Fənn: Klinik psixologiya



Yüklə 361.88 Kb.
Pdf просмотр
səhifə1/2
tarix29.12.2016
ölçüsü361.88 Kb.
  1   2

 

Fənn: Klinik psixologiya                                                                                                    



                                                                                                      Dos.N.Z.Çələbiyev 

Mövzu 2.Tibbi (kliniki) psixologiyanın müasir nəzəriyyələri 

Plan: 

1.Z.Freydin nəzəriyyəsi və psixodinamikanın əsasları. 

2.Neofreydizm nəzəriyyəsində şəxsiyyətin strukturu. 

3.Psixodinamikanın əsasları və insan psixikasının quruluş modelləri. 

4.Dinamik meylli psixoterapiyanın əsas prinsipləri. 

5.Şəxsiyyətyönümlü psixologiya . Fenomenelogiya. 

6.Eksiztensial psixologiya, biheviorizm və koknitik nəzəriyyə. 

Ədəbiyyat. 

1.

 



 Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri, Bakı, 1981. 

2.

 



Bayramov  Ə.S.,  Əlizadə  Ə.Ə.,Seyidov  İ.Ə.  Məhkəmə  psixologiyası  məsələləri,  ADU, 

1985. 


3.

 

İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya. “Maarif” nəşriyyatı, 



Bakı, 2002. 

4.

 



İsmayılov  N.V.,İsmayılov  F.N.  Tibbi  psixologiya  və  psixoterapiya  (dərslik)  2-ci  nəşr, 

Bakı, 2008. 

5.

 

İsmayılov N.V. Psixiatriya, Bakı, 1998. 



6.

 

Şəfiyeva E.İ. Uşaqlarda anomal psixi inkişaf. Bakı, 1997. 



7.

 

Метделевич  В.Д.  Клиническая  и  медицинская  психология.  Практическое 



руководство.M., 1998. 

 

 



    Elm  aləmində  müəyyən  dövrlərdə  elə  hadisələr  baş  verir  ki,  onlar  dünyanın  mənzərəsi 

haqqında  əvvəlki  təsəvvürləri  alt-üst  edir  və  elmi  fikrin  sonrakı  inkişafını  müəyyənləşdirirlər. 

Belə  hadisələrdən  kimyada  Lavuazyenin  konsepsiyasını,  biologiyada  Darvinin  təkamül 

təlimini,  fizikada  Eynşteynin  “nisbilik”  nəzəriyyəsini,  riyaziyyatda  Lütfizadənin  “qeyri-səlis 

məntiq  nəzəriyyəsi”ni  xatırlaya  bilərik.  Lakin  heç  bir  elmi  cərəyan  freydizm  kimi  öz  fənni 

çərçivəsindən kənarda belə böyük şöhrət qazanmamışdır. Psixoanaltik nəzəriyyə psixi proseslər 

haqqında ö dövrə qədər hakim olmuş baxışları bütünlüklə dəyişdirmiş və bununla yanaşı fəlsəfə, 

antropologiya, ədəbiyyat və incəsənətə güclü təsir göstərmişdir. Təkcə onu demək kifayətdir ki, 

yazıçılardan  S.Sveyq,  C.Oldric,  rəssamlardan  P.Pikasso,  S.Dali,  rejissorlardan  C.Kokto  və 

M.Forman kimi dahi sənətkarların yaradıcılığında Freydin ideyaları dərin iz buraxmışdır. 

    Bəs psixoanalizin gücü və təsiri nədədir? 


 

    Freydin tədqiqatlarının nəticələri haqqında məlumatlar Avstriya paytaxtının elmi ictimaiyyəti 



tərəfindən  hiddətlə  qarşılandı.  O  dövrün  tibb  xadimləri  nevrolik  pozuntuların  inkişafında 

seksuallığın rolunu qəbul etməyə hələ hazır deyildilər. Belə fərziyyələr XIX əsrin sonunda hakim 

olan mənəvi-etik baxışlara zidd gedirdi. Bir neçə il Freydin tədqiqatlarından söz açılmır, onların 

üzərindən  sükutla  keçilir.  Yaranmış  vəziyyətdə  Freyd  özünü  kimsəsiz  adada  tənha  qalmış 

Robinzon  Kruzoya  bənzədirdi.  Elm  aləmindən  tamamilə  təcrid  olunmuş  Freyd  1900-cü  ildə 

psixoanalizin  əsas  müddəalarını  özündə  əks  etdirən  “Yuxugörmələrin  izahı”  fundamental 

əsərini yazır. Yuxuları öyrənərkən o, belə nəticəyə gəlir ki, zahirən mənasız, cəfəng görünməsinə 

baxmayaraq, onlar mühüm əhəmiyyət kəsb edirlər. Yuxuların funksiyası ayıqlıq zamanı realizə 

olunmamış  arzu  və  meyllərin  təmin  olunmasıdır.  Məsələn,  aclıq  duyan  adam  yuxuda  üzərində 

müxtəlif yeməklər düzülmüş süfrə görə bilər. Bir çox hallarda istəklər şəxsiyyətin etik baxışları 

ilə  bir  araya  sığmayan  parlaq  seksual  mövzularla  zəngin  olduğundan  onlar  yuxuda  tanınmaz 

dərəcədə  dəyişdirilir.  Freyd  yuxugörmələrin  və  psixi  xəstəliklərin  simptomları  arasında  çoxlu 

oxşar mexanizmlər olduğunu göstərir. Bu baxımdan Freyd yuxuların izahını psixoanalizin vacib 

əhəmiyyəti kimi qiymətləndirir. 

     Bir il sonra işıq üzü görmüş  “Gündəlik həyatın psixopatologiyası” əsəri səhv hərəkətlərin, 

yanlış  sözlərin,  yazıların  meydana  çıxmasına,  əşyaların  və  adların  unudulmasına  həsr 

olunmuşdur.  Burada  Freyd  çoxlu  misallarla  sübut  edir  ki,  yaddaşın  nəyisə  xatırlaya  bilməməsi 

hər  hansı  arzuolunmaz  assosiasiyalar,  xoşagəlməz  hadisələrlə  bağlıdır.  Məsələn,  səhv  yığılmış 

telefon  nömrəsi  vacib  danışığı  təxirə  salmaq  cəhdi  ilə  əlaqədardır.  Bəzən  sadə,  ilk  baxışdan 

mənasız  görünən  yanlış  sözlər  bu  və  ya  digər  obyektə  gizli  meyli,  yaxud  mənfi  münasibəti 

bildirir. 

    Bir-birinin  ardınca  Freydin  əsərləri  nəşr  olunur:  “Seksuallıq  nəzəriyyəsi  üzrə  üç  oçerk”-

(1905),    “İsteriyanın  analizindən  bir  parça”  –  (1905),  “Hazırcavablıq  və  onun  şüursuzluğa 

münasibəti”  –  (1905).  Bu  əsərlərdə  psixoanaliz  təlimini  təsdiqləyən  və  inkişaf  etdirən  çoxlu 

faktlar nəzərdən keçirilmişdir. 

     1909-cu  ildə  Freyd  S.Xollun  ABŞ-a  dəvətini  qəbul  edərək  Vorçester  Universitetində 

Mühazirələr  tsikli  ilə  çıxış  edir.  O,  burada  müvəffəqiyyət  qazanır  və  özünün  fədakar 

tərəfdarlarını  tapır.  Amerika  psixologiyasının  qocaman  xadimi  Uiliyam  Ceyms  Freydi  bağrına 

basaraq  demişdi:  “Gələcək  sizinlədir”.  Bütün  bunlara  baxmayaraq,  artıq  1910-cu  ildə 

psixoanaliz  üzrə  Birinci  Beynəlxalq  Konqresdən  sonra  Freyd  və  onun  yaxın  məsləkdaşları 

arasında  ciddi  fikir  ayrılığı  yaranır.  Alfred  Adler,  onun  ardınca  isə  Karl  Yunq  öz 

müəllimlərindən  uzaqlaşaraq,  psixoanalizdə  yeni  cərəyanların  əsasını  qoyurlar.  Birinci  dünya 

müharibəsi ərəfəsində Freyd daha çox sosialogiya, estetika, pedaqogikanın müxtəlif aspektlərini 

psixoanaliz  mövqeyindən  işıqlandırmağa  çalışır.  “Leonardo  da  Vinçi”,  “Psixoseksuallıq 

nəzəriyyəsi  üzrə  etüd”,  Psixoanalizin  elmi  əhəmiyyəti”,  “Totem  və  tabu”  əsərləri  bu 

qəbildəndir.  Sonuncu  əsər  insan  cəmiyyətinin  qurulmasına,  etik  və  dini  anlayışların  inkişafı, 

hüququn  meydana  gəlməsi  və  s.  həsr  olunmuşdur.  Burada,  həmçinin,  Edip  kompleksinin  izahı 

verilmiş və şəxsiyyətin formalaşmasında ailə faktorlarının rolu qiymətlənmdirilmişdir. Dəhşətli 

fəlakət  və  görünməmiş  insan  tələfatına  səbəb  olmuş  Birinci  dünya  müharibəsi  Freydi 


 

psixoanalizin  bir  sıra  müddəalarına  yenidən  baxmağa  məcbur  etdi.  İndi  Freydə  müraciət  edən 



xəstələrdə nevrozlar seksual hisslər və düşüncələrlə deyil, müharibə dövrünün çətin sınaqları ilə 

əlaqədar idi. “Məmnunluq prinsipinin o biri tərəfində” əsərində (1920) Freyd seksual instinkt 

qədər  güclü  olan,  özünü  və  ya  başqalarını  məhv  etməyə  yönəlmiş  ölüm  instinktini  təsvir  edir. 

“Kütlələrin  psixologiyası  və  insan  Məninin  analizi”  (1921),  “Mən  və  O”  (1923)  əsərlərində 

Freyd şəxsiyyətin strukturunu açıqlamağa səy göstərir. O, həmçinin psixi instansiyalar – O, Mən, 

Fövqəl-məni  –ayırd  edərək,  individual  xüsusiyyətləri  etnik  və  sosial  qrupların  davranışı  ilə 

əlaqələndirməyə çalışmışdır. 

    Mrünün  son  onilliyində  Freyd  fəal  işdən  uzaqlaşmış,  fəlsəfə,  mədəniyyət  və  dinin  analizi  ilə 

məşğul olmuşdur. Onun baxışları “Bir illüziyanın gələcəyi” (1927) və “Moisey və təkallahlıq” 

(1939)  məqalələrində  öz  əksini  tapmışdır.  1938-ci  ildə  Avstriyanın  işğalından  sonra  Freyd 

təqiblərə məruz qalır. Faşistlər onun bütün əmlakını, o cümlədən kitabxanasını müsadirə edirlər. 

Freydin  dörd  bacısı  həbs  düşərgəsində  həlak  olur.  Yalnız  Amerikanın  Fransadakı  səfirliyinin 

vasitəçiliyi  və  Psixoanaltik  cəmiyyətlərin  ödədiyi  böyük  məbləğdə  rüsum  Freydə  İngiltərəyə 

mühacirət etməyə imkan verdi. Burada Freyd 21 sentyabr 1939-cu ildə 83 yaşında vəfat etdi. 

    Üçlü quruşlu struktur: 

    O(id), Mən (ego), Fövqəl-mən (superego). 

 Topoqrafik  model  yalnız  psixi  materialın  şüura  müvafiq  mövqeyini  təsvir  edərək,  psixi 

funksiyaların  müxtəlif  tiplərini  nəzərə  almır.  Bunu  üçün  “O”,”Mən”,  və  ”Fövqəl-mən” 

anlayışlarına istinad edən psixi aparatın üç quruluşlu strukturundan istifadə olunur. “O” –anlayışı 

əksər bioloji tələbatları və primitiv meylləri əhatə edir. O-nun hərəkətverici qüvvəsi məmnunluq 

(qənaətlənmək) prinsipidir. Bu prinsipə əsasən meyllər həmin andaca qane edilməli, ləzzət almaq 

üçün  yollar  aranmalıdır,  ağrıdan  isə  uzaqlaşmaq  gərəkdir.  “O”-na  məxsus  olan  seksual  və 

aqressiv meyllər aclıq, susuzluq,  özünü qoruma instinki kimi impulsları şüura qatdıqda mütləq 

qaydada senzuraya məruz qalır və insan üçün daha münasib şəklə salınır. 

     Adi  həyatda  “mən”  sözü  insanı  digərlərindən  fərqləndirmək,  onun  fərdiliyini  vurğulamaq 

məqsədi daşıyır. “Mən” termininin psixoanalitik mənası bundan fərqlənir. Burada “Mən” daxili 

meyllərlə xarici  aləmin  reallıqları arasında əlaqə  yaradan komponent kimi  başa düşülür. Başqa 

sözlə, “Mən” ixtiyarında olan fikirlər, hisslər və s. vasitəsiylə “O”-nun ortaya atdığı meyllər ilə 

“Fövqəl-mən”in məram və məqsədlərini uzaqlaşdırmağa çalışır. “Mən”in əsas funksiyası qeyri-

mütənasib  meyllərin  qradiasiyasını  qurmaq  və  onları  daha  mütənasib  meyllərlə  əvəz  etməkdir. 

Beləliklə,  ətraf  mühitlə  kompromis  əldə  olunur  və  şəxsiyyətin  müdafiəsi  həyata  keçirilir.  Çox 

zaman  bu  funksiya    şüurlu  xarakter  daşıyır.  Uşaq  böyüdükcə  valideynləri  və  digər  adamlarla 

ünsiyyəti  genişləndikcə  “Mən”  inkişaf  edir.  Bu  inkişaf  özünü  qoruma  vərdişlərinin  əldə 

olunması,  eləcə  də  ümumiləşdirmə,  mühakimə,  nitq  və  s.  kimi  intellektual  funksiyaların 

təkmilləşməsi  ilə  əlaqədardır.  Mükəmməl  və  sağlam  “Mən”  yetkin  şəxsin  həyatda  stresslərə 

qarşı uyğunlaşa bilməsini şərtləndirir. 

      “Fövqəl-mən”in  funksional  xarakterini  daha  yaxşı  başa  düşmək  üçün  bədii  obrazı  –  “Qızıl 

açar” nağılında Buratinoya həyatın mənəvi prinsiplərini, ideyalarını şərh edən ocaq çəyirtkəsini 

xatırlamaq  yerinə  düşərdi.  “Fövqəl-mən”in  funksiyası  bizim  fikirlərimizin,  əməllərimizin  ideal 


 

standartlara  nə  qədər  uyğun  gəldiyinə  nəzarət  etməkdir.  Beləliklə,  “Fövqəl-mən”  “İdeal-mən” 



standartını formalaşdırır və bu baxımdan “vicdan” anlayışına yaxınlaşır. 

     Psixoseksual inkişaf 

   Freydin baxışlarına görə, insanın əsas instinktləri cinsi meyl və aqressiya meylidir. Bunlar bir-

biri ilə seksual enerji- libido ilə əlaqədardır. Hal-hazırda libido anlayışı altında yalnız seksual 

enerji  deyil,  ümumiyyətlə,  ləzzət  almağa  yönəlmiş  enerji  nəzərdə  tutulur.  Psixoanaliz 

nəzəriyyəsinə  görə  uşağın  inkişafı  ləzzət  almaq  istəyi  ilə  qırılmaz  bağlı  olub,  müəyyən 

mərhələdən  keçir.  Bu  mərhələlərdən  hər  biri  çox  əhəmiyyətlidir.  Hər  hansı  bir  mərhələdə 

ləngimə  və  ya  prosesin  tamamlanmaması  baş  verərsə,  bu  yetkin  yaşda  psixi  pozuntuya  gətirib 

çıxara bilər. 



      Oral  mərhələ  (doğulandan  18  aya  qədər).  Yeni  doğulmuş  uşaq  köməksiz  olub,  himayəyə 

ehtiyacı olduğundan, dərhal öz əhatəsi ilə münasibətlər qurmağa can atır. Bu dövrdə cinsi meyl 

özünü  qoruma  instinkti  ilə  qırılmaz  şəkildə  bağlı  olur.  Uşağın  əsas  tələbatı  qidaya  olan 

tələbatıdır. Buna görə də uşağın əksər arzuları, maraqları, əməlləri ağız nahiyəsi ilə əlaqədardır. 

Enerjinin  (libido)  çox  hissəsi  burada  toplanır.  Beləliklə,  ağız  nahiyəsini  ilk  erogen  zona 

adlandırmaq qəbul olunmuşdur. Ilk dəfə uşaq onu əmizdirərkən oxşayan və yırğalayan anası ilə 

münasibətlər  yaradır.  Bu  “əlavə”  rituallar  təhlükəsizlik  və  insanlara  inam  hissi  ilə  assosiasiya 

olunur.  Eyni  zamanda  qayğı  və  diqqətin  kifayət  qədər  olmaması  uşaqda  inamsızlıq  və  qorxu 

yaradır. Bəzən uşaq öz tələbatını ödəyə bilmədikdə, qışqırıb, ağlamalı olur. Belə davranış uzun 

müddət  davam  etməzsə,  özünü  sakitləşdirmə  vərdişləri  aşılayır  və  qəzəbdən  qorunma 

mexanizmlərini inkişaf etdirir. Bu həmçinin körpəyə özünü başqalarından fərqləndirməyə imkan 

verir.  O  anlayır  ki,  istədiyi  hər  bir  vaxt  anası  onun  yanında  olmur.  Yetkin  şəxslərin 

davranışlarının  bəzi  formaları  infantil  adlanır.  Bu,  onların  psixoseksual  inkişafın  oral 

mərhələsində ləngimələri ilə əlaqədardır. Lüzumsuz  xahişlər etmək, başqalarından güclü asılılıq, 

məsuliyyətsizlik, rədd cavablarına qarşı dözümsüzlük belə davranış üçün xasdır. Şəxsiyyətin oral 

tipinə aid edilən bu cür adamların arzu və fantaziyaları çox vaxt ağız nahiyəsi ilə əlaqədar olur. 

Bir  sıra  adətlər-siqaret  çəkmək,  dırnaqları  gəmirmək,  dodqları  dişləmək,  saqqız  çeynəmək  oral 

mərhələ ilə əlaqədardır. 

    Anal  mərhələ  (1,5-2,5  yaşlar).  Sinir  sistemi  inkişaf  etdikcə  uşaq  öz  ifrazat  proseslərinə, 

sidikburaxma və defekasiyaya  nəzarət etməyə başlayır. Bu, bir tərəfdən, ifrazat funksiyalarına 

bilavasitə  maraq,  digər  tərəfdən  öz  bədəninə  nəzarət  etmək  imkanlarının  genişlənməsi 

səbəbindən  uşağın  bundan  həzz    almasına  gətirir.  Uşaq  ayaqyoluna  getmək  istədikdə  böyüklər 

onu  tərifləyir,  özünü  buladıqda  isə  danlayırlar.  Bu  mərhələni  normal  keçən  uşaq  gələcəkdə 

intizamlılıq;  müstəqillik  kimi  keyfiyyətlər  qazanır.  Valideynlər  bu  mərhələyə  sərt  yanaşdıqda 

uşaqda  utancaqlıq  və  ikrah  hissi  yaranır,  doğmalarına  qarşı  qorxu  və  narazılıq  meydana  çıxır. 

Son  nəticədə  belə  hisslər  anal  xarakteri  formalaşdırır.  Bu  cür  şəxslər  qənaətcil,  həddən  artıq 

səliqəli, tərs, xırdaçı olurlar. 

      Fallik  mərhələ  (2,5-4  yaşlar).  Uşağın  diqqəti  tədricən  ağız  nahiyəsi  və  anusdan  cinsiyyət 

orqanlarına  yönəlir.  Bu  mərhələdə  cinsiyyət  orqanları  yeni  həzz  mənbəyinə  çevrilir.  Oğlan  və 

qızlarda  cinsi  fərqlər  özünü  bariz  şəkildə  göstərir.  Artmaqda  olan  hərəki  və  intellektual  fəallıq 


 

maraqları  ödəmək,  təşəbbüs  göstərmək,  sadə  məsələləri  həll  etmək  imkanı  verir.  Adətən, 



valideynlər müəyyən çərçivədə btəşəbbüsü təqdir edir və uşaqda ləyaqət  hissini tərbiyə edirlər. 

Beləliklə, fallik mərhələ şəxsin özünə qarşı münasibətinin formalaşması üçün mühüm əhəmiyyət 

kəsb  edir.  Bu  mərhələ  anormal  keçilərsə,  narsistik  tip  şəxsiyyət  formalaşır.  Bu  tipə  qeyri-

yetkinlik hissi, ən xırda hadisələrə qarşı həssaslıq, başqalarının rəyindən hədsiz asılılıq xasdır. 



     Edip  kompleksi  mərhələsi  (4-6  yaşlar).  Edip  kompleksi  öz  adını  Sofoklun  “Çar  Edip” 

əsərindən  götürmüşdür.  Bu  əsərin  baş  qəhrəmanı  bilməyərəkdən  öz  doğma  atasını  öldürüb,  öz 

anası  ilə  evlənir.  Freydin  fikrincə,  bu  rəvayət  müəyyən  dövrdə  meydana  çıxan,  lakin  sonralar 

şüurdan  sıxışdırılıb  çıxarılan  uşaq  fantaziyalarına  bənzəyir.  Bu  baxışdan  əks  cinsli  valideyn 

libidonun  əsas  obyektidir.  Bu  arzu  qısqanclıq  və  eyni  cinsdən  olan  valideynlə  rəqabət  hissi 

doğurur. Oğlan anasına vurulur və onu sevdiyi və eyni zamanda qorxduğu atasına qısqanır (Edip 



kompleksi). Qızlarda bu proses Elektra kompleksi adını almışdır. Uşaqlar fantaziyanı həqiqətdən 

yaxşı fərqləndirə bilmədiklərindən onlara elə gəlir ki, rəqibləri bu hisslərdən xəbər tutarsa, onları 

cəzalandıracaq.  Edip  kompleksi  normal  həll  olunarsa,  uşaq  öz  meyllərinin  əbəs  olduğunu  dərk 

edir və onda özünü eyni cinsdən olan valideynə oxşatmaq istəyi yaranır. Belə olan təqdirdə uşaq 

valideynlərinin davranışını normal qəbul edir. Özünü atasına oxşadaraq, oğlan, anasına bənzəyən 

qadınla  evlənməyə  meyl  edir.  Bütün  deyilənləri  qızlara  da  şamil  etmək  olar.Məsələn,  atasının 

yalnız  ona  məxsus  olmasına  nail  ola  bilməyən  qız  atasının  adət  və  zövqlərini  götürməklə 

qənaətlənə bilər. Edip kompleksinin həll olunmaması gələcəkdə nevrozlara səbəb olur. 



    Latent mərhələ (6-12 yaşlar). Bu dövrdə uşağın seksual tələbatı zəifləyir. Onun marağı fiziki, 

intellektual,  sosial  vərdişlərin  qazanılmasına  yönəlir.  Uşağın  dünyası  genişlənir,  onun  tanıdığı 

adamlar artır. Məktəb və, ümumiyyətlə, ailədən  kənarda ünsiyyət,  uşağa  yeni adamlarla özünü 

müqayisə etməyə, ailədə qazandığı vərdişləri dəyişməyə və ya möhkəmlətməyə imkan verir. Bu 

dövrdə  uşaq  adətən,  özünü  öz  cinsinin  nümayəndələri  ilə  eyniləşdirməyə  çalışır.  Müxtəlif 

oyunlarda  iştirak  edərkən,  qrup  daxilində  fəaliyyətə  xidmət  edən  müxtəlif  rituallar,  qaydalar 

işlənilir.  Qrup  daxili  davranış  standartlarının  ödənilməsi  ünsiyyət  vərdişlərinin  yaxşı 

mənimsənilməsinə  xidmət  edir.  Yaşıdları  ilə  münasibətdə  uğursuzluqlar  isə  qeyri-kamillik  və 

acizlik hissi formalaşdırır. 

     Genital  (yeniyetmə)  mərhələ.  Pubertat  dövründə  hormonal  dəyişikliklər,  cinsi  orqanların 

inkişafı ilə seksual aktivlik də yüksəlir. Eyni zamanda cinsi  yetişmə prosesində  yeniyetmələrin 

maraqları  yalnız  seksuallıqla  məhdudlaşmır.  Yeniyetmələr  başqaları  tərəfindən  necə  qəbul 

olunmalarına çox fikir verirlər. 

     Özünü  yaşıdları  ilə  eyniləşdirmək  və  valideynlərindən  ayrılmaq  cəhdləri  mühüm  əhəmiyyət 

kəsb  edir.  Valideynlərin    qiymətləndirdiyi  bir  çox  mənəvi  dəyərlərə  yenidən  baxılır.  İlk 

pərəstişkarlıq  və  seksual  təcrübə  çox  zaman  bu  dövrə  təsadüf  edir.  Bir  çox  hallarda,  valideyn 

himayəsindən  azad  olmuş  yeniyetmələr  daha  artıq  müstəqillik  əldə  edirlər.  Genital  mərhələ 

qarşılıqlı  hörmət  əsasında  qurulmuş  gələcək  seksual  münasibətlər  baxımından  çox 

əhəmiyyətlidir. 

      E.Erikson  (1963)  digər  inkişaf  konsepsiyası  irəli  sürmüşdülər.  Onun  nəzəriyyəsinə  görə, 

uşaq aşağıdakı münaqişələri həll etməlidir: 



 

     a)İnamsızlığa qarşı inam – uşaq üçün vacib olan obyektlərlə əlaqələrin nə dərəcədə mümkün 



və etibarlı olması; 

     b)Utancaqlığa  qarşı  sərbəstlik  –  öz  bədəninə  və  fikirlərinə  nəzarətin  nə  dərəcədə  həyata 

keçirilməsini aydınlaşdırmaq; 

    c)Günah hissinə qarşı təşəbbüs – Edip kompleksi mərhələsinə nə dərəcədə uyğun gəlməsi; 

    ç)İnamsızlığa qarşı mətnlik – İntellektual səviyyə ilə əlaqədardır; 

    d)Qeyri-müəyyənliyə qarşı müqavimət – özünü şəxsiyyət kimi dərk etmə ilə əlaqədardır; 

    e)Yaxınlığa qarşı təcrid olunma - ətrafdakılarla dolğun münasibətlərlə əlaqədardır. 

      Digər psixoanalitik D.Ştern öz “Mən”inin bu həyatda dərk olunmasını aşağıdakı mərhələlərə 

bölməyi təklif etmişdir: 

     1.Dünyaya gəlmənin dərk olunması; 

     2. Özünün kainatın mərkəzində duyulması; 

    3.”Mən”in subyektivliyinin dərk olunması; 

    4.Xarici aləmlə verbal əlaqənin duyulması. 

    Neofreydizm 

     Hələ  Freyd  sağ  ikən  onun  tələbələrindən  bəziləri  insan  seksuallığının  həlledici  əhəmiyyət 

daşıdığını  iddia  edən  müəllimlərinə  qarşı  çıxış  edirdilər.  Söhbət  ilk  növbədə  Karl  Qustav 



Yunqdan  (1875-1961)  gedir.psixoanaliz  nəzəriyyəsi  ilə  tanış  olmazdan  əvvəl  Yunq  kəşf  etdiyi 

assosiativ testi ilə məşhurlaşmışdı. Freydlə işləyən müddətdə Yunq psixoanaliz metodlarını psixi 

xəstəliklər  klinikasında  tətbiq  etməyə  başladı.  Onun  yuxuların  izahı  haqqında  yazmış  olduğu 

əsərləri  böyük  əks-səda  doğurdu.  Lakin  cinsi  meylin  şəxsiyyətin  əsası  və  nevrolik  konfliktin 

mənbəyi kimi qiymətləndirilməsi məsələsində Freydlə razılığa gələ bilməməsi bu iki alimin bir-

birindən  uzaqlaşmasına  səbəb  oldu.  Gələcəkdə  Yunq  “Analitik  psixologiya”  adlandırdığı  yeni 

cərəyanın  əsasını qoyur. Yunqun baxışlarına əsasən libidonu  enerjiyə aid olan bir anlayış  kimi 

başa  düşmək  lazımdır.  Buna  müvafiq  olaraq,  libido  təkcə  seksual  deyil,  istənilən  digər 

tələbatların da ödənilməsinə yönələ bilər. 

     Şəxsiyyətin  strukturunu  müəyyən  edən  bir  neçə  arxetip  daha  mühüm  əhəmiyyət  kəsb  edir. 

Bunlara “persona” –sosial mühitin tələbləri ilə fərdi tələbatı uzaqlaşdırmağı çalışan zahiri imic; 

“anima” və “animus” – insanda kişi və qadın başlanğıcları xarakterizə edən anlayış; “kölgə” – 

heyvani instinktləri özündə birləşdirən anlayış və “özününkü” – şəxsiyyətin mərkəzi olub bütün 

tendensiyaları tarazlaşdıran anlayışlar aiddir. 

    Yunq  psixikanın  4  əsas  funksiyasını  göstərmişdir:  təfəkkür,  emosiyalar,  duyğular  və 



intuisiya. Bunların idarəsi daxili aləm (introversiya) və ya xarici aləm (ekstroversiya) vasitəsilə 

həyata  keçirilir.  Buna  əsaslanaraq,  yunq  xarakterlərin  yeni  tipologiyasını  təklif  etmiş  və  iki 

şəxsiyyət tipi ayırd etmişdir: introvert (özünə yönəlmiş, qapalı) və ekstrovert (xaricə yönəlmiş 

sosial fəallığa meylli).Əlkimyanın tarixindən götürülmüş bu anlayışlardan istifadə edərək, Yunq 

analitik  terapiyaya  öz  modifikasiyasını  vermişdir:  Müalicə  “özününkü”nün  açıqlanması  və 



şüurun  genişlənməsindən  ibarətdir.  Yunqun  terapiyasında  patologiya  zamanı  şəxsiyyətin 

tamlığının pozulmasını göstərən yuxuların izah olunmasına xüsusi diqqət verilir. 



 

     Freyddən  uzaqlaşmış  psixoanalizin  digər  görkəmli  nümayəndəsi  Alfred  Adlerdir  (1870-



1937). “İndividual psixologiya” adlanan təlim məhz onun adı ilə bağlıdır. Freyddən fərqli olaraq, 

Adler  şəxsiyyətə  təsir  edən  faktorlardan  bioloji  deyil,  sosial  faktorları  ön  plana  çəkir.  Adlerin 

təliminin  əsasında  “natamamlıq  kompleksi”,  kompensasiya,  ifrat  kompensasiya  anlayışları 

durur.  Belə  ki,  bədən  orqanlarının  inkişafında  həqiqi  və  ya  mövhumi  qüsurlar  insanda 

natamamlıq  hissi  əmələ  gətirir.Onu  aradan  qaldırmaq  məqsədi  ilə  şəxs  şüurlu  və  ya  şüursuz 

surətdə özünün yaradıcılıq imkanlarını səfərbər edir. Məsələn, alçaq boylu adamlar cəmiyyətdə 

mənsəb və hörmət qazanmağa can atır, səhhəti zəif olanlar inadkarlıqla idmanla məşğul olaraq öz 

qüsurlarını  kompensasiya  etməyə  çalışırlar.  Kompensasiya  müvəffəqiyyətsizliyə  uğradıqda 

nevrotik  pozuntular  meydan  çıxır  –  insan  xəstəliyin  köməyi  ilə  özünə  hüsn-rəğbət  qazanmağa 

çalışır.  Bəzən  ifrat  konsepsiya  meydana  çıxdığı  hallarda  həqiqi  və  ya  rəsəvvür  olunan  qüsur 

həddən artıq güclü təxəyyülə gətirir ki, bu da müstəsna nailiyyətlər şəklində özünü büruzə verir. 

Yalnız  əlverişli  sosial  münasibətlər  zəminində  insan  natamamlıq  hissiyyatına  üstün  gələ  bilər. 

Əks halda şəxsiyyəti məğlubiyyətin etirafından süni surətdə müdafiə edən nevrotik simptomlar 

meydana çıxır. 

      Uzun  illər  Freydin  ənənələrinə  sadiq  qalan,  lakin  sonralar  ondan  uzaqlaşan  psixoanalizin 

daha  bir  nümayəndəsi  Otto  Rankdır  (1884-1939).  Onun  freydizmdən  uzaqlaşmasının  səbəbi 

nevrozların inkişafında Edip kompleksini qəbul etməsi olmuşdur. Freyddən fərqli olaraq, Rank 

uşağın  doğularkən  aldığı  sosial  travmanı  aparıcı  amil  hesab  edirdi.  Rankın  fikrincə,  infantil 

seksuallıq doğum zamanı yaranmış təşvişə qarşı ikincili xarakter daşıyır. Məsələn, Ranka görə, 

mazoxizm  doğuş  zamanı  duyulan  ağrının  ekvivalenti,  sadizm  isə  uşağın  bətndaxili  həyatdan 

ayrılmasına  qarşı  pretraz  reaksiyasıdır.  Uşağın  sonrakı  inkişafı  fərdi  xüsusiyyətlərin  meydana 

çıxması  ilə  bağlıdır.Özünü  şəxsiyyət  kimi  müəyyənləşdirən  insan  “yox”  sözünü  işlədir  və 

bununla da öz iradəsini ifadə etmiş olur, lakin öz iradəsini həyata keçirən şəxsdə nədəsə imtina 

etdiyi şəxsə qarşı günah hissi yaranır. İlkin təşvişi xatırlayan şəxs qorxur ki, onu ana bətnindən 

qovduqları  kimi  ailədən  də  qovarlar.  Nəticədə  insanın  özünütəsdiq  imkanları  məhdudlaşır. 

Şəxsiyyətin inkişafında Rank üç mərhələ ayırd edir: 



     1.

 Öz tələbatlarını təmin etmək; 

     2.

 Özünün və özgələrinin tələbatları arasında münaqişə; 

    3.Avtonom yaradıcılıq “Mən”inin formalaşması. 

   Öz  müşahidələrinə  əsaslanan  Rank  psixoanalitik  terapiyanın  yeni  formasını  təklif  etdi. 

Müalicənin əsas məqsədini Rank inisial təşvişi aradan qaldırmaqda və günah hissi doğurmadan 

şəxsi iradəni həyata keçirməkdə görürdü. İradənin həyata keçirilməsi geniş sərbəstlik qazanmaq, 

indiki və gələcək hadisələri analiz etməkdə özünü göstərirdi. 

    Psixoanalitik  fikrin  yeni  inkişafı  40-50-ci  illərə  təsadüf  edir.  Ikinci  dünya  müharibəsi 

ərəfəsində psixoanalizin bir çox xadimləri Amerikaya mühacirət etdilər. O illərdə mövcud olan 

iqtisadi-siyasi vəziyyət psixoanalizin nəzəriyyə və praktikasına yenidən baxılmasını tələb edirdi. 

Pasiyentlər  və  onların  şikayətləri  Freyd  və  onun  həmkarlarının  qarşılaşdığı  hallardan  köklü 

şəkildə  fərqlənirdi.  İqtisadi  böhranın  –  “Böyük  Depressiya”nın  nəticələri:  aldadılmış  hisslər, 



intihar  “epidemiyaları”,  Hitler  faşizminin  və  Stalin  kommunizminin  yaxınlaşmaqda  olan 

 

təhlükəsi, işğal olunmuş ərazilərdən gələn qaçqınlar – bütün bunlar insanların psixologiyasında 

dərin  iz  buraxmaya  bilməzdi.  Bu  amillər  psixoanalizdə  infantil  seksuallıq  konsepsiyasından 

imtina edib diqqəti nevrozlara səbəb olan sosial şərait üzərində cəmləşdirməyi şərtləndirdi. 

      Karen  Horni  (1885-1953)  nevrozların  səbəbini  pasiyentlərin  durmadan  dəyişən  sosial 

şəraitə  uyğunlaşa  bilməmələri  və  potensial  imkanlarla  real  nəticələr  arasında  uçurumun  əmələ 

gəlməsi  ilə  əlaqələndirirdi.Valideyn  himayəsindən,  qayğı  və  nəvazişdən  məhrum  olan  uşaq, 

özünü tənha və köməksiz hiss etdiyi kimi, təhlükəsizlik hissini itirmiş yetkin insan da dünyada 

özünü  aciz  və  zəif  hiss  edir.  Məhz  təhlükəsizliyə  nail  ola  bilməməklə  bağlı  yaranan  təşviş 

nevrozların əsasını təşkil edir. 

    Seksual pozuntular və aqressiv davranış isə həmin təşvişin nəticəsi kimi izah olunur. Horninin 

fikrincə,  artmaqda  olan  təşvişdən  qorunmaq  üçün  insanlara  tərəf  hərəkət,  insanlardan 

uzaqlaşmağa  doğru  hərəkət  və  insanların  əleyhinə  doğru  hərəkət  meydana  çıxa  bilər.  Bu 

istiqamətlərdən  hər  hansı  birinin  üstünlük  təşkil  etməsi  nevrotik  şəxsiyyəti  formalaşdırır.  Bu 

zaman ya xidmətkeş, hamıya rəğbət göstərən adam, ya cəmiyyətdən ayrı düşmüş, soyuq təbiətli 

insan,  ya da hökmlü, aqressiv şəxsiyyət  formalaşır. Horninin qadın  seksuallığına həsr olunmuş 

işləri  böyük  şöhrət  qazanmışdır.  O,  haqlı  olaraq  göstərirdi  ki,  psixoanaliz  kişilər  tərəfindən 

işlənib hazırlandığından qadınların psixoseksual inkişafını əks etdirən bir çox aspektlər düzgün 

izah olunmamışdır. Horni pasiyentin öz problemlərini həll etmək üçün seçdiyi yolu analiz etməyi 

təklif etmiş və bununla psixoanaliz texnikasını xeyli dəyişmişdir. 

    Horninin baxışları bir çox məqamlarda Erix Fromun (1900-1980) ideyaları ilə səsləşir. Müasir 

cəmiyyəti  tarixi  inkişafda  təhlil  edən  From  belə  bir  qənaətə  gəlir  ki,  insan  fərdi  azadlığa  nail 

olduqca təhlükəsizlik hissini itirir. Odur ki, itirilmiş təhlükəsizlik hissini qaytarmaq məqsədi ilə 

şəxsiyyət “azadlıqdan qaçma” patoloji mexanizmlərinə əl atır. Fromun aqressiv və auto-aqressiv 

davranışa  həsr  etdiyi  əsərləri  böyük  müvəffəqiyyət  qazanmışdır.  “İnsanın  ruhu”,  “İnsan 

destruktivliyinin  anatomiyası”  kitablarında  From  müxtəlif  tarixi  şəxsiyyətlər  –  Hitler,  Himler, 

Stalini misal gətirərək destruktiv davranışın müxtəlif formalarını araşdırır. Fromun öz əsərlərində 

nağıl və əfsanələrə müraciət etməsi də çox böyük maraq doğurur. Freyddən fərqli olaraq, from 

burada seksual deyil, sosio-psixoloji və mədəni-tarixi aspektləri ön plana çəkir. Fromun baxışları 

daha  ətraflı  şəkildə  aqressiya  və  suisidə  həsr  olunmuş  fəsildə  əks  edilmişdir.  Psixoterapiyanın 

əsas  məqsədini  From  insanın  mənliyinə  nüfuz  etmək  və  onun  yaradıcı  qüvvələrini  neqativ 

amillərdən azad etməkdə görürdü. 

    Müasir  psixoanalizin  formalaşmasında  Harri  Stek  Sallivan  (1892-1942)  böyük  rol 

oynamışdır. Sallivan Freyd nəzəriyyəsinə yeni baxışlar gətirmiş ilk Amerika analitiki olmuşdur. 

Sallivana  görə  şəxsiyyət  konsepsiyası  hipotetik  konstruksiyadır.  Həqiqətən  cərəyan  edən  real 

qarşılıqlı münasibətlərdir. Şəxsiyyətin fərdi təhlükəsizliyi ilə bağlı təşviş hissini Sallivan insanlar 

arasındakı qarşılıqlı baxımından qiymətləndirirdi. 

     İnsanın təşəkkül tapması onun valideynləri ilə qarşılıqlı münasibətləri kontekstində baş verir. 

Bu  münasibətlər  baxımından  insanda  özü  haqqında  rəy  formalaşır  (məsələn,  ana  narahat 



olarkən,  onun  təşvişi  möcüzəli  şəkildə  uşağa  ötürülür  və  sonradan  hər  dəfə  təhlükəsizliyinin 

pozula  biləcəyini  duyduqda  təşviş  meydana  çıxır).  Şəxsiyyətin  təşəkkül  prosesinin  birinci 

 

mərhələsində  reallıq  qeyri-mükəmməl  qavranılır  (protaktik  təfəkkür).  Sonradan  bu,  simvolik 



təfəkkürlə əvəz olunur, o da öz növbəsində yerini sintaktik təfəkkürə verir. Bir tərəfdən şəxslər 

arasında qarşılıqlı münasibətlər  yaratmaq tələbatı, digər tərəfdən təhlükəsizliyi  itirmək qorxusu 

bu  prosesi  hərəkətə  gətirir.  Ona  görə  də  Sallivan  psixoanalitik  terapiya  fokusunda  pasiyentin 

ətrafdakılara  qarşı  münasibətini  qiymətləndirməyi  təklif  etmişdi.  Psixoterapevtik  prosesdə 

həkimin xəstəyə qarşı fəal mövqeyi həlledici rol oynayır. 

      Müasir  psixoanalitiklərin  baxışlarında  olan  fərqlərə  və  Freydin  ilkin  nəzəriyyəsindən  xeyli 

uzaqlaşmalarına  baxmayaraq,  psixoanaliz  təliminin  psixikanın  struktur  quruluşu,  psixi 

proseslərin qeyri-şüurlu xarakteri, psixoloji müdafiə mexanizmləri və s. haqqındakı müddəaları 

bu günə kimi öz əhəmiyyətini saxlamaqdadır. 

         Psixodinamikanın əsasları 

    Psixoanalizin  əsas  postulatlarını  rəhbər  tutaraq,  müasir  psixodinamik  nəzəriyyə  insan 

psixikasının quruluşunun iki modelini nəzərdən keçirir: 

    Topoqrafik model – şüur, şüuraltı, şüursuzluq. 

    Freyd  tərəfindən  təklif  olunmuş  topoqrafik  model  fikirlərin,  hiss  və  duyğuların  şüur  üçün  nə 

qədər  anlaşılan  olmasına  əsaslanaraq,  psixikanı  üç  tərkib  hissəsinə  bölür.  Təbii  ki,  bu  tərkib 

hissələri duyulmaz olub beyində heç bir məkana malik deyil. Bunlar nəzəri konstruksiyalar olub, 

klinik prosesləri düzgün başa düşməyə xidmət edir. 




Поделитесь с Вашими друзьями:
  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə