Fənn: Klinik psixologiya



Yüklə 361,88 Kb.
Pdf görüntüsü
səhifə9/32
tarix29.12.2016
ölçüsü361,88 Kb.
#3816
1   ...   5   6   7   8   9   10   11   12   ...   32
      Oral  mərhələ  (doğulandan  18  aya  qədər).  Yeni  doğulmuş  uşaq  köməksiz  olub,  himayəyə 

ehtiyacı olduğundan, dərhal öz əhatəsi ilə münasibətlər qurmağa can atır. Bu dövrdə cinsi meyl 

özünü  qoruma  instinkti  ilə  qırılmaz  şəkildə  bağlı  olur.  Uşağın  əsas  tələbatı  qidaya  olan 

tələbatıdır. Buna görə də uşağın əksər arzuları, maraqları, əməlləri ağız nahiyəsi ilə əlaqədardır. 

Enerjinin  (libido)  çox  hissəsi  burada  toplanır.  Beləliklə,  ağız  nahiyəsini  ilk  erogen  zona 

adlandırmaq qəbul olunmuşdur. Ilk dəfə uşaq onu əmizdirərkən oxşayan və yırğalayan anası ilə 

münasibətlər  yaradır.  Bu  “əlavə”  rituallar  təhlükəsizlik  və  insanlara  inam  hissi  ilə  assosiasiya 

olunur.  Eyni  zamanda  qayğı  və  diqqətin  kifayət  qədər  olmaması  uşaqda  inamsızlıq  və  qorxu 

yaradır. Bəzən uşaq öz tələbatını ödəyə bilmədikdə, qışqırıb, ağlamalı olur. Belə davranış uzun 

müddət  davam  etməzsə,  özünü  sakitləşdirmə  vərdişləri  aşılayır  və  qəzəbdən  qorunma 

mexanizmlərini inkişaf etdirir. Bu həmçinin körpəyə özünü başqalarından fərqləndirməyə imkan 

verir.  O  anlayır  ki,  istədiyi  hər  bir  vaxt  anası  onun  yanında  olmur.  Yetkin  şəxslərin 

davranışlarının  bəzi  formaları  infantil  adlanır.  Bu,  onların  psixoseksual  inkişafın  oral 

mərhələsində ləngimələri ilə əlaqədardır. Lüzumsuz  xahişlər etmək, başqalarından güclü asılılıq, 

məsuliyyətsizlik, rədd cavablarına qarşı dözümsüzlük belə davranış üçün xasdır. Şəxsiyyətin oral 

tipinə aid edilən bu cür adamların arzu və fantaziyaları çox vaxt ağız nahiyəsi ilə əlaqədar olur. 

Bir  sıra  adətlər-siqaret  çəkmək,  dırnaqları  gəmirmək,  dodqları  dişləmək,  saqqız  çeynəmək  oral 

mərhələ ilə əlaqədardır. 

    Anal  mərhələ  (1,5-2,5  yaşlar).  Sinir  sistemi  inkişaf  etdikcə  uşaq  öz  ifrazat  proseslərinə, 

sidikburaxma və defekasiyaya  nəzarət etməyə başlayır. Bu, bir tərəfdən, ifrazat funksiyalarına 

bilavasitə  maraq,  digər  tərəfdən  öz  bədəninə  nəzarət  etmək  imkanlarının  genişlənməsi 

səbəbindən  uşağın  bundan  həzz    almasına  gətirir.  Uşaq  ayaqyoluna  getmək  istədikdə  böyüklər 

onu  tərifləyir,  özünü  buladıqda  isə  danlayırlar.  Bu  mərhələni  normal  keçən  uşaq  gələcəkdə 

intizamlılıq;  müstəqillik  kimi  keyfiyyətlər  qazanır.  Valideynlər  bu  mərhələyə  sərt  yanaşdıqda 

uşaqda  utancaqlıq  və  ikrah  hissi  yaranır,  doğmalarına  qarşı  qorxu  və  narazılıq  meydana  çıxır. 

Son  nəticədə  belə  hisslər  anal  xarakteri  formalaşdırır.  Bu  cür  şəxslər  qənaətcil,  həddən  artıq 

səliqəli, tərs, xırdaçı olurlar. 


Yüklə 361,88 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin