izah olunmamışdır. Horni pasiyentin öz problemlərini həll etmək üçün seçdiyi yolu analiz etməyi 

təklif etmiş və bununla psixoanaliz texnikasını xeyli dəyişmişdir. 

    Horninin baxışları bir çox məqamlarda Erix Fromun (1900-1980) ideyaları ilə səsləşir. Müasir 

cəmiyyəti  tarixi  inkişafda  təhlil  edən  From  belə  bir  qənaətə  gəlir  ki,  insan  fərdi  azadlığa  nail 

olduqca təhlükəsizlik hissini itirir. Odur ki, itirilmiş təhlükəsizlik hissini qaytarmaq məqsədi ilə 

şəxsiyyət “azadlıqdan qaçma” patoloji mexanizmlərinə əl atır. Fromun aqressiv və auto-aqressiv 

davranışa  həsr  etdiyi  əsərləri  böyük  müvəffəqiyyət  qazanmışdır.  “İnsanın  ruhu”,  “İnsan 


Yüklə 361,88 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin